Press "Enter" to skip to content

Dərs cədvəlləri

Azərbaycan Dövlət Pedaqoji Universtetinin Elektrik və optika kafedrası 1976-cı ildən müstəqil fəaliyyət göstərir. Kafedraya 1982-ci ilə qədər dosent A.Məmmədov və professor K. Məmmədov, 1982-ci ildən 2012-ci il may ayına qədər professor Mirzəli Murquzov rəhbərlik etmişdir. Hal hazırda kafedra müdiri dos. Cahagir İslam oğlu Hüseynovdur.

Yarımkeçiricinin məxsusi keçiriciliyi və onun temperaturdan asılılığı

Yarımkeçiricilərdə elektrik keçiriciliyi mexanizmi bərk cismin zona nəzəriyyəsinə əsasən izah edilə bilər. Deyildiyi kimi mütləq sıfır temperaturda və heç bir aşqar olmayanda bütün elektronlar atomlararası əlaqədə iştirak edir. Bu o deməkdir ki, valent zonasındaki bütün enerji səviyyələri elektronlarla doludur, keçiricilik zonası isə boşdur. İki zona arasındakı qadağan olunmuş zonanın eni germanium üçün silisium üçün isə təşkil edir. Elektronun atomla əlaqəsini qırmaq və onun sərbəst yükdaşı- yıcısma çevrilməsi üçün o keçiricilik zonasına düşməlidir. Bunun üçün elektrona -yə bərabər və ya ondan çox əlavə enerji verilməlidir. Temperatur mütləq sıfırdan yuxarı qalxdıqca elektronların bir hissəsi əlavə enerji alaraq kovalent əlaqələri qırır, valent zonasındaki enerji səviyyəsini tərk edərək keçiricilik zonasına keçir (şəkil 3.2). Nəticədə keçiricilik zonasında sərbəst elektronlar yaranır ki, bunlara da keçiricilik elektronları deyilir. Valent zonasında əmələ gəlmiş boş yerlərə deşik (keçiricilik deşiyi) deyilir. Deşiklər elektrik və maqnit sahələrində özlərini yükü elektronun yükünə bərabər müsbət yüklü hissəcik kimi aparır. Kristalda bu cür elektron-deşik cütünün yaranması prosesinə yük daşıyıcılarının generasiyası deyilir. istilik enerjisinin təsirindən elektronların keçiricilik zonasında, deşiklər isə valent zonasında xaotik hərəkət edirlər (həqiqətdə isə deşiklərin hərəkəti elektronların bir boş səviyyədən digərinə keçməsi ilə əlaqədardır, deşiklər özləri hərəkət etmirlər). Bu hərəkətin nəticəsində elektronların bir hissəsi izafi enerjisini itirərək, keçiricilik zonasından valent zonasına qayıdaraq oradakı boş səviyyələri tutur. Bu, elektron-deşik cütünün yox olmasına gətirib çıxarır və bu prosesə yükdaşıyıcılırm rekombinasiyası deyilir. Əgər kristala xarici elektrik sahəsi təsir etsə onun təsirindən elektronların və deşiklərin hərəkətləri istiqamətlənir: elektronlar sahə qüvvə xətlərinə qarşı, deşiklər isə qonşu atomların valent elektronları ilə tutulduqlarından sıçrayışlarla sahə qüvvə xətləri istiqamətində Şəkil 3.2. Məxsusi yarımkeçiricinin zona diaqramı hərəkət edirlər.

Temperaturun sabit qiymətindəkristalın 1sm3 həcmində elektronların və deşiklərin sayma yükdaşıyıcılarm müvazinət konsentrasiyası deyilir. Bu konsentrasiya termogenerasiya və rekombinasiya

prosesləri arasındakı termodinamiki tarazlıqla müəyyən edilir. Elektronların müvazinət konsentrasiyası n0, deşiklerinki isə p0-la işarə edilir. Kristalın keçiriciliyi hər iki növ yük daşıyıcılarının hərəkəti ilə müəyyən olunur və elektron-deşik generasiyası prosesinin intensivliyindən asılı olur. Tam cərəyan sıxlığı elektron və deşik keçiriciliyi ilə müəyyən olunan cərəyanların sıxlığının cəminə bərabərdir:

• Dərs cədvəlləri

tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi.

• Əlaqə
• Əməkdaşlar
• Tarix
• Stuktur
• Statistika
• Elmi fəaliyyət
• Tədris işi
• Xarici əlaqələr
• Dərs cədvəlləri
• Elmi məqalələr

Əlaqə

Əməkdaşlar

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universtetinin Elektrik və optika kafedrası 1976-cı ildən müstəqil fəaliyyət göstərir. Kafedraya 1982-ci ilə qədər dosent A.Məmmədov və professor K. Məmmədov, 1982-ci ildən 2012-ci il may ayına qədər professor Mirzəli Murquzov rəhbərlik etmişdir. Hal hazırda kafedra müdiri dos. Cahagir İslam oğlu Hüseynovdur.

Kafedranın inkişafında prof. K.Məmmədov, prof. Ə.Rüstəmov, prof.B.Quliyev, prof. Q.Səfərəliyev, prof. B.Haqverdiyev, prof. M.Əliyev, dos. M.Xəlilov, dos.X.Xəlilov, dos.V. Nağıyev, dos.V.Yusifov, Y.Yusifov və başqalarının səmərəli xidmətləri olmuşdur.

Strukturu

  • Elektrik və maqnetizm;
  • Optika;
  • Атом və nüvə fizikası;
  • Yarımkeçiricilər fizikası və fiziki elektronika;
  • Radiofizika;
  • Rentgenquruluş təhlil;
  • Nadir torpaq metalları materialları fizikası.

Elektrik və maqnetizm laboratoriyası

  1. Ampermetrin dərəcələnməsi
  2. Voltmetrin dərəcələnməsi
  3. Mənbəyin e.h.q.-si və daxili müqavimətinin məlum müqavimətə görə təyini
  4. Xarici müqavimətdən asılı olaraq mənbəyin gücünün və f.i.ə.-nın təyini
  5. Potensial düşküsünə görə müqavimətin təyini
  6. Uitson körpüsü vasitəsilə müqavimətin təyini
  7. Metalların müqavimətinin temperatur asılılığının təyini
  8. Misin elektrokimyəvi ekvivalentinin və Faradey ədədinin təyini
  9. Yarimkeçiricilərin müqavimətinin temperatur asılılığının təyini
  10. Termoelektron emissiya qanunlarının yoxlanılması və elektronunn çıxış işinin təyini
  11. Termocütün dərəcələnməsi və termo e.h.q.-nin təyini
  12. Elektrik enerjisinin istilik ekvivalentinin təyini
  13. Yerin maqnit sahəsinin üfüqi toplananının tangens qalvanometri vasitəsilə təyini
  14. Solenoidin oxu boyunca maqnit sahəsi intensivliyinin təyini
  15. Dəyişən cərəyan dövrəsində kondensatorun tutumunun təyini
  16. Özü-özünə induksiya əmsalının təyini
  17. Dəyişən cərəyan dövrəsi üçün Om qanununun yoxlanılması
  18. Dəyişən cərəyan dövrəsində ayrilan gücün və gərginliklə cərəyan arasındakı faza sürüşməsinin təyini
  19. Transformatorun trasformasiya və f.i.ə.-nın təyini
  20. Sönən elektromaqnit rəqslərinin öyrənilməsi
  21. Dia- və paramaqnetiklərin maqnit nüfuzluğunun təyini
  22. Sarğacın induktivliyinin təyini
  23. Elektron osilloqrafının işinin öyrənilməsi
  24. Elektronun xüsusi yükünün maqnetron üsulu ilə təyini

Optika laboratoriyası

  1. Lampanın işiq şiddətinin fotometrlə təyini
  2. Elektrik lampasının xüsusi gücünün təyini
  3. Fotoelementin həssaslığının təyini
  4. Tərs kvadratlar qanununun yoxlanılması
  5. Çökük güzgünün baş fokus məsafəsinin təyini
  6. Toplayıci linzanin baş fokus məsafəsinin təyini
  7. Səpici linzanın baş fokus məsafəsinin təyini
  8. Linzalarda xromatik aberrasiyanın tədqiqi
  9. Sferometr vasitəsilə linzanın əyrilik radiusunun təyini
  10. Baxış borusunun böyütməsinin təyini
  11. Mikroskopun böyütməsinin təyini
  12. Mikroskop vasitəsilə şüşənin sındırma əmsalının təyini
  13. Mayelərin sındırma əmsalının Abbe refraktometri vasitəsilə təyini
  14. Molekulların xətti refraktometr vasitəsilə təyini
  15. Şüşənin, prizmanın sındırma əmsalının spektrometr vasitəsilə təyini
  16. Nyuton halqaları vasitəsilə işığın dalğa uzunluğunun təyini
  17. Dfraksiya qəfəsi vasitəsilə işığın dalğa uzunluğunun təyini
  18. Malyus qanununun yoxlanılması
  19. Dairəvi polyarimetrlə optik aktiv məhlulların dönmə bucağının təyini
  20. Polyarimetrlə şəkər məhlullarının konsentrasiyasının təyini
  21. Şüşənin prizmanın dispersiyasının spektrometr vasitəsilə təyini
  22. Fotoelektrik kolorimetri vasitəsilə məhlullarının konsentrasiyasının təyini

Атом və nüvə fizikası laboratoriyası

  • Xarici fotoeffektin öyrənilməsi
    • Fotoelementin volt-amper xarakteristikasınin çıxarılması
    • Fotoelementin lüks-amper xarakteristikasınin çıxarılması
    • Fotoelementin spektral xarakteristikasınin çıxarılması
    • Plank sabiti və çıxış işinin təyini
    • Optik pirometrin iş prinsipinin öyrənilməsi
    • Stefan-Bolsman qanununun yoxlanılması
    • Vinin yerdəyişmə qanununun yoxlanılması
    • УМ-2monoxromatorunun dərəcələnməsi
    • Hidrogenin şüalanma spektrinin tədqiqi
    • Ridberq sabitinin təyini
    • Hidrogen atomunun enerji səviyyəsinin hesablanması
    • ЛМ-2 lampasının statik tor xarakteristikasınin çıxarılması
    • ЛМ-2 lampasının dinamik tor xarakteristikasınin çıxarılması
    • Lazer işığının dalğa uzunluğunun difraksiya qəfəsi vasitəsi ilə təyini
    • Lazer şüalarının enerjisinin təyini
    • Lazer şüalarının dağılma dərəcəsinin təyini

    Yarımkeçiricilər fizikası və fiziki elektronika laboratoriyası

    Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

    • Yarımkeçirici materiallarda köcürmə hadisələrinin tədqiqi
      • Yarımkeçirici materialların xüsusi elektrikkeçiriciliyinin temperatur asılılığının tədqiqi
      • Yarımkeçirici materialların Holl əmsalının temperatur asılılığının tədqiqi
      • Yarımkeçiricilərdə yükdaşıyıcıların səpilmə mexanizminin araşdırılması
      • Yarımkeçirici materialların termo e.h.q-nin temperatur asılılığının tədqiqi
      • Yarımkeçiricilərdə istilikkeçiriciliyin təyini
      • Yarımkeçirici diodun VAX-nın çıxarılması
      • Yarımkeçirici diodun düzləndirmə qabiliyyətinin müşahidə edilməsi
      • Diod maddəsinin (məsələn Ge və ya Si) DE aktivləşmə enerjisinin təyini
      • Ümumi baza sxemində p-n-p tip tranzistorun giriş xarakteristikasının cıxarılması
      • Ümumi baza sxemində p-n-p tip tranzistorun cıxış xarakteristikasının cıxarılması
      • Tranzistorun h-parametrlərinin hesablanması
      • Temperaturun həssaslıq əmsalının təyini
      • Termorezistorun müqavimətinin temperature asılılığının təyini
      • Termorezistorun statik volt-amper xarakteristikasının cıxarılması
      • Fotorezistorun volt-amper xarakteristikasının cıxarılması
      • Fotorezistorun lüks-amper xarakteristikasının cıxarılması
      • Yükdaşıyıcıların relaksasiya müddətinin təyini
      • Fotodiodun volt-amper xarakteristikasının cıxarılması
      • Fotodiodun işıq xarakteristikasının cıxarılması
      • Fotodiodun ətalətliliyinin relaksasiya müddətinin təyini
      • İşıq diodunun volt-amper xarakteristikasının cıxarılması
      • Plank sabitinin işıq diodu vasitəsi ilə təyini
      • Elektron osilloqrafı
        • Elektron osilloqrafının quruluşu və iş prinsipi ilə tanışlıq
        • Sadə elektrik siqnallarının müşahidə edilməsi
        • Lıssaji fiqurlarının osilloqrafda müşahidə edilməsi
        • Bəzi xətti və qeyri-xətti elementlərin VAX-nın müşahidə edilməsi
        • Vakuum diodunun anod xarakteristikasının cıxarılması
        • Optik pirometr vasitəsi ilə katodun temperaturunun təyini
        • Diodun anod xarakteristikasının dikliyinin və daxili müqavimətinin
        • Elektronun metaldan cıxış işinin hesablanması
        • 6C2C triodunun anod xarakteristikasının cıxarılması
        • 6C2C triodunun tor xarakteristikasının cıxarılması
        • Triodun anod və tor xarakteristikalarının xətti hissəsinə görə m-gücləndirmə əmsalını, S-dikliyini və Ri-daxili müqvimətini hesablamalı
        • Torun xarakteristikasının osilloqrafın ekranında müşahidə edilməsi
        • Qaz (neon) lampasının volt-amper xarakteristikasının öyrənilməsi
        • Relaksasiya rəqslərinin müşahidə edilməsi və relaksasiya müddətinin hesablanması

        Radiofizika laboratoriyası

        • Alcaq tezlikli generator
        • Standart siqnal generatorunun işi
        • Diferensiallayıcı RC dövrəsinin tədqiqi
        • Sadə xətti dövrələr-inteqrallayıcı RC dövrəsi
        • Paralel qoşulmuş rəks konturunun tədqiqi
        • Ardıcıl qoşulmuş rəqs konturunun tədqiqi
        • Birbaşa gücləndirməli sadə dedektorlu radioqəbuledici
        • Birbaşa gücləndirməli və tranzistorlu radioqəbuledici
        • Birbaşa gücləndirməli iki kaskadlı tranzistorlu qəbuledicinin tədqiqi
        • Alcaq tezlikli elektrik filtirlərinin tədqiqi
        • Yüksək tezlikli elektrik filtirlərinin tədqiq
        • Pentod lampasının tədqiqi

        Rentgenquruluş təhlil laboratoriyası

        • ИРИС-М markalı rentgen qurğusunun iş prinsipi
        • Laueqramın alınması və tədqiqi
          • Laue metodu
          • Laueqramın alınması
          • Stereoqrafik proyeksiyalar
          • Laueqrama görə qnomostereoqrafik proyeksiyanın qurulması
          • Debay-Şerrer metodu
          • Ovuntunun rentgenqramının alınması və kub kristal üçün hesablanması

          Nadir torpaq metalları materialları fizikası laboratoriyası

          Laboratoriya tətbiq xarakterli tədqiqat işlərini tənzimləmək, professor-müəllim heyəti, doktorantları, magistrləri və tələbələri elmi işə fəal cəlb etmək məqsədi ilə Elektrik və optika kafedrasının bazasında 1989-cu ildə yaradılmışdır. Laboratoriyada nadir torpaq metallarının iştirakı ilə yeni materialların alınması, onların fiziki–kimyəvi xassələrinin formalaşmasının elektron təbiəti problem mövzusu üzrə elmi-tədqiqat işi aparılır. Aparılan elmi-tədqiqat işlərinin nəticəsində 120-dən çox yeni yarımkecirici material alınmış və onların kompleks fiziki-kimyəvi xassələri öyrənilmişdir. Bu sahə ilə bağlı 5 monoqrafiya və 100-dən çox məqalə yaxın və uzaq xaricdə nəşr olunmuş və beynəlxalq konfranslarda məruzə edilmişdir.

          Static göstəricilər

          • 14 nəfər professor-müəllim heyəti,
            • 2 nəfər elmlər doktoru, professor,
            • 7 nəfər fəlsəfə doktoru, dosent,
            • 2 nəfər fəlsəfə doktoru, baş müəllim,
            • 1 nəfər fəlsəfə doktoru müəllim,
            • 2 nəfər müəllimdən,
            • 2 nəfər laboratoriya müdri
            • 5 nəfər böyük laborantdan ibarətdir.

            Elmi fəaliyyət

            Elektrik və optika kafedrasının elmi işlərinin istiqaməti əsasən nadir torpaq metallarının iştirakı ilə AIVBVI(AIV=Ge, Sn, Pb; BVI=Se, Te, S) qrup birləşmələri əsasında yeni yarımkeçirici materialların alınması, optimal texnologiyanın işlənilməsi, onların fiziki-kimyəvi analizi və elektrofiziki xassələrinin tədqiqindən ibarətdir. 1980-1990-cı illərdə nadir torpaq metalları NTM aşqar kimi müxtəlif metalların möhkəmliyini, ərimə temperaturunun artırılması və s. məqsədlər üçün istifadə olunurdu. İlk dəfə prof.M.İ.Murquzov hələ Kiyevdə olarkən öz elmi işlərini NTM-nın iştirakı ilə olan yarımkeçirici materialların alınması, tədqiqi məsələsinə həsr etmişdir. O elmi işlərini NTM-nın elektron konfiqurasiyası modeli əsasında qurmuş və AIVBVI-qrup yarımkeçirici birləşmələrinin bu model əsasında bir sıra xassələrini izahını vermişdir. Azərbaycana bu sahədə olan tədqiqat işlərini ilk dəfə prof.M.İ.Murquzov gətirmiş və bu baza əsasında 1989-cu ildə Elektrik və optika kafedrası nəzdində “NTMM-nin fizikası” elmi tədqiqat laboratoriyası yaradılmışdır. Laboratoriyanın əsas elmi istiqaməti NTM-nın iştirakı ilə AIVBVI –qrup yarımkeçirici birləşmə və onların bərk məhlullarının alınması, kinetik xassələrinin və elektron quruluşunun “Elektron konfiqurasiyası modeli” əsasında elmi izahını verməklə bərabər praktik əhəmiyyət kəsb edən tərkibləri müəyyən etmək, tətbiqini tövsiyə etməkdir.

            Kafedranın və elmi tədqiqat laboratoriyasının əməkdaşları Rusiya EA-nın “Radiotexnika və Elektronika”, Ukrayna EA-nın “Metalşünaslıq Problemləri” , Azərbaycan MEA-nın Fizika, Radiasiya Problemləri, Kimya Problemləri, Neft – Kimya Prosesləri İnstitutları, BDU, AzTU, ADNA və s. təşkilatlarla sıx əməkdaşlıq edir. Laboratoriyanın texniki bazası alınan yarımkeçirici matıerialların T=77-900K temperatur intervalında kinetik xassələrinin kompleks şəkildə tədqiq olunmasına imkan verir. Təcrübədən alınmış bu makroskopik parametrlər əsasında analiz aparılmış və maddələrin elektron təbiətinin formalaşmasında, istilik, qalvanomaqnit və optik xassələrinin araşdırılması əsasında praktik əhəmiyyət kəsb edən tərkiblər müəyyən olunmuşdur.

            Aparılan tədqiqat işlərində üç və dördkomponentli, mürəkkəb yarımkeçirici maddələrin fiziki xassələrinin formalaşmasında bir sıra ümumi qanunauyğunluqlar müəyyən olunmuşdur. NTM-atomlarının elektron konfiqurasiyasının formalaşmasında dərində yerləşən 4f orbitasının mühüm rolu araşdırılmışdır. Aparılan təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, NTM atomları ilə daha kiçik dozalarda aşqarlanmış yarımkeçirici tərkiblərin həssaslığı daha yüksəkdir və tərkiblərə daxil edilən dozanın miqdarından asılı olaraq maddələrin fiziki xassələrini tənzimləmək mümkündür. Həmçinin 4f orbitin dolması ilə fiziki-kimyəvi xassələr arasında funksional asılılıq müəyyənləşdirilmişdir.

            Bu müddət ərzində 5 nəfər elmlər doktoru və 15 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 15-müəlliflik şəhadətnaməsi alınmışdır. 120-dən çox yeni yarımkeçirici materiallar alınmış və onların kompleks: fiziki-kimyəvi və fiziki xassələri öyrənilmişdir. Bu sahədə 5 monoqrafiya və 250-dən çox məqalə və tezis nəşr olunmuşdur. Bir sıra beynəlxalq konfranslarda məruzələr edilmişdir.

            Tədris işi

            Tədris olunan fənlər

            Bakalavr pilləsi üzrə

            1. Elektrik və maqnetizm
              • Fizika müəllimliyi
            2. Optika
              • Fizika müəllimliyi
            3. Atom və nüvə fizikası
              • Fizika müəllimliyi
            4. Müasir təbiətşünaslığın konsepsiyalar
              • Fizika müəllimliyi
            5. Radiofizika
              • Fizika müəllimliyi
            6. Yarımkeçiricilər fizikası
              • Fizika müəllimliyi
            7. Fiziki elektronika
              • Fizika müəllimliyi
            8. Yarımkeçirici materiallar və cihazların texnologiyası
              • Fizika müəllimliyi
            9. Ümumi fizika
              • Texnologiya müəllimliyi
              • Riyaziyyat müəllimliyi
              • İnformatika müəllimliyi
              • Kimya müəllimliyi
              • Kimya-biologiya müəllimliyi

            Magistratura pilləsi üzrə

            1. Yarımkeçiricilərin optik və fotoelektrik xassələri
              • Yarımkeçiricilər fizikası
            2. Yarımkeçiricilərdə kimyəvi rabitənin növləri
              • Yarımkeçiricilər fizikası
            3. Yarımkeçiricilər fizikasının müasir problemləri
              • Yarımkeçiricilər fizikası
            4. Yarımkeçirici materialların texnologiyası
              • Yarımkeçiricilər fizikası
            5. Yarımkeçirici cihazların texnologiyası
              • Yarımkeçiricilər fizikası
            6. Yarımkeçirici çeviricilər
              • Yarımkeçiricilər fizikası
            7. Yarımkeçirici materialların və cihazların parametrlərinin təyini üsulları
              • Yarımkeçiricilər fizikası
            8. Yarımkeçiricilərdə kinetik hadisələr
              • Yarımkeçiricilər fizikası
            9. Kristalloqrafiya və yarımkeçiricilərin zona quruluşu
              • Yarımkeçiricilər fizikası
            10. Fizikanın tarixi və metodologiyası
              • Yarımkeçiricilər fizikası
            11. SF: Maddə quruluşu
              • Yarımkeçiricilər fizikası
            12. SF: Kvant kimyası
              • Yarımkeçiricilər fizikası
            13. SF: Yarımkeçiricilər nəzəriyyəsi
              • Yarımkeçiricilər fizikası
            14. SF: İfratkeçiricilər fizikası
              • Yarımkeçiricilər fizikası
            15. SF: Nanotexnologiya
              • Yarımkeçiricilər fizikası
            16. SF: Yarımkeçirici materialların tədqiqt üsulları
              • Yarımkeçiricilər fizikası

            Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazirlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq M.Murquzov “Atom fizikası” (2011), dərsliyini, M.Murquzov, C.Hüseynov, T.Cəfərov “Atom və nüvə fizikası: qısa nəzəri məlumat, suallar,məsələlər,testlər” (2010), M.Murquzov, C.Hüseynov, T.Cəfərov “Ümumi fizika kursundan məsələlər (atom və nüvə fizikası) (2005), M,Murquzov, V.Nəsirov, C.Hüseynov ”Fizika kursundan laboratoriya praktikumu (elektrik, maqnetizm, optika)” (2010), V.Yusifov “Optika” (2008), M.Murquzov, A.Ələkbərov “Atom fizikasından laboratoriya praktikumu” (2001), M.Murquzov, A.Ələkbərov, C C.Səfərov “Fiziki elektonikadan laboratoriya praktikumu” (2004), V.Nəsirov, G.Aslanlı “Elektrik və maqnetizm” (2008) dərs vəsaitlərini, V.Nəsirov “Optika” (2010), Ş.İsmayılov “Fotoelektrik effekti” (2010) və “İstilik şüalanması” (2010), V.Nəsirov,X.Adıgözəlova, O.Həsənov “Elektrik və maqnetizmdə məsələlər” (2011), M.Murquzov, A.Ələkbərov, O.Həsənov “Ümumi fizika kursu” (2012), M.Murquzov, C.Hüseynov X.Adıgözəlova “Ümumi fizikadan referat və kurs işlərinin mövzuları” (2012) metodik vəsaitlərini misal göstərmək olar.

            Xarici əlaqələr

            Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə İran, Türkiyə, Almaniya, ABŞ, Fransa, Əlcazair və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi-tədqiqat işləri aparmışlar.

            Kafedra əməkdaşları əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Ukraynada, Belorusiyada, Litvada, Özbəkistanda, Gürcüstanda, Amerikada, Almaniyada, İngiltərədə, Fransada, Polşada, İranda, Türkiyəda və başqa xarici ölkələrdə keçirilən beynəlxəlq elmi konfraslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.