Press "Enter" to skip to content

Yaqub mahmudov orta esrler tarixi

Deputat bildirib: “Mən Prezidentimizin Şəki səfərləri zamanı onun Şəki abidələri ilə, şəhərin bütün qədim məhəllələri ilə tanış olması, təkcə Aşağı Karvansarayla dörd dəfə tanış olması prosesinin şahidiyəm. Aşağı Karvansarayla tanışlıq zamanı Prezidentin “bu abidənin bərpası zamanı onun memarlığına qətiyyən əl vurmayın” göstərişini necə kəskinliklə verməsinin şahidiyəm. Dairəvi Tanrıçılıq abidəsi ilə tanışlıq zamanı XIX əsrdə işğalçıların bu abidəni saxtalaşdıraraq görkəmini dəyişməsindən necə təsirləndiyinin və “Tezliklə bu abidəni əvvəlki görkəminə qaytarın!”deməsinin şahidiyəm.

Yaqub Mahmudov: “Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmamalıdır”

Bakı. 30 dekabr. REPORT.AZ/ “Ölkəmizin vahid tarixi vahid dərslik əsasında öyrədilməlidir. Heç bir halda vahid Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmalı deyil”. “Report” xəbər verir ki, bunu Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib. “Milli Məclisdə həmkarım Siyavuş Novruzov tamamilə haqlı məsələ qaldırdı ki, 8-ci sinifdə Azərbaycan tarixindən 2 dərsliyin – “Azərbaycan tarixi” və “Qarabağ tarixi” dərsliklərinin olması doğru deyil. Bu məni təəccübləndirdi və haqlı olaraq S.Novruzovu müdafiə etdim. Narahat olduğum üçün faktı yoxladım. Yəqin etdim ki, orta məktəblərin 8-ci sinfində ancaq mənim həmmüəllif olduğum “Azərbaycan tarixi” dərsliyi tədris olunur. Başqa dərslik tədris olunmur. 8-ci sinfin “Azərbaycan tarixi” dərsliyində isə verilən saatlara müvafiq olaraq Qarabağ haqqında geniş məlumat verilir. Qarabağ xanlığı, Pənahəli xan Cavanşir, Şuşa-Pənahabad qalası, İbrahimxəlil xanın xarici siyasəti və başqa mövzular tədris olunur. Bu dərslik nazirlik tərəfindən çox ciddi müsabiqələr nəticəsində dərslik kimi təsdiq olunub”, – deyə institutun direktoru qeyd edib. Y.Mahmudov məsələni araşdırdığını və bundan əlavə nazirlik xətti ilə Azərbaycanın Qarabağ bölgəsinin tarixi barədə fakültativ kursun təşkil edildiyini aydınlaşdırdığını bildirib: “Həmin kurs vasitəsilə həftədə 1 saat şagirdlərə Qarabağ barədə əlavə məlumat verilir. Təhsil Nazirliyinin xüsusi əmri ilə göstərilən fakültativ kurs üçün 2 dildə – Azərbaycan və rus dillərində “Qarabağ tarixi” adlı tədris vəsaiti yazılıb. Bu isə dərslik deyil, göstərilən fakültativ kursun tədris vəsaitidir. Həmin vəsait Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna göndərilməyib və institutun Elmi Şurasında təsdiq olunmayıb”. Onun fikrincə, Azərbaycan tarixi ilə bağlı fakültativ kursların, o cümlədən Qarabağ tarixi və Azərbaycanın digər hər hansı bölgəsi ilə bağlı bütün fakültativ kursların tədris vəsaitləri nəşr olunmamışdan əvvəl Tarix İnstitutuna göndərilməli və institutun Elmi Şurasının rəyi nəzərə alınmalıdır. “Düşünürəm ki, indiki mərhələdə ayrı-ayrı bölgələr üçün ayrıca tədris vəsaitlərinin yaradılmasına heç bir ehtiyac yoxdur. Ölkəmizin vahid tarixi vahid dərslik əsasında öyrədilməlidir. Heç bir halda vahid Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmalı deyil”,- deyə Y.Mahmudov əlavə edib.

Yaqub Mahmudov: Bu, böyük tarixi qələbədir

“Xan sarayı ilə birlikdə Şəkini tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Prezident İlham Əliyevin Vətən naminə yürütdüyü müdrik, uzaqgörən siyasətin çox böyük qələbəsidir. Həmin sahədə əldə olunan digər mühüm uğurlarla yanaşı bu qələbə sübut edir ki, bizim xalqımız ümumdünya mədəniyyətini, müasir sivilizasiyanı yaradan xalqlardandır. Bunun dünya miqyasında qəbul olunması, daha doğrusu rəsmi olaraq etiraf olunması həqiqətən çox böyük tarixi qələbədir”.

Publika.az xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

Yaqub Mahmudov qeyd edib ki, dünyanın ən qədim şəhərlərindən biri və 2700 ildən çox yaşı olan Şəki şəhəri haqqında bu tarixi qərarın UNESKO-nun Ümumdünya İrs Komitəsinin məhz Bakıda keçirilən 43-cü sessiyasında qəbul edilməsi isə Azərbaycan üçün çox mühüm tarixi hadisədir: “Bu qələbə çox çətin, mübarizələrlə dolu yolun parlaq sonluğudur. Bu qələbənin tarixi Ulu Öndər Heydər Əliyevin unudulmaz 2002-ci il Şəki səfəri ilə, Prezident İlham Əliyevin Şəkiyə saysız-hesabsız səfərləri, onun Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva ilə birlikdə məşhur Şəki abidələri ilə tanışlıqlarından, ölkə başçısının birbaşa göstərişi ilə görülən bərpa işlərindən, Prezidentin Şəki ilə bağlı verdiyi çoxsaylı sərəncamlardan başlayır”.

Deputat bildirib: “Mən Prezidentimizin Şəki səfərləri zamanı onun Şəki abidələri ilə, şəhərin bütün qədim məhəllələri ilə tanış olması, təkcə Aşağı Karvansarayla dörd dəfə tanış olması prosesinin şahidiyəm. Aşağı Karvansarayla tanışlıq zamanı Prezidentin “bu abidənin bərpası zamanı onun memarlığına qətiyyən əl vurmayın” göstərişini necə kəskinliklə verməsinin şahidiyəm. Dairəvi Tanrıçılıq abidəsi ilə tanışlıq zamanı XIX əsrdə işğalçıların bu abidəni saxtalaşdıraraq görkəmini dəyişməsindən necə təsirləndiyinin və “Tezliklə bu abidəni əvvəlki görkəminə qaytarın!”deməsinin şahidiyəm.

Heç yadımdan çıxmır. Prezidentimiz və Birinci xanım, Ərdoğan və xanımı Xan Sarayı və digər abidələrlə tanış olarkən birdən Ərdoğanın xanımı Əminə Ərdoğan Mehriban xanıma müraciətlə “Bu misilsiz abidələrdir, onları UNESKO-nun qeydiyyatına saldırmaq haqqında düşünürsünüzmü?” sualını verdikdə Mehriban xanım çox inamlı və kəskin cavab verdi: “Biz artıq bu işə başlamışıq və məqsədimizə hökmən nail olacağıq!”

Yaqub Mahmudov qeyd edib ki, o günlərdən sonra Şəkiyə nə qədər ekspertlər gəldi, nə qədər iradlar oldu, Prezidentin qayğısı ilə nə qədər bərpa işləri görüldü: “Nəhayət, 2019-cu ildə Azərbaycanın məşhur tarixi şəhəri haqqında UNESKO-nun qərarı Bakıda qəbul olundu! Bu qələbə münasibəti ilə bağlı bütün Azərbaycan xalqını təbrik edirsiniz, cənab Prezident! Əslində isə təbrik Sizə düşür. Çünki bu Sizin Vətən naminə yeritdiyiniz müdrik siyasətin qələbəsidir, yürütdüyünüz qətiyyətli siyasətin qələbəsi naminə Mehriban xanım Əliyevanın yorulmadan apardığı davamlı mübarizənin nəticəsidir. Bu qələbələr üçün xalqımız Zati-alinizə minnətdardır. Bu yolda Sizə, Mehriban xanım Əliyevaya yeni-yeni uğurlar arzulayıram!”

Akademik sözünə davam edərək deyib: “Şəki tək tarixi abidələri ilə məşhur deyil, həm də tarixi şəxsiyyətlər yurdudur. Mirzə Fətəli Axundzadə, Salman Mümtaz, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Şəfiqə Axundova və başqa çoxsaylı görkəmli şəxsiyyətlərimiz məhz Şəki torpağının yetirmələridir”.

O, qeyd edib ki, bu gün Şəki Azərbaycanın tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bir şəhərdir: “Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı, TÜRKSOY tərəfindən 2016-cı ilin Türk mədəniyyəti paytaxtı elan edilib, 2017-ci ildə isə UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb”.

Comments are closed, but trackbacks and pingbacks are open.