Bir Yanacaqdoldurma Məntəqəsində Necə Pul Qazanmaq Olar
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin bu şəkildə istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək”.
Yanacaqdoldurma məntəqəsində doldurma tabancasını necə təmin edə bilərəm?
Bəzi yanacadoldurma məntəqələrində istehlakçılar aldadılsalar da, bunu sübut etmək mümkün olmur. Avtosfer.az xəbər verir ki, bu barədə Sürücü Rəşad İsmayılov milli.az-a ünvanladığı məktubunda yanacadoldurma məntəqələrinin birində aldadılmasından şikayət edib: “Oktyabrın 24-də, Aşura günü, Bakı-Şamaxı yolu ilə gedirdim. Bakıdan çıxandan sonra avtomobilə ilk rastıma çıxan yanacaqdoldurma məntəqəsində benzin vurmaq istədim. Qobustanda “AKoil” adlı YDM-ə daxil oldum. Operatora 10 manat verib 10 manatlıq benzin vurmasını istədim. Benzin vuruldu. Avtomobilim “Mercedes C230″ markalıdır. Maşının benzin çəninin qıfılını açdım, lakin benzinin səviyyəsini göstərən ox çox cüzi qalxmışdı, yəni normalda olduğunun yarısı qədər. Lazım olan şəxsləri çağırdıq. Onları başa salmaq istədik ki, insanları aldatmasınlar. Bildirdik ki, 5 manata görə dava salmırıq. Amma belə şeyləri etmək, xüsusən Aşura günü düzgün deyil. Onlar isə müxtəlif bəhanələr gətirməyə başladılar. Dedilər ki, yer əyridir, ola bilsin ki, ox düzgün işləmir. Ancaq hər şey qaydasında idi. Onlara dedim, bu köhnə maşın deyil və beyin sistemi ilə işləyir, yer əyriliyindən söz gedə bilməz, ox da düzgün işləyir. Bilmədim haraya şikayət edim. Çıxdım getdim. Yaxşı ki, yüksək məbləğdə ödəniş etməmişdim. Xahiş edirəm, bu barədə yazın ki, həm insanlar oraya girib aldanmasınlar, həm də lazımi orqanlar tədbir görsünlər”.
Faktla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Malik Hacıyev Milli.Az-a deyib ki, əgər vətəndaşlarda YDM-lərdə istehlakçıların hüquqlarının pozulması ilə bağlı faktlar varsa, onlar Dövlət Xidmətinə müraciət edib əllərində olan müvafiq sənədləri və sübutları təqdim etməlidirlər: “Çünki konkret sənəd və sübut olmadan belə faktları araşdırmaq çox çətindir. Adətən istehlakçıların aldadılması 2 cür olur: biri birbaşa qiymətdə, digəri isə malın miqdarında. Bu halda söhbət miqdarda aldadılmadan gedir”.
M.Hacıyev əlavə edib ki, əgər problem məntəqədəki ölçmə cihazları ilə bağlıdırsa, buna Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir. Bununla yanaşı, şöbə müdiri belə hallarda şikayətin həm də həmin məntəqələrinin məxsus olduğu şirkətlərə də birbaşa ünvanlanmasını tövsiyə edib: “Çünki indi rəqabət çox güclüdür. Kimsə istəməz ki, müştərisini itirsin və adı mənfi cəhətdən hallansın. Ona görə də güman edirəm ki, belə hallarda onlar da təxirəsalınmadan şikayətləri araşdırıb tədbir görə bilərlər”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı isə açıqlamasında bildirib ki, təəssüf ki, həqiqətən də YDM-lərdə sürücülərin aldadılması faktlarına hələ də rast gəlinir: “Bizim “qaynar xətt”imizə ünvanlanan şikayətlərin arasında da YDM-lərdə miqdarla bağlı aldadılma məsələlərinə rast gəlinir. Bəzən həmin şikayətlərin araşdırılması zamanı onların əsassız olduğu üzə çıxır. Amma vaxtaşırı təsdiqini tapan faktlar da olub. Belə hallara əsasən Bakıda deyil, bölgələrdə rast gəlinir. Lakin müqayisə etdikdə, belə faktların sayı getdikcə, ilbəil azalır”.
F.Talıblı qeyd edib ki, Dövlət Komitəsi tərəfindən YDM-lərin qarşısında tələb qoyulub ki, ən müasir avadanlıqları alıb istismar etsinlər ki, onlara müdaxilə etmək mümkün olmasın: “Çünki bəzən vaxtı ötmüş, istismar müddəti bitmiş, köhnə avandanlıqlardan istifadə edirlər. Belə avadanlıqlara orada işləyənlərin fiziki olaraq əllə də müdaxilə etmək imkanları olur. Amma müasir avadanlıqlarda bu, mümkün deyil. Yeni rəqəmsal cihazlar avtomatlaşdırılmıış qaydada idarə olunur. Ona görə də onlara müdaxilə qeyri-mümkün olur. Biz ta ki, bu proses bütün ölkə ərazisini əhatə edənə qədər bunu təmin etməyə çalışacağıq”.
Şöbə müdiri əlavə edib ki, əgər YDM-lərdə vurulan yanacağın miqdarı ilə bağlı aldadılma faktı varsa, şikayətçilər Dövlət Komitəsinə sənəd və sübutlarla müraciət etsinlər. Bu halda qanunvericiliyin tələbinə əsasən, şikayətçinin tələbi əsasında müəyyən araşdırma aparıla bilər: “Fakt təsdiq olunanda İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən, ölçmələrin düzgün yerinə yetirilməməsinə görə fiziki şəxslərə 1500-2000 manat, hüquqi şəxslərə 4-5 min cərimə tətbiq olunur”.
Bir Yanacaqdoldurma Məntəqəsində Necə Pul Qazanmaq Olar
Video: Bir Yanacaqdoldurma Məntəqəsində Necə Pul Qazanmaq Olar
Video: Forexlə tanışlıq Forex nədir ? Forexlə necə pul qazanmaq olar ? Forekslə pul qazanmaq 2023, Bilər
2023 Müəllif: Isaiah Gimson | [email protected] . Son dəyişdirildi: 2023-05-18 09:45
Bir yanacaqdoldurma məntəqəsinin maliyyə uğuru, xidmət keyfiyyəti və hətta “yanacaqdoldurma məntəqəsi” nin yerləşməsi ilə birbaşa əlaqəli olmayan şərtlərdən çox asılı ola bilər. Bu vacib detallar ya tez-tez gec gələn təcrübə ilə, ya da başqalarından öyrənmək və bir yanacaqdoldurma məntəqəsi işini həqiqətən gəlirli edən məqamlara diqqət yetirməklə öyrənilə bilər. Bir yanacaqdoldurma məntəqəsində necə pul qazanmaq olar
Təlimat
Addım 1
Ölkənin aparıcı neft emalı zavodlarından biri ilə françayzinq prinsipi ilə əməkdaşlıq müqaviləsi imzalayın – belə bir şirkətin imzası ilə işlər ən azı iki dəfə uğurludur. Belə bir “rebrendinq” nəticəsində əldə edilən gəlir, böyük partnyorunuza aylıq ödəyəcəyiniz məbləği ödəməkdən çox olacaq, belə bir hərəkət hər baxımdan əsaslandırılır. Bir patron şirkəti seçərkən çalışmalı olduğunuz ən yaxın neft anbarlarının yerini nəzərə almaq vacibdir – yanacağın çatdırılmasının rahatlığı və səmərəliliyi də çox şey deməkdir.
Addım 2
Françayzerin sizə təklif etdiyi neftayırma zavodundan benzin tədarükü şərtlərini bütün detalları ilə öyrənin. Satış qiyməti, məsələn, onsuz da əlavə dəyər vergisi və yağlı məhsulların satışına vergi daxil ola bilər və ya ola bilər ki, bu vergilər sizin yanacaqdoldurma məntəqənizin büdcəsindən ödənilməlidir. Təchizatçının qiymətini anlamaq və səhv hesablamalara görə mənfəət itirərək öz mühasibatınızda qarışıq olmamaq son dərəcə vacibdir.
Addım 3
Yanacaqdoldurma məntəqənizin qorunması və təhlükəsizliyinə diqqət yetirin – hər hansı bir hadisə bütün cari gəliri ləğv etməklə yanaşı borclu olmağınıza da səbəb ola bilər. Bu, yalnız cinayət xarakterli hadisələrə (şəhərətrafı yollarda nadir olmayan) deyil, yanacaqla işləyərkən təhlükəsizlik tədbirlərinə də aiddir. Bir təhlükəsizlik şirkəti ilə müqavilə bağlayın, operator binasını güllə keçirməyən şüşə ilə təchiz edin, bütün yanğın təhlükəsizliyi qaydalarına əməl edin və işçilərə təlimat verin.
Addım 4
Yeni işçilər üçün təlimlər təşkil edərək işçilərin maaşlarına qənaət edin – təcrübəsiz işçilərin təlimi, yanacaqdoldurma məntəqəsində işi “öz xeyirlərinə” necə təşkil edəcəyini bilən təcrübəli yanacaqdoldurma məntəqəsi operatorlarının əmək haqqı gözləntilərinə uyğunlaşmaqdan daha sərfəlidir. Kadrlarla işləməkdə belə bir siyasət öz qazanclarını əhəmiyyətli dərəcədə artıracaq və yaxınlıqdakı işsizlikdən əziyyət çəkən yaşayış məntəqələrinin sakinləri üçün iş yerləri yaradacaqdır. Yaxşı bir sürət qazanmağa, geri ödəmə həddinə çatmağa və maddi gəlir almağa başlamağınıza imkan verən bir yanacaqdoldurma stansiyasının rəhbərliyindəki bu sadə tədbirlərdir.
Nazirlik yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Göyçay şəhəri, Natəvan küçəsi 69 ünvanında yerləşən, “Göyçay Petrol-A” MMC-ə məxsus yanacaqdoldurma məntəqəsində (YDM) yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
525.az-a bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, obyektin ərazisində inşa olunan və quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb:
“Habelə, yanğına qarşı rejimin tələblərinə riayət olunmadan yeraltı yanacaq çənləri ilə ictimai obyektlərlə yanğına qarşı ara məsafələrinə riayət edilməyib və yanacaqdoldurma məntəqəsinin ərazisində açıq oddan istifadəyə yol verilib. Belə ki, un məmulatlarının hazırlaması üçün odun yanacağı ilə istismar edilən təndirlərdən və propan qaz balonlarından istifadə edilib.
Obyekt normativ sənədlərin tələblərinə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb.
Obyektdə quraşdırılmış avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun sazlığı barədə mütəxəssis rəyi təqdim edilməyib.
Kabel və naqillərin izolyasiya müqavimətinin ölçülməsi barədə protokol təqdim edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin bu şəkildə istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək”.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş “Göyçay Petrol-A” MMC-ə məxsus yanacaqdoldurma məntəqəsində fəaliyyət göstərən un məmulatlarının hazırlanması və satışı köşklərində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.