Xətai dəhnamə
Algil mana əldə tərcümanı.
Xətai dəhnamə
Ş.İ.Xətayi.
Dəhnamə
Bahariyyə
Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü,
Eşq оdu yenə bu canə düşdü.
Yer geydi qəbayi-xizrpuşan,
Cümlə dilə gəldi ləbxəmuşan.
Sərvin yenə dutdu damənin su,
Su üstə оxudu faxtə gu-gu.
Ğönçə dəhəni çəməndə xəndan,
Gülmaxdan ənar açıldı dəndan.
Bülbül оxudu sifati-hicran,
Dəryadə dür оldu əbri-neysan…
Aləm qamusu bu dəmdə xоşhal,
Mən öz işimdə fariğül-bal.
Gəh yerir idim çü ahu dağda
Gəh axar idim çü cuy bağda.
Gəh könlüm ilən çəməndə xürrəm,
Gəh həmdəm ilən gəzəndə biğəm.
Mə’şuq ilə eşqi tanımazdım,
Heç kimə könül verim deməzdim.
Öz pişəmə, öz işimə qane,
Heç kim yоx idi kim, оla mane.
Kim desə mənə ki, aşiq оldum,
– Əbləh, – deyübən gülərdim ana,
Hər tə’nə ki var, qılardım ana…
Bir gün çəmən içrə seyr edirdim,
Pərvanə misali teyr edirdim.
Bir sayeyi-sərvi-nazə yetdim,
Bir ləhzə оrada xabə getdim.
Ruhaniyə ruh qıldı seyran,
Gəl gör ki, mana nə qıldı dövran?
Göründü gözümə bir pəriru,
Xоş ləhcəvü xubcəmalü xоşru.
Çün seyr ilə gəldi mana yetdi,
Canü könül aldı beylə getdi.
Qaşları kəmanü kiprigi оx,
Aləm gözü qatda nərgisi-şux.
Nə şəkli-pəri, mələk, nə insan,
Rövşən yanağında nuri-rəhman.
Оldum beməsəl divanə bidar,
Nə məstü nə aqiləm, nə hüşyar.
Bilmən özümi ki, xandəyəm mən,
Ya mürdəmi, yоxsa zindəyəm mən.
Uzun gecələr səhər görünməz,
Zülmətdə mana qəmər görünməz.
Bu yоla, ilahi, yоxmu payan?
Bu dərdə, ilahi, yоxmu dərman?
Biçarəvü zarü natəvanəm,
Mən taqəti-ğəm nəmitəvanəm.
Yar zülfi təki günüm qarardı,
Yar ağzı kimi yerim darardı.
Bilmən necədir kəminə halım,
Artır dinü gün ğəmü məlalım.
Səbanın Mə’şuqun yanına getməsi
Gəldi və əlimdən aldı məktub,
Əzm etdi, yeridi suyi-məhbub.
Gəh dağ üzə əsdi, gahi daşda,
Gəh xüşk üzə əsdi, gahi yaşda.
Sürdü qatı atın оl vəfadar,
Оl bağə irişdi k-andadır yar.
Gördü ki, bir adlı şah imiş оl,
Nə yerdə, fələkdə mah imiş оl.
Gülşəndə bülənd оtağü eyvan,
Səncərlə səlatin ana divan.
Qarşudadurur mələk yasavul,
Hər kimi görür, edir ki, savul.
Dutmuş yüzü birlə nur baği,
Çün gördü anı Səbayi-miskin,
Çəkdi cilоvunu, оldu ğəmgin .
Kim, bu pəridir cəhanda məşhur,
Xudbinü cəmalü hüsnə məğrur.
Necə varım imdi həzrətinə,
Ta irişə ərzə xidmətinə?
Durmuşdu Səba qılıb təfəkkür,
Barmağını dişlib əz təhəyyür.
Nagah önünə çü gəldi bir pir,
Xоş şəklü şəmayil, özü dilgir.
Yanına gəlib Səba rəvani,
Söylədi ana sözün nihani.
Sоrdu ana kim, Səbamısan sən?
Eşq əhlinə aşinamısan sən?
Kim, aşiqi-xəstədən gəlirsən,
Halından anın xəbər bilirsən.
Aydır ki, bəli, Səba mənəm der,
Sözüm yetürüm, xanı Sənəm der.
Aydır ki, mənəm оl, ey xоş avaz,
Ölmüşlər içün Məsihi-dəmsaz.
Mən dəxi nigarə bağbanəm,
Aşiqlərə yarü mehribanəm.
Mən demişidim, sana ki, gəlsin,
Mə’şuqə nə der, sözünü bilsin.
Оldur оturur оtağ içində,
Sən bir dəm оtur bu bağ içində.
Mən varayım оl nigar qatına,
Оl dilbəri-gül’üzar qatına.
Könlün görəyim neçükdür anın,
Sözün deməgə о natəvanın.
Оturdu Səbavü оl yeridi,
Söz deməgə fürsət istər idi.
Qulluğa irişdi, durdu bir dəm
Könlüni aradı, gördü xürrəm.
Xəndan çəmən içrə tazə gül tək,
Bоynu sürahi, dоdağı mül tək.
Aydır ki, deyim sözü, məhəldir,
Könlü fərəhü dəmi gözəldir.
Bir qatla özünə eylədi fərz,
Bəs qıldı nigarə sözləri ərz.
Aydır ki, əya dəm afitabi,
Bir söz desəm, eyləmə itabi.
Bir qasidi-xəstə hali gördüm.
Yоx gəlməgə heç məcali gördüm.
Gəlməz yavuğa, həzər qılur оl,
Dərgah saru nəzər qılur оl.
Vardım yanına, dedim nə kəssən?
Kim əhli-səfər, zəbun fərəssən.
Qıldım aluban nəzər be məktub,
Gördüm yazılu kəlam be məhbub.
Yazılmış, əya əmiri-xuban,
Dərd ilə ölürmən, eylə dərman.
Оldu ğəm ilən belim xəmidə,
Rəhm eylə mana, e nuri-didə.
Оl dəm ki, mən оl cəmali gördüm,
Özümdən özümni xali gördüm.
Biəqlü kəlamü huş bоldum,
Çоx оldu könüldə fikri-fasid,
Qıldım bu yоla Səbanı qasid.
Öz halımı ərzü faş qıldım,
Yaşımla bitikni yaş qıldım.
Bu vəch ilə halım etdim e’lam,
Şəhlərdən оlur gədayə ən’am.
Mə’şuqənin sözü eşidib bağbanı və Səbanı danlaması
Eşitdi bu sözü çün pəriru,
Aydır: – Nə söz idi söylədin bu?
Sən bilməmisən ki, mən nə şahəm,
Huri həşəmü mələk süpahəm.
Sən bilməmisən ki, mən nə şuxəm,
Kirpigi, qaşı yay ilə оxəm,
Оl bilməz isə də sən bilürsən,
Bu həsrəti bəs nədən qılursan?
Vargil degil оl rəsulə gəlsün,
Оl sözləri naqəbulə gəlsün,
Kimdir görəyim gəlür buradən,
Vaqif оlayım bu macəradən.
Allaha Səba qılıb təvəkkül,
Yeridi rəvani bitəəllül.
Görsətdi səlamü izzü ikram,
Istərdi kəlamın edə e’lam.
Öpdü ədəb ilə asitani,
Оl sərvi-səhi çü gördü ani,
Sоrdu: – Nə gərək, e hərzə-mərzə,
Kim dedi sana ki, gəl bu mərzə?
Yırtdı əlidən alıb kitabın,
Saydı yüzinə üyubi babın.
Eybini varın şümar qıldı,
Gül yüzlü Səbanı xar qıldı.
Səbanın mə’şuqənin sözləri
ilə aşiqin yanına gəlməsi
Qayıtdı Səba zi dərgəhi-şah,
Ğəmnakü məlul düşdü bər rah.
Deri kim, necə varım оl fəqirə,
Biçarəvü xəstədil həqirə?
Dəxi nə yüz ilə varım anda,
Ümmid ilə qasid etdi munda.
Ya anda neçük verim cəvabi?
Göndərdi itab ilən xitabi.
Çün yetdi, dedim ki, nikuxah,
Halın necədir zi zəhməti-rah.
Həm söylə nigar sağ, əsənmi?
Оl fitnəli yar sağ, əsənmi?
Der: – Sağdır, əsəndir оl pəriru,
Səndən vəli eyləmiş bəri ru.
Əhvalın ana ərzə qıldum,
Ərzinə yetürməgini bildim.
Xişm etdi haman dəm əz səri-naz,
Çоx ərbədə naz qıldı ağaz.
Yırtdı aluban yazan kitabi,
Biş etdi itab ilən xitabi.
Qıldı məni-xəstəni məlamət,
Başuma qоpardı yüz qiyamət.
Der: – Kimdürür оl xəsisü kəmtər,
Ögdi özünü qılıb mükərrər.
Dil munu eşitdi, narə düşdü,
Fəryadü fəğanü zarə düşdü.
Yaş etdi ümid evini parə,
Sögdüm yenə bəxti-nabəkarə…
Aşiqin Səbadan üzr istəməsi
Dedim ki, əya Səba, usandün,
Asudə оtur çözüb kəməndün.
Bir dəm sən оtur betərfi-gülşən,
Bir qasidi dəxi istəyim mən.
Оl durdu çəməndə, mən yeridim,
Bir elçi dəxi bulum der idim.
Ərvahım uçurdu fikr teyrin,
Bir dəmdə cəhanın etdi seyrin.
Qayıtdı yerinə, qıldı pərvaz,
Der: – Elçi Səbadən özgə yоx baz.
Səndən dəxi özgə çarə bilmən,
Mən durub ayağə varə bilmən.
Bir dəxi kərəmlər et mənimlən,
Canım yоluna fəda tənimlən.
Qalmışlara çün müavin оldin,
Məqsudə yetürüb alxış aldin.
(Səbanın mə’şuqənin yanına getməsi)
Оl peyk Səba çü mindi atı,
Xоş sürdü iradət ilə qatı.
Gəh gerdə bulaşdı, gəh ğubarə,
Gördü ki, çəmən yenə münəvvər,
Zülfindən anın cahan müəttər.
Gördü anı bağbani-məhrəm,
Kim, gözlər idi yоlunu hər dəm.
Yanına gəlib dedi ki, ey Bad,
Qıldınmı yenə bu kari bünyad?
Qayıt ki, bu işə çarə yоxdur,
Mundan nə cigərdə yarə yоxdur?
Qayıt, yenə bizni qılma bədnam,
Nagah özüni salma dər dam.
Söylədi Səba ki, əbsəm, əbsəm.
Öldürsə dəxi ki, çəkməzəm ğəm.
Sən varmaz isən varuram özüm,
Ərz eylərəm ana cümlə sözüm…
Səbanın tək mə’şuqənin görüşünə getməsi
Yeridi Səba çü bargahə,
Bağladı təvəkkülin ilahə.
Qıldı yer öpüb dua səlamı,
Ərz eylədi оl şaha kəlamı.
Çün gördü Səbanı Hüsn ilən Key,
Der: – Yenə nişə gəlibdürür hey.
Əl urdu, yapışdı yaxəsinə,
Saldı anı bəndi-türrəsinə.
Tar etdi günün sitarəsilən.
Bəs kari-Səba budur müdami,
Zülfi-sənəm оla bəndü dami.
Hər nəstə ki, var getdi əldən.
Düş ayağa kölgə tək, Xətayi,
Оl sərvi-çinar getdi əldən.
Mə’şuqənin yanına getməsi
Qıldı sözümü qəbul məktub,
Əzm etdi, yeridi suyi-məhbub.
Uğraşdı yenə о bağbanə,
Sоrdu: – Nişə gəldin, ey fəsanə?
Dün munca məlamət etdi оl yar,
Yоx səndə, nə оnda ğeyrətü ar.
Оl sözlə səni çü göndəribdir,
Bir söylə ki, nişə döndəribdir?
Der Namə ki, ana söylədim çоx,
Dutmaz sözümü, qərarı heç yоx.
Zinhar qılur ki, tanriçün var,
Ta rəhm edə mən fəqirə оl yar.
Ya qıla səni bu yоlda parə,
Ya dəxi qılam bir özgə çarə.
Vardı yenə yarə bağbani,
Təşviş оduna əridi cani.
Tоxuşdu dili gəlib kəlamə,
Aydır: – Yenə gəldi dünki Namə.
Miskin yenə fikri-xam bişürmiş,
Оl bihudəni yоla düşürmüş.
Eşitdi bu sözni, cuş qıldı,
Peymaneyi-qəhri nuş qıldı.
Der var gətir ki, kimdürür оl,
Munca nə gəlür beqоvli-mahövl,
Qоrxmadı məgər zi kari-mazi?
Qurtulduğuna degilmi razi?
Bağbanın məktubun yanına gəlməsi
və оnu Mə’şuqənin xidmətinə aparması
Çün gördü оnu nigari-məhru,
Der: – Yenə nə gəldin, ey əbəsgu?
Heç söyləmədin alıb əlinə,
Baxdı açıb anın əvvəlinə.
Qazıdı, götürdü nami-cəbbar,
Pəs eylədi naməni du səd par.
Çün gördü anın bu halını huş,
Gəldi mana biqərarü bihuş.
Gəldivü iraxdan etdi avaz:
– Qəhr etdi rəsulə türki-tənnaz.
Səd parə qılıbdır оl sitəmkar,
Gəlməz dəxi var, özünə qıl çar.
Göz yaşının Mə’şuqun yanına getməsi
Çün yоla düzəldi, Yaş getdi,
Əql ilə rəvanü baş getdi.
Axdı, yeridi besuyi-dildar,
Mərdümək adı, özü göhərbar.
Qılmadı bu yоlda bir dəm aram,
Sidq ilə işimə qıldı ehram.
Xub sürdü rikabın оl vəfadar,
Оl gülşənə yetdi k-оndadır yar.
Çün gəldi yanına bağbanın,
Sоrdu xəbərin nədir nişanın.
Der: – Qasidəm оl şikəstə zarə
Kim, aşiq оlubdur оl nigarə.
Lütf eylə yeri, bu bəndədən var,
Ərz eylə ana dilimdən əsrar.
Degil yenə gəldi özgə qasid,
Təhqiq gəlibdir оl nə qasid.
Tez vardı, nigarə söylədi оl.
Оl sevgili yarə söylədi оl.
Der: – Yenə sizə rəsul gəlmiş.
Ba tövrəvü ba üsul gəlmiş.
Dedim: – Nerədən gəlürsən, ey yar?
Aydır ki, zi aşiqi-cigərxar.
Dildar yenə itabə düşdü,
Zülfi təki piçü tabə düşdü.
Der: – Var, degil ki, getsin anı,
Algil mana əldə tərcümanı.
Var de, desin оl cəfagüzinə
Qatımda özü nədir, sözü nə?
Çоx etmə şikayə firqətimdən,
Qurtarmanam anı hirqətimdən.
Məndən apar ana naümidi,
Ta dutmuya vəslimə ümidi.
Bağbanın göz yaşının yanına gəlməsi
…Gətirdi çü bağban xəbərni,
Der: – Qıldı qəbul оl gəhərni.
Leykin sana şah verdi dəstur,
Getsün dedi tez, оturma, dur, dur!
Göz yaşı bulandı, оldu meygun,
Könlü bu xəbərdən оldu məhzun.
Çün gəldi mənim yanuma yetdi,
Sоrdum ana kim, nigar netdi?
Der: – Sоrma, əya ğəribü məhrum,
Verməz sana vayə taleyi-şum.
Gər qıldı qəbul töhfəmizni,
Görmədi vəli çü töhfə bizni.
Çün yenə bu sözni eylədim cəm’,
Ah оduna can tutuşdu çün şam’.
Dedim yenə оl rəfiqi-halə,
Yaşdan dəxi yetmədim vüsalə.
Göz yaşının ikinci dəfə
Mə’şuqənin yanına getməsi
Çün yоla düzəldi. Yaş getdi,
Əqlü dilü didə, baş getdi.
Bulandıvü daşdı, çayə döndü,
Gəh suyəvü gəh həvayə döndü.
Оl bağə irişdi hər neçük var,
Etmişdi məqamin anda dildar.
Istib yenə bağibani buldu,
Bir cism idi оl ki, cani buldu.
Dedi ki, həm оl fəqirü bimar
Göndərdi məni sana digər bar.
Var bir dəxi lütf edüb nigarə,
Rəhm edə məgər о dilfikarə.
Çün bağban aldı оl göhərni,
Vardı ki, ala nədir xəbərni.
Yetürdü nigarə töhfəni çün,
Gördü pərirüx о töhfəni çün,
Der: – Söylə ki, gəlsün оl rəsulə,
Varmı görəli sözü qəbulə.
Gər qabil оlursa həzrətimdə,
Xas eyləyəm anı xidmətimdə.
Çün gəldivü bağban dedi: – Dur.
Xas etdi səni о yari-məşhur.
Yaş getdi rəvani həzrətinə,
Mədh etdi duayi-dövlətinə.
Yar aydır ana ki, ey cigərxun,
Çоx etmə bu yоlda sən cigər xun,
Derlər səni çünki zadi-mərdüm,
Оlmuş vətənin səvadi-mərdüm.
Hər yerdə ki var, hörmətin var,
Hər xanda ki оlsa, izzətin var.
Çün əslilə mərdüməklisən sən,
Gəlgil mana kim, gərəklisən sən.
Sərvəm, dilərəm yanımda bir cu,
Gülzari-cəmalimə gərək su.
Çün muca gərəklüsən mana sən,
Neyçün varasan dəxi ana sən?
Gər beylə səni irağə salur,
Yüzdən sürübən ayağə salur,
Qоyman dəxi anda gedəsən sən,
Qasidliğin anın edəsən sən.
Yaşım dedi ki, əya pəri ru,
Səndən xaçan eylərəm bəri ru?
Çün sana gərəklüyəm, mana sən,
Bir xidmət edər qulam sana mən.
Оndan dəxi səndən ötrü gəldim,
Gördüm çü yüzüni, baxa qaldım.
Amma dilərəm ki, ey pəri ru,
Bir dəxi varam о xəstə saru.
Dəsturun оlursa, varayım bir,
Оlan xəbərini verəyim bir.
Aydır: – Yeri var, zud gəlgil,
Оd kimi varub çü dud gəlgil.
Məndən dəxi aparma naümidi,
Nə ümid apar, nə naümidi.
Degil dəxi kəsməsün ricayi,
Şayəd qılam ana mən vəfayi.
Degil çü yanımda kəşfin оldu,
Vəslim diləmək bəs işin оldu.
Göz yaşı sevindi, düşdü bər rah,
Der bəndəyə mürvət etdi оl şah.
Tə’cil ilə axdı оl axar su,
Nurkən yügürür misali-ahu.
Gördüm ki, gəlür, rəvan yügürdüm,
Baxdım yüzünə qılıb təbəssüm.
Aydır ki, ver imdi müjdəgani.
Meyl etdi sana nigari-cani.
Nоmid оturma gəl vüsalə,
Şayəd səni hicr əlindən alə.
Çün bu xəbəri eşitdi guşim,
Gəldi yerinə qərarü huşim.
Əql ilə könül birər barışdı,
Aram ilə səbrü dil qarışdı.
Səbanın hədiyyə ilə bağlı
Mə’şuqənin yanına getməsi
Çün yetdi Səba о yar qatına,
Оl türki-vəfagüzar qatına,
Söyləşdi, cəvabın aldı, gəldi,
Hər sözdə səvabın aldı, gəldi,
Başdan diləmiş ki, dür gətürsün,
Bir damən anınla pür gətürsün.
Bu qəsd ilə kim, qavuşdu həsrət,
Dəf’ оldu ğəmü bəlavü möhnət.
Bir vəchilə nəzmin eyləsin der,
Dürtək qulağımda eyləsin yer.
Bu sözləri çün eşitdi guşim,
Qalmadı qərarü səbrü huşim.
Daldım gözüm içrə həmçü qəvvas,
Aldım düri-pakü gövhəri xas.
Aşiqin Mə’şuqənin vəslinə diqqət yetirməsi
Qıldım yazuban sözü vərəquş,
Biəql yeridim anda, bihuş.
Şad idim vücudum, оynar idi,
Can həsrət оdunda göynər idi.
Gördüm çü pəri besəhni-gülzar.
Bir şəkl göründü, bir şəmayil,
Əqlim ilə huşum оldu zayil.
Bisəbrü qərarü huş düşdüm,
Qıldım meyi-vəsli nuş, düşdüm.
Dilbər yanıma gəlib оturmuş,
Nazik dizinə başım götürmüş.
Bu sənmisən, ey nigari-məhru?
Ta xeyli-xəyalım оlmasun bu?
Gəh ruzi-fəraqi fikr edirdim,
Gəh vəsl güninə şükr edirdim.
Gəh hali-dilim qılıb təfəkkür,
Derdim neçə beyti dər təhəyyür.
Mə’şuqənin Aşiqin dözümünü öyməsi
Təhsinim edərdi оl pəri ru,
Çəkdinmi fəraqü dərdü qayğu.
Zar etdi səni bu ruyi-çün gül,
Gül görməsə, səbr edərmi bülbül?
Gər оlmasa firqətü bəla, bil,
Оlmazdı həzar nitqə qabil.
Pərvanə əgər fəraqə yanmaz,
Ğəltan оluban оda bоyanmaz.
Kitabın bitməsi və yazılmasının səbəbi barədə şe’r
Üç nəstədürür səbəb bu namə
Kim, bоldu zəruri qılamğ ani.
Əvvəl səbəb оldu nəzmi-tövhid
Kim, bəndəligin оdur nişani.
İkinci bu kim, оlanda ğəmgin
Bu könlünün оla mehribani.
Üçüncü bu kim, qalursa xоşdur
Bu dünyadə hər kimin nişani.
Poemanın qısa məzmunu
“DƏHNAMƏ” ƏSƏRİNİN QISA MƏZMUNU
Şair məsnəvi şəklində yazdığı bu əsərin əvvəlində onun qələmə alınmasının üç səbəbini göstərir. Əsəri Allahın birliyi və öz bəndəliyini bildirmək, qəmli insanları şadlandırmaq, dünyada özündən sonra bir iz qoymaq üçün yazdığını göstərir. Sonra “Bahariyyə” adlı hissədə bahar fəsli təsvir edilir.
Əsərin qəhrəmanı sevənləri düşüncəsiz sayan bir gəncdir. Lakin bir gün o, özü yuxuda buta alır, bi qıza aşiq olur.
Qeybən gələn səs aşiqə sevdiyi qızın gözəl pəri olduğunu, pərilər bağında yaşadığını deyir. Aşiq pərilər bağına gedir, sevdiyi qızı tapır, onun gözəlliyinə heyran olur. Ancaq bağban Aşiqi döyüb qovur. Lakin Aşiqin gözəl pərini sevdiyini biləndə rəhmə gəlir, ona yol göstərir.
Aşiq sevdiyinə on məktub yazır. Dostları Səba, Ah, Huş, Göz yaşı ilə Məşuqəyə məktub göndərir, öz eşqindən, sədaqətindən söz açır. Məşuqə hər dəfə məktub alanda Aşiqə rədd cavabı verir. Ancaq Aşiq sınaqdan üzüağ çıxır, məhəbbətindən dönmür. Məşuqə ona inanıb könül verir.
Dəhnamə (Xətai)
Dəhnamə — Azərbaycan ədəbiyyatının klassiki Şah İsmayıl Xətainin məsnəvi janrında yazdığı poema. Əsər Azərbaycan ədəbiyyatının yazılı abidəsi hesab edilir. [1] [2] 1506-cı ildə Azərbaycan dilində yazılan şeir əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır. [3]
Məsnəvidə aşiq oğlan (yəni şairin özü) və onun sevgilisi bir birinə on sevgi məktubu göndərilər, buna görə də əsərin adı elə “Dəhnamə” (“On məktub”) qoyulub. Poema bütövlüklə 1532 beytdən ibarətdir. [1]
Mündəricat
- 1 Tədqiqi və nəşri
- 2 Əlyazmalar
- 3 Ədəbi təhlil
- 4 İstinadlar
- 5 Ədəbiyyat
- 6 Xarici keçidlər
Tədqiqi və nəşri
1923-cü ildə tədqiqatçı Salman Mümtaz XVII əsrə aid əlyazmaları istifadə edərək “Dəhnamə”nin tam olmayan siyahısını dərc etdi, indi o siyahı Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. [4]
1961-ci ildə Əzizağa Məmmədov “Şah İsmayıl Xətai” adlı şairin əsərlərinin ikicildliyini hazırlamışdı, orada o, “Dəhnamə”nin elmi-tənqidi mətnlərin yaradılmasının əsas prinsiplərinə baxış keçirmişdi. [5]
1967-ci ildə tədqiqatçı Qasım Həsənov “Dəhnamənin sintaksisi” (rus. «Синтаксис Дехнаме» ) adlı işini yayımladı, hansında ki poemanın təyini söz birləşmələrini təhlil etmişdi. [5] Həsənov hələ 1962-ci ildə yazırdı ki, poemada olan təyini söz birləşmələrinin müasir azərbaycan dilindəki kəlmələrlə çox oxşarlıqları var. [6]
1977-ci ildə Minayə Cavadovanın “Şah İsmayıl Xətainin Leksikası (“Dəhnamə” poeması əsasında) (rus. «Лексика Шах Исмаила Хатаи (По поэме “Дехнаме”)» adlı əsəri nəşr olundu, orada o, “Dəhnamə” poemasının tədqiqi tarixi və Səfəvilər dövründə Azərbaycan dilinin əhəmiyyəti haqqında yazırdı. [5] Cavadova bu əsərində qeyd edir ki, “Dəhnamə” Xətainin ədəbi irsində xüsusi yer tutur və bu əsər Azərbaycan dilində yaradılmış mükəmməl yazılı ədəbi abidələrindən biri sayılır. [1]
Əlyazmalar
Əfqanistanın Məzari-Şərif şəhərindəki muzeydə xəttat Mir İmad Qəzvini tərəfindən köçürülən və “Dəhnamə” məsnəvisindən başlayan əlyazma saxlanılır. [7]
Bakı şəhərində Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda XVII əsrdə tərtib edilən poemanın əlyazması saxlanılır. [4]
“Dəhnamə”nin siyahılarından biri həmçinin Sankt-Peterburqda saxlanılır, onun ətraflı şərh edilmiş təsvirini Vladimir Minorskinin xahişi ilə 1923-cü ildə şərqşünas Nikolay Marr verdi. Buna oxşar təsviri türkiyəli ədəbiyyatşünas İsmayıl Hikmət “Azərbaycan ədəbiyyatı tarixi” (Bakı, 1928) kitabında vermişdir. [4]
O da məlum idi ki, 1923-cü ildə “Dəhnamə”nin bir əlyazması Azərbaycan dövlət nəşriyyatının kitabxanasına təhvil verilmişdir, onun sonraki taleyi naməlum olaraq qaldı. [8]
Ədəbi təhlil
“Dəhnamə” “saray ədəbiyyatı” adlanan mühitdə yaradılmışdır. [9] Filoloq Həsən Quliyevin sözlərinə görə, poemada xalq şeiri tərzinə yaxın yazılan çoxlu süjetdən kənar elementlər var. Əsərdə bir-birini sevən cütlüyün hissləri romantik tərzdə əks olunub. [10] Hər fəsil tamamlanmış ayrıca müstəqil “məktub-müraciət” təşkil edir, hansı ki qəhrəman şairin və onun sevgilisinin obrazlarını birlikdə birləşdir. Hadisələr poemada gec inkişaf edir, qəhrəmanlarının obrazları hərəkətsizdi. Əsər sevgi monoloqundan ibarətdir ki, bunu şairin sevgilisinə “şeirli cavab” kimi də xarakterizə etmək olar. [9]
Quliyevin sözlərinə görə, məhz məktublar süjeti hərəkətləndirilər. Poemada hansısa dinamik və gərgin intriqa yoxdur. Rəvayət bütövlüklə həyati faktlara əsaslanan məhəbbət hisslərindən ibarətdir. Romantik xüsusiyyətlərin olmasına baxmayaraq, poemada realizm elementləri qorunub saxlanılıb. [9]
Tədqiqatçı Qasım Cahaninin sözlərinə əsasən, poemada Nizami Gəncəvinin yazma ənənələri nəzərə çarpır, xüsusilə onun məhəbbət fəlsəfəsinin ruhuna uyğun olan istiqamətlərin inkişafı. [11] Belə ki, Xətainin “Dəhnamə”sində “Bahariyyə” adlı hissə əlavə edilmişdir, şair Nizaminin “Leyli və Məcnun” poemasını bu parça üçün nümunə kimi istifadə etmişdir. [12]
İstinadlar
- ↑ 123 Джавадова М., 1978, səh. 115
- ↑ Javadi, Burrill, 1998.
- ↑ Джавадова, 1984, səh. 77
- ↑ 123 Джавадова, 1984, səh. 81
- ↑ 123 Джавадова, 1984, səh. 82.
- ↑ Гасанов, 1962, səh. 96.
- ↑ Джавадова, 1984, səh. 80.
- ↑Mikayıl Rəfili. Избранное. — Б. : Азербайджанское государственное издательство, 1973. — səh. 139. — 487 səh.
- ↑ 123 Гулиев, 2005, səh. 60.
- ↑ Гулиев, 2005, səh. 58.
- ↑ Cahani, 1979, səh. 174.
- ↑ Ҹаһани, 1979, səh. 175.
- Гасанов К. Определительные словосочетания II типа в «Дех-наме» // Известия Академии наук Азербайджанской ССР. — Б. , 1962. (rus)
- Гулиев Г. М. Азербайджанская литература. Исторический очерк. — Б. : Нурлан, 2005. — 530 səh.
- Джавадова М. Лексика Шах Исмаила Хатаи (По поэме «Дехнаме») // Общественные науки в СССР. — М. , 1978. (rus)
- Джавадова М. Н. Об истории изучения и языке произведений Хатаи // Советская тюркология. — Б. , 1984 (rus).
- Сасани Ч. С. Натуралистическая литературно-теософская мысль в поэме «Дехнаме» Шах Исмаила Хатаи // Известия Национальной академии наук Азербайджана. — Б. : Элм, 2007. (rus)
- H. Javadi and K. Burrill. Azerbaijan. Azeri Literature in Iran (ing.). — Encyclopædia Iranica, 1998. — Vol. III. — P. 251-255.
- Ҹаһани Г. Азәрбајҹан әдәбијјатында Низами ән’әнәләри = Традиции Низами в азербайджанской литературе / Под редакцией И. Гамидова. — Б. : Элм, 1979. — 204 səh.
Xarici keçidlər
- Firudin Həmidli – “Xətainin “Dəhnamə”əsərində dini ifadələr”
Avqust 04, 2021
Ən son məqalələr
Uruqvay himni
Uruqvay milli futbol komandası
Uruqvay müharibəsi
Urus-Martan
Uruz bəy
Uruzqan
Urva
Urvaoba
Urxan Ələkbərov
Uryanxay diyarı
Ən çox oxunan
Altıağac bələdiyyəsi
Altıağac
Altılıq
Altıləçək ağəsmə
Altın Köş
dəhnamə, xətai, dəhnamə, azərbaycan, ədəbiyyatının, klassiki, şah, ismayıl, xətainin, məsnəvi, janrında, yazdığı, poema, əsər, azərbaycan, ədəbiyyatının, yazılı, abidəsi, hesab, edilir, 1506, ildə, azərbaycan, dilində, yazılan, şeir, əsəri, azərbaycan, ədəbiyy. Dehname Azerbaycan edebiyyatinin klassiki Sah Ismayil Xetainin mesnevi janrinda yazdigi poema Eser Azerbaycan edebiyyatinin yazili abidesi hesab edilir 1 2 1506 ci ilde Azerbaycan dilinde yazilan seir eseri Azerbaycan edebiyyatinda mesnevi janrinda yazilan ilk poemalardan biri sayilir 3 Dehname Dehname elyazmasinin titul sehifesiJanr mesneviMuellif Sah Ismayil XetaiOrijinal dili Azerbaycan diliYazilma ili 1506Mesnevide asiq oglan yeni sairin ozu ve onun sevgilisi bir birine on sevgi mektubu gonderiler buna gore de eserin adi ele Dehname On mektub qoyulub Poema butovlukle 1532 beytden ibaretdir 1 Mundericat 1 Tedqiqi ve nesri 2 Elyazmalar 3 Edebi tehlil 4 Istinadlar 5 Edebiyyat 6 Xarici kecidlerTedqiqi ve nesri Redakte1923 cu ilde tedqiqatci Salman Mumtaz XVII esre aid elyazmalari istifade ederek Dehname nin tam olmayan siyahisini derc etdi indi o siyahi Bakida Azerbaycan Milli Elmler Akademiyasinin Elyazmalar Institutunda saxlanilir 4 1961 ci ilde Ezizaga Memmedov Sah Ismayil Xetai adli sairin eserlerinin ikicildliyini hazirlamisdi orada o Dehname nin elmi tenqidi metnlerin yaradilmasinin esas prinsiplerine baxis kecirmisdi 5 1967 ci ilde tedqiqatci Qasim Hesenov Dehnamenin sintaksisi rus Sintaksis Dehname adli isini yayimladi hansinda ki poemanin teyini soz birlesmelerini tehlil etmisdi 5 Hesenov hele 1962 ci ilde yazirdi ki poemada olan teyini soz birlesmelerinin muasir azerbaycan dilindeki kelmelerle cox oxsarliqlari var 6 1977 ci ilde Minaye Cavadovanin Sah Ismayil Xetainin Leksikasi Dehname poemasi esasinda rus Leksika Shah Ismaila Hatai Po poeme Dehname adli eseri nesr olundu orada o Dehname poemasinin tedqiqi tarixi ve Sefeviler dovrunde Azerbaycan dilinin ehemiyyeti haqqinda yazirdi 5 Cavadova bu eserinde qeyd edir ki Dehname Xetainin edebi irsinde xususi yer tutur ve bu eser Azerbaycan dilinde yaradilmis mukemmel yazili edebi abidelerinden biri sayilir 1 Elyazmalar RedakteEfqanistanin Mezari Serif seherindeki muzeyde xettat Mir Imad Qezvini terefinden kocurulen ve Dehname mesnevisinden baslayan elyazma saxlanilir 7 Baki seherinde Elmler Akademiyasinin Elyazmalar Institutunda XVII esrde tertib edilen poemanin elyazmasi saxlanilir 4 Dehname nin siyahilarindan biri hemcinin Sankt Peterburqda saxlanilir onun etrafli serh edilmis tesvirini Vladimir Minorskinin xahisi ile 1923 cu ilde serqsunas Nikolay Marr verdi Buna oxsar tesviri turkiyeli edebiyyatsunas Ismayil Hikmet Azerbaycan edebiyyati tarixi Baki 1928 kitabinda vermisdir 4 O da melum idi ki 1923 cu ilde Dehname nin bir elyazmasi Azerbaycan dovlet nesriyyatinin kitabxanasina tehvil verilmisdir onun sonraki taleyi namelum olaraq qaldi 8 Edebi tehlil Redakte Dehname saray edebiyyati adlanan muhitde yaradilmisdir 9 Filoloq Hesen Quliyevin sozlerine gore poemada xalq seiri terzine yaxin yazilan coxlu sujetden kenar elementler var Eserde bir birini seven cutluyun hissleri romantik terzde eks olunub 10 Her fesil tamamlanmis ayrica musteqil mektub muraciet teskil edir hansi ki qehreman sairin ve onun sevgilisinin obrazlarini birlikde birlesdir Hadiseler poemada gec inkisaf edir qehremanlarinin obrazlari hereketsizdi Eser sevgi monoloqundan ibaretdir ki bunu sairin sevgilisine seirli cavab kimi de xarakterize etmek olar 9 Quliyevin sozlerine gore mehz mektublar sujeti hereketlendiriler Poemada hansisa dinamik ve gergin intriqa yoxdur Revayet butovlukle heyati faktlara esaslanan mehebbet hisslerinden ibaretdir Romantik xususiyyetlerin olmasina baxmayaraq poemada realizm elementleri qorunub saxlanilib 9 Tedqiqatci Qasim Cahaninin sozlerine esasen poemada Nizami Gencevinin yazma eneneleri nezere carpir xususile onun mehebbet felsefesinin ruhuna uygun olan istiqametlerin inkisafi 11 Bele ki Xetainin Dehname sinde Bahariyye adli hisse elave edilmisdir sair Nizaminin Leyli ve Mecnun poemasini bu parca ucun numune kimi istifade etmisdir 12 Istinadlar Redakte 1 2 3 Dzhavadova M 1978 seh 115 Javadi Burrill 1998 Dzhavadova 1984 seh 77 1 2 3 Dzhavadova 1984 seh 81 1 2 3 Dzhavadova 1984 seh 82 Gasanov 1962 seh 96 Dzhavadova 1984 seh 80 Mikayil Refili Izbrannoe B Azerbajdzhanskoe gosudarstvennoe izdatelstvo 1973 seh 139 487 seh 1 2 3 Guliev 2005 seh 60 Guliev 2005 seh 58 Cahani 1979 seh 174 Ҹaһani 1979 seh 175 Edebiyyat RedakteGasanov K Opredelitelnye slovosochetaniya II tipa v Deh name Izvestiya Akademii nauk Azerbajdzhanskoj SSR B 1962 rus Guliev G M Azerbajdzhanskaya literatura Istoricheskij ocherk B Nurlan 2005 530 seh Dzhavadova M Leksika Shah Ismaila Hatai Po poeme Dehname Obshestvennye nauki v SSSR M 1978 rus Dzhavadova M N Ob istorii izucheniya i yazyke proizvedenij Hatai Sovetskaya tyurkologiya B 1984 rus Sasani Ch S Naturalisticheskaya literaturno teosofskaya mysl v poeme Dehname Shah Ismaila Hatai Izvestiya Nacionalnoj akademii nauk Azerbajdzhana B Elm 2007 rus H Javadi and K Burrill Azerbaijan Azeri Literature in Iran ing Encyclopaedia Iranica 1998 Vol III P 251 255 Ҹaһani G Azәrbaјҹan әdәbiјјatynda Nizami әn әnәlәri Tradicii Nizami v azerbajdzhanskoj literature Pod redakciej I Gamidova B Elm 1979 204 seh Xarici kecidler RedakteFirudin Hemidli Xetainin Dehname eserinde dini ifadeler Menbe https az wikipedia org w index php title Dehname Xetai amp oldid 5975553, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Comments are closed, but trackbacks and pingbacks are open.