Press "Enter" to skip to content

Yaqub magmudov seyyahkəşf ve azerbaycan

Sən söylə o məcnunlara, əfsanəsi məndən.

Facebook

Yaqub Memmedov на Facebook. Если вам интересны новости Yaqub Memmedov, регистрируйтесь на Facebook сегодня!

Yaqub Memmedov на Facebook. Если вам интересны новости Yaqub Memmedov, регистрируйтесь на Facebook сегодня!

Yaqub Memmedov

@yaqubmammedov

Места проживания

Agdzhabedy, Ağcabədi, Azerbaijan

Родной город

О пользователе Yaqub Memmedov

Qiymətli səs xəzinəsi
Yaqub Məmmədov muğam tariximizin şərəfli səhifələrini yazıb

Dünyada qəribə səslər çoxdur. Amma onlar möcüzəli deyil. Möcüzəli səs yalnız Tanrı vergisidir ki, o da hər kəsə qismət olmur. Belə səsi Tanrı sevib-seçdiyi bəndəsinə, böyük sənətkarlara bəxş edir. Unudulmaz xanəndə Yaqub Məmmədov belə sənətkarlardan idi. Yaqub Məmmədov (1930 – 2003) Qarabağ muğam ifaçıları məktəbinin orta nəslinin ən parlaq nümayəndələrindəndir. O, dinləyicilərə dərin emosional təsir göstərmək bacarığına malik idi.

Onun ifasında bir çox muğam əsəri səsyazmaların qızıl fonduna daxil olub. Əslən qarabağlı olan Y.Məmmədov Asəf Zeynallı adına musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskidən dərs alıb.

Müəlliminin sevimli muğamı olan “Çahargah” onun yaradıcılığında xüsusi yer tuturdu. Y.Məmmədov öz müəllimindən musiqi və poeziya sahələrində dərin bilik əxz edib. Yüksək mədəniyyətə, təbii fitri istedada, ifaçılıq qabiliyyətinə malik olan Y.Məmmədov bütün muğam dəstgahlarının, habelə klassik Azərbaycan poeziyasının mahir bilicisi idi.

Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. O, çoxlu konsertlərdə iştirak edib, qastrol səfərlərində olub. Onun səsi yazılmış bir neçə qrammofon valı buraxılıb.

Azərbaycan ifaçılıq sənətinin görkəmli simalarından olan Yaqub Məmmədov sələflərinin yolunu layiqincə davam etdirib. Cabbar, Seyid, Xan, Zülfü məktəbinin ənənələrinə sadiq qalan xanəndə öz oxu tərzi ilə klassik muğam ifaçılığı üslubunu qoruyub saxlayıb. Eyni zamanda Yaqub Məmmədovun özünün ifa məziyyətləri, dəst-xətti var idi. Klassik muğam ifaçılığı çərçivəsindən kənara çıxmayan xanəndə məlahətli səsi ilə muğama yeni xallar, zəngulələr gətirmişdi. Onun yadigar qalan lent yazıları muğam tariximizin qiymətli səs yaddaşıdır.

Deyirlər ki, sənətkarı zaman yetişdirir. Amma sənətkarın yetişməsində onun boya-başa çatdığı mühitin təsiri çox böyükdür. Buna əmin olmaq üçün böyük xanəndənin həyat yoluna nəzər salaq.

Yaqub Məhəmməd oğlu Məmmədov 1930-cu il mayın 5-də Qarabağın dilbər guşələrindən biri olan Ağcabədidə anadan olub. Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov kimi xanəndələr yetirmiş bu bölgədə çal-çağırlı poeziya və musiqi həyatı erkən yaşlarından Yaqubun da varlığına sirayət edir. Sənətkar vaxtilə öz xatirələrində bu barədə belə söyləmişdi: “Atamın yaxşı səsi vardı. Evdə onun zümzümələrini çox eşitmişdim. Qohum-əqrəbanın, dost-tanışların məclislərində də bir-iki ağız deyərdi. Özünü xanəndəliyə həsr etməsə də, bu sənəti çox sevirdi. Yadımdadır ki, hərdən dəfini əlinə alıb, bir ağacın kölgəsinə çəkilib özü üçün oxuyardı. Onun bu ifaları mənə çox təsir edib. Beləcə, mən də eşitdiklərimi zümzümə etməyə başladım. Onda səsimin olub-olmadığını bilmirdim. Bir dəfə özüm üçün oxuyanda atam eşitdi. Sözün düzü, onda həm də bir az utandım. Amma atam mənim oxumağımı çox yaxşı qarşıladı və dedi ki, Yaqub, bala, yaxşı səsin var. Belə-belə, başladım ondan eşitdiklərimi oxumağa. O da hərdən mənə yol göstərərdi. Bir gün dəfini mənə verib dedi: “Düzdür, yaxşı səsin var. Amma çalış ki, bu sənətin dalınca gedəsən. Mən bu sənətdə əldə edə bilmədiklərimi səndə görmək istəyirəm. Arzum budur ki, sən tanınmış xanəndə olasan”. O gündən sənətə məhəbbətim daha da artdı. Ustad xanəndələri dinlədikcə həm onları qiyabi də olsa tanımağa, həm də onlardan öyrənməyə başladım. Atam dünyasını tez dəyişdi. O, məni peşəkar xanəndə kimi görə bilmədi. Amma bir az özünütərif kimi çıxmasın, yəqin ki, mənim tanınmış xanəndə olmağım onun ruhunu sevindirir”.

Səs də insan kimidir. Onun da böyüyüb-artan, qol-budaq atan dövrü olur. Beləcə, Yaqub Məmmədovun səsi əvvəlcə ailəsindən, sonra el-obasından, daha sonra isə böyük konsert salonlarından, toy-düyünlərdən pərvazlanır və o, xalqın sevimlisinə çevrilir.

Təbii ki, belə bir zirvəni fəth etmək, yəni sevilən sənətkar olmaq asan məsələ deyil. Bunun üçün Yaqub Məmmədov da başqa ustadlar kimi çox mərhələlərdən keçməli oldu. Əvvəlcə Ağcabədi Mədəniyyət Evinin müdiri, ustad xanəndə Mütəllim Mütəllimovdan bir neçə muğam və xalq mahnıları öyrənir. 1956-cı ildə rayonda Bakıda keçiriləcək Gənclərin Ümumrespublika Festivalına ifaçı toplanarkən birinci Yaqubun adı qeyd olunur. Beləliklə, o, Bakıya festivala gəlir. Münsiflər heyətində görkəmli sənətkarlar – Həqiqət Rzayeva, Xan Şuşinski, Əfrasiyab Bədəlbəyli və başqaları yer almışdı. Gənc Yaqubun səhnə görünüşü və ifası onları qane edir. Füzulinin ürəkləri fəth edən qəzəlləri onun ifasında “Segah” muğamının həzin melodiyasına qarışıb səhnəyə yayılır. İfa hamının xoşuna gəlir və Yaqub Məmmədov festivalın laureatı olur. İlk müvəffəqiyyət gənc ifaçıya uğurlar gətirir. Həmin festivaldan sonra ustad tarzən Əhməd Bakıxanov onu radioya gətirib öz ansamblı ilə bir neçə ifasını lentə yazdırır.

Daha sonra onu Dövlət Filarmoniyasına dəvət edirlər. Filarmoniyanın direktoru, unudulmaz bəstəkar Soltan Hacıbəyov da Yaqubun səsini çox bəyənir. Ustad tarzən Qurban Pirimov isə “səsi də gözəldir, oxumağı da. Belə səsə və qabiliyyətə görə ikinci Cabbar yetişə bilər” deyə ona dəstək verir.

Beləliklə, Yaqub Məmmədov 1958-ci ildən Filarmoniyada çalışmaqla bərabər, A.Zeynallı adına Musiqi Texnikumunda (indiki Musiqi Kollecində) muğamlarımızın ustadı Ağadan – Seyid Şuşinskidən dərs alır. Bu yerdə yenə Yaqub müəllimin xatirələrinə müraciət edirəm: “Seyid böyük ustad idi. Onu təkcə Azərbaycanda yox, bütün Orta Şərqdə yaxşı tanıyırdılar. Ondan dərs almaq bizim üçün böyük şərəf idi. Çünki o, həm yaxşı dərs deyirdi, həm də adama düzgün yol göstərirdi. Seyidin mənə verdiyi bəzi tövsiyələr indi də yadımdadır. Deyirdi ki, məsələ səsi və istedadı olmaqda deyil, ən başlıcası, çoxlu çalışmaq, öz üzərində yaradıcılıqla işləmək lazımdır. Sən şövqlə oxusan, dinləyicilərin qəlbinə yol taparsan. Gərək sənətkar xalqın etimadını doğrultsun, ona çəkilən zəhməti unutmasın. Mən Ağanın ruhuna duaçıyam – ona çox minnətdaram”.

Biz də minnətdarıq bütün ustadlara ki, onlar həm sənəti yaşadıb, həm özlərindən sonra gələn nəslə örnək olublar. Elə Yaqub Məmmədovun həm bu xatirə söhbəti, həm də qüdrətli səsi və mahir ifaçılıq qabiliyyəti bu günün xanəndələri üçün əsl məktəbdir. Çünki onun qəlbində böyük sənət sevgisi vardı. Bu, ustadın oxuduğu muğamlardan da bəlli olur. Qulağımda onun “Segah” muğamı üstə oxuduğu qəzəldən beytlər səslənir:

Sən aşiqi yandırmağa, mən yanmağa mail,

Sən şəmini göstər mənə, pərvanəsi məndən,

Zülfün qədəri aşiq olan var sənə, ey gül,

Sən söylə o məcnunlara, əfsanəsi məndən.

Bu qəzəli təsadüfi xatırlamadım. O, yana-yana oxuyaraq dinləyənlərin qəlbini riqqətə gətirirdi. Odur ki, pərəstişkarları da onun sənətinin vurğunu idilər. Yaqub Məmmədov səsi, sənəti sanki bir əfsanədir. Dinlədikcə ovsunlanırsan. Bu səsdə insan bütün düşündüklərini tapa bilir. Əlbəttə, müxtəlif zövqlü dinləyicilərin zövqünü oxşayıb, ürəyinə yol tapmaq sənətkardan böyük məharət tələb edir.

Xalq artisti, görkəmli sənətkar, professor Arif Babayev ustad xanəndə barədə belə deyir: “Yaqub, böyük xanəndə idi. O, nə oxuyubsa ürəklə oxuyub və elə oxuyub ki, hamı onun sənətini sevib. Əslində onun bizim muğam sənətinin təbliğində böyük rolu var. Hər nə oxuyubsa, ona öz möhürünü vurub. Bu da onun peşəkarlığından irəli gəlir”.

A.Babayevin bu fikirlərindən sonra yaddaşımda Yaqub müəllimin vaxtilə oxuduğu “Mənsuriyyə” canlanır. O, bu ritmik muğama, doğrudan da, möhür vurmuşdu.

Hörmətli sənətkarımız, Xalq artisti Habil Əliyev də Yaqub Məmmədov şəxsiyyətini, sənətini yüksək dəyərləndirir: “Mənim sənət taleyimdə çox xanəndələrlə ünsiyyətim olub. Yaqub Məmmədov mənim üçün seçilən xanəndə idi. Onunla söz-söhbətim də, ifamız da çox uyğun idi. Bir-birimizi yaxşı başa düşürdük”.

Ustad xanəndənin səsi də, sənəti də tarixiləşərək əbədi yaddaşlara çöküb. Çünki o, məlahətli səsi, istedadı və sənətə sərf etdiyi zəhməti sayəsində əsl sənət zirvəsini fəth edə bilmişdi. Odur ki, sənətkarı xalq sevmiş, dövlətimiz də onu yüksək qiymətləndirmişdi. Yaqub Məmmədov “Xalq artisti” adına layiq görülmüş, müxtəlif fəxri fərmanlarla təltif edilmiş, böyük sənət xiridarı, ulu öndər Heydər Əliyevin sərəncamı ilə Prezident təqaüdçüsü olmuşdu.

Yaqub Məmmədovun yaradıcılıq yolu Azərbaycan ifaçılıq tarixinin silinməz səhifələrini təşkil edir. Onun oxuduğu “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Rast”, “Zabul” və başqa muğamlar, neçə-neçə xalq mahnı və təsnifləri ustadın qiymətli yadigarı olaraq lent yazılarında qorunub saxlanır. Nə yaxşı ki, bu yadigar lent yazıları var. Onlar bizə belə sənətkarları anmaqda əsl mənbədir.

“Qarabağ şikəstəsi”ni Cıdır düzündə oxuya bilmədi.

“Qarabağ şikəstəsi”ni Cıdır düzündə oxuyacağam. Özü də elə oxuyacağam ki, Qarabağsız yaşadığımız illərdə çəkdiyimiz bütün ağrı-acılar yox olsun”. Qarabağa doğru uzanan yolu səsi ilə tutub getsə də, özü gedə bilməyən Yaqub Məmmədov bu arzu ilə yaşayırdı. Yaşayırdı ki, Qarabağı görsün. Həmin gün dünyanın ən xoşbəxt bəndələrinə çevriləcək azərbaycanlıların qarşısında özünün sənətkarlıq borcunu yerinə yetirsin. Cıdır düzündən “Qarabağ şikəstəsi”ni havalandırsın.

Heyif ki, əcəl sənətkarı aramızdan apardı. İndi o, haqq dünyadadır, biz nahaq. Amma Allah qoysa, həmin qeyri-adi, xoşbəxt gündə Yaqub Məmmədov aramızda olmasa da, həmişəyaşar, canlı səsini eşidəcəyik.

Azərbaycanın görkəmli xanəndəsi Yaqub Məmmədovun ölümündən səkkiz il keçir. Yaqub Məmmədov son illər əsl sənətdən uzaq meyillərin yaranmasını da heç cür qəbul edə bilmirdi: “Gənc xanəndələrə bir tövsiyəm var. Muğamı olduğu kimi oxumaq lazımdır. Muğam muğamdır, hər bir guşəsi, bəmi, zili öz yerində olmalıdır. Muğama yamaq vurmaq günahdır. Bəzi oxuyanlar özlərindən nəsə quraşdırıb, deyirlər ki, bu yenilikdir. Başa düşmürlər ki, muğam kökü yüzilliklərdən gələn xalq yaradıcılığıdır. Muğam sənətində yenilik etmək istəyənlər korifeylərimizdən ibrət götürsünlər. Onlardan hansı deyib ki, muğam sənətində yenilik etmişəm? Heç biri. Muğam sənətində yenilik i

Yaqub magmudov seyyahkəşf ve azerbaycan

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub.

Bu barədə “Qafqazinfo”ya AMEA-nın ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov bildirib.

O qeyd edib ki, akademik Y.Mahmudov bu gün öz ərizəsi ilə işdən azad edilib: “Y. Mahmudov növbəti əmrlə AMEA prezidentinin müşaviri təyin edilib”.

Ruzbeh Məmməd

Son xəbərlər

  • 11:15 | Rusiyada boya zavodunda yanğın başlayıb
  • 11:00 | Bağanis-Ayrım hadisəsinə görə 18 erməni beynəlxalq axtarışdadır
  • 10:48 | İngiltərə İtaliyanı məğlub etdi, Ronaldodan dubl – Video
  • 10:15 | Şavkat Mirziyoyev Azərbaycana gələcək – Foto
  • 10:10 | Messidən 800-cü qol – Video
  • 09:57 | Bu partiya fəaliyyətini dayandırdı
  • 09:42 | Millimiz seçmə mərhələdə ilk oyununa çıxır – AVRO-2024
  • 09:30 | Neftimiz bahalaşır
  • 09:15 | Misirli həmkarı İlham Əliyevə zəng etdi
  • 09:01 | İrandakı zəlzələ Naxçıvanı da silkələdi
  • 23.03.2023 23:41 | Mahsun Kırmızıgül 18 il öncəni təkrarlayacaq
  • 23.03.2023 23:27 | Fəlakətdən 45 gün sonra.
  • 23.03.2023 23:09 | Rusiya “Soyuz” raketini kosmosa göndərdi
  • 23.03.2023 22:43 | Ukrayna Baş Qərargahı təkzib verdi
  • 23.03.2023 22:22 | Qərbi Azərbaycan icmasından Paşinyanın ittihamlarına – Cavab
  • 23.03.2023 21:58 | Şamaxıda ağır qəza oldu, ölən var
  • 23.03.2023 21:51 | Vaksinasiya ilə bağlı son vəziyyət
  • 23.03.2023 21:46 | Yoluxanların sayı açıqlandı
  • 23.03.2023 21:45 | “Rəqibin üstün və zəif cəhətlərini bilirik” – Emin Mahmudov
  • 23.03.2023 21:41 | Ramazan ayının ikinci gününün duası – İmsak və iftar vaxtı
  • 23.03.2023 21:22 | Dünyada dəqiq elmlər üzrə ən çox istinad edilən alimlərimiz – Siyahı
  • 23.03.2023 21:11 | “Uğurlu seriyanı davam etdirmək istəyirik” – De Byazi
  • 23.03.2023 20:55 | “Azərbaycan millisinə mütləq qalib gəlməliyik” – Zabitser
  • 23.03.2023 20:33 | Leyla Əliyeva Ramazan ayı ilə bağlı paylaşım etdi – Foto
  • 23.03.2023 20:28 | Kürdəmirdə 3 otaqlı ev yandı – Video
  • 23.03.2023 20:12 | “Azarkeşlər Azərbaycanı məğlub etməyimizi gözləyirlər” – Ranqnik
  • 23.03.2023 19:37 | Slovakiya Ukraynaya bu qədər qırıcı verdi
  • 23.03.2023 19:11 | Tətildə 30 mindən çox ağac əkildi – Fotolar
  • 23.03.2023 18:56 | TBMM Finlandiyanın NATO-ya üzvlüyünü dəstəklədi
  • 23.03.2023 18:40 | London küçələrində ilk dəfə Ramazan ayı belə qarşılandı – Fotolar
  • 23.03.2023 18:21 | Beş futbolçu Niderland yığmasının düşərgəsini tərk etdi
  • 23.03.2023 18:14 | “Səfirimiz Niderland XİN-ə çağırılmayıb”
  • 23.03.2023 17:57 | “Paşinyan təcavüzkar ritorikadan imtina etməlidir”
  • 23.03.2023 17:44 | Nyu-Yorkda Azərbaycanla FAO arasında meşələrin mühafizəsi müzakirə olundu
  • 23.03.2023 17:39 | Azərbaycan XİN-dən Paşinyana cavab
  • 23.03.2023 17:31 | Vətən müharibəsi şəhidinin atası vəfat etdi
  • 23.03.2023 17:26 | Bayramda milyonlar qazanacaq türkiyəli məşhurların – Adları
  • 23.03.2023 17:17 | Sabirabadda növbəti ting paylama aksiyası keçirildi
  • 23.03.2023 16:46 | “Ermənistan regionda əhalisinin 99%-i bir etno-konfessional qrupdan ibarət yeganə dövlətdir”
  • 23.03.2023 16:20 | Ronaldo müsəlmanları təbrik etdi – Foto
  • 23.03.2023 16:16 | “Moskva Rusiya-İran-Azərbaycan formatında görüşün mümkün olacağına ümid edir”
  • 23.03.2023 15:51 | Azərbaycan Pakistanı təbrik etdi
  • 23.03.2023 15:34 | Qurban Qurbanov “Qalatasaray”la oyundan öncə mətbuat konfransı keçirəcək
  • 23.03.2023 15:16 | “Rusiyanın Baxmutda gücü tükənir”
  • 23.03.2023 14:47 | AÇ-2024-ün seçmə mərhələsi başlayır
  • 23.03.2023 14:36 | Elçin Əlibəyli qardaşının ölümündən danışdı
  • 23.03.2023 14:25 | UNEC və ADU dünyanın ən yaxşı universitetləri arasında
  • 23.03.2023 14:15 | “Qarabağ” – “Qalatasaray” oyununu “Haber Global” yayımlayacaq
  • 23.03.2023 13:36 | Oqtay Əliyev dəfn olundu – Fotolar+Yenilənib
  • 23.03.2023 13:32 | İspaniyanın Baş naziri Çinə gedəcək

Comments are closed, but trackbacks and pingbacks are open.