Press "Enter" to skip to content

Muasir dərs və Fəal təlim

____________ 6. YARADICI TƏTBİQETMƏ ____________
Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.
Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.

əyləncəli FİZİKA kurikulumu

_______________ 1. MOTİVASİYA ________________
Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
Motivasiya – Psixoloji amil kimi hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir.
Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.

____ Motivasiyanın yaradılmasına təsir edən amillər ____
Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir, müəmmalıdır, gözlənilməzdir, marağı və müstəqil təfəkkürü şövqləndirməyə qadirdir;
Materialın təqdim olunma üsulları və formaları;
Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu;
Yaradıcılıq imkanı;
Müəllim tərəfindən bələdçilik (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə);
Əvvəlki məsələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi.

__________ 2. TƏDQİQATIN APARILMASI _______________
Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmağa imkan yaradır.
Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olmalıdır.
Tədqiqatın aparılması üzrə metodların seçiminə,
İşin qrup şəklində və digər formada təşkili və aparılmasına,
Tədqiqatın aparılması qçün tapşırıqların və bilik mənbələrinin seçilməsinə,
İş vərəqlərinin hazırlanmasına.

_________ 3. MƏLUMAT (İnformasiya) MÜBADİLƏSİ ________
Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir.
Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.
Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.

_______ 4. MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ _______
Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.
Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. Informasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onlarınsistemləşdirilmə-sinə yönəldilir.
Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.

_____________ 5. NƏTİCƏLƏRİN ÇIXARILMASI ____________

Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparır
Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.
Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.

____________ 6. YARADICI TƏTBİQETMƏ ____________
Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.
Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.

________________ 7. EV TAPŞIRIQLARI ______________
Ev tapşırıqları -dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır
Ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar,
modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir;
Lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə etmək lazımdır;
Şagirdlər yuixarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır.

______________ 8. QİYMƏTLƏNDİRMƏ _________________
Qiymətləndirmə – istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir.

__________________ 9. REFLEKSİYA ___________________
Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.

Muasir dərs və Fəal təlim.

Təhsil müəssələrində tədris prosesində yeni təlim texnologiyalarının tətbiqi, dünya təhsil sisteminə inteqrasiya məsələlərinə ciddi yanaşılır. Təhsilin keyfiyyəti tək şərt deyil, həm də prosesdir. Keyfiyyətli təhsil prosesinin əsas tərkib hissələrindən biri dərsin təşkilidir: onun mərhələləri, təlimin forma, üsul və metodlarıdır; onun qurulması optimal düzgün həllinin tapılmasıdır.

Müasir dərsdə müəllim hər bir uşağı görür, onun potensialından maksimum istifadə edir. Müasir dərs bütün iştirakçıların qarşılıqlı inam və etibarı əsasında canlı ünsiyyətdir. Dərs nəinki müəllimin, həm də şagirdin yaradıcılığının nəticəsi olur.

Fəal dərsin səmərəliyini artırmaq üçün ən mühüm şərtlərdən biri dərsin planlaşdırılmasıdır. Fəal dərsin yaradıcı xarakterinə baxmayaraq, onun uğuru dərsin bütün mərhələrinin öncədən “ölçülüb-biçilməsi” sindən asılıdır.

Planlaşdırma təlimin məqsədlərinin müəyyənləşməsindən başlanır.
Təlim məqsədlərinin bir neçə təsnifatı mövcuddur:
1.Müəllimin fəaliyyətinin xarakteri üzrə: öyrədici, inkişafedici, tərbiyəedici;
2. İdrak sahəsində əldə olunan nəticələrinin səviyyəsi üzrə;

3. İdrak prosesinin səviyyəsi üzrə hafizənin və təfəkkürün müxtəlif növləri ( məntiqi, tənqidedici, yaradıcı)

Müəllimlərin çox zaman təlimin məqsədlərinin müəyyən edilməsinə əhəmiyyət vermirlər və ya onu etməyi bacarmırlar. Onlar təlimin məqsədi kimi yalnız öyrədici məqsədlər müəyyən edirlər. Lakin inkişafedici və tərbiyəedici məqsədlər isə kölgədə qalır və müəllim fəaliyyətini istiqamətləndirmir. Təlim məqsədlərini müəyyən edərkən müəllim aşağıdakı amilləri nəzərdə tutmalıdır:

Tədris materiallarının xususiyyətini;
Bu dərsin keçirilən mövzu üzrə dərs silsiləsində tutduğu yeri və sinfin hazırlıq səviyyəsini.
Planlaşdırma zamanı müəllim 4 əsas suala cavab verməlidir.
Nə öyrədilməli?
Necə öyrədilməli?
Hansı şəraitdə?
Nəticələri necə qiymətləndirmək olar?

Bu sualara cavab kimi təlim tərbiyə prosesinin strukturu şərti olaraq aşağıdakı tərkib hissələrindən ibarət sistem kimi təsvir edilir:

1. Tədris plan və proqramları və ya təlimin məzmunu (nə öyrədilməli?) ;
2. Təlim metodları (necə öyrədilməli?) ;
3. Təlim- tərbiyə prosesinin təşkili (Hansı şəraitdə?) ;
4. Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi (nəticələri necə qiymətləndirmək olar?).

Real təlim prosesində bu komponentlərin xüsusilə , bu sistemin təlim-tərbiyə prosesinin təşkili kimi mühüm tərkib hissəsinə adətən az əhəmiyyət verilir. Çünki təlimin təşkilinin ancaq formal cəhətləri nəzərə alınır. Müəllim işində də şagirdə çatdırmalı dərsin məzmunu ( yəni hansı bilik öyrədilməlidir?) üstün tutulur. Lakin bununla müəllim təlim-tərbiyə prosesinin əsas tərkib hissəsinin yalnız birini nəzərdə tutur və təlim proseslərində əhəmiyyət daşıyan digər amilləri ( necə, hansı şəraitdə) nəzərdən qaçırır.

Bu nöqsanları aradan qaldırmaq məqsədi ilə xüsusi təlim modeli müəyyənləşdirilmişdir. Təlim modelinin 4 əsas komponenti var:

Bu komponentlər arasında əlaqə yaradan ünsürlər təlim prosesinin 2 əsas istiqamətini göstərir:

1. Şagirdlərin idrak prosesinin, yəni təfəkkür, hafizə, diqqət, təxəyyül proseslərinin və bununla əlaqədar əsas bilik bacarıq və vərdişlərinin inkişafı.

2. Şagirdlərin şəxsiyyətinin nkişafı, yəni şagirdin sosial-psixoloji, emosional-iradi inkişafı.

Bu iki amil təlim-tərbiyə prosesinin uğurunun əsas meyarı olmalı və həmin prosesin qurulmasının istiqamətini müəyyən etməlidir. Fəal dərsin planlaşdırılmasında məzmun xəttinin əsas standart və alt standartların seçilməsi də vacibdir. Dərsi planlaşdırarkən müəllim dərsin hansı növə aid olduğunu da müəyyənləşdirir.

Fəal ( interaktiv) dərsin 2 əsas növü var: induktiv və deduktiv tədqiqat. İnduktiv tədqiqat xüsusi biliklərdən ümumi biliklərə doğru irəliləyir , deduktiv tədqiqət isə əksinə. İnduktiv tədqiqat daha çox yeni mövzunun keçirilməsi zamanı istifadə olunur.

Deduktiv tətqiqat daha çox mövzunun möhkəmləndirilməsi və dərinləşdirilməsi məqsədi ilə istifadə olunur.

Dərsin məqsədlərini, dərsin tipini müəyyənləşdirəndən sonra müəllim artıq fəal təlimin quruluşuna əsasən dərsi mərhələlər üzrə planlaşdırır.

Comments are closed, but trackbacks and pingbacks are open.