Press "Enter" to skip to content

Xezer Dovleti – Wikipedia

Xəzər-Bizans müttəfiqliyi nəticəsində zəifləyən Sasani imperiyası 632–634-cü illərdə Ərəb xilafətinin qüvvələri tərəfindən dağıldı və İran ərazisi ərəblərin əlinə keçdi. Beləliklə, hakimiyyətini genişləndirməyə çalışan Ərəb xilafəti Ərməniyyə vasitəsilə Qafqaza və Suriya yolu ilə Anadolu ərazisinə soxulmağa başladı. Xəzərlərin ərəblərlə mübarizəsi şiddətli və davamlı olmuşdu. İlk böyük toqquşma 651–652-ci illərdə Xəlifə Ömər dövründə baş vermişdi. Xilafət ordusu Xəzəryanı torpaqları və Dərbəndi tutaraq Xəzər xaqanlığının paytaxtı Bələncərə çatsa da, [38] [39] məğlubiyyətə uğrayaraq geri çəkildi. Bələncərin Xilafət tərəfindən işğalından sonra Xəzər xaqanlığının paytaxtı Aşağı İdilə köçürüldü. Əks-hücuma keçən Xəzər qüvvələri isə Ərməniyyəni ələ keçirdilər. [40]

XƏZƏRLƏR

Fərda Əsədov: Təəssüf ki, bəzi xalqların tarixini müəyyən qədər mənbələr ilə təmin olunmuş məlumatlar əsasında araşdırmaq imkanı olduğu halda, xəzərlərlə bağlı bunu deyə bilmirik. Xəzərlərin etnik mənşəyi, dini mənsubiyyəti, onların nə zaman Qafqazda dövlət yaratması, yəhudi dininin qəbul edilməsi ilə bağlı xəbərin nə dərəcədə doğru olması, dövlətin hansı səbəblərdən dağılması və tarix səhnəsindən itməsi kimi məsələlər indiyədək mübahisə mövzusudur. Deyə bilərlər ki, Xəzər dövləti 1-2 il ərzində onlara qarşı baş vermiş xarici müdaxilə nəticəsində süqut etdi, amma buna inanmaq bir qədər çətindir. Nəhayət, xəzərlərin etnik mirası, mədəniyyəti, dövlətçilik ənənələrinin aqibəti nə oldu? Bütün bunlar haqqında mübahisələr indiyə qədər davam edir.

Fuad Babayev: Xəzər xaqanlığı hansı əraziləri əhatə edirdi və Azərbaycan Respublikasının hansı hissəsi bu dövlətin ərazisinə düşürdü?

Fərda Əsədov: Xəzər xaqanlığı özünün ən yüksəliş dövründə çox geniş ərazilərə nəzarət edirdi. Onun Krım yarımadasından, Kiyev də daxil olmaqla, aşağı və orta Dneprdən qərbdə yerləşən Ukrayna torpaqlarından başlayaraq, şərqdə Aral gölünə qədər uzandığı məlumdur. Hətta bəzi məlumatlara görə, bu dövlət Xəzər dənizinin şərq sahilləri boyunca cənuba doğru, İranın Gürgan (Qorqan) əyalətinə qədər olan ərazilərə də nəzarət edibdir. Xəzərlər zaman-zaman Azərbaycan ərazilərinə də nəzarəti genişləndirmişlər. Ola bilsin, onlar Azərbaycanın digər ərazilərinə nisbətən şimal bölgəsini daha çox nəzarətdə saxlaya biliblər.

Fuad Babayev: Yəni Quba-Xaçmaz bölgəsini…

Fərda Əsədov: Bəli. Ərəb mənbələrində xüsusi olaraq Qəbələ şəhəri qeyd olunur ki, onun adına hətta Xəzər də deyirdilər. Məsələn, ərəb tarixçisi əl-Bəlazuri Qəbələni Xəzər şəhəri adlandırır. Qəbələdə aparılan arxeoloji qazıntılar da orada xəzərlərin maddi, mədəni izlərinin müşahidə olunduğunu deməyə əsas verir. Son zamanlar AMEA-nın Cənubi Koreya ilə birgə apardığı arxeoloji qazıntılar nəticəsində xeyli sayda sini qablar, zinət əşyaları və sair maddi abidələr aşkarlanıb ki, onların da Saltovo-Mayak mədəniyyəti ilə bağlılığını müəyyən etmək olur. Beləliklə, şimal bölgələrimiz kifayət qədər uzun müddət ərzində Xəzər dövlətində gedən siyasi proseslərin iştirakçısı olub. Bundan başqa, təqribən yüz il ərzində xəzərlər ərəblər ilə mübarizədə tez-tez Azərbaycan ərazilərinə, hətta Ərdəbilə qədər yürüşlər edib, bu şəhəri də ələ keçirib. Gəncə yaxınlığında Üçtəpə adlanan yerdə arxeoloji qazıntılar zamanı bir xəzər zadəganının məzarından xeyli sayda zinət əşyaları, silah-sursat və s. qiymətli əşyaların aşkar olunması, xəzərlərin Azərbaycanın bir çox bölgələrində məskunlaşdığını deməyə əsas verir.

Əkbər Nəcəf: Ümumiyyətlə dünya tarixşünaslığında həm elmi, həm də konspiroloji cəhətdən xəzərlərə maraq çox böyükdür. Çünki xəzərlərin yəhudiliyi, onların aşkenaz yəhudilərinin formalaşmasında rolu və digər məsələlər böyük maraq kəsb edir. Amma bütün bunlar eyni zamanda saxta məlumatların ortaya çıxması üçün də imkan yaradır.

Bəlkə də Azərbaycanda xəzərlər haqqında kitab yazmaq ilk dəfə Fərda müəllimə nəsib olub. Xəzər adı hələ də problemlidir. Məşhur türkoloq Piter Bencamin Qoldenin Xəzər leksikonunun böyük bir hissəsinin ortaya çıxarılmasında böyük zəhməti olub. Bəziləri “xəzər” sözünün türkcə olduğunu hesab edirlər, amma bunun türkoloji cəhətdən problemi var. Çünki türk dillərində “x” ilə başlayan səs yoxdur. Əgər Xəzər adı üçün türkcə bir ad tapmaq lazım gəlsə idi, bu adın Kasar, yaxud Kosar olması lazım idi. Bunun da mənası it, köpək deməkdir. Çünki Çingiz xanın qardaşı və komandirləri arasında, eləcə də uyğurlara aid VIII əsr yazılı abidələrində bu ad keçir. Maraqlıdır ki, Xəzər dənizinin əvvəlki adlarından biri – Hirkaniya da qurd deməkdir.

Xəzərlər bizə heç bir yazılı abidə buraxmayıb. Yalnız Misirdəki Geniza qədim yəhudi məbədinin arxivindən tapılmış əsərlər orijinal qəbul edilə bilər. Orada böyük bir külliyyat üzə çıxıb və onun əsas hissəsini Avropada və Amerikada 3 böyük mərkəzə veriblər. Xəzərlərə aid 3 məktub tapılıb. Əvvəllər Xasday ibn Şafrutun məktubu üstündə mübahisə gedirdi ki, məktub orijinaldır, yoxsa saxta. Amma eyni məktubun digər variantının Geniza məbədində ortaya çıxması bütün şübhələri ortadan qaldırdı.

Xəzərlər haqqında Çin mənbələri də çox səthi məlumat verir. Xəzər kimliyinin aydınlaşdırılmasında daha bir problem də ondan ibarətdir ki, IX əsrdə xəzərlər haqqında yazan ərəbdilli müəlliflər əsasən xəzərlər ilə üzləşiblər deyə, keçmişdə nə qədər türk varsa, hamısını xəzər adlandırıblar. Ona görə də elə anlayış yaranır ki, xəzərlər faktiki olaraq VII əsrin ilk yarısında tarix səhnəsinə çıxıblar. Sadəcə olaraq, o dövrün müəllifi, eyni dilli olmasından irəli gələrək keçmişdə yaşayan digər xalqlara da bu adı şamil edib.

Fikrimcə, Xəzər kimliyi əslində klassik bir Sabir kimliyidir. Xəzərlərin altında yatan əsas kütlə sabirlərdən ibarət olub. Göytürklər ortaya çıxdığı zaman, bu coğrafiyadakı parçalanmış qrupları yenidən bir ittifaq ətrafında toplayıb bu xalqları müəyyən şəkildə təşkilatlandırıblar. Məsələn, Orta Asiyada yaşayan türk tayfalarını 10 tayfa halında bir yerə cəm edib onlara On Ox, karlukları bir yerə gətirib onlara Üç Karluk, yaxud oğuzların bəzi qollarını bir yerə yığıb onlara Oğuz adını veriblər.

Qafqaz coğrafiyasında xəzərlərdən əvvəl sabir, oqur, daha sonra hun tayfaları dağınıq halda yaşayırdılar. Onların müəyyən qrupunu təşkilatlandıraraq xəzər adı altında formalaşdırdılar. Amma bu dövr sasanilər ilə bizanslılar arasında uzun müharibələr gedirdi. Sasanilər Yerusəlimə (Qüdsə) qədər irəliləyərək, oradakı İsa peyğəmbərdən qalma müqəddəs xaçı İrana – Cənubi Azərbaycanın Qazaka, ərəb müəlliflərinin Şiz, indi də Təxti-Seleyman deyilən yerə gətirdilər. Bura sasanilərin od məbədgahı idi. O dövrdə xaçı bura gətirib təntənəli surətdə qeyd etdilər. Bu zaman Bizansda hakimiyyət dəyişikliyi baş verdi və hakimiyyətə I İrakli (610-641-ci illərdə hökmranlıq etmiş Bizans imperatoru – red.) gəldi. Xristianlar üçün mühüm bir simvolun və torpaqlarının bir hissəsinin itirilməsi göstərdi ki, Bizansın təcili yardıma ehtiyacı var. Ona görə də göytürklərə müraciət etdilər. Onlar da bölgəyə böyük bir ordu göndərdilər. Ordunun başında Tonq Yabqu (618-628-ci illərdə hökmranlıq etmiş Qərbi Göytürklərin beşinci xaqanı – red.) dayanırdı. Xəzərlər Bizans ilə ittifaqda sasaniləri ağır məğlubiyyətə uğratdılar. Bu məğlubiyyətdən sonra sasanilərin böyük ehtişam dövrü sona çatdı.

Süryani, ibrani, latın dillərində, qərb və ərəb mənbələrində xəzər adının daha çox səslənməsi belə bir ehtimala əsas verir ki, xəzərlərin bəlkə də orijinal və fərqli adı olub, amma əlimizdəki ədəbiyyat bizə xəzər adını verdiyi üçün, müasir tarixçilər bu addan istifadə edir.

Fərda müəllimin kitabında Azərbaycanla bağlı bir çox gözəl faktlar var. Xüsusən də köçərilik ilə bağlı fikirlər maraqlıdır. Həmçinin kitabda bir sətir halında keçsə belə, maraqlı bir fikir var ki, bu gün Yaxın Şərqdəki ərəb-yəhudi münasibətlərinə tarixdəki xəzər-ərəb münasibətlərinin davamı kimi baxmaq gərəkdir.

Fərda Əsədov: Həqiqətən, xəzərlərin problemi çox maraqlı şəkildə müasir siyasətə proyeksiya olunub. Bu, təkcə Yaxın Şərqdəki problemlər ilə bağlı deyil. Aşkenaz yəhudiləri dünyada ən böyük yəhudi icması hesab olunur.

Əkbər Nəcəf: Bu gün İsraildə hakim elita əsasən aşkenazlardan ibarətdir.

Fərda Əsədov: Bəli, elədir. II Dünya müharibəsindən əvvəl onlar bütün yəhudilərin 80 faizini təşkil edirdilər.

Təmkin Məmmədli: Xəzərlərin elitasının yəhudiliyi qəbul etməsi nə ilə bağlıdır? Yəni doğrudanmı bir tərəfdə xristian bizanslılar, digər tərəfdə müsəlman ərəblər ilə mübarizədə seçim etdilər. Lakin bu həm də onların məğlubiyyətinə gətirib çıxaran faktor rolunu oynamadımı?

Fərda Əsədov: Xəzərlərin yəhudiliyi qəbul etməsinin Xəzər dövləti üçün mənfi rol oynaması fikrinin müəllifi əsasən Lev Nikolayeviç Qumilyov hesab olunur. Amma bu fikir dünya tarixşünaslığında tənqid olunur. Mən o fikirdəyəm ki, xəzərlər yəhudiliyi olduğu kimi, yəni mövcud yəhudi əqidəsinə bir tabeçilik şəklində qəbul etməyiblər. Yəhudi mənşəli dövlət xadimi Xasday ibn Şafrut (Kordova xilafətinin əmiri III Əbdürrəhmanın vəzirired.) eşidir ki, qüdrətli bir yəhudi dövləti var, halbuki yəhudilər uzun dövr ərzində dövlətsiz və məzlum vəziyyətdə yaşayan bir xalq idi və bu xəbər onda qürur hissi yaradır və götürüb Xəzər xaqanına məktub yazır. Çoxlu maraqlı suallar verir. Xəzər hakimi də ona cavab yazır ki, biz, Toqarmanın nəvələriyik. Tövratdan görürük ki, Toqarma Yafəsin oğludur. Bu isə o deməkdir ki, xəzərlər sami kökündən deyil, çünki hesab edilir ki, türklərin kökü Yafəsdən gəlir. Beləliklə, Xəzər çarı öz kökünü yəhudilərdən gəlmə hesab etmir. Ancaq əsl yəhudi əqidəsinə əsasən bütün yəhudilər ancaq Samın kökündən, İbrahim peyğəmbərin oğlu İshaqdan törəmədir.

Yəhudiləri iki dəfə əsir götürüb Babilistana aparıblar. Birinci dəfə 12 yəhudi soyundan 10-u aparılıb və onlar digər xalqlara qarışıb əriyib yox olublar. Ikinci dəfə qalan 2 yəhudi soyunu Babilistana aparanda, sonradan Əhəməni imperatoru II Kir Babil dövlətini işğal edərək onları xilas edib. Ehtimala görə, II Kir o zaman Yerusəlim məbədini bərpa etdirir və yəhudi icmasını səfərbər edir. Bu 2 nəsildən də indiki yəhudilər törəyib. Deməli, siz əgər yəhudisinizsə, kökünüz bu soylardan gəlməlidir. Ona görə də xəzərləri yəhudi sayanlar, onların yəhudilərin itmiş 10 soyundan biri olduğunu iddia edirlər. Bəzi yəhudi mənbələrində göstərilir ki, guya xəzərlər yəhudilərin Manassiya və Simeon nəsillərindən gəlirlər. Lakin, gördüyümüz kimi, Xəzər hakimi İosif özünü Toqarmanın törəməsi kimi təqdim edir. Beləliklə, xaqan yəhudi dünyagörüşünü qəbul edir, amma öz xüsusiyyətini əks etdirən bir müddəa qoyur ki, bu da onu ənənəvi yəhudilikdən fərqləndirir.

Bəs nəyə görə xəzərlər yəhudiliyi qəbul edirlər? Xəzər xaqanlığı çox qüdrətli dövlət idi və bir tərəfdən xristian Bizansla, digər tərəfdən müsəlman Ərəb xilafəti ilə rəqabət aparırdı. Sual oluna bilər ki, xəzərlər nəyə görə Tanrıçılıq dinini yüksək səviyyəyə qaldıra bilmədilər. Böyük imperiya yaratmış elita sırf köçəri tayfaların düşüncəsini əks etdirən və bütün əhalini birləşdirə bilməyəcək ideologiyanın qüsurlarını görürdü. Bunları gördükcə də, dini islahat aparmaq məsələsi ortaya çıxır. Xəzərlər doğrudanmı bunu yəhudilik zəminində, yaxud hansısa elementləri qarışdırıb yeni din ortaya qoymaq məqsədilə ediblər – məhz aydınlıq gətirilməsi tələb olunan suallardan ən vacibi də budur.

Ərəb mənbələri xəzərlərin yəhudiliyi qəbul etməsi barədə birmənalı fikir yürüdürlər. Lakin əl-Bəlazuri, əl-Yaqubi, ət-Təbəri kimi mötəbər ərəb tarixçiləri bu barədə bir söz də demir. Digər tərəfdən, bütün ərəb mənbələri qeyd edir ki, yəhudiliyin qəbul edilməsindən xeyli öncə – 737-ci ildə Xəzər xaqanı ərəblərə məğlub olduqdan sonra İslamı qəbul edir. Görürük ki, xaqanlıqda İslam dini xeyli yayılır. Bütün bunları nəzərə alaraq oradakı dini durum barədə bir mənalı şəkildə fikir yürütmək mümkün deyil.

Əkbər Nəcəf: VII-X əsrlər dinlərin ən zəngin dövrüdür. Nəzərə alın ki, bir tərəfdə böyük bir coğrafiyanı əhatə edən Ərəb xilafəti İslam kimliyi içərisində yer alır, şimala doğru Bizans imperiyası Xristian kimliyini ifadə edir, şərqə doğru getdiyiniz zaman, Çini də müəyyən qədər öz nəzarəti altına alan, İpək Yolunun üstündə yerləşən Uyğur xaqanlığı manixeizmi qəbul edir. Və bu 3 dünya arasında bir-birinə doğru iqtisadi, mədəni, elmi axın var. Bunlar fərqli dindəndirlər deyə, ömrü boyu düşmən olmalıdırlar fikri qəbuledilməzdir. Əgər belə bir coğrafiyanın içində ortaya çıxaraq bir çox Avropa, xüsusilə latındilli mənbələrin qeyd etdiyi kimi 28-ə qədər ölkəni öz nəzarətin altına alıb idarə edirsənsə, o zaman bu coğrafiyanın bir parçası olmalısan. Amma klassik şamanizm qaydaları ilə bu coğrafiyaya müdaxilə etmək mümkün deyil. Çünki şamanizmin bu kimliyin içərisində maddi, iqtisadi, siyasi təsir dairəsi yoxdur. Bu təsir yalnız Sibir kimi bölgələrdə ola bilər. Amma parçalanmış yəhudi kimliyi eyni zamanda sərmayədar kimliyidir. Bu kimliklə sənin əlaqə qurmağın lazımdır. O dövrün dövlət zehniyyəti də bu cür məsələləri nəzərə alırdı. Maraqlıdır ki, bu dövlətlər dini kortəbii olaraq qəbul etmirdilər; qurultay çağırırdılar, bütün dinlərin nümayəndələrini dəvət edirdilər. Eyni cür hadisə Kiyev knyazlığında da olmuşdur. Onlar da qurultay çağırıb müəyyən məsələlər barəsində mübahisələr ediblər. Burada əsas məsələ bir xalqın müsəlman, xristian, yaxud yəhudi olması deyil, dövlətin öz nəzəri platformasını quraraq hansı dini müstəvidə bu böyük coğrafiyanın bir parçası olacağını müəyyən etməsidir. Fərda müəllim də qeyd etdi ki, Xəzər əhalisinin çox hissəsi rahat şəkildə müsəlmançılığı qəbul edir, yaxud Şirvanın müəzzinləri gedib xaqanlığın İtil və sair şəhərlərində dini dərslər keçir, o cümlədən digər dinin nümayəndələri də rahat şəkildə fəaliyyət göstərirdilər. Ona görə də o dövrün prizmasından yanaşaraq Xəzər dövləti yəhudiliyi özləri üçün ən sərfəli din kimi qəbul edib.

Yəhudilik məsələsində problemli olan bir məsələ də əslində “Tövrat”dan irəli gəlir. Kitabda aşkenaz adı skiflər üçün də istifadə edilir. Onun da bir versiyası Assur mənbələrində işquz adlanır. Ondan sonra yəhudilər də bu adla adlandırılmağa başlanıb. Ona görə də tarixçilərdə və bu məsələ ilə məşğul olan digər insanlarda fərqli zehinlər ortaya çıxıb: görəsən xəzərlər yəhudilərin itmiş 13-cü qəbiləsidirmi və s. Bir məsələni də qeyd etmək lazımdır; bugünkü aşkenazların heç yarısını da türk qəbul etmək doğru deyildir. Bu coğrafiyada yəhudi qrupları var idi. Eramızın 70-ci illərində Roma imperiyasının Qüdsü dağıtması, ondan sonra yəhudilərin ətraf bölgələrə yayılması, hətta mühüm bir hissəsinin xristianlar ilə birlikdə Parfiyaya gəlməsi, bəzilərinin indiki Gilan bölgəsində, daha sonra Xəzər dənizinin şimalı boyunca kiçik mərkəzlər quraraq öz ticari əlaqələrini təşkil etməsi bu coğrafiyada çətinliklərdən qaçan yəhudi qrupların olduğunu təsdiq edir. Ehtimal etmək olar ki, bu insanlar gəldikləri coğrafiyanın sonrakı ticari-iqtisadi münasibətlərində fəal iştirak etməyə başlayıblar. Bu hala L.N.Qumilyov da diqqət çəkir, amma yəhudi ticarət şəbəkəsi, yəhudi tacirlər arasında bağlantı məsələsini çox şişirdir. Ola bilsin ki, yəhudilər iqtisadi vasitədən istifadə edərək xəzər kimliyi içərisində yer ala bilsin. Ona görə də aşkenazların hamısına – bunlar türklərdir, xəzərlərin itmiş varisləridir demək, ciddi qəbul olunmur.

Fərda Əsədov: Xəzər dövlətinin yaranması və çiçəklənməsi ilə paralel, Bizans və Ərəb xilafətində, ondan öncə isə Sasanilər dövlətinin son dövrlərində yəhudilərə qarşı təqiblər olur. Bu da öz növbəsində yəhudilərin köçünə səbəb olur. Xəzər dövləti isə sığınacaq verib onların təhlükəsizliyini və iqtisadi fəaliyyətini təmin edir. Ona görə də bölgəyə yəhudilərin böyük axını baş verir. Digər tərəfdən, yəhudilərə iqtisadi fəaliyyət üçün şərait yaradılır, bunun sayəsində yəhudi icması və onun tacirlər şəbəkəsi olduqca güclənir. Bunun nəticəsidir ki, bu tacirlər vasitəsi ilə İspaniyaya qədər xəzərlər barədə məlumat yetişir.

Yəhudi alimləri aşkenazlar arasında türk və Qafqaz köklərinin araşdırılması ilə məşğul olurlar. Müəyyən tədqiqatlara əsasən bəzi izləri görmək olar. Bir çoxları bu izlərin daha çox – 20 faizə qədər olduğunu deyir, bəziləri isə bu rəqəmi 3-5 faiz hesab edir. Mən bunların hansının gerçəyə daha yaxın olduğunu deyə bilmərəm. Amma istisna deyil ki, Xəzər türklərinin arasında yəhudiliyi qəbul edən xeyli sayda insan olub. O zaman bəlkə də bu din daha liberal və qəbul etməsi də daha asan idi. Halbuki, hazırda başqa millətin yəhudiliyi qəbul etməsi mümkün olsa da, daha uzun bir prosesdir.

Fuad Babayev: Dünya tarix ədəbiyyatında xəzərlərdən bəhs edən bədii əsərlər var? Oxucuya hansı əsərləri tövsiyə edə bilərsiniz?

Əkbər Nəcəf: Bu yaxınlarda Milorad Paviçin “Xəzər lüğəti” deyilən bir kitabı çıxıb. Artur Kostlerin (1905-1983 – macarıstanlı jurnalist, araşdırmaçı yazar, tarixçi – red.) “On üçüncü qəbilə” əsəri bütün insanların oxuya biləcəyi maraqlı xarakter və süjetlərlə verilmiş bir əsərdir.

Ərəblərin Xəzər dövlətində Əhməd ibn Fadlan (877 – 940 – ərəb səyyahı və yazarı – red.) adlı bir elçisi olub. İbn Fadlan öz elçiliyi dövründə öz xatirələrini yazıb. Maraqlıdır ki, xəzərlər yəhudiliyi qəbul edərkən, onların şimal qonşusu bulqarlar İslam dinini qəbul ediblər. Məhz buna görə də xəlifənin yanına elçi göndərirlər ki, bizə İslamı öyrədəcək adam göndərin. İbn Fadlan savadlı məmur idi, onu da ora göndərirlər. O da bizə səyahətnamə buraxıb. “Səyahətnamə” etnoqrafik məlumatlar ilə zəngindir və insanların həyat tərzi, düşüncəsi, inamları, dünyaya baxışları haqqında X əsrə dair oxunacaq ən gözəl əsərlərdən biridir.

Fərda Əsədov: II Dünya Müharibəsindən sonra xəzərlər haqqında bədii ədəbiyyat elə bil ki, çiçəklənmə dövrü yaşayıb. Çünki müharibədən sonra yəhudi probleminə diqqət çox artmışdı, ən çox da Amerika yəhudi icmasında. O zaman ABŞ-da bu barədə demək olar ki, il ərzində 10-12 elmi-bədii kitab nəşr olunurdu. Onların ümumi sayı bəlkə də yüzdən çoxdur. Hətta “The Rabbi king”, yəni “çar ravvin” adlı bir kitab var. Kitabda Xəzər xaqanının taxta çıxma mərasimi təqdim olunur. Görürük ki, yəhudiliyi qəbul etmiş xaqanların taxtı qəbul etməsi zamanı türk Xəzər xaqanlarından qalma mərasim təkrar olur – taxta çıxan xaqanı iplə boğurlar, guya bu zaman onun Tanrı ilə bağlılığı tam bərpa olur, sonra isə ondan soruşurlar ki, neçə il taxtda qalmaq fikrindəsən. Xaqan da nə qədər hökm sürəcəyini deyir. Bu mərasim əslində, türklərlə bağlı olub, onlardan gələn ənənədir. Beləliklə, xaqan çox oxumuş və mədəni adam olduğu üçün belə üsulla taxta çıxmağa qarşı olur. Kitabda bu xaqanın daxili iztirabları, düşüncəsi təsvir edilir və o, son məqamda islahatlar aparıb ən gözəl və ədalətli icma qurur. Bu, əlbəttə ki, mütəxəssis, ya siyasətçi olmayan yəhudi ziyalılarının düşüncəsidir ki, nəticədə belə romanlar yaranır.

Əkbər Nəcəf: Xəzərlər və Xəzər dövləti okkult hadisələr, qnostik düşüncələr, simvolika, yuxuyozumu və sair sahələrə də təsir etmişdir. Hətta bir çox Amerika filmlərində başqalarının bədənini “udaraq” öz bədənini “bərpa edən” kral obrazının xəzərlərə qədər uzantısının olduğu haqqında iddialar var. Əslində, xəzər deyəndə, sadəcə 630-cu illər ilə 960-cı illər arasındakı 300-350 illik dövrü əhatə edən bir dövləti nəzərdə tuturuq. Amma xəzərlər bu gün də gündəmimizdə izləri olan böyük bir ədəbiyyat və düşüncənin bir parçasıdır.

Fuad Babayev: Sirr deyil ki, bizim insanlar əsas informasiyanı dərsliklərdən əldə edirlər. Bəs dərsliklərdə Xəzər mövzusu nə yerdədir?

Fərda Əsədov: Azərbaycan tarixşünaslığında xəzərlərə münasibət indiyə qədər müəyyən inersiya şəklində olub. Çünki bu, sovet tarixşünaslığından köklənir. Bu tarixşünaslığın da əsasında qədim Rusiya tarixi və rusların maraqları durur. Ona görə də sovet dövründə xəzərlərə münasibət həmişə mənfi olub. Əvvəla, Rusiya ərazisində ilk qüdrətli dövlət məhz türk xəzərlərə məxsus olub. Əslində çox böyük bir ərazidə dövlətçilik də buradan başlayıb. İkincisi, Rürik sülaləsinin gəlib 882-ci ildə Kiyev Rus dövlətini qurmasından əvvəl, burada yaşayan xalqlar xəzərlərə bac verirdilər. Üçüncüsü, Genizada Kiyev yəhudilərinin məktubları da tapılıb. Bu məktublar isə ondan xəbər verir ki, orada artıq Xəzər idarəçiliyi var idi. Oradakı yəhudilər, əslində Xəzər yəhudiləri idi, çünki adları qarışıq yəhudi və türk adlarından ibarət olub. Məktubun sonunda türk runik yazıları ilə qeyd var: “okudum”. Bu isə o deməkdir ki, məktubun Kiyev dövlətindən kənara çıxarılması üçün Xəzər dövlətinin məmuru imza atıb, dərkənar qoyub. Bəs məktubda nədən söhbət gedir… Bir yəhudi taciri borclu olduğu üçün həbsə düşür və onu oradan qurtarmaq üçün pul yığılır. Ona görə də başqa yəhudi icmalarına məktub ünvanlayırlar ki, pul yığı verin, onu həbsdən çıxaraq. Məktub orijinaldır, hazırda Kembricdə saxlanılır. Sənədlərin əksəriyyəti oradadır. Çünki Genizada tapılan bütün sənədlər satışa çıxarılıb. Onu alanlar da əsasən yəhudilər olub.

Ruslar Xəzərlərin tarixinə həssaslıqla yanaşırdılar, xəzərləri rus dövlətinə düşmən sayırdılar. Əslində, Rus dövləti xəzərlərlə qarşıdurma nəticəsində yaranıb. Kiyev knyazı Svyatoslav İqoreviç 965-ci ildə xəzərlərə qarşı yürüş edib Sarkel qalasını alır və orada qala tikir. Beləliklə, ruslar öz sərhədlərini müəyyənləşdirirlər. Rus ədəbiyyatında xəzərlərə rus dövlətçiliyinə qarşı böyük bir təhlükə kimi baxılıb. Indiyə kimi belə bir assosiasiyalar var: “müasir xəzərlər”, “xəzər sui-qəsdi”, “Xəzər-Yəhudi qəzəbi” və s. Görün məsələ nə yerə gəlib çatıb ki, çeçenləri də xəzərlərə bağlamaq istəyirlər. Bəzi yerlərdə yazırlar ki, sən demə çeçenlər də xəzərlərin qalığıdır.

Sovet tarixşünaslığında belə bir fikir hakim idi ki, Azərbaycanda yerli əhali hər zaman kənar işğalçılara qarşı mübarizə aparıb. Bir tərəfdən müsəlman ərəblər, digər tərəfdən köçəri xəzərlər Azərbaycana işğalçı yürüşlər ediblər, ruslar isə ölkəmizi bu işğalçılardan xilas edib. Əvvəla, bilirik ki, xəzərlər bura gələndə ərəblər ilə savaşıblar. İkincisi, ərəblər gələnə qədər bu ərazilərdə xeyli sayda xəzərlər artıq məskunlaşmışdılar. Üçüncüsü, xəzərlərdən əvvəl burada yaşayan türk tayfaları xarici işğalçılara: Sasani, Bizans və Ərəb imperiyalarına qarşı mübarizədə öndə gediblər. Ona görə də xəzərlər və Azərbaycandakı yerli əhali arasında maraqlar çox zaman üst-üstə düşüb.

Fuad Babayev: Əfqanıstanda yaşayan hazaraların xəzərlərə aidiyyəti var?

Əkbər Nəcəf: Hazaralar monqol əsilli əsgəri bir qrup olub. İndiki Əfqanıstan ərazisində orduda xidmət edib, orada da qalıbar. Zaman-zaman puştular və digər qonşu xalqlar ilə qaynayıb qarışıblar, nəticədə dari dilində danışan bir kimlik ortaya çıxıb.

Fərda Əsədov: Hazara sözünün xəzərlər ilə əlaqəsi yoxdur. O xalqın adındakı “hazar” farsca “min” deməkdir. Xəzərlərdə isə adın əvvəlində “x” hərfi gəlir. Əslində “x” hərfi türklərin qədim abidəsi olan “Orxan-Yenisey”-də yoxdur. Hətta erkən rus mənbələrində də bu səs “k” kimi istifadə olunur. Məsələn, “kazarin”, “kozarı”. Çin mənbələrində də “k” kimi işlənir: “kesa”, “kosa”. Amma ərəb, fars və Bizans mənbələrində “x” hərfi var. Məşhur rus şərqşünası Sergey Qriqoryeviç Klyaştornı uyğur yazılı abidələrində olan nəsil adlarını türk-xəzər adları ilə eyniləşdirib. Beləliklə də xəzərlərin mənşəyini türk xaqanlığının erkən tarixindən çıxardıb. Bəlkə də xəzərlərin ən erkən qeydə alınma faktı süryani dilində yazılan mənbələrdədir. VI əsrin 2-ci yarısına düşən bu mənbələrdə də xəzərlərin adı “k” hərfi ilə başlayır.

Təmkin Məmmədli: Xəzərlərin kaspilərlə əlaqəsi var?

Fərda Əsədov: Heç bir əlaqəsi yoxdur. Kaspi yalnız antik mənbələrdə qeyd olunan xalq adıdır. Bu xalq Xəzər dənizinin cənub-qərbində yaşayıb. Ona görə də antik mənbələr Xəzəri Kaspi dənizi adlandırırdılar. Ərəblər isə ən çox üz-üzə gəldikləri və savaşdıqları xəzərlərin adı ilə bu dənizə Xəzər deyiblər. Həm də ərəblər bu dənizi bir neçə adla tanıyırdılar: Xəzər, Tabasaran, Mazandaran, Gilan və s. Hətta avropalılar bir vaxtlar Bakı dənizi deyirdilər. Nəyə görə belədir? Məncə bu, hansı tərəfdən dənizi səciyyələndirmək anlamına gəlir. Əgər Tabasarandan şimala doğru dəniz yolları haqqında söhbət gedirdisə, ərəb “Tabasaran dənizi” də deyə bilərdi.

Təmkin Məmmədli: Azərbaycan ərazisində Xəzər toponimlərinə rast gəlinir?

Fərda Əsədov: Xeyli sayda adlar var. Hətta İran Azərbaycanında da bu toponimlər mövcuddur.

Əkbər Nəcəf: Biz Xəzər dediyimiz zaman indiki Volqa çayının dənizə tökülən hissəsi və ətrafı gözümüzdə canlanır. Amma nəzərə almaq lazımdır ki, xəzərlərin Səməndər, Bələncər kimi ilk böyük mərkəzləri Azərbaycana yaxın indiki Dağıstan ərazisində idi. Bəziləri Mahaçqalanın cənubunda böyük arxeoloji xarabalığın Səməndər olduğunu iddia edirlər. Amma nəzərə almaq lazımdır ki, klassik türk dövlətlərinin paytaxt anlayışı bildiyimiz imarətlərin mövcud olduğu şəhər anlayışı deyil. Azərbaycana çox yaxında olan xaqanlığın ölkəmizin mühitinə təsir etməməsi qeyri-mümkün idi. Biz, ümumiyyətlə, sovet tarixşünaslığından irəli gələn fikrə əsasən Samurun yuxarı hissəsində olan bütün hadisələrə şimal tayfalarının işğalçı yürüşü olaraq baxmışıq. Halbuki bu güclər arasında elə də kəskin sərhədlər yox idi, rahatlıqla bir-birinin içərisinə müdaxilə edə bilirdilər. Həm də o dövrün tarix kitablarında Ərəb-Xəzər müharibələrindən savayı heç nədən yazmırdılar. Sanki böyük bir dövr yalnız müharibələrdən ibarət olub. Məsələn, o dövrdə Bərdədə məşhur bir toy olub: Xəzər xaqanının qızı ilə Abbasi xəlifəsi Əbu Cəfər əl-Mənsurun Azərbaycan və Ərməniyyə üzrə canişini Yəzid ibn Useyd əs-Sulami evlənib. Bu toy üçün yer digər coğrafiya da seçilə bilərdi. Amma seçilən yer iki tərəf arasında ortaq və bir-biri ilə yaxından əlaqə qurula biləcək coğrafiya idi.

Abbasilər dövrü Ərəb xilafətinin ən rifah çağlarından biri olub. Xilafət ilə Xəzər dövləti arasında aktiv ticarət var idi. Yaxın Şərqin ticarət tarixini yazan Vilhelm Heyd yazırdı ki, Skandinaviyada bir çox vikinq kralına aid xəzinələrin çoxunun müsəlman sikkələrindən ibarət olmasına təəccüb etməmək lazımdır. Yəni indiki ABŞ dolları kimi o dövrün müsəlman dinarı da dünya ticarət münasibətlərində önəmli rol oynayırdı. Bizim bu coğrafiya isə bu münasibətlərin göbəyi idi. Ona görə də Xəzər və İslam dünyasından bizim coğrafiyanı kəsib ayırmaq və ortada özünə ayrı bir kimlik yaratmaq düzgün deyildir. Əksinə, bu, bizim tariximiz üçün bir zənginlikdir ki, münasibətlərin düyünləndiyi bir mərkəzdə oturub, o mərkəzdə gedən münasibətləri idarə edən coğrafiyanın sahibiyik.

Xəzər kimliyi bizim coğrafiya üzərində dərin təsirlər buraxmışdır. 10 000 xəzərin, 5 000 sabirin bölgəmizə gəlməsi Azərbaycandakı hadisələrə ciddi təsir etmişdir.

Fərda Əsədov: Xəzərlərin Azərbaycan ərazilərinin bütövləşməsində oynadığı rolu da qeyd etmək istərdim. O dövrə qədər Azərbaycanın şimal hissəsini müəyyən qədər köçəri tayfaların təsirində olan, tarixi aqibəti cənubdan – Atropatenadan fərqli olan ərazi kimi qeyd edə bilərik. Lakin xəzərlərin ərəblərin Azərbaycana irəliləməsinin qarşısını alması, onlara uğurlu müqavimət göstərməsi, İpək Yolu boyu öz nüfuzlarını artırması və bu yolda ticarəti təşkil etməsi, bu yolların xəzərlər sayəsində Azərbaycan ərazisindən keçməsi Azərbaycana böyük şans verir və bölgəmiz Yaxın Şərqlə ticarət münasibətlərində əsas rollardan birini oynayır. Nəticədə, karvanların ehtiyacını təmin etmək üçün yerli istehsal yaranır, şəhərlər çiçəklənir. Bunun da sayəsində Azərbaycanın şimalı və cənubu bir-birinə daha da yaxınlaşır, iqtisadi maraqları üst-üstə düşməyə başlayır. Hətta bəzi toponimlər cənubda da təkrarlanmağa başlayır. Məsələn, iki Beyləqan adlı yaşayış məskəni yaranır. Bu dövr tarixi Azərbaycanın bütövləşməsinin bəlkə də həlledici mərhələlərindən biri olub.

Əkbər Nəcəf: Çox istərdim ki, bu mövzu Fərda müəllimin kitabı ilə məhdudlaşmasın. Rəhmətlik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” kitabında Azərbaycan etnogenezinin formalaşmasında xəzərlərin rolunu ilk dəfə dilə gətirmişdi. Bu fikir 1960-70-ci illərdə böyük cəsarət tələb edirdi. Artıq bu mövzunu daha da inkişaf etdirmək lazımdır. Xəzər mövzusuna ədəbiyyatda, publisistikada yer verilməli, bu barədə filmlər çəkilməlidir.

Materialda cont.ws saytından götürülmüş fotodan istifadə olunub.

Hazırladı: Mehman İbrahimov, 1905.az

Xezer Dovleti – Wikipedia

Xəzər xaqanlığı (türk. Hazarlar ; başq. Хазарлар ; tatar. Хәзәрләр , Xäzärlär; ivr. כוזרים ‎, Kuzarim; ərəb. خزر , Xazar; ukr. Хоза́ри , Chozáry; rus. Хаза́ры , Hazáry; fars. خزر ‎, Xazar; yun. Χάζαροι ) — VII və XI əsrlərdə arasında Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş, [2] tarixi türk dövləti. [3] Xəzər sözü, kaz kökündən yaranmışdır. “Ka-zar”, yəni sərbəst olan, bir yerlə bağlı olmayan mənasına gəlir. [4] [5] Naməlum müəllif tərəfindən Qəznəvi hökmdarı Sultan Məhəmmədə həsr olunan Hüdud əl-aləm əsərinə görə Xəzər hökmdarları Ansa sülaləsindəndir [6] və bu sülalə öz növbəsində Mərkəzi Asiyadan gəlmədir. [7] [8] Bəzi müəlliflər belə ehtimal edirlər ki, xəzərlər Böyük Hun imperiyasının qəbilələri arasında da olublar. [9] 586-cı ildən sonrakı Bizans mənbələrində xəzərlərə “Türklər” deyə müraciət edilir. [10] Türklərin İslamdan əvvəl Tanrıçılıq dinində olmasına baxmayaraq, 740-cı illərdə xəzərlərin əksəriyyəti yəhudiliyi qəbul etmişdilər. Habelə, Xəzər xaqanlığında paqanizm də geniş şəkildə yayılmışdı. [11]

ממלכת הכוזרים
Xəzər xaqanlığı
Xəzər xaqanlığı, 650-850-ci illər
• IX əsrdə hakimiyyətdə olanlar
• X əsrdə hakimiyyətdə olanlar
Digər türk sülalələri

Xəzərlərin paytaxtı 723-cü ilə kimi Səməndər, sonra isə İdil şəhəri olmuşdu. Şəhər Volqa çayının keçmiş adı ilə adlandırılmışdır. X əsrlərdə oturaq əhali əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul idi. Xəzərlərdə ovçuluq geniş yayılmışdı, onlar balıqçılıqla da məşğul olmuşdular. Şəhərlərdə sənətkarlıq inkişaf etmişdi.

Xəzərlərin sərhədlərindəki xalqlar və dövlətlər ilə sıx əlaqələri olmuşdur. Xəzərlər Göytürk xaqanlığının tənəzzülü ilə əlaqədar tam müstəqillik əldə etdilər. Xəzərlər Bizans, Sasani, Ərəb imperiyaları ilə sıx əlaqələr qurmuşlar, slavyan qəbilələrini və İdil-bulqarlarını öz hakimiyyətləri altına almışlar. [12]

628-ci ildə Bizans-Sasani müharibəsində Bizansla ittifaqa girən xəzərlər Bizansın üstün gəlməsində önəmli rol oynamışdılar. Sasani-Bizans mübarizəsində Bizansın yanında iştirak edən Xəzər xaqanlığı, Bizans mənbələrinə görə 629-cu ildə Tiflisi ələ keçirdi. Bu isə Sasanilərin Qafqazdakı hərbi nüfuzuna zərbə vurmuş oldu. Bizans imperatoru III Leon 733-cü ildə oğlu Konstantini Xəzər xaqanının qızıyla evləndirdi. Ondan əvvəl Bizans imperatoru Herakleios (VII əsr) xəzərlər ilə bir müttəfiqlik müqaviləsi imzalamışdı. [12]

Xəzər-ərəb əlaqələri isə ən çox müharibə şəklində olmuşdur. İlk toqquşmalarda üstünlük xəzərlərin əlində olsa da, ərəb orduları VIII yüzillikdən sonra xəzərlər üzərində qələbələr əldə etməyə başlamışlar. Nəhayət, 737-ci ildə Xəzər xaqanı ərəblərdən sülh istəmiş və bundan sonra xəzərlər arasında İslam dini yayılmağa başlamışdır. [12]

Xəzərlərin yaşadıqları bölgə ticarət mərkəzi kimi də əhəmiyyətli yer sayılırdı. [12] IX yüzilliyin ortalarında peçeneqlərin İdil-Xarəzm ticarət yolunu ələ keçirmələri ilə əlaqədar başlıca gəlir mənbələrini itirən Xəzər xaqanlığı zəiflədi. Bu vəziyyətdən faydalanan Rus knyazları paytaxt İdilə və Qafqaza hücum etdilər. Ruslarla eyni zamanda Bizans imperiyasının qüvvələri da Xəzər xaqanlığının ərazisinə soxuldular. [13]

Digər türk tayfaları, Bizans və Kiyev-rus knyazlığı ilə aparılan müharibələr, habelə daxili münaqişələr xaqanlığın süqutuna gətirib çıxardı. İqtisadi tənəzzülə uğrayan və bir neçə cəbhədə müharibələr aparan Xəzər xaqanlığı 1048-ci ildə süquta uğradı.

Mündəricat

  • 1 Xəzərlərin mənşəyi
  • 2 Siyasi tarix
    • 2.1 Xaqanlığın yaranması
    • 2.2 Ərəb xilafəti ilə münasibətlər
    • 2.3 Bizans ilə münasibətlər
    • 2.4 Ruslar ilə münasibətlər
    • 2.5 Digər Türk tayfaları ilə münasibətlər
    • 6.1 Dil və yazı

    Xəzərlərin mənşəyi

    Əsas məqalə: Xəzərlər

    Bu mövzuda araşdırma aparan bəzi SSRİ tarixçilərinin fikrincə, xəzərlər Şimali Qafqazın yerli xalqlarından biridirlər. Ümumi olaraq xəzərlərin etnik mənşəyi ortaq bir qərar yoxdur. Duqlas Morton, Dunlop və Piter Benjamin Qolden kimi tədqiqatçılar isə xəzərlərin telelərdən və ya uyğurlardan olduqlarını qəbul edirlər. [14] Fransız tədqiqatçı və tarixçi Renye Qroset, göytürklərin Jujan xaqanlığının hakimiyyətini ələ keçirməsi nəticəsində xəzərlərin qərbə köçən türk xalqlarından biri olduğunu yazır. [15] Əl-Məsudinin yazır ki, xəzərlər sabarların davamçılarıdır. Həmçinin Bizans və iranlılar tərəfindən “xəzər”, eyni zamanda “türklər” kimi adlandırılıblar. D. M. Dunlop, Çin mənbələrində xəzərlərin “Ho-sa-K’o-sa” (çin dili: 突厥可薩部) adlandırıldıqlarını sübut etsə də, P. B. Qolden xəzərlər ilə uyğurlar arasında əlaqənin mümkün olmadığını və onların oğurlar ilə bağlı olduqlarını irəli sürür. [16] Qədim rus mənbələrində xəzərlər “ağ uqrilər”, macarlar isə “qara uqrilər” kimi keçirdilər. [17] Yunan tarixiçisi Teofanis qeydlərində xəzərləri “şərqdən gələn türklər” adlandırır. [18] Xəzərlərin müasiri olan ərəb səyyah və coğrafiyaçıları olan İbn Havqəl və əl-İstəxri yazırlar ki, xəzər nə bir millətin, nə də xalqın adı deyil, yalnız paytaxtı İdil olan ölkəyə verilən addır. [19] [20]

    İstəxri xəzərləri, “ağ xəzərlər” [21] və “qara xəzərlərə” bölür. İstəxri qeydlərində ağ xəzərləri mavi gözlü və qırmızı saçlı olaraq qeyd edir. Qara xəzərləri isə dərilərinin qara rənginə istinadən hindlilərə bənzədir. [22] Bəzi mənbələrdə isə bu bölünmə sinfi bölünmə olaraq göstərilir. Yəni, qara xəzərlər aşağı təbəqə, ağ xəzərlər isə hökmdar təbəqəsi olmuşdur. [23] İbn Rəbbihi yazır ki, xəzərlər qara saçlı, mavi gözlü və açıq dərilidilər. [24] İbn Səd əl-Məğribi də İbn Rəbbihinin fikrinə qatılaraq yazır: “Xəzərlər ağ rəngli, mavi gözlü, qırmızı saçlı və böyük bədənlidirlər”. [25]

    Siyasi tarix

    Xaqanlığın yaranması

    Göytürk xaqanlığı dövründə xəzərlər, Göytürk xaqanlığının qərb qanadını təşkil edirdilər. Göytürklərin dağılmasından sonra, müstəqil olmuş xəzərlər, Kuban çayı və Azov dənizi arasındakı ərazidə məskunlaşmışlar. [26] Xəzərlər buradakı digər türk boylarını da özlərinə tabe etmiş [27] və VII–X əsrlərdə Xəzər dənizi ilə Qara dənizin şimalında hakimiyyət qurmuşlar. [27] X əsr tarixcisi Məsudi yazır ki, iranlıların “xəzər” dedikləri qövmə, türklər “sabar (sabir)” deyirdilər. [28] Xəzər xaqanlığının hakimiyyəti altındakı torpaqlar bir dövrlərdə türklərin qərbdən şərqə doğru böyük köçünün üzərində yerləşdiyi üçün bir çox hun, ogur, fin-uqor və avarlardan olan köçərilər də bu ərazidə məskunlaşırdılar. [29] Xəzərlər haqqında məlumat verən gürcü mənbələrinə görə, xəzərlər bu əraziyə miladdan əvvəlki dövrlərdə gəliblər. [30] Xəzərlərinn tarix səhnəsinə çıxmaları isə II əsrin sonlarına təsadüf edir. [31] 198-ci ildə barsillərlə birləşən xəzərlər, Ərməniyyə ərazisinə hücum etmişlər. Xəzərlər III əsrin əvvələri, IV əsrin ortalarına qədər Ərməniyyədə Bizansa qarşı Sasanilərlə birlikdə döyüşmüşlər. IV əsrin ikinci yarısından başlayaraq Sasanilərin Ərməniyyəni ələ keçirərək onlara xəyanət etməsindən sonra Bizansla birləşərək Sasanilərə qarşı mübarizə aparmışlar. Buna cavab olaraq Sasanilər Qafqazdakı qəbilələri ilə xəzərlərə qarşı birləşdilər. [32]

    Atillanın isə 434-cü ildə Hun imperatoru olması ilə xəzərlər bir müddət Qərbi Hun imperiyasına tabe oldular. [33] Ancaq Attillanın ölümündən sonra Hun imperiyasından ayrılan xəzərlər yenidən Sasani torpaqlarına hücum etməyə başladılar. Müqavimət göstərə bilməyən Sasanilər Bizansdan kömək istədilər. V əsrdə xəzərlər Avar xaqanlığına tabe oldular. 558-ci ildən etibarən tez-tez davam edən Sasani-xəzər müharibələri Sasani hökmdarını Dərbənd və Qafqazın keçidlərində bir sıra qalalar və səddlər tikməyə məcbur etmişdir. [34] Getdikcə qüvvətlənən xəzərləri məğlub edə bilməyəcəyini başa düşən Sasani hökmdarı Ənuşirvan, şimal tərəfdən olan təhlükənin qarşısını almaq üçün xəzərlər ilə dostluq münasibətləri yaratdı. [35] Bu dostluq münasibətləri davamlı olmadı. Beləki, Çorpan Tərxanın rəhbərliyi altında 626–627-ci illərdə xəzərlər Bizans ilə birləşərək Araz çayına qədər bütün Şimali Azərbaycanı və Ərməniyyəni ələ keçirdilər. 629-cu ildə Tiflis ələ keçirildi. Beləliklə, Sasanilərlə mübarizədə Xəzər xaqanlığı Bizansın ən yaxşı müttəfiqi oldu. Xəzərlər 582-ci ildə Göytürk xaqanlığı olaraq iki qrupa bölündükdən və Qərb Göytürk xaqanlığının süqutundan sonra müstəqil bir xaqanlığa çevrildilər. 630-cu ildə siyasi və hərbi gücünü sürətlə genişləndirən Xəzər xaqanlığı tam müstəqil oldu. [36] [37]

    Ərəb xilafəti ilə münasibətlər

    Əsas məqalə: Xəzər-ərəb müharibələri
    Ərəb xilafətinin genişlənməsi (730-cu il)

    Xəzər-Bizans müttəfiqliyi nəticəsində zəifləyən Sasani imperiyası 632–634-cü illərdə Ərəb xilafətinin qüvvələri tərəfindən dağıldı və İran ərazisi ərəblərin əlinə keçdi. Beləliklə, hakimiyyətini genişləndirməyə çalışan Ərəb xilafəti Ərməniyyə vasitəsilə Qafqaza və Suriya yolu ilə Anadolu ərazisinə soxulmağa başladı. Xəzərlərin ərəblərlə mübarizəsi şiddətli və davamlı olmuşdu. İlk böyük toqquşma 651–652-ci illərdə Xəlifə Ömər dövründə baş vermişdi. Xilafət ordusu Xəzəryanı torpaqları və Dərbəndi tutaraq Xəzər xaqanlığının paytaxtı Bələncərə çatsa da, [38] [39] məğlubiyyətə uğrayaraq geri çəkildi. Bələncərin Xilafət tərəfindən işğalından sonra Xəzər xaqanlığının paytaxtı Aşağı İdilə köçürüldü. Əks-hücuma keçən Xəzər qüvvələri isə Ərməniyyəni ələ keçirdilər. [40]

    Bu dövrdə Qara dənizin şimalındakı Böyük Bulqar xaqanlığı isə, Xəzər xaqanlığı ilə rəqabət apara bilməyərək parçalandı. Böyük Bulqar xaqanlığının İdil bulqarları və Tuna bulqarlarına ayrılmasından istifadə edən Xəzər xaqanı Dneyprə qədər əraziləri ələ keçirdi. [41] VII əsrin sonlarında Xəzər xaqanlığı Krımı ələ keçirdi. Habelə, ölkənin cənub sərhədindəki Xilafətin Şimali Qafqaza gedən bütün yolları Xəzər xaqanlığının qüvvələri tərəfindən bağlandı. Xilafət ordusu Xəzər qüvvələrinin müqavimətini qıra bilmirdi. [42] 652–656 illərdə Xəlifə Osmanın öldürülməsi nəticəsində Xilafətin daxilindəki qarışıqlıqdan istifadə edən xəzərlər Arrana qədər ərazini ələ keçirdilər.

    Xəlifəsi Müaviyə dövründə Qafqazdakı toqquşmalar yenidən canlandı. Ancaq 717-ci ildə Konstantinapola hücuma hazırlaşan Xilafət, Qafqazdakı hərbi əməliyyatları dayandırdı. Xəzərlər 717–718-ci illərdə Şirvana daxil oldular, bir müddətdən sonra isə Azərbaycanın böyük bir hissəsini işğal etdilər. [43] Xilafət ordusu yenidən güc toplayıb hücum etsə də Şimali Qafqaza qədər irəliləyə bilirdi. 731-ci ildə Xəzər xaqanlığı Qafqazda irəliləyən Xilafətə qarşı, böyük sayda hərbi qüvvəylə hücuma keçərək Mosula qədər irəlilədi. Həmçinin Ərməniyyə də ələ keçirildi və vali Cərrah öldürüldü. [44] Yalnız ərəb sərkərdəsi Səid əl-Xarəşinin əks-hücumu nəticəsində xəzərlər geri çəkildilər.

    Xəzər xaqanlığı ən qüvvətli dövrlərində (820-ci il)

    722–723-cü illərdə Mərvan ibn Məhəmməd Ərməniyyə və Azərbaycan hakimi təyin olundu. Onun hakimliyi dövründə Xilafət Qafqazda böyük uğurlar qazandı. Döyüşlərdə davamlı qalibiyyət əldə edən ərəblər, Səməndər və Xəzər xaqanlığının digər böyük şəhərlərini ələ keçirdilər. [44] Müharibədə xəzərlərdən itki və əsir çox olduğu üçün Xəzər xaqanı sülh təklifi etdi. Ərəblər Xəzər xaqanının ərəb hökmranlığını və İslamı qəbul etmək şərtilə sülh təklifini qəbul etdilər. [44] Bundan əlavə, paytaxt İdildə iki fəqih qalmalı və əhaliyə İslamı öyrətməli idi, lakin ərəblərin geri dönməsindən sonra Xəzər xaqanı keçmiş dininə döndü. Mərvanın dövründə Xəzər xaqanlığı və Xilafət arasındakı münasibətlər sülh şəklində olmuşdu. [45] Abbasilər hakimiyyətə gəldikdən sonra da böyük dəyişiklik olmadı. 763-cü ildən sonra tərəflər arasında böyük hərbi əməliyyatlar, xırda toqquşmalar ilə əvəz edilmişdi. [46]

    Xəzərlərin Xilafət ərazisinə son hücumları xəlifə Harun ər-Rəşid dövründə olmuşdur. Xəlifə xəzər ordusunun qarşısını almaq üçün sərkərdəsi Yezidi Ərməniyyəyə göndərdi. Yezid xəzər ordusunu Ərməniyyədən çıxarmağa müvəffəq oldu. [47] Bundan sonra dövr mənbələrində xəzər hücumlarından danışılmır.

    Bizans ilə münasibətlər

    Əsas məqalə: Xəzər–Bizans münasibətləri

    Xəzər xaqanlığı VII əsrdə Krım qotlarını özünə tabe etdi. 787-ci ildə isə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını da ələ keçirən xəzərlər, qotların Krımdakı hakimiyyətlərinə tamamilə son qoydular. [48] Qara dənizin şimal hssəsinin və Krımın Xəzər xaqanlığı tərəfindən tutulması, Xəzər xaqanlığı və Bizans arasındakı əlaqələrin daha da sıxlaşmasına gətirib çıxarmışdır. [49] Xəzərlərin Krımı tutmasından əvvəl, 695-ci ildə taxtdan salınmış Bizans imperatoru II Yustinian Krım qotlarına sığınmışdı. Qotlar da II Yustinianı Xəzər xaqanı Busirə təhvil verdilər. 704-cü ildə Busir xaqan öz bacısını II Yustinian ilə evləndirdi. Yenidən Konstantinopola dönən II Yustinian hakimiyyəti ələ keçirsə də yenidən taxtdan salındı və öldürüldü. [50]

    Ərəb xilafətinə və Sasanilərə qarşı müharibələrdə Xəzər xaqanlığı və Bizans imperiyası arasında müttəfiqlik olmuşdur. Əlaqələri möhkəmləndirmək üçün Bizans imperatoru III Leon, Bihar xaqanın qızıyla evlənmişdir. III Leonun Bihar xaqanın qızından olan oğlu IV Leon atasının ölümündən sonra 775-ci ildə Bizans taxtına çıxmışdır. Qohumluq diplomatiyasının da nəticəsi ilə iki tərəf arasında ticarət əlaqələri inkişaf etdi. 834–835-ci illərdə Xəzər xaqanlığının macarları və peçenəqləri nəzarət altında saxlamaq üçün inşa etdiriyi Sarkel qalasının tikilməsinə Bizans hökmdarı Feofil də dəstək göstərmişdir. [51]

    Xəzər-Bizans münasibətləri İmperator I Romanos Bizansın yəhudilərə qarşı olan münasibətilə pozulmuşdur. Beləliklə, Bizansdan qovulmuş bir çox yəhudi Xəzər xaqanlığına sığındı və 932-ci ildə Bizans və xəzərlər arasındakı münasibətlər yenidən pozuldu. [52] Xəzər xaqanı Bizansa cavab olaraq xaqanlıq ərazisindəki xristianları təqib etməyə başladı. Bu xəbər Bizans imperatoru I Romanosa çatdıqda imperator Xəzər xaqanlığına qarşı Kiyev knyazlığı ilə müttəfiqlik əlaqələri qurmağa başladı. [53] Əlavə olaraq Bizans peçeneqlər, uzlar və alanlar ilə birləşərək Xəzər xaqanlığına hücum etsə də məğlub olmuşdur. [54]

    Ruslar ilə münasibətlər

    Rusların [ölü keçid] xəzərlərə xərac verməsi-Radzivil salnaməsi, XVI əsr

    Dövrün mənbələri Xəzər xaqanlığı ilə rus-slavyan tayfaları arasındakı əlaqələr haqqında 859-cu ildən sonra məlumat verməyə başlayıblar. İlk məlumatlarda xəzərlərin polyan, severyan, radimiç və vyatiç kimi rus-slavyan tayfalarını özlərinə tabe etdikləri və bac aldıqları haqqındadır. 884-cü ildə bu vəziyyətin qarşısını almaq üçün hərəkətə başlayan Kiyev knyazı Oleq Veşiy, həmin ildə severyanların üzərinə hücuma keçərək xəzərlərə bac vermələrini dayandırmaqlarını tələb etmişdi. [55] 884-cü ildə rus-slavyan tayfaları xəzərlərə qarşı birləşdilər. Tərəflər arasında baş verən hərbi toqquşmalar Xəzər xaqanlığının ağır məğlubiyyəti ilə nəticələndi. 892-ci ildə ruslar 55 gəmisi ilə Xəzəryanı torpaqlara hücuma keçdilər. Ciyl və Deyləm sahillərinə, Təbəristan və Abaskun ərazilərinə ordu çıxardılar. Əhalini qarət etdikdən sonra bol qənimətlə geri döndülər. Slavyanlar Xəzər xaqanlığı ərazisindən keçib getdikləri üçün qənimətin bir hissəsini də Xəzər xaqanına verdilər, lakin Xəzər xaqanının müsəlman əsgərləri, rusların nə etdiklərini öyrənərək, ruslara hücum etmək üçün xaqandan icazəni istədilər. Xəzər xaqanı onların bu tələbinə müsbət cavab verdikdən sonra slavyanlara hücuma keçərək onları darmadağın etdilər. [56]

    IX əsrin ikinci yarısından başlayaraq, ruslar Xəzər ərazilərində əsasən ticarətlə məşğul olmağa başladılar. Əldə etdikləri rahatlıq slavyanların Kiyev şəhərini də xəzərlərdən almasına gətirib çıxardı. [48] Habelə, Dnepr çayından Qara dənizə qədər olan böyük ticarət yolları da slavyanlar tərəfindən ələ keçirildi. Xəzərlərin itirdikləri torpaqkardakı slavyan tayfaları da asılıqdan çıxdılar və Xəzər xaqanlığına vergi verməkdən imtina etdilər. 913-cü ildə ruslar Xəzər xaqanından icazə alaraq xaqanlıq torpaqlarından keçmiş və bəzi ərazilərə yürüşlər etmişlər. Razılığa əsasən əldə olunan qənimət bölüşdürülmüşdür, lakin 925-ci ildə rusların Xəzər xaqanından icazəsiz olaraq, xaqanlığın ərazisindən keçməyə başladılar. Bu xəbər Xəzər xaqanına çatdıqda Tmutarakan şəhəri yaxınlığında rusların qarşısını kəsmiş və onları məğlubiyyətə uğratmışdır. 939-cu ildə Kiyev knyazı I İqor yenidən Xəzər xaqanlığı ərazisinə, Tmutarakan şəhərinə hücuma keçdi. I İqorun hücumunun qarşısı alınsa da, yaranmış qarışıqlıqdan istifadə edən Bizans qüvvələrinin qarşısı alına bilmədi. Belə ki, Bizans qüvvələri Krım yarımadasının bir hissəsini ələ keçirdilər. 939-cu ildə Krıma yürüş təşkil edən Xəzər xaqanı II Aaron Bizans qüvvələrini Krımdan çıxardı. 941-ci ildə əks hücuma keçən Bizans donanmasının da qarşısı alındı. 944-cü ildə ruslar, xəzərlərin ərazisindən keçərək o dövrdə Qafqazın mərkəzi sayılan Azərbaycanın Bərdə şəhərinə hücuma keçdilər, kütləvi qırğınlar və qarətlər törətsələr də Xəzər xaqanlığı tərəfindən heçbir cavab tədbiri görülmədi. [57] I Svyatoslav 965-ci ildə Xəzər xaqanlığı üzərinə yürüş təşkil etdi. Yürüş xəzərlərin məğlubiyyətilə nəticələndi və Sarkel şəhəri ruslar tərəfindən ələ keçirildi. [58] [59]

    Digər Türk tayfaları ilə münasibətlər

    IX əsrin ortalarına qədər inkişaf edən Xəzər xaqanlığı əsrin sonlarına doğru zəifləməyə başladı. Beləliklə, xəzərlərin ərazisində və sərhəd bölgələrində yaşayan türklər xəzərlərə qarşı aktivləşdilər. IX əsrin sonlarında qıpçaq və uzların Xəzər xaqanlığına hücumları dəf edilsə də onları tam məğlub etmək mümkün olmadı. [60] 854-cü ildə kəbərlər, sonradan macarlar və bulqarlar xəzərlərin hakimiyyətindən çıxdılar. Həmçinin qərbdəki peçeneqlərin hücumları Xəzər xaqanlığının süqutunun sürətlənməsinə böyük təsir göstərdi. Peçeneqlər 860–880-ci illərdə uzlara qalib gələrək Xəzər xaqanlığı torpaqlarına, Don və Kuban çaylarının sahillərinə köç etmişlər. [61]

    Macarlar xəzərlərin hakimiyyətindən çıxdıqdan sonra Xəzər xaqanlığının himayəsi altında Macar dövlətinin (Arpad sülaləsi) əsasını qoydular. [62] [63] IX əsrin sonlarında, bulqarlar və peçeneqlərin macarları darmadağın etməsi nəticəsində, macarlar qərbə, indiki Macarıstan ərazisinə köç etdilər. [62] 9-cu əsrin əvvəllərində peçeneqlər yenidən xəzərlərə hücum etsələr də, oğuzların köməyi bu hücumların qarşısını almağa Xəzər xaqanına böyük dəstək oldu. 970-ci ildən etibarən xəzərlərin nəzarətində yaşayan xalqların müstəqilləşməsi və peçeneq, uz, kuman-qıpçaq kimi türk tayfalarının hücumları nəticəsində Xəzər xaqanlığının onsuzda zəifləyən hakimiyyəti daha da ağır zərbə aldı. [64] Xəzərlərdən bəziləri 965-ci ildən sonra Krımda, digərləri isə Xəzər dənizi və Qafqazda öz varlıqlarını davam etdirdilər. Bunun əsas səbəbi isə artıq torpaqların xəzərlərin idarəsi altından çıxması və burada başqa türk tayfalarının yerləşməsi idi. [57] Habelə kuman-qıpçaqların Qərbi Sibirdən Volqa sahillərinə köç etmələriylə xəzərlərin Xarəzm və Türkistanla ticarət əlaqələrinin qarşısı kəsildi. [65] Beləliklə hərbi və iqtisadi cəhətdən zəifləyən Xəzər xaqanlığlına son zərbə kuman-qıpçaqlar tərəfindən vuruldu. [66]

    Xaqanlığın süqutu

    Xəzərlər I Svyatoslavın Kerç boğazını və Qafqazın Kuban sahillərini elə keçirməsinə baxmayaraq Krım ətrafında varlıqlarını davam etdirdilər. Bizans mənbələrinə görə ruslar və digər türk boyları müttəfiqlik quraraq Xəzər xaqanlığının dağılmasına səbəb oldular. Belə ki, 1016–1019-cu illərdə Bizans və Kiyev knyazlığı xəzərlərə qarşı ittifaq qurdular. Bizans imperatoru II Basileiosun göndərdiyi donanmanın köməkliyi ilə Kiyev rus knyazlığı Xəzər xaqanlığının tabeliyində olan Tmutarakan və ətrafını ələ keçirdilər. Müqavimət göstərən xaqan Georgius Tzul isə əsir alındı. Xaqan xristianlığı qəbul etdi və Arbon ləqəbini götürdü. Mstislav bundan sonra Tmutarakan knyazı olmuş və 1022-də ordusuna aldığı xəzərlərin da köməyiylə Kiyevdeki qardaşı I Yaroslava qarşı döyüşmüşdür. 1016-cı ildən sonra müstəqilliklərini Aşağı İdil boylarında, Azov və Krımda kiçik xanlıqlar quraraq davam etdirən xəzərlərə son zərbəni 1030-cu ildə peçeneqlər endirmişdir. [41] 1095-ci ilə aid rus mənbələrində xəzərlər artıq Rus knyazlarına tabe olduqları xatırlanır. [66] [67] Xəzər Xaqanlığı Bizans imperatorluğunun da təsirləri səbəbiylə XI əsrdə süqut etmişdir. [51]

    Şaban Kuzquna görə xəzərlərin süqut səbəbləri daxili və xarici olmaq üzrə 2 hissəyə ayrılır. Xarici səbəblərin ən əhəmiyyətlisi, xəzərlərin coğrafi baxımdan son dərəcə əhəmiyyətli bir bölgəni əllərində saxlamalarıdır. Daxili səbəblərin başlıcaları isə; Ölkədə xəzərlərin geniş bir sahəyə yayılmasıyla; din, dil, birliyinin yox olması, hərbi sistemin pozulması və ölkənin passivləşməsi idi. [68]

    Qoldenə görə xaqanlığın X əsrin ikinci yarısından sonra süqutu qaçınılmaz idi. Xəzərlərin süqutu İudaizm dinində olduqları üçün deyil, mərkəzləşdirilməyən dövlət quruluşunun yəni köçəri tayfa ittifaqının zəiflikləri və İdil ətrafında dəyişən iqtisadi tarazlıqlarla əlaqədardır. [69] Dövlətin dağılmasından sonra macarlar da daxil olmaqla müxtəlif xalqların arasına dağılan xəzərlərin bir qismi macarların hərbi qulluğuna daxil oldular. Dunlopa görə rusların donanmasının olması və belə bir donanmanın xəzərlərdə olmaması xəzərlərin quruda qazandıqları döyüş üstünlüklərini itirmələrinə gətirib çıxarmışdır. [70]

    Xəzər xaqanlığının dövlət idarəetməsi Göytürk xaqanlığının idarə sisteminin davamı olsa da, bəzi fərqli məqamlar özünü göstərirdi. Hüdud əl-aləm əsərinə görə, dövlətin başında duran hökmdar yəni xaqan, Aşina sülaləsindən gəlirdi və qədim türk adətlərinə uyğun olaraq İlahi mənşəli sayılırdı. Buna görə də xaqan olmaq üçün bu sülalədən olmaq lazım idi. [6] Xaqanlıq atadan oğula keçirdi və xaqanların Asena adlı dişi canavarın soyundan olduqlarına inanılırdı. [71] Xəzərlərdə “xaqan qətl etmə” adəti vardı. Ərəb tarixçisi İstəxriyə görə xaqan vəzifəyə başladıqdan sonra müəyyən yaş müddəti müəyyən olunur və bu müddət tamam olduqdan sonra xaqan öldürülürdü. [72] İbn Fədlana görə isə xaqan ən azı 40 il hakimiyyətdə qalırdısa yaşlılığın görə öldürülürdü. Bunun səbəbi isə hökmdarın qocalması, düşünmə və hökm vermə qabiliyyətini itirməsi düşüncəsi idi. [73]

    Digər türk dövlətlərində olduğu kimi Xəzər xaqanlığında da xaqanın müqəddəs bir gücü olduğuna inanılırdı. Xalq quraqlıq, qıtlıq və müharibələrdə uğursuzluqla üzləşərdisə bunda xaqanı günahkar hesab edirdilər və bu onun öldürülməsinə səbəb olurdu. [74] Xaqanın köməkçisinə kündür, onun da köməkçisinə çavışqır deyilirdı. Bu şəxslərdən başqa heç kim xaqanın yanına girə bilməzdi. Xaqanın düşmənə qarşı göndərdiyi ordu məğlub olardısa, qaçaraq geri dönənlər öldürülərdi, komandan və xaqan köməkçisi cəzalandırılırdı. Xəzərlərə tabe olan digər qövmlər mərkəzdən göndərilən il-teber və ya tudun deyilən şəxslər tərəfindən idarə olunurdu. [73] Xaqanın həyat yoldaşına digər türk dövlətlərində olduğu kimi xatun deyilirdi. Xaqan öldükdən sonra xüsusi diqqətlə hazırlanmış məzarda dəfn olunurdu. [71] Zaman keçdikdə Xəzər xaqanının mövqeyi zəiflədi. O.Pritsaka görə tarixçi əl-Yəqubinin IX əsrə aid olan yazılarında 799-cu ildə xaqanın həm ən üst səviyyədə idarəçi, həm də ordu komandanı olduğunu, ancaq 833-cü ilə gəldikdə isə səlahiyyətlərini digər bir idarəçi olan “bek”lə bölüşdüyünü yazırdı. [75] İbn Fədlana görə bekin hər cür qadağa qoymağa, cəzalandırmağa, bağışlamağa və dövlət işlərini idarə etməyə səlahiyyəti çatırdı. [76] Buna baxmayaraq yenə o dövrün qaydalarına görə bek sıralamada yalnız titulu kimi qalmış xaqandan sonra, ikinci gəlirdi. Bekin ən önəmli məsuliyyətlərindən biri də ordu komandanlığını yerinə yetirməkdi. Xəzər xaqanlığında idarəetmədə üçüncü pillədə duran şəxsə kender, dördüncü pillədə duran şəxsə isə cavışqar (kenderin vəkili) deyilirdi. Beşinci pillədə isə tərxan qərar tuturdu. Tərxanın vəzifəsi Xəzər xaqanlığı ordularında alay komandanlığını yerinə yetirmək və köməkçi ordulara komandanlıq etməkdi. Eyni zamanda VIII əsrdə Atilin valisi də tarxan titulunu daşıyırdı. [77]

    Xəzər [ölü keçid] əsgəri

    İstəxriyə görə Xəzər xaqanlığının ordusu 12000 nəfər idi. Əsgərlərin bir qismi istisna olmaqla digərləri nizamlı şəkildə maaş almırdı. Onlar maaşlarını uzun müddətə və nizamlı olmayan aralıqlarla alırdılar. Xəzərlərin muzdlu döyüşçüləri yox idi və şəhərlərin müdafiəsi könüllülər tərəfindən həyata keçirilirdi. Buna baxmayaraq IX əsrin ortalarından başlayaraq ticarətin inkişaf etməsi ilə hərblə məşğul olanların sayı getdikcə azalırdı və bu da muzdlu döyüşçülərin yaranıb saylarının artmasına səbəb oldu. [74] Bundan başqa Xarəzmdən gələn və “arsiya” adlandırılan İran mənşəli müsəlman əsgərlər xaqanın şəxsi mühafizəsini təşkil edirdi. Bundan başqa mənbələrdə Xəzər ordusunda rusların da yer aldığına rast gəlinməkdədir. [78] Xəzər ordusunun dəniz qüvvələri olduğuna isə rast gəlinmir. [79]

    Xəzər xaqanlığında vilayət hakimi vəzifəsini yerinə yetirənlər tudun adlanırdı və onlar xaqan tərəfindən təyin olunurdu. Tudunların vəzifəsi vergi yığmaq və gömrüyə nəzarət etməkdi. [80] “Balıqçı” adı verilən yerli sahil mühafizə xidmətləri də mövcud idi. Ancaq bəzi şəhərlərdə tudun və balıqçılarla eyni vəzifələri yerinə yetirən və seçilərək iş başına gətirilən şəxslər də vardı. Babaqhuq (şəhərin atası) adı verilən bu cür idarəçilərdən biri Xersonu 805–840-cı illərdə idarə etmişdi. Başqa bir babaqhuq isə 703-cü ildə Tmutarakanın idarəçisi idi. [81]

    Xəzərlərin idarə sistemi rusların qurduğu Kiyev knyazlığına da təsir etmişdi. Rusların kumanlara hücumundan sonra məğlub olmasından bəhs edən İqor dastanında Novqorod-Sverskprensi İqorun titulu “xaqan”dır. [82] Hüdud əl-aləm adlı əsərdə də İqordan “rus xaqanı” şəklində bəhs olunur. [83]

    Bütün inanclardan olan insanların məhkəmədə təmsil olunmasını təmin edən və beləliklə tolerantlıq yaradan xəzərlər, nizamlı bir hüquq sistemi qurmuşdular. Ali məhkəmə paytaxtda 4 fərqli inancı təmsil edən 7 baş hakimdən ibarət idi. Atildəki məhkəmədə isə əsasən ticarətlə bağlı şikayətlərə baxılırdı. [84]

    İqtisadiyyat

    Xəzərlərin əsas gəlirlərini ticatətdən əldə etsələr də, ixrac etmək üçün məhsulları az idi. Ən çox bal, yapışdırıcı, arı mumu, un, məxmər və kürk ixrac edilməkdə idi. Ticarət karvanları və ticarət gəmiləri məhsulun onda bir miqdarında vergi verirdilər. Habelə Xəzər dənizindən gələn gəmilərdən də gömrük vergisi alınırdı. Xəzərlər müsəlman və rus tacirlərin ölkə ərazisindən keçmələrinə maneə törətmirdilər. Bu tacirlər əsasən X əsrdə İdil şəhərində davamlı ticarətlə məşğul olmuşdular və bir çoxu şəhərdə məskunlaşmışdılar. İdildən başqa Sakşın şəhəri də mühüm ticarət mərkəzlərindən idi. VIII və XI əsrlərdə Xəzər xaqanlığı ərazisində asayiş və təhükəsizlik qorunduğu üçün tarixdə bu dövr Xəzər sülhü dövrü olaraq adlandırılır. [85] [86]

    Sarkel qalasından tapılmış əşyalar sübut edir ki, xəzərlərin bir çox qəbilələr və türk cəmiyyətləri ilə böyük iqtisadi-ticarət əlaqələri mövcud olmuşdur. Əlavə olaraq xaqanlıq ərazisində kənd təsərrüfatı, xüsusən də heyvandarlıq yüksək səviyyədə inkişaf etmişdi. [8] Heyvandarlıq əsasən çaylara yaxın ərazilərdə, yəni heyvanların yemlənməsi daha rahat olan ərazilərdə yayılmışdı. Xəzərlər geyim və bir qism ehtiyacları isə Ərəb xilafəti və Bizansdan idxal etməkdə idilər. Xəzər qılınclarına ruslar tərəfindən böyük maraq var idi. [86]

    Xəzər xaqanlığının şimal hissəsində taxılçılıq, cənubundə isə heyvandarlıq inkişaf etmişdi. Xaqanlıq ərazisində darı, buğda, arpa, çovdar, kənaf və noxud kimi fərqli bitkiçilik məhsulları yetişdirilirdi. [87] Arxeoloji qazıntılar zamanı xəzərlərə aid yemiş və xiyar toxumları tapılmışdır. Heyvandarlıqda yetişdirilən heyvanlara qoyun, at, eşşək və donuz daxil idi. Kənd təsərrüfatı heyvanlarından başqa dəvəçilik və arıçılıq da inkişaf etmişdi. [88] Bundan başqa qunduz, maral, vəhşi donuz və dovşan da ovlanırdı. [89]

    Ticarət fəaliyyəti baxımından inkişaf etmiş Xəzər xaqanlığı, Asiya və Avropa arasında bir çox ticarət marşrutuna nəzarət edirdi. Xəzərlər Xarəzm və hətta İsveç ilə da ticarət əlaqələrinə malik idilər. [89]

    Mədəniyyət

    Xəzər qalası Sarkelin havadan görünüşü. Qazıntılar, 1930-cu illərdə Mixail Artamonov tərəfindən aparılmışdır.

    Xəzərləri memari və sənət əsərlərinin tağıldığı ən önəmli arxeolojiq mərkəzlər Sarkel, Mayatsko şəhərləri və Salvato kurqanlarıdır. [90] Həmçinin Şimali Qafqazda Don və Dnepr çaylarının hövzələrində mühüm arxeoloji qalıqlar tapılmışdır. Xəzərlərin hakimiyyəti haqqında dövrün tarixi mənbələrində çox məlumat verilmir. Xəzərlər türk olduqları üçün köçəriliklə də məşğul olmuşlar. [91] Əlbəttəki, bu xəzərlərin memarlıq və şəhər quruculuğu fəaliyyətlərinə də öz təsirini göstərməkdə idi. Sovet arxeoloqlarının apardıqları araşdırmalara görə xəzərlər, hunlardan daha fərqli və daha yüksək mədəniyyət səviyyəsinə çatmışlar. [92] Xəzərlərin evləri böyük çadırdan düzəldilirdi. Evin üst hissəsi isə keçə ilə örtülürdü.

    Sarkel qalasında xəzərlərə aid ləl-cəvahirat, bəzəkli boşaqablar, güzgü kimi bəzək əşyalarının tapılması, xəzərlərdə qızıl və gümüş sənətkarlığının yaxşı inkişaf etdiyini və xəzərlərin bəzək və geyim əşyalarına həssas olduqlarının göstəricisidir. [93] Ümumən xəzərlərin mədəniyyəti və təsirləri sərhəd olduqları bütün xalqlara təsir etmişdir. Məsələn Xristianlığı qəbul etməsi məşhur olan Kiyev knyazı I Vladimir özünə xaqan titulunu götürmüşdür. [94] [95]

    Rusların pencəkləri qısa, xəzərlər, bulqarlar və peçeneqlərin pencəkləri isə uzun idi. Bu pencəklər, əslində Aşkenazi yəhudilərin XIX yüzildə geyindikləri paltarlara bənzəyən koftalar idi. Türk kişiləri və qadınları saçlarını hörərdilər. VII əsrə aid Çin dilində bir mənbənin yazdığına görə təkcə xaqan saçlarını aça bilərdi. Xaqandan başqa digər əyanlar və döyüşçülər saçlarını hörməli idilər. [96]

    Dil və yazı

    Əsas məqalə: Xəzər dili
    Xəzər əlifbası ilə yazılmış və dövrümüzə çatmış tək cümlə HWQWRWM = Hukurim = “OKURUM”

    Xəzər dili qədim türk dillərinə daxildir (VI–X əsrlər). [97] Xəzər dilində yazılmış heçbir əsər dövrümüzə çatmadığı üçün onların dili haqqında konkret məlumatlar yoxdur. Xəzərlərdən günümüzə çatan iki məktub qalmışdır. Bu məktublar ivrit dilində yazılmışlar. Sənədlərdən hər ikisi Yusif xaqanın dövrünə aiddir. Birinci sənəd Yusif xaqan tərəfindən 960-cı ildə Əməvilərin Kordova əmiri III Əbdürrəhmanın vəziri Hasday ibn Şapruta yazılmışdır. Digərinin qalıqları isə Misirdə tapılmışdır. [6]

    Barthold və Minorski kimi rus tarixçilərinin fikrinə görə xəzər dili İdil bulqarlarının dillərinə bənzəyir və dövünüzdəki çuvaş dilinin də bulqar dilinə və xəzər dilinə bənzədiyini nəzərə alaraq xəzər dilini türk dillərinin qolu olan çuvaş dilinə yaxın olduğu fikrini irəli sürmüşlər. [5] [98] Ümumən Xəzər xaqanlığı ərazisində başqa türk dillərində də danışılırdı. [99]

    Şimali Qafqazda yaşayan qaraçay, balkar və qafqaz dillərində xəzər dilindən sözlər indi də işlədilir. Polşada yaşayan türk xalqlarından olan kəraimlər də yəhudidirlər və qədim xəzər dilində danışırlar. [91]

    Xəzərlər tərəfindən zərb etdirilmiş sikkə. Sikkənin üzərinə “Məhəmməd Allahın elçisi” sözünün əvəzinə “Musa Allahın elçisi” yazılmışdır.

    Xəzər xaqanlığı daxilində bir çox din mövcud olmuşdur. Xəzərlərin ilk və ən uzun ömürlü dinləri Tanrıçılıq dini olmuşdur. Xəzərlər də digər türklər kimi təbiəti müqəddəs hesab edirdilər. Xaqanlıq daxilində erkən meydana çıxan dinlərdən biri də Xristanlıq idi. Müsəlmanlıq isə Ərəb xilafətinin işğalları dövründə Xarəzmdən gələn tacirlər vasitəsilə Xəzər xaqanlığında yayılmışdır. Xəzər xaqanlığının süqutundan sonra xristianlar Rus ortodoks kilsəsi içərəsində əridilər. [100]

    Xəzər xaqanlığı ölkənin rəsmi dinini İudaizm elan etsə də onların hansı məzhəbdən olmaları dəqiq bilinmir. Ərəb tarixçisi əl-Məsudinin yazdığına Xəzər xaqanı İudaizm dinini xəlifə Harun ər-Rəşid dövründə qəbul etmişlər. Ancaq “Konstantinin həyatı” adlı əsərə görə Xəzər xaqanı İudaizmi 861-ci ildə qəbul etmişlər. [101] Xəzərlərin İudaizmi necə qəbul etdikləri məlum olmasa da, həmin dövrdə Qərbi Avropada yəhudilərin çox sayda olduğu məlumdur. Həmçinin Sasanilərin və Bizansın da təqibləri nəticəsində Dağıstana çəkilən yəhudilər burada dinlərini yaymağa başlamışdılar. Xəzər xaqanlığına Mesopatomiya və Xarəzmdən də çoxlu sayda yəhudi köç etməkdə idi. Ölkədəki 7 qazıdan 1-i Göy Tanrı (Tanrıçılıq) dinində olanların, 2-si müsəlmanların, 2-si xristianların, digər 2-si isə yəhudilərin məhkəmə işlərinə baxırdı. [102] Bulan xaqanın və Obadi xaqanın dövründə İudaizmin sürətli yayılmasına baxmayaraq [103] xaqanlar bu barədə heçbir səy göstərmir və ölkədə digər dinləri sıxışdırmağa cəhd etmirdilər. X əsrdə artıq xaqanlıq ərazisində İudaizm hakim dinə çevrilmişdir. Ərəb xilafəti qüvvələrinə məğlub olan Xəzər xaqanı çətin vəziyyətdə qalsa da, İslamı qəbul etmiş və Ərəb ordusunun geri dönməsindən sonra yenidən İudaizmi qəbul etmişdir. [44] Ərəblərin geri dönməsindən sonra Xəzər xaqanlığında qalan iki fəqih ölkədə İslamı yaymağa başladılar. Xarəzmin də müsəlman əhalisinin bir hissəsi müharibə şəraiti və xəstəliklərin yayılması səbəbindən Xəzər xaqanlığına sığınmış və sonradan məscid inşa etmək və müsəlmanlarla döyüşməmək şərtilə orduda da xidmət etmişlər. [104] [105] Ukraynalı tarixçi Omelyan Pritsak xəzərlərin İudaizmə dönüşünü yəhudi radhanit səyyahlarının və iranlı yəhudi tacirlərin təsirləri ilə əlaqələndirir. [106]

    1999-cu ildə Aşkenazi yəhudilərinə aid Y xromosomlarında aparılan genetik araşdırmalar, onların DNA quruluşunun yəhudilər ilə yox, türklər ilə daha yaxın olduğunu sübut etmişdir. [107] [108]

    İstinadlar

    1. Turchin, Peter; Adams, Jonathan M.; Hall, Thomas D.“East-West Orientation of Historical Empires”. Journal of world-systems research. 12 (2). December 2006: 222. ISSN1076-156X. 20 May 2019 tarixində arxivləşdirilib . İstifadə tarixi: 16 September 2016 .
    2. ↑ İbrahim Kafesoğlu, Türk Millî Kültürü, Ötüken Neşriyat, İstanbul, 1999. ISBN 9754372366
    3. ↑ Roux, Jean Paul (1984). Türklerin Tarihi (Historie des Turks). Ad. ISBN 975-506-018-9.
    4. Togan, s.398
    5. 12 Rásonyi, s.114
    6. 123 از فرزندان انسا است az farzandān-i Ansā’ ast (حدود العالم “Hudūd al-‘Ālam”)
    7. ↑ Kuzgun, s.43
    8. 12 “Hazarlar”. Temel Britannica Ansiklopedisi. 8. Cilt. İstanbul: Ana Yayıncılık. 1993. ss. sf. 110–111.
    9. ↑ Artamonov, eserinin 49–52 sayfalarında Hunların batıya doğru ilerlemelerini onaylayan arkeolojik buluntulara da yer vermiştir. Buna göre; Hunların Güney Ural sahasına gelişleri MS II. yüzyıla aittir. Ayrıca Bkz: A. N. Kurat. IV–XVIII. Yüzyıllarda Karadeniz kuzeyindeki Türk Kavimleri ve Devletleri, Murat Kitabevi, Ankara, 1992, s.30. ISBN 975-7734-00-4
    10. ↑ Kafesoğlu, s.168
    11. ↑ Golden, Peter B. (2007a). “Khazar Studies: Achievements and Perspectives”. In Golden, Peter B.; Ben-Shammai,, Haggai; Róna-Tas, András. The World of the Khazars: New Perspectives. Handbook of Oriental Studies. 17. BRILL. pp. 7–57. ISBN 978-90-04-16042-2. Retrieved 13 February 2013.
    12. 1234news.milli.az.“Türkün şanlı tarixi: Xəzər xaqanlığı” (az.) . 21 Yanvar 2012. 2018-07-13 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-07-13 .
    13. portal.azertag.az.“Xəzər xaqanlığı” (az.) . 2018-07-13 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-07-13 .
    14. ↑ Dunlop, The History of Jewish Khazars, s. 95–96
    15. ↑ 1970 The Empire of the Steppes. (tr., Naomi Walford). New Brunswick: Rutgers University Press. 10-ISBN 0-8135-1304-9; 13-ISBN 978-0-8135-1304-1; OCLC 90972
    16. ↑ Brook, Bir Türk İmparatorluğu, s.26
    17. ↑ Brutzkus, s.119
    18. ↑ Dunlop, The History of, s.5
    19. ↑ El İstahrî, s. 41
    20. ↑ İbn Havkal, s. 107
    21. ↑ Gömeç, Saadettin. “Hazar Çalışmaları”. docs.google.com. Erişim tarihi: 2008–08–27.
    22. ↑ Dunlop, The History of, s.96
    23. ↑ Brook, Bir Türk İmparatorluğu, s.25
    24. ↑ Dunlop, Hazar Yahudi Tarihi, s.27–8.
    25. ↑ Dunlop, Hazar Yahudi Tarihi, s.28
    26. ↑ Baştav, s.141
    27. 12 Koestler, s.23
    28. ↑ El-Mesûdî, s.83
    29. ↑ Kafesoğlu, s.167
    30. ↑ Kuzgun, s.5
    31. ↑ Kuzgun, s.51
    32. ↑ Togan, s.398
    33. ↑ Koestler, s.56
    34. ↑ Togan, s. 340–341
    35. ↑ Kuzgun, s.53
    36. ↑ Kafesoğlu, s.158
    37. ↑ Artamonov, s.146
    38. ↑ Togan, s.389
    39. ↑ Artamanov, s.185
    40. ↑ Kuzgun, s.56
    41. 12 “Hazarlar”. Büyük Larousse Sözlük ve Ansiklopedisi. 10. Cilt. İstanbul: Milliyet A. Ş.. 1991. ss. sf. 5143–5144.
    42. ↑ Kurat, s.32
    43. ↑ Kmosko, s.148
    44. 1234 Artamonov, s.202–213
    45. ↑ Togan, s.399–400
    46. ↑ Kurat, s.39–40
    47. ↑ Kuzgun, s.58–60
    48. 12 Togan, s.399
    49. ↑ Kurat, s.33
    50. ↑ Vasiliyev, s. s.298
    51. 12 Artamanov, s.233–298
    52. ↑ Koestler, s.24
    53. ↑ Togan, s.400
    54. ↑ Kafesoğlu, s.160
    55. ↑ Arkheograficheskoĭ kommissii, s.55–60
    56. ↑ Kuzgun, s.63
    57. 12 Togan, s.401
    58. ↑ Kinder & Hilgemann, s. 113
    59. ↑ Bkz. A. N. Kurat. Rusya Tarihi: Başlangıçtan 1917’ye Kadar, TTK Yayınları, Ankara, 1999. ISBN 975-16-0550-4.
    60. ↑ Kuzgun, s.62–63
    61. ↑ Kurat, s.42–44
    62. 12Artamonov, s.336–352
    63. Kafesoğlu, s.164–166
    64. Koestler, s.112
    65. ↑ Artamonov, Hazarların kesin olarak çöküşünde Kumanların büyük rolü olduğunu belirtmektedir; Artamonov, s.445
    66. 12Togan, s.402
    67. Kuzgun, s.67
    68. ↑ Kuzgun, s.71–78
    69. ↑ Golden, Khazar Studies, s.55–56
    70. ↑ Dunlop, Douglas M. The History of the Jewish Khazars, Princeton, N. J.: Princeton University Press, 1954, s. 95–96
    71. 12Brook, Bir Türk İmparatorluğu, s.113–115
    72. Dunlop, The History of, s.97
    73. 12Dunlop, The History of, s.112
    74. 12Ögel, s.227–233
    75. Pritsak, The Khazar Kingdom’s, s.278
    76. Brook, Bir Türk İmparatorluğu, s.117; Bek kimi zaman “genel vali” olarak anılırdı. Bek unvanının Türk dillerindeki alternatifleri Yilig ve Şad idi.
    77. Pritsak, The Khazar Kingdom’s, s.262
    78. Golden, Khazar Studies, s.81
    79. Dunlop, The History of, s.211
    80. Golden, Khazar Studies, s.216
    81. Pritsak, The Khazar Kingdom’s, s.264
    82. Brutzkus, s.123
    83. Minorsky, Hudūd-al-‘Ālam حدود العالم, s.159
    84. Brook, Bir Türk İmparatorluğu, s.125
    85. Kafesoğlu, s.161
    86. 12 Gauthier, s.292
    87. Brook, Bir Türk İmparatorluğu, s.151
    88. Noonan, The Khazar Economy, s.253–318
    89. 12Brook, Bir Türk İmparatorluğu, s.172
    90. ↑ Taşağıl, s.280
    91. 12Tarihteki Türk Devletleri, Haz: Doç Dr. Anıl Çeçen, Milliyet Yayınları
    92. ToplumsalHaber.com.“Hazar Türkleri Museviliği Neden Seçti” (türk) . 2009-09-22. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2018-06-29 .
    93. Koestler, s.49
    94. Kafesoğlu, s.163
    95. Kurat, s.41
    96. Brook, Bir Türk İmparatorluğu, s.157
    97. ↑ Özdemir, Pınar (2013). Hazar Türkçesi ve Hazar Türkçesi leksikoloji tespiti denemesiArxivləşdirilib 2016-09-10 at the Wayback Machine. Karadeniz Araştırmaları, Kış 2013, Sayı: 36, 189–206
    98. Baştav, s.169–178
    99. Togan, s.408
    100. Artamonov, s.331–335
    101. Zuckerman, s.245
    102. Kafesoğlu, s.162
    103. Golden, The Conversion, s.123–162
    104. Artamonov, s.264;
    105. Kurat, s.34–35
    106. Pritsak, The Khazar Kingdom’s, s.80–81
    107. ↑ Wade, Nicholas (2004–01–22). Contrasting patterns of Y chromosome variation in Ashkenazi Jewish and host non-Jewish European populationsArxivləşdirilib 2011-11-10 at the Wayback Machinefamilytreedna.com. 2009–08–31 tarihinde erişilmiştir.
    108. New York Times.“Y Chromosome Bears Witness to Story of the Jewish Diaspora”. Nicholas Wade. 2000-05-09. 2008-11-14 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-07-13 .
    • Ahmet Taşağıl, Hazarlar, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi.
    • Arkheograficheskoĭ kommissii. Летописи по Ипат Cкому Список, Saint Petersburg, 1871.
    • Artamonov, Mikhail İllarionoviç. Hazar Tarihi (çev. D. A. Batur), Selenge Yayınları, İstanbul, 2004. ISBN 9758839195
    • Bálint, Csánad. “Some Archaeological Addenda to P. Golden’s Khazar Studies”, Acta Orientalia Academiae Sciendarun Hungaricae, 1981.
    • Barkun, Michael. Religion and the Racist Right: The Origins of the Christian Identity Movement, UNC Press, ISBN 0-8078-4638-4
    • Baştav, Şerif. “Hazar Kağanlığı Tarihi”, Tarihte Türk Devletleri I, Ankara Üniversitesi Rektörlüğü Yayınları, Ankara, 1987
    • Barthold, Vasiliy Vladimiroviç (1996). “Khazar”. Encyclopaedia of Islam (Brill Online). Eds.: P. Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel and W.P. Heinrichs. Brill.
    • Bowman, Stephen B., Ankori, Zvi The Jews of Byzantium 1204-1453 Bloch Pub Co (Aralık 2001).
    • Brook, Kevin Alan. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
    • Brook, Kevin Alan. Bir Türk İmparatorluğu: Hazar Yahudileri, Nokta Kitap, İstanbul, 2005. ISBN 975-8823-73-6
    • Kevin Alan Brook. “Are Russian Jews Descended from the Khazars?” Khazaria.com
    • Kevin Alan Brook. “Tales about Jewish Khazars in the Byzantine Empire Resolve an Old Debate”. Los Muestros, No. 54, p. 27.
    • Brutzkus, Julius. “The Khazar Origin of Ancient Kiev”, Slavonic and East European Review, 1944.
    • Cameron, Averil. Byzantines and Jews: some recent work on early Byzantium, Byzantine and Modern Greek Studies 20 (1996): 249-274.
    • Dunlop, Douglas M.The History of the Jewish Khazars, Princeton, N.J.: Princeton University Press, 1954.
    • Dunlop, Douglas M. Hazar Yahudi Tarihi (çev. Z. Ay), Selenge Yayınları, İstanbul, 2008. ISBN 9758839346
    • Dunlop, Douglas M. “The Khazars.” The Dark Ages: Jews in Christian Europe, 711-1096. 1966.
    • Edwards, Mike. “Searching for the Scythians”, National Geographic, s.56, September 1996.
    • Gauthier, Yuri V./Готье, Юрий B. Хазарская культура, Новая Восток, 1925
    • Golden, Peter B.Khazar Studies: An Historio-Philological Inquiry into the Origins of the Khazars. Budapeşte: Akademia Kiado, 1980.
    • Golden, Peter B. Hazar Çalışmaları (Çev. E. Ç. Mızrak), Selenge Yayınları, İstanbul, 2006. ISBN 975-8839-44-6
    • Golden, Peter B., Zuckerman, Constantine, Zajaczkowski, Ananiasz. Hazarlar ve Musevilik (çev. O. Karatay), Karam Yayınları, Çorum, 2005. ISBN 9756467118
    • Golden, Peter B. “Khazar Turkic Ghulâms in Caliphal Service” (Journal Asiatique adlı gazetetede makalesi, 2004.)
    • Golden, Peter B. “Khazar Turkic Ghulâms in Caliphal Service: Onomastic Notes” (Journal Article in Archivum Eurasiae Medii Aevi, 1993.)
    • Golden, Peter B. “Khazars” (Book Chapter in Turkish-Jewish Encounters: Studies on Turkish-Jewish Relations through the Ages, 2001.)
    • Golden, Peter B. “The Conversion of the Khazars to Judaism”, 2007
    • Marcel Erdal. “The Khazar Language”. In: Golden et al. 2007, pp. 75–107.
    • Minorsky, V. (Haz). Hudūd-al-‘Ālamحدود العالم, Londra, 1936.
    • Kafesoğlu, İbrahim. Türk Millî Kültürü, Ötüken Neşriyat, İstanbul, 1999. ISBN 9754372366
    • Kinder, Hermann & Hilgemann, Werner, Dünya Tarihi Atlası, 1. Cilt, ODTÜ Yayıncılık, Ankara, 2007. ISBN 9944-344-00-1
    • Kitapçı, Zekeriya. Hz. Peygamber’in Hadislerinde Hazarlar, Türk Dünyası Dergisi, Mayıs 2002, no, 185, s. 38-42.
    • Kmosko, Michael. Araplar ve Hazarlar, Türkiyat Mecmuası, 1935, C. III (çev: A. Cemal Köprülü)
    • Koestler, Arthur. (1976): The Thirteenth Tribe: The Khazar Empire and Its Heritage. Random House, New York. ISBN 0-394-40284-7
    • Koestler, Arthur. (2015): On Üçüncü Kabile: Orta Asya’nın Yahudi Türkleri – Hazarlar (çev. B. Dişbudak), Alfa Yayınları, İstanbul. ISBN 6051710501
    • Kovalev, Roman K. “Creating Khazar Identity through Coins: The Special Issue Dirhams of 837/8.” East Central and Eastern Europe in the Early Middle Ages, ed. Florin Curta, pp. 220–253. Ann Arbor, MI: University of Michigan Press, 2005.
    • Kurat, Akdes Nimet. IV-XVIII. Yüzyıllarda Karadeniz Kuzeyindeki Türk Kavimleri ve Devletleri, Murat Kitabevi, Ankara, 1992. ISBN 975-7734-00-4
    • Kuzgun, Şaban. Hazar ve Karay Türkleri: Türklerde Yahudilik ve Doğu Avrupa Yahudilerinin Menşei Meselesi, Alıç Matbaacılık, Ankara, 1993. ISBN 975-95695-0-7
    • Minorsky, Vladimir Feodoroviç (1936) Hudūd-al-‘Ālam حدود العالم Londra.
    • Miller, Timothy S., “The Legend of Saint Zotikos Accordinig to Constantine Akropolites”, Analecta Bollandiana c.112, 1994
    • Noonan, Thomas S. “Did the Khazars Possess a Monetary Economy? An Analysis of the Numismatic Evidence.” Archivum Eurasiae Medii Aevi 2 (1982): 219-267.
    • Noonan, Thomas S. “What Does Historical Numismatics Suggest About the History of Khazaria in the Ninth Century?” Archivum Eurasiae Medii Aevi 3 (1983): 265-281.
    • Noonan, Thomas S. “Why Dirhams First Reached Russia: The Role of Arab-Khazar Relations in the Development of the Earliest Islamic Trade with Eastern Europe.” Archivum Eurasiae Medii Aevi 4 (1984): 151-282.
    • Noonan, Thomas S. “Khazaria as an Intermediary between Islam and Eastern Europe in the Second Half of the Ninth Century: The Numismatic Perspective.” Archivum Eurasiae Medii Aevi 5 (1985): 179-204.
    • Noonan, Thomas S. “What Can Archaeology Tell Us About the Economy of Khazaria?” The Archaeology of the Steppes: Methods and Strategies – Papers from the International Symposium held in Napoli 9-12 November 1992, ed. Bruno Genito, pp. 331–345. Napoli, Italy: Istituto Universitario Orientale, 1994.
    • Noonan, Thomas S. “The Khazar Economy.” Archivum Eurasiae Medii Aevi 9 (1995-1997): 253-318.
    • Orkun, Hüseyin Namık. Türk Tarihi, Akba Kitabevi, Ankara, 1946.
    • Ögel, Bahaeddini. İslamiyetten Önce Türk Kültür Tarihi: Orta Asya Kaynak ve Buluntularına Göre, Türk Tarih Kurumu Yayınları, Ankara, 2003. ISBN 975-16-0417-6.
    • Pritsak, Omeljan. “The Khazar Kingdom’s Conversion to Judaism.” (Journal Article in Harvard Ukrainian Studies, 1978)
    • Pritsak, Omeljan. “The Pre-Ashkenazic Jews of Eastern Europe in Relation to the Khazars, the Rus’, and the Lithuanians”. Ukrainian-Jewish Relations in HIstorical Perspective, ed. Howard Aster and Peter J. Potichnyj. Edmonton, Alberta: Canadian Institute of Ukrainian Studies Press, 1990. p. 7.
    • Rossman, Vadim. Russian Intellectual Antisemitism in the Post-Communist Era, University of Nebraska Press, 2002. ISBN 0-8032-3948-3
    • Rásonyi, László. Tarihte Türklük, Örgün Yayınevi, 2007. ISBN 9757651635
    • Rice, Tamara Talbot. The Seljuks in Asia Minor. Thames and Hudson, Londra, 1961. pp. 18–19.
    • Günah Çıkartıcı Theofanis,Günah Çıkartıcı Theophanes Vakainameleri (kronikler), Oxford University Press, 1997. ISBN 0-19-822568-7
    • Togan, Zeki Velidi. Hazarlar md. İslam Ansiklopedisi, Cilt V, İstanbul, 1970
    • Vasiliyev, Aleksandr Aleksandroviç. Bizans İmparatorluğu Tarihi I, İstanbul, 1943.
    • Vital, David (1999): A People Apart: A History of the Jews in Europe. Oxford University Press. ISBN 0-19-821980-6
    • Zuckerman, Constantine. On the Date of the Khazars’ Conversion to Judaism and the Chronology of the Kings of the Rus Oleg and Igor (Revue des Études Byzantines 53), 1995
    • The Book of Climates-Collection of Materials Relating to Places and Peoples of the Caucasus, El İstahrî, sayı:29, Tiflis, 1901.
    • Kitâb’üt-Tenbih ve’l-İşrâf, El-Mesûdî, VIII. (Leiden, 1894)
    • “The Book of Roads and Kingdoms-Collection of Materials Relating to Places and Peoples of the Caucasus”, İbn Havkal, sayı:38, Tiflis, 1906.
    • El-Memâlik ve’l Mesalik, İbn Hurdâdbih, Leiden, 1889.
    • A Forgotten Turkish Nation in EuropeThe Gentleman’s Quarterly, Karl Blind, Cilt: CCXLI, No.19. Londra: Chatto & Windus, 1877, s.439–460.
    • Itinéraires de la Terre Sainte, Carmody, Brüksel, 1847.
    • Sur le Khazars. Vivien St. Martin. Paris, 1851.
    • Der khazarische Königsbrief, Cassel, Berlin, 1877.
    • Der Ursprung der Magyaren, Vambéry, Leipzig, 1882.
    • Das Buch se-Chazari, Hirschfield, Breslav, 1885.
    • Pre- and Proto-historic Finns, Abercromby, Londra, 1898.
    • Osteuropäische und Ostasiatische Streifzüge, Marquart, Leipzig, 1903.
    • An Unknown Khazar DocumentJewish Quarterly Review, Cilt III, s. 181–219, n.s., Filadelfiya, 1913.

    Xarici keçidlər

    • The Kievan Letter scan in the Cambridge University Library collection. (ing.)
    • Khazaria.com (ing.)
    • Resources – Medieval Jewish History – The Khazars The Jewish History Resource Center, Project of the Dinur Center for Research in Jewish History, The Hebrew University of Jerusalem (ing.)
    • Khazar Historic Maps at the Wayback Machine (archived 26 oktyabr 2009)
    • The Kitab al-Khazari of Judah Hallevi, full English translation at sacred-texts.com (ing.)
    • Ancient lost capital of the Khazar kingdom found
    • Hazarlar kimdir? (türk.)
    • www.khazaria.com — Hazar Tarihi. (türk.)
    • Памятники хазарской культуры в дельте Волги — Volga Deltası’nda Hazar Kültürü. (rus.)

Comments are closed, but trackbacks and pingbacks are open.