Press "Enter" to skip to content

Yarımçıq əlyazma

Qeyd edək ki, 2020-ci ildə yazıçının “Sehrbazlar dərəsi” romanı da Almaniyada yayımlanıb.
Kamal Abdullanın ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı “Yarımçıq əlyazma” ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.

Yarımçıq əlyazma

Nobel mükafatına namizəd kimi təsdiqlənən yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanına oxucu tələbatını nəzərə alan “Mütərcim” nəşriyyatı əsəri təkrar olaraq – ikinci dəfə nəşr edib. Ancaq satışa yenicə çıxarılmasına baxmayaraq, elə ilk günlərdən kitab bazarında aparılan müşahidə “Yarımçıq əlyazma”nın növbəti – üçüncü nəşrini aktuallaşdırıb.

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyevin Modern.az saytına verdiyi məlumata görə, ilk dəfə 2004-cü ildə dərc olunan “Yarımçıq əlyazma” romanı dərhal tənqidçilərin və ziyalıların diqqətini çəkib. “Son onilliyin əsəri” seçilən və bir çox mükafata layiq görülən roman həm də haqqında ən çox rəy və təhlil yazılan əsər kimi fərqləndirilib.

““Yarımçıq əlyazma” indiyə qədər dünyanın bir çox dillərinə tərcümə edilib, Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya və s. ölkələrdə çap olunub. Roman bir neçə ilkə də imza atıb: Haqqında dünyanın müxtəlif dillərində ümumilikdə 100-dən çox rəy və resenziya yazılıb; Rusiyanın məşhur “İnostrannaya literatura” jurnalı ilk dəfə olaraq Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb; Latın Amerikası ölkələrindən Braziliyada Azərbaycan ədəbiyyatından nəşr edilən yeganə kitab da “Yarımçıq əlyazmadır””…

Roman dünyanın müxtəlif ölkələrində məşhur tənqidçi və ədəbiyyat xadimləri tərəfindən yüksək qiymətləndirilib: Rusiyalı tənqidçilər əsəri “postmodernizmin ən parlaq nümunəsi”, türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı “Azərbaycanın Borxesi” adlandırıblar. Tərcüməçi Aleksandr Tkaçenko isə bildirib ki, “Folkner öz Yoknapatofunu, Markes öz Makondasını, Fazil İsgəndər öz Çegemini yaradan kimi, Kamal Abdulla da öz “Yarımçıq əlyazma”sını yaradı” deyə A.Əliyev qeyd edib.

O hazırda “Yarımçıq əlyazma”nın Yaponiya və Misirdə nəşr prosesində olduğunu bildirib.

Aytən ƏLİYEVA

Yarımçıq əlyazma

Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub. Bu barədə kitabın redaktoru, Almaniyada yaşayan həmyerlimiz, yazıçı-araşdırmaçı Orhan Aras məlumat verib. O, bildirib ki, roman türkoloq Herman Kielin tərcüməsində işıq üzü görüb.

Unikal.org xəbər verir ki, “Amazon”, “Booklooker”, “Buchkatalog.de”, “Thalia.de” kimi böyük kitab satış saytlarında “Das Unvollstandige manuskript” adı ilə alman oxucularına təqdim olunan roman “Epubli” nəşriyyatında işıq üzü görüb.

Kitabın rəssamı Soltan Soltanlıdır. Nəşriyyat “Yarımçıq əlyazma” romanını “Alman oxucu bu romanda Şərqin özünəməxsus rəngini görəcək və fərqli bir tarixi dövrünə şahidlik edəcək” təqdimatı ilə oxucuların ixtiyarına verib.

Qeyd edək ki, 2020-ci ildə yazıçının “Sehrbazlar dərəsi” romanı da Almaniyada yayımlanıb.
Kamal Abdullanın ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı “Yarımçıq əlyazma” ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.

“Yarımçıq əlyazma”nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Çap olunduğu ölkələrin sayına görə dünya ədəbiyyatının həqiqi faktına çevrilən roman – Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.

Azərbaycanda tənqidçilərin müxtəlif müzakirə və mübahisələrinə səbəb olan, ətrafında çeşidli ədəbi qalmaqallar yaranan bu əsər 2007-ci ildə “525-ci qəzet”in “İlin romanı”, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin “Son 10 ilin ədəbi əsəri”, 2007-ci ildə “Humay” mükafatlarına layiq görülüb. 21 sentyabr 2015-ci ildə “Yarımçıq əlyazma” İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının (“Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.

Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər çap olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.