XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər”
Qədim və yeni şəhəri əlaqələndirmək istəyi özünü həmçinin Pekinin mərkəzi meydanı – Tyananmının rekonstruksiyasında da büruzə verir. 1957-60-cı illərdə yenidən tikilmiş bu meydan əvvəlki ilə müqayisədə daha da genişləndirilmiş və açıq rəngli daş ilə üzlənmişdi. Onun bir tərəfində əvvəlki İmperator sarayının iri kompleksi – indiki Ququn muzeyi yerləşir. Meydanın yan tərəflərində bir-birinə üzbəüz Tarixi muzeyin yeni binaları və Ümüm Çin Xalq nümayəndələrinin toplantı evləri yerləşir. Lakin bu ansamblın həllində təmtəraqlığa və möhtəşəmliyə meillik nəzərə çarpır. Meydanın həddindən artıq böyük ölçülərə malik olması ona gətirib çıxarıb ki, imperator sarayının qədim tikililəri bu donda həddindən artıq kiçik görkəmə malikdirlər. Bununla yanaşı meydanı 2 tərəfdən əhatə edən binalar qədim sarayın memarlığı ilə harmoniya yaratmırlar. Beləliklə, XX əsrin 50-60-cı illərində Çində şəhərlərin yeni plan tərtibatı əksər hallarda öz uğurlu orqanik həllini tapa bilməmişdi.
XX əsr Çin incəsənəti
Boyakarlıq. XX əsrin əvvəllərinə kimi Çin incəsənətində köhnə dünya görüşü ilə hələ tam formalaşmamış yeni dünya görüşü arasında mübarizə gedir. Nəzərdən keçirdiyimiz dövrdə rəssamalrın təsəvvürləri orta əsrlər dünya görüşü ilə o qədər zəncirlənmişdir ki, onların yaradıcılığında uzun müddət ərzində ənənəvi formalarda heç bir yenilik baş verməmiş və yaradılmış əsərlər bir-birinə məzmun və forma baxımından çox bənzər və yaxın olmuşlar.
Rəsmi olaraq boyakarlıqda ənənəvi mənzərə, gül və quşlar janrı öz aparıcı mövqeyini saxlamaqda davam edir. Nəzərdən keçirdiyimiz dövrdə dünya incəsənətində formalaşmış janrlar – psixoloji portret, məişət və tarixi səhnələr Çində inkişaf tapmır. Bu dövrdə Çin rəssamları həmçinin müasir insanın canlı obrazını, onun xasiyyətini, bədən plastikasını dolğun təsvir etmək bacarığına malik olmamışdılar.
1911-12-ci il inqilabı ölkənin tarixində mühüm rol oynamışdır. Belə ki, bu inqilabdan sonra Çin xalqının inqilabı aktivliyi və milli dərki artır. Mancur hakimiyyətinə son qoyulması Çin cəmiyyəti qarşısında dünya mədəniyyətinə qoşulmaq, ölkənin geriliyini aradan qaldırmaq imkanları açır.
Artıq 1912-ci ildə Şanxayda Avropa tipli boyakarlıq məktəbi açılır. Bu məktəbdə həyata keçirilinən təhsil sisteminin əsasını Çin rəssamlarını orta əsrlər incəsənət ənənələrindən uzaqlaşdırmaq və onları Qərbin modernist cərəyanları ilə yaxından tanış emək olmuşdur. Eyni zamanda boyakarlıqda digər istiqamətlər də mövcud olmuşdur. Onlardan biri “qotsuy” məktəbi idi. Bu məktəbin nümayəndələrini müasir dövrün aktual məsələləri maraqlandırmamış və onla öz yaradıcılığında daha ənənəvi cizgiləri ayinləşdirməyə səy göstərmişdilər.
Nəzərdən keçirdiyimiz dövrdə Çin boyakarlığında ənənəvi üslubu müəyyən etmək üçün tuş və mineral boyalar ilə yerinə yetirilmiş əsərləri “qoxua” (tərcümədə – “milli boyakarlıq”) termini ilə qeyd edilməyə başlanılır. “Qoxua” adının meydana gəlməsi öncə vahid olmuş Çin boyakarlıq sistemində artıq parçalanmanın baş verdiyini sübuta yetirir.
Güllər və quşlar janrında fəaliyyət göstərmiş və XIX əsrin sonu – XX əsrin əvvəllərində incəsənətin mövcud olduğu dairənin çərçivəsindən müəyyən mənada çıxmağa müvəffəq olmuş ilk rəssamlar Jen Bo-nyan (1840-1895), U Çan-şi (1844-1927) və Çen Şi-tszen (1876-1924) olmuşlar. Baxmayaraq ki bu rəssamların müraciət etdiyi süjetlər dairəsi yeni olmamış və onlar mühüm problemlərə toxunmamış bu əsərlə öz gözəlliyi Çin boyakarlığının inkişafında mühüm rol oynamışlar. U Çan-şinin əsərləri elə yüksək peşəkar canlı və real səviyyədə yerinə yetiriliblər ki, onlarda nəzərə çarpan ənənəviliyə baxmayaraq, bu əsərlər orta əsrlər svitokları ilə müqaisədə daha aktiv, həyat sevər və şən təəssurat yaradırlar. Lakin sadalanan rəssamların heç birinin yaradıcılığına novatorluq xas olmamışdır.
“Qoxua” sahəsində əsl novator öz yaradıcılığı ilə Çin boyakarlıq üfüqini xeyli genişləndirmiş Tsi Bau-şi (1860-1957) və Syuy Bey-xun (1895-1953) olmuşlar. Bu iki rəssam Çin xalqının tarixinin ağır dövrlərində – XIX əsrin sonu – XX əsrin I-ci yarısında yaşayıb çalışmışlar. Belə ki, vurğulanan dövr ərzində ölkə ərazisində çoxsaylı repressiyalar keçirilmiş, inqilabı hərəkətlər baş vermiş, 1927-ci ildən sonra – Çan Kau-şinin hakimiyyəti illərində ölkəni reaksiya bürümüş və bunun nəticəsi olaraq əksər ziyalılar repressiya olunmuş, 1937-45-ci illər ərzində isə Çin Yaponiyanın işğalına məruz qalır. Bu ağır və çətin dövr ərzində Tsi Bau-şinin və Syuy Bey-xunun həyata, insana inam ilə aşılanmış yaradıcılığı Çin cəmiyyətinin həyatında mühüm rol oynamışdır.
Qrafika. Boyakarlıq ilə müqayisədə XX əsr Çin qrafikası ölkədə cərəyan edən və baş verən hadisələrə daha tez reaksiya vermişdir. Boyakarlıq kimi Çin incəsənətində qədim ənənələrə malik olmuş ksiloqrafiya sənəti hələm XIX əsrin ortalarından ölkədə demokratik fikrin güclənməsi ilə əlaqədar olaraq öz inkişafı üçün yeni imkanlar əldə edir. Taynin üsyanı və milli-azadlıq müharibələri dövründə bu ucuz və kütləvi incəsənət növü artıq təbliğat məqsədlərində istifadə edilir. Hələm çox şərti olan bu qravüralar köhnə ksiloqrafiyaların ənənəvi görkəmi ilə əlaqəli olmuşdur.
Çində yeni qravüralar XX əsrin 20-ci illərində inqilabi mübarizənin artması və güclənməsi ilə əlaqədar olaraq yaranır. Bu dövrdə hərbi hissələrdə geniş yayılmış ilk inqilabi karikaturalar, siyasi plakatlar, illüstrasiya olunmuş qəzetlər yaranır.
Qravüranın xalq kütlələrini maariflənməsi və birləşməsi sahəsində oynadığı böyük rolu, eyni zamanda incəsənətin düşdüyü dalandan onu çıxarmağa qadir olduğunu ilk dərk etmiş sənətkar Lu Sin olmuşdur. XX əsrin 20-ci illərinin sonunda – 30-cu illərinin əvvəllərində Lu Sin öz öhdəsinə gənc rəssamların rəhbəri və tərbiyəçisi rolunu götürür. Onun təşəbbüsü nəticəsində gənc rəssam-qravüraçılar Rusiya incəsənəti, Sovet qrafikası və digər ölkələrin inqilabi qravürasının nailiyyətləri ilə yaxından tanış olur. Gənc qravüraçıların fəaliyyətinin aktivliyinin getdikcə artması nəticəsində XX əsrin 30-cu illərin əvvəllərindən başlayaraq onlar dövlət tərəfindən təqibə məruz qalır. Lakin bütün bu təqiblərə baxmayaraq müxtəlif şəhərlərdə çox saylı təşkilatlar – Şanhayda “Sol rəssamlar liqası”, Quançjouda “Müasir qravüra” və s. yaranır. Daimi təqiblər nəticəsində bu təşkilatların yerləri tez-tez dəyişmişdir.
Memarlıq. Ölkə müstəqillik əldə etdikdən sonra memarlığın inkişafına böyük diqqət yetirilir. Lakin ilk çağlarda memarlıq çoxsaylı problemlər ilə rastlaşır. Onlardan ən mühümü şəhərsalma və köhnə şəhərlərin ansamblına yeni tipli memarlığın orqanik daxil edilməsi məsələləri olmuşdur.
Xarici mədəniyyətin çox az təsirinə məruz qalmış Pekin, Loyan və Sian kimi qədim şəhərlər, hələm keçmiş dövrlərdən yalnız magistral yollar ilə təchiz edilmiş aydın plan quruluşuna deyil, eyni zamanda şəhərin mərkəzində və qıraq hissələrində yerləşdirilmiş, göl və süni təpəliklər ilə təchiz edilmiş parkların möhtəşəm məkanına daxil edilmiş saray və məbəd kompleksləri ilə təchiz olunmuşdular. Müharibələr dövründə bu tikililər dağıdılmış və talan edilmiş, parklar zibilxanalara, göllər isə bataqlıqlara çevrilmişlər.
Şəhərlərinin intensiv bərpa edilməsi eyni zamanda 2 – imperator ansambllarını bərpa etməklə onları ictimai muzeylərə çevrilmək və yeni yaşayış və ictimai tikililərin inşa edilməsi istiqamətində aparılır. Köhnə şəhərlərin məhəllələrinin əsasını təşkil edən malikanə tipli bir mərtəbəli tikililərin əvəzinə yaşayış və ictimai təyinatlı çox mərtəbəli daş binaların inşası məsələləri Çin Milli Respublikası yarandığı ilk dövrdən memarlıqda Milli irsdən istifadə etmək problemini ortaya çıxarır. XX əsrin 50-ci illərində “Pekin” və “Dostluq” mehmanxanaları və bir sıra digər binalar inşa edilir. Bu tikililəri səciyyəvi küncləri bükük keramzit tavanlar ilə təchiz etməklə memarlar onları köhnə şəhərin tikililəri ilə əlaqələndirməyə səy göstərmişlər. Lakin vurğulamaq lazımdır ki, binanı tam örtən keramzit tavan çox ağır olduğundan və böyük xərc tələb etdiyindən iqtisadi baxımdan əlverişli olmamışdı. Bu səbəbdən 50-ci illərin sonlarında memarlar kommunal tikililərin inşasında ənənədən imtina etməyə başlayır. 50-ci illərin sonlarından şəhərlərdə mikrorayonlar ucaldılması prinsipindən geniş istifadə edilməyə başlanılır. Bununla yanaşı nəzərdən keçirdiyimiz dövrdə şəhərlərdə çoxlu sayda ictimai tikililər, məktəblər, xəstəxanalar və s. inşa edilir.
Böyük diqqəti Pekin şəhərinin memarlığı doğurur. 1949-cu ildən – ölkə müstəqilik əldə etdikdən sonra şəhərdə həyata keçirilən tikinti işləri şəhərin vahid estetik görkəminin qoruyub saxlamaq və inkişaf etdirmək ideyası ilə əlaqəli olduğundan, onda böyük diqqət ayrı-ayrı tikililərin deyil məhz ansamblların inşasına yetirilir. Çin Xalq Respublikası yaranan kimi Pekində onun estetik əsasını təşkil edən köhnə bağça-park massivlərinin bərpası və yenidən qurulması planı həyata keçirilir. Dəyişikliklər elə həyata keçirilmişdi ki, yeni ictimai funksiya yerinə yetirilmələrinə baxmayaraq onlarda keçmiş dövrlərin ən gözəl bağça-park incəsənət nümunələrinə xas olan təbiətin poetik xüsusiyyətləri pozulmamışdı. Bütövlükdə bağça-park komplekslərinin keçmiş görkəminin çox saylı xalq kütləsi üçün nəzərdə tutulmuş geniş magistral yollar, yeni sahil kənarı hissə və geniş pilləkənlər ilə təchiz edilməsi nəticəsində, şəhərin plan quruluşuna daxil edilmiş bu iri bağça massivləri əvvəlki dövrlər ilə müqayisədə daha sıx şəkildə qədim məhəllələri yeniləri ilə əlaqələndirmiş və birləşdirmişdi.
Qədim və yeni şəhəri əlaqələndirmək istəyi özünü həmçinin Pekinin mərkəzi meydanı – Tyananmının rekonstruksiyasında da büruzə verir. 1957-60-cı illərdə yenidən tikilmiş bu meydan əvvəlki ilə müqayisədə daha da genişləndirilmiş və açıq rəngli daş ilə üzlənmişdi. Onun bir tərəfində əvvəlki İmperator sarayının iri kompleksi – indiki Ququn muzeyi yerləşir. Meydanın yan tərəflərində bir-birinə üzbəüz Tarixi muzeyin yeni binaları və Ümüm Çin Xalq nümayəndələrinin toplantı evləri yerləşir. Lakin bu ansamblın həllində təmtəraqlığa və möhtəşəmliyə meillik nəzərə çarpır. Meydanın həddindən artıq böyük ölçülərə malik olması ona gətirib çıxarıb ki, imperator sarayının qədim tikililəri bu donda həddindən artıq kiçik görkəmə malikdirlər. Bununla yanaşı meydanı 2 tərəfdən əhatə edən binalar qədim sarayın memarlığı ilə harmoniya yaratmırlar. Beləliklə, XX əsrin 50-60-cı illərində Çində şəhərlərin yeni plan tərtibatı əksər hallarda öz uğurlu orqanik həllini tapa bilməmişdi.
Heykəltəraşlıq və DTS. Boyakarlıq ilə müqayisədə heykəltəraşlıq daha asta templər ilə inkişaf etmişdir. Lakin artıq X əsrin 50-ci illərində bu sahədə bir sıra mühüm realistik əsərlər yaradılır. Bunlardan ən mühümü Pan Xe tərəfindən 1957-ci ildə yerinə yetirilmiş “Çətin illərdə” lirik qrupunu xüsusən vurğulamaq lazımdır. Əsərdə döyüşlər arası sakit məqamlarda kəndlinin təranəsini (tütək) dinləyən və işıqlı sülh gələcək haqqında düşünən oğlan uşağı təsvir edilib.
Bu dördə yaradılmış mühüm plastika nümunələri içərisində həmçinin fəhlələrin, partizan və döyüşçülərin, o cümlədən tarixi şəxslərin obrazları böyük diqqət doğurur. Bu baxımdan Lyu Kay-tsyuy (1904- ) tərəfindən yaradılmış canlı portretlər böyük diqqət doğurur. Onun 1953-1958-ci illərdə yaratdığı və Pekin şəhərində ucaldılmış xalq qəhrəmanlarına həsr olunmuş barelyeflərində xalqın öz Vətəninin müstəqilliyi uğrunda apardığı mübarizəni əks etdirmişdi.
Heykəltəraş Xuan Li-şao (1927- ) kəndli mübarizəsinin – taypinlərin üsyanının başçısı olmuş Li Cüçenin fiqurunda böyük ifadəlik ilə qəhrəmanın daxili ruhi gücünü, onun iradəsini və şücaətini əks etdirmişdi.
XIX əsrin sonlarında – XX əsrin əvvəllərində incəsənətin ümumi tənəzzülü bütün xalq sənətlərinin inkişafına, o cümlədən keramikanın, çinin, daşdan, taxta və sümükdən hazırlanan əşyaların istehsalına ağır zərbə vurmuş, eksport sifarişlər isə zövqlərə elə xələl gətirir ki, keçmiş ənənələrə xas olan azadlıq və sadəlik bir çox baxımdan itirilir. Lakin artıq XX əsrin ortalarından sənətkarlar yenidən qədim ənənələri dirçəltməyə təşəbbüs göstərməyə başlayırlar.
Çin Xalq Respublikası yarandıqdan sonra ölkə ərazisində yeni arterlər yaranır, bir çox sənətkarlar öz bədii yaradıcılığına yenidən qayıdır, unudulmuş sənət sahələri yenidən öz fəaliyyətinə başlayır. Bir çox sahələrdə Çin tətbiqi sənət nümunələri onlara səciyyəvi və xas olan yüksək keyfiyyəti və incəliyi qoruyub saxlamışdır. Eyni zamanda tətbiqi sənət əşyalarında geniş yayılmış və indiyə kimi aradan qaldırılmamış ekzotik təmtəraqlıq xüsusən özünü əl ilə işlənmiş daş üzərində oyma və fil sümüyü nümunələrində büruzə vermişdir. Əşyaların üzərini bəzəyən qədim həndəsi ornamentlər və təsviri motivlər naxışın böyük fantaziyası və azad yerləşdirilməsi ilə ahəngdarlıqda sənətkarlara qədim bünövrə əsasında yeni ornament prinsipləri daxil etməyə kömək etmişdir. Bu eyni zamanda çini əşyaların bəzəklərində, İsin keramikasının ciddi formalarında və yeni lak əşyalarında da nəzərə çarpır və hiss olunur.
Xüsusi diqqəti qədim kök və ənənələrə malik olan nefrit daşından düzəldilmiş maddi mədəniyyət nümunələri – bəzək, ayin və bəzi məişət əşyaları doğurur. Bu daşdan hazırlanan əşyaların dekorativ tərtibatında incə oymadan istifadə edilir. Bununla yanaşı sənətkarlar emal zamanı nefritin parıltılığından, rəng və formasında uğurla istifadə etmişlər.
Böyük diqqəti həmçinin dünya şöhrəti qazanmış arakəsmə emal – “tszintaylan” sənəti doğurur. Arakəsmə emal texnikası hələm Min dövründə yaranmışdı. O dövrdə böyük populyarlığı məhz göy – Çin dilində “lan” arakəsmə emalı almışdı. Onun bünövrəsinin əsasını tunc və tunc məftil təşkil edir. Onlardan düzəldilən ornament sonradan qızıl və gümüş təbəqə ilə örtülürdü. Bunun nəticəsi olaraq yaradılmış əşya təmtəraqlı və gözəl görünüşə malik olurdu. Arakəsmə emaldan əsasən vazalar, qablar, piyalə və qədəh hazırlanmışlar. XX əsrdə də arakəsmə emal sənəti öz inkişafını davam etdirmiş və Çin sənətkarları tərəfindən yaradılmış əşyalar öz gözəlliyi və özünəməxsusluğu ilə fərqlənmişlər.
Nəzərdən keçirdiyimiz dövrdə Çin ərazisində tətbiqi sənətin qədim növlərindən biri olan bədii kəsmə sənəti yüksək inkişaf edir. Boyakarlıq və qrafika ilə bağlı olan incəsənətin bu sahəsi eyni zamanda özünəməxsus spesifikliyə və gözəlliyə malik olmuşdur. Bu sənətlə məşğul olan sənətkarların əsrlər boyu formalaşmış böyük peşəkarlığı onlara adi kəsici vasitəsi ilə cəld hərəkətlərlə düyüdən hazırlanmış qalın kağız paçkası üzərində “pəncərə çiçəkləri” adı almış incə naxışlı bəzəklər yaratmağa imkan vermişdir. İndiyə kimi Cinin hər bir rayonunda, hər bir əyalətində “pəncərə çiçəklərinin” özünəməxsus tipi yaradılır. Qıraqları qara, qırmızı, əksər hallarda isə qızıl xətt ilə qeyd olunmuş haşiyələri naxışlar ağ kağız üzərinə və ya bir başa evlərin pəncərə və divarlarına yapışdırılır. Bu naxışlar öz fantaziyası, gözəlliyi və incəliyi ilə böyük gözəllik təəssüratı yaradır.
“XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər”
“Təhsil” nəşriyyatında işıq üzü görən “XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər” kitabında təsviri sənət dünyamızın ən görkəmli nümayəndələri – Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov və digər məşhur rəssam və heykəltəraşlarımız haqqında dolğun və ətraflı məlumatlar toplanıb.
AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü, sənətşünas Əsəd Quliyevin müəllifi olduğu topluda hər bir rəssamın həyat və yaradıcılığı, əsərlərinin səciyyəvi xüsusiyyətləri və təhlili barədə müfəssəl məlumatlar yer alıb. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilib. Nəşrin elmi redaktoru sənətşünaslıq doktoru, professor Kübra Əliyevadır.
Xalq rəssamı, akademik, Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov kitaba yazdığı “Ön söz”də nəşri incəsənət tariximizin təbliğinə töhfə kimi qiymətləndirib.
Kitab qalereya və muzey işçiləri, rəssamlar, sənətşünaslar, tələbələr, eləcə də Azərbaycan incəsənəti ilə maraqlananlar üçün maraqlı olacaq. Dekabrın 17-də Rəssamlıq Akademiyasında kitabın təqdimatı keçiriləcək.
Comments are closed, but trackbacks and pingbacks are open.