Press "Enter" to skip to content

Srin faciəsi – Xocalı” adlı virtual kitab sərgisi

Virtual sərgidə Əlibala Məhərrəmzadənin “Xocalı soyqırımı”, Səriyyə Müslümqızının “Xocalı uşaqları – qar içində qar çiçəyi”, Nurəngiz Günün “Xocalı simfoniyası”, Rafiq Nazimoğlunun “Ağla, Xocalım, ağla!”, Nəsiman Yaqublunun “Xocalı soyqırımı”, Sabir Məmmədovun “Xocalı soyqırımı” və başqa kitablar yer alıb.

Xocalı uşaq kitabxanası

Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS

  • Əsas səhifə
  • Sənədlər
  • Ümumi məlumat
    • Doğma Azərbaycanım
    • Ulu Öndər Heydər Əliyev
    • Dağlıq Qarabağ münaqişəsi
    • Dağlıq Qarabağ münaqişəsi
    • Haqqımızda
    • Bakı 2015 Avropa Oyunları
    • Ən çox oxunanlar
    • Yeni kitablar

    27 Fevral , 2020

    Fevralın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin əməkdaşları Laçın rayon 28 saylı tam orta məktəbdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etdilər.
    Azərbaycan dövlət himni ilə başlayan tədbirdə daha sonra faciə şəhidlərinin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Elçin Hüseynbəylinin Xocalı qətliamından bəhs edən “Firuzə qaşlı xəncər” hekayəsinin motivləri əsasında hazırlanan tamaşa nümayiş edildi, Xocalıya həsr olunmuş mahnılar, şeirlər səsləndi.
    Xətai rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin müdiri Şahnaz Cəlilova öz çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. 2008-ci ildə isə Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb.
    Sonda məktəbin direktoru Nofəl İsmayılov çıxışında tədbirin məqsədinin şagirdlərə tariximizi, qan yaddaşımızı aşılamaq, vətənpərvərlik hisslərini oyatmaq, Xocalı hadisələri barədə daha dolğun məlumat formalaşdırmaqdan ibarət olduğunu bildirdi.

    “Əsrin faciəsi – Xocalı” adlı virtual kitab sərgisi

    Respublika Uşaq kitabxanası Xocalı soyqırımının 29-cu il dönümünə həsr olunmuş “Əsrin faciəsi – Xocalı” adlı virtual kitab sərgisini təqdim edib.

    Virtual sərgidə 27 kitab – Xocalı faciəsinə həsr edilmiş Azərbaycan, rus, ingilis və fransız dillərində olan ədəbiyyat istifadəçilərin ixtiyarına verilib.

    Əsas məqsəd müxtəlif dillərdə təqdim olunan kitablar vasitəsi ilə Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, habelə yeniyetmə və gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltməkdir.

    Virtual sərgidə Əlibala Məhərrəmzadənin “Xocalı soyqırımı”, Səriyyə Müslümqızının “Xocalı uşaqları – qar içində qar çiçəyi”, Nurəngiz Günün “Xocalı simfoniyası”, Rafiq Nazimoğlunun “Ağla, Xocalım, ağla!”, Nəsiman Yaqublunun “Xocalı soyqırımı”, Sabir Məmmədovun “Xocalı soyqırımı” və başqa kitablar yer alıb.

    İstifadəçilər bu link vasitəsi ilə virtual kitab sərgisi ilə tanış ola bilərlər:

Comments are closed, but trackbacks and pingbacks are open.