Press "Enter" to skip to content

XIX-XX əsr Azərbaycan ədəbiyyatı

XIX əsrin ilk çərəyində Azərbaycan xalqının tarixi taleyində baş verən mühüm hadisə – Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər olduqca güclənir. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Zakirin öz yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələrinin də yeni səviyyədə davam etdirildiyini görürük ki, bunun da ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati (1812-1873), Heyran xanım (1786-1838), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888), Xurşudbanu Natəvan (1830-1897)və Fatma xanım Kəminə dir (1840-1888) . Ömrü boyu pedaqoji fəaliyyətlə məşğul olmuş Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatında həm də böyük maarifçi kimi tanınır və əsərlərinin bütöv bir hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Onun Qasım bəy Zakir ruhunda qələmə aldığı satiraları isə dövrün bir sıra ictimai eyiblərini, mənfi insan sifətlərini ifşa etməsi ilə səciyyələnir.

Cənubi Azərbaycan XIX əsrdə

Türkmənçay müqaviləsindən sonra Cənubi Azərbaycanın inzibati quruluşu. 1828-ci il Türkmənçay müqaviləsi ilə bir zaman bütöv bir ölkə olan Azərbaycanın iki imperiya arasında «parçala hökm et» prinsipi əsasında sərhəd xətti etnikmilli əsaslar üzrə deyil, siyasi mülahizələrə görə təyin edilməsi nəticəsində Azərbaycan xalqı öz tarixi boyunca ən ciddi siyasi, iqtisadi və mənəvi zərbə aldı, torpaqlarımızın sonrakı bölunmələrinin əsası qoyuldu. Müqavilənin şərtlərinə görə Arazdan şimaldakı Azərbaycan torpaqları Rusiya çarının, indi Cənubi Azərbaycan adlandırılan ərazilərimiz isə Qacar xanədanının hakimiyyəti altına düşdü.
İrana qatıldıqdan sonra ölkənin dörd əyalətindən birini təşkil edən Azərbaycan əyalətinin ərazisinə ilk dövrlərdə cənubda Həmədan, cənub-şərqdə Zəncan və Qəzvin mahalları daxil idi. Sonralar Azərbaycan əyalətinin inzibati sərhədləri daraldılmış və 1906-cı ildə qəbul olunmuş seçki nizamnaməsində bu əyalətə Təbriz, Urmiya, Xoy, Deyləmqan, Maku, Marağa, Binab, Miyandoab, Soucbulaq, Dehxarqan, Mərənd, Əhər, Ərdəbil, Meşkin, Astara, Xalxal, Sərab, Miyanə,
Sainqala mahalları daxil edilmişdi.
Gülüstan müqaviləsindən sonra İran hökuməti Azərbaycan əyalətində Maku, Urmiya, Nəmin və Gərgər kimi güclü xanlıqları istisna etməklə, qalanlarını tamamilə ləğv etdi. Əyalətdə vali vəzifəsindən tutmuş vilayət hakimlərinədək şəxslər mərkəzdən göndərilməyə başladı.
Fətəli şah zamanından başlayaraq Cənubi Azərbaycan «vəliəhdneşin» (vəliəhd əyləşən yer), Təbriz isə «da-rüssəltənə» (səltənət evi) əhəmiyyəti daşıdığından bir növ ikinci paytaxt rolu oynayır və xarici diplomatik nüma-yəndələrin iqamətgahı burada yerləşirdi. Əyalətin idarə olunmasına rəhbərlik rəsmən vəliəhdin ixtiyarında idi. Adətən şahzadələr içərisindən təyin olunan valinin(qaimməqam) sərəncamında olan böyük idarəçilik aparatına Təbriz şəhəri bəylərbəyi, əyalətdə yerləşən nizami qoşun hissələrinin başçısı-əmir nizam, əyalətin maliyyə işlərinə nəzarət edən mustofı və digər dövlət məmurları, fərraşlar daxil idi. Yerlərdə bu idarəçilik aparatı nisbətən kiçik miqyasda təkrar edilirdi. Şahzadə və onun ətrafında toplaşan dövlət məmurları öz vəzifələrindən suiistifadə edərək xalqı soyurdular. Yarımmüstəqil Maku xanlığında isə bu zülm ikiqat ağır idi. Xanlıqda hərbi-siyasi və inzibati-maliyyə işlərini öz əllərində cəmləşdirən yarımköçəri tayfa başçıları iri silahlı dəstələrlə xalqı qorxu içərisində saxlayır, əsl soyğunçuluqla məşğul olurdular.

Kənd təsərrüfatı və sənətkarlıq. XIX əsrin 30-60-cı illərində Cənubi Azərbaycan əhalisinin əsas məşğuliyyəti əvvəllər olduğu kimi kənd təsərrüfatı, əkinçilik və maldarlıq idi. Təkcə kənd əhalisi deyil, şəhər əhalisinin də bir qismi əkinçilik, bağçılıq, bostançılıq və kənd təsərrüfatının başqa səhələrində çalışırdılar.
XIX əsrin 30-60-cı illərində Cənubi Azərbaycanda təbii və qismən suvarma əsasında buğda, arpa, çəltik və başqa dənli bitkilər əkilir, barama yetişdirilir, mum hazırlanır, müxtəlif meyvələr becərilirdi. 1837-1840-cı illərdə İranda olmuş rus zabiti İ.F.Blaramberqin söylədiyinə görə Azərbaycanın Xoy mahalında becərilən pambıq İranda becərilən ən yaxşı pambıq növü hesab olunurdu. Təbrizlə Miyana, Mərənd və başqa şəhərlər arasında yerləşən kəndlər meyvə bağları ilə zənğin idi. Ümumiyyətlə, Cənubi Azərbaycan İranın ən məhşur taxılçılıq və meyvəçilik rayonlarından biri idi, əyalətdən taxılla yanaşı quru meyvələr də ixrac edilirdi. Marağa və Urmiya yüksək keyfıyyətli kişmiş istehsal edirdi. Əhalinin köçəri həyat sürən hissəsinin əsas məşğuliyyəti maldarlıq idi. Əyalətin zəngin təbii yem bazası oturaq və yarımoturaq həyat sürən əhaliyə də maldarlıqla məşğul olmağa imkan verirdi. Heyvandarlıq məhsullarından yun, gön-dəri və s. ölkə daxilində keçə, yəhər hazırlanması, xalça-palaz toxunması, şəhərlərdə nəfıs xalçalar, şal və s. istehsalında işlənirdi.
XIX əsrin ortalarında Cənubi Azərbaycan şəhərləri öz orta əsr qiyafəsini saxlamışdı.Şəhərlərin sosial-iqtisadi həyatında mühüm rol oynayan sənətkarlar ölkədə istehsal edilən əsas sənaye məhsullarının başlıca istehsalçıları idilər. Müharibədən sonra yaranmış nisbi dinclik şəraitində sənətkarlıq müəyyən inkişaf imkanı qazandı. Lakin İran hökumətinin öz bazarlarının qapılarını İngiltərə, Rusiya və başqa Avropa dövlətlərinin üzünə açması nəticəsində axıb ğələn xarici mallar yerli sənətkarların məhsullarını sıxışdırmağa başladı. Durmadan artan xarici mallar axını, əlbəttə, sənətkarlığın ən mühüm sahəsi olan toxuculuq üçün ağır zərbə idi. Parça, başlıca olaraq pambıq parça istehsal edən sənətkarların müflisləşməsi nəticəsində 30-40-cı illərdə belə parçaların istehsalı azaldı. Lakin Təbriz və başqa şəhərlərdə istehsal olunmuş parçalar keçmiş ənənə üzrə qonşu Zaqafqaziyada malik olduğu bazarı hələ itirməmişdi. Təbriz özünün yüksək keyfıyyətli yun və ipək parçaları ilə məhşur idi. Xalça, keçə, gön-dəri kimi istehsal sahələri xarici malların rəqabəti ilə qarşılaşmadığı üçün inkişaf edirdi.
Cənubi Azərbaycan şəhərlərində orta əsrlərə xas olan sex quruluşu qalmaqda idi. Bütün İranda olduğu kimi, Azərbaycanda da emalatxanalarda adətən 2-3 sənətkar işləyirdi.Bununla yanaşı, daxili və xarici bazarda rəqibi olmayan malların istehsalı ilə məşğul olan sahələrdə, ləng də olsa irəliləmə prosesi gedir və muzdlu əməkdən istifadə olunur, kapitalist istehsal üsulunun inkişafı başlayırdı.

Xarici kapitalın təsirinin artması və yeni sənaye sahələrinin yaranması. Bütün XIX əsr ərzində İran dövlətinin Avropa dövlətlərinə bir-birinin ardınca güzəştə getməsi, onların xeyrinə müqavilələr bağlaması ölkənin yarımmüstəmləkəyə çevrilməsinə gətirib çıxardı. Nəticədə İran iqtisadiyyatı birtərəfli istiqamətə yönəldi ki, burada da xarici kapital ağalıq etməyə başladı.
XIX əsrin II yarısından etibarən İngiltərə və çar Rusiyasının İrana iqtisadi təcavüzünün genişlənməsi nəticəsində ölkə sürətlə onların xammal mənbəyi və satış bazarına çevrildi. İranda ingilis və rus kapitalistlərinə bir sıra yeni güzəşt və imtiyazlar verildi. 1879-cu ildə İranda rus zabitlərinin rəhbərliyi ilə Rusiyadakı kazak polkları nümunəsində kazak polku, sonra isə briqadası yaradıldı ki, bu da ölkədə çarizmin nüfuzunun saxlanmasında mühüm amil idi. 1889-cu ildə ingilis baronu Reyter İranda bank («Şahənşah» bankı) açdı, bir il sonra isə rus kapitalisti Polyakovla birlikdə ölkənin bütün maliyyə sistemini öz nəzarəti altına aldı. Az sonra Xəzər dənizində gəmi nəqliyyatı rus, şosse və dəmir yollarının çəkilişi isə bu iki ölkənin şirkətlərinin nəzarətinə keçdi.
1901-ci ildə İran hökumətinin ingilis şirkətinə verdiyi imtiyaz əsasında, İranın neft yataqlarının istismarını öz əlinə keçirmiş kapitalist D/Arsi İngiltərə-İran neft şirkətini yaratdı (1909). İran hökuməti 1862-ci ildən başlayaraq ingilis kapi- talistlərinə ölkədə teleqraf xətləri çəkilməsi sahəsində 1888-ci ildə isə rus kapitalisti Lianozova Xəzər dənizi hövzəsində balıqçılıq sahəsində əlverişli imtiyazlar vermişdi.
1890-cı illərdən başlayaraq İran İngiltərədən ölkənin cənub gömrük gəlirinin girov qoyulması şərti ilə 500 min funtsterlinq, 1900-cü ildə isə çar Rusiyasından İranın şimal kömrük gəlirinin girov qoyulması şərti ilə 22,5 milyon manat miqdarında borc aldı.
Bütün bunların nəticəsində İran İngiltərə və çar Rusiyasından həm siyasi, həm də iqtisadi cəhətdən asılı bir dövlətə çevrildi. İranın xalq təsərrüfatı müstəmləkə və asılı ölkələrə xas olan yeni xüsusiyyətlər kəsb etməyə başladı. İranın Ümumrusiya bazarına cəlb olunması ölkədə bəzi sənaye sahələrinin inkişafına obyektiv olaraq müsbət təsir göstərirdi. Lakin bu asılı ölkələrə xas olan birtərəfli inkişaf idi. Kənd təsərrüfatının yalnız xarici bazarda onun məhsuluna ehtiyac olan sahələri inkişaf edir, xarici bazarda təlabatı olan xalçaçılıq istisna olmaqla, sənətkarlığın digər növləri xarici sənaye mallarının rəqabəti nəticəsində tənəzzül edir, sənayenin əsasən xaricə ixrac edilən kənd təsərrüfatı mallarının ilk emalı ilə məşğul olan sahələri genişlənirdi.
Coğrafı mövqeyinə görə Cənubi Azərbaycanda Rusiyanın nüfuzu daha güclü idi. XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Azərbaycanda kənd təsərrüfatının inkişafı Rusiya bazarı ilə əlaqələrin səviyyəsindən və xarakterindən asılı idi. Rusiya bazarında, pambıq, xammal, boyaq maddələri, yun, göndəri,bağırsaq və s. kimi əkinçilik və heyvandarlıq məhsullarına, həmçinin bəzi sənətkarlıq mallarına olan tələbat həmin sahələrin qismən inkişafına təkan verdi.
XIX əsrin II yarısından etibarən əsas məşğuliyyəti maldarlıq olan köçəri həyat sürən tayfaların həm İran dövlətinin təşəbbüsü, həm də ticarət əkinçiliyinin, xüsusilə pambıqçılıq kimi sahələrin gəlir verməsi Azərbaycanda tayfa və ellər içərisində oturaqlığa keçmək meylini gücləndirdi. Onların istehsal etdikləri yun, gön-dəri, bağırsaq və s. həm əyalətin daxilində ev sənayesində keçə, yəhər hazırlanmasında, xalçapalaz toxunmasında, şəhərlərdə nəfıs xalçalar, şal, gön-dəri və s. istehsalında işlənilir, həm də xammal şəklində Rusiyaya ixrac edilirdi.
Azərbaycan yenə də İranın əsas taxıl bazalarından biri idi. XIX əsrin 90-cı illərindən başlayaraq Rusiya səna-yesinin ucuz xammala olan tələbatı taxıl, düyü ilə yanaşı, pambıq istehsalında da ciddi irəliləyiş yaratdı. Əsasən Urmiyada istehsal olunan tütün Təbriz və digər şəhərlərdə emal edilirdi. XIX əsrin son rübündə Cənubi Azərbaycanda öz varlığını davam etdirən əsas sənətkarlıq sahələrindən biri xalçaçılıq idi. Xalça-xalı istehsalı sənayenin kapitalist münasibətləri inkişaf etmiş ən başlıca sahəsi idi. Təbrizdə bir sıra kənd təsərrüfatı məhsullarının ilkin emalı üzrə xeyli müəssisə fəaliyyət göstərirdi. Təbrizdə, Xalxalda və bəzi başqa şəhərlərdə istehsal edilən yun və ipək yaylıqlar, şal, yun, ipək, pambıq parçalar və digər toxuculuq məhsulları həm yerli əhalinin tələbatını ödəyir, həm də İranın başqa əyalətlərinə və digər ölkələrə ixrac olunurdu.

Sosial vəziyyət: aqrar münasibətlər. Vergi sistemi, kəsbkarlığın başlanması. XIX əsrin ortalarında Cənubi Azərbaycanda əhalinin sosial tərkibində nəzərə çarpacaq ciddi dəyişikliklər baş verməmişdi. Əyalət əhalisinin yenə də böyük əksəriyyətini kəndlilər təşkil edirdi. Şəhər əhalisi sənətkar, tacir, sənətkar şagirdi, ruhani təbəqəsindən və şəhər yoxsullarından ibarət idi.
Şəhərin imtiyazlı təbəqələrini irsən müxtəlif vəzifə və mənsəblərə malik olan əsilzadələr-əyan və əşrəflər təşkil edirdi. Bu qəbildən olan iri torpaq sahibləri iqtisadi cəhətdən də güclü idilər və əsasən şəhərlərdə yaşayırdılar. Kənd təsərrüfatının xarici ticarətlə əlaqəsi ona gətirib çıxarmışdı ki, sələmçi və varlı məmurlar öz kapitallarını sənaye müəssisələrinin yaradılmasına deyil, torpaq almağa sərf edir, nəticədə isə iri və orta ticarət burjuaziyası ilə feodal torpaq sahibliyi arasında güclü əlaqə yaranırdı. Torpaq üzərində mülkiyyət formaları, demək olar ki, elə XVII-XVIII əsrlərdəki kimi idi. XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda iri torpaq sahibləri arasında yüzlərlə və onlarla kəndi olan mülkədarlar var idi. Orta torpaq sahibləri ən çoxu 20 kənddə sahib idilər. Qalanlarının 5-6, əksəriyyətinin isə 2-3 kəndi vardı.
Göstərilən dövrdə Cənubi Azərbaycanın iri torpaq sahibləri Tehran, Təbriz və digər şəhərlərdə yaşamaqla kəndlərini yerlərdə olan nümayəndələri – mübaşir, kəndxuda, başqa məmurlarla idarə edirdilər .
Əksərən torpaqsız olan və başqa istehsal vasitələrinə qismən malik kəndli əkin üçün sahəni feodaldan paydarlıq icarəsi əsasında icarəyə götürürdü. Kəndli çatışmayan digər istehsal vasitələrini (su, iş heyvanı, aləti, dənlik toxumu) feodaldan almalı olurdu. Bunları hansı tərəfın verməsindən asılı olaraq məhsul bölgüsü aparılırdı. Bundan əlavə, mülkədarlar kəndlinin malik olduğu bütün gəlir mənbələrindən müəyyən faiz alırdılar. Kəndli öz əməyindən başqa heç bir şeyə sahib olmadıqda isə, torpaq sahibi məhsulun 70-85%-ni götürürdü.
Kəndli icarə haqqından başqa, mülkədara əlavə ver-gilər verir, onun üçün ənənəvi feodal mükəlləfıyyətlərini də daşıyırdı. Məsələn, istifadə etdiyi ev üçün müəyyən məbləğ, təsərrüfatının müxtəlif sahələrindən məhsulla pay(toyuq, yumurta, yağ və s.) vergisi verir, biyara işləyir və başqa mükəlləfıyyətlər daşıyırdı. Bunlar torpaq rentasının bir hissəsini, bir çox hallarda isə kəndlinin zəruri əməyinin müəyyən qismini əhatə edirdi.Torpaq sahibləri «biyar» mükəlləfıyyəti əsasında kəhrizlərin, mülkədar malikanələrinin təmirində, az hallarda tarla işlərində kəndlinin havayı əməyindən istifadə edir, «barkərdə» əsasında isə biçilmiş taxılı, samanı, otu istədikləri yerə daşıtdırır, həmin mükəlləfıyyətləri taxıl və ya pulla da əvəz edə bilirdilər.
Kəndlilərin torpaq sahibləri tərəfındən istismarı onların kəndlərdəki nümayəndələri (mübaşir, kəndxuda, pakar və s.) tərəfındən çox ağır şəkildə həyata keçirilirdi. Cənubi Azərbaycanın elə yerləri var idi ki, orada feodal asılılığı təhkimçilik dərəcəsinə yaxınlaşırdı. Maku və Qaradağda iri torpaq sahibləri həbsxanaları, qoşun hissələri və cəza dəstələri vasitəsi ilə asılı kəndlilər üzərində qeyri-iqtisadi məcburiyyət həyata keçirir, ən vəhşi cəza tədbirlərini (qulaq, əl kəsmək, çubuqla döymək və s.) tətbiq etməkdən və hətta, kəndlini öldürməkdən belə çəkinmirdilər.
XIX əsrin son rübündə bir neçə dəfə yeni əhali sayımı keçirməyə təşəbbüs göstərilsə və 1890-cı ildən kadastr tərtib olunsa da, dövlət əhalidən vergiləri və digər maliyyə ödəmələrini yenə də köhnə qayda ilə-XIX əsrin 30-cu illərində tərtib edilmiş vergi siyahıları əsasında toplayırdı.
İran məşrutə inqilabı (1905-1911-ci illər) ərəfəsində Cənubi Azərbaycanda kəndlilərdən alınan vergilər 10 dəfədən çox artırılmışdı. Nəticədə Cənubi Azərbaycandan Rusiyanın içərilərinə (Bakı, Tiflis, Petrovski və başqa şəhərlərə) iş dalınca – kəsbkarlığa gedənlərin sayı ildə 50 min nəfərdən 80 minə nəfərə çatmışdı. 1903-cü ilin məlumatına görə, Bakıda Cənubi Azərbaycandan gəlmiş işçilərin sayı yerli işiçilərin 22 faizə qədərini təşkil edirdi.

  • Teqlər:
  • Cənubi Azərbaycan

XIX-XX əsr Azərbaycan ədəbiyyatı

1 XIX-XX əsr Azərbaycan ədəbiyyatı Perş. Haz. 11 2009, 12:23

tutku

Mesaj Sayısı : 316
Kayıt tarihi : 11/06/09
Nerden : Fransa

XIX əsrin ilk çərəyində Azərbaycan xalqının tarixi taleyində baş verən mühüm hadisə – Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər olduqca güclənir. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Zakirin öz yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələrinin də yeni səviyyədə davam etdirildiyini görürük ki, bunun da ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati (1812-1873), Heyran xanım (1786-1838), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888), Xurşudbanu Natəvan (1830-1897)və Fatma xanım Kəminə dir (1840-1888) . Ömrü boyu pedaqoji fəaliyyətlə məşğul olmuş Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatında həm də böyük maarifçi kimi tanınır və əsərlərinin bütöv bir hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Onun Qasım bəy Zakir ruhunda qələmə aldığı satiraları isə dövrün bir sıra ictimai eyiblərini, mənfi insan sifətlərini ifşa etməsi ilə səciyyələnir.

Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən Abbasqulu ağa Bakıxanov (1794-1847), Mirzə Şəfi Vazeh (1792-1852), İsmayıl bəy Qutqaşınlı (1801-1861) kimi sənət və fikir adamlarının çiyinləri üzərində Mirzə Fətəli Axundzadə dühası yüksəlir, Azərbaycan ədəbiyyatını birdəfəlik Rusiya və Qərb ilə bağlayır, onu çağdaş dünya ədəbiyyatları sırasına çıxarır.

A.Bakıxanov Azərbaycan ədəbiyyatında qərbçilik ideyalarını ənənəvi Şərq sənəti ilə üzvi şəkildə birləşdirməyə nail olmuş böyük ictimai xadim, alim və şairdir. Hələ öz sağlığında onun Azərbaycan gerçəkliyinə həsr etdiyi bədii və elmi əsərləri rus və alman dillərində nəşr olunmuş, haqqında Avropa mətbuatında tərifli sözlər deyilmişdi. Alman şərqşünası Fridrix Bodenştedt isə öz müəllimi Mirzə Şəfi Vazehnin şeir dəftərini Avropaya aparmış, alman dilinə tərcümə və nəşr etdirmişdi. Çox böyük populyarlıq qazanaraq qısa müddətdə əksər Avropa dillərinə tərcümə edilən “Nəğmələr”i sonralar F.Bodenştedt öz adına çıxmış və Mirzə Şəfinin müəllifliyini inkar etmişdi… Yeni Azərbaycan realist nəsrinin ilk uğurlu örnəklərindən sayılan İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsi isə Varşavada fransız dilində işıq üzü görmüşdü.

Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının – dram, roman, hekayə, novella, povest, poema və s. oturuşmasına güclü təsir göstərmişdir. Onun 1850-1855-ci illər arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatlarında ədəbi məktəb formalaşdırmışdır. Bütövlükdə Azərbaycan ədəbiyyatını xarakterizə edən dərin etik başlanğıc, humanizm, ədalətsevərlik, səmimiyyət və doğruçuluq motivləri Axundzadə yaradıcılığında davam və inkişaf etdirilərək gələcək nəsillərə tövsiyə edilir. Mirzə Fətəli Axundzadənin Azərbaycan mədəniyyəti üçün müəyyən etdiyi ədəbi-estetik inkişaf istiqaməti XIX əsrin ikinci yarısında Seyid Əzim Şirvani (1835-1888), Nəcəf bəy Vəzirov (1854-1926), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) kimi maarifçi-realist sənətkarların meydana çıxmasına və təkcə Azərbaycan deyil, eyni zamanda qonşu xalqların ədəbi-mədəni yüksəlişinə xidmət etməsinə səbəb oldu. Xüsusən, H.Zərdabi (1837-1907) kimi təbiətşünas-alimin nəşr etdiyi çoxyönlü “Əkinçi” qəzeti (1875-1877) bu dövrdə ədəbi-mədəni həyatın coşğun inkişafına təkan verirdi. Burada özünə yer tapan bir sıra ədəbi-ictimai müzakirə və mübahisələr Azərbaycan ədəbiyyatının humanist ənənələrinin daha da möhkəmlənməsinə və inkişaf etməsinə yardım göstərirdi.

XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllə yanaşı, dini-didaktik poeziya da inkişaf edirdi. Bunun əsas nümayəndələri Güney Azərbaycanda yaşayıb yaradan mərsiyə şairlərindən Raci, Dilsuz, Dəxil, Qumri və b. idi. Lakin Quzeydə gedən qabaqcıl ədəbi prosesin təsiri altında Güney sənətkarları da dünyəvi əsərlər yaratmağa meyl edirdilər. Məhəmməd Bağır Xalxalinin (1829-1900) “Sələbiyyə” (“Tülkünamə”), Əbdürrəhim Talıbovun “Kitab yüklü eşşək” (1888), Zeynəlabidin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” (1892) əsərləri realist-dünyəvi ədəbiyyatın kamil örnəkləridir.

XIX əsrdə ədəbiyyatın daha çox Şərq yaradıcılıq tipinə meyl göstərən bir qolu da ədəbi məclislərdə formalaşırdı. Qubadakı “Gülüstan” ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı “Əncüməni-şüəra”ya (“Şairlər məclisi”) Fəqir Ordubadi, Lənkərandakı “Fövcül-füsəha”ya (“Gözəl danışanlar dəstəsi”) Mirzə İsmayıl Qasir, Şamaxıdakı “Beytüs-Səfa”ya (“Səfanın evi”) Seyid Əzim Şirvani, Bakıdakı “Məcməüş-şüəra”ya (“Şairlər toplusu”) Məhəmməd ağa Cümri, Gəncədəki (sonralar Tiflisdə) “Divani-hikmət”ə Mirzə Şəfi Vazeh, Şuşada fəaliyyət göstərən “Məclisi-üns” poetik məclisinə Xurşudbanu Natəvan, “Məclisi-fəramuşan”a (“Unudulmuşlar məclisi”) isə Mir Möhsün Nəvvab başçılıq edirdi. Poetik məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Bütövlükdə XIX yüzilliyin ədəbiyaytı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır Vaxtilə Rusiya imperiyasının tərkibinə daxil olmuş əksər xalqlar kimi, XX əsrin ilk onillikləri Azərbaycan ədəbi-mədəni həyatında da xüsusi bir mərhələ təşkil etməkdədir. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın Cəlil Məmmədquluzadə (1866-1932), Mirzə Ələkbər Sabir (1862-1911), Hüseyn Cavid (1884-1944), Məhəmməd Hadi (1880-1920), Abbas Səhhət (1874-1918), Abdulla Şaiq (1881-1959), Nəriman Nərimanov (1870-1925), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933)kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırırdılar.

Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması oldu (1918-1920). ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan C.Məmmədquluzadə, A.Şaiq, Ə.Haqverdiyev, Ü.Hacıbəyovla yanaşı bu zaman Cəfər Cabbarlı, Əhməd Cavad, Ümmügülsüm kimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlirdi. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad (1892-1937) Birinci Respublikanın dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Üzeyir Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.

Comments are closed, but trackbacks and pingbacks are open.