Yaşar Qarayev
qarşımızda duran vəzifələrdən biridir.
Azə rbaycan respublikasi təhsil nazirliyi azərbaycan müƏLLİMLƏR İnstitutunun şƏKİ FİLİali
müqayisə və təhlil üsullarını öyrənmək ehtiyacı vardır.
XX əsr Azərbaycan ədəbi tənqid tarixini öyrənmək isə bizə yaxın olan bu
zaman kəsiyində özünü göstərən və müddəti baxımından fərqlənən elmi-ədəbi,
elmi-siyasi, elmi-ideoloji baxışları da öyrənməyi tələb edir. 1991-ci ildən milli və
dövləti müstəqillik yolunun yolçusu olduğumuzu nəzərə alsaq, onda ədəbi tənqid
tariximizin ayrı-ayrı mərhələlərinə çağdaş dövrümüzün elmi-ədəbi-tənqidi düşüncə
tərzindən yanaşmaq zərurətini etiraf etməliyik.
“Ədəbi tənqid tarixi” fənni filologiya fakültəsinin IV kurslarında seçmə fənn
kimi tədris edilir. Bu günə qədər ali məktəblərdə akad. K.Talıbzadənin
“Azərbaycan ədəbi tənqid tarixi” (Bakı, “Maarif”, 1984) dərsliyindən və ya eyni
məzmunda olduğuna görə əsərlərinin II cildindən “Tənqid və ədəbi hərəkat”
monoqrafiyasından (Bakı, “Azərnəşr”, 1994), əlavə ədəbiyyat kimi C.Xəndan,
Ə.Abid, M.Hüseyn, M.Arif (Dadaşzadə), Mir Cəlal, A. Dadaşzadə, H.Araslı,
F.Qasımzadə, M.Cəfər, M.C.Cəfərov, M.Əlioğlu, Q.Xəlilov, Y.Seyidov və
başqalarının əsərlərindən yeri gəldikcə istifadə etmişlər. Lakin bu müəlliflərin çoxu
sovet dönəminin düşüncə tərzi ilə yazıb yaratmış, çox az qismi müstəqillik
dövrünün ilk illərini yaşamış, ədəbi-tənqidi baxışlarındakı siyasiləşmə və
ideolojiləşmədən uzaqlaşıb sırf ədəbi-tənqid müstəvisinə keçməkdə çətinlik
çəkmişlər. A.Məmmədov, Elçin, B. Nəbiyev, Y.Qarayev, A.Səfiyevin bəzi əsərləri
isə müstəqillik dövründə qələmə alınmışdır.
Yuxarıda deyilənlərlə bərabər, “Ədəbi tənqid tarixi”nin bir fənn kimi
tədrisində akad. K.Talıbzadənin adı gedən monoqrafiyaları hələlik əsas istinad
mənbəyi kimi qalır və orta əsrlərdən az qala milli və dövləti müstəqillik dövrünə
qədərki ədəbi tənqid tariximizi əhatə edən bu monoqrafiyalar bundan sonra da bir
çox ədəbi-tənqidi problemlərin şərhində etibarlı mənbə və tədris vəsaiti olaraq
Fənnin tədrisinin tələbləri baxımından 1900-1920-ci illərdə Azərbaycan
ədəbi tənqidinə sirayət edən çoxmeyllilik, 1920-30-cu illərdə təmərküzləşmə
səviyyəsində özünü biruzə verən siyasiləşmə və ideolojiləşmə məhz bu günün
düşüncə tərzi ilə izah edilməlidir, lakin ədəbi tənqid ədəbi prosesin ayrılmaz tərkib
hissəsi olduğu üçün bu problemə həm də prosesin özündə baxmaq ehtiyacı vardır.
Elə buna görə də sovet dönəmi ədəbi tənqidini tədris edərkən Elçinin “Sosrealizm
bizə nə verdi?” silsilə məqaləsindən də tədris vəsaiti kimi istifadə etmək zərurəti
yaranır. Beləliklə, ədəbi tənqidimizin ən son nailiyyətlərini də nəzərə almaqla
müstəqillik dövrümüzün ədəbi panoramasına ümumi bir nəzər salmaq da
qarşımızda duran vəzifələrdən biridir.
“Ədəbi tənqid tarixi” fənninin tədrisi üçün 30 saat müharizə, 30 saat seminar
məşğələsi olmaqla, cəmi 60 saat vaxt ayrılır. Mühazirə saatlarının aşağıdakı
şəkildə bölünməsi məqsədəuyğun sayılır:
Yaşar Qarayev
Yaşar Qarayev (1936–2002) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Dil İnstitutunun direktoru.
Mündəricat
- 1 Haqqında məlumatlar
- 1.1 Təhsili
- 1.2 Əmək fəaliyyəti
- 1.3 Elmi fəaliyyəti
- 1.4 İctimai aktivliyi
- 1.5 Təltif və mükafatları
- 1.6 Vəfatı
- 1.7 Xatirəsi
- 1.8 Əsərləri
- 1.9 Filmoqrafiya
Haqqında məlumatlar [ redaktə | HTML redaktə ]
5 mart 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili [ redaktə | HTML redaktə ]
Nuxa şəhər 3 №-li orta məktəbində və Bakı şəhər 31 №-li orta məktəbində təhsil alıb.
1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Əmək fəaliyyəti [ redaktə | HTML redaktə ]
1959-cu ildən Azərbaycan SSR EA-da əmək fəaliyyətinə başlayıb.
1975 – 2002-ci illərdə Azərbaycan SSR EA/AMEA Nizami adına Ədəbiyyat Dil İnstitutunda/Nizami adına Ədəbiyyat İnstitutunda işləyib; o cümlədən,
1975 – 1981-ci illərdə şöbə müdiri,
1981 – 1985-ci illərdə elmi işlər üzrə direktor müavini,
1985-ci ildən isə daha sonra direktor vəzifəsində çalışıb.
Elmi fəaliyyəti [ redaktə | HTML redaktə ]
1963-cü ildə filologiya üzrə namizədlik dissertasiyasını,
1979-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.
1985-ci ildə professor elmi adını alıb.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
38 monoqrafik tədqiqat əsərinin və ədəbi-tənqidi məqalələr məcmuəsinin, 500-dən artıq məqalənin müəllifidir.
İctimai aktivliyi [ redaktə | HTML redaktə ]
«Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları» problemi üzrə Əlaqələndirmə Şurasının (1985 – 2002), Ədəbiyyatşünaslıq üzrə müdafiə şurasının sədri, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin, bir sıra elmi və bədii şuraların, Çingiz Aytmatov Akademiyasının, Atatürk Araşdırmalar Mərkəzinin, Şəhriyar Konqresinin üzvü olmuşdur.
Təltif və mükafatları [ redaktə | HTML redaktə ]
- Azərbaycan SSR Dövlət Mükafatı (1980);
- Azərbaycan SSR əməkdar elm xadimi fəxri adı (1982);
- «Məmməd Araz» mükafat;
- «Həsən Turabov» mükafatı.
Vəfatı [ redaktə | HTML redaktə ]
25 avqust 2002-ci il tarixdə – 66 yaşında, Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.
Vəfatı münasibəti ilə Azərbaycan Respublikasının rəsmi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, Azərbaycan Respublikasının Milli Məclisin sədri Murtuz Ələsgərovun, Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin və başqa görkəmli şəxslərin imzası ilə nekroloq dərc olunub.
Xatirəsi [ redaktə | HTML redaktə ]
Yaşar Qarayevin “Seçilmiş əsərləri” 5 cild Müəlliflər baş redaktor akademik İsa Həbibbəyli, elmi redaktor fil.e.d.prof. Şirindil Alışanlı, tərtib edənlər: fil.e.d.prof. Şirindil Alışanlı, fil.f.d.dos. Aygün Bağırlı Janr Ədəbiyyyat tarixi Orijinalın dili azərbaycan dili Ölkə Azərbaycan Nəşriyyat “Elm” Cild 5 Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq anadan olmasının 80 illik yubileyi ilə əlaqədar olaraq AMEA Rəyasət Heyətinin 2015-ci il, 14/5 nömrəli Qərarına əsasən “Seçilmiş əsərləri” 5 cilddə hazırlanaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmişdir.
Əsərləri [ redaktə | HTML redaktə ]
- Faciə və qəhrəman. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1965, 192 səh.
- Səhnəmiz və müasirlərimiz. Bakı: Azərnəşr, 1972, 252 səh.
- Tənqid: problemlər, portretlər. Bakı: Azərnəşr, 1976, 212 səh.
- Poeziya və nəsr. Bakı: Yazıçı, 1979, 198 səh.
- Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 258 səh.
- Mirzə Fətəli Axundov. Bakı: Yazıçı, 1982, 36 səh.
- Poeziyanın kamilliyi. Bakı: Yazıçı, 1985, 190 səh. (şərikli).
- Ədəbi üfüqlər. Bakı: Gənclik, 1985, 286 səh.
- Meyar-şəxsiyyətdir. Bakı: Yazıçı, 1989, 494 səh.
- Xan bülbülün nağılı. Bakı: Azərnəşr, 1994, 56 səh.
- Tarix: Yaxından və uzaqdan. Bakı: 1996, 710 səh.
Filmoqrafiya [ redaktə | HTML redaktə ]
- Geriyə baxmağa dəyər (film, 1985).
- Sən həmişə bizimləsən (film, 1997).
- Cavad Heyət varlığı (film, 2002).
- Üç zirvənin fatehi (film, 2008).
Ədəbiyyat [ redaktə | HTML redaktə ]
- Məmmədov Ə., Xalıqov F.Qarayev Yaşar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 318-321. — 1.000 nüsx.
- “YAŞAR VAHİD OĞLU QARAYEV”. azertag.az (azərb.). AZƏRTAC. 25.08.2002. 25 Aug 2020 tarixində arxivləşdirilib.
- “Vəfat etmiş müxbir üzvlər/Qarayev Yaşar Vahid oğlu”. science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 19 Sep 2018 – 22 Jul 2019 tarixində arxivləşdirilib.
© 2019 – 2023 Şəki Ensiklopediyası
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.- Y
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- 5 martda doğulanlar
- Martda doğulanlar
- 1936-cı ildə doğulanlar
- 25 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
Comments are closed, but trackbacks and pingbacks are open.