Uşanın keçmiş icra başçısının oğluna hökm oxundu – Arvadını öldürmək istəmişdi
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Külli miqdarda pul və qızıl mənimsəyən lombard işçisinə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Azər Sevindik oğlu Şıxverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-i buradan izləyin
Bakı. Samir Əli – Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Azər Sevindik oğlu Şıxverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Şıxverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Lalə Saleh qızı İbrahimova polisə ərizə ilə müraciət edərək bildirib ki, Yasamal rayonu Nizami küçəsi 63-də yerləşən “Turan Bank”ın nəzdində olan lombardda işləyən Azər Sevindik oğlu Şıxverdiyevə bir gün saxlamaq adı ilə 14 840 manat və qızıl zinət əşyalarını verib. A.Şıxverdiyev müxtəlif bəhanələrlə pulu və qızılı geri qaytarmayıb. Daha sonra A.Şıxverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Şuşanın keçmiş icra başçısının oğluna hökm oxundu – Arvadını öldürmək istəmişdi
Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Bəhmənov Ceyhun Nizami oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
C.Bəhmənov ötən il fevralın 1-də saat 12 radələrində paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 57 saylı evin qarşısında keçmiş arvadı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızına bıçaqla çoxsaylı xəsarət yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə, Dilarə Zeynalova 3 uşaq anası olub. Hadisədən iki il öncə Ceyhun Bəhmənovdan boşansa da, keçmiş əri onu ölümlə təhdid etməyə davam edib.
Dilarə Zeynalova 2018-ci ildə həyat yoldaşı evi təmir etdirdiyi üçün uşaqlarını da götürüb, müvəqqəti olaraq valideynlərinin evinə köçüb. Evin təmiri bir il sürdüyü üçün onlar uzun müddət Dilarənin valideynlərinin evində qalıblar.
Təmir bitdikdən sonra Dilarə ərinin evinə qayıtmaq istəməyib və ondan boşanıb.
Ceyhun Bəhmənov ona zəng vurub, hədələməyə başlayıb. Ata-anasını və uşaqları da öldürəcəyini deyib.
Dilarə Zeynalovanın anası Elmira Zeynalova deyib ki, qızı 1998-ci ildə, hələ 11-ci sinifdə oxuyarkən sinif yoldaşları onlara qonaq gəldiyi üçün Ceyhun Bəhmənov ona çoxlu bıçaq zərbəsi vurub.
Elmira Zeynalova deyib ki, Ceyhun Bəhmənov həbs cəzası almayıb, daha doğrusu, onun psixoloji problemlərinin olması ilə bağlı arayışa görə, məhkəmə iki illik şərti cəza ilə kifayətlənib. Zeynalova iddia edir ki, Bəhmənovlar ailəsi həkim arayışını “pulla alıblar”.
Məhkəmənin hökmü ilə keçmiş arvadını öldürməyə cəhddə ittiham edilən Ceyhun Bəhmənov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bakıda qadına qarşı dələduzluq edən lombard işçisinə hökm oxunub
Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Sevindik oğlu Şıxverdiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb. “Report”un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Şıxverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Lalə Saleh qızı İbrahimova polisə ərizə ilə müraciət edərək bildirib ki, Yasamal rayonu Nizami küçəsi 63-də yerləşən “Turan Bank”ın nəzdində olan lombardda işləyən Azər Sevindik oğlu Şıxverdiyevə bir gün saxlamaq adı ilə 14 840 manat və qızıl zinət əşyalarını verib. Sonradan A.Şıxverdiyev müxtəlif bəhanələr gətirərək həmin pulu və qızılı geri qaytarmayaraq mənimsəyib. Daha sonra A.Şıxverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olub.
Comments are closed, but trackbacks and pingbacks are open.