Press "Enter" to skip to content

Paşinyan vəd tələsində: erməni separatçılar yeni təxribat hazırlayırlar

Bildiyi üçün də vəziyyəti ağırlaşdırır, Rusiya Sülhməramlı Kontingentin mövcudluğunun şübhə altına alınaraq əvəzlənməsi ilə bağlı müzakirələrə zəmin yaratmağa çalışır.

Yeni 8 ci sinif azrbaycan tarixi metodik vsait

Məşhur tədqiqatçılar bu sahədə hansı qənaətə gəliblər?
Elmi ədəbiyyatda bu suala indiyədək çoxlu və bir o qədər də müxtəlif cavablar verilmişdir.
Rus tədqiqatçılarından V.S. Leqkobıtov (1806-1860) talışları farsların bir hissəsi hesab etmişdir.
İ.İ. Şopen 1840-cı ildə çap etdirdiyi rəyində göstərmişdir ki, V.S. Leqkobıtovun talışları farsların bir hissəsi hesab etməsi elmi cəhətdən səhvdir. (Bax: Qəmərşah Cavadov. Talışlar. B., 2004, S.36)
Azərbaycan tarixçilərindən Aydın Balayevin də fikirincə, talışların əcdadı farslardır. (Bax: 1985-ci ildə Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar .B. 1986, S.115).
Məşhur rus şərqşünası professor İ. Berezin Q. Klarpotun talışların əcdadının midiyalılar olması haqqındkı mülahizəsinə qarşı çıxmış, bu mülahizəni təsdiq edəcək qədər faktın olmadığını bildirmişdir. (Q.Cavadov. Talışlar. S.38).
Rus tədqiqatçlarından D.A. Kistenyev talışları ərazinin aborigen əhalisi saymış, onları bir-birindən müəyyən qədər fərqlənən – talışlara, pornaimlərə, alarlara, orandlılara və zuvandlılara bölmüşdür. D. Kistenyev göstərirdi ki, talışlar meşəlik ərazilərdə, zuvandlılar Zuvand dağlarının cənub-qərbində, pornaimlər Viləş və Şaqratük çaylarının arasında yaşayırlar. Orandlılar və alarlar köçəri tayfalar olub, yayda öz yaylaqlarında, qışda orandlılar meşələrdə, alarlar isə indiki Cəlilabad rayonundakı Qarayar çayı boyundakı qışlaqlarda yaşayıblar. (Bax: Q. Cavadov. Talışların. S. 42-43).
Talışların mənşəyi ilə bağlı professor B.V. Miller də maraqlı mülahizələr irəli sürmüşdür . B.V Millerin mülahizələrindən birinə görə, sünni talışlar dilini itirib talışlaşmış türklərdir. Onlar Orta Asiyadan gətirdikləri sünnilik məzhəbi ilə bərabər, kiçik fonetik dil xüsusiyyətlərini də qoruyub saxlamışlar. Talışların fiziki tipinin müxtəlifliyi – düzən və meşəlik yerlərdə yaşayanların qarabuğdayı olması, dağlıq və meşəsiz ərazilərdə isə bir qədər ağbənizliyi ola bilsin ki, türklərin talışlaşmasının və onlarla qaynayıb – qarışmasının nəticəsidir. Bu mülahizələrin düzgün olub-olmadığını müəyyənləşdirmək talışların hərtərəfli öyrənilməsi nəticəsində mümkün olacaqdır. (Bax: Q.Сavadov. Talışlar. S. 29-30).
XIX əsrdə yaşamış bəzi rus almiləri talışların əcdadının türkdilli olması və onların sonralar irandilli tayfalar tərəfindən assimilyasiya edilməsi mülahizəsini irəli sürmüş, lakin bu mülahizəni təsdiq edəcək əsaslı dəlillər göstərə bilməmişlər.
Talışların əcdadının Qafqaz mənşəli olması mülahizəsini isə ilk dəfə akademik N.Y. Marr irəli sürmüş, tədqiqata çoxlu linqvistik material cəlb etsə də, öz məqsədinə nail ola bilməmişdir. (Bax: 1985-ci ildə Azərbaycanda. S.115).
Filologiya elmləri doktoru Əbülfəz Rəcəbov göstərir ki, talışların əcdadı Kadusi , Gel və Hirkan tayfalarıdır. Lənkəran rayonundakı Hirkan qoruğu və Hirkan meşəsi hirkanların yaşadığı yerlərdir.(Ə.Rəcəbov. Talışlar. “Tolışi sədo” qəzeti, 7. III, 1992).
Filologiya elmləri doktoru Məsud Məmmədovun da fikirincə, talışların əcdadı kadusilərdir. Lakin Astara rayonunun Uti, Miki və Ambaran kəndlərinin əhalisi Uti, Miki və Apir (Aparn) tayfalarının nəsilləridir və antropoloji quruluşlarına görə, Talış zonası əhalisinin qalan hissəsindən fərqlənirlər. Sakaşon kəndinin adı isə Sak tayfası ilə bağlıdır. (Bax: Azərbaycan SSR EA-nın Xəbərləri. Yer haqqında elmlər ser., 1974,№ 6 , S.105-108).
İran alimlərindən Məhəmməd Həsənxanın, Əhməd Kəsrəvinin, Əli Əbdolinin , Azərbaycan tarixçilərindən Qiyasəddin Qeybullayevin, Abdulla Fazilinin və Seyidağa Onullahinin fikrincə, talışların əcdadı Kadusi tayfasıdır. Onlara bu mülahizəni irəli sürməyə əsas verən yeganə fakt isə Kadusi tayfasının yaşadığı ərazinin bir hissəsində hazırda talışların yaşamasıdır. İran tarixçisi Həsən Pirniya bu mülahizə ilə bağlı yazmışdır: “Kadusilər Gilanda yaşayan xalq olmuşlar. Bəzilərinə görə, onlar müasir talışların əcdadı imişlər. Kadus sözü müasir taluş, yaxud talış sözünün yunanlaşmış formasından ibarət olmuşdur. Hələlik əlimizdə elə bir sənəd yoxdur ki, bu faktı isbat etsin”. (Abdulla Fazili. Azərbaycanın qədim tarixi müasir İran tarixşünaslığında. B. 1970. S.118).
Mənsə, apardığım tədqiqat əsasında belə bir nəticəyə gəlmişəm ki, talışların soykökündə qədim dünyanın Skif, Sak, Sarmat tayfalarının irandilli hissəsi və türklər dayanır və növbəti məqalələrimizdə bu haqda bəhs edəcəyik.

Tofiq Əzizov, tarixçi, arxeoloq
Masallı r-nu, Tatyan kəndi

24-06-2014 11:11 Baxılıb: 21 2000

  • Baş səhifə
  • Xəbərlər
  • Gündəm
  • Publisistika
  • Müsahibə
  • Mədəniyyət və incəsənət
  • Litparad
  • Kriminal
  • Musiqi
  • Gülüş çələngi
  • Maraq dünyamız
  • Facebook statusları
  • Araşdırmalar
  • Pərdəarxası
  • Ən yeni tarix
  • Vahhabilik nədir?
  • Nurçuluq
  • Сирия выстоит и победит!
  • Kahr olsun İsrail!
  • Avrasiya mahnıları
  • Mənəviyyat aləmi
  • Azərbaycan şeir antologiyası
  • Şəkil

Paşinyan vəd tələsində: erməni separatçılar yeni təxribat hazırlayırlar

Ermənistanın hakimiyyət dairələri Azərbaycanla yekun sülh sazişinin imzalanması prosesini mümkün qədər ləngitmək və imkan yaranarsa, süni gərginlik yaratmaq üçün yeni silahlı təxribat hazırlayırlar. Təxribatın Ermənistanla ölkəmiz arasındakı şərti dövlət sərhədi boyunca törədilməsi ehtimalı az deyil.

Bununla belə, hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti operativ nəzarət arealında olan, özlərini məhz rusiyalı sülhməramlıların sayəsində çox rahat hiss edən silahlı erməni separatçı dəstələri tərəfindən də Azərbaycan Ordusunun mövqelərinə hücum istisna deyil.

Eramızın 1-ci əsrində Qədim Romada yaşamış məşhur hüquqçu Kassian Lonqin Ravilla istənilən cinayət əməlinin araşdırılması və təhqiqatı zamanı ilk əvvəl bir suala – “Cui prodest?” (“Kimə sərfəlidir?”) cavab aranmasını bəyan edirdi.

Ravillanın müdrik açıqlamasından iki min il keçsə də, romalının söylədiyi hələ də aktualdır.

Ermənistanın yeni təxribatı kimə sərfəlidir?

Sualı cavablamaq üçün dünənki atışmanı xatırlayaq.

Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların və vətəndaş cəmiyyəti nümayəndələrinin dinc aksiyaya başladıqları gündən bəri Ermənistan Xankəndinə silah-sursat, amunisiya, minalar və s. yollamaq üçün ənənəvi marşrutdan istifadə edə bilmir.

Belədə İrəvan alternativ marşrutlar və torpaq yollar seçib ki, onlardan birində də azərbaycanlı hərbçilərin operativ müdaxiləsi nəticəsində növbəti silah daşımasının qarşısı alınıb.

Ermənilərin özlərinin sosial şəbəkələrdə paylaşdıqları videogörüntülərə diqqətlə baxdıqda iki məqam diqqət çəkir.

Həmin məqamlardan biri UAZ markalı avtomobilin Ermənistana aid dövlət nömrə nişanlarıdır. Xankəndindəki separatçı rejimin “maşında yerli polislər olublar və onlar Xankəndindən Ermənistan istiqamətinə, nəzarət-buraxılış məntəqəsinə gedirdilər, həlak olanlar pasport-viza xidmətinin əməkdaşlarıdır” açıqlamasının ağ yalan olduğu bəlli olur.

Çünki Ermənistan dövlət nömrə nişanlı avtomobil Xankəndindən yox, Xankəndi istiqamətə hərəkət edirdi.

İkinci məqam isə Xankəndi-Xəlfəli-Turşsu istiqamətindəki torpaq yolda hərəkəti dayandırılan avtomobilin içində və yol kənarında olan patron yeşikləridir.

7,62×39 mm çaplı (7H1) patronların olduğu bu yeşiklər Rusiya Federasiyasında istehsal olunub (QOST V 1806-75, 57-YA-005 tipi) və Ermənistana satılıb.

Rusiyalı sülhməramlılar hadisə yerinə çatıb çəkiliş aparanda avtomobilin içini ötəri çəkirlər. Patron yeşikləri maşından çıxarılıb kənara atılır, amma yeşiklərdən biri yenə kadra düşür.

Bütün bunlar çox aşkar və konkret şəkildə subut edir ki, sözügedən UAZ avtomobili ilə Ermənistandan Azərbaycan ərazisi olan Xankəndinə silah-sursat daşınırdı.

Eyni zamanda, 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinin RSK tərəfindən icra olunmadığı, məhz rusiyalı sülhməramlıların “laqeydliyi” sayəsində ermənilərin İrəvandan Xankəndinə silah və sursat daşıdıqları bir daha bəlli olur.

Belədə, Ermənistanın yeni silahlı təxribat hazırlaması az qala rutin olay təsiri bağışlayır.

Situasiya Şərqdə çox qədim “meymun və küp” misalını xatırladır. Qədimlərdə Şərqdə meymunu diri tutmaq üçün çox dar boğahlı böyük küpdən istifadə olunurdu. Küpün içinə bir-iki ovuc qoz və ya fındıq atılırdı. Meymun küpü görəndə yaxınlaşır, pəncəsini küpə salır və qozu, yaxud fındığı ovuclayırdı.

Lakin ovcunu küpdən çıxara bilmirdi: boğaz çox dar idi və meymunun yumruğu çölə çıxmırdı. Küp ağır olduğundan, meymun onu apara da bilmirdi. Ovçu peyda olanda belə, meyman qaçmırdı: tamah güc gəldiyindən o, ovcunu açmır, qozdan əl çəkmirdi. Beləcə, meymun azadlığını tamahına, xülyasına qurban verirdi.

Ermənistan indi Avropa İttifaqının və Fransanın çox cazibədar görünən vədlərinə aldanaraq taleyini ovcunda sıxıb: aqressiv, şovinist və militar əməllərinə görə karma qismində yaxınlaşan talenin cəzasını hiss etsə də, ovcunu açmır, tələyə dönmüş “Qərb vədləri” küpünü buraxmır.

Baş nazir Nikol Paşinyan Fransanın dövlət başçısı Emmanuel Makronun vədlərinə inanaraq güman edir ki, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası, xüsusilə də yekun sülh sazişinin imzalanması prosesini mümkün qədər ləngitməyə çalışır.

Avropa İttifaqının müşahidə missiyasını (EUMA) Ermənistana dəvət edən və aralarında peşəkar hərbçilər, polislər və kəşfiyyatçıların olduğu missiyanı az qala İrəvanı Brüsselə meyllənməsində əhəmiyyətli nüans kimi qələmə verən N.Paşinyanın strategiyası həmişə olduğu kimi, çox bəsit və primitivdir.

Azərbaycanla şərti sərhəddə və yaxud alınarsa, RSK-nın operativ nəzarətindəki ərazilərdə silahlı təxribatı gerçəkləşdirməklə Ermənistan iki taktiki məqsədinə çatmağa can atır:

1. RSK kontingentinin silahlı qarşıdurmalar, atışmalar və mövqelərin atəşə tutulması ilə bağlı insidentlərin qarşısını preventiv şəkildə almaq imkanında olmadığı, beləcə, gərgin situasiyanın normallaşdırılması istiqamətində konkret addımların atılmaması.

2. RSK-nın fəaliyyətinin qənaətbəxş olmaması səbəbindən regiona beynəlxalq sülhməramlı kontingentin dəvət edilməsi məsələsinin gündəmə gətirilməsi, həmin məsələnin həllində Aİ-nin iki ən böyük dövlətlərindən biri qismində Fransadan siyasi yardımların istənilməsi.

Məhz bu səbəbdən Ermənistan Müdafiə Nazirliyinin hərbi birləşmələrir mövqelərimizi atəşə tutur, vəziyyəti daha da gərginləşdirmək üçün iriçaplı silahlardan və minaatanlardan istifadə edirlər.

ABŞ və Avropa İttifaqının nümayəndələrinin Bakıda bu gün Azərbaycan rəhbərliyi ilə apardıqları danışıqlarla müzakirələrin də əsas mövzusu Ermənistanla yekun sülh sazişinin layihəsinin və ya Qarabağ iqtisadi zonasında yaşayan ermənilərlə rəsmi Bakının dialoqunun başlanmasının müzakirəsi deyildi.

Əsas mövzu Azərbaycan-Ermənistan danışıqlarının keçirilmə şərtləri idi.

Rəsmi Bakı Vaşinqtonloa Brüsselin nəzərinə çatdırıb ki, dünənki insidentin üzərindən keçmək niyyətində deyil və bunun ciddi sonucları olacaq.

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması və qarabağlı ermənilərlə dialoq prosesində əsas maneə RSK nəzarətindəki ərazilərdə silahlı erməni dəstələrin olması, Ermənistanın Xankəndinə silah və sursat yollamasıdır.

Həmin silahlı dəstələr Qarabağdan çıxarılmayınca nə yekun sülh sazişinin imzalanması prosesi ilə bağlı danışıqlar, nə də qarabağlı ermənilərlə rəsmi Bakının dialoqu effektiv nəticələr verən deyil.

Vəziyyətin Ermənistan tərəfdən süni şəikldə gərginləşdirilməsi və İrəvanın yeni silahlı təxribata hazırlıq görməsi təbii ki, hansısa diplomatik fəallıqla zərərsizləşdirilə bilməz.

İlkin mərhələdə yeganə çıxış yolu Azərbaycandan Ermənistana gedən bütün yollarda nəzarət-buraxılış məntəqələrinin yaradılmasıdır. Əks təqdirdə istənilən formatlı danışıqlarla müzakirələr predmetsiz, subyektsiz olur və belədə hansısa inklüziv təmaslardan danışmağın özü ifrat nikbinlik təsiri bağışlayır.

Silahlı təxribat hazırlayan və danışıqlar prosesini gərginliklə uzatmağa can ataraq “beynəlxalq sülhməramlı kontingent” xülyası ilə çırpınan İrəvanın indiki marazmatik davranışlarını gerçəklik məcrasına, konstruktivliyə qaytarmağın yolları bəllidir.

Ermənistana absurd vədlər verən Qərb yürütdüyü siyasətin hansı fəsadlara səbəb ola biləcəyini bilir.

Bildiyi üçün də vəziyyəti ağırlaşdırır, Rusiya Sülhməramlı Kontingentin mövcudluğunun şübhə altına alınaraq əvəzlənməsi ilə bağlı müzakirələrə zəmin yaratmağa çalışır.

Bu plan baş tutmayacaq.

Rusiya və Belarusla Gömrük İttifaqının üzvü, Avrasiya İqtisadi Birliyinin mənsubu, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibi olan Ermənistan istədiyi qədər “ekzistensial təhdid”lərdən bəhs edə bilər.

Fəqət, E.Makronun vəd etdiyi “Avropa dəstəyi” ssenarisinin ilk addımının reallaşması və bölgədə sülhün bərqərar olmasına yönəlmiş alternativ mexanizmlərin işə düşməsi üçün Ermənistan Rusiyanın dirijorluq etdiyi bloklarla təşkilatları tərk etməlidir.

KTMT-də və “Gömrük İttifaqı”nda qalaraq Avropa İttifaqına yaxınlaşmaq mümkün deyil.

Ermənistanın iqtisadi, siyasi və s. baxımdan Rusiya Federasiyasından asılılıq səviyyəsi çox böyükdür. Üstəlik, Moskva ilə münasibətlərin gərginləşməsi Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq.

Ən nəhayət, Rusiya Ermənistanı asanlıqla əldən verən deyil – Paşinyanın bütün cəhdlərinə və Azərbaycana qarşı təxribatlarına rəğmən.

Elçin Alıoğlu
TREND

Comments are closed, but trackbacks and pingbacks are open.