Nənəvi və interaktiv təlim metodları
Yeni pedaqoji texnologiya fəal təlimə əsaslanır. Fəal təlimin modeli müəyyən olunan komponentlərlə şərtlənir. Bura fəal təlimin məzmunu, metodları, öyrədici mühit, qiymətləndirmə daxildir.
Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili
Azərbaycanda təhsil sisteminin inkişaf etdirilməsi, onun dünya standartlarının tələbləri səviyyəsinə çatdırılması fəaliyyətin daha çox iki istiqamətdə təşkili ilə səciyyələnir. Onlardan birincisi, ölkənin daxilində təhsil sahəsində əldə olunmuş nailiyyətlərin öyrənilib, ümumiləşdirilməsi və təhlil edilməsindən ibarət olub, ilk növbədə təlim-tərbiyə sahəsində irəliləyişlərin mahiyyət və məzmununu öyrənməklə təhsilin mövcud durumunu, cəmiyyətin tələb və ehtiyaclarını müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nələrin əldə olunduğunu və gələcək üçün hansı potensial imkanların yarandığını meydana çıxarmağa imkan verir. İlkin araşdırmalar göstərir ki, Respublikada istər müəllimin, istərsə də məktəbin fəaliyyətinin cəmiyyətin tələblərinə uyğun qurulması nəticəsində şəxsiyyətin formalaşdırılması, nailiyyətlərin qiymətləndirilməsi, eləcə də təhsilin idarə olunması sahəsində xeyli qabaqcıl təcrübə toplanmışdır. Ona görə də həmin materialların ümumiləşdirilərək onlardan geniş istifadə olunması təbii ki, Azərbaycan təhsil sisteminin milli zəmində yenidən qurulması baxımından əhəmiyyət daşıyır.
İkincisi, inkişaf etmiş xarici ölkələrin iş təcrübəsindəki mütərəqqi cəhətlərin öyrənilib ümumiləşdirilməsi və milli-mənəvi xüsusiyyətləri nəzərə alaraq tətbiqinin həyata keçirilməsi vacib bir məsələ olub, aktuallığı ilə seçilir. Son illərdə Azərbaycanda bu istiqamətdə xeyli işlər görülmüşdür. Pedaqoji innovasiyalar kimi öyrənilən bu təcrübələrin keyfiyyət göstəricisi həmin ölkənin vətəndaşlarının ümumi inkişaf səviyyəsi ilə müəyyənləşdirilir və gənc nəsildə formalaşan həyati bacarıqlar ümumi səviyyənin zəruri göstəriciləri kimi çıxış edir.
Ənənəvi pedaqoji tədqiqatların bir mühüm cəhəti kimi istənilən yanaşma eksperimental və təcrübi qaydada sınaqdan keçirilməli, bundan sonra hər hansı innovasiyanın tətbiqinə qərar verilməlidir.
XXI əsrin başlanğıcında Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və bu işlərin təşkilində fəal və interaktiv metodlardan istifadə olunmaqla yerinə yetirilməsi prioritet problem hesab edilir. Onların həll olunması üçün yeni pedaqoji araşdırmalara ehtiyac duyulur.
Təhsil sisteminin inkişaf tendensiyası,fəal və interaktiv metodlar sahəsində müəllif məktəblərinin, novator müəllimlərin iş üsullarına dair toplanmış faydalı təcrübələr, pedaqoji-psixoloji tədqiqatların nəticələri daima sistemləşməli, ümumiləşməli və təlim-tərbiyə prosesinin məzmununun yeniləşdirilməsini tələb edir. Bu problemlərin həlli təhsil sferasına,pedaqoji prosesə fəal və interaktiv metodlar anlayışının elmi əsaslarla gətirilməsini vacib bir problem kimi qarşıya qoyur və bütövlükdə təhsildə texnoloji yanaşmaların tətbiqini aktuallaşdırır.
İstər qabaqcıl təcrübənin, istərsə də xarici ölkələrin təhsil sahəsindəki innovasiyalarının öyrənilməsi məqsədilə sistemli və ardıcıl pedaqoji araşdırmaların aparılması vacib hesab edilməlidir. Bu təcrübələrin hər birinin müasirliyini, səmərəliliyini şərtləndirən keyfiyyətin müəyyənləşdirilməsinə, onların yeni şəraitdə forma və məzmun cəhətdən yeniləşdirilərək tətbiq olunmasına üstünlük verilməlidir.
Fəal təlim metodlarının mahiyyəti və məzmunu
Təcrübə və müşahidələr sübut edir ki, müasir təlim texnologiyaları üçün aşağıdakılar daha səciyyəvidir:
müəllimin özünün fəallığı ilə şagirdin yaradıcı fəallığa cəlb edilməsi;
şagirdin aktiv fəaliyyəti və bu zaman onlara elementar bacarıqların aşılanması;
müəllimin şagirdlərlə və şagirdlərin bir-biri ilə əməkdaşlığı;
hərəkətli, süjetli, musiqili didaktik rollu oyunlardan istifadə, sosial bərabərliyin və psixoloji şəraitin yaradılması;
müəllimin təqdim etdiyi tematik materialın şagirdin yaradıcı təfəkkürünə və
milli düşüncə tərzinin formalaşmasına təsir etməsi.
Müasir təlim texnologiyaları şagirdlərə aşağıdakı keyfiyyətləri aşılamalıdır:
• müstəqil düşünmək, sərbəst fikir söyləmək;
• öz təcrübəsini və biliyini təhlil etmək qabiliyyəti;
• özünü qiymətləndirmək;
• əməkdaşlıq etməyi (başqaları ilə işləməyi bacarmaq, ümumi məqsədə çatmaq üçün işin bölüşdürülməsi);
• başqalarını dinləməyi, müxtəlif fikirlərə hörmət etməyi və dözümlü olmağı;
• öz fikirlərini arqumentlərlə izah və sübut etmək;
• kreativ təfəkkürün inkişafı;
• birgə həll yollarını müəyyənləşdirməyi və qərar çıxarmağı.
Müasir təlim texnologiyaları dərsə qədər hazırlıq prosesində müəllimin, dərsdə isə şagirdlərin fəallığını tələb edir. Müasir təlim texnologiyalarının köməkliyi ilə təlimin həm təhsilləndirici, həm inkişafetdirici, həm də tərbiyələndirici funksiyaları özünü daha qabarıq şəkildə büruzə verir və təlimin keyfiyyətinin yüksəldilməsinə səbəb olur
Fəal təlim şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.
Çox vaxt bu anlayışın sinonimi kimi “interaktiv təlim metodları” anlayışından istifadə olunur. Belə ki, “interaktivlik” termini “dialoqu, qarşılıqlı təsiri” bildirir. Bu təlim metodunu ifadə etmək üçün həmçinin “problem – dialoji”, “problemli”, “evristik təlim” anlayışlarından da istifadə olunur.
Fəal(interaktiv) təlim – tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusudur. Bu təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:
• müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının yaradılması;
• problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;
• şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.
Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.
Şagirdin mövqeyi – “kəşf edən”, “tədqiqatçı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən bunları müstəqil tədqiqat prosesində həll edir.Şagirdlər təlim prosesinin tamhüquqlu iştirakçısı olaraq, bu prosesdə tədqiqatçı kimi çıxış edirlər və bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.
Müəllimin mövqeyi – fasilitator (“bələdçi”, “aparıcı”) mövqeyidir, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir.
Fəal (interaktiv) təlim metoduna aşağıdakı spesifik xüsusiyyətlər malikdir:
• Təlimin subyekt- subyekt xarakter daşıması,
• Şagirdlərin fəal öyrənmə mövqeyi, təfəkkürün müstəqilliyi və sərbəstliyi;
• İştirakçıların bütün dərs zamanı fəallığı,
• Dərsin əvvəlində problemli situasiyanın yaradılması və dərs prosesinin problemin həllinə yönəldilməsi,
• Düşündürücü və istiqamətləndirici suallar vasitəsi ilə şagirdlərin yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi,
• Təlimin tədqiqat üsulu vasitəsi ilə keçirilməsi,
• Dərsin dialoq şəklində aparılması, əks əlaqənin yaradılması,
• Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət;
Dünyada gedən qloballaşma həyatın bir çox sahələrinə öz təsirini göstərir. Təhsildə aparılan islahat məhz həmin zərurətdən yaranmışdır. Təhsilin keyfiyyətini yüksəltmək, yeni pedaqoji texnologiyaları öyrənib onlardan səmərəli istifadə etmək başlıca vəzifə kimi qarşıda durur.
Yeni pedaqoji təfəkkürün başlıca prinsipləri – demokratikləşmə, humanistləşdirmə, fərdiləşdirmə, diferensiallaşdırma, inteqrasiya, şəxsiyyətin formalaşdırılması və inkişaf etdirilməsini həyata keçirir.
Metod olaraq interaktivlik təlim prosesində müəllim və şagird arasında işin gedişindən-mövzudan, şərhdən, dialoqdan, rollu oyundan həmin anda meydana çıxan yanaşma, izah, dialoq və s.-dir. Yəni bu tərz əvvəldən planlaşdırılmır, işin- təlim prosesinin gedişi bu məqamı ortaya çıxarır və daha çox şagirdin müstəqilliyi, müdaxiləsi ilə baş verir. Digər tərəfdən, interaktivlik şagirdlərin özləri arasında da ola bilər. Əsas cəhət odur ki, bu prosesdə əməkdaşlıq edən öyrənənlər və öyrədən eyni hüquqlu mövqedə dayanırlar. Təbii ki, müəllim öyrədən olaraq bələdçi, fasilitator, məsləhətçi funksiyasını yerinə yetirir: şagirdlərin işlərinə müdaxilə etmədən problemləri qoyur, istiqamət verir, nəzarət edir, axtarış istiqamətlərini hazırlamağa kömək edir, amma təlim tapşırıqları üzərində uşaqlar özləri birlikdə – öz aralarında tədqiqat aparır, diskussiya apararaq işləyirlər.
İnteraktiv təlim dərsdə yaranan, meydana çıxan şagirdlərarası öyrənmə ünsiyyəti və əməkdaşlığı, müəllim-şagird birliyini nəzərdə tutur. İnteraktiv metodlar isə təlim prosesində öyrənmə və anlaşmaya, bacarıq və keyfiyyətlərə şagirdlərin yiyələnməsini həyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar, vasitələrdir.
Əsasında öyrədən (təlimçi) deyil, öyrənən duran Konstruktivizim nəzəriyyəsinə istinadən öyrənən cisim və hadisələrlə bilavasitə əlaqədə olur və bunun nəticəsidə onların əlamətlərini qavrayır, qarşıdakı problemi həll edir. O, fərdi şəkildə işləməyə və təşəbbüs nümayiş etdirməyə həvəsləndirilir, öyrənən əqli təhlilin məhsulu olan öyrənmə prosesində yeni bilikləri ilkin biliklərlə əlaqələndirərək ən yaxşı nəticəyə nail ola bilir. Bu nəzəriyyənin nümayəndələri xüsusən qeyd edirlər ki, öyrənmə prosesinə mühit və öyrənənin fikir və münasibəti təsir edir. Konstruktivist təlim insan beyni üzrə son zamanlar aparılan tədqiqat və öyrənmə prosesinin necə baş verməsi haqqında olan biliklər üzərində qurulmuşdur.
Şagirdlərin təliminin texnologiya ilə əlaqələndirilməsi 1999- cu ildə Şaron Adams və Meri Börns tərəfindən “Texnologiyalar üzrə yardım proqramı ” çərçivəsində “Təhsilin İnkişafı üzrə Sausvest Laboratoriyası “nda texnologiyaların inteqrasiyasına əsaslanan bu nəzəriyyəyə istinad edərək şəxsiyyətyönümlü və konstruktivist siniflərin yaradılması ilə işlənib hazırlanmışdır. 2005- ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mədəd Azərbaycan Humanitar Təşkilatının (RELİEF) birgə layihəsi olan Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi Təlimlərində Respublika müəllimləri mərhələ- mərhələ Konstruktivlik, interaktiv təlimlərlə, müasir pedaqoji texnologiyalarla yaxından tanış edilirlər. Təlimlərin praktik əhəmiyyəti çox böyükdür.
Müasir dərs dedikdə, öyrətmə prosesində müəllimin göstərdiyi pedaqoji məharət, ustalıq nəzərdə tutulur. Müəllim sinifdə işgüzar şərait yaradıb şagirdlərin müstəqil mühakimələrinə geniş meydan açırsa, hər mövzunun xarakterinə uyğun priyomlardan, çeviklik və interaktivliyin təmin edilməsindən, problemli təlimdən istifadə edirsə, deməli o, dərsi müasir tələblər əsasında qura bilir.
Müasir dərsdə uşaqlarda yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilməlidir. Belə dərs şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırır. Müasir dərs müəllimin dərsə ciddi hazırlaşmasını tələb edir. Buna görə də müəllim hansı priyomlardan necə və nə zaman istifadə edəcəyini qabaqcadan müəyyənləşdirməli, sinifdə deyəcəyi informasiyanın strukturunu qabaqcadan düşünməli, mövzuya dair yardımçı, fakt və hadisələri əsas məsələnin həllinə yönəltməyi bacarmalı, elmi-texniki yeniliklərdən, dövrün mühüm ictimai-siyasi hadisələrindən baş açmalı, biliyini müntəzəm olaraq artırmalıdır.Müasir dərs uşaqların dünyagörüşünü inkişaf etdirməli, onların əqidəcə mətinləşməsinə şərait yaratmalı, dərsdə əyanilikdən və müxtəlif mənbələrdən alınmış əlavə məlumatlarla onların dərketmə qabiliyyətini artırmalıdır.
Təlimlə tərbiyənin vəhdəti də müasir dərsin qarşısında qoyulmuş mühüm tələbdir. Dərs şagirdlərin mənəvi inkişafına, əxlaqca təkmilləşməsinə, vətənpərvərlik, insanpərvərlik, əməksevərlik ruhunda yetişməsinə xidmət göstərməlidir. Müasir dərs milli təhsilin yaradılmasına yönəlməlidir. Bunun əsasını diferensiallaşdırma, demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, fərdiləşdirmə və s. prinsiplər təşkil etməlidir.
Kurikulumun həyata keçirilməsində şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi üçün milli, ümumbəşəri dəyərin nəzərə alınması, ümumi inkişafı, meyli və maraqları nəzərə almaqla şagirdlərə əlverişli təlim şəraitinin yaradılması zəruridir. Bu zaman şagirdlər aktiv, tədqiqatçı mövqeyi tutur, müəllim tərəfindən şagirdlər üçün yeni biliklərin müstəqil olaraq əldə olunması, mənimsənilməsi şəraiti yaradılır.Bu cür fəal təlimdə şagirdlərdə aktiv, yaradıcı düşünmə qabiliyyəti və yeni biliklərə sərbəst yiyələnmək yolları birləşdirilmiş olur. Belə iş forması şagirdlərə problemin birgə həll edilməsini, bir-birinin fikrinə hörmətlə yanaşmağı, müstəqil öyrənməyi, sərbəst söyləməyi öyrədir.
İnteraktiv termini isə “dialoq, qarşılıqlı fəliyyət göstərmək” kimi izah olunur. İnteraktiv təlim metodları və üsullarının (qruplar, cütlər, rollar, əqli hücum, nəticə və s.) tətbiqi tədris prosesini xeyli intensivləşdirir, onu hər bir şagird üçün əhəmiyyətli və maraqlı edir, dərsdə fəallığın maksimum artmasına zəmin yaradır, bununla da təlimin inkişafetdirici aspektini xeyli dərəcədə gücləndirir.
Təlim- tərbiyə prosesində interaktiv təlim metodlarının tətbiqi sürətlə dəyişən və inkişaf edən müasir dövrdə yaşamaq, fəaliyyət göstərmək, əməkdaşlıq etmək, qərar qəbul etmək kimi bacarıqları əks etdirən kompetensiyaların formalaşması orta təhsilin məqsəd və vəzifələrinə yeni münasibəti əks etdirir. Hazırda həm metodik, həm də elmi-pedaqoji, psixoloji cəhətdən təkmil olan müəllimlərimiz yeniliyin və müasirliyin nədən ibarət olmasını dərk edir, öz dərslərində tətbiq edərək müasir dərs və onun təşkilinə verilən tələblərdən geniş istifadə edirlər.
Belə hesab edirik ki, müəllimlərin bir-birinin dərslərini dinləməsi və nümunəvi, qabaqcıl təcrübəyə malik olan müəllimlərin “açıq dərs”lərinin keçirilməsi dərsin tələblərinin tədrisdə nəzərə almaq baxımından faydalıdır. Çünki müşahidə olunan dərslərin təhlil və müzakirəsi nəticə etibarı ilə tənqidi təfəkkürün süzgəcindən keçib ümumiləşir, bundan isə müəllimlər həm metodik cəhətdən qazanırlar, həm də yeni təlim metodlarını tətbiq etmə imkanlarına yiyələnirlər.
İnteraktiv təlim prosesi elə təşkil olunmalıdır ki, şagirdlər biliyi tədqiqat yolu ilə əldə etsin. Bu təlim prosesində sinif (auditoriya) qrup və cütlər formasında problemin həlli yollarına dair axtarışa çıxarılır, qruplar əldə olunmuş nəticələri işçi vərəqlərində qeyd edir, sonra onun təqdimatını həyata keçirirlər. Təqdimatlar bitdikdən sonra bu tədqiqat nəticələri arasında rabitə yaradılır, məlumatlar sistemləşdirilir və ümumi bir şəkildə təsinif olunur. Bundan sonra həmin yekunlarla tədqitatın başlanğıcında şagirdlərin (auditoriyanın) irəli sürdüyü ilikin fəpziyyələrlə müqayisələr aparılır. Şagirdlər (öyrənənlər) hansıların üst-üstə düşdüyünü, nələrin isə yeni olduğunu müşahidə edir və ümumi nəticəyə gəlirlər, öyrəniləcək mövzuya çıxaracaq problem qoyularaq motivasiya yaradlılır.
Motivasiya təhrik etmə deməkdir. Yəni şagirdlərin (auditoriyanın) təlim-dərketmə marağını problemin həllinə doğru fəal, canlı şəkildə istiqamətləndirir. Onun digər vəzifəsi isə tədqiqat sualını oraya qoymağa şərait yaratmaqdır. Məhz həmin tədqiqat sualı ilkin fərziyyələr irəli sürməyə və tədqiqat işlərini təşkil etməyə imkan yaratmış olur. Tədqqiqat sualı tədqiqat işinin həyata keçirilməsini tələb edir. Tədqiqat işlərinin nəticələri işçi vərəqlərində qeyd olunur və təqdimatlar həyata keçirilir. Sonra təqdim olunan məlumatlar təşkil və təsnif olunur.Alınan qənaətlər ilkin fərziyyələrlə müqayisə olunaraq nəticələr çıxarılır. Sonra isə alınmış nəticələrin tətbiqi barədə işlər yerinə yetirilir.
Ənənəvi təlim sisteminin ən mürəkkəb problemlərindən biri istifadə olunan pedaqoji texnologiyaların konservatizmi, qeyri-çevik olmasıdır. Müasir informasiya– kommunikasiya dövründə elmin müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki, təlimin ənənəvi sxem və prinsiplərinə əsaslanaraq onları həm öyrənənə çatdırmaq, həm də mənimsətmək, əslində qeyri-mümkün işə çevrilir.
Əgər əvvəllər bilikləri əldə etmək üçün şagirdi iki əsas bilik mənbəyi (müəllim və dərslik) qane edirdisə, bu gün həmin mənbələr çoxsaylı məlumat mənbələri ilə müqayisədə uduzur. Bu səbəbdən müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi oyrətməkdir, yəni şagirdləri bilikləri müstəqil əldə etməyə yiyələndirməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi, onların şəxsiyyətə, onun tələbatlarına yönəldilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində təlim böyük səmərə verə bilər. Eyni zamanda, şəxsiyyətyönümlü belə tədris prosesi inkişaf proseslərinin keyfiyyətinə də təsir edəcək: idraki və sosial fəallığı artırmaqla , şəxsiyyətin dəyərlərini və vərdişlərini formalaşdıracaq. Bu tələblərin nəzərə alınması məhz məhsuldar, yaradıcı təfəkkürü və yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən fəal(interaktiv) təlim texnologiyalarına üstünlük verməyi tamamilə zəruri edir.
Dünya təcrübəsi göstərir ki, fəal (interaktiv) təlim metodu dərsin keyfiyyətini artırmaq məqsədi ilə güclü vasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal(interaktiv) təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır. Azərbaycanda müasir təlim metodlarının tətbiqi layihəsi artıq həyata keçirilir. Son illərdə respublikamızda fəal dərslərin hazırlanması, planlaşdırılması və onların həyata keçirilməsi üçün vacib olan ilkin təcrübə toplanmış, müəllimlərdə əsas bilik, bacarıq və vərdişlər formalaşmışdır. Keçirilən monitorinqlər göstərdi ki, fəal (interaktiv) təlim metodlarını həyata keçirərkən müəllimlər bir çox problemlərlə rastlaşırlar.
Belə ki, yenilikləri həyata keçirərkən təcrübənin yayılmasına və mübadiləsinə böyük ehtiyac duyürlar , Müəllimlərin yenilikləri həyata keçirmələrində təcrübələri artdıqca və bu işə daha çox müəllim cəlb olunduğca, yeni metodiki tövsiyyələrə, tədris materiallarına və digər metodiki məlumat mənbələrinə ehtiyacları artır. Fəal (interaktiv) təlim üzrə müəllimlər üçün məlumatın və müasir tədris təcrübənin yayılması tətbiqi problemlərin aradan qaldırılması üçün ən səmərəli və məqsədəuyğun yollarından biridir.
Təqdim olunacaq web-saytın vasitəsilə qısa müddətdə gələcək üçün fəal (interaktiv) təlim üzrə resursların toplanması və təkmilləşdirilməsi mümkün olacaqdır. Biz əminik ki, fəal (interaktiv) təlimin hər bir müəllim tərəfindən istifadəsi uşaqların dərs zamanı idrak fəallığını və əməkdaşlıq həvəsini artıracaq.
Yeni pedaqoji texnologiya fəal təlimə əsaslanır. Fəal təlimin modeli müəyyən olunan komponentlərlə şərtlənir. Bura fəal təlimin məzmunu, metodları, öyrədici mühit, qiymətləndirmə daxildir.
Təlimin məzmunu nəyi öyrətmək, metodları necə öyrətmək, öyrədici mühit hansı şəraitdə öyrətmək, qiymətləndirmə ayrı-ayrı komponentlərin səmərəliliyini müəyyən edən amillərə uyğun olaraq nəticəni aşkarlayır.
Fəal təlim prosesində şagirdlər tamhüquqlu iştirakçı olmaqla, qazanılan bilikləri axtarışlar və kəşflər hesabına mənimsəyirlər.
Ənənəvi və interaktiv təlim metodları
mənimsədilməsi istiqamətində tədqiqatlar genişlənmişdir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil
sisteminin institutsional əsaslarının inkişaf etdirilməsi, innovativ təlim metodları və
texnologiyalarının tətbiqinin genişləndirilməsi yolu ilə səriştəyə əsaslanan şəxsiyyət və
nəticəyönümlü təhsil modelinin yaradılması strateji hədəf kimi qarşıya qoyulmuşdur.
Sinif-dərs sisteminin meydana gəldiyi XVII əsrdən sonrakı yüzilliklər ərzində əyani-
illüstrativ təlim, proqramlaşdırılmış təlim, problemli təlim, alqoritmləşdirilmiş təlim,
differensiallaşdırılmış təlim və s. kimi müxtəlif təlim tipləri meydana gəlsə də, onların heç biri
pedaqoji praktikada tam vətəndaşlıq hüququ qazana bilməmiş, bəziləri isə öz didaktik dəyərini
Milli təhsil sistemində həyata keçirilməkdə olan innovasiya prosesləri təlim-tərbiyənin
məqsədi, məzmunu və metodlarına, müəllimlə şagirdlərin birgə fəaliyyətinin təşkilinə yeni
yanaşmalarla müşayət olunur. Təhsilin məzmununda innovasiya prosesləri öz mahiyyəti etibarı
ilə müasir pedaqogikanın iki mühüm probleminin: a) qabaqcıl və mütərəqqi pedaqoji təcrübənin
öyrənilməsi, ümumiləşdirilməsi və genişləndirilməsi, b) pedaqogika-psixologiya elmlərinin
naliyyətlərinin pedaqoji praktikaya tətbiqi problemlərinin həllini nəzərdə tutur.
Əsrlər boyu cəmiyyətin sosial sifarişini yerinə yetirən məktəb təhsili çox geniş təkamül
yolu keçmiş, təlimin çoxsaylı ümumdidaktik metodları formalaşmışdır. 1930-cu illərdən sonra
təlimin illüstrativ-əyani, evristik, tədqiqatçılıq, reproduktiv, praktik, problemli axtarış, sözə
əsaslanan, müstəqil iş, məntiqi, şagirdlərin təlim-idrak fəaliyyətinin stimullaşdırılması və
motivləşdirilməsi, nəzarət və özünənəzarət və s. kimi onlarla metodlar sistemi yaradılmışdır.
Ənənəvi pedaqogikada 50-dən artıq təlim metodu və hər bir metoda aid çoxsaylı priyomlar
mövcuddur. Onların təsnifatında perspeptiv, idarəedici, məntiqi, qnostik və kibernetik olmaqla
beş əsas yanaşma və təsnifat meyarlarından istifadə olunur. Ənənəvi təlim metodlarının hər
birində şagirdlərin və müəllimlərin fəaliyyətinin xarakteri konkret olaraq müəyyənləşdirilmişdir.
Bu cəhətdən görkəmli rus didaktları İ.Y.Lerner və M.N.Skatkinin beş əsas qrupda
cəmləşdirdikləri (informativ-reseptiv, reproduktiv, problemli şərh, evristik, tədqiqatçılıq) təlim
metodları geniş yayılmışdır. Ənənəvi təlim daha çox özünün imperativ xarakteri-uşaqların
şəxsiyyət xüsisyyətlərinin, təlabatları nəzərə alınmadan həyata keçirilən pedaqoji təsirə əsaslanır.
Belə yanaşmada təlim motivlərinə və ya digər fəaliyyət növlərinə diqqət yetirilmir, uşağın özünə
işə dəyişdirilmə, müəllimin tələblərinə tabe edilmə obyekti kimi baxılır. (2, s.45)
Mövcud təlim metodlarının şagirdlərin idrak fəaliyyətinin motivləşməsinin təşkilində,
biliklərin, bacarıq və vərdişlərin mənimsənilməsi prosesində gücsüzlüyü ötən əsrin 60-cı
illərində ənənəvi təlim metodlarına yeni, dialektik yanaşmanın əsasını qoydu, və “inkişafetdirici
təlim” konsepsiyasının meydana gəlməsi ilə nəticələndi.
Təlimin nəticələri yalnız o halda səmərəli hesab edilə bilər ki, öyrətmə metodları
şagirdlərin təfəkkürünün, dərketmə imkanlarının genişlənməsini və biliklərin mənimsənilməsi
prosesinə fəal qoşulmasını təmin edə bilsin. Bu tələblər nəzərə alınmaqla dərsdə elə optimal
təlim metodlarına istinad edilməlidir ki, onlar öz-özlüyündə yeni biliklərin müstəqil
mənimsənilməsinə, produktiv və yaradıcı təfəkkürün fəallaşdırılmasına təminat yaratmış olsun.
Məhz fəal, interaktiv təlim metodları bu meyarlara tam uyğun gəlir. Fəal təlim metodları təlim
prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində öyrənənlərin idrak fəallığını təmin etmək
inkanları ilə səciyyələnir. “Fəal təlim metodları”na əksər hallarda sinonim olaraq “interaktiv
təlim” metodları da deyilir. “İnteraktivlik” termini dialoqu, qarşılıqlı təsiri özündə əks etdirir.
“Fəal təlim metodları” bir sıra ədəbiyyatlarda “problemli-dialoji”, “problemli”, “evristik”
metodlar kimi də səciyyələndirilir. Fəal təlim dedikdə şagirdlərin təlim-idrak fəaliyyətinin
təşkili və idarə olunması üsullarının məcmuyu nəzərdə tutulur.
Fəal təlimin xarakteristikasında özünü göstərən başlıca cəhətlər bunlardır:
fəal təlim müəllim tərəfindən idraki problemli situasiyanın yaradılması, problemin həlli
prosesində şagirdlərin fəal tədqiqatçılıq mövqeyinin stimullaşdırılması, müstəqil “kəşf”,
“ixtira” və şagirdlər üçün yeni olan biliklərin mənimsənilməsi şəraitinin yaradılmasını
fəal təlim metodları şagirdlərdə intellektual baxımdan gərgin situasiyanın yaradılmasını,
informasiyanın hazır deyil, ziddiyyətli və natamam şəkildə təqdim edilməsi ilə
fəal təlimdə təlim tapşırıqları, həll üçün təqdim edilən problem cəlbedici, maraqlı,
şagirdlərin dərketmə imkanlarına uyğun, müstəqil tədqiqatçılıq baxımından asan olması
fəal təlim şagirdlərin öz qabiliyyətlərini reallaşdırmağa imkan yaradır, dialoqa və birgə
fəaliyyətdə əməkdaşlığa əsaslanır.
fəal təlimdə yaradılan əməkdaşlıq mühiti və işgüzar müzakirələr alınmış informasiyanı
sintez etməyə kömək edir, dərketməni stimullaşdırır və təlimin nəticəyönümlüyünə
etibarlı təminat yaradır.
Müasir təlim texnologiyalar İnternet resuslarından məqsədyönlü istifadəyə geniş
meydan açır. İnternet resursları təlimin əyaniliyinə, rahatlığa, mobilliyə zəmanət verir, təlim
üçün zəruri olan əlavə informasiya mənbələrini seçməyə meydan açır. Aparılmış elmi
tədqiqatların nəticəsi sübut edir ki, qrup şəklində təlim fərdi təlimlə müqayisədə daha yüksək
nəticələr əldə etməyə imkan yaradır. Birgə iş şagirdlərin qabiliyyətlərinin inkişafına etibarlı
təminat verir. Fəal və interaktiv təlimdə təlim diskusiyalarının təşkili, səmərəli istiqamətləndirici,
təhrikedici suallar şagirdləri yeni bilikləri müstəqil fəaliyyət əsasında əldə etməyə yönəldir. Fəal
təlimdə fasilitativ yanaşma idraki və yaradıcılıq təlabatlarının tam təmin edilməsinə, şagirdlərin
özünü reallaşdırma imkanlarının genişlənməsinə yol açır. Müəllim tərəfindən şagirdlərin
fəaliyyətinin stimullaşdrılması, “yaxşı” və “pis” cavablandırma zamanı fərdi qiymətləndirmədən
imtina edilməsi onların öz qüvvələrinə inamını və çalışqanlıq əzmini artırir. Hər bir şagird təlim
prosesinin digər iştirakçıları ilə birgə fəal əməkdaşlığa qoşularaq daha səmərəli çalışmaqla
“kollektiv zəka” məhsulu olan həll yolunun tapılmasına öz töhfəsini vermək üçün səylərini
Fəal təlimdə şagird-tədqiqatçı, müəllim –fasilitator kimi çıxış etməli, şagirdlərin idrak
fəallığı tədqiqatçılıq xarakteri kəsb etməli, onların biliklərin mənimsənilməsi prosesində
bərabərhüquqlu subyekt rolunda iştirakı təmin olunmalıdır. Müəllim planlı və məqsədyönlü
şəkildə siniflə əməkdaşlıq edərək problemli situasiyaları təşkil etməli, şagirdlər qarşısında
tədqiqat xarakterli məsələlər qoymaqla, onların həllinə metodik kömək göstərməli, şagirdləri
biliklərin müstəqil əldə edilməsi yoluna istiqamətləndirməlidir.
fəal təlimdə müəllimin fasilitator kimi fəaliyyəti şagirdləri fəallaşdırmaq üçün təlim
diskusiyalarının, dialoji qarşılıqlı təsirdə açıq mübahisə və mühakimələrin, məntiqi
ümumiləşdirmələrin və yaradıcı təxəyyülün inkişafına stimul yaradır;
fəal təlimdə qeyri-standart, strukturlaşmamış dərs tiplərinə -dərs-işgüzar oyunlar,
yarış dərsləri, fantaziya dərsləri, dialoq dərlər, dərs-rollu oyunlar, dərs –konfranslar,
inteqral dərslər və s. kimi təşkilati-didaktik strukturlara geniş instinad imkanları
fəal və inteqrativ təlim məntiqi düşünmə, tənqidi təfəkkür, yaradıcı yanaşma və
yaradıcı tətbiqetmə kimi idrak fəaliyyəti əməliyyatlarıın inkişafının motivləşməsinə
Fəal təlimdə şagirdlərin fəal idrak mövqeyinin saxlanılması üçün psixoloji dəstək
göstərilməli, sinifdə hörmət və inam mühiti daim saxlanılmalı, müəllim tərəfindən şagirdlərin
stimullaşdırılması diqqət mərkəzində saxlanılmlıdır. Fəal əməkdaşlıq və birgə iş vərdişlərinin
inkişaf etdirilməsi yolu ilə sosial birgəfəaliyət və birgə yaşayış qaydalarının mənimsənilməsinə
təminat verilməlidir. Bizim fikrimizcə, interaktiv metodların psixoloji konsepsiyası sistemli
təhlil olunduqda, onun başlıca pradiqması –şəxsiyyət yönümlü təlim prinsipi olmalıdır. (3,
Ənənəvi təlimdə əsas sima olan təhsilverən (trener, müəllim) özündən təlim
informasiyanı buraxan “filtr”, interaktiv təlimdə isə köməkçi, informasiya mənbələrindən biri
rolunu oynayır. Ənənəvi təlimdə müəllimin başlıca vəzifəsi şagirdləri təlim prosesinə cəlb
etməkdən və təlim fəaliyyətinin təşkilinə kömək etməkdən ibarətdir. (6, s.169) Ənənəvi təlimlə
müqayisədə interaktiv təlimdə aparıcı ilə qarşılıqlı təsir dəyişir: onun fəallığı öz yerini şagirdlərə
güzəştə getməli olur, aparıcının əsas vəzifəsi şagirdlərin təşəbbüsü üçün şərait yaratmaqdan
ibarətdir. Fəallıq, təşəbbüskarlıq və birgə fəaliyyətdə əməkdaşlıq interaktiv təlim metodlarını
səciyyələndirən əsas cəhətdir. Burada şagirdlərin fəallığının fiziki (danışmaq, yazmaq, dinləmək,
rəsm etmək), idraki (müəllimin şərhinə əlavə və düzəlişlər etmək, problemin həllini müstəqil
tapmaq və s.) və sosial (sual vermək, suallara cavab vermək, fikir mübadiləsi və s.) formaları bir-
biri ilə sinxron şəkildə əlaqələnmiş olur.
Məşhur İsveçrə psixoloqu Jan Piaje qeyd edirdi ki, biz uşağı “düzgün cavablar” əsasında
təlim edərkən onun özünün axtarmaq və tapmaq imkanlarını məhdudlaşdırmış oluruq”.
Ənənəvi təlimin interaktiv təlimlə müqayisə eədərkən onların hər ikisinin müəyyən üstün
cəhətlərini və nöqsanlarını müəyyən edə bilərik.
Ənənəvi təlimin başlıca nöqsanları nəzəri təmayülün üstün olması, şagirdlərin
passivliyi, metodikaların yeknəsəkliyi, şagirdlərin dalğınlığı, həll yollarının əsasən hazır şəkildə
verilməsi, fərdiləşdirməyə şəraitin olmaması, vaxt bölgüsünün dəqiq reqlamentləşdirilməsindən
İnteraktiv təlimin başlıca nöqsanlarına isə vaxtın reqlamentləşdirilməsinin çətinliyini
müəllimdən dərsə hazırlıq üçün böyük əmək tələb olunmasını, dəqiq planlaşdırmanın
mürəkkəbliyini və s. aid etmək olar.
Məlumdur ki, ümumtəhsil məktəblərində vahid məqsədə- şagirdlərin bilik, bacarıq və
vərdişləri mənimsəmələrinə xidmət edən çoxsaylı təlim metodlarından və müxtəlif dərs
tiplərindən istifadə olunur. Müasir dövrdə yeniliklərin, yaxud dəbdə olduğu kimi deyilsə
innovasiyaların dərsin strukturuna daxil olması faktı reallığa çevrilmişdir.
Ümumiyyətlə, təlim modelləri passiv, aktiv və interaktiv olmaqla üç əsas qrupa ayrılır.
Passiv təlim və ya ekstraaktiv təlim modelinin əsas xüsusiyyəti öyrənənlərin deyil, öyrədici
mühitin fəallığının üstün olmasından ibarətdir. Bu, o deməkdir ki, şagirdlər təlim materiallarını
bir-biri ilə ünsiyyətdə olmadan, heç bir yaradıcı məsələni həll etmədən müəllimin nitqindən və
dərslikdəki mətnlərdən öyrənirlər. Belə modelə nümunə olaraq məktəb mühazirəsi şəklində
aparılan ənənəvi dərs formalarını misal göstərmək. Ənənəvi dərs modeli uzun illərdir ki, tətbiq
olunsa da, dərsə verilən ən yeni tələblər belə onun strukturunda uşaqların fəallığını təlim edə
bilməmişdir. Aktiv və ya interaktiv metodlar isə bundan fərqli olaraq şagirdlərin müstəqilliyini
və idrak fəallığını stimullaşdırmağa imkan yaradır. Bu təlim modeli adətən yaradıcı xarakterli
ev tapşırıqlarının yerinə yetirilməsi və şagird-müəllim münasibətləri sistemində ünsiyyətin
zəruriliyinin təmin olunması tələbi ilə şərtlənir. Bu modelin əsas çatışmazlığı ondan ibarətdir ki,
şagirdlər öyrənmə subyekti kimi yalnız özləri üçün çalışır, onlar müəllimdən başqa prosesin
digər iştirakçıları ilə heç bir qarşılıqlı təsirdə ola bilmirlər.
Beləliklə, qeyd etmək olar ki, bu metod özünün birtərəfli istiqaməti, xüsusən müstəqil
fəaliyyət, özünütəhsil, özünütərbiyə, özünü inkişaf texnologiyaları üçün yetərli olsa da, qrupda
təcrübə mübadiləsi və qarşılıqlı təsir bacarıqlarının inkişafını təmin edə bilmir.
İnteraktiv təlimdə qrupda iştirakçıların sayı artanda, bu və ya digər dərəcədə
kütləviləşəndə təlimin intensivliyi, hər bir iştirakçının faydalı iş əmsalı” aşağı düşür,
“Rengelman effekti” özünü göstərir. Kiçik qruplarda iş prosesində rəqabət mühiti hökm
sürdüyündən qrup üzvlərinin bir-birinə münasibətinin psixoloji məziyyələri də dəyişir, əlaçılarla
geridə qalan şagirdlərin münasibətlərində dəyişmələr yaranır. (3,s.275)
İnteraktiv təlimdə “qiymətləndirmə vahiməsi” iştirakçıları təqib edir, narahatçılıq hissləri
güclənir. İnteraktiv təlim modeli öz qarşısına bütün iştirakçıların bir-biri ilə fəal qarşılığı təsirdə
konfort öyrənmə şəraitinin yardılması məqsədini qoyur. Müəllimlərin dərslərdə məhz bu
modeldən istifadə etməsi təlimə innovativ məzmun gətirir. İnteraktiv təlimin təşkili həyat
situasiyalarının modelləşdirmək, rollu oyunlardan istifadə, stuasiyanın təhlili əsasında problemin
birlikdə, əməkdaşlıq şəraitində həllinin üstünlüyü ilə seçilir, informasiya axınının şüura təsiri
nəticəsində onun fəallığına artırılmasına təkan verir, problemin həlli “kollektiv zəka”nın məhsulu
Aydındır ki, interaktiv dərslər öz strukturu ilə ənənəvi dərslərdən xeyli fərqləndiyi üçün
onun təşkili müəllimdən peşəkarlıq və yaradıcı fəallıq tələb edir. Ona görə də, belə dərslərin
strukturuna onun qeyri-adi və maraqlı olması üçün yalnız interaktiv təlim modelinin elementləri-
interaktiv texnologiyalar, yəni konkret interaktiv metod və priyomlar daxil edilməlidir. İnteraktiv
təlim və onun əsasında duran interaktiv texnologiyalar öyrənmə subyekti olan şagirdin daim
öyrədici sistemin fəal avtonom elementi rolunda çıxış etməsini tələb edir.İnteraktiv təlim
informasiyanın passiv rejimində deyil, fəal, problemli stuasiya rejimində mənimsənilməsini
təmin edir ki, bu da interaktiv dioloji ünsiyyətə, əqli inkişafa yol açır.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. B., “Təhsil”
jurnalı, 2013, N-10, səh.4-16
Амонашвили Ш.А. В школу –с шести лет./ Педагогический поиск., М.,
«Педагогика», 1989, 560 стр.
Əlizadə Ə.Ə., Əlizadə H.Ə.Yeni pedaqoji təfəkkür: psixopedaqogiyaya giriş. B., ADPU,
Жук А.И., Кошель Н.Н.Активные методы обучения в системе повышения kвалифи-
кации педагогов М., «Аверсэв»,2004, 244 стр.
Григальчик Е.К., Губаревич Д.И.Обучаем иначе. Стратегия активного обучения.
Минск, 2003, 148 стр.
Педагогика. Педагогические теории, системы, технологии. (Под ред.
С.А.Смирнова. М., «Академия», 2003, 512 стр.
Щуркова Н.Е. Педагогическая технология. М., «Педагогическое общество
России», 2002, 224 стр.
Традиционные и интерактивные методы обучения: сравниния и параллели.
В статье на основе сравнения отмечаются превосходство и нехватка традиционного
и интерактивного метода обучения. Интерактивный метод обучения придаёт особое
значение в организации мотивации и управлении познавательной деятельности и
Traditional and interactive teaching methods: comparison and parallels.
The positive and negative sides of traditional and interactive methods of teaching wish
comparison are noted in this article. Interactive methods have a great role in development of
students’ mental activity and comprehension, organization of motivation
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.