Press "Enter" to skip to content

Sülh və hərb: 2014-cü ilin 10 əsas silahlı münaqişəsi

Şəklin mənbəyi, Reuters

Yeni iliniz mübarək hind filmi izle

Yeni iliniz mübarək hindi filmi Azərbaycan dilində tam versiya izlə

2014 ci ildə Red Chillies Entertainment tərəfindən çəkilən Yeni iliniz mübarək adlı hind filminin
rejissoru Farah Khan prodüseri isə Gauri Khandır.

Chandramohan “Charlie” Sharma səkkiz ildir ki, məşhur təhlükəsizlik təchizatçısı və Shalimar Securities-in sahibi Charan Groverdən qisas almaq istəyir. Səbəb isə illər əvvəl Grover atası Manoharı 15 milyon dollar dəyərində öz brilyantlarını oğurlamaqla şərləyib həbsxanaya salmışdı. Həmçinin Manoharın vəkillərinə pul verərək sübutları saxtalaşdırmışdı. Haqsızlığa dözməyən Monahar həbsxanada intihar etmişdi.
İllər sonra Charlie dostları ilə böyük plan hazırlayaraq atasının qisasını alır.. Daha ətraflı filmi izləyin.

Xoş izləmələr.

Tags

  • happy new year film azerbaycan dilinde
  • yeni iliniz mubarek hind filmi izle
  • yeni iliniz mubarek hind filmi azerbaycanca
  • yeni iliniz mubarek hind filmi azerbaycan dilinde
  • hind kinolari
  • hind kinolari azerbaycan dilinde

Sülh və hərb: 2014-cü ilin 10 əsas silahlı münaqişəsi

2014-cü ildə dünya nə rahat nə də kİ, təhlükəsiz olub.

2014-ü sülh ili adlandırmaq çətindir. İl ərzində Ukraynanın şərqi və Liviya da daxil olmaqla azı iki hərbi münaqişə başlayıb və həmçinin başqa çoxsaylı münaqişələr davam edib.

Məsələn, İsrail-Fələstin münaqişəsi kimi ötən illərdə başlamış bir çox münaqişələr bu il daha güclü şəkildə alovlanıb.

Bunlardan əlavə, erməni helikopterinin vurulması insidentinin xatırlatdığı kimi çox sayda Dağlıq-Qarabağ münaqişəsinə bənzər potensial baxımdan təhlükəli “donmuş münaqişələr” də qalmaqda davam edib.

Donbas

Ukraynanın Şərqində ölkə ordusu ilə tanınmamış DXR və LXR-in qeyri-nizami hərbi birləşmələri arasında müharibə ötən yazda başlanıb.

İlin əvvəlində başlamış gərgin siyasi şərait bir neçə həftənin ərzində tammiqyaslı açıq müharibəyə çevrilib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

İlin sonlarına doğru Donbasdakı müharibə mövqe və səngər müharibəsi şəklini alıb

Ölkə Krım kimi bütöv bir regionundan məhrum olub. Bu ərazi, Rusiyanın və digər iki vilayətin nəzarəçarpacaq hissəsi isə tərkibinə çox sayda Rusiya vətəndaşının daxil olduğu birləşmələrin nəzarətinə keçib.

Krımın faktiki olaraq qan tökülmədən Rusiyaya birləşdirilməsi əməliyyatından sonra leksikona “çarpaz müharibə” termini daxil olub. Buna əlavə olaraq, varlıqları Moskva tərəfindən inkar edilən və geyimlərində heç bir nişanları olmayan Rusiya hərbçilərini danışanın münasibətindən asılı olaraq “yaşıl adamcıqlar” və ya “nəzakətli insanlar” adlandırmağa başlayıblar.

Kiyevdə və Qərb paytaxtlarında Rusiyanı bu münaqişənin bir tərəfi hesab edirlər, beləki qarşıdurma zonasında yalnız Rusiyada istehsal olunan zirehli texnika və silahlar aşkar edilib.

Bundan əlavə Ukraynanın əlinə üstlərində Rusiya hərbçilərinin sənədləri olan silahlı adamlar keçib.

Moskva Rusiya ilə həmsərhəd Ukrayna bölgələrindəki hərbi əməliyyatlarda iştirakını qəti şəkildə inkar edir və münaqişəni Ukraynadaxili qarşıdurma adlandıraraq, oradakı Rusiya hərbçilərinin müstəsna olaraq könüllü rolunda çıxış etdiklərini vurğulayır.

May ayından oktyabradək Ukraynanın iki vilayətinin ərazisində şiddətli döyüşlər gedib, lakin ilin axırlarına doğru hər iki tərəf az-çox böyük əməliyyatların keçirlməsi üçün qüvvə ehtiyatını tükəndirib.

Müharibə sürəkli və səngər xarakterli münaqişəyə çevrilib.

“İslam Dövləti”

“İslam Dövləti” adlanan radikal qruplaşma ötən onilliyin ortalarında zühur edib, lakin onun fəallığı 2014-cü ilin yayında Suriya və İraqda keçirdiyi geniş miqyaslı müzəffər hücumların ardınca daha da artıb.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

“İslam Dövlətinin” yaraqlıları 2014-cü ilin iyun ayında Suriyanın Raqqa şəhərində keçirdikləri improvizə olunmuş parad zamanı

Bir neçə həftə ərzində yaraqlılar Suriyanın şərqində, habelə İraqın şimal və qərbində bir neçə iri şəhəri ələ keçiriblər.

Qruplaşma əsirlər, habelə ələ keçirdikləri jurnalistlər və dini-etnik azlıqların nümayəndələri ilə qəddar rəftarı ilə ad çıxarıb. Suriya insan haqları fəallarının verdiyi məlumata görə, son yarım il ərzində yaraqlılar az qala iki min nəfəri güllələmək, başlarını kəsmək və daşqalaq etməklə qətlə yetiriblər.

İD-ə qarşı ABŞ-ın rəhbərliyi altında koalisiya çıxış edib. Bir sıra ərəb ölkələrinin də daxil olduğu koalisiya əsasən hava zərbələrini həyata keçirir. Avqustun 8-dən bəri İraqdakı yaraqlıların mövqelərinə 800-dək hava zərbəsi endirilib.

ABŞ Bəhreyn, İordaniya, Qətər, Səuduiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Suriyanın işğal altında olan ərazilərindəkidə İD-ə 550 zərbə endirib.

Rusiyanın Ali Məhkəməsi dekabrın 29-da “İslam Dövləti” və “Cəbhət ən-Nüsra” cihadçı qruplaşmalarını terrorçu təşkilatlar elan edib.

ABŞ-ın dövlət katibi John Kerry dekabrın əvvəllərində aviasiya zərbələrinin cihadçılara böyük ziyan vurduğunı desə də, İD-ə qarşı kampaniyanın illərlə davam edə biləcəyini etiraf edib.

Qəzzadakı “Sarsılmaz qaya”

İsrail və Fələstin muxtariyyəti arasında onsuz da sadə olmayan münasibətlər 2014-cü ilin ortalarından korlanıb.

İyun ayında İsrail yeniyetmələrin oğurlanması və qətlə yetirilməsi ilə əlaqədar Həməs Fələstin qruplaşmasının bir neçə üzvünü həbs edib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Avqust ayında sülh sazişinin imzalanmasından sonra İsrail tankı Qəzza zolağını tərk edir

Fələstinli yeniyetmənin yəhudi dini ekstremistlər tərəfindən öldürülməsindən sonra İsrail şəhərlərinin Qəzza zolağından atışə tutulmasına başlanıb.

Bu atəşlərə cavab olaraq İsrail “Sarsılmaz qala” kod adlı böyük hərbi əməliyyata başlayıb.

İsraillilərin hərbi əməliyyatına Qəzza zolağındakı hədəflərə aviasiya zərbələrinin endirilməsi və quru qoşunlarının hərəkəti daxil idi.

İsrail hərbçiləri bildirirdilər ki, Həməsin silah əldə etdiyi tunellər şəbəkəsinin dağıdılması üçün müdaxilə edilməsi zəruri olub.

Avqust ayında Misirin vasitəçiliyi ilə tərəflər atəşin kəsilməsi barədə razılaşma əldə ediblər.

Bu münaqişə nəticəsində 60 israilli və 2000-dək fələstinli həlak olub.

Liviyada vətəndaş müharibəsi

Mayın 16-da Liviya Milli Ordusunun generalı Xəlifə Həftar elan edib ki, onun qüvvələri Benqazidəki islamçıların üzərinə hücuma başlayır. O baş nazir Əhməd Maytığı yaraqlıları dəstəkləməkdə ittiham edirdi.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Liviya Milli Ordusunun əsgəri Benqazidəki döyüşlər zamanı

Mayın 18-də Tripolidə döyüşlər başlandı. Qoşunlar Ümummilli konqresin binasına və digər hökumət binaları üzərinə hücuma keçdilər.

Onlara qarşı hökumətə loyal silahlı dəstələr çıxış edirdi.

Ölkədəki hərbi böhran siyasi böhranla müşaiyət olunur. İyun ayında baş nazir öz postundan kənarlaşdırılıb.

İyul ayında ABŞ da daxil olmaqla xarici diplomatik missiyalar ölkəni tərk edib. Avqustda Liviya parlamenti təhlükəsilik mülahizələri ilə Tobruka köçürülüb.

Avqustuin 23-də “Mərkəzi qalxan” (islamçı qüvvələrin koalisiyası) dəstələri Tripoli aeroportunu tutub.

Payız aylarında Benqazi, Tripoli və başqa şəhərlərdə qarşıdurma davam edib.

Mərkəzi Afrika Respublikası

Mərkəzi Afrika Respublikasında hökumət və müsəlman qiyamçılar arasında münaqişə 2012-ci ildə başlanıb.

Artıq bu vaxt müsəlman və xristian silahlı qruplaşmaları arasında qarşıdurmaya çevrilmiş münaqişənin ən faəl mərhələsi 2013-cü ilə təsadüf edib. 2014-cü ildə tərəflər münaqişənin davam etdiyi bir şəraitdə sülh razılaşması əldə etməyə çalışıb.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

“Anti-Balaka” xristian yaraqlı dəstəsinin döyüşçüsü MAR-da öz kəndinin keşiyində

Yanvar ayında, müsəlman qiyamçıların 2013-cü ildə ölkədəki hakimiyyəti ələ almış lideri Mişel Cotodiya asayişi bərpa edə bilməməkdə ittikham edildikdən sonra istefaya gedib.

Bütün il ərzində MAR-da “Seleka” adlanan müsəlman qruplaşması ilə “Anti-Balaka” xristian, daha doğrusu anti-müsəlman dəstəsi arasıda toqquşmalar baş verib.

Hər iki tərəf xüsusi qəddarlıqla hərəkət edib. Kannibalizm halları qerydə alınıvb.

Ölkədə BMT-nin sülhyaradıcı kontingenti (MİNUSKA-nın mandatına hərbi və polis hissələrinin yerləşdirilməsi daxildir), habelə Avropa İttifaqının (EUFOR RCA) qüvvələri fəaliyyət göstərir.

Avropa kontingentinin tərkibində əvvəlcə fransızlar və estonlar var idi, sonradan əməliyyata İspaniya, Finlandiya, Gürcüstan, Latviya, Lüksemburq, Hollandiya, Polşa və Rumıniyanın da qüvvələri qoşulublar.

Cənubi Sudan

Cənubi Sudan hökuməti ilə keçmiş vitse-prezident Riek Maşarın qiyamçı qüvvələri arasında silahlı mübarizə 2013-cü ilin dekabrında başlanıb.

Cənubi Sudanın prezidenti Salva Kiir Maşarı qəsddə və dövlət çevrilişi cəhdində ittham edib.

Bundan sonra üsyançılar bir neçə həftə ərzində bir sıra şəhərləri zəbt ediblər.

Comments are closed, but trackbacks and pingbacks are open.