Press "Enter" to skip to content

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

“Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimatı keçirilib

“Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimatı keçirilib Azərbaycan Milli Kitabxanasında “Nizami Gəncəvi.Xəmsə” kitabının təqdimat mərasimi keçirilib.

27 Dekabr , 2021 18:47

https://static.report.az/photo/2ad24ab6-0a7c-3af8-a2ed-66b68dd70d57.jpg

Azərbaycan Milli Kitabxanasında “Nizami Gəncəvi.Xəmsə” kitabının təqdimat mərasimi keçirilib. “Report” xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, deputat Qənirə Paşayeva, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, tanınmış elm, ədəbiyyat xadimləri və hökumət rəsmiləri iştirak ediblər. Mərasimi K.Tahirov açaraq bildirib ki, “Nizami Gəncəvi İli” ilə əlaqədar yüzlərlə kitab çap edilib: “Hər çap olunan kitab nəsildən-nəsilə yadigardır. Onlar gələcək nəsillərə mirasdır. Nizaminin 50-dən çox ölkədən gətirilən 156 əlyazması tədqiqatçılar üçün qaynaq olacaq”. A.Kərimov deyib ki, artıq “Nizami Gəncəvi İli” yekunlaşmaq üzrədir: “İl ərzində Azərbaycanda və dünyada Nizami bayramı yaşandı. Bu il keçirdiyimiz tədbirlərin ana xətti Nizami Gəncəvi olub. Biz bu şəxsiyyətlərimizlə ölkəmizi, mədəniyyətimizi tanıdırıq. Builki tədbirlərimizdə Nizaminin təkcə şairliyini yox, həm də şəxsiyyət olduğunu çatdırmağa çalışdıq. Həmçinin onun Azərbaycana yox, həm də dünyaya verdiyi töhfələrdən danışıldı”. Nazir vurğulayıb ki, nəşr Mədəniyyət Nazirliyinin sifarişi əsasında ilk dəfə yayımlanır: “Kitab Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında çəkilmiş qədim miniatürləri özündə əks etdirir”. Eyni zamanda tədbirdə dahi mütəfəkkirlə bağlı kitablardan ibarət sərgi də təşkil edilib. Qeyd edək ki, kitab Prezident İlham Əliyevin “Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” sərəncamına əsasən dahi şair və mütəfəkkirin ədəbi-mədəni irsinin tədqiqi və təbliği məqsədilə nəşr olunub.

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

Elvin Mütaliboğlu. “Xəmsə”. Gənc yazıçı-şairin beşinci kitabı. Dahi Nizami Gəncəvi “Xəmsə”si formasında kitab. “Xəmsə” adı ilə oxuculara təqdim olunan bu kitabda beş nağıl – poema yer alıb. Adı dünyaca məşhur olan klassik söz ustadı Nizami Gəncəvinin ruhuna hörmət əlaməti olaraq müəllifin qələmə aldığı möv­zular maraqlı olduğu qədər də ibrətamizdir.

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

“Çağdaş Azərbaycan poeziyası”: N 61 (26 – 2014)

Bu elektron nəşr http://www.kitabxana.net – Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan poeziyası” kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. Elektron Kitab N 61 (26 – 2014)

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

YYSQ – http://www.yysq. org və Azərbaycan Yazıçılar Birliyi – http://www.azyb.net

Elvin Mütaliboğlu

“Xəmsə”

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

YYSQ – Milli Virtual Kitabxananın e-nəşri N 61 (26 – 2014)

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq

Elvin Mütaliboğlu. “Xəmsə”. Gənc yazıçı-şairin beşinci kitabı. Dahi Nizami Gəncəvi “Xəmsə”si formasında kitab. “Xəmsə” adı ilə oxuculara təqdim olunan bu kitabda beş nağıl – poema yer alıb. Adı dünyaca məşhur olan klassik söz ustadı Nizami Gəncəvinin ruhuna hörmət əlaməti olaraq müəllifin qələmə aldığı möv­zular maraqlı olduğu qədər də ibrətamizdir.

Comments are closed, but trackbacks and pingbacks are open.