Yaqub mahmudov azərbaycan diplomatiyası
1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan olub.
TARİX İNSTİTUTU
Azərbaycan Respublikasının “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif olunmuş 2004-ci il 11 iyun tarixindən – 2021-cü il yanvarın 28-dək Tarix İnstitutunun direktoru, akademik, əməkdar elm xadimi.
Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.
1956-cı ildə Balakən rayonunun Sarıbulaq orta məktəbini, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə aspiranturada saxlanılmışdır.
1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı-XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə professor elmi adını almışdır.
Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışıb.
1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim və dosent işləyib.
1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan olub.
Yaqub Mahmudov 1986-1990 və 1994-2004-cü illərdə Tarix fakültəsinin dekanı işləyib. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən biri olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1994-cü ildə dekan vəzifəsinə bərpa olunub.
Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.
Yaqub Mahmudov 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.
Yaqub Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Yaqub Mahmudov 2004-cü il sentyabrın 13-dən 2021-ci il yanvarın 28-dək AMEA-nın Tarix İnstitutunun direktoru olub. Tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını, həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarmış, fəaliyyətlərini açıqlamış, bu sahədə elmə mühüm yeniliklər gətirmişdir. Azərbaycanın diplomatiya tarixi, Azərbaycan və ümumdünya tarixinin ayrı-ayrı dövrlərinə dair 1000-dən çox monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə və s. nəşrlərin müəllifidir. O cümlədən, “Öyrənilməmiş səhifələr” (Bakı, 1972), “Səyyahlar Azərbaycana gəlir” (Bakı, 1977), “Odlar yurduna səyahət” (Bakı, 1980), “Səyyahlar, kəşflər, Azərbaycan” (Bakı, 1985), “Azərbaycanın Avropa ölkələri ilə əlaqələri” (Bakı, 1986), “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı-XVII əsrin əvvəlləri)” (Bakı, 1991), “Azərbaycan diplomatiyası (XV-XVII əsrlər)” (Bakı, 1996), “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” (Bakı, 2002), “Heydər Əliyev ideyalarının zəfər yürüşü” (Bakı, 2011), “Heydər Əliyev” (həmmüəllif, 2 cilddə, Bakı, 2013), “İlham Əliyev və Azərbaycan tarix elmi” (Bakı, 2014), “Azərbaycan Respublikasının tarixi” (həmmüəllif, 2 cilddə, Bakı 2016), “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” (Bakı, 2016), “Real tarix və “böyük Ermənistan” uydurması” (Bakı, 2017), “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” (Bakı, 2019) kimi fundamental monoqrafiyalarını və başqa kitablarını nəşr etdirib. Qarabağ, Naxçıvan və İrəvan tarixinə dair Dövlət mükafatına layiq görülmüş fundamental əsərlərin müəlliflərindən biri və naşiridir. İkicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın baş redaktorudur. 15 cildlik “Seçilmiş əsərləri” çapdan çıxıb. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Budapeşt, Buxarest, Varşava, Kiyev, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.
Yaqub Mahmudov diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Azərbaycanda yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynamış, onun elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorları yetişmişdir. O, uzun illərdir ki, Tarix İnstitutunda “Vətən tarixi”, “Ümumi tarix” və “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” ixtisasları üzrə İxtisaslaşdırılmış Dissertasiya Şuralarına rəhbərlik edir.
Yaqub Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, prezident seçkilərində ulu öndər Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olmuş və onların bir sıra rəsmi dövlət səfərlərində iştirak etmişdir.
Ulu öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb.
Ailəlidir. Bir oğlu (Turxan), iki qızı (Aynur və Gülnur) və beş nəvəsi (Nailə, Xaqan, Sara Xatun, Alp Arslan və Yaqub) var.
Elmi dərəcə və adları:
Tarix üzrə fəlsəfə doktoru (1966), tarix üzrə elmlər doktoru (1989), AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (2017), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2019), Azərbaycan Respublikasının Əməkdar elm xadimi (1992) və Dövlət Mükafatı laureatı (2012), Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, “The Name in Science” (“Elmdə ad”) fəxri titulu, “Ən yaxşı baş menecer” fəxri adı və Oksford Akademik Birliyinin fəxri professoru (2019).
Təltif olunduğu orden və medallar:
“Şöhrət” (1999), “Şərəf” (2009), “Ataman Anton Qolovatıy” (2013), 1-ci dərəcəli “Əmək” (2019) ordenləri, “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2018), Milli Məclisin “Parlament” medalı (2018), “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “General Səməd Bəy Mehmandarov” yubiley medalı (2019), “Simurq” beynəlxalq medalı (2019), “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2019), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Beynəlxalq Qızıl Ulduz” medalı (2019), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2020) və “UN Council for Public Awards” (UNCOPA) təşkilatının “Avropa lideri ulduzu” ordeni (2020).
Layiq görüldüyü mükafatlar:
“Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay” və “Gənclərin dostu” mükafatları laureatı. “Kraliça Viktoriya” Beynəlxalq mükafatı, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı (2016), Tarix İnstitutunun təsis etdiyi “Gənclərin dostu” mükafatı (2019), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Beynəlxalq Atatürk Mükafatı (2019) və TDABEA-nın 2019-cu il üçün “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatı (2020).
Yaqub mahmudov azərbaycan diplomatiyası
“Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!” Heydər Əliyev
AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
- Müdafiə naziri
- Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
- Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi
- Мüdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
- Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı
- Мüdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı
- Мüdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı
- Müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini
- Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi
- “Azərbaycan Ordusu” qəzeti
- “Hərbi Bilik” jurnalı
- “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı
- Hərbi And
- Qanunvericilik
- Nizamnamələr
- Bayraqlar
- Orden və medallar
- Emblemlər
- Azərbaycan Milli Qəhrəmanları
- Geyim qaydası
- Beynəlxalq hərbi əməkdaşlıq
- İkitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq
- NATO ilə əməkdaşlıq
- Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak
- BQXK ilə əməkdaşlıq
- Beynəlxalq silahlara nəzarət üzrə fəaliyyətlər
- CISM – Beynəlxalq Hərbi İdman Şurası
- Azərbaycandakı xarici hərbi nümayəndəliklər
- Beynəlxalq Ordu Oyunları
- Azərbaycan Ordusunun hərbi elm və təhsil sistemi
- Hərbi Elmi Tədqiqat İnstitutu
- Hərbi İdarəetmə İnstitutu
- Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi
- Heydər Əliyev adına Hərbi İnstitut
- Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey
- Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi
- Dövlət rəmzləri
- Bayramlar
- Ermənistan-Azərbaycan münaqişəsi
- Vətən müharibəsi
- Qan yaddaşı
- Xəbərlər arxivi
- Cəbhə xəbərləri arxivi
- Foto arxiv
- Video arxiv
- “Azərbaycan Ordusu” qəzetinin arxivi
- “Azimut” Bülleteninin Arxivi
Xəbərlər
14 Fevral 2018 12:04
Akademik Yaqub Mahmudov: Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şanlı səhifəsidir
Rubrikamızın qonağı Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudovdur.
– Yaqub müəllim, 2018-ci il xalqımızın tarixində əlamətdar illərdən biri olacaq. Bu il xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcək. Qürurverici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilib. Bir tarixçi alim üçün ikiqat sevinc deyilmi?
– Dövlət rəhbərinin tariximizə xüsusi önəm verərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin bütün ölkə miqyasında geniş qeyd olunması haqqında sərəncamını, məncə bütün tarixçilər böyük sevinclə qarşıladılar. Qeyd etmək istəyirəm ki, institutumuzda aparılan tədqiqatlar məhz Prezident İlham Əliyevin təşəbbüsü və qayğısıyla nəşr olunur. Cümhuriyyətin 100 illiyinin qeyd olunması mühüm tarixi hadisədir və xalqımız üçün son dərəcə əlamətdardır.
– Cümhuriyyət tariximizə verilən ən böyük dəyər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
– Mən 20 ilə yaxın Bakı Dövlət Universitetində tarix fakültəsinin dekanı işləmişəm. Ulu öndərimiz Heydər Əliyevin Cümhuriyyət tariximizlə dərindən maraqlanmasının canlı şahidiyəm. Bildirmək istəyirəm ki, neçə illər Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Demokratik Respublikası kimi təqdim olunurdu. Əlbəttə, dünyanın bir sıra ölkələrində, o cümlədən Avropa ölkələrində Cümhuriyyətin bu cür təqdim olunması müəyyən zərurətlə bağlı idi. Axı biz Şərqdə ilk demokratik respublika yaratmışıq. Amma onu qeyd edim ki, Cümhuriyyətin adının özünə qaytarılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Yaxşı yadımdadır, o bu məsələ ilə çox ciddi maraqlanırdı. Qısa müddətdə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevlə birlikdə təkliflərimizi hazırladıq. Ulu Öndər bu təkliflərlə tanış olduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti adı rəsmən qəbul edildi. Və beləliklə, Ulu Öndərin xüsusi tapşırığıyla bütün elmi ədəbiyyatlarda Azərbaycan Demokratik Respublikası adı Azərbaycan Xalq Cümhuriyyəti ilə əvəz olundu. 1998-ci ildə Ümummilli Liderimizin təşəbbüsü ilə Cümhuriyyətimizin 80 illlik yubileyi keçirildi. Bundan başqa, dahi rəhbərin xüsusi tapşırığı əsasında Cümhuriyyətin tarixini dolğun əks etdirən ensiklopedik lüğət hazırlandı. Ömrümün ən mənalı səhifələrindən biridir ki, Ulu Öndər bu vacib işə rəhbərliyi mənə tapşırmışdı. Bu işi uğurla başa çatdırmaq üçün tanınmış ziyalılarımızı bir araya topladıq. Tərəqqipərvər, elmi araşdırmalardan, cəfadan çəkinməyən bir özək yaratdıq və iki cildlik Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyasını nəşrə hazırladıq. Ulu Öndərin layiqli davamçısı, Prezident cənab İlham Əliyev də lazımi köməkliklər göstərdi və onun son dərəcə böyük qayğısıyla bu ensiklopediya çap olundu. Yeri gəlmişkən onu da qeyd edim ki, bu gün ölkə başçısı İlham Əliyevin göstərişiylə Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyət göstərdiyi binanın yanında “İstiqlal Bəyannaməsi” abidəsi ucalır. Düşünürəm ki, iki cildlik ensiklopediya da tariximizə ən dəyərli töhfədir.
– Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bəs Cümhuriyyətin varislik prinsiplərini müəyyənləşdirən istiqamətlər hansılardır?
– Müasir dövlət quruculuğu Cümhuriyyət dövründən başlayıb. Cümhuriyyət dövründə parlament fəaliyyət göstərib, dövlətçilik atributlarımız, ordumuz, himnimiz, gerbimiz yaradılıb. Ona görə də biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. İftixar hissiylə deyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təkcə bizdə deyil, bütövlükdə Türk dünyasında, müsəlman Şərqində parlaq bir hadisədir. Bizim yaratdığımız Cümhuriyyət ilk parlamentli respublikadır. Bu baxımdan, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şanlı səhifələrindən biridir. O öz demokratikliyinə görə, Avropa respublikalarının heç birindən geri qalmırdı. “İstiqlal Bəyannaməsi”ndə ölkəmizin ərazisində yaşayan bütün xalqlara dilindən, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq bərabər hüquq verilmişdi.
– Azərbaycanın şanlı hərb ənənələri var. Müasir ordumuz da Cümhuriyyət ordusunun tarixi varisidir.
– Bu barədə danışarkən xüsusi olaraq qeyd etməliyəm ki, Azərbaycanın ordu tarixi təkcə Cümhuriyyətlə bağlı deyil. Azərbaycan xalqının dövlətçilik tarixi beş min ildən çoxdur. Manna, Midiya, Şimalda Albaniya, Cənubda Atropatena kimi güclü dövlətlərimiz var idi. Bu dövlətlər güclü ordu ilə idarə edilirdi. Roma imperiyası torpaqlarımızı ilhaq edə bilməmişdi. Bizim Tomris kimi qadın sərkərdəmiz olub. O, Orta Asiyadan Misirə qədər ərazilərə sahib olan ikinci Kirin qüvvələrini darmadağın etmişdi. Tarixdə Şəmsəddin Eldəniz, Qızıl Arslan, Uzun Həsən, Məhəmməd Cahan Pəhləvan, Şah İsmayıl Xətai, Şah Abbas kimi qüdrətli sərkərdələrimiz var. Onlar böyük ordular yaratmaqla Azərbaycan imperiyalarını idarə ediblər. Qürur hissi keçirirəm ki, dünya hərb tarixində Nadir Şah Əfşar kimi sərkərdələrimizin adı var. O, düşünülmüş islahatlar apardı, dövləti gücləndirdi və rus qoşunlarını Azərbaycanın sərhədlərindən qovub çıxartdı. Dünya tarixində Hindistanı Makedoniyalı İskəndər, Türk sərkərdəsi Əmir Teymur və bir də Nadir Şah Əfşar ələ keçirib. Bu bizim ordu tariximiz, qəhrəmanlıq tariximizdir. Xalqımızın hərb tarixi çox qədimdir. Hərb tariximizi Cümhuriyyət Ordusunun tarixi ilə bağlamaq olmaz.
– Bu il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 100 illiyi də tamam olur. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Bəs bu istiqamətdə hansı tədbirləri həyata keçirəcəksiniz?
– 31 mart azərbaycanlıların soyqırımı xalqımızın qan yaddaşıdır. Əlbəttə ki, bu istiqamətdə də geniş planlarımız var. Dəfələrlə beynəlxalq konfranslar keçirmişik. Dünya ölkələrinin tanınmış tarixçiləri bu tədbirlərdə iştirak ediblər. Konfranslar Bakıda, Qubada, Şamaxıda, Lənkəranda keçirilib. Aprelin 11-15 tarixlərində növbəti belə konfransı keçirməyi planlaşdırırıq. Soyqırımları ilə əlaqədar yeni silsilə nəşrlərimiz olacaq. XX əsrdə Daşnaksütyunun türk-müsəlman xalqlarına qarşı Şərqi Anadoluda, Cənubi Azərbaycanın Urmiya hövzəsində, Orta Asiyada törətdiyi soyqırımları geniş araşdırılaraq müzakirə olunur. Qərara almışıq ki, tədbirlərimizi Atatürk Araşdırmaları Mərkəzi, Türk Tarixi Qurumu ilə birgə həyata keçirək.
– Millət vəkili, bir tarixçi kimi ölkənin kütləvi informasiya vasitələrində hərbi vətənpərvərliyin təbliğindən razısınızmı?
– Uşaqlıq illərim müharibə dövrünə düşüb. Hər addımda divarlarda yazılan “Faşist cəlladlarına ölüm!”, “Qələbə bizimlədir!” kimi şüarlarına rast gəlirdik. İnsanlar qələbəyə ruhlandırılardı. Bu gün mediamızda hərbi vətənpərvərlik mövzusu kifayət qədər yer alır. Şanlı ordumuzun, xalqımızın qəhrəmanlıq tarixini, aprel döyüşlərini təbliğ edən verilişlər ürəyimcədir. Amma bu elə bir vacib mövzudur ki, ona hərtərəfli diqqət yetirilməlidir. Qarabağ müharibəsinin tarixi, qəhrəmanlarımız, şəhidlərimiz daha geniş təbliğ edilməlidir. Yeri gəlmişkən, Müdafiə Nazirliyinin bu istiqamətdə fəaliyyəti təqdir olunasıdır. Tez-tez bölgələrdə və hərbi hissələrdə kütləvi vətənpərvərlik tədbirlərinin keçirilməsindən xəbər tuturam və bütün bunları alqışlayıram.
– Bu il Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik hərbi qüvvələrindən azad etməsinin də yüzilliyi tamam olur. Bu barədə də fikirlərinizi öyrənmək qəzetimizin oxucuları üçün çox maraqlı olar.
– Bu barədə bəzi faktlara aydınlıq gətirmək istəyirəm. Cümhuriyyətin elan olunduğu ilk vaxtlarda Osmanlı Türkiyəsi qan qardaşlarımız Azərbaycana köməyə gəlməsəydi, erməni daşnaklarının xalqımıza qarşı törətdiyi soyqırımının qarşısını almaq mümkün olmazdı. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa türk xalqlarının görkəmli sərkərdəsidir. Qafqaz İslam Ordusunun fəaliyyətini araşdırarkən xalqımızın göstərdiyi qəhrəmanlıqları da yaddan çıxartmaq düzgün deyil. Cümhuriyyət zabitləri də Qafqaz İslam Ordusunun tərkibində vuruşub. Xalqımız ona yardıma gələn türk qardaşlarının yanında olmasaydı, lazımi təminatlarını ödəməsəydi, qələbədən danışmaq olardımı? Bu məsələləri ensiklopediyada araşdıranda Bakı əməliyyatına xüsusi diqqət yetirmişəm. Əməliyyatda Bakı ətrafı kəndlərin əhalisi, xüsusilə də Binəqədi, Maştağa camaatı böyük şücaət göstərib. Qafqaz İslam Ordusunun döyüş əməliyyatlarının planının cızılmasında general Ə.Şıxliniski fəal iştirak edib. Əməliyyatın uğurla yerinə yetirilməsi üçün ərazinin relyefinə, yer quruluşuna bələd olmaq çox vacibdir. Ona görə də gənc sərkərdə Nuru Paşanın ətrafında Cümhuriyyət generalları, sərkərdələri toplaşmışdı. Qafqaz İslam Ordusunun fəaliyyətində Azərbaycanın milli ordu hissələrinin rolunu unutmağa haqqımız yoxdur. Həmin döyüşlərdə yüzlərlə şəhid verdik. Qardaş köməyinə gələn türk qardaşlarımızın şəhid məzarlıqları bu gün də ziyarət yerimizdir. Bu günlərdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın təşəbbüsü ilə Tarix İnstitutunda görüş keçirdik. Görüşümüzdə bu məsələdən də danışdıq. O da bildirdi ki, həqiqətən bu dönəmi qardaşlıq tariximiz kimi araşdırmaq lazımdır.
– Nəhayət, ənənəvi sualımız: Azərbaycan Ordusunun şəxsi heyətinə arzu və istəkləriniz.
– Hərbçilərimizə Nadir Şah, Uzun Həsən, Şah Abbas qüdrəti, çəsarəti arzulayıram. Mən həmişə demişəm ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Biz dünyanın elə xalqlarındanıq ki, böyük imperiyalar yaratmışıq. Azərbaycan əsgəri qürur hissi keçirməlidir ki, belə şərəfli, şanlı tarixi olan bir xalqın övladıdır. İnşallah, Ali Baş Komandanın rəhbərliyi ilə nəinki işğal olunmuş yerlərimizə, eləcə də bütün tarixi torpaqlarımıza qayıdacağıq.
Müsahibəni apardı: Lalə HÜSEYNOVA, “Azərbaycan Ordusu”
Azərbaycan Respublikasının Prezidenti
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Comments are closed, but trackbacks and pingbacks are open.