Press "Enter" to skip to content

Babayev Yaqub Azərbaycan ədəbiyyatı tarixi: XIII-XVIII əsrlər PDF

bilmədən Həsənoğlu, M.Əvhədi, M.Şəbüstəri, F.Nəimi, İ.Nə-

Microsoft Word kitab+son doc

Azərbaycan sənətkarlarının yaradıcılığına xüsusi diqqət yetirilir.

Грифли няшр

«Нурлан», 2007

Ali məktəblərin filoloji yönümlü fakültələrində

Azərbaycan ədəbiyyatı tarixi müstəqil bir fənn kimi tədris

olunur. Həmin ədəbiyyatın çoxəsrlik bir dövrü təriqət ideyaları

və görüşləri ilə bağlıdır. Bu ideyaların ilkin işartıları bizim

ədəbiyyatımızda XII yüzillikdə Nizami, Xaqani və s.

sənətkarların yaradıcılığı ilə başlayıb getdikcə güclənir və XIX

əsrin sonuna qədər davam edərək az qala 800 illik bir dövrü

Azərbaycan ictimai-tarixi və ədəbi-mədəni mühitində iki

təriqət mövcud olmuşdur: sufizm və hürufizm. Bunlar müəyyən

elmi konsepsiyaya söykənən dini-fəlsəfi baxışlar sistemi

olmaqla bərabər bədii düşüncəyə, ədəbi fikrə və bütövlükdə söz

sənətinə də ciddi şəkildə təsir göstərmişdir.

Mübaliğəsiz deyə bilərik ki, sufizmin, hürufiliyin tarixini,

mahiyyətini, əsas ideya və baxışlar sistemini, simvollarını və s.

bilmədən Həsənoğlu, M.Əvhədi, M.Şəbüstəri, F.Nəimi, İ.Nə-

simi, Ə.Təbrizi, M.C.Həqiqi, Ş.Q.Ənvar, Xəlili, M.Füzuli,

Ə.S.Nəbati və s. kimi çoxsaylı sənətkarlarımızın əsərlərini

mövzu, məzmun, ideya və obrazlar aləmi, terminologiya

baxımından tam və dürüst şəkildə anlamaq mümkün deyil.

Əgər nəzərə alsaq ki, Nizami, Xaqani, Bəsiri, Hamidi, Kişvəri,

Həbibi, Ş.İ.Xətai, Q.Təbrizi, S.Təbrizi, S.Ə.Şirvani və başqa

sənətkarların yaradıcılığında da təriqət meyllərinin bu və ya

digər dərəcədə bədii əksini görürük mənzərə bir qədər də

aydınlaşar. Ədəbiyyat tariximizin böyük şəxsiyyətlərini və

ədəbi fiqurlarını təşkil edən bu qələm sahiblərinin yaradıcılıq

irsini düzgün şəkildə qavrayıb dərk etmək üçün təriqət

ideyalarının nəzəri-fəlsəfi müddəalarını bilmək lazımdır. Çox

təəssüf ki, ali məktəblərdə indiyə qədər bu sahədə heç bir təşəb-

büs göstərilməmişdir. Daha doğrusu, müəllimlərin,

aspirantların, magistrlərin və s. istifadəsi üçün təriqət və onun

bədii fikrə, ədəbi məfkurəyə təsiri ilə əlaqəli heç bir elmi-nəzəri

ədəbiyyat, dərs və metodik vəsait, göstəriş, tövsiyə və kitab ya-

zılmamışdır. «Təriqət ədəbiyyatı: sufizm, hürufizm» adlanan bu

kitab həmin sahədəki boşluğu doldurmaq mənasında ilk

Oxucuların mətləbləri daha asan qavraması üçün kitab

mümkün qədər sadə və aydın dildə yazılmışdır. XIII-XIV əsrlə-

rin böyük azərbaycan mütəfəkkiri, filosof-şair M.Şəbüstərinin

yaradıcılığının, xüsusilə onun «Gülşəni-raz» adlı bədii-fəlsəfi

poemasının sırf təsəvvüf görüşləri ilə bağlı olduğunu, sufizm

ideyalarını öyrənmək və anlamaqda əhəmiyyətini, bir sözlə,

bilavasitə bizim mövzumuzla əlaqəli olduğunu nəzərə alıb

Mahmud Şəbüstəri və onun adı çəkilən məsnəvisi ilə ilgili

oçerki də kitaba daxil etməyi lazım bildik.

Kitabdan müəllimlər, aspirantlar, magistrlər, tələbələr və

təriqətlə maraqlanan başqa oxucular istifadə edə bilərlər.

TƏRİQƏT ƏDƏBİYYATI

İslam şərqində orta əsrlərə aid bədii söz sərvətinin mühüm

bir qolunu təriqət ədəbiyyatı təşkil edir. Ümumiyyətlə, təriqət

ədəbiyyatı bu dövrün bədii-fəlsəfi düşüncəsində, dini-ədəbi

məfkurəsində o qədər önəmli yer tutur ki, bütün orta əsrlər mü-

səlman aləminin söz sənətini və bədii sərvətini təriqət ədəbiy-

yatı olmadan təsəvvür etmək mümkün deyil. Bu tipdə yazılan

əsərlərin həm kəmiyyəti, həm də keyfiyyəti o dərəcədə diqqətə-

layiq və əhəmiyyətlidir ki, bunsuz islam şərqindəki ədəbiyyat

bağı yoxsul və ən dadlı meyvələrini itirmiş bağa bənzəyərdi.

Orta əsrlər Azərbaycan ədəbiyyatı da ümumislam ədəbiy-

yatı müstəvisində qərarlaşdığından və çoxcəhətli tellər və əla-

mətləri ilə ona bağlandığından, nəhayət, bu sistemin bir parçası

olduğundan onun da ədəbi meydanını təriqət ədəbiyyatı olma-

dan təsəvvür etmək mümkün deyil. Əgər təriqət ədəbiyyatı nü-

munələrini orta əsrlər ədəbiyyatımızın bədii məhsulları içərisin-

dən çıxdaş etsək, yerində az şey qaldığını, ədəbiyyatımızın çox

əsrlik bir dövrünün kasıb bir görkəmə düşdüyünü görərik.

Azərbaycan ədəbiyyatında iki mühüm dini-fəlsəfi və bədii-

məfkurəvi təriqət təmayülü mövcud olmuşdur: 1. Sufizm (tə-

səvvüf); 2.Hürufizm.

Mədrəsə təkkə qarşıdurması. Təriqət əhlinin – sufilərin və

irfan sahiblərinin yığışdığı, təlimat aldığı, ilahi hikməti və

Allah sevgisini öyrənib anladığı məkan təkkələrdir. Bunlara

zaviyəxanəgah, təriqət əhlinin rəmzi ifadələri ilə meyxana

və ya meykədə də deyilir. Mədrəsə isə müsəlman şərqində dini

və dünyəvi elmlərin tədris olunduğu, öyrənildiyi ali məktəb,

tədris ocağı olmuşdur. Lakin əsrlər boyunca mədrəsə ilə təkkə

arasında bir ziddiyyət və fikir ayrılığı hökm sürmüşdür.

Əlbəttə, bu müəyyən səbəblərlə bağlıdır.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Babayev Yaqub “Azərbaycan ədəbiyyatı tarixi: XIII-XVIII əsrlər” PDF

XlII-XV ni əsrlər Azərbaycan ədəbiyyatı» («Orta əsrlər Azərbaycan ədəbiyyatı») ali məktəblərin filoloji yönümlü fakültələrində müstəqil fənn kimi tədris olunur. Bu, klassik ədəbiyyatımızın 600 illik uzunmüddətli bir dövrünü əhatə edir.
Mövcud kitab həmin fənnin dərsliyi kimi nəzərdə tutulmuşdur. Dərslik ali məktəb proqramının tələbləri əsasında yazılmışdır. Mövzular tarixi-xronoloji ardıcıllıqla üç fəsildə qruplaşdırılmışdır.
Dərslikdən ali məktəb tələbələri, həmçinin doktorantlar, dissertantlar, elmi ictimaiyyətin nümayəndələri və s. oxucular istifadə edə bilərlər.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Babayev Yaqub “Azərbaycan ədəbiyyatı tarixi: XIII-XVIII əsrlər” PDF

Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.