Akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur (FOTO)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur.
Yaqub mahmudov orta srlr tarixi
Orta әsrlәr tarixi : Avropa erkәn orta әsrlәrdә : dәrslik / Yaqub Mahmudov.
| Yer Numarası | A.IX/2399 |
| Dil Kodu | Azerbaycan Türkçesi |
| Yazar | Mahmudov, Yaqub, 1939- |
| Eser Adının Farklı Biçimi | Orta asırlar tarihi : Avropa erken orta asrlarda |
| Basım Bildirimi | Yenidәn işlәnmiş vә tamamlanmış ikinci nәşri [Gözden geçirilmiş ve genişletilmiş ikinci baskı]. |
| Yayın Bilgisi | Bakı [Bakü] : Tәhsil, 2012. |
| Fiziksel Niteleme | 213, [3] sayfa ; 22 cm |
| Genel Not | “Azәrbaycan Respublikası Tahsil Nazirliyi tәrәfindәn ali mәktәblәr üçün dәrslik olaraq tövsiyә edilmişdir“ — İç kapak. |
| Bibliyografi, vb. Notu | Bibliyografya s. 202-213. |
| Konu | Roma İmparatorluğu__Tarih__Ders kitapları. Bizans İmparatorluğu__Tarih__Ders kitapları. Avrupa__Tarih__Ders kitapları. |
Dijital Kaynaklar
MARC Görünümü
LEADER 01138naaaa2200301aa54500
001 598077
003 TR_AnAIT
005 20210827140604
006 a||||e |||| 000 0
007 ta
008 210820s2012 aj ||||e |||| 000 0 aze c
040 |aTTK
041 |aaze
049 |aTTK
090 |aA.IX/2399
100 1 |aMahmudov, Yaqub,|d1939-
245 10|aOrta әsrlәr tarixi :|bAvropa erkәn orta әsrlәrdә : dәrslik /|cYaqub Mahmudov.
246 1 |aOrta asırlar tarihi :|bAvropa erken orta asrlarda
250 |aYenidәn işlәnmiş vә tamamlanmış ikinci nәşri [Gözden geçirilmiş ve genişletilmiş ikinci baskı].
260 |aBakı [Bakü] :|bTәhsil,|c2012.
300 |a213, [3] sayfa ;|c22 cm
500 |a“Azәrbaycan Respublikası Tahsil Nazirliyi tәrәfindәn ali mәktәblәr üçün dәrslik olaraq tövsiyә edilmişdir“ — İç kapak.
504 |aBibliyografya s. 202-213.
651 4|aRoma İmparatorluğu|xTarih|vDers kitapları.
651 4|aBizans İmparatorluğu|xTarih|vDers kitapları.
651 4|aAvrupa|xTarih|vDers kitapları.
Materyaller
Materyal bilgileri yükleniyor. İşlem zaman alabilir. Beklediğiniz için teşekkürler.
Dijital Kaynaklar
RefWorks için alıntılama
İptal Aktar İndir
EndNote için alıntılama
İptal İndir
Tüm hakları saklıdır © Türk Tarih Kurumu Kütüphanesi
Akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur (FOTO)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur.
Trend-i buradan izləyin
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur.
Trend-in məlumatına görə, ölkəmizdə yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynayan Y.Mahmudov 1939-cu ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olub.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Y.Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent və 1981-2004-cü illərdə isə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan işləyib.
Y.Mahmudov 1986-1990 və 1994-2004-cü illərdə Tarix fakültəsinin dekanı olub. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib.
Y.Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.
O, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.
Y.Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Y.Mahmudov 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.