Şəxsi və ailə həyatına hörmət hüququ
Şəxsi toxunulmazlıq hüququ
Şəxsi həyat nədir və ona müdaxilə edənləri hansı cəza gözləyir?
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu ehtiva edir:
• Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
• Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
• Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
• Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
• Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
• Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
• Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
• Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.
Yerli qanunvericilikdən əlavə, beynəlxalq qaunvericilikdə də şəxsi toxunulmazlıq hüququna dair bir sıra müddəalar yer alır.
Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi şəxsi və ailə həyatına hörmət hüququnu ehtiva edir:
• Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
• Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı yaxud mənəviyyatı mühafizə etmək
üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət
hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.
2. Şəxsi toxunulmazlıq hüququ dedikdə şəxsin hansı hüquqları başa düşülə bilər?
• şəxsi və ailə həyatına hörmət hüququ;
• şəxsin evinə (mənzilinə) hörmət hüququ;
• foto, video, yazışma, telefon danışıqları, səs yazısı, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların, həmçinin dövlət orqanları tərəfindən əldə edilə bilən fərdi məlumatların təhlükəsiz saxlanılması hüququ;
• şəxsin nüfuzuna və cəmiyyətdəki əlaqələrinə hörmət hüququ;
• şəxsi həyata müdaxilə hesab oluna biləcək digər hüquqlar.
3. Şəxsi toxunulmazlıq hüququ pozulan şəxs hüquqlarını müdafiə üçün nə etməlidir?
Şəxsi həyatına müdaxilə olunan, hüquqları pozulan şəxs hüquqlarının pozulması və müdafiəsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilər. Bu halda səlahiyyətli hüquq mühafizə orqanı cinayətin törədildiyi yer üzrə olan müvafiq rayon (şəhər) prokurorluğudur. Şəxsi həyat hüququnun pozulması ilə əlaqədar cinayət mühakimə icraatı ictimai-xüsusi ittihama aiddir. Bu o mənaya gəlir ki, əgər zərərçəkən şəxs prokurorluq orqanına müraciət etməsə, onun hüququnun pozulması ilə əlaqədar icraat başlaya bilməz. Ona görə də bu hallarda prokurorluğa şikayət vermək tövsiyə edilir.
Azərbaycan Respublikası Konstitusiyanın 60 və 61-ci maddələri şəxsin keyfiyyətli hüquqi yardım almaq və hüquqlarının bərpası ilə bağlı inzibati və məhkəmə təminatını ehtiva edir.
Qeyd edək ki, şəxsi toxunulmazlıq hüququ pozulan şəxs yerli məhkəmə instansiyalarının hər birini tükəndirərək Avropa İnsan Hüquqları Konvensiyasına müvafiq olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətini göndərmək hüququna malikdir.
4. Şəxsi həyata müdaxilə edən şəxsi (ləri) hansı cəza tədbiri gözləyir?
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi toxunulmazlıq hüququnu pozma ilə bağlı sanksiya və cəza tədbirlərini ehtiva edir.
Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması — 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Eyni əməllər:
• vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
• məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə –
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Benefisiar.org
Şəxsi və ailə həyatına hörmət hüququ
Şəxsi toxunulmazlıq hüququ
Hər kəsin şəxsi toxunulmazlıq hüququ var . Hüquqi dövlətdə, vətəndaş cəmiyyətində fərdi azadlıqlara nə qədər böyük önəm verilirsə, şəxsi toxunulmazlığa, fərdi məlumatların qorunmasına bir o qədər dəyər verilir .
Hüququn hakim olduğu cəmiyyət və dövlərdə fərdin hüquqlarının qorunması hər şeydən öncə gəlir. Azərbaycanda da istər əsas qanunda , istərsə də sahəvi qanunlarda şəxsi toxunulmazlıq hüququnun tələblərinə ciddi əməl edilir .
Konstitusiyaya əsasən, şəxsi toxunulmazlıq hüququ tanınır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq , həmçinin hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var .
Qanunla müəyyən edilən hallar istisna olmaqla , heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Hər kəsin yazışma, telefon danışıqları, poçt , teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir . Bu hüquq yalnız qanunla nəzərdə tutulan qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Qanunla müəyyən edilən hallar istisna olmaqla , hər kəs onun haqqında toplanan məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanan və həqiqətə uyğun olmayan , tam olmayan , habelə qanunun tələbləri pozulmaqla əldə edilən məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ var .
Qeyd edək ki , şəxsi toxunulmazlıq hüququ təbii hüquqlar ( insan hüquqları) qrupuna aiddir və bütün normal ölkələrdə tanınır. Müasir dövrdə beynəlxalq və milli-hüquqi tənzimetmənin mərkəzi obyekti hesab olunan insan hüquqları sivilizasiyanın əsas insani dəyərləri sırasına aid edilir . Beynəlxalq hüquqi baxımdan insan hüquqları istənilən müasir cəmiyyətdə şəxsin hüquqi vəziyyəti üçün xarakterik hüquqlardır. İnsan hüquqlarının beynəlxalq-hüquqi müstəviyə çıxmasından danışarkən, bir məqamı xüsusilə vurğulamaq lazımdır ki , heç bir mövcud beyn ə lxalq müqavilə bilavasitə fərdlərə hüquq və azadlıqlar vermir . İnsan hüquqları sahəsindəki beynəlxalq müqavilələrdə işlədilən hər �kəsin. hüquqları vardır� konstruksiyası birbaşa fərdlərə deyil , bütövlükdə dövlətlərə ünvanlanıb.
Hər bir cəmiyyətin ən qüdrətli resursu insanlardır və ona görə də hər bir cəmiyyətin əsas məqsədi insanın öz potensialını realizə etməsi olmalıdır. İstər milli qanunvericilik aktlarında, istərsə insan hüquqlarına dair beynəlxalq-hüquqi aktlarda fundamental hüquqlar v ə onlardan törənən digər hüquq və azadlıqlar insan həyatının müxtəlif sferalarını – şəxsi, siyasi , sosial , iqtisadi , mədəni sferasını təmin edir . Sadalanan bu hüquqlar içərisində mülki (şəxsi) hüquqlar � birinci nəsil hüquqlar � kateqoriyasına daxil olan – şəxsiyyətin yaşama və ləyaqət hüququ ; azadlıq və şəxsi toxunulmazlıq hüququ , həmçinin şəxsi həyat və mənzil toxunulmazlığı; vicdan azadlığı və s . mühüm əhəmiyyətə malikdir . Mülki hüquqlar vətəndaş cəmiyyətinin bir üzvü kimi fərdin azadlıq və muxtariyyətinin təminatını, hər hansı bir xarici müdaxilədən onun hüquqi qorunmasını təmin etməyə borcludur .
Mülki hüquqlar sırasına daxil olan azadlıq və şəxsi toxunulmazlıq hüququ , onun normativ məzmunu, əhəmiyyəti, milli və beynəlxalq məhkəmələr tərəfindən bu hüquqa dair çıxarmış olduqları qərarlar bu gün xüsusi maraq doğuran məsələlərdən biridir .
Azadlıq və şəxsi toxunulmazlıq hüququ 1948-ci il İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsində əks olunur . 1966-cı il Mülki və Siyasi Hüquqldar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində, 1969-cu il İnsan Hüquqları haqqında Ümumamerika Konvensiyasının 7-ci maddəsində və 1981-ci il İnsan H üquqları və Xalqların Hüquqları haqqında Afrika Xartiyasının 6-cı maddəsində də şəxsi toxunulmazlıq hüququndan bəhs olunur .
1995-ci ildə qəbul edilən Azərbaycan Konstutusiyasının 32-ci maddəsində şəxsi toxunulmazlıq hüququ sivil dəyərlər kimi tanınır.
Şəxsi toxunulmazlıq hüququ 1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin birinci bəndində daha aydın şəkildə təsbit edilib . Həmin maddədə qeyd edilir ki , hər şəxsin toxunulmazlıq hüququ var .
Lakin bu hüquq mütləq hüquq ola bilməz.
Şəxsi toxunulmaz hüququ həm də prinsip kimi irəli sürülür və bu prinsipə bütün hüquqi cəmiyyətlərdə hörmətlə yanaşılır. Belə ki , şəxs gündəlik yaşayış yeri barədə dövlətə və ya cəmiyyətə hesabat verməli deyil . O, evdə və ya başqa yerdə ola bilər və hesabat verməyə borclu deyil – bu , şəxsi və ya fiziki mənada azadlıqdır.
Bu prinsipə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir . Milli təhlükəsizlik və ictimai asayiş , ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün , sağlamlığı, yaxud mənəviyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulan və demokratik c əmiyyətə zəruri olan hallar istisna olmaqla , bu hüququn həyata keçirilməsinə hakimiyyət orqanları tərəfindən müdaxiləyə yol verilmir . Bu prinsipin təhlilindən aydın olur ki , hər kəsin öz şəxsi və ailə həyatı olduğunu qeyd edir . Şəxsi həyat geniş termin olaraq qəbul edilir və onun hər hansı anlayışla tam əhatə etmək mümkün deyil . Lakin şəxsi həyat anlayışının fərdin mənəvi və fiziki toxunulmazlığının qorunduğunu , fərdin kənar şəxslərin diqqətindən uzaq özəl həyat sürmək hüququna malik olduğunu özündə əks etdirir və bu anlayış həm də fərd üçün elə bir mühiti təmin edir ki , həmin mühitdə fərd sərbəst inkişaf edə və öz şəxsi imkanlarını reallaşdıra bilər. Sadə bir şəkildə qeyd edilənləri izah etsək bildirməliyik ki , şəxsi həyat anlayışı, insanların gündəlik tələbatlarını təmin etmək imkanlarına sahib olması və onların məhdudlaşdırılmamasını, fiziki və virtual olan şəxsi münasibətlərə sahib olmasını, heç kimin hətta ail ə ü zvlərinin belə bilməsini istəmədiyi sirlərə sahib olmasını, ayrıca tənzimlənməsinə baxmayaraq hətta hansı dini seçməsini və s . özündə əks etdirir . Şəxsi həyat çox geniş anlayışdır, bu səbəbdən fərdin mənəvi və fiziki toxunulmazlığını aradan qaldıran, sərb əst inkişafına mane olan müdaxilərlə üzləşdikdə bu anlayışın daha yaxşı anlaya bilərik. Ailə həyatı anlayışı şəxsi həyat anlayışı kimi geniş mənalı deyil . Bu anlayış hər birimizin ailə həyatına hörmət, fərdlərin bir ailə kimi münasibətlərini hansı şəkildə və necə qurmalarını, övladlarını necə tərbiyə etmələrini, ailədaxili münasibətlərin hansı şəkildə qurulmasını, ailədaxili sirlərini gizli saxlamalarını, əlbəttə bütün qeyd edil ənlər qanuna zidd olmamalıdır, özündə əks etdirir . Şəxsi və ailə həyatı ilə bağlı məsələ şəxsin və ya ailənin mənzilinə müdaxilə hüququnu da məhdudlaşdırır. �Mənzil� hüququ Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi ilə, Mənzil toxunulmazlığı hüququ adı altında qorunur . Bu maddə insanların mənzil toxunulmazlığına malik olduğunu bildirir . Heç kəs məhkəmə qərarı olmadan mənzildə yaşayanların iradəsi ziddinə mənzilinə daxil ola bilməz, araşdırma apara bilməz, şəxsi həyatına müdaxilə edə bilməz, onun rahatlığını poza bilməz. Bildiyimiz kimi mənzil bir mülkiyyətdir. Mülkiyyət hüququmuzda qanunla qorunur . Şəxsi toxunulmazlıqla bağlı olaraq dövlət � yazişma sirri � ni də qoruyur . Yazışma sirri insanların yazdıqları məktubların, yazışmaların ictimai şəkildə nümayiş etdirilməsi, nəşr edilməsini qanunla qadağan edir və həmin hüququn həyata keçirilməsinə dövlət təminat verir . Yazışmanın sahibi olan şəxsin razılığı olmadan şəxsi yazışmalarını, telefon danışıqlarını və s . nəşr etmək, ictimaiyətə açıqlamaq yalnız qanunla nəzərdə tutulan hallarda , yazışma və telefon danışıqları sahibinin razılığı alındıqdan sonra mümkündür . Digər hüquqlar kimi şəxsi toxunulmazlıq hüququ məhdudlaşdırılır. Konstitusiyanın sözügedən hüququ tənzimləyən maddələrinə nəzərə saldıqda məhdudiyyətlər yalnız qanun çərçivəsində, ictimai maraqlar naminə, cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaq üçün məhkəmənin qərarı ilə tətbiq edilə və sözü gedən hüquqa müdaxilələr edilə bilər. Beləliklə, şəxsi və ailə həyatının sirri olan məlumatlar dedikdə müxtəlif halların vəhdəti nəzərdə tutulur . Burada insanın xidməti və ya ictimai fəaliyyəti ilə əlaqədar olmayan , şəxsi həyatın və ya ailə həyatının sirrini təşkil edən elə məlumatlar başa düşülür ki , şəxs, şərəf və ləyaqəti alçaldan və ya ləkələyən olub-olmamasından asıl ı olmayaraq , onların kənar şəxslərə məlum olmasını istəmir. Əsas Qanunun mənasına görə, bu məlumatlara şəxsin sağlamlıq vəziyyəti, ailəsinin tərkibi, dostluq , intim və digər münasibətləri və s . haqqında olan məlumatlar da aiddir . Həmin məlumatlar zərərçəkmiş şəxsin gündəliyində, onun özünə və ya ailə üzvlərinə ünvanlanmış məktublarda və s.-də əksini tapa bilər. Amma heç kəs onun icazəsi olmadan həmin məlumatları yaya bilməz, onu müzakirə predmetinə çevirə bilməz. Hər birimiz yuxarıda qeyd edilən hüquqlara sahibik . Şəxsi və ailə həyatına hörmət hüququ , yazışma sirri və mənzil toxunulmağımız bizim öz hüquqlarımızı bildiyimiz halda mövcud olacaq və tətbiq edilməsi asanlaşacaq .
Vasif CƏFƏROV
Ekspress.-2016.-17-19 sentyabr.-S.10.
Şəxsi həyata hörmət hüququ
Hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Bizim bu hüququmuz şəxsi və ailə həyatına hörmət hüququ və şəxsi toxunulmazlıq hüququ adı altında “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 8-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi ilə qorunur.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə görə hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Burada şəxsi və ailə həyatının sirri olan məlumatlar dedikdə insanın ictimai və ya xidməti fəaliyyəti ilə əlaqədar olmayan, şəxsi həyatın və ya ailə həyatının sirrini təşkil edən elə məlumatlar başa düşülür ki, şəxs, şərəf və ləyaqəti alçaldan və ya ləkələyən olub-olmamasından asılı olmayaraq onların kənar şəxslərə məlum olmasını istəmir. Bu məlumatlara şəxsin sağlamlıq vəziyyəti, ailəsinin tərkibi, dostluq münasibətləri, intim və digər münasibətlər və sair məlumatlar daxildir.
Milli qanunvericiliyimizdən əlavə, beynəlxalq qanunvericilikdə də şəxsi toxunulmazlıq hüququna dair bir sıra müddəalar müəyyən olunub. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.
Qeyd etmək lazımdır ki, qanunvericilikdə qeyd olunan tələblərin pozulmasına görə cinayət məsuliyyəti müəyyən olunubdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığının pozulmasına görə cinayət məsuliyyətini özündə ehtiva edir. Həmin maddəyə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Qeyd olunan əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrinin pozulmasına görə də cinayət məsuliyyəti müəyyən olunubdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155-ci maddəsinə görə yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
İsa Əliyev
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.