Press "Enter" to skip to content

Yaraq otağında fəlsəfə

“Ədəbsiz” sözlər

Kişilərin yataqda sevdiyi 13 DAVRANIŞ

Cinsi həyatı rəngləndirmək üçün yeniliklərə açıq olmaq lazımdır. Hansı reaksiyanı görəcəyiniz sizi qorxuda bilər. Lakin sürprizlər işə yarayar. Ailem.az kişilərin yataqda sevdiyi 13 davranışla qadınları tanış edir.

Nəzarəti kişinin öhdəsinə buraxın

Qadınlar əsasən özlərini seks qabiliyyətlərini göstərmək məcburiyyətində hiss edirlər. Təbii ki, bir kişi üçün bu, çox ehtiraslı ola bilər. Ancaq eyni vəziyyət kişi üçün də etibarlıdır. Bəzən kişilər də özlərini sübut etmək istəyirlər. Kişilərin yataqda ən sevdiyi şeylərdən biri qadına sahibləndiyini göstərmək istəyidir. İcazə verin hər şeyi o etsin. Bu fikir onu dəli edəcək.

Ön sevişməni uzadın

Ön sevişmə heç də hər zaman yataq otağında başlamalı deyil. İlk görüş, ilk mesaj və ya ilk söhbətdə belə başlaya bilər. Ön sevişmədə yaratdığınız gərginlik və həyəcan onu başdan çıxaracaq. Bununla onu özündən çıxara bilərsiniz.

Barmaqlarınızı sərbəst buraxın

Bu, bir az da sizin rahatlığınızla əlaqədardır. Kişilərin əllərinin sehrli olduğunu düşünsək də, qadınların barmaqlarında da güc var. Kişilərin də bədənində toxunmaya qarşı həssas bölgələr var. O nöqtələri tapın.

“Ədəbsiz” sözlər

Yataqda “ədəbsiz” sözlər demək hər kəs üçün çox asan olmaya bilər. Ancaq kişilər buna qarşı çox həssasdırlar. Ona komplimentlər edin və ağlınıza gələn hər şeyi söyləyin. Qorxmanıza ehtiyac yoxdur, özünüzü rahat buraxın. İçinizdəki seks tanrısını sərbəst buraxmanın yolu buradan keçir və kişilər bundan ehtiraslanır.

Özünüzü tanıyın

Özünüzü və bədəninizi tanımaq gözəl hissdir. Bununla da partnyorunuza zövq verdiyinizi görmək çox xoşunuza gələcək.

Həddi aşmayın

Bəzən sadəlik də gözəldir. Heç gözləmədiyi bir anda onu yaxasından tutub bir anda yatağa atmaq belə, onu dəli edər.

Məkan

Dürüst olmaq lazımdırsa, harada sevişməyiniz əhəmiyyətlidir. Hər zaman yataq otağında sevişmək məcburiyyətində deyilsiniz. Bir az məkan dəyişikliyi yaxşı olar. Bu səbəbdən də seks həyatınız yataq otağı ilə məhdudlaşmasın.

Porno izləyin

Kişilərin çoxu pornoya baxır və bundan xoşu gəlir. Təbii ki, porno ulduzu kimi davranmaq məcburiyyətində deyilsiniz. Ancaq kişinin nə izlədiyini bilin. Bununla da onun nədən xoşu gəldiyinə dair fikriniz ola bilər. Birlikdə porno izləyərək də erotik dəqiqələr yaşaya bilərsiniz.

Ona nə istədiyinizi söyləyin

Kişilər nəzarəti əllərinə almağı və nə istədiyinizi bilməyi sevir. Bunun üçün əvvəl özünüzə güvənməlisiniz. Utancaq davranmayın və istəklərinizi söyləyin. Həm partnyorunuz zövqdən dəli olacaq, həm də istədiyinizi alacaqsınız.

Striptiz

Yatağa uzanıb öpüşmək soyunub sevişmək deyil ki? Kişini oturdun və bir az striptiz göstərin. Bu, onu ehtiraslandıracaq və yavaş-yavaş istəyini oyadacaq. Bunu edərkən sizə toxunmasına və işiniz bitmədən qalxmasına icazə verməyin.

İlk addımı siz atın

İlk addımı qarşı tərəfdən gözləmək çox təbiidir. Hərdən bir siz də birinci olun. Bu gözlənilməz vəziyyət onun xoşuna gələcək. Xüsusilə də ilk dəfə etdikdə. Üzərinə uzanın və onu öpməyə başlayın. Ardı gələcək.

Onu çaşdırın

Uzun bir iş gününün sonunda evə gəldikdə onu yataqda gözləyərək çaşdırın. Daha yaxşı bir yol da var, girişdən yataq otağına qədər paltarlarınızı və alt paltarlarınızın soyunub yerə atın. Özünü nəyin gözlədiyini düşünərək çox həyəcanlanacaq. Yalnız diqqət edin, onu gözləyərkən yuxuya getməyin.

Bir az sərt olun

Bir çox kişi yataqda bir az sərt olmaqdan xoşlansa da, bunu etməyə çəkinir. Qadınların utancaq olduğunu düşünür və bunu istəmir. Bir az sərt olun. Onu yüngülcə dişləyin, cırmaqlayın və nə reaksiya verdiyini görün.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Özünü əxlaqsız sayan dahi filosof

“Bəli mən əxlaqsızam, lakin cinayətkar və qatil deyiləm. İnsanlara verilən mükəmməl, sərhədsiz ehtiras duyğusunu tərənnüm edir, şəhvət düşkünlərini müdafiə edirəm. Əgər şəhvət əxlaqsızlıqdırsa o zaman mən ən böyük əxlaqsızam ”

Markiz De Sad qədər cəsarətli filosof – yazar tapmaq çətindir desəm yəqin ki, etiraz etməzsiniz. Yuxarıda yazdığım fikirlər əlbəttə, ona məxsusdur. Bütün dövrlərin ən çox təqib və təhqir olunan, müxtəlif siyasi rejimlərin həbsdə saxladığı yazıçı monarxiyaya qarşı ciddi mənada mübarizə aparan ilk inqilabçı demokratlardan biridir. Əsərlərində Tanrıya qarşı üsyan edən De Sad bəşəriyyətin bütün bəlalarına görə onu günahkar hesab edir. Yazdığı bütün kitablarda azad hissləri, sərhədsiz ehtirası təbliğ edən yazıçı bununla insan duyğularının qanun və Tanrı qorxusu ilə məhdudlaşdırılmasını qəbul etmir.

“Yataq otağında fəlsəfə” ni oxuyan əksər insanlar bunun pornoqrafik əsər olduğunu düşünürlər. Lakin mən qətiyyən belə düşünmürəm. Bəlkə də Markis de Sad seksual manyak olub. Amma etiraf etmək lazımdır ki, o həm də dünya ədəbiyyatı və inqilabları tarixində özünü təsdiq etmiş ən cəsarətli mütəfəkkirdir. O, əxlaq və əxlaqsızlıq arasındakı sərhədi axtarmır, onun üçün belə bir bölgü yoxdur. Sadəcə insan hisslərinin azad olmasını istəyir. Adını çəkdiyim əsər inqilabı, siyasi, fəlsəfi və psixoloji mesajlarla zəngindir.

Ləyaqətli olduğunu düşünərək şəhvətdən həzz ala bilməyənləri axmaq adlandıran De Sad “Yataq otağında fəlsəfə ” əsərinin girişində yazır:

Şəhvətpərəst qadınlar, qoy, ehtiras alovu ilə alışıb – yanan Sent – Anj sizin üçün ibrətamiz davranış nümunəsi olsun. Nəfslərini ləyaqətin cəfəng mənasızlığı və dinin mənfur qaydaları ilə qoruyan gənc qızlar, odlu – alovlu Enejiyə bənzəməyə çalışın. Gənc kişilərsə ədəbsizliyi şəhvət düşkünü olan Dolmansedən öyrənsinlər.

Markis De Sad Fransanın fərqli siyasi rejimlərinin dövründə zindan məhbusu olub. Onun üçün ortaq mövqe saxtakarlıqdır. Bu səbəbə görə də ikili oyunlar oynamağı bacarmayıb. Siyasi rejimlərin axmaq fəaliyyətini kəskin tənqid edib, katolikləri ləyaqətsiz, mənfur adamlar adlandırıb. “Yataq otağında fəlsəfə” kitabında dahi filosof dini qaydaları, insanların həyatına hakim kəsilmiş köhnə ənənələrə etirazını ifadə edir. Hesab edir ki, din hakimiyyətin dayağıdır və insanları susdurmaq, cəhalətə sürükləmək üçün ən ideal vasitədir. Fransızlar, əgər respublaçı olmaq istəyirsinizsə, bir daha cəhd etməlisiniz. Bu sözlərdən sonra sadə fransızların inqilab həvəsi daha da artmışdı. De Sad öz xalqına müraciətində yazır:

“Əgər fransız, bədbəxtlikdən, özünü xristianlıq adlanan məzarlığın içinə gömmək qərarına gəlsə, respublikaçı ruhunun iti və kəskin tiyəsi kütləşəcək. Sərsəm və cəfəng dinin banallığı yenidən tüğyan edəcək, keşişlər əldə etdiyi var – dövlət sayəsində monarxiyanı yenidən bərpa edəcəklər”

De Sad əmin idi ki, dində heç bir gözəllik, möhtəşəmlik, bəşəri məqsədlər, ali duyğular yoxdur. Din cəfəngiyyatdır, təbiət özü hər şeyə hakimdir. İnsanlar despotizmdən daha çox fəlsəfədən qorxurlar. Qanunlar azadlığından istifadə edənləri cəzalandırır. Mənə elə gəlir ki, “ Yataq otağında fəlsəfə ” hər bir yetkin oxucunun oxumalı olduğu əsərdi. Bu əsərə görə dostumla aramızda mübahisə yaranmışdı. O, düşünürdü ki, Markis De Sad yalnız pornoqrafiya yazarıdır. Qətiyyən razı deyiləm. Oxucu kitabdan özünə lazım olan informasiyaları qəbul edir. Bir də onu deyim ki, “Yataq odasında fəlsəfə” ni əllərinizlə yox, beyninizlə oxuyun. O zaman mənimlə razılaşarsız.

Nicat Həşimzadə

Comments are closed, but trackbacks and pingbacks are open.