Şəxsiyyətin inkişafının yaş və fərdi xüsusiyyətləri aid kitab
Şəxsiyyət haqqında bir sıra nəzəriyyələr vardır. Bu nəzəriyyələri fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, bunların heç də hamısı bir başa şəxsiyyətin psixo¬loji mahiyyətini müəyyənləşdirməyə yönəldilməyib.
İnsan,şəxsiyyət və fərdiyyət
1. Fərd, şəxsiyyət və fərdiyyət anlayışları.
2. Şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillər.
3. Şəxsiyyətin strukturu.
4. Şəxsiyyət və fəaliyyət.
1-ci sual. İnsan nə deməkdir? Bu suala fəlsəfə, antropologiya, psixologiya və sosiologiya kimi bir çox elmlər cavab verməyə çalışmışlar.
İnsan hər şeydən əvvəl bioloji varlıqdır və bioloji təsnifata görə «Homo Sapiens» (ağıllı insan) növünə daxildir. Bioloji növ kimi xüsusi bədən quruluşuna və deməli, müəyyən anatomik-fizioloji imkanlara malik olur. Elə imkanlara ki, onlar bu növün şəxsiyyətə çevrilməsini mümkün edir. Ona görə də demək olar ki, insan -gələcəkdə şəxsiyyətə çevrilə biləcək, anadangəlmə irsi imkanlara malik canlı varlıqdır. İnsan öz təbiəti etibarilə bioloji olduğu halda, mahiyyət etibarilə sosialdır. İnsanı fərqləndirən xüsusiyyətlərdən biri ondan ibarətdir ki, o, özünün subyektiv aləmində gedən prosesləri dərk edir. Həm filogenetik və həm də ontogenetik inkişaf prosesində özünüdərketmə insanın inkişafının zirvəsini təşkil edir.
İnsanı orqanizm, fərd və şəxsiyyət kontekstində xarakterizə etmək olar. Orqanizm anlayışı bioloji elmlər, şəxsiyyət anlayışı isə sosial elmlər kontekstində formalaşmışdır. Psixologiya insanı fərd və şəxsiyyət kimi öyrənir.
İnsanın bioloji varlıq kimi psixoloji keyfiyyətlərini fərd termini, sosial varlıq kimi psixoloji keyfiyyətlərini isə şəxsiyyət termini ilə ifadə edirlər.
Fərd insan nəslinin özünəməxsus ümumi, spesifik cəhətləri özündə birləşdirən ayrıca nümayəndəsidir. Deməli, fərd cəmiyyəti və sosial qrupu təşkil edən nümayəndələrdən biri kimi özünü göstərir. Fərd – özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii varlıq deməkdir. Fərd həm bioloji, həm sosial, həm də psixi tərəflərə malikdir. Yəni biz fərd dedikdə, buraya yenicə doğulmuş körpəni, yaşlı adamı və ağıldankəm, elementar vərdişləri belə mənimsəyə bilməyən ağılsızları da aid edə bilərik.
İnsan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edir və şəxsiyyətə çevrilir. “Şəxsiyyət” sözü Azərbaycan, rus və ingilis dillərində faktiki olaraq eyni etimologiyaya malikdir. Azərbaycan dilində “şəxsiyyət” sözü öz əsasını ərəb sözü olan “şəxs” sözündən götürmüş və hər hansı bir konkret şəxsi simanı bildirir. Rus dilində “şəxsiyyət” (личность) sözü də “лично” (özü, sifət) sözləri ilə bağlıdır. İngilis dilində şəxsiyyət mənasını ifadə eliyən “personality” sözü öz əsasını iki latın sözündən – “per” və “sona” sözlərindən götürmüşdür ki, bu da bir növ “vasitəsilə danışır” mənasını ifadə edir. Sonralar qədim Yunanıstanda və Roma imperiyasında bu sözlər aktyorun teatr tamaşasında istifadə etdiyi “maskanı” bildirirdi. Yalnız xeyli vaxt keçdikdən sonra persona sözü hazırki dövrdə daşıdığı mənanı yəni “personality” -“şəxsiyyət” mənasında işlənməyə başlanmışdır.
Qeyd edilənlərdən görünüdüyü kimi insanın şəxsiyyəti birbaşa və dolayı mənada onun siması, sifətidir. Birbaşa mənada insanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz onun xətləri, formaları, çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik. Təsadüfi deyil ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün sənədlərdə onun sifətinin şəkli olması tələb edilir. Bununla yanaşı bizim sifətimiz emosiyalarımızın, hisslərimizin, əhvalımızın, vəziyyətimizin, istəklərimizin ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri-verbal yolla da, zəngin mimiki imkanlarımızın köməyi ilə ünsiyyətə girmək imkanı verir. Dolayı mənada insan şəxsiyyəti onun “ruhunun”, başqa sözlə, onun bütün psixi təzahürünün “sifətidir”. İnsana məxsus olan fərdi-psixoloji xassələrin təzahür xüsusiyyətlərinə, onun ünsiyyət üslubuna, davranışına, fikir və ideyalarına görə onu aydın eyniləşdirməyimiz və onun gələcək davranışının istiqamətini proqnazlaşdırmağımız heç kimdə şübhə doğura bilməz.
Bütün qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyniləşdirilməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məcmusundan ibarətdir.
Şəxsiyyət bioloji, sosial və psixoloji münasibətləri inteqrasiya edərək, fərdin özünəməxsus simasının yaranması prosesidir. Məhz bu ierarxik münasibətlər sistemi inteqrativ bir keyfiyyət kimi şəxsiyyəti səciyyələndirir. (Prof. B.Əliyev).
Şəxsiyyət keçmişin şüursuz meylləri və gələcəyə şüurlu yönəlmənin qarşılaşdırılmasının imkan və təzahür vasitəsidir. (Prof. S.Seyidov).
Şəxsiyyət dedikdə, hər şeydən əvvəl, fərdi bu və ya digər cəmiyyətin üzvü kimi xarakterizə edən sosial keyfiyyətlərin sistemi nəzərdə tutulur. O, münasibət subyektinə, şüurlu fəaliyyət subyektinə çevrilir. Yəni, şəxsiyyət ancaq şüur və mənlik şüurunun yaranması ilə birlikdə əmələ gəlir. Şəxsiyyət – yüksək düşüncəsi, öz hərəkət və davranışlan üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən insandır. Şəxsiyyət – müstəqil, sosial, fəal olan adamdır. Əgər şəxsiyyət öz mahiyyətinə görə sosialdırsa, mövcudluq üsuluna görə fərddir.
Şəxsiyyətə hansı tərəfdən yanaşsaq görərik ki, şəxsiyyət o adamdır ki, onun bir sıra psixoloji keyfiyyətləri olsun. Onları aşağıdakı kimi xarakterizə edə bilərik:
1. Şəxsiyyət o adamdır ki, başqalarını qavrayıb qiymətləndirməklə bərabər öz mənliyini də dərk edib qiymətləndirsin.
2. Şəxsiyyət o adamdır ki, mühitə aydın dərk olunmuş münasibəti olsun:
- Cəmiyyəti təşkil edən insanlara münasibəti;
- Onu əhatə edən əşyalara münasibəti;
- Əməyə münasibəti;
- Öz məninə münasibəti;
- Adət – ənənəyə münasibəti.
3. Şəxsiyyət o adamdır ki, özünün əqidəsi, sərvət meyli var.
4. Şəxsiyyət fəal insandır. O adam ki, cəmiyyəti dəyişə bilir, təkmilləşdirə bilir, özünü də təkmilləşdirir, özünə nəzarət edir.
Anadan təzəcə doğulmuş uşaq hələ şəxsiyyət deyil. O, ünsiyyət və fəaliyyət prosesində ictimai münasibətləri mənimsədikcə şəxsiyyətə çevrilir.
Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çoxcəhətlidir. Burada dialektik surətdə iki proses uzlaşır. Bir tərəfdən, şəxsiyyət ictimai münasibətlər sisteminə daha geniş daxil olur; onun insanlarla və ictimai həyatın müxtəlif sahələri ilə əlaqələri genişlənir və dərinləşir, məhz bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyir, öz sərvətinə çevirir. Şəxsiyyətin inkişafının bu cəhəti onun ictimailəşməsi (sosializasiyası) kimi xarakterizə olunur. Digər tərəfdən, şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə qovuşduqca, eyni zamanda daha çox müstəqillik, nisbi avtanomluq kəsb edir, yəni onun cəmiyyətdə inkişafının mühüm cəhətini fərdiləşmə prosesi təşkil edir.
Fərd şəxsiyyətə çevrildikdə həm də fərdiyyət xüsusiyyətlərini kəsb edir. Fərdiyyət və şəxsiyyət anlayışlan məzmunca qismən yaxındır. Belə ki, əgər fərdiyyət anlayışı insanın təkrarolunmaz xüsusiyyətlərini, orijinallığını ifadə edirsə, şəxsiyyət anlayışı daha çox insan müstəqilliyini, əqidə möhkəmliyini, şəxsi simasını, prinsipiallığını, çətin vəziyyətlərdə sərbəst qərar qəbul etmək (ağlın çevikliyi) qabiliyyətini göstərir. Fərdiyyət dedikdə, buraya xarakter, temperament, psixi proseslərin cərəyanetmə xüsusiyyətləri, üstünlük təşkil edən hissələrin və fəaliyyət motivlərinin məcmuyu, formalaşmış qabiliyyətlər daxildir.
Şəxsiyyətin təsirilə fərdin bütün xüsusiyyətləri inteqrasiyaya uğrayır, riyazi terminlə desək onlar hamısı şəxsiyyət adlanan ümumi məxrəcə gətirilir. Psixologiyada bu cəhəti təhlil etmək üçün inteqral (latınca inteqer – bütöv deməkdir) fərdiyyət anlayışından istifadə olunur. İnsana bir fərd kimi xas olan xüsusiyyətlər şəxsiyyətin təsirilə yeni məzmun və forma kəsb edirlər.
2-ci sual. Şəxsiyyətin formalaşması hansı amillərə əsaslanır? Şəxsiyyətin formalaşması dedikdə, hər şeydən əvvəl, təbii, bioloji və anadangəlmə amillərlə xarici, yəni tərbiyənin, təlimin və sosial mühitin qarşılıqlı təsiri nəticəsində baş verən inkişaf prosesi nəzərdə tutulur. Şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillər məsələsi hələ də mübahisəli şəkildə qalır. Lakin məlumdur ki, insan bioloji, təbii quruluşa malik olsa da o, tarixi inkişafın məhsuludur. İnsanın bütün psixi prosesləri ictimai amillərin təsiri ilə şərtlənir.
Bu da məlumdur ki, şəxsiyyətin mahiyyəti öz təbiəti etibarilə ictimaidir və onun bütün psixi xassə və keyfiyyətlərinin inkişaf mənbəyi və yaradıcı fəallığı sosial mühitdə və cəmiyyətdədir. Lakin bütün bunlar heç də şəxsiyyətin bioloji, təbii varlıq olduğunu inkar etmək demək deyildir. Aydındır ki, insanın psixi inkişafı üçün müvafiq təbii, bioloji imkanının olması da zəruridir. İnsanın beyni, sinir sistemi və s. olmalıdır. İnsanın təbii xassələri psixi inkişafın zəruri şərtini təşkil edir. Lakin bununla bərabər, təbii xassələr özlüyündə nə insanın xarakterini, qabiliyyətlərini, nə də maraqlarını, əqidələrini, ideallarını təyin etmir. Beynin quruluşu bir bioloji orqan kimi şəxsiyyətin əsasıdır. Şəxsiyyətin bütün keyfiyyət və xassələri isə ictimai varlığın məhsuludur. Ona görə də normal beyinə malik uşaq cəmiyyətin xaricində böyüdülərsə, o heç vaxt şəxsiyyətə çevrilə bilməz. İnsanın sinir sistemi ətraf aləmi dərk etmək üçün müəyyən anadangəlmə imkanlara malikdir. Lakin insanın müvafiq qabiliyyəti məhz fəaliyyət prosesində, ictimai həyat şəraitində təlim – tərbiyə nəticəsində formalaşır.
Psixologiya tarixinə nəzər salsaq şəxsiyyətin formalaşması sahəsində bir-birinin əksini təşkil edən iki nəzəriyyənin – inkişafın endogen və ekzogen nəzəriyyəsinin mövcud olduğunu görərik.
Endogen (yunanca endon – daxili, genes – mənşə deməkdir) nəzəriyyələr şəxsiyyətin inkişafını bioloji amillərlə əlaqələndirərək irsiyyətin roluna xüsusi əhəmiyyət verir. Ekzogen nəzəriyyələrdə isə insan bir növ tabula rasaya (ağ lövhə) bənzədilir, şəxsiyyətin formalaşması ancaq sosial amillərin təsirilə izah olunur. Şəxsiyyətin sosializasiyası ilə bağlı müasir burjua nəzəriyyələrini də mahiyyət etibarilə ekzogen nəzəriyyələr sırasına aid etmək lazımdır.
Xarici ölkələrin müasir psixologiyasında insan şəxsiyyətində iki amilin – bioloji və sosial amillərin təsirilə formalaşan iki başlıca yarımstrukturu ayırd edən nəzəriyyələr əsas yer tutur.
3-cü sual. Şəxsiyyət haqqında bir sıra nəzəriyyələr vardır. Bu nəzəriyyələri fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, bunların heç də hamısı bir başa şəxsiyyətin psixoloji mahiyyətini müəyyənləşdirməyə yönəldilməyib. Psixoanalitik Z.Freyd qeyd edir ki, şəxsiyyət bir sistem kimi inkişafının konkret hərəkətverici mexanizmlərinə malikdir. O, şəxsiyyətin strukturunu müəyyənləşdirib. Freydə görə 3 instansiya əsas yer tutur: 1) id (o), 2) eqo (mən), 3) super eqo (super mən). Freyd belə hesab edirdi ki, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsi, hər şeydən əvvəl, libido, cinsi enerjidir. Freydin fikrincə, həyata keçirilməyən arzular nevroz yaradır. O qeyd edir ki, insana heç vaxt ağıldan bəla gəlmir, bəla arzudan gəlir. Arzuların çoxluğu patologiya yaradır. Arzu və onun ödənilməməsi arasındakı uyğunsuzluq insanın xəstələnməsinə səbəb olur. Bütün bunları əsas götürən Freydin fikrincə, şəxsiyyətin formalaşmasında həmin tələbatların ödənilməsi şəxsiyyətin normal inkişafını təmin edir. Həmçinin o qeyd edirdi ki, qorxunu qorxu ilə müalicə etmək olar.
Şəxsiyyət haqqında digər nəzəriyyə Pavlovun nəzəriyyəsidir. Bu nəzəriyyədə biogen, psixogen və sosiogen elementlərin sintezinin yaradılmasına cəhd edilir.
Rus sosioloqu İ.Kon belə hesab edir ki, şəxsiyyət anlayışı çoxmənalıdır. Bir tərəfdən o, fəaliyyət subyekti kimi konkret fərdi, onun fərdi xüsusiyyətləri (təkcə) ilə sosial rollarını (ümumi) vəhdəti ilə birlikdə göstərir. Digər tərəfdən şəxsiyyət fərdin sosial xüsusiyyəti kimi, onda cəmlənmiş sosial əhəmiyyət daşıyan müəyyən şəxsin başqa adamlarla vasitəsiz və vasitəli qarşılıqlı təsiri prosesində yaranmış və öz növbəsində, onu əmək, idrak və ünsiyyət subyekti edən xüsusiyyətlərin toplusu kimi başa düşülür.
Ayrı-ayrı adamların fəaliyyətində, davranışında uyğun cəhətlər vardır. Ona görə də insanların uyğun, oxşar sosial əlamətlərinə görə qruplara ayırmaq olar ki, bunu da adətən şəxsiyyət tipləri adlandırırlar. Alman psixoloqu E.Şpanqer şəxsiyyətin 6 tipini nəzərdən keçirir: nəzəri tip (həqiqəti aşkara çıxarmağa meyllilik, tənqidi yanaşma), iqtisadi tip (faydaya meyllilik, praktiklik) estetik tip (dünyanın obrazlı qurulmasına meyllilik), sosial tip (insanlara sevgi), siyasi tip (hakimiyyətə meyllilik), dini tip (fövqəltəbiiliyə inam).
K.Xorni şəxsiyyətin 3 tipini qeyd edir: güzəştə gedən (insanlara istiqamətlənmə), təcrid edilmiş (insanlardan), düşmən (insanlara qarşı).
K.Yunq əsas psixoloji tipləri 2 qismə ayırır: ekstravertlər və introvertlər.
E.Fromm şəxsiyyətin 5 tipini göstərir: reseptiv, istismarçı, yığıcı, bazar məhsuldar.
Hələ keçən əsrin başlanğıcında məhşur italyan kriminalist – psixoloq Lombrozo qeyd edirdi ki, cəmiyyətdə cinayətkarlıq edən o adamlardır ki, onlarda cinayətkarlıq etmək irsidir, anadangəlmədir. Yəni əgər şəxs anadangəlmə cinayətkardırsa, onda o cinayətə meyllidir və bu onda təzahür edib-etməməsindən asılı olmayaraq, onun mütləq cinayətkar olmasına dəlalət edir.
Amerikan psixoloqu Kartin Xorni (1885-1952) insan şəxsiyyətinin əsasında anadangəlmə narahatlıq hissini qoymuşdu. Onun fikrincə uşaq həmin hisslə doğulur. Doğulduğu gündən uşaq güclü səviyyədə narahatlıq hissi keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətinin daxili xassəsi kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə başlayır. Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini insan davranışının əsas motivasiyası hesab edir və onu “köklü həyəcan” adlandırır. Onun fikrincə “köklü həyəcan” insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir.
4-cü sual. Fərd ictimai münasibətləri öz-özünə deyil, ancaq özünün aktiv fəaliyyəti vasitəsilə mənimsəyir. Bu nöqteyi-nəzərdən fəaliyyət şəxsiyyətin formalaşmasının əsas şərtlərindən biri kimi qiymətləndirilməlidir. Fəaliyyətin müxtəlif növləri var. Çağalıq dövründən gənclik dövrünədək əsasən aşağıdakı fəaliyyət növlərinə rast gəlinir. (D.B.Elkonin və b.)
- vasitəsiz emosional ünsiyyət
- əşyavi-manipulyativ fəaliyyət
- rollu oyunlar
- təlim fəaliyyəti
- intim şəxsi ünsiyyət
- tədris-peşə fəaliyyəti
Vasitəsiz emosional ünsiyyət çağanın anası ilə özünəməxsus dialoqudur.
Əşyavi-manipulyativ fəaliyyət prosesində uşaq şeyləri sökə-sökə, bu yandan o yana sürüyə-sürüyə, bir-birinə calaya-calaya onların xassələrini dərk edir.
Rollu oyunlar isə mahiyyət etibarı ilə insan münasibətlərinin mənimsənilməsi prosesidir.
Təlim fəaliyyətində uşaqlar ictimai təcrübəni məqsədəuyğun surətdə mənimsəyirlər. Bilik, bacarıq və vərdişlərə yiyələndikcə uşaqların həyatında yoldaşın rolu artır. İntim-şəxsi ünsiyyət onun həyatının mühüm hissəsinə çevrilir. Fəaliyyətin vəzifələri tədricən dəyişilir, o, gələcəyə yönəlməyə başlayır və peşə-təlim xarakteri kəsb edir. Bu fəaliyyət tiplərini xarakterinə görə iki qrupa bölmək olar:
Birinci qrupa, vasitəsiz emosional fəaliyyət, rollu oyunlar, intim şəxsi ünsiyyət daxildir. Bu prosesdə uşaqlar insan münasibətlərini, onların vəzifə və normalarını mənimsəyir.
İkinci qrupa, əşyavi manipulyativ fəaliyyət, təlim fəaliyyəti, tədris peşə fəaliyyəti aiddir. Bu zaman isə uşaq və yeniyetmələrdə idrak prosesləri, intellektual əməliyyatlar inkişaf edir.
Biolog2017
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrand layihənin qalibi.
Şəxsiyyət nəzəriyyələri
On 17 Mart 2017 21 Mart 2017 By biolog2017 de Psixalogiya
Şəxsiyyət haqqında bir sıra nəzəriyyələr vardır. Bu nəzəriyyələri fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, bunların heç də hamısı bir başa şəxsiyyətin psixo¬loji mahiyyətini müəyyənləşdirməyə yönəldilməyib.
qeyd edir ki, şəxsiyyət bir sistem kimi inkişafının konkret hərəkətverici mexa¬nizmlərinə malikdir. O, şəxsiyyətin strukturunu müəyyənləşdirib. Freydə görə 3 instansiya əsas yer tutur: 1) id (o), 2) eqo (mən), 3) super eqo (super mən). Freyd belə hesab edirdi ki, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsi, hər şeydən əvvəl, libido, cinsi enerjidir. Freydin fikrincə, həyata keçirilməyən arzular nevroz yaradır. O qeyd edir ki, insana heç vaxt ağıldan bəla gəlmir, bəla arzudan gəlir. Arzuların çoxluğu patologiya yaradır. Arzu və onun ödənilməməsi arasındakı uyğunsuzluq insanın xəstələnməsinə səbəb olur. Bütün bunları əsas götürən Freydin fikrincə, şəxsiyyətin formalaşmasında həmin tələbatların ödənilməsi şəxsiyyətin normal inkişafını təmin edir. Həmçinin o qeyd edirdi ki, qorxunu qorxu ilə müalicə etmək olar.
Şəxsiyyət haqqında digər nəzəriyyə Pavlovun nəzəriyyəsidir. Bu nəzəriyyədə biogen, psixogen və sosiogen elementlərin sintezinin yaradılmasına cəhd edilir.
belə hesab edir ki, şəxsiyyət anlayışı çoxmənalıdır. Bir tərəfdən o, fəaliyyət subyekti kimi konkret fərdi, onun fərdi xüsusiyyətləri (təkcə) ilə sosial rollarını (ümumi) vəhdəti ilə birlikdə göstərir. Digər tərəfdən şəxsiyyət fərdin sosial xüsusiyyəti kimi, onda cəmlənmiş sosial əhəmiyyət daşıyan müəyyən şəxsin başqa adamlarla vasitəsiz və vasitəli qarşılıqlı təsiri prosesində yaranmış və öz növbəsində, onu əmək, idrak və ünsiyyət subyekti edən xüsusiyyətlərin toplusu kimi başa düşülür.
Ayrı-ayrı adamların fəaliyyətində, davranışında uyğun cəhətlər vardır. Ona görə də insanların uyğun, oxşar sosial əlamətlərinə görə qruplara ayırmaq olar ki, bunu da adətən şəxsiyyət tipləri adlandırırlar.
şəxsiyyətin 6 tipini nəzərdən keçirir: nəzəri tip (həqiqəti aşkara çıxarmağa meyllilik, tənqidi yanaşma), iqtisadi tip (faydaya meyllilik, praktiklik) estetik tip (dünyanın obrazlı qurulmasına meyllilik), sosial tip (insanlara sevgi), siyasi tip (hakimiyyətə meyllilik), dini tip (fövqəltəbiiliyə inam).
şəxsiyyətin 3 tipini qeyd edir: güzəştə gedən (insanlara istiqa¬mətlənmə), təcrid edilmiş (insanlardan), düşmən (insanlara qarşı).
K.Yunq əsas psixoloji tipləri 2 qismə ayırır: ekstravertlər və introvertlər.
E.Fromm şəxsiyyətin 5 tipini göstərir: reseptiv, istismarçı, yığıcı, bazar məhsuldar.
Hələ keçən əsrin başlanğıcında məhşur italyan kriminalist – psixoloq Lombrozo qeyd edirdi ki, cəmiyyətdə cinayətkarlıq edən o adamlardır ki, onlarda cinayətkarlıq etmək irsidir, anadangəlmədir. Yəni əgər şəxs anadan¬gəlmə cinayətkardırsa, onda o cinayətə meyllidir və bu onda təzahür edib-etməməsindən asılı olmayaraq, onun mütləq cinayətkar olmasına dəlalət edir.
Amerikan psixoloqu Kartin Xorni
(1885-1952) insan şəxsiyyətinin əsasında anadangəlmə narahatlıq hissini qoymuşdu. Onun fikrincə uşaq həmin hisslə doğulur. Doğulduğu gündən uşaq güclü səviyyədə narahatlıq hissi keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətinin daxili xassəsi kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə başlayır. Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini insan davranışının əsas motivasiyası hesab edir və onu “köklü həyəcan” adlandırır. Onun fikrincə “köklü həyəcan” insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir.
Kurt Levinin fikrincə şəxsiyyətin hərəkətverici qüvvəsi təlabatlarla şərtlənir.
İnkişaf özünü 3 formada dönməzlik (ilk vəziyyətə qayıtmamaq) qanunauyğunluq və dyişkənliyi müəyyən istiqamətdə cərəyanı formasında büruzə verir və o köhnənin məhv olması, yeninin meydana gəlməsi kəmiyyət dəyişmələri-nin keyfiyyət dəyişmələrinə keçməsi, sadədən mürəkkəbə, asandan çətinə doğru spiral xətti boyunca hərəkətdən, yüksəlişdən ibarətdir (s.58).
Bu cür inkişafın əsasını ziddiyyətlərin mübarizəsi təşkil edir. Şəxsiyyətin onun fəallığının mənbəyi olan təlabatların ödənilməsi prosesində əmələ gələn, ziddiyətləri inkişaf etdirir və bu ziddiyətlər şəxsiyyətin inkşafının hərəkətverici mexanizmini təşkil edir.
Şəxsiyyətin sosial-psixoloji təhlili üçün tələbat sistemini bilməyin xüsusi əhəmiyyəti vardır.İnsan və onu əhatə edən mühit arasında daima mübarizə gedir. Tələbat şəxsiyyətin həyatının zəruri şərti kimi əşya və hadisələrə ehtiyac ilə səciyyələnən nisbətən davamlı psixi haldır.
İnsanda ictimailəşmiş blopoisi (maddi) və ictimai tələbatlar vardır.Bunlar əməyə, geyimə, yaşayış binasına, istirahətə, istehsala, ünsiyyətə, idraka və s.olan tələbatlardır.Amerika psixoloqu Erix Fromm ünsiyyət vasitəsilə təmin olunan beş xüsusi tələbat növünü qeyd edir:
1.İnsani əlaqələrə olan tələbat.Özünü real insan qruplarından birinə aid edə bilməyən, “mən”i olan “biz”i olmayan şəxs getdikcə kəskinləşən, artan, dərinləşən tənhalıq hissinə qapılır.
2.Özünütəsdiqə olan təlabat. Real insan qrupunun sadəcə bir üzvü olmaq insan üçün azlıq edir. O, “bizim”adlandırdığı qrupun tərkibində sadəcə bir ünsür olmaqla kifayətlənmir.İnsan yalnız özü üçün deyil, başqaları üçün heç olmasa bir insan qrupu –ailə üçün əhəmiyyətli, lazım olduğunu bilməlidir, əks təqdirdə o özü özündən narazı qalır, onu təmin oxunmamaq və ya çatışmazlıq hissi narahat edir.
3.Səmimiyyətə olan tələbat .İnsan özünü böyük, hətta tarixi bir şəxsiyyət saya bilər.Lakin o heç kimi sevmirsə və heç kimə hörməti yoxdursa və heç kimdən hörmət və səmimiyyət ümmursa və onu hiss etmirsə, onda antipatiya hissi get-gedə həyata nifrət dərəcəsinə qədər arta bilər.
4.Özünüdərk etməyə olan tələbat. İnsan özünü əvəzsiz, təkrarı mümkün olmayan bir fərdiyyət kimi qavramalı və hiss etməlidir.Bu hissdən məhrum olmuş, onu itirmiş bir şəxs nüfuzlu, hörmətli şəxs olsa belə özünü bir avtomat, robot kimi qavrayır. Belə hallarda qeyri sərbəstlik hissi meydana çıxır ki, bu da partlayışla nəticələnə bilər.İnsan onu sıxan, onun əl-qolunu baölayan, onu sadə bir detala çevirən mexanizmin təsirindən uzaqlaşmağa can atır. Bəzən o həmin mexanizmlə birlikdə özünü də məhv edir.
5.Pərəstiş obyektinə olan təlabat.Hər bir şəxs özünü bu və ya digər mədəniyyətə, ideologiyaya aid etməli, onunla özünü bağlı hiss etməlidir. İnsan nəyə isə inanmalı, nəyi isə inkar etməli, kimə isə nəyə isə pərəstiş ya da nifrət etməli və s. Belə olmasaydı həyat insana mənasız görünərdi.
Şəxsiyyətin tələbat sistemini ictimai münasibətlərin inkişaf səviyyəsindən və xarakterindən asılıdır, ictimai münasibələr öz hobbisində şəxsiyyətə oun yaşadığı konkret sosial mühüm vasitəsilə təsiridir.
Arxetiplər nəsildən –nəslə keçən, şəxsiyyət tərəfindən dərk edilməyən, lakin onun davranışına təsir edən müəyyən mədəniyyətlərin etnosların, nəsillərin müxtəlif lakin invariant obrazların mühakimələrin, davranış formasıdır.
Şəxsiyyət və onun inkişafının psixoanalitik istiqamətdə şərh edən cərəyanlardan biri yeni ferydizm cərəyanı olmuşdur.Bu cərəyanın tərəfdarları freydin konsepsiyasındakı biolojiləşmişdirsə ən`ənəsini sosiallaşdırma ilə əvəz etməyə cəhd göstərmişdir.Belə alimlərdən biri A.Adler (1870-1937) olmuşdur.
O, göstərmişdir ki, insanda ən əsas onun təbii instinktləri deyil, “birlik hissidir”. Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf etdirməlidir.
Natamamlıq kompleksi. A.Adler şəxsiyyətin formalaşmasına təsir edən 3 mühüm münasibəti qeyd edir: başqa adamlara münasibət, əməyə münasibət, başqa cinsə münasibət.Adlerə görə şəxsiyyətin strukturunu müəyyən edən əsas motiv və tendensiyalar aşağıdakılardır:
a) Özünün gücsüzlüyünü hiss etmək;
b) Təkmilləşməyə və üstünlük əldə etməyə cəhd;
c) Birgəlik hissi və sosial hiss.
Onun fikrincə bu tendensiyalar anadangəlmə deyildir, yəni uşaq doğularkən ona hazır şəkildə verilmir, o dünyaya gələrkən insan nitqinə qabillik onun anatomiyasında olduğu kimi, bu tendensiyalar üçün də potensial imkan olur.
(1875 -196_) öz sistemini “anatomik psixologiya” adlandırmışdır. K.Yunqa görə insan psixikası özünə 3 səvviyəli daxil edir: şüur, şəxsi şüursuzluq və kollektiv şüursuzluq.Onun fikrincə insan şəxsittəyinin inkişafıənda həlledici rolu bəşəriyyətin keçmişindən qalmış hafizə izlərindən yaranan kollektiv şüursuzluq oynayır.O, insan şəxsiyyətinə təsir edir və anadan olduğu andan onun davranış tərzini müəyyənləşdirir.
Yunqa görə şəxsiyyətin strukturu aşağdakı 4 sistemdən yaranır. “Mən”, “maska”, “kölgə”,“ruh”.Onun fikrincə “maska” şəxsiyyətin sosial qabığını təşkil edir. O, “məni” boğa, azad şəkildə təzahür və inkişafına mane ola bilər. “Kölgə” şəxsiyyətin ümumi istiqaməinə qarşı dayanan alçaq həzzlərin məcmuyundan ibarətdir. “Ruh” isə ata və ya ananın şəxsi və kollektiv şüursuzluğunu özündə birləşdirən sürətinin daxilə köçürmüş analoqudur.
Psixoanalitiklərdən fərqli olaraq humanist psixologiya məktəbinə mənsub olan amerika psixoloqu Karl Rocers göstərmişdir ki, həta ən ilkin tələbat və cəhd insana o şəraitdə təsir göstərə bilər ki, onlar müvafiq normalara uyğun olsun.
Sosial psixoloji refleksiya
Rocersə görə tələbat müsbət qiymətləndirdikdə şəxsiyyətin inkişafı ilə yanaşı həmin tələbatlar daha da əsaslı olmağa başlayır və son nəticədə insan öz orqanizminin tələbatının ödənilməsidnən çox, başqa adamların onu bəyənməsinə və ona hörmət etməsinə ehtiyac duymağa başlayır. Hörmət əsasında özünə hörmət baş verir ki, bu da fərdin mühüm tələbatlarından birinə çevrilir.
Humanistik psixologiyanın bir nümayəndəsi də Qordon Olport (1897 -1967) olmuşdur.Onun fikrincə insan “açıq sistemdən” ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarala qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir.İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü isə ondan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemlərindən törəyən bir hadisə kimi baxır.Olporta görə şəxsiyyət münasibətlərin cəmi modelidir.
Humanistik psixologiyanın nümayəndələrindən biri də Abraham Maslou (1908 – 1970) olmuşdur.O, şəxsiyyətin tələbatlarının ierarxik quruluşunu vermişdir. Bununla əlaqədar o, insan tələbatlarının 4 səviyyəsini vermişdir. A.Maslouya görə şəxsiyyətin həmin tələbatları ierarxik piramidası kimi təsəvvür etmək olar.
Birinci, ən aşağı səviyyədə o,fizioloji tələbatları götürür. Buraya nəsli artırmaq tələbatlarını, qidaya olan tələbatı, daha doğrusu insan üçün təbii şəkildə xas olan tələbatları daxil edir.
İkinci səviyyədə təhlükəsizliyə olan tələbatları səviyyəsi götürür.Burada ən çox nüfuzla bağlı təlabatlar olduğunu göstərən tələbatı nəzərdə tutulur.
Üçüncüsü, yaradıcılıq tələbatları səviyyəsi götürülür.Burada ən çox maddi nemətlər yaratmaq tələbatı nəzərdə tutur.
Dördüncü isə özünüaktuallaşdırma tələbatı səviyyəsidir.Bu cür tələbat insanı öz gücündən imkanlarından maksimum istifadə etməyə yönəldir.
Klinik nəzəriyyə
Yeni freydizmin başqa bir nümayəndəsi Salliven (1892-1949) əsasən Xorninin istiqamətini qəbul etmişdir. Onun fikrincə psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil, subyektlərin birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət olmalıdır.Solliven şəxsiyyətin inkişafının mexanizminin aşağıdakı şəkildə nəzərdə tutur.
1. İncəliyə, əzizləməyə tələbat,
2. Həyəcandan qaçmaq cəhdi.
Solliven belə hesab edir ki, uşaq doğularkən hər iki mexanizm mövcud olur və onlar şəxsiyyətin inkişafı mexanizmini təşkil edirlər. Lakin insan yaşadığı xarici aləmdə daima onu təmin etməyən və həyəab doğuran hallarla rastlaşır. Məhz xarici aləmlə həmin mübarizədə başqa sözlər, narahatlıqla mübarizədə insan şəxsiyyəti formalaşır.Solliven bunu “mən -sistem” adlandırır. O, göstərir ki, mən-sistem daha doğrusu şəxsiyyət, birinci şüursuzluq səviyyəsində narahatlıqla mübarizədə, ikincisi, həmin narahatlıqdan yaxa qurtarmaq üçün müxtəlif vasitələri tapma prosesində inkişaf edir. Mən sistem uşağı yeniyetməni, sonradan isə yaşlı adamları əvvəlcə ananın, sonra isə başqa adamların, məsələn, iş yerindəki həmkarlarının köməyinə çatmağa məcbur edir.Beləliklə sollivenə görə formalaşan şəxsiyyətin mexanizmi kimi özünü göstərməyə başlayır. (səh 36-ya bax)
şəxsiyyətin strukturunda dörd əsas tərkib hissəsi ayırır.Birinci komponent şəxsiyyəti nəə yönəltmişdir? Sualı ilə bağlı olub olub, onun istiqamətini xarakterizə edir.
Şəxsiyyətin istiqamətini dedikdə onun ətraf aləmə seçici münasibəti başa düşülür. Buraya müxtəlif xassələr, qarşılıqlı tərifdə olan tələbatlar və maraqlar, praktik və ideya ustanovkaları sistemi daxildir.
İkinci komponent şəxsiyyət nəyi bacarır? Sualı ilə bağlıdır və onun imkanlarını əhatə edir. Buraya fəaliyyətin müvəffəqiyyəti icrasını təmin edən qabiliyyətlər sistemi daxildir.
Üçüncü komponent –xarakter və ya insanın sosail mühitdə davranış tərzini ifadə edir.Xarakter sistemində əxlaqi və iradi keyfiyyətlərə ayırırlar.
Dördüncü komponent idarəetmə sistemi adlanır, adətən onu “Mən” anlayışı ilə işarə edirlər. Bu tərkib hissə şəxsiyyətin özünütənzimini həyata keçirir.
Şəxsiyyətin fərdi psixoloji xüsusiyyətləri
Şəxsiyyətin fərdi psixoloji xüsusiyyətləri həyatdakı bir şəxsin xarakteri, xarakteri , mövqeyi ilə fərqlənir. Bu yazıda ətraf cəmiyyəti və özünüzü daha yaxşı başa düşməyə kömək edəcək əsas fərdi psixoloji xüsusiyyətləri izah edəcəyik.
Fərdi psixoloji xüsusiyyətlərinin xüsusiyyətləri
Şəxsiyyətin fərdi psixoloji xüsusiyyətlərində qabiliyyət qabaqcıl yer tutur. Bacarıqlarınızdan, yəni sizin və ya bir çoxlarınızdan, fəaliyyətlərdə irəliləyişlər, əlaqələr qurma, həyatına tez uyğunlaşma qabiliyyəti bağlıdır.
Bu şəxsiyyət xüsusiyyətlərində eyni dərəcədə vacibdir. Xarakter – bir insanın həyatı boyunca açılan fərdi psixoloji xüsusiyyətlərin birləşməsi – özünüzə münasibət, işləmək və s. Xarakteri həyat prosesində formalaşır, şəxsin əsasını valideynlər qoyurlar.
Tez-tez eşitmək olar: “Sən bir qarışıq şəxssən!”. Digər bir maddə, şəxsiyyətin mizacının fərdi-psixoloji xüsusiyyətlərini götürür.
Aşağıdakı dörd fərqli temperament vardır:
- Xolerik. Xolerik mizaç olan insanları bilmək, həyəcan, narahatlıq və həssaslıq səbəbindən mümkündür. Xolerik – tez temperli, sadə və enerjili.
- Sanguine. Sanguini bir insan balanslı, güclü sinir sisteminə malikdir. Onun üçün tez və qəsdən qərarlar qəbul etməsi, həyatda inkişaf etdirilməsi üçün bu şəxslərin müsbət münasibət, məqsədyönlülük və özünə inamla yuyulacağı tipikdir.
- Flegmatic. Açıq olmayan insanlar, laqeyd. Lakin, bu işi həyata keçirərək, əlbəttə, onu məntiqi nəticəyə gətirəcəklər.
- Melanxolik. Zəif sinir sistemi, həssaslıq, depressiya və özünə şübhə – başqalarından melankoliklərin əsas fərqləri.
Uşaq doğulduğundan fərdi psixoloji xüsusiyyətləri inkişaf etdirməyə başlayır. Bir insanın həyatında müvəffəqiyyət qazandığı təqdirdə, onun müsbət münasibəti, məqsədəuyğunluğu və enerjisi onun həyatının müəyyən anlarında ətraf mühitə necə təsir etdiyinə bağlıdır. Şəxsiyyət xüsusiyyətlərinin tədqiqatçıları qeyd edirlər ki, səyləri həyata keçirmək və tətbiq etməklə, təkcə xarakterə deyil, həm də xarakterə köklü dəyişiklik etmək mümkündür.
Comments are closed, but trackbacks and pingbacks are open.