Mədəaltı vəzi dərmansız xilas etməyin yolları
İlk öncə terapevt və qastroenteroloqa müraciət olunur.
Mədəaltı vəzi xərçənginin 10 ilkin əlaməti – Azərbaycanda da geniş yayılıb
Mədəaltı vəz şiş xəstəliyi simptomsuz başlayan və sürətlə irəliləyən aqressiv formalı və xəstənin erkən ölümünə səbəb olan 10 xərçəng növündən biridir.
Son zamanlar bütün dünyada və o cümlədən Azərbaycanda da bu xəstəliyə tutulanların sayı artıb.
Medicina.az mədəaltı vəz xərçənginin erkən əlamətləri və kimləri tuta biləcəyi barədə məlumatı təqdim edir.
Xəstəliyin risk faktorları: içki, siqaret, zərərli qidalanma, çox yemək, yağlı, heyvan mənşəli qidalar, xroniki iltihabi xəstəliklər, diabet, mədəaltı vəzin pankreatiti və s-dir.
Mədəaltı vəzdə şiş olmasını göstərən əsas simtpomlar:
– İştahın qəfil, səbəbsiz kəsilməsi və kəskin arıqlama
– Tez yorulma, səhərlər belə yerindən qalxmaq istəməmək
– Titrətmə və səbəbsiz qızdırma, sonra qızdırmanın itməsi
– Qarın boşluğu, mədəaltı və mədə üstündə uzun, küt ağrı, sancı, kürəyə yayılan ağrı
– Gecələr belə ağrı, qəfil ağrıdan yuxudan oyanma
– Ümumiyyətlə, ağrı insan uzanan yerdə artır
– Mexaniki sarılıq – dərinin, göz bəbəyinin saralması
– Sidiyin tünd pivə rəngi alması
– Nəcisin rəngsizləşməsi, ağarması
– Dəri səthində qaşınmalar, nəticədə xəstənin yata bilməməsi, əsəbi olması
– Mədəaltı vəzi həzm üçün lazımi fermentlər hasil etdiyindən, şiş zamanı bu fəaliyyətini icra edə bilmir, pozulur və ferment defisiti yaranır. Nəticədə xəstə tez-tez nəcisə gedir, qarnı çox köpür, yeməkdən sonra ağırlıq hiss edir, nəcis çox yağlı, yapışqanlı olur.
Nə etməli:
İlk öncə terapevt və qastroenteroloqa müraciət olunur.
Qan analizi, qanda bilirubin, biokimyəvi analiz, sidik, nəcis analizi, bütün daxili orqanların UZİ-si, lazım gələrsə KT, orqanı görmək üçün fibroqastroduenoskopiya edilir.
Xəstəliyin dərəcəsinə görə kimya və radioterapiya, cərrahi müalicə tətbiq olunur.
Saglamolun.Az
Mədəaltı vəzi dərmansız xilas etməyin yolları
Mədəaltı vəz çox incə, mürəkkəb bir orqandır, çox zaman qəfildən, gözlənilmədən sıradan çıxır, əgər ağrıdısa, deməli, vəziyyət ən ağır mərhələdədir.
Milli.Az bakupost-a istinadən xəbər verir ki, hepatoloq, qastroenteroloq Sergey Vyalov kəskin pankretitə yol verməmək üçün tövsiyələr verib.
“Pankreatit kiçik vəzin nekrozlaşan, yəni ölən sahəsidir. Bu qaraciyərin sirrozuna bənzəyir. Ölmüş hissə bir daha bərpa olunmur. Bu mərhələyə qədər xəstə heç nə hiss etmir.
Bir balaca ağrı, ağırlıq, həzmsizlik olur, yedikləri həzm olmur, ağır qidaları çətin həzm edir, hər şeyi mədədən bilir.
Mədəaltı vəzin dağılması 10 il çəkə bilər. Onun sağlamlığının qeydinə gənclik illərindən qalmaq lazımdır.
Siqaret, lazımsız dərmanlar, içkilər – onu hüceyrə səviyyəsində məhv edir. Artıq çəki, piylənmə, ayaqüstü qidalanma, aşırı yağlı qidalar risk yaradır.
Mədəaltı vəzidə problem, ferment yetməzliyi yarandısa, xəstə ömrünün sonuna qədər yüksək dozalarda ferment preparatları içməlidir. Bu da baha başa gəlir.
Ümimiyyətlə, pankreatitin müalicəsi çətindir, bəzən mümkün deyil. Mədəaltı vəz yeganə orqandır ki, transplantasiyası bizdə yoxdur”.
Milli.Az /news.milli.az
Xəbərlər Baxılıb: 918 Tarix: 05 may 2022
f Paylaş
Digər yazılar
Ağız boşluğu şişlərinin ilkin əlamətləri
Xərçəng şişləri ağız boşluğu ilə yanaşı, damarda da olur. Çox zaman insanlar bunları damaq xəstəliyi, dişlərlə səhv salır. bakupost-a istinadən xəbər verir ki, onkoloq həkim Barak Larian ağız boşluğu xərçənginin əsas əlamətlərin
Kakaonun xeyiri
Kakao Avropada XVI əsrdən başlayaraq tanınır. Bu xeyirli içkinin reseptini avropalılar Amerikanın yerli sakinlərindən götürüblər. Kakao şokolad ağacı meyvələrindən hazırlanır. Yaxşı keyfiyyətli kakao tozunun güclü şokola
Uşaqlıq yolundan yaxma və onun nəticələri
Müxtəlif ginekoloji xəstəliklərin, sonsuzluğun müayinəsi və müalicəsi və hamiləlik zamanı qadın “bakterioloji yaxma” adlandırılan analiz verir. Bu sadə və eyni zamanda çox məlumatlı analizdir. Analiz üçün qadını
Kinkan ürək üçün faydalıdır
Kiçik ölçülü, qeyri-adi dada malik olan bu sitrus meyvəsi çox faydalı xüsusiyyətlərə malikdir. Kinkan A, B qrupu, C, E, P vitaminlər, kalsium, kalium, dəmir, fosfor kimi mikroelementlər, pektin maddələr və efir yağları il
Düz bağırsaq çatları. Səbəblər və müalicə üsulları
Babasil və kolitdən sonra düz bağırsaqı çatları bağırsaq xəstəliklərin arasında 3-cü yer tutur. Bağırsaq çatları anal dəliyin selikli qişasının yarıqlarıdır. Bu yarığın uzunluğu 1,5-2 sm ola bilər. Bir çox hallarda çat daxil
Uşaqlıq polipləri
Uşaqlıq polipi ayaqcığı olan yumru şişdir (göbələk xatırladan). Polip xoşxassəli şişdir. Lakin bu o demək deyil ki, polip aşkar olunduqda, müalicədən imtina etmək lazımdır. Nadir hallarda olsa da (2-3%) polip vaxt keçdikc
Ürək üçün xeyirli bitkilər
Müalicəvi bitkilər ta qədimdən müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı uğurla istifadə olunurdu. Onların faydalı təsiri tibb elmində də təsdiq olunub. Bu bitkilər dərman prepartaların hazırlanması zaman
Dərinin cavanlaşması üçün ozon terapiyası
Tibb və kosmetologiya sahəsi gün gündən təkmilləşərək,daim yenilənir. Yaranan müasir texnologiyalar nəinki xəstəliklərin müalicəsi və qarşının alınması, həmçinin orqanizmin həyat potensialının artırma imkanı yaradır. Bel
ABŞ-da COVID-19-dan ölənlərin sayı 1 milyonu keçib
Bütün pandemiya dövründə ABŞ-da COVID-19 infeksiyasının nəticələrindən ölənlərin sayı 1 milyonu ötüb. Bu barədə “NBC News” televiziya kanalı xəbər verib. “Məsələn, ABŞ-ın onuncu ən böyük şəhəri olan Kaliforniy
Mədəaltı vəzi
Mədəaltı vəzi qarının arxasında, mədənin arxasında yerləşən uzanmış, daralmış orqandır. Orqanın sağ tərəfi – baş adlanır – orqanın ən geniş hissəsidir və nazik bağırsağın birinci bölməsi olan onikibarmaq bağırsağın əyrisində yerləşir. Konik sol tərəf bir qədər yuxarıya doğru uzanır – mədəaltı vəzi bədəni adlanır – və dalağın yaxınlığında bitir – quyruq adlanır.
Mədəaltı vəzi 2 növ vəzidən ibarətdir:
- Ekzokrin. Ekzokrin vəzi həzm fermentlərini ifraz edir. Bu fermentlər əsas pankreas kanalını birləşdirən kanallar şəbəkəsinə salınır. Bu, mədəaltı vəzinin uzunluğunu idarə edir.
- Endokrin. Langerhans adacıqlarından ibarət daxili sekresiya vəzi hormonları qana ifraz edir.
Pankreasın funksiyaları
Pankreasın həzm və hormonal funksiyaları var:
-
Pankreasdakı ekzokrin vəzi tərəfindən ifraz olunan fermentlər onikibarmaq bağırsaqda karbohidratların, yağların, zülalların və turşuların parçalanmasına kömək edir. Bu fermentlər qeyri-aktiv formada mədəaltı vəzi kanalından aşağı öd kanalına keçir. Onikibarmaq bağırsağa daxil olduqda aktivləşirlər. Ekzokrin toxuma da duodenumda mədə turşusunu neytrallaşdırmağa kömək edən bikarbonat ifraz edir. Bu nazik bağırsağın ilk hissəsidir.
Comments are closed, but trackbacks and pingbacks are open.