Press "Enter" to skip to content

Yangin sonduren balon növləri haqqinda melumat

Slinex ukraina markasi olan domofonlar Azerbaycanda resmi ve yegane numayendesiyik Dunyada nomre 1 olan Slinex domodonlari 2 il resmi zemanetle satisi Slinex yeni dizayn ve yeni parametrlerle sizleri

Yanğın söndürən balonlar

İstənilən növ yanğın söndürən balonların topdan və perakəndə satışı
2 kq qkt (quru kimyəvi tozlu)-25 azn(maşın üçün)
4 kq qkt-26 azn
6 kq qkt-30 azn (obyekt üçün)
9 kq qkt-48 azn
10 kq qkt-50 azn
12 kq qkt-85 azn
25 kq qkt-175 azn
50 kq qkt-275 azn
CO2 2 kq-55 azn
CO2 5 kq-85 azn
CO2 10 kq-190 azn
#Yangin sonduren top #Yanğın söndürən top #Tehlukesizlik #Təhlükəsizlik #Yanğın söndürmə balonu #Yanginsonduren #Yanğınsöndürən #Fire ball #Auto Fire off #AFO #Yangin sonduren balon #Yanğın söndürən balon #alov balonu #yangin sondurme balonu #yanğın söndürmə balonu #yanginsondurme balonu #yanğınsöndürmə balonu #avtomobil ucun yangin balonu #avtomobil üçün yanğın balonu #avtomobil balonu# avto balon #yangin #yangın #yangin balonlarinin satisi #yangın balonlarının satışı #CO2 #C02
#Yangin siqnalizasiya #signalizasiya #fire extinguisher #
elanlar

Əlaqədar şəxs
Emil
Bakı şəhəri
0105254XXXnömrəni göstər
Paylaş
Tarix: 23.03.2023

360 derece firlanir online telefondan izleme mikro kart desteyi ses yazma gonderme

Slinex ukraina markasi olan domofonlar Azerbaycanda resmi ve yegane numayendesiyik Dunyada nomre 1 olan Slinex domodonlari 2 il resmi zemanetle satisi Slinex yeni dizayn ve yeni parametrlerle sizleri

-Original YooSee Firmasindan 3MP kamera -Wifi smart online PTZ ip kamera -Wifi-ə simsiz qoşulma ücün 2 antena -Telefonla 7/24 Canli izləmə imkani -İP66/İP67 su və toz keçirtməz -Ən pis hava şəraitinə dözümlü -Yağiş,

Sensor 1/2.7″ Progressive Scan CMOS 1/2.7″ Progressive Scan CMOS İşıqlandırma 0,02 lüks @(F2,0, AGC ON), IR ilə 0 lüks @(F2,0, AGC ON), IR ilə 0 lüks Çekim sürəti Öz-özünə uyğunlaşan deklanşör Öz-özünə

RL domofonu hərəkətə reaksiya verərək kameranın qabağındakı hərəkəti yaddaşa ötürür.Üstündə 16 gb kart mövcuddur.

Siqnalizasiya ve alarm sistemlerinin satisi ve montaji,kabelsiz alarim sistemleri montaji seliqeli ve tez bir zamanda tehvil verilir, butun hereketler,su sizmalari,qaz qoxusu,yangin olduqda derhal heycan siqnali ise

DAHUA DH-HAC-HDW1509TP- IL-A ( 2.8 MM ) – 5MP FULL COLOR HDCVI KAMERA 2 il RƏSMİ ZƏMANƏT Ödəniş Nağd Bank Kart və (ƏDV) Köçürmə ilə Çatdırılma var Əlaqə üçün WHATSAPP və ya zəng edin Topdan və pərakəndə satış Mağaza

-Original SmartCam Firmasindan 3MP FHD wifi smart PTZ kamera -Wifi-ə simsiz qoşulma ücün 2 antena -Telefonla 7/24 Canli izləmə imkani -Ən pis hava şəraitinə belə dözümlüdü -Yağiş, Qar, Külək ve.s -360° Firlanma

TTVENT Havalandırma Şirkəti Havalandirma Sistemleri Topdan və Pərakəndə Satış Zavod Ventilyator *Rusiya istehsalı dəmir və plastik fanların satışı *Havalandırması sistemlərinin quraşdırılması *Spiro boruların

-Original YooSee Firmasindan 2MP kamera -Wifi smart online PTZ ip kamera -Wifi-ə simsiz qoşulma ücün 2 antena -Telefonla 7/24 Canli izləmə imkani -İP66/İP67 su və toz keçirtməz -Ən pis hava şəraitinə dözümlü -Yağiş,

Hikvision hiwotc 2 çöl və 2 daxili 720p hd kameralar 1 ədəd 4 port dvr 500 gb hdd / yaddaş 25 metr gecə görüşü var cəmi : 329 azn zəmanətlə quraşdirilir və servis xidməti göstərilir telefonla, planşetlə, və ya

Hermax ip(wifi) domofonlar azerbaycanda yegane ve resmi numayendesiyik her bir mehsula 2il resmi zemanet verilir Xarakteristika: 1.Hereket detektoru( qapinin agzinda hereket oldugu zaman avtomatik qeyd edir hem sekil

DS-2CE76H0T-ITPFS 2.8 mm 5mp IR 20m MIC Turret Turbo HD KAMERA HIKVISION 5mp Daxili Mikrafon Gecə Görüntüsü İR 20m 2 il RƏSMİ ZƏMANƏT Ödəniş Nağd Bank Kart və (ƏDV) Köçürmə ilə Çatdırılma var Əlaqə üçün WHATSAPP və ya

-Original YooSee Firmasindan 3MP kamera -Wifi smart online PTZ ip kamera -Wifi-ə simsiz qoşulma imkani -Telefonla 7/24 Canli izləmə imkani -360° Firlanma imkani -3MP Meqapiksel Ultra Full hd -Full HD görüntü

Slinex ukraina markasi olan domofonlar 2il resmi zemanetle BirKart kecerlidir etrafli melumat ucun zeng edin whatsapp aktivdir Acar sozler:Domofon,Damafon,Bina domofon

-Original iCSee Firmasindan 4G Lte İP smart ptz wifi kamera -4G sim kart vastəsi ilə işləyir -3mp 2K Yüksek görüntü keyfiyyetli wifi smart kamera -Heç bir tok və ya wifi-ə ehtiyac yoxdu -Rəngli və yüksək keyfiyyətli

Yangin sonduren balon növləri haqqinda melumat

Avtomobilin sahibi nəqliyyat vasitəsində odsöndürən saxlamağa borcludur, amma cərimə etmək mümkün deyil

Avtosfer.az saytına, AvtoFM radiosuna və şəxsi facebook səhifəmə gələn suallar arasında avtomobil üçün yanğınsöndürən balona aid suallar artmaqdadır. Soruşurlar ki, balon necə olmalıdır, yoxdursa, bunun cəriməsi nə qədərdir?

Əvvəlcə cərimə məsələsindən başlayaq. Bu məsələdə bizim qanunvericilikdə ciddi qüsur var. Belə ki, bəziləri elə düşünürlər ki, avtomobildə yanğınsöndürən balon olmadığına görə DYP əməkdaşı sürücünü İnzibati Xətalar Məcəlləsinin (İXM) 302.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edə bilər. Belə yanlış fikirlərin səslənməsinə görə heç kəsi qınamıram, çünki günah qanundakı problemdə və bunun uzun illərdir ki, düzgün şərh edilməməsindədir.

İXM-in 302.1-ci maddəsinin mətni belədir:

302.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə –

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

“Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin 7-ci hissəsinə, habelə “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 7-ci maddəsinə diqqət etdikdə məlum olur ki, bəli, hər bir nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) ö z mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitələrində yan ğın təhlükəsizliyi qaydalarına riayət etmək və ilkin yan ğınsöndürmə vasit ələri saxlamaq vəzifəsini daşıyır. Qanunvericiliyin bu mövqeyi aydındır, yəni avtomobilin, traktorun və s. sahibi nəqliyyat vasitəsində odsöndürən saxlamağa borcludur. Amma qanunun qoyduğu vəzifənin icra edilməməsinə görə məsuliyyət məsələsi də qanunda tam aydın və birmənalı olmalıdır. Lakin bunu İXM-in 302-ci maddəsinə münasibətdə görmürük. Səbəbi isə çox sadədir. İXM-in tətbiqi barədə 389 saylı fərmanın 3.39-cu bəndinə, habelə inzibati xətalara baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının (634 saylı fərmanla təsdiqlənən siyahının) 14-cü bəndinə baxdıqada aydın olur ki, 302-ci maddə üzrə məsuliyyətə cəlb etmək səlahiyyəti birmənalı olaraq Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşlarına aiddir. Bu, o deməkdir ki, DYP əməkdaşı 302.1-ci maddə üzrə nəinki cərimə tətbiq etmək, heç protokol tərtib etmək səlahiyyətinə də malik deyil. Digər tərəfdən, Dövlət yanğın nəzarəti xidməti əməkdaşlarının istər yolda, istər DYP postunda, istərsə də vətəndaşın şəxsi qarajında və ya həyətində hər hansı avtomobilə baxış keçirmək, odsöndürənin olub-olmadığını yoxlamaq və kimisə məsuliyyətə cəlb etmək səlahiyyəti yoxdur. Məhz bu səbəbdən 302.1-ci maddənin sürücülər barəsində tətbiqi istisna olunur. Bu maddə gəmi, qatar, təyyarə, metro kimi nəqliyyatda, habelə müəyyən sayda nəqliyyat vasitələri olan daşıyıcı təşkilatlarda (məsələn, təhlükəli yük daşıyan avtomobilləri olan təşkilatda, avtobus parkında və başqa belə hallarda), özü də ümumi yanğın təhlükəsizliyi vəziyyətinə nəzarət gedişində tətbiq oluna bilər.

İXM-in 302.1-ci maddəsinin yollarda hərəkət edən avtomobillərin srücüləri barəsində tətbiq edilə bilməsi üçün bu normanı konkret subyektlər barədə tətbiq etmək səlahiyyəti DYP-yə də verilməlidir (məsələn, icbari sığorta, reklam məsələsində belə səlahiyyət DYP-yə verilib).

Bununla bağlı başqa bir məsələyə də toxunmaq lazımdır. “Yol hərəkəti haqqında” Qanunun 1 sylı Əlavəsinin 7-ci hissəsinin hərfi mənasından yanaşsaq, avtomobilində odsöndürən olmayan sürücünü İXM-in 155.2-3-cü maddəsi üzrə məsuliyyətə cəlb etməyin mümkünlüyünü düşünmək olar, çünki odsöndürən “konstruksiyanın digər ünsürləri” sırasında yer alır. Amma belə yanşma da problemli olacaq, çünki Qanunun belə müddəasına baxmayaraq, elmi-təcrübi baxımdan və sadə məntiqə əsasən odsöndürənin nəqliyyat vasitəsinin konstruksiyasına heç bir aidiyyəti olmadığı aydındır (əslində, bu da Qanunun problemidir, çünki söhbət konstruksiya ünsüründən yox, təchizat ünsüründən getməlidir).

Beləliklə, İXM-in, habelə inzibati məsuliyyətə cəlbetmə barədə qanunvericiliyin hazırkı mənasında yolda hərəkətdə olan avtomobilin sürücsünü odsöndürənin olmamasına görə məsuliyyətə cəlb etmək və cərimələmək mümkün deyil. Elə məhz bu səbəbdəndir ki, sürücülər barəsində 302.1-ci maddənin tətbiqi statistikası sıfıra bərabərdir. Amma belə avtomobil texniki baxışdan keçə bilməz. Çünki odsöndürən də olmalıdır. Yolda sürücünü odsöndürənin olmamasına görə saxlayan DYP əməkdaşı isə belə vəziyyəti gördükdə sadəcə olaraq bunun aradan qaldırılmasının zəruriliyini deyərək sürücünü yola salmalıdır. Vəssalam.

İndi ikinci məsələyə toxunaq. Odsöndürən hansı həcmdə, hansı kütlədə və ya hansı markada, sinifdə olmalıdır? Bizim qanunvericiliyimiz nəqliyyat vasitələrində istifadə edilməli olan odsöndürənin nə kütləsini, nə həcmini, nə də sinfini müəyyən etmir. Yalnız xüsusi təhlükəli yükləri daşıyan nəqliyyat vasitələri üçün odsöndürənin həcmi ilə bağlı (h əcmi 5 litrdən az olmayan toz və ya karbon qazlı odsöndürən ) qanunvericilikdə xüsusi tələb var (bu da başadüşüləndir, çünki söhbət benzin və bu kimi tezalışan maddələrin daşınmasından gedir). Ölkəmizdə bu mövzuda əsas normativ aktalar “Yanğın təhlükəsizliyi haqqında” Qanun və 2001-ci ildə Daxili İşlər Nazirliyinin (o vaxt FHN yox idi) təsdiq etdiyi “ Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları ”dır. Nə bu aktlarda, nə başqa hansısa qanunvericilik aktında avtomobilin odsödürən balonuna dair tələb yoxdur.

Lakin qanunvericilikdə bununla bağlı xüsusi müddəalar da var. Məsələn, Nazirlər Kabinetinin 343 saylı qərarına əsasən, odsöndürən məcburi qaydada sertifikatlaşdırılan məhsullar sıyahısına daxildir. Konkret odsöndürən yalnız bir sinfə və ya eyni zamanda bir neçə sinfə aid ola bilər. Amma avtomobildə hansı sinif odsöndürənin olması da qanunvericiliklə tənzimlənmir (təbii ki, daha universal odsöndürən ən yaxşı olar)

Məsələ ilə bağlı başqa ölkələrin yanaşması da maraqlıdır. Dünyanın əksər ölkələrində avtomobillərin növünə və təyinatına görə odsöndürənin minimal həcmi, sayı, yol verilən sinifləri, hətta bəzən yerləşmə yeri dəqiq göstərilir. Bu mənada bizim qanunvericiliyimiz yenə də natamamdır.

Beləliklə, hazırda ölkəmizin srücülüəri öz avtomobillərində həcmindən və sinfindən asılı olmayaraq avtomobil üçün nəzərdə tutulan və satandarta (sertifikatlaşma şərtlərinə) uyğun olmaqla istifadəyə yararlı odsöndürən saxlaya bilərlər.

Məsələ ilə bağl sürücülərə bəzi tövsiyələrimiz də var. Belə ki, son illərin təcrübəsi göstərir ki, avtomobillərin hətta heç bir kənar müdaxilə olmadan (“səbəbsiz”) alışması da mümkündür. Bu, əsasən elektrik sisteminə müdaxilənin nəticəsi olsa da, normal istismar gedişində yaranan problemdən də avtomobilin alışması mümkündür. Nəzrə alın ki, alovlanan avtomobil orta hesabla 10 dəqiqəyə tam yanır. Ona görə də avtomobilin alovlanmasından sonra hətta yanğısöndürmə stansiyasının 100 metrliyində olsanız da, avtomobilinizin tam yararsız hala düşməsi qaçılmazdır. Amma təcrübə göstərir ki, əksər hallarda avtomobilin alovlanması 5-6 dəqiqə davam edən ilk tüstülənmədən və ya kiçik sahədəki alovdan sonra baş verir. Belə tüstülənməni və kiçik alovu isə avtomobil üçün odsöndürənlə söndürmək çətin deyil. Ona görə də qanunvericilikdəki boşluqlardan sui-istifadə etməyin və avtomobilinizdə mütləq odsöndürən saxlayın. Özü də tam normal həcmdə olan və yaralısını. Beynəlxalq təcrübəyə əsasən, avtomobil üçün ən ideal ödsöndürən ən azı 2 litr həcmi olan tozlu və ya sıxılmış karbon qazlı odsöndürəndir. Düzdür, son vaxtlar daha mükəmməl və istifadəsi səmərəli yanğınsöndürmə vasitələri (məsələn, “qumbara” tipli odsöndürən) tətbiq edilir. Amma hələ ki, ən populyarı balondur. Özü də əsas məsələ onun olması yox, ondan düzgün və vaxtında istifadə etməkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.