Sürətlər qutusunun fərqləri
Mühərriyin gücü yanma otağında müəyyən bir vaxt intervalında istifadə olunan yanacaq ilə ölçülür. Daha yüksək və düzgün alışma üçün daha çox oksigenə ehtiyac olur. Silindrin içinə nə qədər yanacaq qoya bilsəniz bir o qədə
Avtomatik sürət qutusunda gecikmələr və səslər.
Bir neçə il öncə avtomatik sürət qutusu sadəcə lüks avtomobillərdə istifadə edilirdisə, bu gün hətta ən kiçik büdcə avtomobillərində də təchiz olunur. Müasir avtomat sürət qutularında, yüksək performans göstərsinlər deyə en son elektronik texnikalardan istifadə olunur. Təbii ki , bu avtomatik sürət qutularının xidmət də fərqli olmalıdır. Amma əksər sürücülərimiz bu xidmətləri düzgün və zamanında etmədiklərinə görə hətta yeni alınmış bir avtomobildə qısa zaman sonra sürət qutusu sıradan çıxır. Bu də bərabərində həm vaxtı itirməyə, həm də artıq xərcə gətirib çıxarır.
Adətən ilk nasazlıq avtomat sürət qutusunda səs yada ötürmələrin gecikməsiylə başlayır. Daha ağır hallarda avtomatik karopka (sürət qutusu) tamamilə iş prinsipini dayandırır və avtomobil yerindən tərpənmir.
Bu kimi hallar nədən yaranır və bunların qarşısını necə almaq olar?
Avtomat sürət qutusunun yağını və filtrini hər 50.000 km bir mütləq dəyişdirin. Adətən bizim sürücülər elə bilir ki, yağı gec dəyişsələr də olar. Bunu mühərrikdə etsələr nə olar? Mühərrikdən(ətraflı) səs gələcək sonra isə dağılacaq. Sürücülər sürət qutusunun yağını görmədiklərinə görə ona diqqət etmirlər, amma hamı tez-tez mühərrik yağına baxır. Sürət qutusunun yağını gec ya da keyfiyyətsiz yağ ilə dəyişdiklərinə görə sürət qutusu tez sıradan çıxır
Avtomat sürət qutusunu yağını hər 50.000 km-də mütləq keyfiyyətli yağ ilə dəyişdirin.
Avtomatik sürət qutusu mühərrikin dövrü ilə hərəkətə keçir. Yəni siz qaza basarkən avtomobil dövr edir və bu dövr, sürət əmələ gətirir və sonra da ECU sürət qutusunun keçməsini tənzimləyir. Avtomobil bir neçə saniyədə müəyyən sürəti yığa bilir. Sürət qutusunda ötürmənin nə zaman dəyişəcəyini və bunun hansı sürətdə və neçə saniyədə baş verəcəyini istehsalçı əvvəlcədən təyin edir, bunu da
ECU-ya qeyd edir. Mühərrik boğularsa (xalq arasında maşın çəkmir deyilir) ya da hər hansı bir nasazlıq olarsa, ötürmə gecikəcək və siz avtomatik sürət qutusunda zərbə və səs eşidəcəksiniz. Çox sürücü səsi yada gecikməni hiss edən kimi elə bilir ki sürət qutusuna nə isə olub. Amma bu belə deyil. Sürət qutusu adətən bu hallarda sıradan çıxır.
Mühərriki qızdırdıqda. Mühərrikin və sürət qutusunun soyutma sistemi eyni olduğuna görə mühərrik qızdırarkən sürət qutusu da qızdırır. Nəticədə ikisi də zədələnir və sıradan çıxır.
Düzgün istifadə etməyəndə.
Yağı və filtri dəyişməyəndə.
Əgər avtomobilin yürüşü çoxdursa. Adətən ilk təmir 200.000 km dən sonra olur.
Əgər bu halların heç biri olmayıbsa və avtomatik sürət qutusu düzgün işləmirsə deməli nasazlıq sürət qutusunda deyil mühərrikdədi. Ona görə də mühərrikə də düzgün və zamanında xidmət göstərməyi unutmayın.
Sürətlər qutusunun fərqləri
Avtomobil sahəsindəki irəliləyiş və innovasiyalar sürətlər qutusundan da yan keçmir. Hazırda təkcə mexaniki sürətlər qutusu (MSQ) deyil, bir çox növləri olan avtomatik sürətlər qutusunun (ASQ) da böyük sayda pərəstişkarları var. Bu gün nəinki bahalı, artıq bir çox büdcəli avtomobillərdə də ASQ istifadə edilir. Əsasən 4 növdə geniş yayılmış sürətlər qutusu var.
– Mexaniki sürətlər qutusu
– Avtomatik Hidrotransformatorlu
– Avtomatik variatorlu
– Avtomatik robotlaşdırılmış
Mexanika
Bu sürətlər qutusu 100 ildən də artıq vaxtdır ki, sevilərək istifadə edilir. Əvvəlki mexanikalarda sadəcə 3 ötürmə var idi. 2-si irəli, 1-i geriyə. 70-ci illərdən sonra isə artıq irəliyə 4 ötürmə oldu və bu günə qədər gəldi. İndi isə hətta 6 irəli ötürməli mexanikalar var və artıq 8 ötürmələr haqqında danışılır.
Mexaniki sürətlər qutusunun xeyli sayda pərəstişkarları var. Əsasən bu sürətlər qutusunu avtomobilə tam özünün nəzarət etməyini sevən adamlar seçir. Cünki sürətlər aralığını özü seçir, kefi istəyən kimi “buksovka” edir, “ruçnoy” çəkir, drift edir və s. Ona görə də əsasən idman avtomobillərində mexaniki sürətlər qutusuna üstünlük verilir.
Robot sürətlər qutusu
Robotlar avtomat ilə mexanikanın arasında bir sürət qutusudur. Yəni mexanikanın üstün cəhətləri bu sürətlər qutusunda tətbiq edilib, lakin robot özü ilə yeni problemlər gətirib. Mexanika üstündə qurulmuş bu sürətlər qutusu eynən mexanika kimi idarə edilir, lakin bütün optimal aralıqları sən yox, idarəetmə bloku yerinə yetirir. Təsəvvür edin ki, sizin yerinizə “ssepleniya”ya robot basır. Yəni “ssepleniyaya” funksiyasını elektrik xətti yerinə yetirir. Robot qutuda gecikmələr, fikirləşmələr və bir çox etibarsız hissələr mövcuddur. Ona görə də istifadəçilər arasında elə də rəğbət qazanmayıb.
Hidrotransformatorlu və ya sadə avtomat
Çox geniş yayılmış və rəğbət görmüş sürətlər qutusudur. Lap əvvəlki avtomatlar 3 pilləli idisə, sonra 4 pilləli avtomatlar meydana çıxdı, artıq 8 pilləli avtomatlar var. Avtomatda artıq “ssepleniya” yoxdur, bu funksiyanı hidrotransformator öz üzərinə götürüb. Bu “korobka”nın mexanika ilə heç bir oxşarlığı yoxdur. Bir sözlə, avtomatda aralıqlar yağın təzyiq gücünə dəyişir.
Adaptiv avtomat
Bu avtomat sənin sürüş tərzinə adaptasiya olur. Yəni sən maşını aqressiv sürürsənsə, sürətlər qutusu sürəti tez yığır, sürətlə ani manevrlər edirsən, maşın aralıqları tez seçir, ancaq artıq yanacağa qənaət olmur.
Ayarlanan avtomat
Bu sürətlər qutusu da özünü adaptasiya edə bilir, ancaq kompüterlə də rejimləri dəyişdirib SPORT, STANDART və ya EKONOM rejimə keçirə bilərsiniz. Bəzi avtomobillərdə bu rejimləri bir düymə ilə də dəyişdirə bilərsiniz.
Tarix: 10 Nov 2021 | Baxılıb: 1325
Ümumi
VIN-kod üzrə yoxlama nəyə lazımdır?
VIN-kod sizin avtomobilinizlə bağlı sığorta polislərinin rəsmiləşdirilməsi, alqı-satqının aparılması, ehtiyat hissələri və komplektləşdiricilərin sifarişi və s. kimi əməliyyatların əksəriyyətinin həyata keçirilməsi zaman
VİN-koduna görə avtomobilin yoxlanılması
VİN-yoxlama işlənmiş avtomobilin seçimində olan mühüm amillərdən biridir, çünki bu yoxlama avtomobilin keçmişi haqda məlumatları aşkara çıxarmaqda kömək edir. VİN-kodu bilərək bu kimi detalları bilmək olar: marka, model
Avtomobil üçün hansı şinləri seçmək yaxşıdır?
Bütün avtomobil şinlərini 3 növə bölmək olar: qış, yay və bütün mövsümlər üçün. Onlar bir-birindən təkərlərin tərkibi və protektorların cizgiləri ilə fərqlənirlər. Qış şinlərində protektorun şəkli çox aydındır və çox vax
Avtomobil yağını düzgün seçmək qaydası
Avtomobil sürücülərinə məlumdur ki, mühərrik yağını mütəmadi olaraq dəyişmək lazımdır. Çünki yağ işləndikcə öz keyfiyyətini itirir və mühərrikin sıradan çıxmasına gətirib çıxara bilər. Yağın düzgün seçilməsi. Yağın düzgü
Benzin, yoxsa dizel mühərriki?
Avtomobilin potensial alıcısı özünə sual verir: hansı avtomobili alım? Benzin mühərrikli, yoxsa dizel mühərrikli? Bu suala birmənalı cavab vermək mümkün deyil. Əgər avtomobil dizel mühərriki ilə təchiz edilibsə, istisma
Turbo ilə kompressor arasındakı fərq
Bi-Turbo və Twin-Turbo hərfi mənada 2 ədəd Turbo deməkdir. Bi-Turboda Turbolar ayrı-ayrı açılır, Twin-Turboda isə Turbolar eyni anda açılır. Bəs bunlardan hansı daha güclüdür? İkisi də eyni gücdədir, lakin Bi-Turboda 2-c
İkinci əl avtomobilin ehtiyat hissələri
Bir çox avtomobil sahibləri avtomobillərində ciddi problemlər olarsa, o zaman avtomobilin hissələrini avtomobil təmiri ilə məşğul olan şəxslərə satırlar. Belə ehtiyat hissələrinin üzərində işlənilir, yenilənərək “ikinc
Yay təkərləri haqqında bilmədikləriniz
Yay təkərlərinin təsnifatı avtomobilin işləmə şərtlərinə əsaslanır. Bəzi seçimlər rahat şose sürücülük üçün, digərləri idman və ya kros sürüş üçün mövcuddur. Bütün növ müasir təkərlər aşağıdakı qruplara bölünə bilər:. Yo
Turbo motor necə işləyir?
Mühərriyin gücü yanma otağında müəyyən bir vaxt intervalında istifadə olunan yanacaq ilə ölçülür. Daha yüksək və düzgün alışma üçün daha çox oksigenə ehtiyac olur. Silindrin içinə nə qədər yanacaq qoya bilsəniz bir o qədə
HISSELER.AZ saytı Bakida avtomobil ehtiyyat hisseleri satışı həyata keçirən saytdır. Avto ehtiyat hissələri və aksessuar satışı müxtəlif avtomobil modelləri üzrə həyata keçirlir. Toyota, Mercedes, Bmw, Hyundai , Audio, Hyundai, Nissan, Mitsubishi, Honda, Kia, Subaru, Mazda, Mercedes-benz, Infiniti, Audi, Volksvagen, Seat və digər populyar avtomobil markalarına uyğun avtomobil hissələri saytda tapmaq mümkündür. Rəsmi dilerlər, Mağazalar və Fərdi şəxslərin ehtiyat hissələrinin satışı. Yeni və işlənmiş ehtiyat hissələri və aksesuarlar. Ehtiyat hisseleri Almaniya, Yaponiya, Koreya və Çin istehsalı olan avtomobil markalarına aiddir. Sayta avtomobil ehtiyat hisseleri , ehtiyat hisseleri , islenmis ehtiyat hisseleri , avto ehtiyat hisseleri , ucuz ehtiyat hisseleri kataloq üzrə axtarışı çox asandır. Məhsullar fərqli şirkətlər tərəfindən təqdim olunur. Mövcud məhsul çeşidlərimiz hər gün artaraq daha çox avtomobil markalarını və modellərini əhatə etməkdədir. Ehtiyat hissələrini Avtomobil kateqoriyasının adı altında asanlıqla tapa bilərsiniz.
© 2016 HISSELER.AZ | info [@] hisseler.az | Bizimlə əlaqə
Comments are closed, but trackbacks and pingbacks are open.