Press "Enter" to skip to content

Dərs Çalışmağınızı Asanlaşdıracaq 4 Proqram – 2023 Təhsildə Motivasiya

Müasir texnologiya vasitəsilə artıq demək olar ki, bütün işlərimizi asanlıqla həll edə biləcəyimiz bir dönəmdə yaşayırıq. İnformasiya texnologiyalarının bizlərə təmin etdiyi proqramlar vasitəsilə bütün məlumatlara rahat və tez bir zamanda, bir kliklə çata bilirik. Bəs öyrənməyi və dərs çalışmağı asanlaşdıracaq proqramlarda varmı? Əlbəttə var! Birazdan sizinlə paylaşacağımız proqramlar sayəsində sizin dərs çalışmağa olan həvəsiniz və motivasiyanız yüksələcək və həmçinin dərs çalışmaq artıq sizin üçün məcburi bir hal olmaqdan çıxıb, əyləncəli bir fəaliyyətə dönüşəcəkdir. Elə isə gəlin çox vaxt itirmədən başlayaq!

Excel 2016 proqramında cədvəllər və diaqramlar

Excel 2016 proqramında cədvəllər və diaqramlar bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

  • 1 Excel 2016 proqramında cədvəllər və diaqramlar
    • 1.1 Excel 2016 proqramında cədvəllər necə yaradılır?
    • 1.2 Diaqram nədir?
    • 1.3 Elektron cədvəl proqramlarında hansı növ diaqram qurmaq olar?
    • 1.4 Xətti diaqram nədir?
    • 1.5 Dairəvi diaqram nədir?
    • 1.6 Histoqram, yaxud zolaqlı diaqram (sütunlu diaqram)

    Excel 2016 proqramında cədvəllər və diaqramlar

    Excel 2016 proqramında cədvəllər necə yaradılır?

    Excel 2016 proqramında cədvəllərin yaradılması zamanı sütun və sətirlərin ölçüsünün dəyişdirilməsi, əlavə olunması, xanaların birləşdirilməsi, cədvəl xətlərinin çap üçün görünən edilməsi və s. əməliyyatlar yerinə yetirilir. Cədvəl xətlərini görünən etmək üçün çərçivə alətinin menyusundan uyğun çərçivələr seçilir.

    Diaqram nədir?

    Elektron cədvəllər, əsasən, böyük həcmdə eynitipli ədədi verilənlərin tez və keyfiyyətlə emalı üçün nəzərdə tutulsa da, onları qrafik şəkildə göstərməklə daha əyani və anlaşıqlı edir. Cədvəl verilənlərinin qrafik təqdim edilməsi üçün başlıca vasitə diaqramlardır.

    Diaqram verilənləri qrafik formada əyani təqdim etmək üçün nəzərdə tutulub. Diaqramlar verilənləri daha yaxşı təhlil etməyə, onları müqayisə etməklə cədvəldə gözə çarpmayan qanunauyğunluqları aşkarlamağa imkan verir.

    Elektron cədvəl proqramlarında hansı növ diaqram qurmaq olar?

    Xətti diaqram nədir?

    Xәtti diaqram, yaxud qrafik dəyişənlərin necə dəyişməsini göstərmək üçün verilənlərin qiymətlərinin düz xətlərlə birləşdirildiyi diaqram növüdür.

    Dairəvi diaqram nədir?

    Dairәvi diaqram faiz qiymətlərini dairənin, yaxud diskin sektorları kimi göstərən diaqram növüdür. Belə diaqramda hər bir bölmə (sektor) uyğun qiymətin bütün qiymətlər cəmində nisbi payını (faizlə ifadə olunmuş) əks etdirir.

    Histoqram, yaxud zolaqlı diaqram (sütunlu diaqram)

    Histoqram, yaxud zolaqlı diaqram (sütunlu diaqram) müxtəlif hündürlüklü (enli) şaquli və ya üfüqi zolaqlardan ibarət olan qrafik növüdür. Bu zolaqların hər biri verilənlərin müəyyən qiymətinə uyğundur ki, bu da onların kəmiyyətlərinin nisbətini müşahidə etməyə imkan verir.

    Elektron cədvəldə bir sətirdə, yaxud bir sütunda yerləşmiş verilənlərə sıra deyilir. Diaqram qurarkən öncə sıraları seçdirmək, sonra isə diaqramın tipini seçmək lazımdır. Diaqram özü mürəkkəb obyekt olub aşağıdakı elementar obyektlərdən təşkil olunur: sıra, ox, başlıq, legenda, qurulma sahәsi.

    Diaqram istər bir sıraya, istərsə də bir neçə sıraya görə qurula bilər. Seçdirilmiş xanalar diapazonu üçün diaqramın qurulması bir neçə verilənlər sırası üzrə aparılır. Bu halda hər bir sıra olaraq seçdirilmiş diapazonun uyğun sətri, yaxud sütunu götürülür. Başlığı istifadəçi müəyyənləşdirir və o, adətən, diaqramın üstündə yerləşdirilir. Diaqrama legenda – sıraların adlarının, başqa sözlə, dəyişənlərin işarələrinin siyahısını da əlavə etmək olar. Oxlarla əhatə olunmuş qurulma sahәsi verilənlər sırasını yerləşdirmək üçün nəzərdə tutulub. Nəticələrin təhlilini əlverişli etmək üçün qurulma sahəsinə tor da əlavə etmək olar.

    Beləliklə biz Excel 2016 proqramında cədvəllər və diaqramlar mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

    © İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

    Sizə aşağıdakı mövzular faydalı ola bilər:

    1. Excel 2016 proqramında düsturlarla iş
    2. Excel 2016 proqramında avtocəm əmri
    3. Excel 2016 proqramında verilənlərin formatı
    4. Excel 2016 usta formatının tətbiqi
    5. Excel 2016 proqramında kitablarla iş

    Dərs Çalışmağınızı Asanlaşdıracaq 4 Proqram – 2023 Təhsildə Motivasiya

    Müasir texnologiya vasitəsilə artıq demək olar ki, bütün işlərimizi asanlıqla həll edə biləcəyimiz bir dönəmdə yaşayırıq. İnformasiya texnologiyalarının bizlərə təmin etdiyi proqramlar vasitəsilə bütün məlumatlara rahat və tez bir zamanda, bir kliklə çata bilirik. Bəs öyrənməyi və dərs çalışmağı asanlaşdıracaq proqramlarda varmı? Əlbəttə var! Birazdan sizinlə paylaşacağımız proqramlar sayəsində sizin dərs çalışmağa olan həvəsiniz və motivasiyanız yüksələcək və həmçinin dərs çalışmaq artıq sizin üçün məcburi bir hal olmaqdan çıxıb, əyləncəli bir fəaliyyətə dönüşəcəkdir. Elə isə gəlin çox vaxt itirmədən başlayaq!

    Həmin Dərs Çalışma Proqramları Hansılardır?

    1.Notion

    Ən yaxşı dərs çalışma proqramlarından biri olan Notion qeyd alma, düzəliş və arxivləşdirmə tətbiqidir. İstifadəsi çox asan olan bu proqramın həmçinin açma-qapama düyməsi belə, sadəcə yaddaş və öyrənmə texnikalarını istifadə etməyinizi də asanlaşdırır. Bir mövzunu öyrənməyə çalışarkən ağlınıza gələn bütün sualları əvvəlcə yazmalı, daha sonra sualların altında isə cavabları yazmanızı təmin edən bir proqramdır. Bir sözlə Notion tətbiqi asan interfeysi və təqdim etdiyi müxtəlif variantları ilə tələbələrin dərs çalışmalarını rahatlaşdırır.

    2.Forest

    Sizlərə keçən məqaləmizdə öyrənmə texnikalarından olan Pomodoro texnikasından bəsh etmişdik. İndi isə bu texnikanı oyunlaşdıran bir tətbiqdən Forestdən bəhs edəcəyik. Forest sizin dərs çalışmağa olan diqqətinizi daha da artırır və kömək edir. Pomodoro texnikasına uyğun ən az 25 dəqiqə və ya sizin istədiyiniz müddət ərzində Forest proqramı telefonuzda geri sayıma başlayır. Oyunlaşdırma hissəsi isə başlatdığınız müddət ərzində sanki torpağa bir fidan əkirmişsiniz kimi hərəkət edir. Əgər sayğacı başlatdıqdan sonra telefonuzda başqa işlə məşğul olsanız əkdiyiniz fidan quruyacaqdır. Amma sayğacın sonuna qədər səbr edib edib işinizi bitirsəniz, əkdiyiniz fidan ağaca çevrilir. Və bu şəkildə hər gün telefonuzdan və ya tabletinizdən çalışarkən bir fidan əkərək virtual meşə yarada bilərsiniz.

    3.Photomath

    Dərs çalışma tətbiqləri arasında yer alan digər bir proqram isə Photomathdir. Bu tətbiq vasitəsi ilə siz çətinlik çəkdiyiniz riyaziyyat məslələrinin həllini asanlıqla görə bilərsiniz. Photomath proqramı daha sonra isə sizə məsələnin həllini ətraflı və geniş izah edir. Bunun üçün adından göründüyü üzrə sadəcə proqrama məsələnin şəklini çəkməyiniz kifayət edəcəkdir. Photomath kəsrlər, xətti tənliklər, inteqrallar, loqorifmalar kimi müxtəlif funksiyalı riyaziyyat məsələlərini rahatlıqla həll edə və daha sizə izah edə bilir.

    4.Any-do

    Çox təəssüf ki, pandemiya həyatımıza bir anda daxil oldu və hamızın həyatına təsir etməklə iş və dərs rejimini pozdu. Təhsil sistemində isə distanta yəni uzaqdan təhsilə keçirildi. Bununla da şagird və tələbələrin dərs və həyat rejimləri pozularaq, həyatlarında böyük bir rejimsizlik və əhval-ruhiyyələrində isə düşkünlük yaşatdı. Lakin Any-do proqramı burada sizin köməyinizə çatacaq və həyatınızı qaydasına salacaqdır. Any-do tətbiqi vasitəsi ilə siz özünüz üçün rejim qrafiki qura biləcəksiniz və tətbiq sizin üçün bir növ xatırlatma olacaqdır. Proqrama gün ərzində etməli olduğunuz işləri, daxil olmalı olduğunuz dərsləri və etməli olduğunuz dərsləri, imtahanları qeyd edə və yaddaşda saxlaya bilərsiniz. Plandığınız işləri etməyincə tətbiq bunu sizə daim xatırladacaqdır.

    Yekun olaraq isə sizlərə paylaşdığımız proqramların dərs çalışmalarınızda köməkçi olmasını və hazırlaşdığınız bütün imtahanlarda uğurlar və müvəffəqiyyətlər arzu edirəm!

    Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Comments are closed, but trackbacks and pingbacks are open.