Press "Enter" to skip to content

Yaradıcılıq və yaradıcı düşüncə psixologiyası

Göründüyü kimi, yaradıcılıq prosesinin mahiyyətini açan, bədii əsərin onu yaradan insanın psixikasının, təhtəl-şüurun məhsulu olduğunu iddia edən M.Yunqun fikirləri olduqca maraqlıdır və bu gün də çox aktual səslənir.

Yaradıcılıq psixologiyası yüklə

Rafiq Yusifoğlu,

şair, filologiya elmləri doktoru, professor

Yaradıcılıq psixologiyası

Psixologiya ilə incəsənətin qarşılıqlı əlaqəsi. Incəsənət və ədəbiyyat psixoloji fəaliyyət növlərindən biri kimi. Yaradıcılıq psixologiyasının mahiyyəti. Görkəmli alimlər yaradıcılıq psixologiyası haqqında.

Yaradıcılıq son dərəcə mürəkkəb, hətta bədii yaradıcılıqla məşğul olan sənətkarların, elmi axtarışlar aparan alimlərin özləri tərəfindən belə tam dərk olunmayan ağrılı, əzablı, sevincli, nəş’əli bir prosesdir və yaradıcı insan, sənətkar şüurunun, onun hiss və duyğularının, düşüncələrinin spesifik məhsuludur. Görünür, şairlərin peyğəmbərlərdən sonra gəldiyini söyləyən böyük Nizami də məhz elə bunları nəzərdə tutmuşdur.

Alimlər zaman-zaman yaradıcılığı təkcə insan şüurunun deyil, həm də Allah vergisinin nəticəsi hesab etmişlər və bu zaman ona əsaslanmışlar ki, yaradıcı insanlar çox zaman mahiyyətini dərindən başa düşmədikləri prosesin yaradıcısından çox, onun icraçısına çevrilmişlər. Onlar gərgin psixoloji məqamda, sarsıntılar içərisində elə bil ilahi vəhyləri yazıya almaqla məşğul olmuşlar. Yaradıcılığı ilahi varlıqla bağlayan U.Folkner belə hesab edirdi ki, bütün yazıçıları son nəticədə məğlubiyyət gözləyir, çünki bizim bilmək və təsvir etmək istədiklərimizi yalnız Allah bilə bilər. Kanadalı filosof Con Vatson isə yazırdı ki, bir şairin ürəyinə girmək mümkün olsaydı, orada bolluca həyəcan, qəm-qüssə və göz yaşları görərdik.

O da məlumdur ki, qəm, kədər, sevgi, sevinc, şairin psixoloji durumu onun şeir karxanasını susuz qoymur… Yaradıcılığın şairin psixoloji durumu ilə birbaşa əlaqəsi məsələsi serb yazıçısı I.Andriçin bu fikirlərində də öz əksini tapmışdır: ”Mən yaşayıb həyatdan zövq alanda yazdığım əsər qış yuxusuna dalır və yalnız hərdən yuxuda sayıqlayır. Yaşaya bilməyib əzab çəkəndə əsərim dərhal cana gəlir, boy atıb böyüməyə başlayır. Belə çıxır ki, əsərlərim iztirablarımdan doğulur”. Poeziyanı dərdin aynası hesab edən I.Höte düşünürdü ki, hər bir əzab çəkən və ağlayan insan şairdir, hər damla göz yaşı şeirdir, hər bir ürək poemadır. ”Dünya ikiyə bölündü, çatlar şairin ürəyindən keçdi” qənaətinə gələn A.Frans isə bu qərara gəlirdi ki, şeirlə insan ruhu arasında qədim bir ünsiyyət var. Buna görə insanın sevinc və kədər anlarında şeir həmişə onunladır. Viktor Hüqonun fikrincə: ”Şeir elə bir orkestrdir ki, təbiətin və insanların bütün səslərini ifadə etməyi bacarır”. H.Ibsenin ” Hər hansı bir insan böyük və kiçikliyindən asılı olmayaraq öz əməlləri arxasında can atdığı idealı görəndə istər-istəməz şairə çevrilir” fikirləri də, Q.Floberin ” Yazıçı öz daxili aləmindən baş alıb gələni yazmalıdır” qənaətləri də göydəndüşmə deyildi.

Qırx ildən artıq bədii yaradıcılıqla müntəzəm məşğul olan bir insan kimi həmin hissləri mən də dönə-dönə keçirmişəm. Yaradıcılıq prosesindən sonra özüm öz yazdıqlarıma təzədən baxanda heyrətlənmişəm və bu fikirlərin ağlıma necə gəldiyini dərk etmək iqtidarında olmamışam. Şeirlərimin birində bu hissləri aşağıdakı kimi ifadə etməyə çalışmışam:

Mən yuxuya gedən kimi
Göydən Ay aşağı düşür.

Gəlib Ay işığı düşür.

Həsrət dolu misraların

Gözlərinə getmir çimir.

Səhərəcən çimir, çimir…

Yarımçıq qalan şeirimi

Tamamlayır Ay işığı.

Ah çəkəni qınamıram.

Axşam yazdığım nəğməni

Səhər durub tanımıram…

Böyük Füzuli deyirdi ki: ”Heyrət, ey büt, surətin gördükdə lal eylər məni. Surəti halım görən surət xəyal eylər məni.” Yaradıcılıq prosesi məhz heyrət məqamıdır və bu məqam ilhamın gəldiyi andır.

Yaradıcılıq psixologiyası o qədər mürəkkəbdir, dərk olunmayandır ki, onu öyrənməyə çalışan alimlər, filosoflar, psixoloqlar, ədəbiyyatşünaslar son dərəcə maraqlı qənaətlərə gəlsələr belə, bu işi axıra çatdıra bilməmişlər. Bütün bunlar isə əsl yaradıcı insanın ilahi bir qüvvənin himayəsində olması haqqında düşünməyə əsas verir.

Öz müəllimi Z. Freydin yolunu davam və inkişaf etdirən, analitik psixologiyanın banisi K.Q.Yunqun bu sahədəki axtarışları olduqca böyük maraq doğurur. Onun ”Analitik psixologiyanın poetik bədii yaradıcılığa münasibəti” adlı məruzəsinin mətnini rus dilindən (Ob otnoşeni analitiçeskoy psixoloqii k pogtiko-xudojestvennemu tvorçestvu. Zarubejnaə gstetika i teoriə literaturı X1X-XX vv. M., 1987, s. 214-231) tərcümə elə­yib ”Mütərcim” jurnalında çap etlirən filologiya elmləri doktoru, professor Məmməd Qocayev çox faydalı bir iş görmüşdür. Onu da qeyd edək ki, biz də sitatlar gətirərkən işimizi xeyli asanlaşdıran möhtərəm alimimizin bu tərcüməsindən istifadə edəcəyik.

Məmməd Qocayevin K.Yunqdan elədiyi tərcüməyə ön söz kimi yazdığı ”Analitik psixologiya və bədii yaradıcılıq” adlı məqalə də olduqca maraqlıdır və yaradıcılıq psixologi­yasının bəzi məqamlarını anlamağa kömək edir. O yazır ki, əsl sənət üçün təkcə sənətkarın şəxsi təfəkkür və təəssüratlarının deyil, həm də və hər şeydən əvvəl, xalqın tarixən keçirmiş olduğu duyğuların və həyəcanların ifadəsidir. Ona görə də yaradıcılıq coşqunluğu sənətkrı şəxsi təfəkkürdən, şəxsi təəssüratlardan müasir tələblərdən, konyukturadan, utilitarizmdən ayırıb, ulu duyğularla, ulu obrazlara qovuşdurur, ulu hisslərlə yaşamağa, xalqın və əcdadların dililə danışmağa, onun simvolları ilə düşünməyə vadar edir və bir anlığa sənətkar sanki tarixin və xalqın döyünən ürəyinə və danışan dilinə çevrilir. Məhz belə məqamlarda dünyaya elə sənət əsərləri gəlir ki, onları nəinki başqaları, hətta müəllifin özü də tam mə’nada dərk edə bilmir. Çünki belə əsərlərin müəllifi təkcə yazıçı və müasir dövr deyil, həm də xalq və tarixdir.

Bunlar çox maraqlı qənatələrdir və mənim yadıma bir məsələni saldı. Hötedən onun ”Faust” əsərinin ideyasının nədən ibarət olduğunu soruşanda qüdrətli sənətkar xeyli düşünür və təbəssümlə deyir: ”Elə bilirsiniz bunu mən özüm bilirəm?”

Hər hansı bir əsəri yazarkən sənətkarın mövzu tapmaq, material toplamaq və s. bu kimi hazırlığı ilə bərabər, onun psixoloji hazırlığı da olduqca vacibdir. Yaradıcı adamların əksəriyyəti ilham gəlməyəndə yazmağın qeyri-mümkün­lüyünü bu və ya di­gər şəkildə etiraf etmişlər. Ilham isə əslində sənətkarın psixoloji hazırlıq məqamıdır. Yaradıcılıq prosesində yazıçının yaşadığı psixoloji gərginlik anları, yaradıcılıq şövqü, qəhrəmanların taleyi ilə bağlı keçirdiyi həyəcanlar xüsusi psixoloji tədqiqatın mövzusudur. Necə olur ki, Balzak ”Qori ata” əsərində öz qəhrəmanının ölüm səhnəsini təsvir edəndə elə onun özü də ölüb dirilir, sarsıntı keçirir?

Ilk nəzərdə tamam ayrı-ayrı sahələr təsiri bağışlayan psixologiya ilə incəsənətin qarşılıqlı əlaqəsini K.Yunq onunla əsaslandırır ki, incəsənət özü də psixoloji bir fəaliyyətdir. Bədii yaradıcılıq prosesini nevrozla eyniləşdirməklə razılaşmayan alim etiraf etməli olur ki, bədii əsər nevrozun yarandığı şəraitə oxşar bir vəziyyətdə yaranır. Ancaq M. Yunq belə bir qənaətə gəlir ki, bioloji cəhətdən istiqamətlənmiş psixologiyanın adi (orta səviyyəli) insana tətbiqi özünü nə qədər doğrultsa da, o, sənətkar üçün yaramır.

Bütün bu etiraflar yaradıcı insanın hansısa bir ilahi qüvvə ilə idarə olunmağına dəlalət etmirmi? M.Yunq öz qənaətlərini şərh edərək deyir ki, müəllifin materialı onun üçün materialdır – onun bədii iradəsinə tamamilə tabe olan bir mate­rial. O, hansısa başqa bir şeyi deyil, məhz bunu təsvir etmək istəyir. Bu cür yaradıcılıq­da müəllif yaradıcılıq prosesi ilə tamamilə eyniləşir, baxmayaraq ki, özü də məqsədyönlü şəkildə sükan arxasında dayanıb, ya da ki, yaradıcılıq prosesi ondan bir alət kimi istifadə edir və bunun da nəticəsində o, şəraiti hər hansı şəkildə qavramaq imkanını itirir. O özü özünün yaradıcılığıdır. O tamamilə öz yaradıcılığı ilə birləşmişdir. Özünün bütün məqsəd və bacarığı ilə birlikdə bu yaradıcılıq prosesinə qapılmışdır.

Daha sonra filosof öz fikirlərini bir az da inkişaf etdirir və bəzi dəqiqləşmələr apararaq söyləyir ki, ”ona (yazıçıya, şairə – R. Y.) qalan yalnız itaət etmək və az qala yad bir impulsun səsi ardınca getmək olur. Sənətkar hiss edir ki, əsəri özündən daha yüksəkdir və və bu səbəbdən də onun üzərində hakimdir. Sənətkar etiraz etmək gücündə deyil və dərk edir ki, öz əsərindən aşağıda, və ya olsa-olsa onunla yanaşı durur. Sanki kiməsə tabe bir şəxs yad bir iradənin cazibə qüvvəsinə düşmüşdür.” …”sənətkar yaradıcılıq impulsuna elə qatılır ki, sadəcə olaraq nəsə başqa bir şey arzulamaq iqtidarında olmur.” ”Nə qədər ki, biz özümüz yaradıcılıq stixiyasına qərq olmuşuq, heç nəyi görmürük və heç nəyi eşitmirik, hətta dərk etməyə belə cəsarət etmirik. Çünki bilavasitə təəssüratlar və həyəcanlar üçün dərk etməkdən zərərli və təhlükəli heç nə yoxdur. Lakin yaradıcılıq prosesindən kənarda olarkən biz onu dərk etməyə, ona kənardan nəzər salmağa cəhd göstərməliyik.”

”Müəllifin yaradıcılıq prosesi ilə tamamilə eyniləşməsi”, prosesin sənətkardan ”bir alət kimi istifadə etməsi”, yazıçının”şəraiti hər hansı şəkildə qavramaq imkanını itirməsi”,sənətkarın ”etiraz etmək gücündə olmaması”, ”öz əsərindən aşağıda, və ya olsa-olsa onunla yanaşı durmasını”, ”kiməsə tabe bir şəxs” olmasını, ”yad bir iradənin cazibə qüv­vəsinə düşməsi”ni dərk etməsi kimi ifadələr aydınca gös­­tərir ki, M.Yunq bədii yaradıcılığı, ədəbi prosesi Ilahi qüvvənin tənzimləməsi, prosesin olduqca mürəkkəb, dərkedilməz olması fikrindədir.

Lakin bütün bunlarla bərabər, psixoloq ”özü özünün yaradıcılığı” olan sənətkarın bədii fantaziyasına, ondakı yaradıcılıq eşqinə də yüksək qiymət verərək yazır ki, neçə-neçə dahi sənətkarın tərcümeyi-halı elə bir yaradıcılıq coşqunluğundan xəbər verir ki, bu coşqunluq bütün insani istəkləri özynə tabe edir və ona hətta öz sağlamlığı və adi məişət xoşbəxtliyi hesabına öz yaratdığına xidmət etdirir!

Herhart Hauptmanın ”şair olmaq o deməkdir ki, sözlərin arxasında Ulu sözün səslənməsinə imkan verəsən” tezisini yada salan M. Yunq Sənətkarın təkcə Ilahi diqtə ilə yaradan bir insan yox, həm də öz dövrünün, zamanın, xalqının təfəkkürünün daşıyıcısı hesab edir: ”Təəccüblü deyil ki, tipik situasiya ilə rastlaşarkən biz ya müstəsna bir asudəlik hissi keçiririk, az qala qanadlanıb uçacağıq, ya da ki, sanki bizi yenilməz bir qüvvə öz təsiri altına alır. Belə məqamlarda biz artıq fərdi varlıqlar deyilik, biz soyuq, bizdə bütün bəşəriyyətin səsi oyanır.”

”Bitki sadəcə olaraq torpağın məhsulu deyildir, həm də müstəqil, canlı, yaradıcı bir prosesdir” qənətinə gəlməklə bədii yaradıcılıq prosesinin mahiyyətini açan M.Yunq onu həm də doğum prosesinə bənzədir. Deyir ki, sənətkarın qəlbində hələ dünyaya gəlməmiş əsər elə kortəbii bir qüvvədir ki, o ya qəddarcasına, ya da misilsiz bir hiyləgərliklə özünə yol açır. Ağac torpaqda ona lazım olan şirələri çəkməklə boy atdığı kimi, yaradıcılıq da insan daxilində bitir və yaşayır. Ona görə də yaradıcılıq prosesini canlı bir vücudun insan qəlbində böyüyüb boy atması kimi təsəvvür etmək pis olmazdı. Analitik psixologiya bunu avtonom komp­leks adlandırır ki, o, qəlbin ayrılmış, təcrid olunmuş bir hissəsi kimi öz müstəqil, şüur ierxiyasından çıxarılmış psixi həyatını yaşayır və öz energektik gücünə və səviyyəsinə münasib olaraq, ya şüurun iradi yönəldilmiş əməliyyatlarının pozuntusu şəklində, ya da başqa hallarda, yuxarı instansiya kimi ”Mən”i özünə xidmət etməyə səfərbər edir. Buna uyğun olaraq özünü yaradıcılıq prosesi ilə eyniləşdirən sənətkar təhtəl-şüurun elə lap ilk ”lazımdır” əmrinə sanki əvvəlcədən ”hə” deyir. Yaradıcılığı az qala kənardan edilmiş zorakılıq kimi görən bir başqası isə bu və ya digər səbəbdən ”hə” demək iqtidarında olmur və ona görə də imperativ (qeyd-şərtsiz tələb) qəfildən onun başının üstünü alır.

Göründüyü kimi, yaradıcılıq prosesinin mahiyyətini açan, bədii əsərin onu yaradan insanın psixikasının, təhtəl-şüurun məhsulu olduğunu iddia edən M.Yunqun fikirləri olduqca maraqlıdır və bu gün də çox aktual səslənir.

Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, bədii yaradıcılıq son dərəcə mürəkkəb, adi insan şüuru ilə dərk olunmayan bir prosesdir və onu şərtləndirən rəngarəng, bənzərsiz elmi-psixoloji, obyektiv və subyektiv amillər möv­cuddur. Təssüf ki, bizim psixologiya elmimizdə son dərəcə vacib olan yaradıcılıq psixologiyası məsələsinin, bədii yaradıcılıqla psixologiyanın qarşılıqlı dialektik əlaqəsinin öyrənilməsinə ciddi cəhd göstərilməmişdir. Bu sahədə də gələcək nəslin görəcəyi işlər çoxdur.

Yaradıcılıq və yaradıcı düşüncə psixologiyası

Bu gün də yaradıcılıq bilikləri sahəsindəki araşdırmaların və tədqiqatların başlanğıcı çox yeni hesab edilə bilər.

Kimi müəlliflərin ilk töhfələri Bonus, Osborn və ya Torrance Bunlar altmışlı illərdən başlayaraq, nəzəri səviyyədə tapılan hər şeyin tədris mərkəzlərində praktik tətbiqi hələ də qıt və yetərsizdir.

Yaradıcılıq nədir?

Psixologiya sahəsindən bu mövzuya müraciət edən mütəxəssislər yaradıcılığı orijinal məhsulların istehsalı prosesi kimi tərif edirlər mövcud məlumatlardan başlayaraq və problemlərin həlli və ya fərdin özünü dərk etməsi məqsədi ilə qeyri-adi yollarla (fərdi intellektual qabiliyyətlərin inkişafına imkan verdikdə).

A) Bəli Guiford O, yaradıcı fərdlərin xarakterik qabiliyyətlərini vurğuladı: səlislik, rahatlıq, orijinallıq və fərqli düşüncə (digər tərəfdən yaradıcılıq və zəka arasındakı fərqləri vurğuladı). 90-cı illərdə, Csickszentmihalyi yaradıcılığı üç elementin fəaliyyət göstərdiyi problemləri həll etmək üçün bir şüur ​​vəziyyəti olaraq təyin etdi: sahə (meydana gəldiyi yer və ya intizam), şəxs (yaradıcılığı həyata keçirən şəxs) və domen (sosial ekspert qrupu). Nəhayət, ən son qatqısı Bələdiyyə sədrləri beş yaradıcılıq komponentinin mövcudluğunu təsdiqləyir: səriştəlilik, xəyali düşüncə, qorxmazlıq, daxili motivasiya və yaradıcı mühit.

Digər tərəfdən, yaradıcılıq qabiliyyəti ilə əlaqəli subyektiv mahiyyəti vurğulamağa dəyər. Bu həqiqət, yaradıcılıq konsepsiyası ilə bağlı bəzi səhv inancların yaranmasına, ona hədiyyə, bilişsel nizamsızlıq və ya mütləq bir şərt olaraq yüksək bir mədəniyyət səviyyəsi ilə əlaqəli bir şey verməsi üçün kömək edə bilər. Beləliklə, bu gün yaradıcılığı bütün fərdlərin qeyri-müəyyən şəkildə əldə edə biləcəyi bir insan potensialı kimi qəbul etmək üçün bir fikir birliyi var. İkincisinə uyğun olaraq, sosial, mədəni və tarixi təsirlər məcmusu yaradıcılığın inkişafı ilə əlaqəli əsas amillərə çevrilir.

Yaradıcılığı necə inkişaf etdirmək olar?

Məktəblilərdə yaradıcılıq konsepsiyasını və inkişafı və gücləndirilməsi üçün həyata keçirilə bilən metodologiyanı müəyyənləşdirmək üçün De Bono yaradıcı düşüncə ifadə azadlığının əsas elementləri, maneə olmaması, tənqidi qiymətləndirmə mühakimələrindən yayınma və yaradıcılıq prosesi zamanı yeni fikirlərin stimullaşdırılması.

Bu müəllifin istifadəsi üsulları arasında analiz, sintez, məntiqi mülahizə və qərar qəbuletmə qabiliyyətinə üstünlük verən aşağıdakıları vurğulayır:

  • Bütün faktorları nəzərdən keçirin (CTF).
  • Müsbət, mənfi və maraqlı mülahizələrdən istifadə edin (PNI).
  • Digər fikirləri düşünün (OPV).
  • Nəticələri və nəticələrini qiymətləndirin (CS).
  • İmkanları və Fürsətləri nəzərə alın (PO).
  • Əsas Prioritetləri unutma (PB).
  • Məqsədləri, hədəfləri və vəzifələri aydın şəkildə müəyyənləşdirin (PMO).
  • Alternativləri, imkanları və seçimləri axtarın (APO).

Digər tədqiq olunmuş metodlar, morfoloji təhlili kimi metodologiyalardakı tapıntılara uyğundur Zviki, Crawford’un xüsusiyyətlər siyahısı, Osborn’un beyin fırtınası, De Bono’nun fərqli düşüncəsi, sinektikası və ya psixodraması, digərləri.

Əlaqədar məqalə: “Yaradıcılığı artırmaq üçün 14 açar”

Konvergent düşüncə və fərqli düşüncə

İnsanların ətraf mühitə verdiyi cavabda, elmi araşdırmalara görə, iki fərqli idrak reaksiyası fərqləndirilə bilər: konvergent düşüncəfərqli düşüncə. İkincisi, birincil, yanal, otistik və ya çoxsaylı düşüncə adlanır və şüura tabe olmamaq və ya məntiqi və ya daha sadə yollara getmək, son dərəcə simvolik bir xarakter təqdim etmək və fantastik və ya yaradıcı düşüncə ilə əlaqələndirilməklə xarakterizə olunur.

Bunun əksinə olaraq da bilinən konvergent düşüncə orta, şaquli, realist və ya ardıcıl Əvvəlki ilə tərs şəkildə işləyir: şüurlu şəkildə işləyir və elementlər arasındakı əlaqələri məntiqi olaraq daha çox xarici gerçəkliyə yönəldir.

Yaradıcılıqdakı idrak, təsir və ətraf mühit faktorları

Yaradıcılıq prosesinin təbiətinə təsir edən üç əsas təsir sahəsi var: idrak, təsir və ətraf mühit.

Bilişsel amillər

İdrak faktorlarına istinad edilir həm qəbulda, həm də məlumatların hazırlanmasında müdaxilə edən prosedurlar dəsti mövzuya təqdim olunur.

Yaradıcılıq qabiliyyətinin inkişafında aşağıdakı idrak prosesləri tapılmışdır:

Qavrayış

Təqdim olunan məlumatların tutulmasına aiddir. Yaradıcılığı artırmaq üçün mövzu yaratmaq imkanını asanlaşdıran xarici stimulların optimal qəbuluna imkan verən hisslərin tam açılması lazımdır. Qərəzdən və əyilməz qiymətləndirmələrdən uzaqlaşmaqla yanaşı həll ediləcək problemləri və vəzifələri müəyyənləşdirmək üçün açıq bir tutum vacibdir.

İstehsal prosesi

Fərqli məlumatlar arasında qurulan əlaqələrin konsepsiya və delimitasiyası ilə əlaqələndirilir. Onun əsas xarakteristikası müxtəlif məlumat növləri ilə eyni vaxtda çevik və eyni zamanda işləmək üçün çox assosiativ qabiliyyətdir.

İnkişaf proseslərini qiymətləndirmək üçün fərqli perspektivlərdən istifadə edilə bilər, məsələn: düşüncə tərzləri (fərqli və ya yaradıcı və bir araya gələn), düşünmə bacarıqları (orijinal və ya yeni cavablar vermək üçün səlislik, rahatlıq və orijinallıq) və düşüncə strategiyaları (məlumatları şüursuz şəkildə təşkil etmə üsulları keçmiş vəziyyətlərdə tətbiqində müşahidə olunan fayda).

Təsirli amillər

Təsir faktorlarına gəldikdə, mərkəz kimi görünən bəzi elementlər seçilir

yaradıcı potensialın səfərbər olunması üçün:

  • Təcrübəyə açıqlıq: xarici təcrübələrə açıq və müsbət münasibət bəsləyən və onları müəyyən və alternativ bir şəkildə yaşayan fərdi əhatə edən kontekstə maraq və ya maraq dərəcəsi.
  • Müəmmalılıq üçün tolerantlıq: qarışıq və ya həll olunmamış vəziyyətlərdə sakit qalmaq, impulsiv bir cavab yağışından qaçmaq bacarığı.
  • Pozitiv özünə hörmət: özünü və öz xüsusiyyətlərini qəbul etmək (güclü və zəif tərəflər).
  • İşləyəcək: başlanmış vəzifələrin və ya məqsədlərin tamamlanması üçün yüksək motivasiyaya sahib olmaq.
  • Yaratmaq üçün motivasiya: öz əsərlərinizi hazırlamaqda və ya başqalarında iştirak etməkdə güclü bir sürücülük və maraq var.

Ətraf Mühit faktorları

Nəhayət, ətraf mühit faktorlarına istinad edilir yaradıcı potensialın inkişafını və yenilənməsini asanlaşdıran həm fiziki, həm də sosial kontekstin şərtləri. Yaradıcı ifadəyə üstünlük verən ətraf mühit xüsusiyyətləri əsasən özünə inam, başqaları qarşısında təhlükəsizlik və adaptiv fərdi fərqlərin qiymətləndirilməsidir.

Əlavə olaraq, sosial cəhətdən empatik, orijinal, uyğun və qəbuledici mühitlərin fərdi potensial və ya bilinməyən risklərdən qorxularını minimuma endirərək yeni layihələr həyata keçirməsinə imkan verdiyi sübut edilmişdir.

Yaradıcılıq prosesinin mərhələləri

Ötən əsrin ortalarında Wallas-ın bütün yaradıcı mülahizələrdə baş verən prosesi ardıcıllaşdırmağa çalışdığı əsərlərindən verdiyi töhfələr çevik və açıq bir xarakterə sahib olan dörd əsas mərhələni fərqləndirdi: hazırlıq, inkubasiya, işıqlandırma və yoxlama.

  • Hazırlıq: problemin tam formalaşdırılması (və yenidən formalaşdırılması) onun həlli üçün mümkün olan bütün istiqamətləri nəzərə alaraq həyata keçirilir.
  • İnkubasiya: mülahizələrin aydınlığını pozmayan yeni yanaşmaları mənimsəyə bilmək üçün tapşırığı həll etmək cəhdlərində fasilə və geri çəkilmə anı var.
  • İşıqlandırma: yaradıcı məhsulun qəfildən və ya mövcud elementlər arasındakı alternativ birləşmələrlə əldə olunduğu mərhələ.
  • Yoxlama: bu mərhələdə tapılan həll yoluna qoyulur və daha sonra güclü və zəif tərəfləri tapmaq üçün tətbiq olunan prosesin qiymətləndirilməsi və təsdiqlənməsi aparılır.

Yaradıcılığın ölçüləri

Təhsil sahəsində qənaətbəxş fərdi inkişafa nail olmaq üçün yaradıcılığın bir sıra ölçüləri qurulmuşdur aralarındakı əlaqə interaktiv, dinamik və inteqrativ bir xarakterə sahib olması lazım olan olgunlaşma prosesinin komponentləri olaraq.

Bu ölçülər aşağıdakı kimidir:

  • Aksioloji: insanı müəyyən dəyərlər yaratmağa sövq edən səbəbləri bilmək lazımdır.
  • Təsirli: bilişsel məhsulların müəyyənləşdirilməsinə və bunlara dəyər verməyə aiddir.
  • İdrak: funksionallıq və düşünmə qabiliyyəti ilə əlaqədardır.
  • Əmək: bilişsel məhsulların hazırlanması və çevrilməsi ilə müəyyən edilir.
  • Oynaq: yaradıcılığın əyləncəli bir hissəsi var.
  • İştirakçı: müxtəlif şagirdlər arasında birgə işləməyə imkan verən yaradıcılığın kollektiv tətbiqi ilə əlaqələndirilir.
  • Ünsiyyətcil: yaradıcı mühakimə prosesləri dialoqu, mübahisə etmə qabiliyyətini və yaradılan fikirləri başa düşməyi asanlaşdırır.
  • Şəhər: Fərdlər arasındakı məkan yaxınlığı sayəsində onları geri qaytaran yaradıcı və dinamik gərginliklər yaranır.

Yaradıcılığın inkişafındakı maneələr

Bütün şagirdlərin bir tapşırıqla eyni intensivlikdə yaradıcı cavablar inkişaf etdirməyə qadir olmadıqlarına dair dəlillər əlamətdardır. Beləliklə, bu sahədəki mütəxəssislər arasında şagirdlərin bu yaradıcılıq qabiliyyətini mənimsəməsini məhdudlaşdıran çatışmazlıqlar və ya maneələr kimi çıxış edən bir sıra amillərin mövcud olduğu barədə bir fikir birliyi var.

Digərləri arasında aşağıdakıları vurğulamaq olar: fikirlərin kortəbii şəkildə ifadə edilməsinə imkan verməyən məcburetmə mühiti, fərqli baxışları mühakimə etmə və tənqid etmək meyli, yalnız səhvləri göstərməyə yönəlmək, əyilməz və stereotip metodologiyalara güvənmək, qorumaq başqalarına qarşı uzaq bir münasibət, fərdlərin özünəməxsusluğuna hörmətin qarşısını almaq, özlərinə inamlarını azaltmaq və istehza qorxusunu inkişaf etdirmək və s.

Göründüyü kimi, dünyaya gəldikdə bütün insanlar eyni dərəcədə yaradıcılığı inkişaf etdirmək gücünə sahibdirlər, doğuşdan sonra ətraf mühit faktorlarının mövcudluğu yaradıcılıq qabiliyyəti üçün cəsarətləndirici bir rol oynayır, əvvəlki bənddə göstərilən tətbiqetmələrin tətbiqi. Buna görə də, bu tətbiqetmələrin alternativ, orijinal və yeni düşüncə növünün ifadəsini məhdudlaşdırdıqları üçün bütün tələbə kollektivinə nə qədər zərər verdikləri barədə məlumat verilməlidir.

Sonda

Yaradıcılıq daha çox ətraf mühit, xarici və qazanılmış amillərin birləşməsindən qaynaqlanan bir qabiliyyətə çevrilir. Buna görə də onların maksimum inkişafı eyni zamanda ailə və təhsil sahəsindən təşviq edilməlidir.

Bunu etmək üçün, ənənəvi olaraq sosial kökündən görünən, müəyyən bir tapşırığın həllinin alternativ və / və ya qeyri-adi yollarına tətbiq olunan qərəz, tənqid və mənfi qiymətləndirmə ilə əlaqəli müxtəlif maneələri dəf etmək lazımdır.

Biblioqrafik istinadlar

  • Csíkszentmihályi, M. (1998). Yaradıcılıq, yanaşma. Meksika.
  • De Bono, E. (1986): Yan düşüncə. İspaniya: Paidós Editions.
  • Guilford, J.P., Strom, R.D. (1978). Yaradıcılıq və Təhsil. Buenos Aires: Paidós Editions.

Comments are closed, but trackbacks and pingbacks are open.