Xix əsr azərbaycan ədəbiyyatı
XIX əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın (1832-1897) Qarabağ xanı İbrahimxəlil Cavanşirin nəslindəndir. O, fars dilini mükəmməl öyrənmiş, klassik ədəbiyyatımıza, Nizami, Sədi, Hafiz, Füzuli kimi sənətkarların bədii irsini dərindən öyrənmişdir. Natəvan xeyriyyəçiliklə məşğul olmuş, ehtiyacı olan insanlara yardım əli uzatmış, İsa bulağından Şuşaya su kəməri çəkdirmişdir. O, uzun müddər Şuşada fəaliyyət göstərən məşhur “Məclisi-üns” ədəbi məclisinə hamilik etmişdir.
Xix əsr azərbaycan ədəbiyyatı
Ədəbiyyatşünas Rüstəm Kamal Kulis.Az-a verdiyi müsahibədə XIX əsr şairlərini mənasız hesab etdiyini bildirmiş, onların ədəbiyyat tarixində qalmağa layiq olmadığını vurğulamışdı.
Rüstəm Kamalın dedikləri ilə bağlı fikirlərini Kulis.Az-a bölüşən tənqidçi Cavanşir Yusiflinin cavabını təqdim edirik.
XIX əsr, ümumən Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı gedən diskussiyaların bir önəmli cəhəti var ki, mütəxəssislər mətnləri oxuya-oxuya özlərinə sual vermək vərdişi aşılayırlar və “gördüm” deyə zənn etdikləri boşluqların izahına çalışırlar. “Ortada olan rəsmi ədəbiyyat tarixində bu kimi məsələlər qətiyyən yer almır və bunun özü də təbiidir, çünki ədəbiyyat tarixində mövcud konsepsiyanın həlli, fikrin, ideyanın şərhi əsas yer tutur. Ədəbiyyat tariximizdə nə pis ki, “konsepsiyasızlıq” hökm sürü.
Belə bir faktı bəri başdan deyim ki, nə XVIII, nə də XIX əsr xüsusi bir vahid deyil, ən azı sizin portalda gedən müzakirələr kontekstində. Rüstəm Kamal kifayət qədər ağılı, oxumuş və istedadlı alimdir, ancaq onun sərbəst düşüncələri arqumentasiya olmadığı üçün havadan asılı qalır. Əsas şey, elmi təhlilin dərinliyini şərtləndirən cəhət elmi dəlil-sübutun möhkəmliyi və faktlara əsaslanmasıdır. Yaxud belə deyək: mövcud faktlardan düzgün nəticə çıxarmaqdır. Portalınızda gedən söhbətdə təəssüf ki, bu yoxdur. Ən gülməli və acınacaqlı yeri isə “kişilik və erkəklik kultu” deyilən ideya qırıntısıdır. Nəyə görə qırıntı? Çünki ard-arda gələn cümlələri oxuyursan, onların arasında məntiqi bağlılıq yoxdur. Vallah, indi mən nəsə yazmağa çətinlik çəkirəm, çünki opponentimiz öz fikirlərini tam elmi müstəvidə izah etsəydi, onlara o şəkildə, o qaydada münasibət bildirmək olardı. Bu halında belə şeylərə tənqidi münasibətin özü gülüncdür.
Axundovla əlaqədar insanlar (tədqiqatçılar və qeyriləri) addımbaşı səhvlərə yol verirlər, onun tərcümeyi-halını, nə bilim daha nələri eşələməkdənsə komediyalarına baxın. “Müsyo Jordan” “biz və başqaları”, “biz və avropalılar” məsələsi niyə qoyulub, niyə bu məsələ XVII, yaxud XVIII əsrlərdə deyil, məhz XIX əsrdə qoyulurdu? Mütəxəssis özünə sual versin? Fars ənənəsində, ciddi mütəxəssislərin fikrincə, türkcə yazmaq ənənəsi olmayıb. Axundov fars idisə , üstəlik qanında zənci qatışığı da var idisə, XIX əsrdə bu taleyüklü məsələlərlə niyə məşğul olurdu? Rüstəm müəllim Axundovun Vaqifə və Zakirə münasibətini nümunə gətirir, ancaq məsələnin, (fikrimizcə, problemin kökünə işıq tutan problemin) izahından yan keçir.
“Azərbaycan ədəbiyyatında XIX əsrdə kommunikativ sistem yaranmışdı, bu əvvəlki əsrlərdə mümkün deyildi. Şirvanda olan Seyid Əzim Şuşada olan Natəvan ilə yazışırdı və ya Axundovla Zakirin kommunikasiyası vardı. Ədəbiyyat artıq kommunikasiya sisteminə dönürdü. Düşünürəm ki, bu mənada Zakir yaradıcılığı önəmli rol oynayır”. Mütəxəssisin dediyi kimi, Zakir ortada qalmamışdı, o dövrdə cərəyan edən proseslərin düz mərkəzində, ortasında idi. Vaqifi tərifləyirsə, göylərə qaldırırsa, heç olmazsa motivlərin, estetik, ədəbi işarələrin dövrdən-dövrə keçməsi prosesini səhv yozmayaydı. “Durnalar” ta Zakirə qədər davam edir. Ədəbiyyat tarixində prosessuallıqdan başqa kardinal dəyişmələr, bunların müxtəlif estetik planlarda gertçəkləşməsi də baş verir. Sovet dövründə SSRİ yazıçılar İttifaqının qurultayındakı çıxışında Roman Rollan deyirdi ki, Molyerin komediyaları olmasaydı bu günkü fransız poeziyası olmazdı. Janrlararası əlaqələr professorun dediyi şəkildə baş vermir, bu çox mürəkkəb, böyük zəhmətlə başa gələn araşdırma tələb edir.
Axundov məqaləsində yazırdı ki, “roman da dram fənninin bir növüdür və uzun izaha ehtiyacı var”. Əvvəla, burada «dram fənni» gəlişi gözəllik xətrinə işlədilən təsadüfi bir ifadə deyildir, müəyyən məntiqə malikdir və şübhəsiz ki, M.F.Axundovun ədəbi növ bölgüsünü özündə ehtiva edir. Bu da hələ bizə bir az qəribə görünən məntiqin tam izahı, burada janrlararası münasibətlər sferasındakı müəyyən (Axundovun özü üçün dəqiq-!) «ontoloji» məqam özünü gizlədib. Bu mübhəm nöqtəni tapıb aşkarlamaq üçün təsadüfi mülahizələrlə keçinmək olmaz, problemin mahiyyətini açıqlamaq məxsusi tədqiqat tələb edir. Çünki Axundovun özü də yazırdı ki, «. bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər drama və romandır. Roman da drama fənninin bir qismidir ki, izahı uzun şərhə möhtacdır». Ona görə deyirəm ki, Rüstəm müəllimin söylədiyi Vaqif estetikası (məhz professorun söylədiyi-!) XIX əsrdə funksional ola bilməzdi.
Digər mübahisəli məqamlar da mövcuddur. M.F.Axundov «Aldanmış kəvakib»i çox yerdə hekayə adlandırır. Ancaq Mirzə Yusif xana yazdığı məktubunda fərqli mülahizələrə yol verir: «. Mən ona dedim:
– Şahzadə! Mən məgər tarix yazmışam ki, təkcə baş verən hadisələri yazmaqla kifayətlənim? Mən kiçik bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə onu genişləndirərək o dövrün nazirləri və dövlət başçılarının puç beyinlərini açıb göstərmişəm ki, gələcək nəsillər üçün ibrət dərsi olsun və onlar səfeh münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar; özlərini bu kimi hərəkətlərlə əcnəbilərin nəzərində məsxərə hədəfi etməsinlər. Bu cür əsərlərə roman deyirlər ki, dram sənətinin ayrıca bir növüdür». Hanı burda “İRAN DİSKURSU”? Yaxud hanı burda “ŞAHNAMƏ” motivləri?
Bütün bu «dolaşıqlığ»ın mənbəyi haradan gəlir, dəqiq izah üçün, şübhəsiz ki, sistemli təhlil tələb olunur. Biz, ədəbiyyatşünas B.Məmmədzadənin belə bir mülahizəsi ilə razıyıq ki, «. görünür, M.F.Axundov romanı dramın dialoqsuz, səhnə üçün olmayan variantı sayır» – ancaq gəlin, etiraf edək ki, bu da hələ tam izah deyildir, onun, olsa-olsa müəyyən bir tərəfidir. Tədqiqatçı (B.Məmmədzadə nəzərdə tutulmur) bütün gücünü qoyaraq nəyi isə aşkar etdiyini güman edir, nəticədə isə problemin mahiyyəti özünün bütün mürəkkəbliyini, heç bir açar qarşısında açılmayacağını, . belə bir əzəli təbiətini meydana qoyur. Qanuni sual doğur: Niyə? Ona görə ki, problemin özü çoxşaxəlidir, bilavasitə bədii təfəkkürün məntiqi ilə bağlıdır, bu cərgədə «unudulmuş» pilləni bərpa etmək üçün isə . sistemi bütövlükdə, bütün parametrləriylə götürmək lazımdır.
Ümumilikdə götürdükdə isə janr nəzəriyyəsində indiyə qədər aydınlaşdırılmamış cəhətlər çoxdur. Əminlik üçün janr anlayışında sabit və dəyişən komponentlərin nədən ibarət olması problemini qoyub araşdırmaq olar. Və yaxud, xüsusi tədqiqata müraciət etmədən belə müxtəlif ədəbiyyatşünaslıq lüğətlərində «janr» anlayışının fərqli şərhlərini izləmək kifayətdir. Məsələn, aşağıdakı təriflər sırasını nəzərdən keçirək: 1. Bədii əsər tipi kimi anlaşılan janr əsrlərdən keçib gələn, tarixən sabit bir strukturdur; 2. Janr – . əbədi, hərəkətsiz bir sistem deyildir. Janrı statik bir sistem kimi hər şeydən öncə ona görə təsəvvür etmək olmaz ki, janr təfəkkürü və yaddaşının özü ənənəvi janrlarla toqquşmadan hasil olur. 3. Janr anlayışı özündə müxtəlif dövrlərdə, müxtəlif milli ədəbiyyatların inkişafında, milli-ədəbi inkişafın müxtəlif istiqamətlərində təkrarlanan hadisələrdir. Başqa sözlə desək, janr-tarixi-konkret yox, tipoloji anlayışıdır.
Hər bir ədəbi metod, cərəyan və ədəbi məktəb ictimai-tarixi şəraitdən birbaşa asılı olaraq özünün estetik platformasını irəli sürür. Bu platforma özündə müxtəlif bədii-estetik vəzifələri ehtiva edir. Məhz bu vəzifələrdən asılı olaraq dövrün, epoxanın janr yaddaşında uyğun dəyişikliklər baş verir. Janr yaddaşı bir ildə, on illərlə yox, əsrlərlə toplanır. Buna görə də, biz janr anlayışına dialektik bir hadisə kimi baxmalıyıq. Janrın ikili təbiətinə Baxtin yanaşması maraq doğurur. Tədqiqatçı izah üçün arxaika-yenilik oppozisiyasını götürür. Və qeyd edir ki, janr anlayışında ölməyən elementlər (arxaika) məhz vaxtaşırı yeniləşmələrin hesabına «duruş gətirir».
«Janr indiki zamanıyla yaşayır, ancaq öz keçmişini, öz başlanğıcını həmişə xatırlayır. Janr – yaradıcılıq yaddaşının ədəbi inkişaf prosesində izlənməsidir. Məhz buna görə də, bu inkişafın fasiləsizlik və vəhdətini təmin edə bilir».
Demək, Axundovla əlaqədar yuxarıda gətirdiyimiz misalda konkret olaraq o dövrdə janr yaddaşında yeniləşən cəhətlərin nədən ibarət olduğunu bəlləmək bütövlükdə müəllifin janr anlayışını öyrənmək üçün müəyyən əhəmiyyət kəsb edir. Bunun birbaşa cavabı isə yenə də Axundovun özünün bədii irsində, tənqidi-publisist məktub və qeydlərindədir. Belə bir araşdırma, yanaşma metodu digər vacib mətləblərin üzə çıxarılıb öyrənilməsinə də, elə bilirik ki, təkan verə bilər.
M.F.Axundovun altı komediyasının hər birinin adının altında belə bir cümlə gedir: təmsili-qisseyi-vaqeə ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir. Yaxud: . təmsili-güzarişi-əcib ki, keyfiyyəti . məclisdə bəyan olub itmamə yetir. ədibin çap olunan kitabının (komediyalar və «Aldanmış kəvakib» hekayəti) adı da «Təmsilat»dır. Axundovun janr anlayışında «təmsili-qisseyi-vaqeə», yaxud «təmsili-güzarişi-əcib» ifadə-tərkiblərinin mövqeyi nədən ibarət olmuşdur? Təbii ki, burada «təmsil» sözü janrın (komediya janrının-nəqli-behcət) adı deyil, ancaq janrın adının yerinə yazılıbsa, demək, onu əvəz etməsə də, əhatə, məna tutumu baxımından ondan daha genişdir.
Milli dramaturgiyanın baneyi-karı M.F.Axundovdur və dramaturgiya, o cümlədən komediya janrı ilə bağlı bir çox «düyünlü» nöqtələr məhz onun bədii və nəzəri irsində özünə yer tapır. Ona görə də, Azərbaycan komediyasının poetikasından danışmaq bilavasitə M.F.Axundovun yaratdığı «ictimai ədəbiyyat»dan, onun özünməxsus anlayışlar sistemindən bəhs etmək deməkdir. Axundov dramaturgiyası maarifçi dramaturgiya idi və belə olduğu üçün də Avropadakı analoji hadisənin (maarifçi realizm) bütün bədii-estetik kateqoriyalarını özündə ehtiva etməli idi. Ancaq konkret tədqiqat paradokslar meydana qoyur. Hətta bəzi məqamlarda Axundovun maarifçi realist olmasına əsaslı şübhələr baş qaldırır. Bu, təbii ki, elmi araşdırmada mümkün hallardan biridir, canlı orqanizm olan bədii əsəri, ümumən bədii təfəkkürü hazır sxemlərə, nəzəri konsepsiyalara «yerləşdirməkdən» irəli gəlir.
Yuxarıda sitat verilən “. ənənəvi janr yaddaşı ilə toqquşma” hadisəsini yaddan çıxarmaq olmaz.
Bu mənada professor dediklərini bir də nəzərdən keçirməlidir. Məsələn “. XVIII əsr Azərbaycan ədəbiyyatında baş verən etnik, estetik təbəddülatların XIX əsrdə arxası gəlmədi. Çünki İran ədəbi kanonlarının daşıyıcıları həmin etnik-estetik kanonların, şifahi xalq ədəbiyyatından, elat ədəbiyyatdan, Vaqifin qoşmalarından gəlmə təfəkkür sistemini yaxına buraxmadı. “Bax ona görə Qasım Bəy Zakir böyük şair ola bilmədi. Çünki o bilmirdi Füzuli ənənələrini davam etdirsin, yoxsa Vaqif ənənələri ilə getsin. Misal var, iki tərəfə baxan çaş olar. O bilmirdi Vaqifanə şeirlər yazsın, yoxsa Füzuliyanə şeirlər yazsın.”
Keçmiş günlərdə dəbdə olan şüarlardan biri də bu idi ki: . muğamat türk hadisəsi deyil. Ancaq elə həmin adamlar XIX əsrdə Nəbatinin yazdığı qəzəlləri eşidəndə ağlayırdılar. İndi biz Nəbatiyə “İran diskursundanmı” baxaq? Yaxud gülməli çıxmasa deyək ki, burda “erkəklik kultunu” harda axtaraq?
Ancaq “janr yaddaşı” anlayışını düzgün dərk eləyən kimi, aşağıdakı fikirlər uçub-dağılır: . Məsələn, Fizuli ilə Saib Təbrizi arasında ruh baxımından əlaqə yoxdur. Eləcə də Saib Təbrizi ilə Vaqifi, Seyid Əzimi heç nə bağlamır.
Sonda bir də təkrarlamaq istəırdim ki, hörmətli Rüstəm müəllim müsahibədə dediyi fikirləri ciddi yazı formatında çap etdirsə, ona adekvat münasibət özünü doğrulda bilər. İndiki halda, bu bir müsahibədir, sabah başqa biri çıxıb daha yüngül ideyalar ata bilər ortaya. Müsahibədən də gördüm, bir tərəf “təzyiq edir”, mütəxəssis güzəştə gedir, bir az əvvəl tənqid elədiyi Zakirdən az qala üzr istəməli olur. Ancaq sözünü sona saxlayır. Zakir böyük şair ola bilmədi. Niyə hamı Füzuli olmalıdır? Yaxud Səməd Vurğun, Rəsul Rza. haqqında dedikləri səhvdir və adi tənqidə dözmür. Rüstəm müəllim hər şeyi bir dəqiqənin içində arzulayır, ancaq təəssüf ki, bu belə deyil. Vallah, billah bizdən, xüsusən də məndən asılı deyildir.
- “Ulduz” jurnalının yeni nömrəsi işıq üzü gördü
- Qadınları zorlayan yeniyetmə
- ALMA yeni namizədini açıqlayacaq
Xix əsr azərbaycan ədəbiyyatı
Yeni dövr Azərbaycan ədəbiyyatı
II mərhələ (XIX əsr)
XIX əsr Azərbaycanın mədəni, iqtisadi inkişafında, o cümlədən ədəbiyyat tarixində mürəkkəb, ziddiyyətli, ictimai-siyasi hadisələrləzəngin, bir mərhələdir. Ölkənin iki yerə parçalanması, Rusiya və İran arasında bölüşdürülməsi, feodal münasibətlərinin sarsılması, kapitalist münasibətlərinin inkişafı Azərbaycan xalqının taleyinə ciddi təsir göstərdi.
Əsrin əvvələrində Rusiyanın tərkibinə daxil edilmiş Azərbaycanda vöəziyyət ağır olaraq qalırdı. Rusiyanın iqtisadi həyatında baş verən inkişaf Azərbaycanda həələ müşahidə olunmurdu. Sənayedə artım yox dərəcəsində idi, kəndli təsərrüfatı məhdud, əmək alətləri isə ibtidai idi.Əsrin 30–40-cı illərində iqtisadi vəziyyət nisbətən dəyişdi. Rusiyanın toxuculuq sənayesi üçün göndərilən xammalın həcmi artdı, Azərbaycana müxtəlif parşa növlərinin idxalı çoxaldı. Lakin bu, əhəmiyyətli irəliləyişə səbəb olmadı.
Rusiyanın müstəmləkə kimi baxdığı Azərbaycanda yürütdüyü siyasət də özünü doğrultmadı; bəylik hüququnun ləğv edilməsi, bəylərin ölkənin idarə edilməsi işindən uzaqlaşdırılması mülkədarlar tərəfindən kəndli üsyanlarının qızışdırılmasına səbəb oldu. Rusiya hökuməti səhvini dərhal düzəltdi, bəylərin, mülkədarların imtiyazları bərpa edildi, kəndlilərin vəziyyəti isə daha da ağırlaşdı. Belə bir vəziyyətdə, çar hökuməti ölkəni idarə etmək üçün yerli kadrlara ehtiyac duyduğundan yeni tipli məktəblərin açılmasına, dünyəvi təhsilə, rus dilinin öyrənilməsinə xüsusi diqqət ayırmağa başladı.
Əsrin ortalarından etibarən iqtisadiyyatda inkişaf meyilləri güclənməsi təhsil, elm, mədəniyyət, ədəbiyyat sahəsində də canlanmaya səbəb oldu. Yeni tipli məktəblərin, realist ədəbiyyatın, milli dramaturgiya, teatr, mətbuat, peşəkar ədəbi tənqidin yaranması məhz bu dövrlə bağlıdır.
XIX əsrdə ölkədə yaranmış yeni şəraitlə əlaqədar olaraq elm, mədəniyyətdə, ictimai və fəlsəfi fikirdə, ədəbiyyatda müasirlik meyllərinin güclənməsi xüsusi qeyd olunmalıdır. Bu dövrdə bədii ədəbiyyatda da yeni xarakterli əsərlər yaranmağa başlayır.
XIX əsrdə xalqımızın Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov kimi görkəmli ziyalıları, ədəbiyyat xadimləri yaşayıb yaratmışlar. Bu qüdrətli sənətkarlar öz əsərlərində xalqın mənafeyini müdafiə etmiş, həyatı, onun ziddiyyətlərini, müasirlik meyllərini, azadlıq ideallarını əks etdirmişlər.
1875-ci ildə görkəmli maarifçi H.Zərdabinin redaktorluğu ilə ”Əkinçi” qəzetinin nəşri ölkənin ictimai-mədəni həyatında böyük hadisəyə çevrildi. Qəzetin qarşıya qoyduğu başlıca məqsəd xalqın maarifləndirilməsi, sosial-mədəni inkişaf, xalqın tərəqqi yoluna qədəm qoyması idi. Xalq kütlələru atasında mütərəqqi, demokratik ideyaları yayan bu qəzetdə geriliyi, cəhaləti tənqid olunur, oxucu millətin inkişafı barədə düşünməyə, müasirliyə, yeniləşməyə dəvət edilirdi. H.Zərdabinin fikrincə, xalqın zülmdən, əsarətdən xilas yolu elm və təhsildən keçirdi. Qəzetdə ölkınin iqtisadi, siyasi, mədəni, sosial həyatına, təbiətşünaslıq elminə, kənd təəsəeeüfatına dair məqalələr dərc olunur, köhnə həyat tərzi, cəmiyyətin inkişafında maneəyə çevrilən vaxtı keçmiş adət-ənənələrin aradan qaldırılması ilə bağlı əhalinin maarifləndirilməsi məsələlərinə geniş yer verilirdi.
Ölkənin müxtəlif şəhərlərində təşkli olunan ədəbi məclislərdə Firovsi, Nizami, Nəvai, Füzulinin əsərləri oxunur, müzakirə edilirdi. Məclisdə oxunan əsərlər üzrə qızğın mübahisələr gedir, klassiklərin şeirlərinə yazılmış nəzirələrin yarışı keçirilirdi.
XIX əsrin əvvəlləri realist ədəbi cərəyanın ilk rüşeymləri qoyulur. A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazehin yaradıcılığı ilə ədəbiyyatımızda realist – maarifçi ədəbiyyatın nümunələri yaranır.
Böyük mütəfəkkir alim və yazıçı A. Bakıxanovun (1794- 1847) elmi və ədəbi irsi zəngin, rəngarəng, çoxşaxəlidir. Xalqımızın ictimai, mədəni fikir tarixində böyük yer tutan A.Bakıxanov ədəbiyyatımızda maarifçiliyin əsas nümayəndəsi sayılır. XIX əsrin birinci yarısında yeni maarifçi-realist ədəbi cərəyanını yaranması ilk növbədə bu böyük sənətkarın adı ilə bağlıdır. Ədibin bədii irsinin mühüm br qismini şeirlər külliyyatı təşkil edir. Ədib öz əsərlərini Qüdsi təxəllüsü ilə yazmışdır. Onun nəzm əsərlərinə «Mişkatül – ənvar» poeması, avtobioqrafik səciyyəli şeirləri, mənzum hekayələri, qəsidə, qəzəl, qitə, rübai, məsnəviləri daxildir. Bu şeirlər Abbasqulu ağa Bakıxanov Qüdsinin lirik və epik şerin böyük ustadı olduğunu sübut edir.
A. Bakıxanov gənc nəslin təlim – tərbiyəsi ilə bağlı iki fəlsəfi məzmunlu əsərin müəllifidir. «Təhzibül – əxlaq» (əxlaqın təmizlənməsi), «Kitabi – nəsihət» adlı bu əsərlərdə ədibin pedaqoji görüşləri öz əksini tapıb. ”Təhzibül-əxlaq” əsərində elm və təhsilin insan həyatında rolunu yüksək qiymətləndirən sənətkar yazırdı ki, dünyada olan şeylərin hamısı əmələ, əməl isə bütün fəzilətlərin dövləti olan elmə bağlıdır. Əlbəttə, bu fikirlər ilk növbədə A.Bakıxanovun böyük maarifçi olması, cəmiyyətin çıxış yolunu, inkişafını elm və təhsildə, ölkədə maarifin tərəqqisində görməsi ilə bağlı idi. A. Bakıxanovun «Kitabi – nəsihət» («Nəsihətnamə») əsəri də bilavasitə gənc nəslin tərbiyəsinə həsr olunmuşdur. Buraya 102 nəsihət daxil edilmişdir. Əsər müəllifin dini səciyyəli müraciəti ilə başlayır.
A. Bakıxanovun yaradıcılığında böyük yer tutan «Miratül – cəmal» («Surətin aynası») poeması fars dilində yazılmışdır. 1844-cü ildə yazılmış bu poemada ədibin fəlsəfi fikirləri öz əksini tapmışdır. Avtobioqrafik səciyyəli bu əsərdə yazıçının Polşaya səfərinin təəssüratları əks olunmuşdur.
Əsərdə sənətkarın öz vətəninə məhəbbəti diqqəti cəlb edir. A.Bakıxanov əsərdə Şirvanı, Quba qəzasındakı Gülüstanı tərifləyir, doğma yurdun bu dilbər guşələrindən heyranlıqla söz açır. Ədib Polşada elm və təhsilin İran və Türkiyə kimi Şərq ölkələrinə nisbətən daha çox inkişaf etdiyini qeyd edir.
Şair öz vətəninə məhəbbətini aşağıdakı mənalı misralarla ifadə edir:
Ey Qüdsi, çox gözəldir öz məskənin,
Hər bir yerdən xoşdur sənin vətənin.
Bakıxanovun XIX əsrin 30-cu illərində Azərbaycan dilində yazdığı «Kitabi – Əsgəriyyə» hekayəsində iki gəncin bir-birinə bəslədiyi səmimi, saf duyğulardan söz açılır. Əsər nəzm və nəsr hissələrindən ibarətdir. Qəhrəmanların başına gələn hadisələr nəsrlə, onların hiss və duyğuları, iztirabları isə nəzmlə verilmişdir. Nəsr dili nisbətən çətin, mürəkkəb olduğu halda, şeir dili bədiiliyi və sadəliyi ilə seçilir.
XIX əsrdə klassik poeziya ənənələrini davam və inkişaf etdirən Mirzə Şəfi Vazehin ((1794- 1852) yaradıcılığında dövrün ruhunu, yeni tələblərini əks etdirən mövzu və ideyalar başlıca yer tuturdu. Şair lirik şeirlərində məhəbbətin nə olduğunu bilməyən insanı susuz çeşməyə bənzədir, dünyəvi məhəbbəti, lirik qəhrəmanın təbii sevmək-sevilmək istəyini, səmimi duyğularını əks etdirirdi. Vazeh gözəlliyi, məhəbbəti tərənnüm edən, aşiqin təzadlı ovqatını, sevgi iztirablarını, kədəri, əziyyətini əks etdirən əsərlərində də nikbin ruh vardır. Bütün əzablara qatlaşan aşiq əhdinə vəfasız çıxmır, ayrılıq əzabına əzmlə dözür, vüsal ümidini itirmir:
Nigarım, vaxt gəlib çatdı, bu xəstə aşiqi yad et,
Mən öylə xəstəyəm, ancaq sənin vəslindi dərmanım.
Beş bəndlik “Süsəni” rədifli müxəmməsində Süsəni adlı qızın gözəlliyi tərənnüm edilir. Süsəniyə xitabında şair onun “bir baxışla yüz can aldığını” söyləyir, çəməndə gəzməyə çıxan bu gözəlin öz yerişi, hərəkətləri ilə təbiətin gözəlliklərini kölgədə qoyduğunu bildirir.
İsmayıl bəy Qutqaşınlının (1809-1861) “Rəşid bəy və Səadət xanım” hekayəsinin qəhrəmanları Rəşid bəy və Səadət xanımdır. Əsərdə zadəgan nəslindən olan Rəşid bəy təhsilli, yüksək mənəviyyatlı bir gənc kimi təsvir olunur. Onun kəndlilərə xeyirxah, qayğıkeş münasibət bəsləyir, ehtiyacı olanlara öz yardımını əsirgəmir. Köhnə adət-ənənələrə qarşı çıxan Rəşid bəyin arzusu qarşılıqlı məhəbbət əsasında ailə qurmaqdır.
Qonşuluqdakı digər kübar ailənin gözəl, ağıllı qızı Səadət xanımla tanışılığı böyük məhəbbətə çevrilir. Səadət xanım da öz təhsili, təbiyəsi , xeyirxah təbiəti ilə hamının hörmətini qazanmışdır. Ailəsinin onu varlı bir xan oğluna vermək nyyətindən xəbər tutan Səadət xanım bədbinləşir, bu qismətlə barışmaq istəmir. Rəşid bəylə tanışlıqdan sonra ona vurulan Səadət xanım sevgilisi ilə birlikdə öz məhəbbəti yolundakı bütün çətinlikləri dəf edir, hər iki gənc xoşbəxt ailə həyatı qurmaq arzusuna çatır.
“Səfər qeydləri” əsərini ədib Şərq ölkələrinə etdiyi səyahət zamanı yazmışdır. Əsərdə yazıçının müşahidələri, səfər təəssüratları ilə yanaşı, həyatı, fəaliyyəti, dünyagörüşü barədə dəyərli məlumat vardır. O, müxtəlif dövlət xadimləri, hərbçilər, din xadimləri ilə görüşlərindən söz açır, səfər boyu qaldığı yerlərin corafi vəziyyətini, mənzərəli yerlərini, əhalisinin vəziyyətini, həyat tərzini təsvir edir.
XIX əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın (1832-1897) Qarabağ xanı İbrahimxəlil Cavanşirin nəslindəndir. O, fars dilini mükəmməl öyrənmiş, klassik ədəbiyyatımıza, Nizami, Sədi, Hafiz, Füzuli kimi sənətkarların bədii irsini dərindən öyrənmişdir. Natəvan xeyriyyəçiliklə məşğul olmuş, ehtiyacı olan insanlara yardım əli uzatmış, İsa bulağından Şuşaya su kəməri çəkdirmişdir. O, uzun müddər Şuşada fəaliyyət göstərən məşhur “Məclisi-üns” ədəbi məclisinə hamilik etmişdir.
Şairin yaradıcılığında M.Füzulinin yaradıcılığının təsiri ilə yazılmış saf, insanı ucaldan sevgini, xeyirxahlıq, insanpərvərlik, dostluğu tərənnüm edən qəzəllər mühüm yer tutur. Məhəbbət mövzusunda qəzəllərində sevən, vüsal həsrəti ilə yaşayan, iztirab çəkən aşiq obrazı diqqəti cəlb edir.
Şeirlərinin lirik qəhrəmanı öz sevgilisinə qovuşmaq üçün hər cür fədakalığa, hətta həyatından keçməyə hazır olan gəncdir. Məcnun kimi dərd əlindən çöllərə üz tutan, tənhalığa qapılan bu gənc ah-fəğan edərək ürəyini boşaldır. “Ey dust”, “Xudahafiz” qəzəllərində br-birini sevən gəncləri ayırmağa çalışan bəd xislətli insanları- əğyarı, rəqibi pisləyir, belə xain insanlardan uzaq durmağı tövsiyə edir.
Natəvanın humanist baxışlarını əks etdirən şeirlərində dövrandan narazılıq, ictimai ədalətsizliyə, bərabərsizliyə etiraz motivləri də öz əksini tapmışdır. Şairin təbiət mövzusunda şeirlərində Qarabağın əsrarəngiz təbiəti, gülü-çiçəyi, bülbülü vəsf olunur.
Oğlu Mir Abbasın ağır xəstəlikdən sonra ölümü Natəvanı sarsıtmış, bu gaciəli hadisə onun yaradıcılığında da dərin iz qoymuşdur. “Ölürəm”, “Neçin gəlməz” rədifli qəzəllərində və digər əsərlərində oğul həsrəti, kədər motivlərinin, dərdli ana obrazının yaranmasına səbəb olmuşdur:
Nə yaxşı günlər idi kim, səninlə munis idim,
Zəmanə indi edib sinədağlı lalə məni.
Vüsalə yetməyibən zarü Natəvan qaldım,
Edib fələk yenə həsrət o məhcəmalə məni.
Natəvanın əsərləri bədii lik və ahəngdarlığı, dil-üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir. Əruz vəznndə yazdığı şeirlərdə hiss və duyğuların təbiiliyi, səmimiliyi, qafiyə, rədif, bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə əsərlərinin ahəngdar, oxunaqlı olmasını təmin etmiş, sənətkara oxucu məəhəbbəti qazandırmışdır.
XIX əsr ədəbiyyatımız da aşıq şeirinin məzmun, janr, bədii sənətkarlıq baxımından dəyərli nümunələri yarandı. Göyçə, Şəki, Şəmkir, Urmu mahallarında aşıq şeirinin görkəmli nümayəndələri yetişdi. Onların yaradıcılığında ictimai motivli əsərlər, xalqın arzu və istəklərini, mənəviyyatsızlığa, haqsızlığa, zülmə etirazı ifadə edən əsərlər mühüm yer tuturdu. Aşıq sənətinin inkişafı yazılı ədəbiyyatda da aşıq şeiri üslubunda və janrlarında əsərlərin yaranmasına səbəb oldu. Qasım bəy Zakir və Baba bəy Şakirin satirik şeir yaradıcılığı bu baxımdan diqqəti daha çox cəlb edir.
XIX əsr ədəbiyyatımızda realist satirik şeir, nəsr, dramaturgiya inkişaf edir, söz sənətində maarifçilik, realizm üstün mövqe tutur, demokratik ideyalar geniş əks olunurdu. M.F.Axundzadə, Q.Zakir, N.Vəzirov, Ə,Haqverdiyev, N.Nərimanov, C.Məmmədquluzadə, Aşıq Alı, Aşıq Ələsgər kimi görkəmli səənətkarların yaradıcılığı bu dövr ədəbiyyatımızın inkişafına, ideya-bədii cəhətdən zənginləşməsinə səbəb oldu. Ədəbiyyatımızda dramaturgiyanın əsasının qoyulması, dram, komediya, faciə, yeni tipli nəsr nümunələri olan povest, roman janrlarında əsərlərin yazılması ədəbiyyatımızın bu inkişaf mərhələsində əldə edilmiş diqqətəlayiq nailiyyətlər idi.
Comments are closed, but trackbacks and pingbacks are open.