Bakıda 219 yaşayış binası söküləcək
“Bloomberg” agentliyi Türkiyənin Sahibkarlar Konfederasiyası və işgüzar dairələrin nümayəndələrinə istinadən məlumat yayıb ki, zəlzələ qardaş ölkəyə 84 milyard dollar zərər vurub. Dünya Bankı Türkiyədə zəlzələnin vurduğu zərəri tam aradan qaldırmaq üçün 465 milyard dollar pul lazım olacağını açıqlayıb.
Yaşayış binalarının bərpası bakı
“Bütövlükdə infrastrukturun və ilkin olaraq yaşayış binalarının bərpası təxminən 100 milyard dollarlıq bir vəsait tələb edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov zəlzələ nəticəsində Türkiyə infrastrukturuna və uçmaq təhlükəsi olan binalara dəyən ziyanın həcmindən danışarkən deyib. Deputat bildirib ki, sonrakı dövrlərdə həmin ərazilərin genişləndirməsi əlavə vəsaitə ehtiyac yarada bilər:
“Amma Türkiyə ziyanın aradan qaldırması üçün bu istiqamətə kifayət qədər böyük vəsait ayrımaq məcburiyyətində qalacaq. Zəlzələ nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyanla bağlı fərqli rəqəmlər var. “Bloomberg” ümumi daxili məhsulun 10%-i həcmində ziyanın dəydiyini müəyyənləşdirib. Bu da təxminən 90 milyard dollara yaxın vəsaitdir.
Dünya Bankı tərəfindən qeyd edilən vəsait kifayət qədər böyükdür. Bu həcm Türkiyə ümimi daxili məhsulunun təxminən yarısı deməkdir. Düşünmürəm ki, bu qədər vəsaitə ehtiyac olsun. Dəymiş ziyanın nəticələrini aradan qaldırmaq üçün tələb edilən vəsaitin həcmi kiçik deyil. Həm beynəlxalq hesabatlara uyğun olaraq, eyni zamanda bizim də qiymətləndirmələrimiz göstərir ki, bütövlükdə dəymiş ziyanı aradan qaldırmaq üçün 100 milyard dollara yaxın vəsaitə ehtiyac olacaq”.
Vüqar Bayramov hesab edir ki, hansı müddətdə dəymiş ziyanın aradan qaldırılması və infrastrukturun, evlərin bərpa edilməsi də önəmlidir:
“Bərpanın mərhələli şəkildə həyata keçirilməsi Türkiyə iqtisadiyyatı üçün yaranacaq yükün həcminin azaldılmasına gətirib çıxara bilər”.
“Bloomberg” agentliyi Türkiyənin Sahibkarlar Konfederasiyası və işgüzar dairələrin nümayəndələrinə istinadən məlumat yayıb ki, zəlzələ qardaş ölkəyə 84 milyard dollar zərər vurub. Dünya Bankı Türkiyədə zəlzələnin vurduğu zərəri tam aradan qaldırmaq üçün 465 milyard dollar pul lazım olacağını açıqlayıb.
Bakıda 219 yaşayış binası söküləcək
BAKU.WS-in AZƏRTAC-a istinadən verdiyi xəbərdə bildirilir ki, rayon icra hakimiyyətindən verilən məlumata görə, rayon üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması planlaşdırılıb və artıq qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahıya alınaraq, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşası işləri davam etdirilir.
Eyni zamanda, rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq, hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının layihələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verilib.
Sərəncama əsasən, bir sıra ünvanlarda sakinlərlə bağlanmış müqavilələr əsasında onların köçürülməsi və ərazinin boşaldılması işləri artıq başa çatdırılıb və tikinti işlərinə başlanılıb. Digər ünvanlarda isə müqavilələrin bağlanılması və sakinlərin köçürülməsi işləri davam etdirilib.
Nəticədə, orada yaşayan sakinlər əvvəlki mənzillərinin sahəsindən 20-30 faiz artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacaq, tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə kirayə haqqı ödəniləcək.
Comments are closed, but trackbacks and pingbacks are open.