Azərbaycan Qırmızı Kitabı
Azərbaycan Respublikası “Qırmızı Kitab”ı – Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
Əlifba kitabı haqqında
Əlifba kitabını işıqlı, nikbin bir kitab kimi xatırlayıram. Məmnuniyyətlə indi əlifba kitabını vərəqləyər, rəsmlərinə baxardım. Amma bu mümkünsüzdür. Hardan tapmaq olar köhnə əlifba kitabını? Demək olar ki, heç hardan.
Nə qəribə, sadə günlər olub. Bir kitabı, bir dəftəri çantana atıb məktəbə gedirmişsən. Xətlərlə, hərflərlə, sadə sözlərlə, sadə cümlələrlə başlayan bir proses Russoya, Volterə, Tomas Manna qədər gəlib çıxdı. Deməli, yolun əvvəli var, sonu yoxdur. Nə qədər getsən bu yol qurtarmayacaq. Sonsuzdur. Halbuki, proses hər an, bu və ya digər səbəblərdən elə xətlərdə, hərflərdə, sadə sözlərdə qırıla bilərdi. Bəzilərinin “prosesi” elə xətlərdə, hərflərdə, sadə sözlərdə qırılıb qaldı. Hələ də ordadırlar. Özü də hər mənada.
Əlifba kitabından iki cümlə yaddaşımda təxminən belə qalıb:
1. Musa su şirindir. Hə, su şirindir.
Bu cümlənin yanında dəyəsən bir rəsm də var idi. Rəsmdə bir uşaq yekə başını maşının kabinəsindən bayıra çıxarmışdı. Burada onu da mütləq qeyd edim ki, Zil markalı, sarı rəngli çəni olan, həqiqi su maşınlarını uşaq vaxtı hər dəfə küçədə görəndə təəccüblənirdim. O boyda maşının çəninə ağ rənglə iki hərfdən ibarət bircə söz yazırdılar. Yanından səs-küylə, dızıldaya-dızıldaya maşın keçir, sarı çəninin üstünə ağ rənglə ikicə hərfdən ibarət cəmi bir söz yazılıb – SU. Qəribədir, elə deyilmi?
2. Tutu topu tut. Tutu topu tutdu.
Əlifba kitabından yaddaşımda qalan ikinci cümləni “Ana ürəyi” hekayəsində istifadə etmişəm. Hekayənin qəhramanı əlində anasının ürəyi şəhərdə gəzir və dodağının altında bu cümlələri təkrarlayır: “Tutu topu tut. Tutu topu tutdu”.
Ağır səhnədir. Bü günə qədər yazdıqlarım arasında ən ağır, ən güclü səhnələrdən biridir. “Ana ürəyi” hekayəsini çox adam gülməli, mırt, qeyri-ciddi bir hekayə kimi qəbul etdi. Hekayəyə qarşı bu cür münasibət məni incitmirdi. Əksinə, gülməyim gəlirdi…
Çexovun “Aynabəndli ev” hekayəsində böyük bacı uşaqlara imla deyir: “Allah qarğaya bir parça pendir göndərdi”. Bu səhnə, “Allah qarğaya bir parça pendir göndərdi” cümləsi hekayədə baş verən hadisələrin fonunda dəhşət yerinə oturur. “Aynəbəndli ev ” Çexovun ən ağır hekayələrindən biridir. İnsan nə qədər ümüdsüz və üstəlik sinik olmalıdır ki, elə bir hekayə yazsın. “Aynəbəndli ev” hekayəsini “Ana ürəyi”ni yazandan sonra oxumuşdum. Böyük bacının uşaqlara imla deməsi səhnəsinə, “Allah qarğaya bir parça pendir göndərdi” cümləsinə gəlib çatanda həm sevindim, həm də kədərləndim. Ona görə kədərləndim ki, böyük tapıntı, nəsrdə yüksək hədd hesab etdiyim bir səhnə (ifadə formaları ayrı-ayrı olsa da) sən demə lap çoxdan yazılıbmış. Ona görə sevindim ki… Niyə sevindiyimin səbəbini yazmasam daha yaxşı olar.
Əlifba kitabından bir rəsm də yadımda qalıb: əlində yekə qarpız dilimi tutmuş cırtdan.
Rəssam dost-tanışdan mənim üçün əlində yekə qarpız dilimi tutmuş cırtdan rəsmi çəkmələrini dəfələrlə xahiş etdim. Xahişimə ciddi yanaşan olmadı.
Qarpız demişkən, qadın tənhalığını qarpız mövsümündə hüceyrələrimə qədər bütün kəskinliyi ilə hiss edirəm. Nədənsə mən elə gəlir ki, qarpızı ancaq kişi almalıdır, qarpızı ancaq kişi kəsməlidir. Ona görə də qarpız alan, evə qarpız aparan qadınlar görəndə içimdə kədər dalğaları baş qaldırır. Özümdən asılı deyil, qarpız alan, evə qarpız aparan qadın görəndə onlara yazığım gəlir. Bir qadın nə qədər tənha, köməksiz olmalıdır ki, gedib qarpız alsın. Heç həzm edə bilmirəm bu səhnələri.
Qarpızla bağlı həzm edə bilmədiyim daha bir səhnə var. Marketlərdə qarpızın dilimlə satıldığını görəndə əsəbiləşirəm. Qarpızı necə dilimlə satmaq olar? Yaxud qarpızı necə dilimlə almaq olar? İyriminci əsrin ən böyük yazıçılarından biri belə demişdir: “Həyata nifrət etmək olar, amma həyatı təhqir etmək olmaz”. Qarpızı dilimlə satan, qarpızı dilimlə alan adamlar həyatı çox pis formada təhqir edirlər. Elə dünən içi qozlu kətə almaq üçün marketə getmişdim. Meyvə-tərəvəz bölümündə dilimlə satılan qarpız gördüm. Durduğum yerdə qanım qaraldı. Həmin an, çox əlacsız və aciz hiss etdim özümü. Bunu da görməli idim, qarpızın dilimlə satılmasını. Axı mən nəyə görə qarpızı dilimlə satan, qarpızı dilimlə alan mənasız insanlarla bir planetdə yaşamalıyam? Bütün hərəkətlərindən sağlamlıq, həyat eşqi hiss edilən, güləndə ağzı uzun qulaqlarının dibinə gedib çıxan, həvədiş satıcıya «niyə qarpızı dilimlə satırsınız» sualı verə bilməzdim. Bu sualı marketdə işləyən hər hansı şəxsə, məsələn, üzərində ördək rəsmi olan qalstuk taxmış, cırcıramaya oxşayan menecerə ünvanlamaq səlahiyyətini heç kim mənə verməyib. Beş-üç dəqiqə meyvə-tərəvəz bölümündə dayandım. Mənə maraqlı idi, görəsən kim qarpızı dilimlə alacaq. O tərbiyəsiz və şəxsiyyətsiz, mənəviyyatsız, alçaq insanı gözümlə görmək istəyirdim. Qarpızı dilimlə alan adamları asmaq da azdır. Belələrinin başının dərisini soyub, bədənini də payaya keçirmək lazımdır. Qoy başqaları da bu mənzərəni görüb ibrət dərsi götürsünlər. Xırdaçılıq eləməsinlər.
İncəvara, meyvə-tərəvəz bölümündə dayandığım vaxt ərzində heç kim dilimlə qarpız almadı. Buna çox sevindim. Elə bil üstümdən dağ götürüldü. Sizi inandırım ki, qarpızı dilimlə alan adam görsəydim, hər cür hadisə baş verə bilərdi…
Azərbaycan Qırmızı Kitabı
Azərbaycan Respublikası “Qırmızı Kitab”ı – Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
Kitab haqqında ümumi məlumat
Mövcud “Qırmızı Kitab” 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 42 məməli növü, 71 quş növü, 5 balıq növü, 16 amfibi və 14 reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.
Respublika “Qırmızı Kitab”ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.
Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.
Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. “Qırmızı Kitab”ın I nəşri 1989-cu ildə həyata keçirilib.
Qırmızı kitabın ikinci nəşri
Qanunvericiliyə əsasən, hər on ildən bir yeni nəşrin çap olunması nəzərdə tutulsa da, kitabın II nəşri 24 il gecikib. Yəni Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın II nəşri 2013-cü ildə çapdan çıxıb.
Azərbaycanın “Qırmızı Kitab”ının ikinci nəşri çox arzuolunan bir haldır. Akademik Cəlal Əliyevin rəhbərliyi altında respublika ərazisində yayılmış nadir və nəsli kəsilməkdə olan bitki, göbələk (I cild) və fauna (II cild) növlərinin tədqiqi üzrə nəticələri əks etdirən “Azərbaycan Respublikasının Qırmızı Kitabı” (ikinci nəşr) hazırlanmış və dərc edilmişdir. 300 ali və ibtidai bitki, həmçinin göbələk və 223 fauna növü, onların yayılması, sayı və azalma tendensiyaları haqqında məlumatlar ilk dəfə olaraq kitaba daxil edilmişdir.
“Qırmızı kitab”ın II nəşrində respublika flora və faunasının qorunmağa ehtiyacı olan növləri haqqında məlumat verilir. Siyahıya daxil edilmiş 300 növün 266-sı ali bitkilərə, 20-si ibtidai (6 yosun, 13 şibyə və 1 mamır) bitkilərə və 14-ü göbələk növlərinə aiddir. Ali bitkilərin arasında:
Plaunkimilər – 1 növ Qatırquyruğukimilər – 1 növ Qıjıkimilər – 4 növ Çılpaqtoxumlular – 4 növ İkiləpəli örtülütoxumlular – 256 növ təşkil edir.
Kitabın ikinci nəşrinə nadir və nəsli kəsilməkdə olan 206 növ heyvan daxil edilmişdir.
Nadir fauna və flora növlərinin qorunub saxlanılması
Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.
Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeydə alınıb. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-də, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlinir. Dağıstan turuBöyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.
Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamayı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.
Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var.
Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Şirvan və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmişdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 milyonadək nərə balığı, 600 min qızılbalıq və 800 milyondan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 milyon nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.
Qırmızı kitaba düşmüş bitkilər
- Hirkan şümşadı
- Dəmirağac
- Şabalıdyarpaq palıd
- Hirkan ənciri
- Hirkan armudu (Pyrus hyrcana)
- Xəzər lələyi
- İkək akasiyası
- Qafqaz xurması
- Ürəkyarpaqlı qızılağac
- Budaqlı danaya
- Hirkan bigəvəri
- Eldar şamı
- Qafqaz rododendron
- Çoban sarmaşığı
- Laqodex acıçiçəyi
- Təmiz kladoxeta
- Qaraçöhrə
- Şərq çinarı
- Qafqaz xədicəgülü
- Məxməri gərməşov
- Naxçıvan gəvəni
- Araz palıdı
- Xəzər zəfəranı
- Su zanbağı
- Qafqaz dəmirağacı
Qırmızı kitaba düşmüş heyvanlar
- Talış qırqovulu
- Hirkan arıquşu
- Qara leylək
- Qıvrımlələk qutan
- Mərmər cürə
- Ağquyruq dəniz qartalı
- Məzar qartalı
- Berkut
- Laçın
- Turac
- Forel balığı
- Təkə
- Köpgər (qaranaca)
- Muflon
- Qafqaz tetrası
- Qafqaz uları
- Çöl qartalı
- Ardıc ağıriyli
- Şahin
- Toğlugötürən
- Çəhrayı qutan
- Bəzgək
- Dovdaq
- Sultan toyuğu
- Ərsindimdik
- Qızılqaz
- Qırmızıdöş qaz
- Fısıldayan qu
- Kiçik qu quşu
- Ceyran
- Çökəkburun cüllüt
- Ağquyruq çökəkburun
- Çöl haçaquyruq cüllütü
- Turan pələngi
- Çöl pişiyi
- Ön Asiya bəbiri
- Zaqafqaziya dağ qoyunu
- Zaqafqaziya bezoar keçisi
- Zaqafqaziya qonur ayısı
- Zolaqlı kaftar
- Vaşaq
- Manul
- Adi uzunqanad
- Cənub nalburunu
- Enliqulaq bükükdodaq
- Safsar
- Suriya sarımsaqiyli qurbağası
- Adi triton
- Daraqlı triton
- Adi quru qurbağası
- Kiçik Asiya gürzəsi
- Fars dırmanantəlxəsi
- Cənubi Qafqaz dırmanantəlxəsi
- Aralıq dənizi tısbağası
- Xarabalıq kələzi
- Qızılı mabuya
- Zolaqlı çılpaqgöz
- Ox-ilan
- Yovşanlıq girdəbaşı
- Ağ durna
- Baloban
- Toğlugötürən
- Şahin
- Çay qaraquşu
- İncədimdik kronşnep (əyridimdik)
- İlanyeyən
- Xəzər uları
- Tetraçalan
- Türküstan tüviki
- Qaraqarın bağrıqara
- Ağboğaz bülbül
- Səhra qar quşu
- Dağ keçisi
Comments are closed, but trackbacks and pingbacks are open.