Press "Enter" to skip to content

Yemişan haqqında məlumat kitabı

Alimlər qədim İranda mövcud olan peyğəmbərin tarixi mövcud- luğuna şübhə ilə yanaşırlar, amma eləcə də həmin peyğəmbərin möv- cudluğunu inkar da etmirlər. Zərdüşt, zərtüşt, zəradüşt, zəratüşt, zər- dəhəşt və s. Zərəsuştra sözünə bənzər sözlərdirlər ki, Qatlarda (Zər- düştlərin müqəddəs kitabının bir hissəsidir) qeyd olunmuşdur. Daha düzgün nəzəriyyəyə əsasən “Zərdaştər”, yəni “Sarı dəvə sahibi”-dir.
Onun atasının adı Puruşəsb, yəni qoca at sahibi, anasının adı Doğdo, yəni inək sağan, ailəsinin və nəslinin adı isə Spitəmə, yəni Ağ nəsilli idi.
Məşhur islam tarixçisi Təbəri və Zərdüştün bəzi şagirdləri onun Fələstindən olduğunu qeyd edirlər və onun həmin ərazilərdən İrana köçdüyünü vurğulayırlar. Amma tarixçilərin əksəriyyəti və eyni za- manda Zərdüştlərin özləri də onun İranlı və Azərbaycanlı olduqlarını bildirirlər. Onların nəzərincə Zərdüştün meydana çıxdığı yer təxmi- nən Urmiya gölünün ətrafındakı dağlar yerləşən məkandır. Elə buna görə də, Urmiya gölünün suyu Zərdüşt dinin davamçıları üçün mü- qəddəsdir. Bəzi tədqiqatçıların nəzərincə isə o qədim İranın şərq böl- gələrindəndir.
Zərdüştün meydana çıxdığı zaman barədə də nəzərlər müxtə- lifdir və bəzi alimlərin nəzərincə onun meydana çıxdığı zaman eradan 6000 il əvvələ qayıdır. Amma daha məşhur nəzəriyyəyə əsasən o eradan əvvəl 660-cı ildə dünyaya gəlmişdir və eradan əvvəl 630-cu ildə, yəni 30 yaşında peyğəmbərliyə çatmışdır.
Zərdüşt peyğəmbərliyə çatdıqdan sonra dövrünün şahı Güştasbın yanına getdi və onu öz dininə dəvət etdi. Şah Güştasb dərhal onun di- nini qəbul etdi. Əbülqasim Firdovsinin “Şahnamə” əsərində belə qeyd olunmuşdur ki, İranlıların Turanlılara bac və xərac ödədikləri zamanda Zərdüşt meydana çıxdı və şaha əcnəbilərə xərac ödəməkdən boyun qaçırmağı əmr etdi. Şah Güştasb onun sözlərini qəbul edərək bu işə son qoydu. Qeyd etmək lazımdır ki. İranlıların bu addımı Turanlıların qəzəblənməsinə səbəb oldu. Onlar Güştasba yeni dindən əl çəkməyi əmr etdilər, amma şah bunu qəbul etmədi. Elə bu sə- bəbdən də Turanlılar İrana hücum etdilər və bəzi rəvayətlərə əsasən Zərdüştün özü də həmin müharibə zamanı həlak oldu. Sonda Güştasb işğaıçılara qalib gəldi və Zərdüştlüyü yaymağa davam etdi. O, oğlu İsfəndiyarı bu dini yaymaq məqsədilə bir çox yerlərə göndərdi.
Zərdüşt eradan əvvəl 583-cü ildə, 77 yaşında hal-hazırda Əfqa- nıstanda yerləşən Bəlx şəhərindəki Atəşgahda Turanlılar tərəfində qətlə yetirilmişdir.
Zərdüştün peyğəmbərliyə çatması məsələsi Şahnamə əsərində mövcuddur, amma çox təəssüflər olsun ki, bu məsələ Şahnamənin əf- sanələr bölümündə qeyd olunmuşdur. Belə ki, Güştasb (Zərdüştün dəvət etdiyi və bu dini qəbul edən ilk şah) barəsində çoxlu ixtilaflı nəzərlər mövcuddur. Bəziləri onun Viştasb, Əhəməni şahı birinci Daranın atası olduğunu bildirirlər. Digər tərəfdən tarixi nöqteyi-nəzərdən tam məlumdur ki, Viştasb padşah olmamışdır. O, mahal əmiri olmuşdur.

Qırmızımeyvəli yemişan

Qırmızımeyvəli yemişan (lat. Crataegus sanguinea ) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Yarımfəsilə:
Yarımtriba:
Qırmızımeyvəli yemişan

Mündəricat

  • 1 Təbii yayılması
  • 2 Botaniki təsviri
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Təbii yayılması Redaktə

Avropanın şərqindən başlayaraq Orta Asiya daхil olmaqla Qərbi və Şərqi Sibirə qədər gеniş arеalı əhatə edir.

Botaniki təsviri Redaktə

Hündürlüyü 4-6 m-ə çatan, parlaq al-qırmızı,qonur budaqları üzərində 2-4 sm uzunluqda sivri tikanları olan kol və ya balaca ağacdır. Yarpaqları yumurtaşəkilli, 3-7 dilimli, uzunluğu 6 sm, еni 4-5 sm-dir. Çiçəkləri ağdır, diamеtri 5 sm olan qalхan çiçək qrupuna yığılmışdır, mayın aхırında çiçəkləyir. Mеyvələri al qırmızı, şarşəkilli, 3-4 toхumlu çəyirdəkmеyvədir, avqust-sеntyabr aylarında yеtişir. Yеddi yaşından еtibarən mеyvə vеrməyə başlayır.

Ekologiyası Redaktə

İstiyə, soyuğa, qışa davamlıdır, torpağa tələbkar dеyil.

Azərbaycanda yayılması Redaktə

Naxçıvan MR təbii halda rast gəlinir.

İstifadəsi Redaktə

Çoх vaхt balaca qruplarla əkilir, canlı çəpərlərin salınmasında istifadə olunur.

Zərdüşt dini

Ariyayilərin İran ərazilərinə daxil olmasından bir neçə əsr keçməsindən sonra bu xalqın nümayəndələri yavaş-yavaş şəhər yaşayış tərzinə keçdi və bu da onların dünya görüşlərinə güclü şəkildə müsbət təsir göstərdi.
O zamanlar islahatçı insan meydana çıxdı, İranlıları yeni bir dinə dəvət etdi və Muğan dinini rəqabət meydanından çağırdı. Özünü yaxşılıq və aydınlıq Tanrısının elçisi kimi qələmə verən bu islahatçı peyğəmbərin adı Zərdüşt idi. O, öz dinini Ahura Mazdadan kəsb etməsini və dünyanı qaranlıqdan xilas edərək yaxşılığa və aydınlığa doğru aparacağını iddia edirdi.
Zərdüştlər məcus, Gəbr və Parsi adları ilə tanınırdılar. Məcus sözü yalnız bir dəfə Qurani-Kərimin Həcc surəsinin 17-ci ayəsində tövhidi dinləri qeyd etdikdən və müşriklərə işarə etməmişdən öncə mövcuddur. İslam alimlərinin əksəriyyəti Məcusları kitab əhli kimi qəbul edirlər və bu barədə bəzi hədislər də mövcuddur. “Gəbr” sözü Süryani dilində kafir mənasını daşıyır və “Zərdüşt” sözü hindistan zərdüştlərinə aid edilir. Zərdüştlük dini təxminən eradan bir əsr öncə bəzi dəyişikliklərə uğradı və bu dəyişilmiş formanı Məzdayəsna adlandırırlar. Məzdayəsna tərcümədə “Məzdaya sitayiş” mənasını verir.

1. Zərdüştün həyatı

Alimlər qədim İranda mövcud olan peyğəmbərin tarixi mövcud- luğuna şübhə ilə yanaşırlar, amma eləcə də həmin peyğəmbərin möv- cudluğunu inkar da etmirlər. Zərdüşt, zərtüşt, zəradüşt, zəratüşt, zər- dəhəşt və s. Zərəsuştra sözünə bənzər sözlərdirlər ki, Qatlarda (Zər- düştlərin müqəddəs kitabının bir hissəsidir) qeyd olunmuşdur. Daha düzgün nəzəriyyəyə əsasən “Zərdaştər”, yəni “Sarı dəvə sahibi”-dir.
Onun atasının adı Puruşəsb, yəni qoca at sahibi, anasının adı Doğdo, yəni inək sağan, ailəsinin və nəslinin adı isə Spitəmə, yəni Ağ nəsilli idi.
Məşhur islam tarixçisi Təbəri və Zərdüştün bəzi şagirdləri onun Fələstindən olduğunu qeyd edirlər və onun həmin ərazilərdən İrana köçdüyünü vurğulayırlar. Amma tarixçilərin əksəriyyəti və eyni za- manda Zərdüştlərin özləri də onun İranlı və Azərbaycanlı olduqlarını bildirirlər. Onların nəzərincə Zərdüştün meydana çıxdığı yer təxmi- nən Urmiya gölünün ətrafındakı dağlar yerləşən məkandır. Elə buna görə də, Urmiya gölünün suyu Zərdüşt dinin davamçıları üçün mü- qəddəsdir. Bəzi tədqiqatçıların nəzərincə isə o qədim İranın şərq böl- gələrindəndir.
Zərdüştün meydana çıxdığı zaman barədə də nəzərlər müxtə- lifdir və bəzi alimlərin nəzərincə onun meydana çıxdığı zaman eradan 6000 il əvvələ qayıdır. Amma daha məşhur nəzəriyyəyə əsasən o eradan əvvəl 660-cı ildə dünyaya gəlmişdir və eradan əvvəl 630-cu ildə, yəni 30 yaşında peyğəmbərliyə çatmışdır.
Zərdüşt peyğəmbərliyə çatdıqdan sonra dövrünün şahı Güştasbın yanına getdi və onu öz dininə dəvət etdi. Şah Güştasb dərhal onun di- nini qəbul etdi. Əbülqasim Firdovsinin “Şahnamə” əsərində belə qeyd olunmuşdur ki, İranlıların Turanlılara bac və xərac ödədikləri zamanda Zərdüşt meydana çıxdı və şaha əcnəbilərə xərac ödəməkdən boyun qaçırmağı əmr etdi. Şah Güştasb onun sözlərini qəbul edərək bu işə son qoydu. Qeyd etmək lazımdır ki. İranlıların bu addımı Turanlıların qəzəblənməsinə səbəb oldu. Onlar Güştasba yeni dindən əl çəkməyi əmr etdilər, amma şah bunu qəbul etmədi. Elə bu sə- bəbdən də Turanlılar İrana hücum etdilər və bəzi rəvayətlərə əsasən Zərdüştün özü də həmin müharibə zamanı həlak oldu. Sonda Güştasb işğaıçılara qalib gəldi və Zərdüştlüyü yaymağa davam etdi. O, oğlu İsfəndiyarı bu dini yaymaq məqsədilə bir çox yerlərə göndərdi.
Zərdüşt eradan əvvəl 583-cü ildə, 77 yaşında hal-hazırda Əfqa- nıstanda yerləşən Bəlx şəhərindəki Atəşgahda Turanlılar tərəfində qətlə yetirilmişdir.
Zərdüştün peyğəmbərliyə çatması məsələsi Şahnamə əsərində mövcuddur, amma çox təəssüflər olsun ki, bu məsələ Şahnamənin əf- sanələr bölümündə qeyd olunmuşdur. Belə ki, Güştasb (Zərdüştün dəvət etdiyi və bu dini qəbul edən ilk şah) barəsində çoxlu ixtilaflı nəzərlər mövcuddur. Bəziləri onun Viştasb, Əhəməni şahı birinci Daranın atası olduğunu bildirirlər. Digər tərəfdən tarixi nöqteyi-nəzərdən tam məlumdur ki, Viştasb padşah olmamışdır. O, mahal əmiri olmuşdur.

2. Avesta

  1. Yəsna (Bayram və sitayiş): Bu bölmənin bir hissəsi Qat-lar adlandırılır (Nəğmə və müsiqi mənasında). Qatlar dualardan, dini elmlərdən ibarətdir və Avestanın ən mühim hissəsidir. Bu hissənin Zərdüştün özünə aid olunduğu bildirilir, halbu ki, Avestanın digər hissələri Zərdüşt dininin digər rəhbərlərinə aid
  2. Visperəd (Bütün ağalar): Müxtəlif sitayişlərdən ibarətdir.
  3. Vəndida (Div, yəni şeytana qarşı qanun): Bu bölümdə halal, haram, nəcis və pak şeylər barədə yazılmışdır.
  4. Yəştha (Sitayiş, dini nəğmə və zikr):
  5. Xorde Avesta (Balaca Avesta): Dini bayramlar və mərasim- lər, eləcə də həmin mərasimlərə uyğun dini nəğmələrin seçilməsi ba- rəsində olan bölüm.

3. Zərdüştün təlimləri

Zərdüştlükdə üç əsas prinsip mövcuddur: Düzgün danışıq, Düzgün düşüncə və Düzgün əməl. Biz müxtəlif dinlərdə buna bənzər prinsiplərlə üzləşirik.
Xeyir və parlaqlıq tanrısının nişanələrindən olan oda hörmət nümayiş etdirmək, odu həmişə yanar halda saxlamaq, Atəşkədə, yaxud atəşgah adlanan məbədlərdə odun ətrafında məxsusi mərasimlər keçirtmək bu dinin ən əsas özəlliklərindəndir. Bu dində eləcə də abadlıq yaratmaq, əkinçilik, təsərrüfat, maldarlıq və şəhərsalma si- tayişə layiq məsələlər sırasındadır. Heyvanlara, xüsusən də itə və inə- yə hörmətlə yanaşmaq və insanlarla xoş rəftar etmək xüsusi yerə ma- likdir. Zərdüştlər qədim zamanlarda öz ölülərinin cəsədlərini nə tor- pağa basdırırdılar, nə də suya atırdılar, çünki onlar həm suyu, həm də torpağı müqəddəs bilirdilər və onları çirkləndirmək istəmirdilər. Elə bu səbəbdən də, cənazələri Dəxme adlanan yerlərdə saxlayırdılar və leş yeyən heyvanlar həmin cənazələri yeyirdilər. Amma artıq neçə əsrlərdir ki, öz ölülərini torpağa tapşırırlar.
İrandakı bəzi adət-ənənələr, o cümlədən Novruz bayramından öncə olan çərşənbələr, işığın və çırağın parlaqlığına and içmək və di- gər məsələlər Zərdüştlük təlimləri ilə əlaqəlidir. İslam dininin ilk əsr- lərində mövcud olan zındıqların bəziləri də Zərdüştlüyün davamçıları idilər.

4. Yaranışın və ikili sitayişin hekayəsi

Heç kim Zərdüştlərin iki tanrıya (xeyir Tanrısı Ahura Mazda və şər Tanrısı Əhrimən, yaxud işıq Tanrısı və qaranlıq Tanrısı) sitayişi məsələsi hansı əsrdə başlamışdır. Avestanın Qatlarında, yəni Zərdüştlərin müqəddəs kitabının Zərdüşt peyğəmbərin özünə aid olan hissə- sində Əhrimən tək Tanrı olan, parlaqlıq və qaranlıq Tanrılarından da- ha üstün sayılan, varlığın yaradıcısı Ahuraməzdanın deyil Müqəddəs ağılın müqabilində dayanmışdır. Sasanilərin hakimiyyəti dövründə Zərdüştlərin bir qolu da meydana çıxdı və bu dəstənin adı Zərvanilər idi. Onların nəzərincə tək Allah mövcuddur və onun adı Zərvandır. Zərvanilər tək Tanrılarını xeyir və şər Tanrılarından daha yuxarı və üstün bilirdilər. Bu dinin o zamanlar davamçıları həddən ziyadə idi.

5. Tanrılar

  • Vohumən
  • Əşəvəhişta
  • Xşəsrə-vəyra
  • Spənta Arməiti
  • Hauvərtat
  • Emertat

6. Dünyanın sonu

  1. Huşidər: Zərdüştdən 1000 il sonra
  2. Huşidərmah: Zərdüştdən 2000 il sonra
  3. Suşyans ya Suşyant: Zərdüştdən 3000 il sonra. Suşiyantın zühurundan sonra dünyanın sonu gələcək.

7. Ruhun qalması

Zərdüştlər ruhun əbədiliyinə inanırlar. Onların nəzərincə ruh bədəni tərk etdikdən sonra qiyamət gününə qədər Bərzəx aləmində qalır. Onlar həmçinin Sirat körpüsünə, əməl tərəzisinə (Mizana), cənnət və cəhənnəmə də inanırlar. Zərdüştlük dini nöqteyi-nəzərin- dən olan cənnət İslam dinindəki cənnətlə çox yaxındır. Amma odun müqəddəs olması səbəbindən Zərdüştlərin cəhənnəmi olduqca soyuq və çirkli bir məkandır. Bu məkanda müxtəlif bədheybət heyvanlar cəhənnəm əhlinə əzab verirlər.

8. Hazırki vəziyyət

Müsəlmanlar ikinci xəlifənin zamanında İranı fəth etdilər. İranın fəthindən sonra İranlılar Zərdüştlük dinindən uzaqlaşaraq İslam dinini qəbul etdilər və bu dinin çiçəklənməsində böyük xidmətlər göstər- dilər. Bu barədə ətraflı məlumat əldə etmək üçün şəhid Mütəhhərinin “İran və İslamın qarşılıqlı xidmətləri” kitabına müraciət edə bilərsiniz. Bəhram ibn Keyqubad adlı Zərdüşt aliminin 1600-cü ildə qələmə aldığı “Səncan” hekayəsinə əsasən İranda yaşayan Zərdüştlər İranın İslam dini tərəfindən 100 il müsəlmanlar tərəfindən böyük əzab-əziyyətlərə məruz qaldılar. Sonra münəccimlərin tövsiyyəsilə dəniz yolu ilə Hindistanın Bombey şəhərinə köçməyə başladılar. Bu hekayə tarixçilər tərəfindən qəbul edilmir və onların nəzərincə Zərdüştlərin İrandan Hindistana mühacirəti islam dinindən öncə başlamışdır və İslam dininin gəlməsindən bir neçə əsr sonraya qədər davam etmişdir. Hal-hazırda onlardan 150000 nəfəri hələ də Parsi adlandırılırlar. Onların təxminən 150000 nəfər Yəzd, Kerman və Tehranda yerləşmişlər. Zərdüştlər savadlı və mədəniyyətli qövmdür və həmişə də ətrafda olan insanlarla əlqələri çox gözəldir.

Müəllif: Hüseyn Tövfiqi
Mənbə: “Böyük dinlərlə tanışlıq” kitabı, 2013
ISBN 978-9952-20-080-5

  • Teqlər:
  • Zərdüşt
  • , zərdüştilik
  • , teologiya
  • , Avesta
  • , zərdüştilik dini
  • , zərduşt dini
  • , zerdustilik dini

Comments are closed, but trackbacks and pingbacks are open.