Xəlil rzanın maqsud şeyxzadə monoqrafiyası
Daşnakları qovan bizik,
Xəlil rzanın maqsud şeyxzadə monoqrafiyası
Maqsud Şeyxzadə ilə bağlı bəzi mübahisəli məqamlar
Maqsud Şeyxzadə ilə bağlı elmi konfransa dəvət olunanda Xəlil Rza Ulutürkün adı yaddaşımdan yaşıl işıq zolağı kimi keçdi. 1982-ci ilin oktyabrını xatırladım . O zaman tələbəydim . Xəlil Rzanın pəncərələri indiki Təbriz Xəlilbəyli küçəsinə açılan evində ” Maqsud Şeyxzadənin bədii yaradıcılığı ” kitabı barədə danışırdıq . Ayrılanda Xəlil bəy səhifələrini qara qələmlə dönə-dönə təshih etdiyi monoqrafiyasının bir nüsxəsini avroqrafla mənə bağışladı .
Konfransdan əvvəl baxdığımız ” İki xalqın iftixarı ” adlı sənədli filmdə diqqətimi 20 sentyabr tarixi cəlb etdi . Şeyxzadəni 1952-ci ilin 20 sentyabrında həbs ediblərmiş .
Hafizəmdə başqa bir 20 sentyabr qımıldandı . 1985-ci ilin 20 sentyabrında Xəlil Rza Ulutürk ” Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri ” � mövzusunda doktorluq dissertasiyası müdafiə edirdi . O zaman Xəlil Rzanın müdafiəsində iştirak etmək üçün özbək alimləri Ləziz Qəyyumov , Xəlil bəyin � təbiriycə , ” üzündən nur yağan ” Səlahəddin Mamacanov , Bəxtiyar Nəzərov , folklorşünas Məmmədtahir Səidov da Bakıya gəlmişdilər . Özəlliklə , Ləziz Qəyyumovun Xəlil Rzanın doktorluq işinin müdafiəsinə qatılması , Xəlil bəyin opponenti olması sıradan bir hadisə deyildi . Çünki səksəninci illərdə Ləziz Qəyyumov özbək ədəbiyyatşünaslığının ən nüfuzlu simalarından biri sayılırdı , SSRİ Ali Sovetinin deputatıydı , ölkənin əsas qəzetinin – ” Sovet Özbəkistanı” nın baş redaktoru idi . Yadıma gəlir , Ləziz Qəyyumov dissertasiya işinin müdafiəsində və müdafiədən sonra Türkandakı bağ evində keçiriləcək ziyafətdə � köhnə dostu Pənah Xəlilovun da iştirakını təmin etməyi Xəlil bəydən ayrıca xahiş etmişdi .
İndi iştirakçısı olduğumuz konfransda çıxış edənlərdən kimsə deyəndə ki , ortaq ədəbi türkcənin yaranması mümkün deyil , yadıma Xəlil bəyin müdafiəsinə qatılmış (o vaxt gənc bir alim , indi isə görkəmli akademik olan ) Bəxtiyar Nəzərovun ötən ay Daşkənddə mənim özümün də iştirak etdiyim konfransda dediyi bir fikir düşdü : ” Cavid bütün türklərin anlaya biləcəyi türk esperantosunu yaratmışdır “. Məsələ Cavidə qalsaydı nə vardı ki � Ortaq ədəbi türkcəni yaratmağı Cavid mislində olan sənətkarlar , əlbəttə , bacarardılar . İsmayıl bəy Qaspıralıdan Hüseyn Cavidə qədər onların bunu etməməsi üçün təkcə məmləkətin deyil , ədəbiyyatımızın da başı üzərindən əvvəlcə İlminski fırtınası əsdi , sonra 1937-ci il baş verdi . Amma hələ 1937-ci ilə qədər , 1920-ci ildə Bakıda keçirilən Şərq xalqlarının birinci qurultayında buna gizli hazırlıq da getmişdi . Zəki Vəlidi Toğan ” Xatirələr”ində siyasi məsələnin bu aspektini ətraflı işıqlandırıb : ” Kominternin iclasından dərhal sonra müsəlman ölkələrdə çalışacaq qeyri-türk kommunistlərə türk məmləkətlərində nə qədər ki , imla sabit deyil , türk ləhcələri arasında fərqliliyi qabartmaq � barədə məxfi təlimatlar ötürülür . Çünki bu yolla həm türk aydınlarını parçalamaq , həm də onları tezliklə zərərsizləşdirmək mümkün olacaqdı “.
Konfransdakı çıxışında professor Kamran Əliyev Hüseyn Cavidin və Maqsud Şeyxzadənin oxşar ədəbi səciyyələrini izah edərkən onların rüşdiyyə məktəblərində təhsil almasına diqqəti çəkdi , Cavidi ” Azərbaycanın Şekspiri ” adlandırdıqları kimi , Şeyxzadəni də ” Özbəkistanın Şekspiri ” adlandırırlar , – dedi . Kimin necə adlandırmasından asılı olmayaraq , � Şeyxzadə Özbəkistanın Şekspiri heç deyil . Digər tərəfdən , Şeyxzadə heç vaxt Cavid cizgisində sabit olmayıb . Hətta ” pantürkizmin ayrı-ayrı naxışlarına , cizgilərinə ” ( X.Rza ) rast gəldiyimiz ilk qələm təcrübələri istisna olunarsa , yaxud yaradıcılığının Cavid cazibəsində qaldığı ilk mərhələsində Namik Kamalın , Ziya Gökalpın təsiri ilə yazdığı şeirlər istisna olunarsa , əsasən , Özbəkistana köçəndən , ” azərbaycanlı � mənəviyyatını itirmədən özbəkləşəndən ” ( X.Rza ) sonra məfkurəvi baxımdan Şeyxzadəni Cavidlə yaxınlaşdıran heç bir ciddi bağ qalmamışdı . Doğrudur , 1980-ci ildə Xəlil Rzanın dediyi kimi , Şeyxzadə ” milli şüur enerjisinə , bədii təfəkkür qüdrətinə malik olan Caviddən nəsə əxz ” etsə də , ” bədii biçim , ruh və məzmun etibarilə Süleyman Rüstəm , Mikayıl Müşfiq , Səməd Vurğun kimi şairlərə ” daha yaxın idi . Dünənə qədər Dağıstanın türkləşdirilməsi uğrunda mücadilə aparan Şeyxzadə Özbəkistanda artıq sovet ideolojisinin sifarişi ilə , tutaq ki , bu gün onun Şekspirlə qiyaslandırılmasına ” əsas ” verən ” Cəlaləddin Mənquberdi ” pyesini yazmışdı . Amma həssas məqam ondan ibarətdir ki , ” Cəlaləddin Mənquberdi ” milli ruhu ehtizaza gətirməkdən daha çox , xalqı yadelli qəsbkarlara , o halda isə faşizmə qarşı mübarizəyə ruhlandırırdı və ” Cəlaləddin Mənquberdi ” faciəsi Özbəkistan Kommunist Partiyasının birinci katibi Osman Yusifin ” təşəbbüsü və sifarişi ilə ” Vadil kurort şəhərində ” xüsusi yaradıcılıq şəraitində partiya qayğısı ilə � əhatə olunmuş ” Maqsud Şeyxzadə tərəfindən qələmə alınırdı .
Cavid tarixə ümumturan rakursundan baxdığı halda , Şeyxzadə tarixə Turan konsepsiyasını özbək qövsü ilə əvəzləyərək baxırdı . Bu mənada Şeyxzadəni Cavidlə deyil , ideoloji müstəvidə daha çox Səməd Vurğunla qiyaslandırmaq olur . Otuzuncu illərdə Hüseyn Cavidin süqutundan sonra Turan idealı ayrı-ayrılıqda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan idealı ilə əvəzlənir. Daha ” şeirimizin baş qəhrəmanı” Turandan deyil , Azərbaycanın, Özbəkistanın. içindən gəlir, Səməd Vurğun milli Vaqifin obrazını yaratdığı kimi , elə həmin illərdə də Şeyxzadə milli Xarəzmşah Cəlaləddinin obrazını yaradır. Yaxud “Uluqbəy”in turanlı səciyyəsi deyil , özbək səciyyəsi qabardılır. Əslində, Xəlil Rza Ulutürkün də dediyi kimi , o baş verirdi ki , türk xalqlarının hərəsinin fərdi cəhətlərini şişirdib göylərə qaldırırdılar ki , ortaq mədəniyyət və ortaq dəyərlər anlayışı tənəzzülə uğrasın. Elan edilirdi ki , Azərbaycan xalqı, sən qəhrəmansan! Özbək xalqı, sən igidsən! Türkmən xalqı, sən bahadırsan! “” Qisseyi-Yusif ” yaradıcısı Əli yalnız tatar sərvəti elan olunurdu ki , Azərbaycan türkləri bu qaynağa əl atanda tatar ilə toqquşsun və qardaş türk ulusları arasında ixtilaf qızışsın”. Bolşeviklərin Türküstan siyasəti, yəni 1924-cü ildən sonra vahid Türküstanın müxtəlif cümhuriyyətlərə bölünməsi də ” Parçala , hökm sür !” təlimini gerçəkləşdirmək üçün tətbiq olunurdu . Vahid və ortaq türk dilinin ləhcə fərqlərinə nəzərən “xalqlaşdırılması” da , yuxarıda yazdığım kimi , bu səbəblə bağlıydı.
Maqsud Şeyxzadə nəinki ortaq ədəbi dilin , eləcə də ortaq mədəniyyət anlayışının iflasa uğradığı mərhələnin, özbəkcələşən, azərbaycancalaşan. türkcənin şairidir və onun istər estetik , istər ədəbi, istərsə də məfkurəvi baxımdan Hüseyn Cavidlə qiyaslandırılmas ı, Hüseyn Cavid əyarına salınması “səma şairimizin ” üfüqlərini daraldır, Cavid romantizminin vüsətini azaldır.
Azər TURAN
Ədəbiyyat qəzeti .- 2018.- 22 dekabr .- S.15.
Xəlil rzanın maqsud şeyxzadə monoqrafiyası
Biz Türkləriz. Vətənimiz başdan-başa yer kürəsi
Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi.
Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. Gəlişi ilə ailəyə sevinc bəxş etmiş, körpəyə babası Xəlil öz adını vermişdir. Körpə qayğı və nəvazişlə böyüdü. Yeddi yaşı olanda onu məktəbə göndərdilər.
İki saylı Salyan rayon orta məktəbində təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərinin rəğbətini qazandı. O, Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin fəal üzvü idi. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü oldu. Onun şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdır. Xəlil Rza hələ gənc yaşlarından onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı.
Onun ilk mətbu şeri 1948 ci ildə“Azərbaycan pioneri” qəzetində dərc olunmuşdur. 1949 cu ildəXəlilin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühüti onun yaradıcılıq imkanlarına geniş yol açdı: Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü”məşğələlərində fəal iştirak etmək Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərirdi.
1954 cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlamışdır. O, burada ədəbi işçi vəzifəsində çalışdığı ilk ildə dövrü mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.
1954 cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şeirlər toplusu – “Bahar gəlir”kitabı (1957) nəşr olunur. 1957 ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M. Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan iki illik Ali ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı olması idi.
Xəlil Rza İnstitutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olmuşdur. Moskvada təhsil aldığı illərdə rus şairi Samuel Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması,Leninqrada “Ermitaj” xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.
1959 cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.
1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət
“Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olmuşdur. Şairin ən böyük vəzifəsini yazıb-yaratmaqda görən Xəlil Rza yorulmadan, var qüvvəsi ilə çalışır, yeni şeirləri, elmi araşdırmaları ilə təsəlli tapırdı. İstedadlı şair Xəlil Rza 1985 ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan özbək ədəbi-əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir.
1986 ci ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar İncəsənət Xadimi” adı verilir.
80 ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edir, lənətləndirirdi.
Biz türküstan elləriyik
Qeyrət, qüdrət yelləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək ,
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan-
Ermənisiz Azərbaycan.
Azərbaycan ziyalıları zaman-zaman öz yaradıcılıqlarında azərbaycançılıq ideyasına müraciət etmişlər. Bu sahədə mərhum şairimiz Xəlil Rza Ulutürkü xüsusi ilə qeyd etmək vacibdir. Öz idealı uğrunda mübarizə aparan ziyalılar ordusu içərisində Xəlil Rza Ulutürk istiqlal şairləri Məhəmməd Hadi, Əhməd Cavad, Məhəmməd Biriya kimi tarixi önəm kəsb etmişdir. Xəlil Rzanın milli idealında azərbaycançılıq – Azərbaycanın taleyi və ideyaları ilə möhkəm bağlıdır. Sənətkarın poeziyasında Vətənin, xalqın ümumiləşmiş obrazı zəngin mənbələrlə, qaynaqlarla müşayiət olunmuşdur.Xəlil Rza azadlıq idealı ilə poeziyasına bəşəri məzmun gətirmişdir. O, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, ictimai-siyasi xadim, milli demokratik hərəkatımızın mücahidi, Azərbaycan poeziyasında görkəmli ədəbi simadır.
Onun poeziyasının kökü, mayası Vətən eşqi torpaq və dünya ilə bağlıdır. Şair yazırdı:
“Bizim birinci borcumuz yer kürəsini qorumaqdır. Yer kürəsindəki sonsuz gözəllikləri, Füzulinin və Şeksprin yaratdığı poeziya kəhkəşanlarını, İbn –Sinanı qorumaqdır. Bütün təfəkkür korifeylərinin ürəyindən, gözlərindən süzülən ədəbi işığı qorumaq bizim borcumuzdur… Biz öz qüdrətli əllərimizi sərhədlər, okeanlar üzərindən uzadıb bir – birimizi salamlamalı, öz qəlbimizin qərarını qəti bildirməliyik. Yaşasın xalqların azadlıq idealı”.
İlk allahım, son allahım mübarizə! Mənə bənzə!
Doğransam da xıncım – xıncım, zərrə-zərrə, rizə-rizə,
Məramımdır mübarizə! Mənə bənzə!
Xəlil Rza “şübhəli şəxs” kimi təqib olunmuş, 1990 ci il yanvarın 26 da SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilmişdir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi” ni, 200 dən çox şer, poema və məktubunu qələmə alır. “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
Xəlil Rza 1990 cı ilin yanvarın 26 dək 40 illik ədəbi yaradıcılığı dövründə öz əsərlərini “Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil Rza” təxəllüsü ilə çap etdirmişdir. “Xəlil Rza Ulutürk” təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair, ömrünün son illərində, dörd il beş ay 22 gün, dünyasını dəyişənə qədər yazdığı şeirlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra onun ömür-gün yoldaşı, vəfadarı Firəngiz xanım XX ci əsrin axırlarından bu günədək Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini sahmana salaraq Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini – “işıq üzü görməyən” əsərlərini nəşr etdirməklə onu yaşadır, əbədiyyətə, ölməzliyə qovuşdurur.
Mən bilirəm dünyaya elə bir gün gələcək:
Dağlara səs salacaq yalnız ovçu gülləsi.
Lakin o zaman belə qəlbimdə dillənəcək
Bakıda yerə hopmuş qanların şəlaləsi.
(Moskva, Lefortovo zindanı, 10 fevral 1990.)
Şəkər xəstəliyi olan şairin səhhəti həbsxanada daha da pozulmuşdur. 1990 cı il oktyabrın 9-da yatab qatarında Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı. Çox zəifləmiş, bənizi saralmış şair fiziki halsızlığına, xəstəliyinə baxmayaraq bəraət alıb azadlığa buraxıldığı ilk günlərdən yenə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə atılmışdır.
1991-ci ilin mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülmüşdür. Bir ildən sonra ona Azərbarcan Respublikasının Xalq şairi fəxri adı verilmişdir.
Ən ağır,ən çətin fəth olunan bir zirvədən boylanmaq səadəti hələm- hələm kişiyə nəsib olmur. Belə ucalıqlardan biri də şəhidlik zirvəsidir. İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir. Təbriz 1991 ci ilin oktyabından 1992 ci ilin yanvar ayının 31-i nə kimi Qarabağın naxçivanik civarında gedən döyüşlərdə qəhrəman hökmüylə döyüşüb şəhid oldu. Olum ilə ölüm arasındakı treni həyat körpüsünə, ölümsüzlüyə çevirə bildi. Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 8 oktyabr 1992 ci il tarixli fərmanı ilə Təbriz Xəlil Rza oğlu Xəlilbəyliyə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Ən böyük sevincsən, ən müqəddəs qəm,
Məni od içinə atan Təbrizim.
Üzünə baxanda balam deyirəm,
Adını çəkəndə atam Təbrizim!
Bir səhər, bir günəş var mənzilimdə,
Qoy dünyalar bilsin nəçisən kimsən.
Kiçik mənzilimdə, dar mənzilimdə,
Sən ucsuz-bucaqsız məmləkətimsən.
Bu misraları oxuyarkən şairin doğma balasına və vətəninə olan böyük, sonsuz məhəbbətini görürük. Vətənini, millətini canından artıq sevən Xəlil Rza Ulutürk 1994 cü il iyunun 22-də vəfat etmiş və fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.