Press "Enter" to skip to content

Akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur – FOTO

Y.Mahmudov 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.

Yaqub mahmudov orta əsrlər tarixi

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət Yaqub Mahmudov bu vəzifədən çıxarıldı

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Aprel 04, 2021 – 23:31

!Reklam – Yazi

AMEA-nın Tarix İnstitutunun baş direktoru Kərim Şükürov akademik Yaqub Mahmudovu qurumun “Orta əsrlər tarixi” şöbəsinin müdiri vəzifəsindən azad edib.

Yenicag.az xəbər verir ki, Yaqub Mahmudovun yerinə tarix elmləri doktoru Tofiq Nəcəfli təyin edilib. Hazırda Y.Mahmudov 2 vəzifə daşıyır. O, AMEA-nın prezidenti Ramiz Mehdiyevin müşaviri və BDU-nun Tarix fakültəsinin “Qədim dünya və orta əsrlər tarixi” kafedrasının müdiridir. Qeyd edək ki, bu ilin yanvarında Ramiz Mehdiyev Y.Mahmudovu Tarix İnstitutunun direktoru vəzifəsindən azad edib./Konkret.az/

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur – FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkəmizdə yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynayan Y.Mahmudov 1939-cu ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Y.Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent və 1981-2004-cü illərdə isə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan işləyib.

Y.Mahmudov 1986-1990 və 1994-2004-cü illərdə Tarix fakültəsinin dekanı olub. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib.

Y.Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.

O, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.

Y.Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Y.Mahmudov 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.

Onun bilavasitə elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorlarından ibarət tarixçilər məktəbi formalaşıb.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.