XIX əsr. Suallar. Vəziyyət ruscadır – XII yazı – PƏRVİN
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Xix əsr rus ədəbiyyatı tarixi
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Rus ədəbiyyatı tarixi: I hissə: qədim və XVIII əsr rus ədəbiyyatı
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
XIX əsr. Suallar. – “Vəziyyət ruscadır” – XII yazı – PƏRVİN
Zamanın və zəmanənin ən böyük yaradan olması şəksizdi. İnsan, onun əlinin, beyninin, qəlbinin məhsulu, əslində, dövrün yetişdirdiyidi. Yəni şəraitin münbit, yaxud əlverişsiz olmasından çox şey asılıdı. Bəlkə də hər şey. İntəhası yaradılış mövzusu ortaya çıxanda “münbit” sözünün mənası da dəyişir. İnsanlığı məhvə aparan olay sənətə yeni istiqamətlər, təzə mövzular verə bilər. Yaxud da əksinə, millətin xoşbəxtlik immitasiyasından sənət heç nə qazanmaz, bir söz də yaranmaz. Bütün bu dediklərim yeni deyil, tarixin də, ədəbiyyatın da çoxdan təsdiq etdiyi həqiqətlərdi.
XIX əsr rus nəsrindən sevdiyim müəllifləri və əsərləri ardıcıl oxuyandan, dövrü anlamaq üçün çabalarımdan sonra suallar içində itib-batdım. Dünya ədəbiyyatına təsir etmiş, zamanın təsdiqlədiyi klassikləri və şedevrləri yaradan mərhələnin başlanğıcı hardadı?! Axı hansısa ənənələrin varlığına alışmışıq. Hətta XXI əsrin yazıçısını eramızdan əvvəl yaşamış birinin estetikasının, mövzularının, üslubunun davamını yaratdığına görə ittiham da edə bilərik, alqışlaya da. Bəzən bu bənzətmələr, ardıcıllıqlar ağıla da batır və gəlinən qənaət budur ki, əgər dünya və tarix öz-özünü təkrarlayırsa, müxtəlif zamanların məhsulunun da oxşar olması təbiidir.
XIX əsr rus ədəbiyyatı, mədəniyyəti, incəsənətini ümumiləşdirib – Qızıl dövr adlandırırlar. Bundan sonra yaradılanlar əvvəlkiləri ötüb-keçməyib. Ona görə qızılı gümüşə dəyişmək də qanunauyğun görünüb. Hətta çağdaş rusistlərin bir qəddar deyimi də var – Rus ədəbiyyatının gələcəyi onun keçmişidir. Bu əndərbadi ifadə əslində, reallığı əks etdirir və məhz XIX əsr ədəbiyyatında bütün gələcəklər və ola biləcəklər görünür. Amma buna qədərki yazılanları araşdıranda yox yerdən bu səviyyədə sənətin yaranması heyrətləndirir adamı. Bir vaxt “İqor polku haqqında dastan”ı oxuyub hansısa işarə, təməl də axtarmağa çalışmışdım. Amma o deyil. Bu sual dünya ədəbiyyatşünaslığını da zaman-zaman düşündürüb. Hətta rus ədəbiyyatından ardıcıl və ən dərin mühazirələr müəllifi Nabokov da qeyd edir ki, ənənəvi proza ingilis, fransız, alman ədəbiyyatında olub və XIX əsrdə bu xalqlarda qeyri-adi nəsr nümunələrinin yaranması təbiidir. Yəni misal üçün, Fransua Rable xələfləri içərisindən Prosper Merime, Stendal, Onore de Balzak, Emil Zolya, Qustav Flober səviyyəsində sənətkarların yetişməsi təbii idi. Bu analogiyanı digər Avropa xalqları ədəbiyyatına da aid etmək olar. Puşkinin, Lermontovun, Qoqolun, Dostoyevskinin, Tolstoyun, Çexovun sələfini isə tapmaq qeyri-mümkündür. Elə isə cavab tarixdədi. XIX əsrdə nə baş verdi ki, bütün mədəni sahələrdə, həmçinin də ədəbiyyatda belə sıçrayış oldu?!
1801-ci ildə saray çevrilişi oldu, imperator I Paveli boğub öldürdülər və hakimiyyətə I Aleksandr gəldi. Bu zamana qədər Avropa ilə arada çəkilmiş “dəmir pərdə”nin fəsadları qalaqlanıb qalırdı. Bu ciddi sədlərin və sərt çərçivələrin səbəbi məlum idi, Çar hakimiyyəti fransız burjua inqilabının ideyalarının imperiya ərazisinə keçməsinə və yayılmasına imkan verə bilməzdi. Axı inqilabın yaratdığı maarifçi ideyalar milləti düşündürə bilərdi, başı üstündə olan kütləni isə idarə etmək çətindi, ona görə sərf eləmirdi. Amma bununla belə hədsiz sıxılma da partlayışı qaçılmaz edir və I Pavelin aqibəti bir həyəcan təbili idi, yumşalmalara ehtiyac vardı. Elə I Aleksandrın hakimiyyətinin ilk illərində xalqın məişətinin, mədəni və emosional həyatının yaxşılaşdırılması üçün bir sıra işlər görüldü. İlk növbədə liseylər, gimnaziyalar, universitetlər yaradıldı, dəmir pərdə bir azacıq qalxan kimi çoxlu sayda ədəbi cəmiyyətlər və təşkilatlar meydana çıxdı. Bu cür yığıncaqlar, tədbirlər əhali arasında böyük maraqla qarşılandı və bura təkcə ədəbiyyatçılar deyil, başqa sənət sahibləri də qatıldılar. Və həmin dövr üçün ən önəmli məqam hər bir təşkilatın, ədəbi birliyin öz dərgisini, mətbu orqanını yaratması idi. Bu jurnalların bəziləri cəmisi iki-üç il yayımlandı, “Vestnik Yevropı” kimiləri isə bütün əsr boyu qorunub saxlandı, öz oxucusunu qazandı. Lakin bu dərgilər səviyyəsindən, yayımlanma ardıcıllığından asılı olmayaraq, müasir ədəbi prosesə öz təsirini göstərdi. Əgər bu zamana qədər rus ədəbiyyatı antik və Şərq mədəniyyəti ənənələrinə söykənən, onlardan bəhrələnən Avropa klassisizmi, sentimentalizmi, romantizmi və maarifçi realizminin nailiyyətlərini öyrənirdisə, indən sonra öz ədəbiyyatını, istiqamətlərini yaratmağa başladı. Və qeyd etməliyəm ki, XIX əsr təkcə ədəbiyyatda yox, həmçinin, elmin, incəsənətin bütün başqa istiqamətlərində yeniliklər və inkişaf dövrüdü. Bir sözlə, hər sahənin öz Puşkini, Tolstoyu var.
XIX yüzillikdə Dünya teatrına böyük təsir göstərmiş rus teatrı, bu günə kimi ən üstün hesab olunan rus baleti, rəssamlığı, bəstəkarlığı qeyri-adi sürətlə inkişaf etdi. Bəlkə tarixdə ilk dəfə yuxarılarla aşağılar, hakimiyyətlə xalq həm birlikdə, həm də ayrı-ayrılıqda müxtəlif yeniliklər edir, sənət və elm üçün uğurlu ola biləcək eksperimentlərdən qorxmurdu.
Misal üçün, riyaziyyatçı N.İ.Lobaçevski dünya alimlərinin iki min il ərzində axtarıb tapmağa çalışdığı qeyri-evklid həndəsi nəzəriyyəsinin əsasını qoyur.
Moskva Universitetində tarix cəmiyyəti yaradılır ki, rus mənəvi irsini toplasın, ilk dəfə “İqor polku haqqında dastan” tapılaraq nəşr olunur.
Rus milli musiqisinin yaranmasında M.İ.Qlinkanın rolu danılmazdı. O, opera sənətində iki istiqamətin – xalq musiqili dramı, nağıl-epik opera janrının əsasını qoyub. Bundan başqa, P.İ.Çaykovski, M.P.Musorqski, N.A.Rimski-Korsakov, yaxud yaradıcılıqları XX əsrin əvvəllərinə təsadüf edən S.V.Raxmaninov, İ.F.Stravinskinin əsərləri dünya musiqisinin inciləri kimi təsdiq olunub.
Elə bu dövrdə rus rəssamlığının təbliğatı üçün “Səyyar rəssamlar” cəmiyyəti yaradıldı. Və bu cəmiyyətdən İ.E.Repin, V.İ.Surikov, V.E.Makovski, İ.İ.Levitan, V.A.Serov kimi rəssamlar tanındılar, rus təsviri sənətini reallıqların, problemlərin carçısı kimi inkişaf etdirdilər.
XIX əsr memarlıq, inşaat sahəsində də öz möhürünü vurdu. Böyük Kreml sarayı, “Xram Krista Spasitelya” bunlara bariz nümunə ola bilər. Bu dövrdə monumental heykəltəraşlığın da əsası qoyuldu və A.Opekuşinanın Puşkinin heykəlini, M.M.Antopolskinin “İvan Qroznı”, “I Pyotr” əsərlərini nümunə göstərmək olar.
Bir sözlə, bütün mühüm sahələr və onların görkəmli nümayəndələri hərəsi öz işində əldə etdiyi nailiyyətlərlə dövrü qızıla çevirməyi bacardılar. Həmçinin artıq söylədiyim kimi, Çar hakimiyyəti bu yenilənmənin labüdlüyünü anlayırdısa, nadanlıqla mübarizəni vacib sayırdısa, sadə xalq da öz növbəsində çalışırdı. Dövlət Bolşoy Teatr üçün yeni bina tikdirir, sənətin inkişafı üçün böyük vəsaitlər ayırırdı, bu öz yerində. Digər tərəfdən də əyalətlərdə həvəskar teatrlar yaranırdı, hətta qeyri-peşəkar aktyor truppaları tamaşa qururdular və tamaşaçılar sözünü unudan artistlərə yerdən kömək üçün suflyorluq da edirdilər. Qriboyedovun “Ağıldan bəla” pyesi bu cəhətdən hər zaman vurğulanan və dillər əzbəri olan əsərdir. Beləliklə, XIX əsr buxovların boşaldıldığı və nəfəsliklərin açıldığı zamandır.
Artıq on ikinci yazıdır ki, bu dövrün ədəbiyyatı və ayrı-ayrı müəllifləri haqqında fikirlərimi bölüşməyə çalışıram. Və hansısa suallara cavabım da var. Hər şeydən əvvəl onu deyim ki, bu dövr də, onun ayrı-ayrı görkəmli nümayəndələrinin yaratdıqları da hədsiz geniş mövzudu və mənim rusistlik iddiam yoxdu. Qızıl dövr haqqında “qızıl xırdalamaq” məqsədindən uzağam. Sadəcə, rus nəsrinin ayrı-ayrı əsərlərini ilk növbədə özüm üçün master-klass obyektinə çevirmək istədim. Və öyrəndiyim bu oldu ki, ədəbiyyat eksperimentlər və mübahisələr içərisində özünü axtarır və yeni qapılar da bu zaman açılır. Əgər bu dövrdə Belinskinin sayəsində professional rus tənqidi meydana gəlməsəydi, bir çox müəlliflər öz yollarını müəyyənləşdirə bilməzdilər. Jurnallar və onlarda yer alan tənqidlə ədəbiyyat eyni səviyyədə qavranırdı oxucu tərəfindən. Artıq oxucu yeni çıxan əsərdən əvvəl tənqidin bu haqda nə dediyini öyrənir, sonra mütaliə edib-etməyəcəyinə qərar verirdi. Həm də tənqidin güzəştsizliyi zəif əsər yazmaq üçün fürsət qoymurdu. Məsələn, Dostoyevski səviyyəsində sənətkar “Bədbəxt adamlar”dan sonra II Qoqol elan olunur, heç kəsin tanımadığı kasıb bir gənc yuxarı başa keçirilir, şöhrət tapır, amma bundan sonra 1-2 zəif əsər yazanda biabır edilir. Yəni təndiqi imza yox, əsər və onun keyfiyyəti, səviyyəsi maraqlandırırdı ki, bu da nəticə verməyə bilməzdi.
Yaradıcı adamı səfil, kasıb görmək arzusu qəribədi. Beyin işlədikcə qara ciyərin bədənə yaydığı insulini susdurmaq sadə məsələ deyil. Bunun üçün yemək lazımdı, xoşbəxtlik və bədbəxtlik hormonlarını da sahmana salmaqdan ötrü rahatlıq vacibdi. Hansısa xəyali qəhrəmanın hisslərini düşünmək üçün beynin məişət problemlərindən azad olması başlıca şərtdi. Məhz bu dövrdə sənətkarın qonorar alması müasir dillə desək, leqallaşdı. Realist Puşkin burda da özünü göstərdi – ilham məhsulu satılmaz, amma əlyazmanı satmaq olar. Beləliklə, dərgilərin sifarişçi olması, yazılan əsərlərə qonorar verməsi də yaradıcı prosesi hərəkətə gətirirdi. Elə təkcə borclarını ödəməkdən ötrü sürətlə yazan, özü də necə yazan. Dostoyevskini bu mənada nümunə gətirmək yetərlidi.
Artıq söylədiyim kimi, niyyətim məhz diqqətimi çəkən nəsr nümunələrindən danışmaq idi. Amma dövrün poeziya və dramaturgiyasını da sonsuza qədər təhlil etmək olar. Təbii ki, bu zaman yazıb-yaradan klassiklərin elə öz dövründə sona qədər dərk edib dəyərləndirilməsi çətin idi. Misal üçün, Puşkin şeirlə roman (“Yevgeni Onegin”) yaradırdı, yeni nəsrin əsasını qoyurdu, amma elə Belinski səviyyəsində tənqidçi də onun etdiklərinin tam qiymətini verə bilməmişdi. Belkinin povestləri və digər nəsr nümunələrinin – istedadın süqutu – deyə damğasını vurmuşdu. Bu hələ Belinskidi. Sadə xalq Bestujev-Marlinski, Vladislav Narejnı kimi nasirləri, Kukolnik və Benedikdov kimi şairləri, Ozerov kimi dramaturqu daha məşhur, daha oxunan etmişdi. Puşkini isə yeni nəslin ədiblərindən biri kimi – Vyazemski, Delviq, Kükelbeker soyadlı şairlərin sırasında da görürdülər. İndi mən sadaladığım adlar müasir oxucuya nə isə deyirmi?! Yəqin, yalnız dövrlə məşğul olan mütəxəssislərə tanış gələ bilər bunlar.
Bu tezisi digər klassiklərə də aid etmək olar. Elə Çexovun özünü deyək. Onun müasirləri içərisində Overçenko, Teffi, Saşa Çornıy kimi qələm sahibləri vardı və bəzən bunlar Çexovla bir siyahıda qəbul olunurdular. İndi bu müəllifləri yalnız dövrün araşdırıcıları tanıyar, Anton Pavloviç isə Şekspir və Dikkenslə birgə dünyada əsərləri ən çox ekranlaşdırılan üç yazıçıdan biridir.
Beləliklə aydın olan budur ki, öz zamanının damarını tutmaq, zəmanənin insanını maraqlandırmaq işin bir tərəfidir. Demirəm sadədi. Amma yüz illəri adlayıb keçmək, bütün zamanların və xalqların klassiki “rütbəsini” qazanmaq daha ciddi məsələdir. Sən bu gündən danışaraq min illər sonraya xitab etməlisən, sən öz evinin içini, öz məhəlləni, öz əyalətini, nə bilim e ölkəni yaza-yaza əslində bəşəriyyəti qələmə almağı bacarmalısan. Həm də artıq folklorun çoxdan yazıb bitirdiyi mövzuları yeni formada təqdim etməyə, baxış bucaqlarını dəyişməyə nail olmalısan. Bilmirəm, XIX əsr rus klassiklərinin belə niyyəti öncədən olubmu? Olmayıbsa da, hansısa İlahi bir qüvvə bu missiyanı həmin sənətkarların üzərinə qoyub. Qarşıda XX əsr gəlir. XIX əsrdən elə araşdırdığımız müəlliflərin çaldığı həyəcan təbilinin əsassız olmadığını zaman təsdiq edəcək. İki dünya müharibəsi və inqilab. İnsanın və tarixin iç üzünün açılması üçün bundan “uğurlu” məqam ola bilməz. Açılacaq, hər şey öz adı ilə deyiləcək! Elə sənət də açıq danışmağa vərdiş edəcək. Bu haqda isə gələn dəfə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Comments are closed, but trackbacks and pingbacks are open.