Press "Enter" to skip to content

Lifba kitabının müəllifi 94 yaşında vəfat edib

İqtisadi İnkişaf Nazirliyində mütəxəssis, Azərbaycan Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri (1986), Respublika Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən) kimi də fəaliyyət göstərib.

Yusif Kərimov dəfn edildi – Foto

Kult.az xəbər verir ki, bu barədə Ahıl Jurnalistlər Mərkəzinin rəhbəri Məzahir Süleymanzadə məlumat yayıb. O bildirib ki, Y.Kərimovla vida mərasimi bu gün saat 14:00-da yaşadığı evin qarşısında, Mirəli Seyidov küçəsi, 1 ünvanında keçiriləcək.

Xatırladaq ki, Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olub. Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil alıb. Beyləqan rayonunda “Yüksəliş” adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962-1964), “Bakı” qəzetində şöbə müdiri (1964-1973), Azərbaycan Televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973-1978) vəzifələrində çalışıb.

“Azərbaycan gəncləri” qəzetinin redaktoru (1981-1995), Mərkəzi Seçki Komissiyasının mətbuat katibi (1995-1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997-2001) işləyib.

İqtisadi İnkişaf Nazirliyində mütəxəssis, Azərbaycan Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri (1986), Respublika Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən) kimi də fəaliyyət göstərib.

2010-cu ilde Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.

Əməkdar jurnalist Yusif Kərimov Xırdalan qəbiristanlığında dəfn edilib.

Mərhumla vida mərasimində Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə, KİV DF sədri Vüqar Səfərli, Mətbuat Şurasının üzvləri – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bakı xəbər”in baş redaktoru Aydın Quliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, həmçinin BDU jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, veteran jurnalist Zöhrab Zeynallı və başqaları iştirak edib.

“Əlifba” kitabının müəllifi 94 yaşında vəfat edib

“Əlifba” kitabının müəllifi 94 yaşında vəfat edib “Əlifba” kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov vəfat edib.

13 Avqust , 2021 12:14

https://static.report.az/photo/fd05cd26-7fd8-39f8-bf12-b8772a87bed6.jpg

Yəhya Kərimov

“Əlifba” kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Yəhya Kərimov vəfat edib. “Report” xəbər verir ki, o, bu gün 94 yaşında dünyasını dəyişib. Mərhum bu gün Qax rayonunda dəfn olunacaq. Qeyd edək ki, Yəhya Şəfi oğlu Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olub, daha sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1955-ci ildən Elmi Pedaqoji İnstitutunun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdiri işləyib. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini olub. Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun müdafiə şurasının sədr müavini və sədri işləyib. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirib. Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən “Savad təlimi”, “İbtidai siniflərdə inşalar”, “Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri”, “Əlifba dərsliyinin tətbiqi prinsipləri”, “Uşaq məktəbə gedir”, “Ana dilinin tədrisi metodikası” və s. monoqrafiyaların müəllifidir. 1959-cu ildən indiyədək ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktorudur. 1963-cü ildən “Əlifba” dərsliyinin müəllifidir. Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur. 1970-ci ildən “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalının redaktoru olub. Y.Kərimov Qırmızı Əmək Bayrağı ordeninə layiq görülüb. Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. Allah rəhmət eləsin!

Comments are closed, but trackbacks and pingbacks are open.