Press "Enter" to skip to content

Xyyam ismayılov azrbaycan hüquq tarixi

Aslan İsmayılovun oğlu Ziyəddin İsmayılov 21 yanvar 1989 tarixində Stavropol diyarının Zelençuk şəhərində anadan olub. 1-ci sinfə Bakıdakı 39 saylı məktəbdə gedib, 2-ci sinifdən isə 43 saylı liseydə təhsil alıb.

“Məşhurların övladları”: Aslan İsmayılovun oğlu kimdir? – FOTO

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə.

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da.
Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib – onlar kimdirlər, harada çalışırlar, nə işlərlə məşğuldurlar.

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız tanınmış hüquqşünas və ictimai fəal Aslan İsmayılovun oğlu Ziyəddin İsmayılov barəsindədir.

Gürcüstan Respublikasının Qardabani şəhərində anadan olmuş Aslan İsmayılov əmək fəaliyyətinə 1975-ci ildə Rusiyanın Krasnodar şəhərinin kompressor zavodunda tokar işləməklə başlayıb. 1983-cü ildə Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib. 1983-1986-cı illərdə RF-ın Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov rayon xalq məhkəməsinin hakimi vəzifələrində işləyib.

1986-1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989-1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993-1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

1996-2002-ci illərdə Budapeşt, Varşava, Haaqa, Strasburq və digər şəhərlərdə insan haqları ilə bağlı təşkil olunmuş tədris kurslarında təhsil alıb. 1996-cı ildən “Viza” Hüquq Firmasını, 2006-cı ildən “Aslan İsmayılov və Partnyorları” vəkil bürosunun təsis edib.
Uzun illərdir vəkilliklə məşğuldur.

Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror olarkən məhkəmə prosesində şahidi olduğu prosesləri “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabında əks etdirib. Kitabda bu hadisələrlə bağlı bir sıra qaranlıq məsələlərə aydınlıq gətirilir.

Fəlsəfə üzrə fəlsəfə doktorudur. Ailəlidir, iki oğlu, bir qızı var.

Aslan İsmayılovun oğlu Ziyəddin İsmayılov 21 yanvar 1989 tarixində Stavropol diyarının Zelençuk şəhərində anadan olub. 1-ci sinfə Bakıdakı 39 saylı məktəbdə gedib, 2-ci sinifdən isə 43 saylı liseydə təhsil alıb.

Məktəbi bitirdikdən sonra 2006-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Təhsiliylə paralel olaraq atasının “Viza” Hüquq Firmasında iş təcrübəsi keçib.
Bakalavr təhsilini 2010-cu ildə uğurla bitirdikdən sonra Ziyəddin İsmayılov 1 il müddətində hərbi xidmətdə olub.

Hələ BDU-da oxuduğu dövrlərdən Almaniyada təhsilini davam etdirmək qərarına gəldiyindən əsgərliyi bitincə, Düsseldorf şəhərində alman dili kurslarına başlayıb.

“Dil biliklərimi təkmilləşdirdikdən sonra 2012-ci ilin oktyabr ayından Münhenin Ludviq Maksimilian Universitetində Avropa və Beynəlxalq Kommersiya hüququ üzrə magistr təhsili alıram. Hal-hazırda təhsilimi bitirmək üzrəyəm. Mart ayından başlayaraq isə İPS (Beynəlxalq Parlament Təqaüdü) Proqramı çərçivəsində Almaniya Parlamentində (Bundestaq) Xristian-Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı (CDU/CSU) fraksiyasının müavini Dr. Frans Yozef Yunqun (keçmiş müdafiə naziri) deputat bürosunda təcrübə keçirəm”, – deyə Ziyəddin Modern.az-a müsahibəsində bildirib.

“Burada parlamentin iş prinsipini, Almaniyanın qanunvericilik sistemini öyrənirəm. Təbii ki, xaricdə olduğum müddətdə maksimum dərəcədə təcrübə toplayıb vətənimə dönməyi düşünürəm” deyən Z.İsmayılov Azərbaycanda sırf ixtisası üzrə vəkil kimi fəaliyyət göstərməyi planlaşdırır.

“Atam kimi öz sahəmdə uğurlu olacağımla bağlı yekdil fikir söyləyə bilməsəm də, ən azından onun məktəbinin yetirməsi kimi yolunu layiqincə davam etdirəcəyimə əminəm. Tək arzum isə bütöv Azərbaycanda həqiqi hüquqi dövlətin qurulmasıdır. Çünki hesab edirəm ki, bütün yaşanan problemlərimizin həlli məhz hüquqi dövlət quruculuğundan keçir. Bu yolda isə bir gənc vətəndaş kimi əlimdən gələni etməyə hazıram”.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Xyyam ismayılov azrbaycan hüquq tarixi

Gənc azərbaycanlı xanəndə Tuqay İsmayılov vəfat edib.

Bu barədə “Qafqazinfo”ya kamança ifaçısı Pərviz Fərhadov məlumat verib. Xanəndənin dəqiq ölüm səbəbi açıqlanmasa da, bir həftəyə yaxındır ki, onun özünü narahat hiss etdiyi bildirilib. 1986-cı il təvəllüdlü müğənninin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb.

Ehtimal edilir ki, T. İsmayılov koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, müğənni yüksək səs diapazonuna görə son dövrlərdə populyarlıq qazanmışdı.

Son xəbərlər

  • 19:34 | İtaliyada güclü zəlzələ oldu
  • 19:24 | Çexiyanın yeni Prezidenti and içdi
  • 19:14 | Hacı Şahini o əvəz edəcək
  • 19:06 | Şimali Koreya qısa mənzilli ballistik raket atdı
  • 18:47 | “Rusiyanın bu gecəki hücumunda ölən və yaralananlar var” – Zelenski
  • 18:36 | Şeyx Hacı Şahinin anım mərasimində – Fotolar
  • 18:27 | Paytaxtın bu yollarında tıxac var
  • 18:12 | Malayziyanın keçmiş Baş naziri korrupsiyaya görə saxlanıldı
  • 18:04 | Son sutkada vaksin vurulmayıb
  • 18:02 | Yoluxanların sayı açıqlandı
  • 17:36 | İsraildə etiraz aksiyaları davam edir
  • 17:20 | Naxçıvanda vəkillərin sayı artırılacaq
  • 17:16 | Bakı-Xırdalan-Bakı istiqamətində əlavə reys açılır
  • 17:10 | “Azərsu” rəhbərliyi qəbul keçirəcək
  • 17:04 | ABŞ-nin müdafiə naziri İsrailə getdi
  • 16:56 | “Kənddən şəhərə” Novruz yarmarkası fasiləsiz fəaliyyət göstərəcək
  • 16:55 | Bu gün Tbilisidə yenidən aksiya keçiriləcək
  • 16:48 | “Azərişıq” sədri vətəndaşları qəbul edəcək
  • 16:41 | Bu market və kafelərdə nöqsanlar aşkarlandı – Siyahı
  • 16:34 | “Berqa” ilə “Xoş əhval” konserti
  • 16:32 | Azərbaycanda doğmalarının ölümünə səbəb olan sürücülər – Statistika
  • 16:32 | Ermənistanda özünü asan hərbçi Seyran Ohanyanın qohumu imiş – Yenilənib
  • 16:31 | Azercell 2022-ci il üzrə hesabatını açıqlayır – Video
  • 16:27 | Bu Mərkəz TƏBİB-ə verildi – Fərman
  • 16:18 | Pəncərəsi təbiətə açılan mənzillər “Park Yasamal”da! – Fotolar
  • 15:58 | XİN-dən Tərtərdəki mina partlayışı ilə bağlı paylaşım
  • 15:34 | İlk dəfə qızının şəklini paylaşıb qadınları təbrik etdi
  • 15:22 | Şeyx Sərdarın ev dustaqlığına buraxılması istənildi
  • 15:12 | Ayxan Abbasov daha 3 il “Turan Tovuz”da
  • 15:09 | DYP-nin saxladığı sürücü qəfil öldü – Video
  • 14:48 | Martın 12-də imtahan verəcək şagirdlərin nəzərinə!
  • 14:39 | Prezident qəbullar keçirdi – Yenilənib
  • 14:36 | Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir
  • 14:35 | Zakir Həsənov NATO rəsmisi ilə görüşdü – Foto
  • 14:34 | Bank Respublika yenidən zirvədə – 6 mükafat!
  • 14:26 | Binəqədidə narkotiklərlə bağlı 98 nəfər tutuldu – Video
  • 14:22 | Kremldən Gürcüstandakı hadisələrlə bağlı – Açıqlama
  • 13:54 | DTX-nin tutduğu gömrük polkovnikləri azadlığa buraxıldı
  • 13:52 | “PSJ-nin maksimumu budur” – Mbappe
  • 13:52 | Yol qəzası törədib qaçan biznesmen intihar etdi
  • 13:51 | İordaniya şahzadəsinin xına mərasimindən rəngarəng – Fotolar
  • 13:44 | Tərtər sakini minaya düşdü – Yenilənib
  • 13:28 | Sevdiyi qız gül buketini qəbul etmədi – Özünü binadan atmaq istədi
  • 13:17 | İnterpolun axtardığı şəxs Rusiyada tutuldu
  • 13:03 | “Ermənistan bölgədə süni gərginlik yaratmağa çalışır” – MN
  • 13:02 | “Azərbaycan Avropaya təbii qaz ixracını artırır”
  • 12:41 | “Ötən il Azərbaycan vasitəsilə tranzit 75 faizdən çox artıb”
  • 12:37 | Sabah 18 dərəcə isti olacaq
  • 12:29 | Sezen Aksu zəlzələlərin ən çox ziyan vurduğu Hatayda – Fotolar
  • 12:28 | 48 ildir işlədiyi universitetdə öldü

Comments are closed, but trackbacks and pingbacks are open.