Бихевиоральная психотерапия
Отличительной особенностью бихевиоральной терапии является то, что пациенту даются домашние задания. В ходе выполнения таких упражнений часто прибегают к помощи близких людей и членов семьи.
Psixologiya elmi
Müasir elmlər sistemi və psixologiya. Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırki dövrdə bütün dünyada hər cür fəaliyyətin və insan munasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Lakin nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya başqa elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə mövcuddur və fəaliyyət göstərir. Bəs elmlər sistemində psixologiya elmi hansı yeri tutur, onun başqa elmlərlə qarşılıqlı əlaqəsi nədən ibarətdir?
Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmişdir. Onun «elmlər üçbucağı»nda bunu aydın görürük. B.M.Kedrova görə psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq mövqe tutur (bax şəkil 2).
Psixologiya bu elmlərin məlumatlarını özündə birləşdirir və eyni zamanda onlara təsir etməklə insan haqqında elmlərin modelinə çevrilir. Psixologiyanın başqa elmlərlə əlaqəsinə qısa nəzər yetirək.
İnsan psixikası və davranışını onun təbii və sosial mövcudluğu haqqında biliklər olmadan başa düşmək mümkün deyildir. Ona görə də psixologiyanın öyrənilməsi insan biologiyası, onun ali sinir sisteminin quruluşu və fəaliyyəti haqqında biliklərə yiyələnməyi tələb edir. Psixi hadisələr və mərkəzi sinir sisteminin fəaliyyəti arasındakı əlaqə haqqında biliklər ali sinir fəaliyyətinin fiziologiyasında öz konkret əksini tapmışdır. Təsadüfü deyildir ki, psixologiyanın təbii elmi əsaslarından danışarkən məhz ali sinir fəaliyyətinin qanunularına istinad edilir.
Psixologiya cəmiyyətin tarixi və mədəniyyəti ilə sıx bağlıdır. Belə ki, insanda ali psixi funksiyaların inkişafında sivilizasiyanın əsas tarixi nailiyyəti olan əmək alətləri və işarə sistemi həlledici rol oynamışdır.
İnsan psixikasının dərindən öyrənilməsinə, onun başa düşülməsinə sosiologiyanın əsasları haqqında biliklər də imkan yaradır. Bunu sosial psixologiyanın sürətlə inkişafı bir daha təsdiq edir. Müasir dövrdə sosial psixologiya insan münasibətlərinin bütün sahələrinə nüfuz etməklə insanın sosial-bələdləşmə davranışının psixi xassələrə necə yiyələnməsini aydınlaşdırmağa imkan verir.
Psixologiya fəlsəfə elmi ilə ciddi qohumluq əlaqəsinə malikdir. Bu təsadüfü deyildir. Məlum olduğu kimi psixologiya müstəqil bir elm kimi fəaliyyət göstərənə kimi fəlsəfənin daxilində formalaşmağa başlamışdır. Şübhəsiz şəxsiyyətin psixoloji «ölçülərini» insan, onun spesifik həyat şəraiti, gerçəkliyi dərk etməsi və fəaliyyət haqqında fəlsəfi biliklərə istinad etmədən müəyyənləşdirmək və öyrənmək mümkün olmazdı.
Şüur, təfəkkür və digər psixi hadisələr insanlara anadangəlmə, hazır şəkildə verilmir. Bunlar ontogenezdə (fərdi inkişaf prosesində) insanın təlim və tərbiyəsi prosesində əldə edilir. Buradan isə psixologiyanın pedaqogika elmi ilə əlaqəyə malik olduğu özünü göstərir. Psixologiya və pedaqogika elmləri arasında başlıca əlaqə həmin elmlərin predmetlərinin yaxınlığı ilə bağlıdır. Əvvala həmin elmlərin obyekti inkişaf etməkdə olan insandır (uşaq və yaşlı). Digər tərəfdən, psixologiya insan psixikasının inkişaf qanunlarını öyrənir. Pedaqogika isə şəxsiyyətin inkişafının idarə olunması qanunlarını işləyib hazırlayır. İnsanın tərbiyəsi, təhsili təlimi onun psixikasının, təfəkkürünün, fəaliyyətinin məqsədəyönəlmiş şəkildə inkişaf etdirilməsi deməkdir. Psixologiya və pedaqogika elmlərinin mühüm qarşılıqlı əlaqəsini göstərən amillərdən biri də onların tədqiqat üsullarındakı eyniyyətdir. Bir çox elmi psixoloji axtarışlar pedaqoji problemlərin həlli üçün vasitə rolunu oynaya bilir. Bir elmi fənn kimi pedaqogikada pedaqoji faktların izahı, şərhi, sistemləşdirilməsi üçün psixoloji biliklərdən istifadə olunur. Pedaqoji fəaliyyətin nəticələri psixoloji diaqnostikanın köməyi ilə aşkara çıxarılır.
Bunlarla yanaşı olaraq müasir psixologiya elmi öz qarşısında duran ümumi və xüsusi vəzifələri həyata keçirərkən pedaqogika ilə yaxın təmasda fəaliyyət göstərir, pedaqogika elminin əldə etdiyi nəticələrə istinad edir.
Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə özünə geniş yer tutmağa başlamışdır. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük.
Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Linqvistika və nitqin psixologiyası ilə müqayisədə psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə – nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın predmeti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düşür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə qarışdırırlar. Bu cür eyniləşdirməyə əsas olsa da, hər-halda bu iki termini bir-birindən fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi başlıca olaraq öyrənmə predmetində özünü göstərir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı öz diqqətini daha çox şüurun psixi funksiyalarının xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaşı bu funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında ifadə vasitələrini (verbal və qeyri-verbal) də nəzərə almağa çalışır.
Psixolinqvistika olduqca gənc elmdir. O, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində meydana gəlmişdir. Sovet psixolinqvistika məktəbinin «atası» A.A.Leontyev olmuşdur.
Elm sahəsinin genişlənməsi sayəsində psixolinqvistikanın müxtəlif sahələri meydana gəlmişdir. Bunlardan ümumi psixolinqvistika, xüsusi psixolinqvistika, sosial psixolinqvistika, yaş psixolinqvistikasını (ontolinqvistika) göstərmək olar.
Psixologiya elminin əsas sahələri. Psixologiya çoxsahəli bir elmdir. Müasir dövrdə psixologiya elminin nisbətən müstəqil şəkildə inkişaf edən müxtəlif sahələri vardır. Məhz buna görə də «psixologiya elmi» deyil «psixologiya elmləri» termininin işlədilməsi daha çox yerinə düşərdi. Belə ki, hər 4-5 ildən bir psixologiya elminin yeni bir sahəsinin yaranmasının şahidi oluruq.
Psixologiyanın çoxsaylı sahələrini təsnif etmək üçün müxtəlif prinsiplərdən istifadə olunur. Hər şeydən əvvəl psixoloji fənnləri fundamental və tətbiqi, ümumi və xüsusi olmaqla təsnif etmək mümkündür.
Psixologiya elminin fundamental və ya baza sahələri psixologiyanı və insanların davranışını kimliyindən və hansı fəaliyyət sahəsində çalışmasından asılı olmayaraq hamının başa düşəcəyi şəkildə şərh etməyə yönəldilmiş sahələrdir. Psixologiyanın bu sahələri psixologiya və insan davranışı ilə maraqlanan adamların hamısı üçün eyni zəruri məlumatları çatdırır. Bu cür universallığından asılı olaraq psixologiyanın həmin sahəsi «ümumi psixologiya» adı altında işlədilir.
Psixologiyanın tətbiqi sahələrinə gəldikdə buraya onun bilavasitə təcrübəyə tətbiq olunan sahələrini aid edirlər.
Psixologiyanın ümumi sahələri istisnasız olaraq bütün elmi istiqamətlər üçün eyni dərəcədə əhəmiyyətli inkişaf problemlərini qarşısına qoyur və həll edir. Psixologiyanın xüsusi sahələrinə gəldikdə o, öz qarşısına hər hansı bir və ya bir neçə qrup hadisələri öyrənmək məqsədini qoyur.
Müasir psixoloji fənnləri təsnif etmək üçün mövcud ədəbiyyatda aşağıdakı üç prinsipdən də istifadə olunur:
- Konkret fəaliyyət sahələrinə görə;
- İnkişafın psixoloji aspektlərinə görə;
- İnsanın cəmiyyətə münasibətinə görə.
Həmin sahələrin hamısını əhatə etmək mümkün olmadığına görə burada onlardan bilavasitə təhsillə bağlı olanların bəzilərini qısaca nəzərdən keçirək.
Psixologiya elminin ən fundamental sahəsini ümumi psixologiya təşkil edir. Ümumi psixologiya fundamental psixoloji bilikləri özündə cəmləşdirir. Ümumi psixologiyanın maraqlandığı və həll etməli olduğu qlobal məsələlər, cavab verməli olduğu suallar aşağıdakılardan ibarətdir: Psixika nədir? Onun strukturu və funksiyaları nədən ibarətdir? Psixika filogenezdə və ontogenezdə hansı qanunauyğunluqlara malikdir? Psixikanın hansı inkişaf səviyyələri vardır və onları hansı kriteriyalara əsasən müəyyənləşdirmək olar? Psixika və beyin arasında hansı əlaqə vardır? Psixi inkişafda anadangəlmə və həyatda qazanılan bioloji və sosial amillərin rolu nədən ibarətdir? Psixikanın normal və anomal inkişafını fərqləndirən kriteriyalar hansılardır?
Bütövlükdə psixikaya aid problemləri öyrənməklə yanaşı ümumi psixologiya psixi proseslər, psixi hallar və xassələrlə bağlı konkret məsələlərin öyrənilməsi ilə də məşgul olur. Psixologiyanın maraqlandığı əsas obyekt insan olduğuna görə ümumi psixologiya birinci növbədə onun (insanın) şəxsiyyəti, fəaliyyəti, ünsiyyəti idrak prosesləri ilə, münasibətlər sistemi (hissləri) və iradi fəaliyyəti, iradi tənzimi ilə baglı məsələlərin araşdırılmasına diqqət yetirir, onları həm nəzəri, nəm də eksperimental planda öyrənir. Deyilənlərdən aydın olur ki, ümumi psixologiya psixi hadisələr haqqında hamı üçün eyni dərəcədə maraq doguran ümumiləşmiş bilikləri özündə əks etdirir. Həmin biliklərlə tanış olmaqla hər bir insan psixologiyanın ümumi sirlərinə yiyələnə bilər.
Psixologiyanın təhsil, təlim və tərbiyə ilə sıx baglı olan xüsusi sahələrindən bəzilərinə nəzər yetirək.
Psixologiyanın konkret fəaliyyətlə baglı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biri pedoqoji psixologiyadır. Pedaqoji psixologiya təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır.
Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdən, təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərini, əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir.
Psixologiya elminin pedaqoji psixologiya ilə sıx baglı olan digər mühüm bir sahəsi yaş psixologiyasıdır. Yaş psixologiyası insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin psixi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənir. Yaş psixologiyasının uşaq psixologiyası, yeniyetmələrin psixologiyası, gənclərin psixologiyası, yet- gin yaşın psixologiyası, qocalıq yaşının psixologiyası, uzun- ömürlülük psixologiyası (herontopsixologiya) kimi bölmələri vardır.
Psixologiyanın xüsusi sahələrindən birini də differensial psixologiya təşkil edir. Diferensial psixologiya – psixologiya elminin insanların fərdi – psixoloji və davranış fərqlərini öyrənən, şərh və izah edən sahəsidir. «Diferensial psixologiya» termini ilk dəfə 1900-cü ildə V.Ştern tərəfindən irəli sürülmüşdür. Diferensial psixologiyanın əsas metodu testlər olmuşdur. İlk dövrlər bu testlər fərdi testlər olmuş, sonra qrup testləri meydana gəlmiş daha sonra isə proyektiv testlər yaranmış və onlardan istifadə olunmuşdur.
Psixologiyanın xüsusi sahələrinə genetik psixologiyanı da aid etmək olar. Genetik psixologiya psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir. Yaş psixologiyası, differensial və genetik psixologiya birlikdə uşağın psixi inkişafının qanunlarını başa düşmək üçün elmi əsas təşkil edir.
Müasir dövrdə psixologiyanın diqqəti daha çox cəlb edən sahələrindən biri sosial psixologiyadır. Sosial psixologiya birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda şəxsiyyətlərarası münasibətlər sistemini, həmin münasibətlər sisteminin bütünlüklə qrupun, eləcə də ayrı-ayrı fərdin psixologiyasındakı inikasını öyrənən elm sahəsidir. Bu cür biliklər tərbiyənin psixoloji cəhətdən düzgün təşkili üçün zəruridir.
Pixologiyanın mühüm sahələrindən biri olan hüquq psixologiyası insan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah-əmək psixologiyası və s. bölmələri vardır.
Müasir psixologiyanın özünə xüsusi yer tutmuş sahələrindən biri kimi tibb psixologiyasını qeyd etmək olar.
Tibb psixologiyası həkimin fəaliyyətinin və xəstənin davranışının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə, ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir. Tibb psixologiyası özünə klinik psixologiya, patopsixologiya, neyropsixologiya, somatopsixologiya, ümumi tibb psixologiyası, psixiatriya, psixoprofilaktika və psixogigiyena, psixokorreksiya və s. bölmələrini daxil edir.
Patopsixologiya, eləcə də psixoterapiya, psixikasında və davranışında qüsurlar olan adamlarla işin aparılmasına xidmət edir. Psixologiyanın bu sahələrinin başlıca vəzifəsi mövcud psixi pozğunluğun səbəblərini və onu aradan qaldırmaq yollarını öyrənir.
Müasir psixologiya elminin yeni sahələrindən biri olan psixodiaqnostikaya gəldikdə, o, insanların psixi xassə , prosesi və hələtlərinin inkişaf xüsusiyyətləri haqqında elmi cəhətdən yoxlanmış və onlar haqqında əsaslı məlumat əldə etməyə imkan verən metodların köməyi ilə qiymətləndirilməsinin nəzəriyyəsi və praktikası ilə məşğul olur.
Yekunda qeyd etmək lazımdır ki, biz burada müasir psixologiya elminin yalnız bir qismi ilə qısaca tanış olduq. Psixologiya elminin idman psixologiyası, əmək psixologiyası, incəsənət psixologiyası, kosmik psixologiya, menecment psixologiyası, eksperimental psixologiya, etnik psixologiya və s. sahələrinin də özünəməxsus predmeti və vəzifələri vardır. Şübhəsiz onların hamısı barədə burada geniş məlumat vermək vəsaitin imkanlarından kənardır.
Psixologiyanın sahələri
- Klinik psixologiya (ing. Clinical psychology)
- Sosial psixologiya (ing. Social psychology)
- Təcrübi psixologiya (ing. Experimental psychology)
- Fizioloji psixologiya (ing. Physiological psychology)
- İnkişaf psixologiyası (ing. developmental psychology)
- Sənaye və Təşkilat psixologiyası (ing. Industrial & Organizational psychology, aka IO psychology)
- Təhsil psixologiyası (ing. Educational psychology)
Бихевиоральная психотерапия
В современной психотерапии есть несколько ведущих направлений. Наиболее успешной из них является поведенческая или бихевиоральная терапия. Главным отличием бихевиоральной психотерапии от других учений является изменение поведенческих навыков пациента, а не коррекция сознания или разрешение внутренних конфликтов.
Основные принципы бихевиоральной психотерапии
- психотерапевты используют в своей работе техники и методы, эффективность которых была доказана экспериментально;
- психокоррекция начинается с решения проблемы, беспокоящей пациента в конкретный момент времени;
- поведенческая терапия не меняет внутренний мир человека. Воздействие на личность осуществляется в степени, необходимой для решения конкретной задачи;
- пациенту не навязывается представление о том, что является болезнью, нормой или отклонением. В ходе терапии вырабатывается наиболее оптимальная модель поведения для конкретного человека;
- психотерапевт играет ведущую роль в ходе лечения. Он задает вопросы пациенту и ставит перед ним задачи, при этом метод «выговаривания проблем» не используется вовсе.
Отличительной особенностью бихевиоральной терапии является то, что пациенту даются домашние задания. В ходе выполнения таких упражнений часто прибегают к помощи близких людей и членов семьи.
Этапы поведенческой терапии
Бихевиоральная психотерапия, как отдельное направление, было выделено примерно в середине прошлого века. Это учение стремительно набирало популярность, так как позволяло достигать положительных результатов за два или три сеанса психотерапии.
Бихевиоральная терапия построена на идее о том, что некоторые виды расстройств психики связаны с неправильно сформированными поведенческими навыками. К таким нарушениям относятся фобии, поведенческие расстройства и различные зависимости, нарушения сна и приема пищи, трудности речевого развития у детей и другие проблемы, при которых можно выделить конкретный симптом для коррекции.
Лечение проводится в несколько этапов:
- Анализ поведения. Этот этап наиболее длительный, иногда может продолжаться несколько недель. Психотерапевт всесторонне изучает особенности поведения пациента, чтобы составить наиболее оптимальную схему терапии.
- Составление плана лечения. После того, как будут выявлены проблемы пациента, можно переходить к их коррекции. В случае, если было найдено несколько проблем, то их решение осуществляется последовательно.
- Завершается терапия тогда, когда у пациента будут сформированы поведенческие навыки, позволяющие ему справляться с проблемой.
В процессе бихевиоральной терапии психотерапевт выступает в роли учителя, который помогает пациенту приобрести новые поведенческие навыки. При этом огромную роль играет мотивация человека. Пациент должен четко понимать смысл всех приемов и методов, используемых психотерапевтом. Это помогает правильно выполнять все задания и стимулирует на дальнейшие занятия.
Методы бихевиоральной терапии
В процессе коррекции поведения пациента психотерапевт использует различные способы, которые условно можно разделить на несколько больших групп:
- метод научения и усвоения позволяет научить человека правильному поведению в ходе наблюдения за образцом. В качестве такого образца могут выступать психотерапевт, его ассистенты, другие пациенты, если терапия является групповой. Также желаемому поведению можно учиться в ходе просмотра фильмов или чтения книг;
- метод отучивания построен на вызывании негативных эмоций или ощущений при проявлении отрицательного поведения;
- метод устранения позволяет отстранить неадекватное поведение. Данный метод успешно применяют при лечении различных фобий.
Довольно часто бихевиоральную терапию сочетают с когнитивной психокоррекцией (когнитивно-бихевиоральная психотерапия). Многие из методов поведенческой терапии широко используются в педагогике и менеджменте.
Comments are closed, but trackbacks and pingbacks are open.