Press "Enter" to skip to content

Ana dilinin qorunması və inkişafı daimi qayğı tələb edir

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılmışdır. Azərbaycanın ilk Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dili məsələsi ətrafında da geniş diskussiya və müzakirələr aparılmışdır. Məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olunmuşdur. Nəhayət, xalqımız 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar çıxmışdır. Beləliklə, dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırılmış, onun hüquqları qorunmuş, cəmiyyətdəki mövqeləri bərpa edilmişdir.

“Rus tilini oʻqitish” metodikasi

Книга, полки, чтение, газета, журнал, музыка, библиотека, картинки, письмо, друг.

Как сказать об объекте действия?

  • Что читает Надир? Он читает книг у.
  • Что читает Севара? Она читает стать ю.
  • Что вы читаете? Мы читаем журнал.
  • Что они читают? Они читают газет у.

Что читает учительница?

Что читает Акрам?

Что читает мама?

Что читает Муниса?

  • Cнаружи смотришь – дом как дом,
  • Но нет жильцов обычных в нём.
  • В нём книги интересные
  • Стоят рядами тесными.
  • Как называют этот дом?
  • Не куст, а с листочками.
  • Не рубашка, а сшита.
  • Не человек, а рассказывает.

Тема 15. Книга – наш друг

Что читает сестра?

Что покупает Рано?

Что делает Севара?

Что проверяет учительница?

  • Мудрее –
  • хранится –
  • великие –
  • корм –
  • поколение –
  • опыт –

Рубрика «Это интересно»

  • Книга – великан
  • Книга высотой в два этажа. Скажете, таких книг не бывает? Такие книги есть. Они находятся в Монголии. В одной из них насчитывается двести тридцать шесть томов. Книги эти созданы в древности. В те времена мастерам приходилось текст каждой страницы вырезать на деревянной доске.

Рубрика «Это интересно»

Легенда о библиотеке Улугбека

  • Историки сообщают, что библиотека Улугбека была очень богатой. Сначала в библиотеке были книги, привезённые Амиром Темуром из разных стран. При Улугбеке библиотека продолжала увеличиваться. Учёные утверждают, что Улугбек сам работал в ней библиотекарем. Сколько было книг и какие именно книги находились в библиотеке, неизвестно. Однако после трагической смерти Улугбека библиотека пропала. Найти эту библиотеку Улугбека – мечта учёных и кладоискателей.
  • 1. Выучить наизусть стихотворение «Мой друг».
  • 2. Прочитать любую книгу и пересказать.
  • Спасибо за внимание!

Ana dilinin qorunması və inkişafı daimi qayğı tələb edir

Day.Az представляет новость на азербайджанском языке.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var”.

Heydər ƏLİYEV

Hər il fevral ayının 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü əsasında belə bir tarixi qərar qəbul etməsi ötən əsrin ortalarında Pakistanda benqal dilinin sıxışdırılması zəminində baş verən hadisələrlə bağlı olmuşdur: 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz əlaməti olaraq keçirilmiş dinc kütləvi aksiyada qətlə yetirilmiş 4 nəfərin xatirəsinə ehtiram olaraq Banqladeş nümayəndələri fevralın 21-i tarixinin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması barədə məsələ qaldırmışlar.

Beləliklə, BMT-nin ali mədəniyyət qurumu olan UNESCO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunmuşdur. Eyni zamanda, təşkilata üzv ölkələrə həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlərin, konfransların, seminarların keçirilməsi tövsiyə edilmişdir. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Hər bir kəsin təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər, bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hamını bu cinayətə qarşı birləşməyə səsləyir.

Fəlsəfi dilçilik məktəbinin banisi, alman alimi, dilçi V.Humboldt yazır ki, “Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir – bundan da güclü olan eynilik təsəvvür etmək çətindir”. Millətin dilinin dövlət statusuna yüksəlməsi milli dövlətçilik tarixinin qızıl səhifəsidir, milli özünəməxsusluğun təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil millətin özünü isbatı olmaqla yanaşı, həyat tərzi, mədəni irsidir. Ana dili hər bir xalqın mənəviyyatının güzgüsü, dünyanın ümumi mədəniyyətinin tərkib hissəsi, mənəvi diriliyidir. Ana dili ünsiyyət vasitəsi, ictimai, mədəni-mənəvi hadisədir və başqa dillərdə yaranmış mədəniyyətləri də özündə etiva edir. Hazırda dünyada 200-dək dövlət olsa da, onların rəsmi dövlət dillərinin sayı 70-i keçmir.

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Nizami müdrikliyi, Füzuli məhəbbəti, Nəsimi üsyankarlığı, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.

Qloballaşan dünyanın yeni çağırışlarına müsbət cavab verən Azərbaycan bu prosesin müəyyən neqativ təsirlərini də nəzərə alır, xüsusən, mühüm siyasi mədəniyyət hadisəsi olan milli dilin təmizliyinin qorunmasına çalışır. Ana dilinə yüksək məhəbbət azərbaycançılıq ideologiyasının milli mahiyyətini açmaqla yanaşı, xalqımızın etnik fərdiliyini özündə təcəssüm etdirən mühüm amildir. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyimizin mühüm atributlarından biri kimi həm də dünya azərbaycanlılarının milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsinə imkan yaradır.

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı formaları vardır. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə min illik tarix yaşaması lazım gəlir. Dilimizin bugünkü inkişaf səviyyəsi bir daha təsdiqləyir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək, onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər. Milyonlarla azərbaycanlının hazırda mədəni inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qafqazda yayılmışdır, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif dilli xalqların da istifadə etdikləri ümumi dil olmuşdur.

XX yüzillik Azərbaycan ədibi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrü hesab olunur. 1945-ci ildən Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan vermişdir. Həmin dövrdə ədəbi dilimizi tədqiq edən Bəkir Çobanzadə, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və başqa dilçi alimlərimizin böyük ordusu yaranmışdır. Azərbaycan dilçilərinin gərgin əməyi sayəsində dilçiliyin bütün sahələrində səmərəli işlər görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqatlar aparılmışdır. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənmiş, üslubları zənginləşmiş, dilin daxili inkişaf meyilləri əsasında yazı qaydaları cilalanmışdır.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan, qrammatik imkanlarından səmərəli istifadə etməyi bacaran ulu öndər Heydər Əliyev yuksək səviyyəli yığıncaqlarda ana dilində parlaq cıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanmışdı. 1977-1978-ci illər isə respublika rəhbərini ciddi cətinliklər qarşısında qoymuşdu. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilmiş, oraya dovlət dili haqqında maddə salınmamışdı. Ayrı-ayrı respublikalar da bundan “nümunə götürərək” öz konstitusiyalarına ana dili haqqında maddə daxil etməmişdilər. Azərbaycanda de-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan ulu öndər Heydər Əliyev isə ana dilinin konstitusiyada qeyd olunmaması ilə heç cür barışmamış, bu məsələdə sonadək prinsipiallıq göstərmişdi. 1978-ci il aprel ayının 2-də doqquzuncu cağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə cıxış edən Heydər Əliyevin təkidi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək qərara alınır: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. İttifaq rəhbərliyinin etirazlarına baxmayaraq Heydər Əliyev bu məsələdə sonadək qətiyyət göstərmiş və istəyinə nail olmuşdur.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılmışdır. Azərbaycanın ilk Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dili məsələsi ətrafında da geniş diskussiya və müzakirələr aparılmışdır. Məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olunmuşdur. Nəhayət, xalqımız 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar çıxmışdır. Beləliklə, dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırılmış, onun hüquqları qorunmuş, cəmiyyətdəki mövqeləri bərpa edilmişdir.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi olan Heydər Əliyev yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Fərmanda dilimizin tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində mövcud problemlər də geniş təhlil edilmiş, onların həlli yolları göstərilmişdir. 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin reallaşması ulu öndər Heydər Əliyevin dilimizin inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Ümummilli liderin 2001-ci il 9 avqustda imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmana əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və dili günü kimi geniş qeyd edilir.

2003-cü ilin yanvar ayının 2-də isə Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmiş, qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərilmişdir.

Fransız yazıçısı Aleksandr Düma yazırdı: “Avropada fransız dili necə əhəmiyyətlidirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətlidir”. Bu mənada, Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi ulu öndərin siyasi xəttini son 10 ildə inamla davam etdirən Prezident İlham Əliyevin də daim diqqətindədir. Ölkə rəhbərinin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı əsasında hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır.

Yeni dövrün müəyyən reallıqları ilə bağlı olaraq ana dilinin istifadəsi sahəsində yaranmış bəzi problemləri ciddiliklə nəzərə alan Prezident İlham Əliyev 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması barədə sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan dilinin tarixi təkamül və inkişaf mərhələlərinə elmi-tarixi rakursdan nəzər salınmış, qloballaşma şəraitində bu sahədə mövcud problemlər, görülməli olan tədbirlər dolğun əksini tapmışdır. Qeyd olunmuşdur ki, ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur. Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərə çarpan boşluq hələ də aradan qaldırılmamışdır.

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq olunması mənəviyyatımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm tarixi hadisədir. Dövlət proqramı 2013-2020-ci illər ərzində bu istiqamətdə bir sıra zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Proqramın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

Dilin milli varlığın mühafizəsindəki roluna dair dünya xalqlarının mütəfəkkirləri çoxsaylı əsərlər yazmış, zəngin elmi-nəzəri irs qoyub getmişlər. Dil hər bir milli mədəniyyətin canı, cövhəri, mənəvi dəyərlərimizin ən mühüm və davamlı daşıyıcısıdır. Fəqət, ana dilini hifz etmədən, onun inkişafı, zənginləşməsi üçün zəruri tədbirlər həyata keçirmədən xalqın milli özünəməxsusluğunu, milli ruhu qorumaq mümkün deyildir. Prezident İlham Əliyevin ana dilinə qayğı siyasətinin yeni mərhələdə uğurla davam etdirilməsi bütövlükdə qloballaşma şəraitində xalqın milli-mənəvi dəyərlərinin qorunmasından xəbər verir.

Comments are closed, but trackbacks and pingbacks are open.