Yas məsələsi
6. Üç qardaşın yaşları cəmi 38 – dir. 10 il sonra onların yaşları cəmi neçə olar? A) 68 B) 60 C) 64 D) 66 E) 58
Məntiqdən Yaş Məsələlərinin həll Qaydası
1. Atanın yaşı üç oğlunun yaşları cəmindən 8 vahid böyükdür. Ortancılın yaşı balacanın yaşının 3 mislindən 1 vahid çox, böyükdən isə 2 il kiçikdir. Atanın 40 yaşı oladuğuna görə, böyük oğlanın neçə yaşı olduğunu tapın.
A) 11 B) 13 C) 15 D) 18 E) 16
Həlli:
Üç oğulun indiki yaşına X desək, o zaman Atanın yaşı (X-8) olacaq. Daha sonra deyilənlərə əsasən Oğlanların yaşlarını X1, X2, X3 kimi yazsaq şərtimizə əsasən ortancılın yaşı X2 olduğunu biliriksə və şərtimizə görə X2=X1*3+1 olduğunu X2=X3-2 olduğunu yaza bilərik və sonra deyir Atanın 40 yaşı varsa deməli X+8=40-8=32 X1+X2+X3=32, ((X2-1)/3) +X2+X2+2=32 X2=13 bizə X3 lazım olduğuna görə X2+2=13+2=15 olur. C)
2. Ananın yaşı uşağının yaşından 5 dəfə böyükdür. 6 il sonra onların yaşları fərqi 24
olarsa, uşağının hazırki yaşı neçədir?
A) 6 B) 4 C) 8 D) 7 E) 5
Həlli:
Uşağın yaşına X desək Ananın yaşı isə 5X olar, 6il sonra yaşları fərqi 24 olarsa deyir bura 6 ildə olsa 10 ildə sonra olsa yaşları fərqi 24 olur yani indiki zamanda 24 olur buna əsasən (5X-X)=24 4X=24 X=6 olur A)
3. 38 yaşındakı ananın 3 uşağından ikisi əkizdir. Əkizlər o biri uşaqdan 4 yaş böyükdür. Üç il sonra, uşaqların yaşları cəmi ananın yaşından 3 il çox olarsa, kiçik uşağın hazırda neçə yaşı var?
A) 12 B) 11 C) 10 D) 9 E) 8
Həlli:
Həlli:
İradə | Çinarə | |
İndiki | 27 yaş | X |
Əvvəl | X | 9 |
Yaşlar fərqi heç vaxt deyişmir buna əsasən
27-X=X-9, 2X=36 X=18 C)
5. Atanın 32, oğlunun isə 8 yaşı var. Neçə ildən sonra atanın yaşı oğlunun yaşının 2 misli olar?
A) 8 B) 10 C) 12 D) 14 E) 16
Həlli:
Ata=32 Oğul=8 yaş
(32+X)=(8+X)*2 32+X=16+2X, X=16 E)
6. Üç qardaşın yaşları cəmi 38 – dir. 10 il sonra onların yaşları cəmi neçə olar?
A) 68 B) 60 C) 64 D) 66 E) 58
Həlli:
X1+X2+X3=38 10 il sonra bütün qardaşlar 10 yaş böyüdüyü üçün 38+30=68 olur A)
7. Elnurun yaşı Cavidin yaşından 3 dəfə çoxdur. 2 il sonra onların yaşları cəmi 44 olarsa, Cavidin hazırda neçə yaşı var?
A) 10 B) 12 C) 14 D) 16 E) 18
Həlli:
Elnur yaşı=3X Cavid=X 2 il sonra Elnur olacaq 3X+2, Cavid X+2, 3X+2+X+2=44, 4X=40, X=10 olacaq. A)
8. Ata və iki oğlunun yaşları cəmi 42 – dir. 2 il sonra ata ilə uşaqlarının yaşları cəmi neçə olar?
A) 44 B) 46 C) 48 D) 50 E) 52
Həlli:
Ata=X İki oğul=Y. X+Y=52 olarsa 2il sonra ata 2 il oğullar isə 2 il artır buna əsasən 42+2(ata) +2(oğul) +2(oğul)=48 C)
9. Oğul ilə atanın yaşları nisbəti dir. 2/9dir. Oğul atası yaşda olanda ikisinin yaşları cəmi 100 olacaq, atanın indi neçə yaşı var?
A) 28 B) 30 C) 32 D) 36 E) 40
Həlli:
Oğul/Ata=2/9 Oğulun yaşı olsun 2X Atanın yaşı olsun 9X
Ata | Oğul | |
İndiki | 9X | 2X |
Sonra | 16X | 9X |
16X+9X=100, 25X=100, X=4 olarsa Ata 36 olur. D)
10. Nəzrin doğulanda anası 20 yaşında idi. Nəzrinin indiki yaşı anasının yaşının 1/5 – nə bərabərdir.
Nəzrinin neçə yaşı var?
A) 3 B) 5 C) 7 D) 9 E) 11
Həlli:
Nəzrin | Anası | |
Əvvəl | 0 | 20 |
İndiki | (1/5)X | X |
Yaşlar fərqi neçə il keçməsinə əsasən dəyişmir buna görə 20-0=X-(1/5)X, (4/5)X=20 X=25.
Anası olursa Nəzrində 25*(1/5)=5 yaş isə Nəzrinin olur. B)
Hazırladı: Əmiraslanov Rüfət Mübarizoğlu.
Yas məsələsi
YAP Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvü Şadət Nağıyev mərhum eks prezident Heydər Əliyevin 97-ci ildönümü münasibətilə Modern.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Şadət müəllim, bildiyiniz kimi, mayın 10-da müstəqil Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Yeni Azərbaycan Partiyasının veteran üzvlərindən biri kimi, Heydər Əliyevlə bağlı xatirələrinizi, eləcə də, Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin birinci dövrü haqqında fikirlərinizi eşitmək xoş olardı.Ümumiyyətlə, Heydər Əliyevi necə xarakterizə edirsiz?
– Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan dövlətinin və xalqının inkişafı uğrunda fədakarlıqla çalışıb, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi xidmətlər göstərib. Məlumdur ki, hər bir dövlət güclü iqtisadiyyatı ilə inkişaf edir və beynəlxalq müstəvidə böyük nüfuza sahib olur. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın inkişafını xüsusilə diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, hələ sovetlər dönəmində sosial-iqtisadi cəhətdən geridə qalmış Azərbaycan məhz 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə özünün intibah və tərəqqi dövrünə qədəm qoydu. Belə ki, o zaman aqrar respublika kimi keçmiş ittifaqda geridə qalan Azərbaycan Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində qısa müddət ərzində sənaye-aqrar respublikaya çevrildi. Bakı, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə böyük sənaye müəssisələri, zavod və fabriklər tikilib istifadəyə verildi. Eləcə də, kənd təsərrüfatında sıçrayışlı inkişaf baş verdi, pambıqçılıq və üzümçülük özünün pik səviyyəsinə çatdı. Mühüm məqam ondan ibarətdir ki, sovetlər dönəmində Ulu Öndərimizin yaratdığı iqtisadi potensial Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin inkişafında müstəsna rol oynadı. Eyni zamanda, sovetlər dönəmində Ümummilli Liderimiz respublikamızda mədəniyyətin, incəsənətin inkişafı üçün böyük işlər gördü, bir çox yaradıcı insanların, ziyalıların keçmiş SSRİ-nin ali dövlət mükafatları, orden və medalları ilə təltif olunmasına nail oldu. 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Əlbəttə ki, bütün bunlar Ulu Öndərimiz tərəfindən atılan cəsarətli addımlar idi və milli şüurun oyanışına öz təsirini göstərirdi ki, bu da müstəqilliyə gedən yolumuza işıq salırdı. Bütövlükdə, Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətinin birinci dövrü müasir tariximizin mühüm mərhələsini təşkil edir.
– Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı xilas etməsi ilə əlaqədardır. Həmin dövrü necə şərh edərdiniz?
– Azərbaycana uğurla rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin fəaliyyəti o zaman keçmiş ittifaq rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və O, Siyasi Bürönün üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. Bu vəzifələrdə də Heydər Əliyev yüksək naliyyətlər qazandı. Lakin SSRİ rəhbərliyinə gələn Mixail Qorbaçovun siyasətinə etiraz olaraq tutduğu vəzifədən istefa verdi. Məhz Heydər Əliyevin istefasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları baş qaldırdı, Kremlin siyasətinə etiraz edən, azadlıq mübarizəsinə başlayan xalqımıza qarşı 20 Yanvar faciəsi törədildi. Həmin dövrdə Moskvada yaşayan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətlə Kremlin xalqımıza qarşı törətdiyi qətliama etiraz səsini ucaltması dünyada əks səda doğurdu. Çünki Heydər Əliyev dünya miqyasında tanınmış siyasi xadim idi. Daha sonra Ulu Öndərimiz Vətənə qayıtdı, xalqımıza ağır zamanlarda dəstək olmaq istədi. Lakin o vaxtkı hakimiyyət buna imkan vermək istəmirdi. Əslində, xalq birmənalı şəkildə Onu hakimiyyətdə görmək istəyirdi. 1990-cı illərin əvvəlində hakimiyyətdə olan qüvvələr hər vəchlə Heydər Əliyevə olan xalq sevgisinin qarşısını almaq istəyirdilər. Bunu mən öz təcrübəmdən də deyə bilərəm. Həmin illərdə mən Bakı Dövlət Universitetinin tarix fakultəsinin axşam şöbəsində təhsil alırdım. Biz tələbə yoldaşları olaraq o dövrkü siyasi prosesləri müzakirə edirdik, digər insanlar kimi biz də çətin vəziyyətdən çıxış yolu kimi Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdük. Əgər Heydər Əliyev hakimiyyətdə olsaydı Qarabağ problemi tezliklə həll olunardı. Amma univeristetin o vaxtkı rəhbərliyi tələbələrin Heydər Əliyevə olan sevgisindən çox narahat idilər, gənclərə təzyiq göstərirdilər. Belə demək mümkünsə, onlar Heydər Əliyevin adından belə qorxurdular. Amma biz tələbələr olaraq fikirlərimizi açıq şəkildə ifadə edirdik. Çünki dediyim kimi, Azərbaycanı ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilərdi. O vaxt hakimiyyətə olan qaragüruhçu insanlar təzyiqlərini ara vermirdilər. şəxsən mənə qarşı çox təzyiqlər edilirdi. Müxtəlif bəhanələrlə 1992-ci ilin oktyabr ayında mən universitetdən xaric olundum. Amma əsas səbəb mənim Heydər Əliyevi müdafiə və təbliğ etməyimlə bağlı idi. Buna baxmayaraq, mən mübarizəmi davam etdirdim və haqq-ədalətin yanında olan müəllimlərimin dəstəyi ilə 1993-cü ilin aprelində pozulmuş hüquqlarımı bərpa etdim, universitetə bərpa olundum. Bununla belə, mübarizəmdən dönməyərək Heydər Əliyevin ideyaları ətrafında sıx birləşmək üçün 1993-cü ildə Ulu Öndərin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıralarına qoşuldum. Çünki bu partiya özündə Ulu Öndər Heydər Əliyevə inanan insanları birləşdirirdi və bu yolda mübarizəmizi davam etdirmək üçün Yeni Azərbaycan Partiyasının üzvü olmaq daha geniş imkanlar yaradırdı.
– Qeyd etdiyiniz kimi həmin dönəmlərdə tələbə idiz. Heç kimə sir deyil ki, o dövrlərdə Heydər Əliyevə qarşı xüsusi kampaniya təşkil edilmişdi. Hər vəchlə onun hakimiyyətə gəlməsinə əngəl törədilirdi. Siz necə düşünürsüz? Heydər Əliyevin baş verənlərə reaksiyası necə idi?
– Heydər Əliyev çox səbirli insan idi. Baş verən bütün məsələlərə çıxışlarında çox ciddi fikirlərlə, faktlarla münasibət sərgiləyə bilirdi. Biz həmin vaxtlar gənc idik. Ölkədə gedən siyasi prosesləri yaxından izləyirdik. Heydər Əliyevə qarşı aparılan çirkin kampaniya, o zamankı parlamentdə ona edilən hücumlar bir hədəfə köklənmişdi. Onu xalqın gözündən salmağa çalışırdılar. Ancaq buna nail ola bilmədilər. Əkisnə xalq Heydər Əliyevi səsləyirdi. Bəlkə də həmin dönəmlərdə Heydər Əliyevin bir kəlmə sözü ilə xalq onu müdafiə edərdi. Sadəcə olaraq dövlətimizi, dövlətçiliyimizi düşündüyü üçün Heydər Əliyev belə şeylərə səbrlə yanaşırdı. Xatırlayıram ki, xalqımızı səbrli, təmkinli olmağa çağırırdı. Onun da nəticəsi bəllidir. Naxçıvana getdi və xalq onu əli üstündə qarşıladı. Xalqın Heydər Əliyevə olan sevgisi kadlarda da var. Xalqın təkidi ilə Naxçıvan Ali Məclisinə sədr seçildi. Diqqət edin. Naxçıvandan ermənilərə bir hektar belə torpaq vermədi. Heydər Əliyev var gücü ilə Naxçıvanı toparladı.
– O dövrün gəncləri Heydər Əliyevə qarşı aparılan çirkin kampaniyanı necə qiymətləndirirdi?
– Ümumiyyətlə, hər kəs Ulu Öndər Heydər Əliyevə qarşı aparılan kampaniyanı hiylə hesab edirdi. Bilərəkdən ortaya yaş məsələsi atılmışdı. Yaş məsələsi Heydər Əliyevi dövlətdən, dövlətçilikdən, xalqdan uzaqlaşdırmaq üçün bir maneə idi. Zamanı gələndə o maneə də aradan qaldırıldı. Həmin o qaragüruhçular Heydər Əliyevin adından belə qorxurdular. Heydər Əliyevin məşhur sözü var. “Ömrümün qalan hissəsini xalqıma, millətimə həsr edəcəm”. Baxmayaraq ki, əvvəlki illərdə də xalqı, milləti üçün çalışmışdı. Hər kəs başa düşürdü ki, bu yaş senzi ilə bağlı məhdudiyyət ancaq Heydər Əliyevin şəxsiyyətinə yönəldilib. Şükürlər olsun ki o məsələ aradan qalxdı. O zaman Bakı Dövlət Universitetində sayımız az idi. Çünki qaragüruhçu qüvvələr həmin universitetdə toplaşmışdı. Biz heç nədən qorxmadan fikirlərimizi auditoriyalarda səsləndirirdik. Təsəvvür edin. Bu şəxs uzun müddət SSRİ Ali Nazirlər Kabinetinin birinci müavini olmuşdu. Bu da Heydər Əliyevi beynəlxalq aləmdə tanıtmışdı. Hətta Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl Heydər Əliyevi böyük sevgi və coşğuyla qarşılayıb. Eləcə də digər ölkələrin başçıları Heydər Əliyeviin şəxsiyyəti qarşısında baş əyiblər. Heydər Əliyev içəri daxil olanda ayağa qalxırdılar.
– Bu gün Azərbaycan məhz Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
– Bəli, bu gün müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi, qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qeyd etdiyimiz kimi, Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.
– Yeni mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatların ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
– Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə islahatların yeni mərhələsinə başlanılıb. Bu məqsədlə dövlət başçısı bir sıra mühüm Fərman və sərəncamlar imzalayıb, Milli Məclis müvafiq qanunvericilik aktları qəbul edib. Müvafiq dövlət qurumları qarşıya qoyulan hədəflərə çatmaq üçün uğurla fəaliyyət göstərir. Ümumiyyətlə, islahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan ilk nəticələr onu deməyə əsas verir ki, başlanan yeni kurs postneft dövründə ölkəmizin uğurlu inkişafını təmin edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək. Eləcə də, idarəetmədə, kadr və siyasi-hüquqi sahədə islahatlar da ölkəmizin inkişafına daha da təkan verəcək. Təbii ki, həyata keçirilən bütün bu tədbirlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Çünki Ümummilli Lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Məhz bu siyasət nəticəsində ölkəmizin bundan sonra da yeni-yeni uğurlar qazanacağı şübhəsizdir.
Comments are closed, but trackbacks and pingbacks are open.