Sülh inkişafın əsas təməlidir
!Reklam – Sag
Yassı sülh müqavilsi
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Gündəm Müharibə bitdi, bəs sülh müqaviləsi olacaqmı?
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Dekabr 02, 2020 – 02:20
!Reklam – Yazi
Hər bir müharibə tez ya gec bitir. Onun bitməsini tərəflər arasında bağlanan Sülh Müqaviləsi rəsmiləşdirir. Bəs, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilirmi? Buna ehtiyac varmı? Ehtiyac varsa, müqavilədə hansı müddəalar öz əksini tapmalıdır?
Sülh müqavilələrinin müxtəlif növləri mövcuddur. Bəzən, hərbi toqquşmaların qarşısının tez bir zamanda alınması üçün İlkin sülh müqavilələrindən istifadə edirlər. Bu kimi sənədlərdə əsasən atəşkəsin əsas şərtləri, hərbi əsirlər və həlak olanların cəsədlərinin dəyişdirilməsi, qoşunların geri çəkilməsi, dinc əhalinin evakuasiyası və s. bu kimi humanitar məsələlər öz əksini tapır. Bunlar həll olunandan sonra tərəflər arasında Yekun sənəd imzalanır və burada artıq ərazi, siyasi, hərbi, iqtisadi, dəymiş ziyanın ödənilməsi, hərbi cinayətkarların məsuliyyəti, müharibədən əvvəl bağlanmış müqavilə və razılaşmaların aqibəti və s. göstərilir. Bunları nəzərə alaraq, 10 noyabr tarixində Azərbaycan Respublikası və Rusiya Federasiyasının prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan və silahlı toqquşmalara son qoyan bəyanatı İlkin sənəd kimi qəbul etmək olar. Çünki, 9 bənddən ibarət bu bəyanatda bir çox məsələlər öz əksini tapmamış və açıq qalmışdır. Qalib gələn Azərbaycan üçün indiki məqamda hansısa məsələlərin açıq qalması sırf strateji baxımdan əlverişsizdir. Belə ki, Ermənistan tərəfi vaxt qazanaraq müəyyən diplomatik səylər həyata keçirərək hərb meydanında əldən vermiş mövqelərini güclü diaspor və lobbiçilik fəaliyyəti nəticəsində geri qaytarmağa cəhd edəcək. Fransa, Belçika və başqa ölkələrdəki antiazərbaycan meylli hərəkətlər buna misaldır. Bunları nəzərə alaraq, düşünürəm ki, Böyük Sülh Müqaviləsinə ciddi ehtiyac var və bu sənəd qısa müddət ərzində hazırlanıb Ermənistan tərəfinə təqdim edilməlidir.
Bu müqavilədə diqqət yetirməli olduğumuz əsas məqamlar barədə. İlk və vacib məqam – Sülh müqaviləsində Ermənistan dövləti Azərbaycan Respublikasının beynəlxalq səviyyədə qəbul edilmiş ərazi bütövlüyünü tanımalıdır. Bu müddəa avtomatik olaraq separatçı rejimin statusu məsələsini birdəfəlik qapadılmasına imkan verəcək. Erməni ideoloji maşınının təkcə Azərbaycan deyil, başqa qonşu dövlətlərə də ərazi iddialarının olduğunu nəzərə alsaq Müqavilədə Ermənistan hakimiyyəti qarşısında qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoyulması tələbi də öz əksini tapmalıdır. Bu və aşağıda qeyd edəcəyimiz başqa şərtlər Ermənistanın yeni Konstitusiyasında mütləq şəkildə təsbit edilməlidir. Müqavilənin siyasi tərəflərinə gəldikdə, Ermənistan öz ərazisində revanşist, separatçı və terror təşkilatlarının, qrupların fəaliyyətini qadağan etməli, bu tip ideologiya daşıyıcılarına qarşı sərt mübarizə aparacağını öhdəlik olaraq üzərinə götürməlidir. Hərbi baxımdan da Ermənistana qarşı müəyyən məhdudiyyətlər qoyulmalıdır. Məsələn, Ermənistana silahlı qüvvələr saxlamaq qadağan edilməli, daxili stabilliyi qorumaq üçün yüngül silahlarla silahlanmış və müqavilə ilə xidmət edən 2-3 minlik dəstənin mövcudluğuna icazə verilməlidir. Ümumi hərbi mükəlləfiyyət və hərbi məktəblər birmənalı olaraq ləğv edilməldir. Gənclərin xaricdə hərbi təhsil almalarına qadağa qoyulmalıdır. Hazırda Ermənistanın hərbi sənaye kompleksi zəif olsa da, onun fəaliyyəti tam dayandırılmalı, balansında olan müəssisələr fəaliyyət istiqamətini dəyişməlidir. Kimsə deyə bilər ki, belə tələblər qəbulolunmazdır, suveren dövlətin işinə qarışmaqdır və beynəlxalq ictimaiyyət buna qarşı olacaq. 10 noyabr sənədini imzalamaqla Ermənistan 28 ildir Azərbaycan torpaqlarını işğal etdiyini təsdiq etmiş oldu və tam məhv olmaması üçün kapitulyasiyanı qəbul etdi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisizi işğal edəndən sonra Azərbaycanın 7 rayonunu təhlükəsizlik baxımdan “bufer” ərazilər kimi 28 il işğal altında saxlayan Ermənistandan fərqli olaraq, Azərbaycan öz ərazilərini növbəti işğallardan qorumaq üçün Ermənistan ərazilərindən “bufer” ərazilər götürmədi. Bunun əvəzində, Azərbaycanın müharibədə məğlub etdiyi işğalçı dövlətin yenidən silahlanıb revanşa hazırlaşmasının qarşısının alınması üçün bu kimi tələblərlə çıxış etməyə tam olaraq haqqı çatır. Diqqət yetirməli olduğumuz növbəti vacib məqam hərbi cinayətkarların məhkəmə qarşısında cavab vermələrinin təmin olunmasıdır. Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Goranboy və başqa yaşayış məntəqələrinin dinc sakinlərinə qarşı hücuma əmr verənlər, beynəlxalq hərbi konvensiyaları pozanlar müəyyənləşdirilməli və beynəlxalq məhkəməyə verilməlidir. Hüquqşünaslar daha yaxşı bilər, amma mənim zənnimcə, qondarma qurumun rəhbərliyinin tam tərkibdə cinayət məsuliyyətinə cəlb edilməsi üçün bizim Cinayət Məcəlləmizdə də kifayət qədər maddə mövcuddur. Ermənistanın maddi təzminat ödəməsi məsələsi barədə çox danışılır. Təzminat məsələsi mütləq şəkildə sülh müqaviləsinə daxil edilməlidir və onun ödənilməsi şərtləri və qrafiki razılaşdırılmalıdır. Təzminatı ödəmək imkanı olmadıqda əvəzində hansı ərazilərin Azərbaycana veriləcəyi məsələsi də qeyd edilməlidir. Yəqin ki, təzminatın məbləğini biz yox, əvvəl elan oluduğu kimi dünyanın tanınmış nüfuzlu qiymətləndirici şirkətlərindən biri araşdırıb müəyyən edəcək. Sülh müqaviləsi tərtib olunarkən bir məsələ də mütləq nəzərə alınmalıdır. Gələcəkdə Ermənistanda revanşist qüvvələrin baş qaldırılmasına yol verməmək üçün Azərbaycan Ermənistan iqtisadiyyatında mühüm rol oynamalıdır. 44 günlük biabırçı məğlubiyyətdən sonra Ermənistan iqtisadiyyatı çökmüş vəziyyətdə olduğundan onun dirçəldilməsi üçün xarici investisiyalara mülayim şərtlər tətbiq olunacaq. Hazırda dünya siyasətində iqtisadi amilin yüksək olduğunu nəzərə alsaq Ermənistan iqtisadiyyatında Azərbaycan sərmayələri nə qədər çox olarsa bu dövlətin siyasətinə təsir imkanlarımız da o qədər çox olacaq. Sülh müqaviləsində Azərbaycan investisiyaları üçün xüsusi rejimin tətbiqi məsələsi də yer almalı, müharibə zamanı separatçılığı dəstəkləyən ölkələrin sərmayələrinə əngəl yaradılmalı, bununla da onların Ermənistan siyasətinə müdaxiləsinin qarşısı alınmalıdır. Sonda bir məsələyə də toxunmaq istəyirəm. Çıxışlarının birində Ali Baş Komandan “nəyi, necə və nə zaman edəcəyimi özüm yaxşı bilirəm” demişdi. Əminəm ki, Ermənistanla bağlanacaq sülh müqaviləsi Azərbaycan diplomatiyasının gündəmindədir və sənəd üzərində ciddi iş gedir. Vəli Əlibəyov
Siyasi Texnologiyalar Mərkəzinin prezidenti
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Sülh inkişafın əsas təməlidir
SÜLH – əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişaf. Sülhün carçıları isə gələcəyimiz olan uşaqlardır. Yəni uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar.
SÜLH – azadlıq, bərabərlik və ədalət;
SÜLH – hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri.
SÜLH – poeziyamızın daimi mövzusu.
Bütün gözəllikləri, maddi və mənəvi dəyərləri ilə yaşadığımız dünyanın qədrini lazımi səviyyədə bilirikmi sualına hələ də birmənalı cavab vermək mümkün deyil. Sülh şəraitində yaşamalı olan insanlar, min təəssüflər ki, haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır. Ən kiçik ailəvi, məhəlli, regional münaqişələrdən başlamış yüzillik müharibələrədək hər cür qarşıdurma yalnız sülhlə sona çatıb. Buna görə də sülh bütün vasitələrdən güclüdür. Sülhə nail olmaq isə, təbii ki, tərəflərin həqiqətləri düzgün dəyərləndirmələrindən çox asılıdır.
SÜLH bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bu əlamətdar günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır.
1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı məsələlər barəsində “Peace one day”i yaratmağa məcbur oldu. Əsas cəhd ondan ibarət idi ki, heç olmasa, ildə bir gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısı alınsın, ön cəbhələrdə silahlar sussun – atəşkəsə əməl edilsin.
21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Həmin tarixi günün əsas məqsədlərindən biri də 2012-ci ilə kimi 3 milyard insanı bu məqsəd ətrafında bir araya gətirməkdir. Buna görə də yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülh istəyən hər kəsin yardımına ehtiyac duyulur.
Beynəlxalq Sülh Günü təsis edildiyi vaxtdan hər il BMT-nin Baş katibi dünya xalqlarına müraciət edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin 60-cı ildönümü münasibətilə BMT-nin Baş katibi Pan Gi Munun müraciətində qeyd edildiyi kimi, hələ də dünyada bir çox insanların hüquqları xüsusilə silahlı münaqişələr zamanı və atəşkəs dövründə pozulmaqda davam edir: “Məhz buna görə də biz çalışmalıyıq ki, bəyannamədə qeyd olunan hüquqlar günümüzün reallığına çevrilsin”.
Baş katibin bildirdiyinə görə, BMT dünya xalqlarını səfərbər etmək məqsədilə mesaj kampaniyasına start da verib: “Mənim mesajımda deyilir: 21 sentyabr Beynəlxalq Sülh Günüdür. Mən ümumdünya liderlərinə və bütün dünya əhalisinə səslənərək, münaqişə, yoxsulluq və aclığa qarşı, hamı üçün insan hüquqlarının təmin olunması istiqamətində qüvvələrin birləşdirilməsinə çağırıram”.
Sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitə olmaqla yanaşı, həm də BMT-nin ali vəzifəsidir. Adıçəkilən bəyannamədə deyilir: “O, danışıqlarımızın aparıcı qüvvəsidir. O, həm də sülhməramlı fəaliyyət və preventiv diplomatiyadan tutmuş insan haqları və inkişafın genişləndirilməsinə qədər dünyanın hər yerində gördüyümüz bütün işləri birləşdirən bir məfhumdur”.
Sülh naminə aparılan fəaliyyət həyati əhəmiyyət kəsb etsə də, təəssüflər olsun ki, heç də hər yerdə qorunmur, müdafiə edilmir, zorakılıqlar baş alıb gedir, milli münaqişələr daha da qloballaşır, fiziki coğrafiyası genişlənir. Həqiqətən də dünyanın müxtəlif qütblərində saysız-hesabsız insan qrupları üçün sülh hələ də əlçatmazdır. Çad və Darfurdakı köçkün düşərgələrindən tutmuş Bağdadın darmadağın edilmiş dalanlarınadək sülhə aparan yol uğursuzluq və əzab-əziyyətlərlə müşayiət olunmuşdur.
BMT-nin Baş katibinin hər il Beynəlxalq Sülh Günü münasibətilə dünya xalqlarına müraciətlərində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda inkişaf, tərəqqi, bəşəri təhlükəsizliyə təminatdır. Sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində aparılan beynəlxalq miqyaslı tədbirlər nəticəsiz qaldıqca insanların qorxu, vahimə içərisində yaşaması da davam edir.
Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü qeyd etməsi isə, təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və məcburi köçkünlə görüşlərində bəyan etdiyi kimi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. 1994-cü ildən münaqişə tərəfləri arasında atəşkəs rejimi elan olunsa da, buna birtərəfli qaydada əməl edilir. Ermənistan nəinki atəşkəsə əməl etmir, üstəlik, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini hələ də kobud şəkildə pozmaqdadır. Əlbəttə, bu isə nüfuzlu beynəlxalq təşkilatların sülhün və təhlükəsizliyin bərpası istiqamətində apardığı siyasətə kölgə salır, onlara inamı azaldır.
Bütün bunlarla yanaşı, respublikamızda son illər Beynəlxalq Sülh Günü xüsusi olaraq qeyd edilməkdədir. Bu əlamətdar gün münasibətilə İsveçrə səfirliyinin Bakı Ofisi ilə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) və BMT-nin İctimai İnformasiya Departamenti daim birgə tədbirlər keçirirlər.
Muzey Mərkəzində “Sülh naminə 1000 qadın” sərgisində nümayiş etdirilən “Yer kürəsinin 1000 sülhpərvər qadını” adlı şəbəkə çərçivəsində sülh mədəniyyətinin yaradılması sahəsində onların apardığı mühüm fəaliyyət barədə məlumat verilib. “Sülh sənin, mənim, hamımız üçün” devizi altında təşkil olunan “dəyirmi masa”da isə istər hökumət, istərsə də QHT-lər və koalisiyalar, beynəlxalq təşkilatların təmsilçiləri qadınların sülh təhsili və tədqiqatları ilə bağlı bir qərara gəliblər.
Bu günün 21 illiyi ilə əlaqədar BMT Baş Məclisi 21 sentyabrı Beynəlxalq Sülh Günü olaraq dəyişməz bir tarix kimi təsdiq edib. Baş Məclis belə qərara gəlib ki, BMT-nin, ona üzv olan dövlətlərin və bütün bəşəriyyətin cəhdlərini mərkəzləşdirərək, sülh ideallarını inkişaf etdirməyə imkan verən və onların hər vəchlə sadiqliyini sübuta yetirən xüsusi bir vaxt təyin olunmalı idi ki, 21 sentyabr da məhz bu nöqteyi-nəzərdən seçilib.
Onu da xüsusi qeyd etməliyik ki, BMT-nin 60 illik yubileyinə həsr olunmuş “Qızıl Göyərçin” beynəlxalq sülh mükafatı 2008-ci ildən etibarən inteqrasiya, sülh, insan hüquqları bərabərliyi, sosial tərəqqi və azadlıq şəraitində yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması uğrunda mübarizə aparan şəxslərə təqdim edilir. Bu yüksək və ali mükafata dünyanın tanınmış simalarından olan Roma papası XVI Benedikt, Dalay Lama, Nobel mükafatları laureatları Desmond Tutu və Lex Valensa, Çexiya prezidenti Vatslav Havel, Almaniya Prezidenti Roman Hersoq, Almaniya Bundestaqının spikeri Lammert, Almaniyanın təhsil naziri xanım Annete Şavan, Almaniyanın ailə naziri xanım dr. Kristina Şröder və digər görkəmli şəxsiyyətlər layiq görülmüşlər.
Sülhün carçıları olan göyərçinlər uşaqlar tərəfindən daha çox sevilir. Çox təəssüf ki, hələ də bəşəriyyətin tam təhlükəsizliyi təmin olunmayıb. Ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox bölgələrində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar və gənclər odsaçan silahların qurbanlarına çevrilməkdədir.
Comments are closed, but trackbacks and pingbacks are open.