Press "Enter" to skip to content

25 sayli

Səviyyəsinin dəyişməsi problemi

Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri

Xəzərə daxil olan tullantı sularının 60 %-i Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir.

Ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və s. ilə bağlıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilmiş ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 128 axar qeydə alınmışdır.

25 sayli

Hazırda Xəzərin ekoloji vəziyyəti olduqca gərgindir. Dənizin şelf zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü zonalar yaranmışıdr. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə artır. Xəzərin çirklənmə mənbələri olduqca müxtəlifdir. Bununla birlikdə onları aşağıdakı kimi qruplaşdırmaq olar. 1) Xəzərə axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər, 2) Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirklənmə, 3) Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə, 4) Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə. Bu çirklənmə mənbələri içərisində birinci yeri Xəzərə axan çaylar vasitəsi ilə gətirilən çirkləndirmə tutur. Misal üçün, son məlumatlara görə çaylar vasitəsi ilə Xəzər dənizinə ildə 75 mln. tonn neft məhsulları gətirilir və bunun 95% Volqa çayının payına düşür. Xəzərətrafı ölkələr arasında dənizin mühafizəsi üçün yekdil saziş olmadığından brakonyerlik vüsət almışıdır. Çirklənmənin və brakonyerliyin artması, Xəzər ətrafındakı balıqartırma zavodlarının əvvəlki güclə işləməməsi dənizdə bir çox növlərin, xüsusən nərə balığının ehtiyatının tükənməsi problemini yaratmışdır.

Səviyyəsinin dəyişməsi problemi

Xəzər dənizi səviyyəsinin dəyişməsi sahil zonasında həmişə sosial-iqtisadi və ekoloji problemlər yaratmışdır. Məsələn, səviyyənin endiyi hallarda bütün hidrotexniki qurğuların, o çümlədən limanların, yenidən tikilməsinə ehtiyac yaranır. Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, balıqların kürü tökmək üçün çaylara keçməsinə əngəl yaranır. Bu zonanın hidrometeoroloji rejimində də mənfi dəyişikliklər baş verir. Səviyyənin qalxdığı hallarda da sahil zonasının sosial-iqtisadi həyatına külli miqdarda ziyan dəyir, ekoloji şərait pisləşir, bataqlıqlar yaranır, evlər və torpaqlar su altında qalır. Məsələn, 1978-1995-ci illərdə səviyənin 2,5 m qalxmasından Azərbaycan sahil zonasında “ekoloji qaçqınlar” yaranmışdır. Səviyyənin bu qalxmasından Azərbaycana birbaşa dəyən zianın miqdarı 2 milyard ABŞ dollarıdır.

Əvvəllər Xəzər dənizi iki dövlətin sərhədlərində yerləşmişdir. 1991-ci ildə SSRİ-nin dağılması Xəzər ətrafında beş müstəqil dövlət və yeni geosiyasi şəraitin yaranması ilə nəticələndi. Yeni geosiyasi şəraitlə əlaqədər Xəzərin statusu problemi meydana gəldi. Xəzərətrafı ölkələrin mövqelərinin müxtəlifliyindən bu problem hələ də həll olunmamış qalır. Azərbaycan Respubliksının fikrincə Xəzər beynəlxalq daxili göldür və onun suları mediana prinsipi ilə beş sektora bölünməlidr. Qazaxıstanın fikrincə Xəzər beynəlxalq daxili dənizdir (təqribən Rusiya Federasiyasının fikri də belədir) və onun dibi mediana boyunca sektorlara bölünməlidir. Su qatının bölünməsi üçün bu iki dövlət başqa təkliflər verirlər. İran İslam Respublikası əvvələr dənizə müştərək sahiblik, yəni kondominium variantını təklif edirdi. Son vaxtlar İran tərəfi dənizi 20%-lə beş sahil dövləti arasında bölməyi təklif edir. Bu təklifin elmi və siyasi əsası yoxdur, dünya təcrübəsində heç vaxt tətbiq olunmamışdır.

Xəzər dənizi olduqca seysmoaktiv regionda yerləmişdir. 1895-ci ildə Krasnovodskda Rixter şkalası ilə 8,2 (12 ballıq şkala ilə11-12) ball güçündə zəlzələ baş vermişdir. Mətəxəssislərin fikirincə intensiv neft kəşfiyyatı və hasilatı Xəzərdə tektonik plitaların hərəkitini sürətləndirməklə seysmik şəraiti aktivləşdirir. Bunlardan əlavə Xəzərdə tez-tez palçıq vulkanlarının püskürməsi müşahidə olunur. Palçıq vulkanlarının ən çox sayı Bakı arxipelaqı rayonundadır. Burada ada və sayların çoxu vulkan mənşəlidir

Comments are closed, but trackbacks and pingbacks are open.