Press "Enter" to skip to content

Cari vergi ödəmələri arayışının doldurulması qaydası dəyişib

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

II bölmə. Azərbaycan xilafətin tərkibində (VII əsrin ortaları – IX əsrin ortaları)
III fəsil. Azərbaycan xilafətin tərkibində

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.

Testin cavabını göstər

Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.

3-4 əsrlərdə Azərbaycanda nə uçun feodalların şəxsi təsərrüfatları yox idi?

feodal pərakəndəliyi
iqtisadiyyatın zəif inkişafı
büdcə çatışmamazlığı
siyasi hərc-mərclik
bu dövrdə feodal münasibətləri yaranmamışdı

Atropatena sasanilərin hansı mərzbanına daxildir:

Cavanşirin hakimiyyət illəri:

837-ci ilin yayında Afşin

Bəzz qalasına yaxınlaşdı və Babəklə sonuncu döyüşə girdi
Bəzz qalasını döyüşsüz aldı
Həmədanı mühasirəyə aldı
Bəzz qalasının mühasirəsini başa çatdırmaq üçün xəzərlərdən kömək istədi
Təbrizə yaxınlaşdı

Rəvvadilər və Mannanın oxşar cəhəti nədir?

türk mənşəli olmaları
eyni əsrdə yaranmaları
ərəb mənbələrində bu ərazi Azərbaycan adlandirilmişdir
qul əməyindən filiz mədənlərində istifadə etmələri
Azərbaycanın cənubunda yaranmaları

Yəmənə və İraqa ixrac olunurdu:

Şiz civəsi
Qırmızı kvars
Kətan parçalar
Neft məhsulları

Albaniyanın əsas toxuculuq mərkəzlərindən hesab olunan vilayət:

Ədalətli cəmiyyətin qurulmasını Məzdək hansı yolla mümkün hesab edirdi?

İslahat keçirməklə
Dini yolla
Mübarizə yolu ilə
Xalqı maarifləndirməklə

“ Bərid ” adlanırdı:

Hərbi qarnizon
Rabitə məntəqəsi
Sənətkar birliyi

Albaniyanın Dizrav döyüşündə itirdiyi ərazilər.
1.Kolt
2.Giriman
3.Sakasena
4.Arsax
5.Kaspiana
6.Marlar ölkəsi

Erkən feodalizm münasibətləri dövründə Sasani imperiyası hansı əraziləri əhatə edirdi?

Atropatena
Sasani dövləti
Ön Qafqazı

Dastanda “Qara donlu kafirlər” adlandırılmırdı?

Bizans feodalları
erməni feodalları
gürcü feodalları
ərəb feodalları

Məhəmməd ibn Əbu Sac Azərbaycana vali təyin edildi

Xaricilər hərəkatı bitdi;

Ən ağır vergilər hansı torpaq mülkiyyətinin üzərinə düşürdü?

icma torpaqları
divan torpaqları

Neçənci illərdə Albaniya Sasani mərzbanları tərəfində idarə olunurdu?

Ardıcıllığı əksinə düzün
1 Amaras
2 Sündü kəndindəki məcid
3 Xudafərin körpüsü
4 Gəncə qapıları

Uyğunluq gözlənilmişdir:

Atropatena dövlətinin paytaxtı İzirtu şəhəri
Azərbaycanda feodal münasibətləri bərqərar oldu 3-cü 5-ci əsirlərdə
Manna hökmdarı idi – İranzu
Qazaka şəhəri – Midiyanın paytaxtı idi
Sasanilər dövləti 359-cu ildə yarandı

Patriklər və azadlar kimlərə deyilirdi?

Feodalllara
Kəndlilərə
Vergi və mükəlləfiyyətlərə

Lahıcanşahlıq neçənci ildə Şirvanşahlar dövlətinə birləşdirildi?

Hansı Sasani hökmdarı torpaq islahatı keçiribdir?

I Xosrov Ənuşirəvan
Ərdəşir Babəkan
I Yezdəgird

Sasanilər dövründə irsən keçən torpaq mülkiyyət forması

IX-XI əsrlərdə aran zəngin idi:

Sitrus bitkisi ilə
qırmızı böcəyi ilə(xüsusi boyaq maddəsi almaq üçün)
pambıq ilə

Yalnız Azərbaycanın cənub torpaqlarını əhatə edirdi:

Rəvvadilər
Şəddadilər
Şirvanşahlar

“Kitabi – Dədə Qorqud dastanı”nda ana haqqı Tanrı haqqına bərabər tutulur:

“Duxa qoca oğlu Dəli Domrul boyu”nda
“Salur Qazananın evinin yağmalandığı boy”unda
“Bəkil oğlu İmran boyu”nda
“Uşun qoca oğlu Seyrək boyu”nda
“Qanlı qoca oğlu Qanturalı boyu”nda

Nuxa şəhərində təcrübi ipəkçilik məktəbinin fəaliyyətə başlaması

Firuzun Haylandur hunlarını köməyə çağırması nə ilə nəticələndi?

II Vaçenin hakimiyyətdən əl çəkməsi ilə
II Vaçe qalibiyəti ilə
II Vaçenin ölümü ilə
Firuzun öldürürülməsi ilə
Firuzun hakimiyyətdən əl çəkməsi ilə

Cavanşirin qətlə yetirilməsindən 38 il əvvəl hansı döyüş baş vermişdir?

I Bələncər
II Bələncər

Dəndənəkan döyüşündə səlcuqlar məğlub etdilər:

Qəznəviləri
Qaraxaniləri
Monqolları

Mani neçənci ildə edam edilmişdir?

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Cari vergi ödəmələri arayışının doldurulması qaydası dəyişib

Cari vergi ödəmələri arayışının doldurulması qaydası dəyişib Vergilər Nazirliyi Cari vergi ödəmələrinin hesablanması haqqında arayış forması və Cari vergi ödəmələrinin hesablanması haqqında arayışın tərtib edilməsi qaydasını təsdiq edib.

28 Avqust , 2019 13:45

https://static.report.az/photo/daa5bf69-d152-49cd-b465-6751e5c83f9a.jpg

Vergilər Nazirliyi “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış forması və “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışın tərtib edilməsi qaydasını təsdiq edib. Nazirlikdən “Report”a verilən məlumata görə, bununla da Vergilər nazirinin 16 aprel 2019-cu il tarixli əmri ilə təsdiq olunmuş arayış forması və qaydalar ləğv edilib. Yeni qaydalar və arayış forması cari ilin oktyabrın 1-dən qüvvəyə minəcək. “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən tərtib olunmaqla təqdim edilir. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödədikləri üçün onlar tərəfindən dövlət vergi orqanlarına arayış təqdim edilmir. Qaydaya əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verməlidir. Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş metodda hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulmuş metodda isə vergi ödəmələrinin məbləği bu rübdəki gəlirin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün Vergi Məcəlləsinin 151.2-ci maddəsindəki metodu seçdiyi halda, mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə arayışı (cari və ya dəqiqləşdirilmiş) hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda, vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılan və fəaliyyət göstərən vergi ödəyicilərinin cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir: – mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır; – cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır;
– rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələri aparılmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə arayış vergi orqanına təqdim edilməlidir;
– sadələşdirilmiş verginin ödəyiciləri mənfəət və ya gəlir vergisi ödəyicisi olduqda cari vergi ödəmələrinin məbləği Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilir. Qaydaya görə, cari vergi ödəmələri Vergi Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilən müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə Vergi Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır. Arayışda onun təqdim edildiyi vergi orqanının adı, vergi ödəyicisinin VÖEN-i, tam adı, seçdiyi metodun növü, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi bölgü meyarlarına uyğun olaraq hansı sahibkarlıq subyektinə aid olduğu və vergi dövrü (arayışın hansı hesabat rübünə aid olmasından asılı olaraq müvafiq rüb və il yazılır) göstərilməlidir. Yeni qaydada cari vergi ödəmələrinin hesablanması üsulları da yer alıb. Belə ki, arayışın 290, 291, 292, 293, 294295 kodu sətirləri Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən vergi hesablayan mənfəət və gəlir vergisinin ödəyiciləri tərəfindən doldurulur. Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə əsasən, mikro sahibkarlıq subyektlərinə 75 faiz güzəşt tətbiq edilir və onlara cari vergi ödəməsinin 25 faizi həcmində cari vergi hesablanaraq arayışın 295 kodlu sətrində əks etdirilir. Vergi Məcəlləsinin 151.2-ci maddəsinə uyğun hesablama aparılan zaman hər rüb üzrə verilən arayışda artan yekunla vergi ödəyicisinin dövriyyəsi 200 000 manatdan çox olduğu vaxtdan vergi ödəyicisi mikro sahibkarlıq subyekti üçün nəzərdə tutulan vergi güzəşti hüququnu itirir. Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, vergi hesablayan ödəyicilər isə arayışın 296, 297298 kodlu sətirlərini doldururlar. Arayışın 296 kodlu “Hesabat ili üzrə artan yekunla mənfəətin (vergiyə cəlb edilən gəlirin) həcmi” sətrində təqvim ili ərzində rüblər üzrə artan yekunla gəlirindən gəlirin əldə edilməsi ilə bağlı xərclərini çıxdıqdan sonra vergiyə cəlb olunan mənfəətin və ya gəlirinin məbləği, 297 kodlu “Cari vergi ödəməsinin həcmi” sətrində Vergi Məcəlləsinin 151.5.2-ci maddəsinə (cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamaqla) uyğun olaraq hesablanmış cari vergi ödəməsinin məbləği yazılır. Mikro sahibkarlıq subyekti olan mənfəət və ya gəlir vergisinin ödəyiciləri isə Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə əsasən əldə etdikləri mənfəət və ya vergiyə cəlb olunan gəlirinə 75 faiz güzəşt tətbiq etməklə cari vergi ödəməsini 25 faizi həcmində hesablayaraq arayışın 298 kodlu sətrində əks etdirə bilərlər. Qaydalara görə, arayışın “Vergi ödəyicilərinin məsuliyyəti” hissəsində vergi ödəyicisinin rəhbərinin, baş mühasibinin və arayışı tərtib edən məsul şəxsin soyadı, adı və atasının adı (çərçivələrdən kənara çıxmadan) yazılmaqla onlar tərəfindən imzalanır. Arayış rəhbər şəxs tərəfindən imzalandıqdan və möhürlə təsdiqləndikdən sonra möhürün aşağı hissəsində olan sənədin tərtib edilmə tarixi qeyd olunmalıdır Arayışı auditor (agent) tərtib etdikdə sağ tərəfdə aşağı küncdə onun soyadı, adı və atasının adı yazılmaqla imzalanır, “auditorun (agentin) VÖEN” xanalarında VÖEN göstərilir və dairənin üzərində auditorun möhürü ilə təsdiqlənir. Vergi orqanı tərəfindən arayışın qəbul edilməsi №-si və tarixi çərçivəsində daxil olma tarixi və qeydiyyat nömrəsi göstərilir. Arayışın qəbul edilməsi №-si və tarixi çərçivəsində aşağıdakı bəyannaməni qəbul edən şəxsin soyadını, adını və atasının adını (çərçivədən kənara çıxmadan) yazmaqla imzalanır. Arayış poçt vasitəsilə göndərildikdə zərfin üzərinə vurulan poçt ştempelinin tarixi müvafiq xanaya qeyd edilir. Arayış vergi ödəyicisi tərəfindən birbaşa təqdim edildikdə poçt ştempelinin vurulma tarixi üzrə xanalar doldurulmur. Arayış internet vasitəsi ilə təqdim edildikdə vergi orqanlarına aid olunan xanalar doldurulmur.

Comments are closed, but trackbacks and pingbacks are open.