Press "Enter" to skip to content

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar

263 898 просмотров

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar

Onlara həm dövlət, həm də qeyri-hökumət təşkilatları xüsusi diqqət ayırır

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Uşaqlar sosial statusundan, maddi təminat vəziyyətindən asılı olmayaraq daim dövlətin qayğısı ilə əhatə olunur. İnsan dünyaya gələndən yetkinlik yaşına çatana qədər dövlətin müxtəlif sosial xidmətləri ilə təmin edilir.

�� Amma azyaşlı vətəndaşlar arasında elə insanlar var ki, dövlət onlara xüsusi münasibət göstərir, daha güclü qayğı ilə əhatə edir. Onlar xüsusi qayğıya ehtiyacı olan uşaqlardır.

�� Xüsusi qayğıya ehtiyacı olan uşaqlara əqli və fiziki qüsuru olan, valideyn himayəsindən məhrum olan uşaqlar aid edilir.

�� Azərbaycan dövləti tərəfindən sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara dövlət qayğısının ildən-ilə artırılması müşahidə edilir. Bu məqsədlə qanunvericilik də təkmilləşdirilir.

�� ” Uşaq hüquqları haqqında” 19 may 1998-ci il tarixli , “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli , ” Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” 9 avqust 2005-ci il tarixli , ” Sosial müavinətlər haqqında” 7 fevral 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunlarında, digər normativ hüquqi aktlarda uşaqların sosial müdafiəsinin hüquqi əsasları müəyyən olunub . 2007-ci ildə mütərəqqi beynəlxalq praktikaya uyğun olaraq , ölkə qanunvericiliyində dəyişiklik edilib və “16 ya şınadək əlil uşaqlar ” sözü “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar ” sözü ilə əvəz olunub .

�� Hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə başçısını itirən təxminən 40 min uşağa və 63 mindən çox sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa aylıq sosial müavinət ödənilir . Həmçinin respublikamızda ünvanlı dövlət sosial yardımı alan ailələrin 38 mininin tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Müvafiq qanunvericiliyə əsasən, ünvanlı yardım təyin olunan ailələrdə 1 yaşadək uşaqların hər birinə görə ailəyə əlavə olaraq ayda 45 manat müavinət də verilir .

�� Sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şaqan 3 saylı və Saray 7 saylı internat evləri Heydər Əliyev Fondunun ” Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub . Müasir tələblərə uyğun şəraitin yaradıldığı bu müəssisələr uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz edilib . Hazırda nazirliyin tabeliyində olmaqla Bakı və Naxçıvan şəhərlərində sağlamlıq imkanları məhdud uşaqlar üçün Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir. Bununla bərabər, əlilliyi olan şəxslərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa-müalicəsinin təşkili, onların yaradıcılıq imkanlarının dəstəklənməsi istiqamətində nazirlik tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir .

�� Azərbaycan Prezidentinin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 9 yanvar 2013-cü il tarixli Sərəncamı bu qəbildən olan uşaqlara diqqət və qayğın ın növbəti təzahürü olub . Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında vətəndaş cəmiyyətləri tərəfindən 2500 nəfərdən artıq uşağa və onların ailələrinə müxtəlif növ sosial xidmətlər göstərilir. Eyni zamanda , nazirliyin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa olunur . Bu müəssisə çətin həyat şəraitində və risk qrupuna daxil olan uşaqları yaşayış şəraiti ilə təmin etməklə yanaşı, onların tibbi-psixoloci və sosial reabilitasiyası, uşaqlara nəzarətsizliyin profilaktikası və s . istiqamətlərdə müvafiq tədbirlər həyata keçirəcək.

�� Azərbaycan hökuməti ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyi ilə də həssas qruplara aid olan uşaqların problemlərinin həll edilməsi istiqamətində mühüm tədbirlər görür . Dövlətin xüsusi qayğı göstərdiyi belə kövrək qruplardan biri valideyn himayəsindən məhrum olan uşaqlardır. Bu kateqoriyadan olan uşaqların orta-ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün , Azərbaycan Respublikasının ” Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun qəbul edilib . Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində atılmış ən mühüm addımlardan biri ” De-institusionalizasiya və ya alternativ qayğı üzrə Dövlət Proqramının (2006-2015-ci illər)” qəbul edilməsi olub .

�� Xüsusi qayğıya ehtiyacı olan digər kateqoriyalı uşaqlarla küçə uşaqları ilə reabilitasiya işinin aparılması üçün də müəyyən addımlar atılıb. UNICEF-lə əməkdaşlıq nəticəsində “küçə uşaqları” ilə işləmək üçün mütəxəsislər seçilərək onlara treninq keçirilir .

�� Ölkəmizdə kövrək qruplara aid olan digər bir uşaq təbəqəsi də var ki , onlar Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanları olan qaçqın və məcburi köçkün uşaqlardır. Respublikanın işğal olunmuş rayonlarında yüz mindən artıq uşağın təhsil aldığı 616 məktəb dağıdılıb. Ümumilikdə 12 mindən artıq uşağı əhatə edən 242 məktəbəqədər müəssisə, 4 texnikum , 11 peşə-texniki məktəbi, 1 ali məktəb öz işini dayandırılıb. Münaqişə dövründə 4566 nəfər ( o cümlədən 53 uşaq ) azərbaycanlı itkin düşmüş , onlardan 1389 nəfəri ( o cümlədən 169 uşaq ) əsirlikdən azad edilmiş , 783 nəfəri ( o cümlədən 18 uşaq ) isə bu günədək Ermənistanda əsirlikd ədir.

�� Dünya təcrübəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı, cəmiyyətə inteqrasiyası ilə bağlı müxtəlif proqramlar , layihələr həyata keçirilir . Azərbaycan dövləti də xüsusi qayğıya ehtiyacı olan uşaqlara münasibətdə digər ölkələrin təcrübəsindən yararlanır.

�� Xarici təcrübədə ” Aktiv Terapiya ” ( Occupational Therapy ), ” İcma Əsaslı Reabilitasiya ” kimi özünü doğrultmuş proqramlar tətbiq edilir . Hazırda dünyanın 90-dan çox ölkəsində icma əsasli reabilitasiya proqramı həyata keçirilir . Bu proqram bütün xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün imkanların bərabərləşdirilməsi, onların reabilitasiyası və sosial inteqrasiyasını təmin edən icmadaxili strategiyadır. Proqram çərçivəsində müvafiq təhsil, səhiyyə, mütəxəssislər və sosial xidmətlər vasitəsilə əlilliyi olan insanların özləri, onların ailələri,yaşadıqları icmalar tərəfindən həyata keçirilir .

�� Azərbaycanda da hökumət tərəfindən elan edilən sosial layihələrdə qalib gələn qeyri-hökumət təşkilatlarının bəziləri öz fəaliyyətində bu proqramı tətbiq edir . Məsələn, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) tərəfindən adıçəkilən proqram Azərbaycana gətirilərək, yerli şəraitə uyğunlaşdırılıb və təşkilatın fəaliyyətə başladığı 16 il ərzində sınaqdan keçirilib .

�� UAFA təşkilatı 1998-ci ildən Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı, təhsilı diqqət mərkəzində olmaqla sosial həyatın uzunmüddətli inkişafı məqsədilə yaradılıb.

�� Bu mərkəzlərdə müasir reabilitasiya metodlarından istifadə edilməklə, əlilliyi olan uşaqların reabilitasiyası həyata keçirilir , həmçinin kompleks şəkildə yanaşılaraq onların cəmiyyətə inteqrasiyası, eyni zamanda ailə və icmanın da əlillik barədə məlumatlandırılması vasitəsilə cəmiyyətin diqqəti əlilliyi olan u şaqlar üçün bərabər imkanların yaradılmasına yönəldilir.

�� Burada ailənin daima uşağa qaygı göstərən nümayəndəsi gündəlik prosesə cəlb olunmaqla yanaşı, uşağın problemi və ehtiyacları (dayaq-hərəki problemi olan uşağın iş zamanı düzgün vəziyyətdə oturma qaydaları, xüsusi avadanlıqlar, uşağın bir yerdən başqa yerə daşınması qaydaları və s ), valideyn və ya uşağa qayğı göstərən şəxs tərəfindən ev şəraitində aparıla biləcək reabilitasiya üsulları barədə, həmçinin uşaq inkişafı, müvəkkillik, uşaq hüquqları, biznes planlaşdırılması mövzularında təlimləndirilir. Valideynlərin bilik və bacarıqlarının belə artırılması əllilliyi olan uşağın uzunmüddətli ehtiyac duyduğu reabilitasiya prosesinin davamlı və daha effektli olmasına şərait yaratmaqla bərabər valideynlərin özünəinam hisslərini, məsuliyyətlərini artırır.

�� İcma Əsaslı Reabilitasiya proqramı yalnız əlilliyi olan uşaqlar və onların ailələri üçün deyil , həm də Azərbaycan dövləti üçün əhəmiyyətlidır. Hazırda Azərbaycanda bir neçə böyük maliyyə vəsaiti tələb edən uşaq bərpa mərkəzləri fəaliyyət göstərir. Bu xidmətlər yalnız böyük şəhərlərdə göstərilir və digər regionlarda yaşayan əlilliyi olan uşaqlar üçün bu xidmətlər müyəssər deyil . Halbuki hər bir regionda daha ucuz vəsait tələb edən İcma Əsaslı Reabilitasiya mərkəzlərinin açılması həm dövlətə, həm də ailələrə daha sərfəlidir, Deinstitualizasiya Dövlət Proqramının tələblərinə uyğun olaraq , internatlara alternativ xidmət növü kimi h ər bir regionda belə mərkəzlərin açılması dövlətə daha ucuz başa gələr. Belə mərkəzlərin xidmətlərindən daha çox uşaq bəhrələnər və internatlara axının qarşısı alınar, beləliklə, uşaqların ailədə yaşamaq hüququ təmin edilmiş olar .

�� Bunun üçün İcma Əsaslı Reabilitasiya proqramının dövlət səviyyəsində bir strategiya kimi tanınıb qəbul edilməsi lazımdır.

�� Vasif CƏFƏROV

��� Ekspress.-2015 .- 12-14 sentyabr .- S.10.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar

Сервисы VK

Поиск видео Найти

Топ недели

Мы больше не будем рекомендовать вам подобный контент.

175 022 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

868 794 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

892 507 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

101 142 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

357 575 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

275 566 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

3 096 989 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

444 204 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

1 131 263 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

232 798 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

238 744 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

194 095 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

209 644 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

124 954 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

374 789 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

456 056 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

471 774 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

263 898 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

133 848 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

37 064 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

1 416 054 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

397 881 просмотр

Мы больше не будем рекомендовать вам подобный контент.

432 523 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

320 368 просмотров

Левая колонка

Следующее видео

PEOPLE ARE AWESOME 2013.flv

643 539 просмотров

Андрей Герасимчук

Похожие видео

ATV Stunts.YFM 660R engine YZF-R6 .Shock Pavel Donetsk

473 просмотра

павел кучеренко

ATV DESTROYER | Cars and Trucks

2 464 просмотра

People Are Awesome 2016 #2

1 090 377 просмотров

Алексей Бруев ☢

Exposing people

41 275 просмотров

Stacy Dale

ATV Kanalı İranı biyabr etdi – İranın iViran Siyasət

2 643 просмотра

Азер-бай-джан — (Тысячи-богатых-душ.)

ATV club BELGOROD (Yamaha Baltmotors СF BRP SYM Arctic cat)

307 просмотров

PEOPLE ARE AWESOME 2015 – Amazing Skill Talent 2015 – Insane

143 564 просмотра

Танцевально – музыкальное сообщество ТМ

Comments are closed, but trackbacks and pingbacks are open.