Press "Enter" to skip to content

Xəqani məmmədov azərbaycan milli hərəkatı

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

Xəqani məmmədov azərbaycan milli hərəkatı

Yenicag.az xəbər verir ki, bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında verilib. Quruma avstriyalı sabiq FİFA referisi Fritz Stuxlik sədr təyin olunub. Beləliklə, Xaqani Məmmədov Hakimlər Komitəsi, Əli Hüseynov isə Hakim-İnspektorlar Komitəsindəki sədr vəzifələrini itiriblər.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Qısa bağlantı
Xəbərlə bağlı düşüncələriniz?
Bəyəndim ( 0 )
Təəcübləndim ( 0 )
Üzüldüm ( 0 )
Qəzəbləndim ( 0 )

ŞƏRH ET

AFFA bu klubları su simicliyinə görə cəzalandırdı

Millimiz oyunlarını Belçikada keçirəcək

!Reklam – Single 02
www.veteninfo.com
!Reklam – Arxiv

Ads

!Reklam – Sidebar 01

Xəbər lenti

Bu partiya fəaliyyətini DAYANDIRDI

24.03.2023 – 11:00

Azərbaycan XİN Paşinyana CAVAB VERDİ

24.03.2023 – 10:55

Azərbaycanda ən yüksək maaşı bu peşə sahibləri alır

24.03.2023 – 10:45

Mask Prezident Baydeni ələ saldı – FOTO

24.03.2023 – 10:35

Gömrükdə “ tuman əməliyyatı?” : DGK-nın paylaşımı tənqidlərə səbəb oldu – FOTOLAR

24.03.2023 – 10:29

Peyğəmbərin yetişdirdiyi və ən yaxşı dediyi xurma hansıdır?

24.03.2023 – 10:20

Xoyda yeraltı təkanlardan sonra Naxçıvanda durum necədir?

24.03.2023 – 10:05

Bu gün 23 dərəcə isti olacaq

24.03.2023 – 09:58

Yaponiyada zəlzələ oldu – SON DƏQİQƏ

24.03.2023 – 09:48

Azərbaycan nefti bahalaşdı

24.03.2023 – 09:40

Misirli həmkarı İlham Əliyevə zəng etdi

24.03.2023 – 09:26

“Türkiyə terrorla mübarizəni davam etdirəcək”

24.03.2023 – 01:00

Zəlzələnin dağıtdığı ərazilərdə yeni binaların tikintisinə başlanıldı

24.03.2023 – 00:28

Azərbaycan millisi Albaniya yığmasına məğlub oldu

23.03.2023 – 23:56

Təhsil, yoxsa peşə. – Valideynlər övladlarını niyə ölümə yönləndirir? – VİDEO

23.03.2023 – 23:41

Dünyada dəqiq elmlər üzrə ən çox istinad edilən alimlərimiz – SİYAHI

23.03.2023 – 23:18

Vaksinasiya olunanların sayı açıqlandı

23.03.2023 – 22:59
Koronavirus

Azərbaycanda pandemiya ilə bağlı son vəziyyət

23.03.2023 – 22:38

Ramazan ayının ikinci gününün imsak, iftar və namaz vaxtları

23.03.2023 – 22:20

Qərbi Azərbaycan icmasından Nikol Paşinyanın bəyanatına CAVAB

23.03.2023 – 22:00

“Bunun təşəbbüskarı İlham Əliyevdir” – Zaxarova

23.03.2023 – 21:39

Leyla Əliyevadan Ramazan PAYLAŞIMI – FOTO

23.03.2023 – 21:20

Krımda rabitə qülləsinə Ukrayna bayrağı sancıldı – VİDEO

23.03.2023 – 21:00

Britaniya parlamentində “TikTok”un istifadəsi qadağan ediləcək

23.03.2023 – 20:36

Vətən müharibəsi şəhidinin atası vəfat etdi

23.03.2023 – 20:20

TBMM Finlandiyanın NATO-ya üzvlüyünü dəstəklədi

23.03.2023 – 20:01

Şabranda 8 otaqlı evdə yanğın baş verdi

23.03.2023 – 19:40

Meşə fondu torpaqlarına ağaclar əkildi

23.03.2023 – 19:20

Londonda Ramazan hazırlıqları – FOTO

23.03.2023 – 19:00
İqtisadiyyat

Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri açıqlandı

23.03.2023 – 18:41

!Reklam – Sidebar 02

!Reklam – Smartbee

Ən Çox Oxunanlar

Bu həftə üçün ən çox oxunan məlumat tapılmadı.

Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 3 medalla başa vurdular
7 gün öncə
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar
5 gün öncə
Azərbaycan millisi dünya çempionatına 21 idmançı ilə getdi – SİYAHI
3 gün öncə
Avstriya – Azərbaycan oyununun hakimləri açıqlandı
3 gün öncə
“Qəbələ” “Şamaxı”ya qalib gəldi
7 gün öncə
Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 3 medalla başa vurdular
7 gün öncə
Avropa Kuboku: Cüdoçularımız birinci yeri tutdular
2 həftə öncə
Ronaldo ayın ən yaxşı oyunçusu seçildi
3 həftə öncə
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar
5 gün öncə
Rafael Fiziyev Getji ilə qarşılaşma üçün Londonda
2 həftə öncə

!Reklam – Sidebar 03

Müsahibələr

Gənc aktrisa: “Buna görə məni küçədə daş-qalaq edərlər” – VİDEOMÜSAHİBƏ / FOTOLAR

Nəsib Nəsibli: “Demokratik dəyişikliklər belə son nəticədə İranın dağılmasına gətirib çıxaracaq” – MÜSAHİBƏ

Rəsm əsərləri ehtiyatda olan zabitin gözü ilə: “Bəzi məsələlərdə hətta düşmənə qarşı da mülayimlik göstərirdim” – MÜSAHİBƏ

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

Bununla yanaşı, Yenicag.az Analitik İnternet Qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, xəbər yayır.

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

© 2007-2023 Bütün hüquqları qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq kopyalana və başqa yerdə yayımlana bilməz.

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı (1917-1920)

1917-ci ildə Rusiyada fevral inqilabı baş verərkən Cənubi Azərbaycan rus qoşunlarının işğalı altında idi. Çarizmin devrilməsi Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının canlanmasına şərait yaratdı. Müharibə dövründə baş verən ümumi iqtisadi böhran və əhalinin vəziyyətinin ağırlaşması, xarici işğalçıların ağalığı və hökumətin ölkəni fəlakətdən xilas etməyə qadir ola bilməməsi İranda, o cümlədən Cənubi Azərbaycanda xalqın narazılığına, tez-tez baş verən həyəcanlara səbəb olmuşdu.
Cənubi Azərbaycanda əhalinin çıxışlarına əsas siyasi orqan – İran Demokrat Partiyasının (İDP) əyalət komitəsi istiqamət verirdi . Azərbaycan əyalət komitəsi bu təşkilatın mətbuat orqanı kimi «Təcəddüd» («Yeniləşmə») qəzetini nəşr etməyə başladı. Qəzetin ilk nömrəsi (fars dilində) 1917-ci il aprelin-9-da çıxdı.
1917-ci il mayın 1-dən başlayaraq Təbrizdə mitinq və nümayişlər keçirilməyə başladı.
1917- ci il avqustun 24-də Təbrizdə İDP-nin əyalət komitəsinin konfransı açıldı. 480 nümayəndə iştirak edirdi. Konfrans Azərbaycan Demokrat Partiyasını (ADP) müstəqil elan etdi. Şeyx Məhəmməd Xiyabani başda olmaqla onun Mərkəzi Komitəsini seçdi. ADP-nin fəaliyyət dairəsi genişləndi. Astara, Miyanə və b. şəhərlərdə, kəndlərdə və Bakıda partiyanın təşkilatları yarandı.
1918- ci ilin noyabrında Türkiyə Cənubi Azərbaycanda yerləşdirdiyi 9-cu ordusunu buradan çıxartdıqdan sonra ingilislər yenidən İranın şimal-qərbini ələ keçirdilər. Vüsuqüddövlənin hökuməti ilə 1919-cu il avqustun 9-da İranı İngiltərədən tam asılı hala salan saziş bağlanması Cənubi Azərbaycanda genişlənən milli-azadlıq hərakatının yeni pilləyə qalxmasına təkan verdi. Əyalətdə ingilis imperialistlərinə və İran hökumətinə qarşı mübarizə şiddətləndi.
1920-ci il aprelin 7-də Təbrizdə üsyan başlandı. Ümumi sayı iki minə yaxın olan süvari və piyada kazak dəstələrindən başqa Təbrizdəki silahlı qüwələrin hamısı üsyana qoşuldu. Üsyana rəhbərlik etmək üçün İctimai İdarə Heyəti (İİH) yaradıldı. Mirzə Tağıxan Rəfət, Zeynalabdin Qiyami və b. ibarət bu heyətə Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi.
Təbrizdə üsyan qalib gəldi. Hakimiyyət İİH-nin əlinə keçdi. Xiyabani İranın daxilindən və xaricindən olunan bir sıra hərbi yardım təkliflərini rədd etdi. Müəyyən hadisələr buna səbəb olmuşdu. Gilandakı hərəkatın xoşagəlməz cəhətləri, Sovet rəhbərlərinin 1920-ci il mayın 18-də yenidən İrana-onun Xəzərsahili limanı Ənzəliyə hərbi hissələr çıxarması Xiyabaninin bolşeviklərə olan inamını qırmışdı. O, bolşevizmi «çarizmin o biri üzü» adlandırdı.
Xiyabani başda olmaqla hərəkatın əsas tələbi İranı demokratik respublikaya çevirməklə onun tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsindən ibarət idi. İranın əsas Qanununa uyğun olaraq Əyalət Ənciməni yaradılması haqqında müraciəti Tehran qəbul etmədi. Hakimiyyətin yerlərdə demokratların əlinə keçməsinə istinadən üsyan rəhbərliyi iyunun 24-də muxtar hüquqlara və silahlı qüvvələrə malik Milli Hökumət (MH) yaratdı. Xiyabaninin rəis seçildiyi Milli Hökumət iyunun 24-də «Təcəddüd» qəzeti redaksiyası binasından mərkəzi dövlət idarələrinin yerləşdiyi və vəliəhdin iqamətgahı olan binaya – Ala Qapıya köçürüldü.
Yerli icraiyyə orqanı olan Milli Hökumət demokratik respublika qaydalarına əsaslanırdı. Milli Hökumətin tərkibinə ADP-nin üzvlərindən 20 nəfər daxil idi. Onlar əsasən ticarət burjuaziyasının və ya bir qismi Xiyabani kimi ticarət burjuaziyası ilə bağlı olan ziyalı təbəqəsinə mənsub idi.
MH kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. sahələrdə islahatlar və b. tədbirlər həyata keçirməyə başladı, bu sahələr üzrə idarə və nazirliklər yaratdı.
Lakin torpaq məsələsi məhdud şəkildə həll edildi. Layihədə təkcə dövlət torpaqlarının kəndlilər arasında bölünməsi nəzərdə tutulurdu ki, onlar da əkin üçün yararlı olan sahənin yalnız 4 faizini təşkil edirdi. Tolrpağın əsas hissəsi isə mülkədarların, ruhanilərin və qismən ruhani idarələrinin əlində toplanmışdı.
Nə üçün Xiyabani Azərbaycanı «Azadistan» adlandırdı?
Tarixşünaslıqda bu barədə müxtəlif fıkirlər var. Onlardan biri də sosialist inqilabının cənuba doğru irəliləməsi və Qafqazda Azərbaycan Sovet respublikasının təşkilinə qarşı müdafıə mövqeyi tutmaqdır. 1920-ci ildə Təbrizə gəldiyi günün sabahı sentyabrın 8-də Xiyabani ilə görüşən Cəlil Məmmədquluzadə isə «Molla Nəsrəddin» jurnalı səhifələrində üsyan dövründəki Cənubi Azərbaycanı «Azərbaycan cumhuriyyəti» adlandırırdı.
Tehranda Böyük Britaniya nümayəndəliyi isə mərkəzi hökumətin Azadistana (Azərbaycana) hazırladığı silahlı hücum planının təşkilatçısı idi. Sentyabrın 11-də Təbriz üzərinə qəfıl hücum təşkil edildi. Əksinqilabi qüvvələr sentyabrın 12-də Ala Qapını ələ keçirdilər, sentyabrın 14-də isə «Təcəddüd» qəzeti binasını dağıtdılar. Əksinqilabi qüvvələrin sayca üsyançılardan çox olmasına baxmayaraq, üsyançılar sentyabrın 14-dək son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Sentyabrın 14-də Xiyabani vətənin azadlığı və istiqlalı uğrunda mübarizədə şəhid oldu.
Üsyançılara amansızcasına divan tutuldu. İran irticasının başçısı Müşirüddövlə isə Cənubi Azərbaycanda və İranın müxtəlif yerlərində xalq hərəkatının yatırılmasındakı «xidmətlərinə» görə şah tərəfındən birinci dərəcəli «Taci Kəyan» nişanı ilə təltif edildi.
Beləliklə, Xiyabaninin başçılığı ilə həyata keçirilmiş bu üsyan İrandakı imperialist ağalığına, şahlıq quruluşuna qarşı və azərbaycanlıların öz milli istiqlaliyyəti uğrunda mübarizə tarixində böyük əhəmiyyətə malik oldu. Ş.M.Xiyabaninin siyasi fəaliyyəti, nəzəri-fəlsəfı baxışları Azərbaycan xalqının milli-azadlıq və demokratik hərəkatı tarixində dərin iz buraxmışdır.

Müəllif: baş müəllim S.A.İsmayılova

  • Teqlər:
  • Cənubi Azərbaycan

Comments are closed, but trackbacks and pingbacks are open.