Deputatlar: Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Azərbaycanın böyük uğurudur
“Lazımi prosedurdan sonra “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya təsdiq üçün parlamentə göndəriləcək”.
Xəzərin hüquqi statusi
“Lazımi prosedurdan sonra “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya təsdiq üçün parlamentə göndəriləcək”.
Unikal.org xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
O qeyd edib ki, indiyədək “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya ilə bağlı hər bir qərar Milli Təhlükəsizlik Ali Şurası və İranın Ali liderinin icazəsi və imzası ilə verilib: “Lazımi prosedur keçdikdən sonra “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya ratifikasiya üçün parlamentə göndəriləcək”.
Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Milli Məclisi “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib.
Xatırladaq ki, uzun sürən danışıqlardan sonra ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.
Deputatlar: “Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Azərbaycanın böyük uğurudur”
Deputatlar: “Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Azərbaycanın böyük uğurudur” Bakı. 13 avqust. REPORT.AZ/ “Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan digər dövlətlərin müdaxiləsi olmadan Xəzər dənzinin hüquqi statusu ilə bağlı razılığa gəldilər. Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi hadisədir”.
13 Avqust , 2018 12:03
https://static.report.az/photo/54dc1994-4bea-447d-8f3c-abd4b5a72e1e.jpg
Bakı. 13 avqust. REPORT.AZ/ “Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan digər dövlətlərin müdaxiləsi olmadan Xəzər dənzinin hüquqi statusu ilə bağlı razılığa gəldilər. Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi hadisədir”. Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. O qeyd edib ki, beş ölkənin hər birinin bu məsələ ilə bağlı mövqeyi bəlli idi: “Uzun müddət davam edən diplomatik danışıqlardan sonra razılıq əldə olundu. Xəzər dənizində heç bir ölkənin hərbi bazası yaradıla bilməz. Xəzəryanı ölkələrin gəmilərinin okeana çıxışı barədə razılığa gəlinməsi Rusiyanın böyüklüyü və bu ölkələrin bir-biriləri ilə yaxın olduqlarını göstərir. Burada istənilən növ konfliktin danışıqlar yolu ilə həllinin mümkünlüyü ortaya qoyuldu. Bu Konvensiyanın imzalanması dünyada əks-səda doğurub. Bu da Ermənistanda narahatlıq yaradıb”. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili “Report”a bildirib ki, dövlət başçıları tərəfindən imzalanan Konvensiya regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək. Deputat vurğulayıb ki, imzalanan Konvensiya ümumi prinsipləri müəyyən edir: “Bunun əsas ideyası ondan ibarətdir ki, Xəzərin statusu 5 ölkə arasında mübahisə mövzusu deyil. Dəniz-gölün bölünməsini ümumi prinsipləri müəyyən olunub və indidən sonra qonşu tərəflər arasında olan konfliktlər ikitərəfli qaydada həll edilməlidir, 5 tərəfli yox. Bütün bu illər ərzində dəniz prinsipi ilə Xəzərin sektorlara bölünməsinə etiraz edən yeganə ölkə İran idi. Bu cür bölgüdə ona 10%-dən bir az artıq minimal və ən dərin pay düşürdü. Göl prinsipi ilə bölündükdə isə İran 20% paya iddia edirdi. Təqribi hesablamalara görə, Xəzərin neft və qazla zəngin təkində 6.5 milyard ton təsdiq edilmiş və ehtimal olunan neft və neft ekvivalentində qaz ehtiyatları mövcuddur. Proqnozlaşdırılan ehtiyatlar isə bundan 1.5 dəfə çoxdur. İndiki qiymətlərlə bu ehtiyatların dəyəri 8 trilyon dollardır. İndiyə qədər hər bir Xəzəryanı ölkə istənilən formada bölgüdə mübahisə yaratmayacaq yataqlarda problemsiz fəaliyyətlərini həyata keçiriliblər. Ancaq sərhəd bölgələrdə perspektiv yataqlar ciddi mübahisələrə səbəb olmuş və hətta bəzi hallarda silahlı münaqişə təhükələri yaranmışdı. Belə mübahisələr Qazaxıstan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Türkmənistan arasında olub. O zaman mübahisə edən tərəflər arasında əsas arqument bu idi: Xəzərin statusu müəyyən edilməyib, ona görə də mübahisəli məsələləri bütün 5 ölkə həll etməlidir. Amma indi artıq yalnız qonşu ölkələr”. T.Mirkişili bildirib ki, Konvensiyada orta xətt bölgüsü müəyyən olunmayıb, bunun üçün ayrıca sazişlər tələb olunur: “Azərbaycan-Rusiya-Qazaxıstan və Qazaxıstan-Türkmənistan arasında belə sazişlər artıq var. Yalnız İran tərəddüd edirdi, amma artıq o da ümumi qaydalara imza atdı. İran ciddi sankiyalar altındadır, indiki halda qonşu ölkələrlə mübahisələrin tənzimlənməsi onun üçün çox əhəmiyyətlidir. Onun üçün ən önəmli məsələ olan təhlükəsizlik məsələsi konvensiyada öz əksini tapıb. Xəzər dənizində yalnız 5 sahilyanı ölkənin silahlı qüvvələrinin mövcud ola bilməsini özündə əks etdirən Konvensiya eyni zamanda bu ölkələrin heç birinin ərazisindən digər ölkəyə qarşı istifadə olunmamasına da təminat verir. İndiyə qədər tənzimlənməyən Xəzərin statusu Türkmənistan-Azərbaycan arasında sualtı Transxəzər boru kəmərinin reallaşmasına da mane olurdu. Konvensiyaya görə, bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcəklər, ekoloji standartlar nəzərələ alınmaqla belə layihələr qonşu ölkələr arasında reallaşa bilər. Doğrudur, Konvensiyaya əlavə edilən ekoloji razılığın alınması qaydalarna əsasən, bütün 5 ölkənin belə layihələr üçün razılığı tələb olunur. Bu razlıq layihələrin həyata keçməsini ləngidə bilsə də, mane ola bilməyəcək. Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiya bütün məsələləri həll etməsə də, ümumi yanaşma baxımından çöx önəmlidir və Azərbaycanın illər boyunca irəli sürdüyü mövqe ilə üst üstə düşür. Bakı-Tbilisi-Qars dəmir yolunun dəniz davamı olan Xəzər dənizində tranzit nəqliyyat imkanlarının artması Azərbaycanın əlavə iqtisadi maraqlarının təmin olunması anlamına gəlir”. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Report”a açıqlamasında deyib ki, bu sənəd Xəzər dənizinə çıxışı olan dövlətlər üçün çox əhəmiyyətlidir: “20 ildən artıqdır ki, bununla bağlı müzakirələr aparılırdı. Burada əsas diqqətçəkən məqamlardan biri təhlükəsizliyin təmin edilməsidir. Bu region digər dövlətlərin də marağında olduğu üçün belə sənədə ehtiyac var idi. Bu Konvensiya müəyyən etdi ki, Xəzər dənizinin təhlükəsizliyi məsələsini 5 dövlət müəyyən edəcək. Bu Konvensiya Azərbaycan üçün də çox önəmlidir. Ölkəmiz logistika mərkəzinə çevirilir. Yəni Şimaldan Cənuba, Qərbdən Şərqə gedən yollar Azərbaycandan keçir. Xəzər dənizi də burada çox böyük rola malikdir. Bu Konvensiya Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən amillərdən biri olacaq. Ümumiyyətlə, bu sənəd 5 dövlət üçün çox önəm daşıyır”. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli “Report”a açıqlamasında bildirib ki, Xəzərin hüquqi statusuna dair Konvensiya çox ciddi bir sənəddir. O, Xəzəryanı dövlətlərin iqtisadi ittifaq yaratmasını təklif edib: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi bir təşkilat yaratmaq olar. Bu da iqtisadi əlaqələri daha da gücləndirər”. Deputat qeyd edib ki, imzalanan Konvensiya ilə bütün mübahisəli məsələlər həll edilib: “Azərbaycan, İran və Türkmənistan müəyyən mənada anlaşa bilmirdilər. Nəhayət, bu mübahisələr həllini tapdı, konsensus əldə edildi. Bu Konvensiya Xəzəryanı dövlətlərin suveren ərazilərinin müdafiəsini də nəzərdə tutur. Azərbaycan istəyinə çatıb, bu, böyük uğurdur. Bu sənəd Azərbaycan və qonşu dövlət üçün böyük əhəmiyyətə malikdir”. Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov iştirak edib. Toplantıda 5 prezident Xəzərin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər – Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.
Comments are closed, but trackbacks and pingbacks are open.