Prokurorların səlahiyyətləri artırılır
Həmin işlərə baxmaq səlahiyyəti isə məhkəmələrə aiddir. Həmin xətalar əsasən vəzifəli şəxslərin prosedur qaydalarını pozması ilə bağlıdır.
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər tətbiq edilir: YENİ XİDMƏT
Azərbaycan prezidentinin 2016-cı il 15 fevral tarixli fərmanı ilə cari ilin mart ayının 1-dən etibarən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, bununla əlaqədar Nazirliyin müvafiq sistemlərində yeni Məcəllənin maddələrinə uyğun olaraq müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.
Bildirilir ki, bu istiqamətdə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməmiş (qərarsız) protokollar barədə məlumatların əldə edilməsi və onların ödənişinin həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinin mövcud “Elektron Ödənişlər Sistemi”ndə əlavə funksionallıqlar işlənib hazırlanıb.
Həmçinin, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində nəqliyyat vasitələri və sürücülük vəsiqələri barədə məlumatların Fərdi İdentifikasiya Nömrələri ilə təmin edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə yeni elektron xidmət kabineti yaradılıb. Bununla da elektron protokollarda Fərdi İdentifikasiya Nömrələrilə təmin edilmə texniki baxımdan mümkün olan ən yüksək həddə çatdırılıb.
Vətəndaşlar bu xidmətlərdən istifadə etmək üçün https://e-xidmet.mia.gov.az və https://e-payment.mia.gov.az linklərinə daxil ola bilərlər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Prokurorların səlahiyyətləri artırılır
“Həmin işlərə baxmaq səlahiyyəti isə məhkəmələrə aiddir”.
Azərbaycanda bir sıra məsələlərdə prokurorların səlahiyyətlərinin artırılması nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib ki, bu məsələ Milli Məclis tərəfindən qəbul edilən yeni İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.
Onun sözlərinə görə, yeni İnzibati Xətalar Məcəlləsində əksər xəta tərkibləri, məsuliyyətə cəlb etmə qaydası və digər məsələlər köhnədə olduğuna oxşardır.
Məcəllədə ən ciddi konseptual yenilik prokuror nəzarəti ilə bağlıdır:
“Yeni Məcəllə inzibati xətalara dair işlər üzrə icraatda prokurorun rolunu əsaslı şəkildə dəyişərək, onu cinayət prosesində iştiraka yaxınlaşdırma istiqamətində ciddi addım atıb. Bir xeyli xətalar var ki, onlara görə məsuliyyətə cəlb etmə prokurorların qərarı ilə olacaq.
Həmin işlərə baxmaq səlahiyyəti isə məhkəmələrə aiddir. Həmin xətalar əsasən vəzifəli şəxslərin prosedur qaydalarını pozması ilə bağlıdır.
Hətta yetkinlik yaşına çatmayanların (16-18 yaş arasında olanların) törətdiyi bütün xətalara dair işlər barədə prokurora məlumat verilməlidir və o, bu işlərdə iştirak edə bilər.
Prokurora məlumat verilmədən həmin işlərə baxıla bilməz.
Ən maraqlısı odur ki, kimsə vəkil adından qanunsuz istifadə edərsə, o da prokurorun qərarı ilə başlanmış iş üzrə məhkə tərəfindən 200-300 manat, vəzifəli şəxs olarsa, 600-800 manat məbləğində cərimələnəcək”.
Qeyd edək ki, yeni İnzibati Xətalar Məcəlləsi 2016-cı il martın 1-dən qüvvəyə minəcək.
Comments are closed, but trackbacks and pingbacks are open.