Press "Enter" to skip to content

Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz – RƏSMİ

Şəxsi həyatınız üçün hədəflər qoymaq şəxsi nailiyyətlər əldə etməyinizə kömək edəcəkdir. Hobbi, sağlamlıq və ya təhsil kimi mövzularda həyatınızda bir neçə sahəni inkişaf etdirmək üçün şəxsi hədəflər təyin edə bilərsiniz. Şəxsi hədəflər qoymaq, karyeranızda da uğur qazanmağınıza da kömək edə bilər.

Yeni səhifə üçün necə şəkil təyin edə bilərəm?

“Sən saydığını say, gör bir fələk nə sayır”

Uzun və ya qısa-müddətli hədəflər, planlamalar sizə mənasız gəlir? Yuxarıdakı atalar sözündə deyildiyi kimi, biz hədəflər təyin etsək də, həyatın nə gətirəcəyini bilmirik. Məsələn, karantindən əvvəl qısa və uzun müddətli hədəflər müəyyən edən şirkətlər, fərdlər istiqamətlərini dəyişməli və yeni hədəflər təyin etməli oldular.

Hədəflərə həmişə çatmaya bilərik, amma çata bilmədiyimiz hədəflər sayəsində belə, bir şey əldə edirik. Məsələn, TƏCRÜBƏ.

Belə bir söz də var:

“Hədəfi olmayan gəmiyə heç bir külək yardım etməz”

Hədəflər təyin etmədən yaşam çox xaotik olmazmı?

İş axtarmaq, iş tapmaq, işinizdə uğur qazanmaq. Bütün bunların ilk addımı karyeranız üçün düzgün hədəflərlə təyin etməkdən keçir.

Hədəflərin müəyyənləşdirilməsi karyera planlaşdırma prosesinin əhəmiyyətli bir hissəsidir.

Karyera planınızda həm uzun, həm də qısamüddətli hədəfləri olmalıdır. Hər birinə çatmaq üçün atacağınız addımları və sizə mane ola biləcək maneələri aşmağın yollarını da təyin etmək vacibdir.

Bəzən, üç aydan az bir müddətdə qısa müddətli bir hədəflərinzə çata bilərsiniz və uzunmüddətli bir hədəfin tamamlanması beş ildən çox ola bilər. Hər bir uzunmüddətli hədəfə çatmaq üçün əvvəlcə həm qısamüddətli hədəflər təyin edilməlidir.

Hədəflərinizin həyata keçirilməsini təmin etmək üçün beş əsas elementi nəzərdən keçirməlisiniz. Bu beş elementin nəzərə alınaraq təyin edildiyi hədəflər “SMART hədəf” adlanır. SMART ingiliscə specific (dəqiq), measurable (ölçülə bilən), achievable (əldə oluna bilən), relevant (uyğun), time-bound (vaxt çətçivəsində) sözlərinin baş həriflərindən yaranan ifadədir. Bu o deməkdir ki, hədəflər spesifik, ölçülə bilən, sizə uyğun, müəyyən vaxt çərçivəsində həyata keçirilə bilən və əldə edə biləcəyiniz real hədəflər olmalıdır.

Keçmişdə həddindən artıq qeyri-müəyyən olduğu üçün hədəflərinizə çatmamış ola bilərsiniz. Zəif planlanmış bir hədəfə doğru getmək əlçatmaz görünə bilər. SMART hədəflərinin yaradılması bu problemləri həll etməyə kömək edə bilər. İstər şəxsi, istərsə də peşə hədəfləri təyin etməyinizdən asılı olmayaraq, SMART hədəf üsulunu istifadə edərək uğur qazanmaq üçün güclü bir zəmin yarada bilərsiniz.

Şəxsi həyata dair hədəflər

Şəxsi həyatınız üçün hədəflər qoymaq şəxsi nailiyyətlər əldə etməyinizə kömək edəcəkdir. Hobbi, sağlamlıq və ya təhsil kimi mövzularda həyatınızda bir neçə sahəni inkişaf etdirmək üçün şəxsi hədəflər təyin edə bilərsiniz. Şəxsi hədəflər qoymaq, karyeranızda da uğur qazanmağınıza da kömək edə bilər.

Hobbilərinizi, təcrübə və ya inkişaf etdirmək istədiyiniz bacarıqları artırmaq iş həyatınıza da təsir edə bilər. Müraciət etdiyiniz işlərlə əlaqəli olduqda, bunlar CV-inizə əlavə edə biləcəyiniz bacarıqlara çevrilə bilər.

Bir neçə şəxsi həyat hədəfi nümunəsi:

  • Hər hansı musiqi alətində bilikərə yiyələnmək və ya idman oynamaq kimi hobbilərinizi inkişaf etdirmək
  • Diksiya və ya natiqlik kimi bacarıqların artırılması
  • Müəyyən bir mövzu və ya təhsil sahəsi haqqında məlumatlarınızı artırmaq
  • Əlaqələrin qurulmasına və ya yaxşılaşdırılmasına diqqət etmək

Karyera inkişafı üçün hədəflər

Peşəkar hədəflər müəyyənləşdirmək həm müəyyən tapşırıqları, ya da layihələri başa çatdırmaqda, həm də karyera hədəflərinizə çatmaqda kömək edə bilər.

Bir neçə peşəkar hədəf nümunəsi:

  • Müəyyən bir vəzifəyə yüksəlmək
  • Böyük bir layihə tamamlamaq
  • Texniki bacarıqların artırılması
  • Karyera dəyişikliyi

SMART hədəfi necə təyin edə bilərsiniz?

Spesifik

Hər şeydən əvvəl hədəfin xüsusiyyətləri mümkün qədər aydın şəkildə müəyyənləşdirməlisiniz. Məqsəd konkret olmalıdır, müəyyənləşdirilməmiş detallar olmamalıdır. Bunun üçün özünüzə aşağıdakı suallları verə bilərsiniz.

  • Nə etmək istəyirəm?
  • Bu nə üçün vacibdir?
  • Hansı mənbələr və ya məhdudiyyətlər var?

Ölçülə bilən

İrəliləmənizi izləmək və motivasiyadan düşməmək üçün ölçülə bilən hədəflərə sahib olmağınız vacibdir. Bu əməyinizi qiymətləndirməyə, diqqətinizi cəmləşdirməyə kömək edir. Ölçülə bilən hədəf təyin edərkən aşağıdakı sualları verə bilərsiniz.

  • Hədəfinizə çatdığınızı hansı dəlillər sübut edəcəkdir?
  • Uğurlu olduğunuzu necə biləcəksiniz?
  • Nə qədər vaxta bu hədəfə çata biləcəksiz?
  • Başqa hansı rəqəmləri daxil edə bilərsiniz?

Bu rəqəmləri təyin edərkən realistik olun. Məsələn, ingilis dili öyrənəcəksinizsə, hal-hazırki səviyyənizi müəyyən edin. Başlanğıc səviyyədə olub “3 aya ingilis dilini öyrənəcəm” deməyiniz real deyil.

Əldə oluna bilən

Hədəfiniz həm də real və əldə edilə bilən olmalıdır. Bu o demək deyil ki, sizi çətinə salmayacaq hədəflər müəyyən etməlisiniz.

Əldə edilə bilən bir hədəf qarşınıza qoyduğunuzda, daha əvvəl nəzərdən qaçırılan imkanları və ya onu sizə yaxınlaşdıran mənbələri müəyyənləşdirə bilərsiniz. Əldə edilə bilən hədəf təyin edərkən aşağıdakı sualları cavablandıra bilərsiniz:

  • Bu hədəfə necə nail ola bilərəm?
  • Bu hədəfə çatmaq üçün əlinizdə nə var?
  • Hədəf maliyyə amilləri kimi digər məhdudiyyətlərə əsaslanaraq nə qədər realdır?

Uyğun

Hədəf sizin üçün uyğun deyilsə, motivasiyanız azalacaq və hədəfə çatmaq çox çətin olacaq. Özünüzə aşağıdakı suallları verməklə hədəfinizin sizə uyğun olub olmadığını müəyyən edə bilərsiniz.

  • Buna ehtiyac varmı?
  • Niyə indi bu hədəfi seçirəm?
  • Bu hədəfə çatsam həyatımda nə dəyişikliklər olacaq?
  • Mövcud vəziyyətə bu hədəf uyğundurmu?

Müəyyən vaxt daxilində

Hədəfə çatmaq üçün son tarixi müəyyən etməlisiniz. Belə oluqda “Sabah edərəm”, “Hələ çox vaxt var” fikirlərlə təxirə salmaları azalda bilərsiniz.

  • Hədəfə nə vaxt çatacam? Bu tarix nə qədər realdır?
  • Altı aydan sonra nə edə bilərəm?
  • Altı həftə sonra nə edə bilərəm?
  • Bu gün nə edə bilərəm?

Niyə SMART hədəflərindən istifadə etməli?

SMART hədəf çərçivəsini istifadə etmək atacağınız addımları, o hədəfə çatmaq üçün lazım olan mənbələri və bu yolda irəliləməni göstərən mərhələləri müəyyənləşdirir. SMART hədəf üsulu ilə hədəfinizə səmərəli şəkildə çatma ehtimalı daha yüksəkdir.

  • hellojobaz
  • iş elanları
  • şəxsi inkişaf
  • karyera inkişafı
  • hellojob bloq
  • karyera hədəfləri
  • SMART hədəflər
  • Hədəf qoymaq

Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz – RƏSMİ

Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.

Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi aprel ayından həyata keçirilsə də, yanvar ayından dövlət və özəl sektorda çalışan hər bir vətəndaşın maaşından müvafiq qaydaya uyğun sığorta haqları tutulur. Bu isə vətəndaşlarda suallar yaradır. Xidmət aprel ayından həyata keçirildiyi halda, niyə yanvar ayından sığorta haqqı tutulur?

Vətəndaşları narahat edən digər məqam isə ondan ibarətdir ki, İcbari Tibbi Sığorta Agentliyinin saytında xidmətlər zərfində 2550 tibbi xidmət qeyd olunsa da, həmin xidmətlərin siyahısı və tarifləri aydın şəkildə izah olunmur. Bir çox xəstəliklər üçün “tətbiq edilmir” yazılır və qarşısında da qiymət qeyd olunur. Vətəndaşlar isə bu portfelə hansı xəstəliklərin daxil olduğunu bilmək istəyirlər.

Qeyd edək ki, ötən il yanvar ayından bir sıra rayonlarda, o cümlədən də Şəkidə icbari sığorta tətbiq olunsa da Şəkidə vətəndaşlar xəstəxanaya gedərkən həmişəki kimi həm həkim qəbuluna, həm də göstərilən digər xidmətlər üçün pul ödədiklərini bildirirlər. Nəzərə alsaq ki, aprel ayının 1-dən icbari tibbi sığorta ölkə üzrə tətbiq olunur, prosesin şəffaflığı vətəndaşlar üçün çox vacib məsələdir. O baxımdan hər bir vətəndaş icbari tibbi sığorta ilə bağlı məlumatların geniş dərc edilməsini, maarifləndirmə işlərinin ciddi şəkildə aparılmasını zəruri hesab edir.

Cəmiyyəti narahat edən suallarla bağlı tibb elmləri doktoru Adil Qeybulla və İcbari Tibbi Sığorta Agentliyi ilə əlaqə saxladıq.

BAKU.WS-ə danışan tibbi elməri doktoru Adil Qeybulla hesab edir ki, icbari tibbi sığortaya keçmək üçün biz Türkiyə modelini götürməliyik: “Biz Türkiyə təcrübəsindən istifadə etməliyik. İndi birdən-birə hər şeyi ora salmaq mümkün olmayacaq. Mən xidmətlər paketi ilə tanış olmamışam. Amma birdən-birə bütün tibbi xidmətləri icbari tibbi sığorta paketinə cəlb etmək imkan xaricində olacaq. Çünki ayrılan vəsait onu həll etmir. Amma birinci növbədə doğuş və təxirəsalınmaz yardım paketə salınmalıdır”.

A.Qeybullanın fikrincə, əslində dövlət məmurları və xüsusi gəlirli biznesmenlər xüsusi qaydada sığorta olunmalıdırlar: “Biz onunla bağlı vaxtında dövlətə təkliflər vermişik. O ki qaldı vətəndaşların sığortasına, dövlət və özəl sektorda işləyənlərin, işsizlərin də öz sığorta qaydaları var. Bütün vətəndaşlar bu şəkildə sığorta olunub, əllərində sığorta vəsiqəsi olandan sonra hamı sığortalanmış olacaq. Ondan sonra sığortanın predmeti müəyyənləşməlidir ki, sığorta paketinə bu gün nə daxildir? Təbii ki, bütün xidmətlərin pulsuz qarşılanması real deyil. Əgər bunu etsələr, bu, əlavə çətinliklər, söz-söhbət yaradacaq və iş keyfiyyətsiz olacaq”.

A.Qeybulla hesab edir ki, aprel ayından xidmət həyata keçirildiyi halda, yanvar ayından sığorta haqqı tutulması ilə bağlı vətəndaşların narazılığı haqlıdır.

İcbari tibbi sığortanın bütün prosesinin sistemli aparılmalı olduğunu vurğulayan A.Qeybulla qeyd etdi ki, vahid bir sistem, proqram olmalıdır: “Qazaxda, Lənkəranda, Bakıda oturan da bu sistemdən tam xəbərdar olmalıdır. Bütün maliyyə xərcləmələri tam şəffaf olmalıdır və hər bir vətəndaş xidmətlərin həyata keçirilməsindən tam məlumatlı olmalıdır və İcbari Tibbi Sığorta Agentliyinin saytını açan insanlar bilməlidirlər ki, hansı xidmətlər pulsuzdur və icbari tibbi sığortanı necə istifadə etmək lazımdır? Bununla bağlı təbliğat çox zəif gedir. Biz televiziya ekranlarında bunu görmürük, maarifləndirmə işi çox aşağı səviyyədədir”.

A.Qeybulla onu da nəzərə çatdırdı ki, təbliğatın aşağı olmasına məsul olan qurumlar var: “Bu məsələdə onlar sorumludur. Bunlar gərək bu işi hər gün, tez-tez geniş təbliğ etsinlər. Biz bu sistemə keçiriksə, insanlar məlumatlı olmalıdırlar ki, sizdən vəsaitlər yığılır, nəyə görə yığılır, nə qədər yığılacaq və hansı kateqoriya insanlar sığorta olunacaq? Biz onu 4 kateqoriyaya bölmüşük. Görək, bunlar onu necə bölürlər, hansı ölkənin modelindən istifadə edirik, paketə hansı xidmətlər daxil olacaq? Bütün bunlar haqqında tam təfsilatlı məlumat olmalıdır. Əgər bu, yetərsiz olsa, həkimlər də keyfiyyətli xidmətdən qaçacaqlar və keyfiyyət aşağı düşəcək, özəl klinikalarda xəstəyə baxmağa gedəcəklər. Yəni sığortaya cəlb olunan xəstəxanalarda peşəkar həkimlərin mərkəzdənqaçma meyilləri yarana bilər. Bu da yaxşı tendesiya deyil”.

Vətəndaşları narahat edən suallarla bağlı İcbari Tibbi Sığorta Agentliyi BAKU.WS-in sorğusunu cavablandırıb, cavabı olduğu kimi təqdim edirik:

– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında Xidmətlər Zərfinə daxil olan 2550 tibbi xidmət qeyd olunur. Ancaq xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə tanış olduqda hər kəs üçün açıq suallar qalır. Çoxlu sayda xəstəlik üçün “tətbiq edilmir” yazılır və qarşısında da qiymət qeyd olunur. Yaxud xəstəliklərin qarşısında “daxildir”, “daxil deyil” deyə qeydlər var. Vətəndaşlar bilmək istəyirlər ki, bu xidmətlərə əsas xəstəliklərdən nələr daxildir?

– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən hazırda icbari tibbi sığorta ölkənin 59 şəhər və rayonunda tətbiq edilir. Həmin ərazilərdə rəsmi qeydiyyatda olan sakinlər icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən yararlana bilirlər. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Həmin xidmətlər bunlardır:

– İlkin səhiyyə xidməti

– Təcili və təxirəsalınmaz tibbi yardım xidməti

– İxtisaslaşdırılmış ambulator yardım xidməti

– İnvaziv radiologiya xidməti

– Stasionar tibbi xidmət

Qeyd edək ki, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir. Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir. Əlavə olaraq hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir.

Xidmətlər Zərfi ilə təminata alınan cərrahi əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları vardır. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir.

Məlumat üçün bildirək ki, Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi barədə layihə hazırlanıb.

Nəzərinizə çatdırırıq ki, 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq. Bu zaman bütün sığortaolunanlar icbari tibbi sığortadan yararlana biləcəklər.

Sığortaolunanlar icbari tibbi sığorta təminatına daxil olan xidmətlərin siyahısı ilə Xidmətlər Zərfinin Əlavəsində, “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlində (cədvəl) tanış ola bilərlər. Sığortaolunan tibbi göstəriş olduğu hallarda cədvəldə qeyd olunan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər.

Sözügedən cədvəldə icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin identifikasiyası üçün tibbi terminlərdən, beynəlxalq təsnifatlara uyğun olan kodlardan istifadə edilib. İcbari tibbi sığorta təminatına alınmış xəstəliklərin kodu və cərrahi prosedur kodları müvafiq olaraq “Xəstəliklərin beynəlxalq təsnifatının 10-cu baxışı (XBT-10)” və “Xəstəliklərin beynəlxalq təsnifatının 9-cu baxışı (XBT-9), prosedurların təsnifatı” üzrə müəyyən edilir. Cədvəldə bəzi tibbi xidmətlərin adının qarşısında kodun yazılmaması həmin xəstəliyin və prosedurun beynəlxalq təsnifatı üzrə kodunun olmamasını ifadə edir.

Nümunə: Cədvəldə 2.6.667 sıra nömrəsi olan “Birtəfəli ovariektomiya” cərrahi tibbi xidmətin XBT-9 üzrə prosedur kodu 65.3 olaraq müəyyən edilib.

“Tibbi Xidmətin Tarifi” xanasında qeyd edilən məbləğlər tibbi xidmətlərin göstərilməsi müqabilində Agentlik tərəfindən icbari tibbi sığorta xidmətlərinin göstərilməsi hüququ olan müvafiq tibb müəssisəsinə ödənilən məbləği müəyyən edir.

Cədvəlin “QEYD” xanasında olan abreviaturaların açıqlaması həmin sənədin 128 və 129-cu səhifələrində verilib. Cədvəlin “QEYD” hissəsində tibbi xidmətin göstərilməsi zamanı hər hansı əlavə xidmətlərin tibbi xidmətin tarifinə daxil olub-olmaması müəyyən edilir. Bəzi nümunələri nəzərinizə çatdırırıq:

Sıra nömrəsi 2.1.462 saylı “Yaranın qranulyasiyadan təmizlənməsi (böyük)” tibbi xidmətin qarşısında “QEYD” xanasında *A, *TS, *Dr daxildir” qeyd olunub. Deməli, “*A, *TS, *Dr daxildir” qeydi sözügedən ambulator tibbi xidmətin göstərilməsi zamanı istifadə edilən anesteziya xidməti, dərman və tibbi sərfin həmin tibbi xidmətin tarifinə daxil olduğunu bildirir.

– Ötən il hansı xəstəxanaların icbari tibbi sığorta sistemində vətəndaşlara xidmət göstərəcəyi açıqlanmışdı. Buraya özəl xəstəxanaların da əlavə olunacağı qeyd olunmuşdu. Hansı özəl xəstəxanalar icbari tibbi sığorta sisteminə qoşulacaq və Xidmətlər zərfinə daxil edilən 2550 xidməti onlar da həyata keçirəcəklər?

– Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində ödənişsiz olaraq göstərilir. TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az/files/9/TEBIB_SIYAHI.pdf) yerləşdirilib.

Həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında tibbi xidmətlər göstərilir. Vətəndaşların tibbi xidmətlərlə bağlı ehtiyaclarına uyğun olaraq müqaviləli tibb müəssisələrinin də sayı artırıla bilər. Tibbi xidmətlərin göstərilməsini təmin etmək üçün yeni xəstəxanalarla müqavilələr bağlanıla bilər.

Qeyd edək ki, tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir.

– Bakı şəhəri və bir sıra rayonlarda icbari tibbi sığorta aprel ayının 1-dən tətbiq edilir. Ancaq artıq vətəndaşların maaşlarından sığorta haqları tutulur. Vətəndaşlar sual edirlər ki, xidmət aprel ayından həyata keçirildiyi halda, niyə yanvar ayından sığorta haqqı tutulur?

– Nəzərinizə çatdırırıq ki, Agentlik həm icbari tibbi sığortanın tətbiq edildiyi, həm də tətbiq edilmədiyi ərazilərdəki tibb müəssisələrini maliyyələşdirir. İcbari tibbi sığortanın tətbiq edildiyi və edilmədiyi ərazilərdə fəaliyyət göstərən tibb müəssisələri arasındakı əsas fərq onların maliyyələşdirilməsi mexanizmi ilə bağlıdır. Belə ki, sığortanın tətbiq edildiyi tibb müəssisələri göstərdikləri tibbi xidmətlərin həcminə əsasən maliyyələşdirilir. İcbari tibbi sığorta tətbiq edilməyən tibb müəssisələrində isə maliyyələşmə müəssisənin saxlanma xərcləri üzrə aparılır.

– Məlum olduğu kimi, ən aşağı maaş alandan da, 8 min manat alandan 2 faiz sığorta haqqı tutulur. 10 manat sığorta ödəyənlə 160 manat sığorta ödəyənə xidmətlərdə fərqli yanaşma olacaq?

– 1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Qanuna əsasən sığorta haqlarının toplanılmasına başlanılıb. Sığorta haqlarının əhali qrupları üzrə məbləği aşağıdakı kimidir:

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Bu əhali qrupu üzrə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. 2022-ci ildən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sağlamlığının qorunmasına yönəlik və həmrəylik prinsipinə əsaslanan sistemdir. Hər bir sığortaolunan icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən bərabər şərtlərlə istifadə etmək hüququna malikdir.

– Ötən il yanvar ayından bir sıra rayonlarda, o cümlədən də Şəkidə icbari tibbi sığorta tətbiq olunsa da, Şəkidə insanlar xəstəxanaya gedərkən həmişəki kimi həm həkimə ödəniş edib, həm də digər xidmətlər üçün pul ödədiklərini qeyd edirlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu məsələrə necə nəzarət edir? Ümumiyyətlə, belə hallarla mübarizə necə aparılacaq?

Ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət edən sığortaolunan Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilər. Habelə stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir.

Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri isə Xidmətlər Zərfi ilə təminata alınmayıb.

Vətəndaşlar şikayətlərini öncə müvafiq xəstəxana rəhbərlərinə müraciət etməklə bildirə bilərlər. Həmçinin vətəndaşlar icbari tibbi sığorta ilə bağlı müraciətlərini Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, [email protected] elektron poçt ünvanına və ya TƏBİB-ə ([email protected]) ünvanlaya bilərlər.

– Vətəndaşlar icbari tibbi sığorta ilə bağlı məlumatların azlığından, olan məlumatların isə tibbi terminlərlə yazıldığından anlaşılmaz olduğundan narazılıq edirlər. İcbari tibbi sığorta sistemini daha anlaşıqlı şəkildə izah edən sosial çarxlar hazırlanırmı? Ümumiyyətlə, maarifləndirmə işi niyə zəif aparılır?

– Sığortaolunanlar icbari tibbi sığorta təminatına daxil olan xidmətlərin siyahısı ilə Xidmətlər Zərfinin Əlavəsində – “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlində tanış ola bilərlər. Sığortaolunan tibbi göstərişi olan hallarda Cədvəldə qeyd olunan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər. Yuxarıda da bildirildiyi kimi, sözügedən cədvəldə icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin identifikasiyası üçün tibbi terminlərdən, beynəlxalq təsnifatlara uyğun olan kodlardan istifadə edilir.

Məlumat üçün bildiririk ki, Səhiyyə Nazirliyinin “Stasionarların fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqi barədə” 22 noyabr 2011-ci il tarixli 108 saylı əmrinə uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) 9-cu baxışı üzrə kliniki modifikasiya və XBT-nin 10-cu baxışı Azərbaycan dilinə tərcümə olunmuş və tibb müəssisələrinə təqdim edilmişdir.

Yuxarıda qeyd olunanlar Azərbaycanda bütün xəstələnmə və ölüm hallarının, habelə cərrahi əməliyyatların beynəlxalq təsnifata uyğun kodlaşdırılması, ölkə səviyyəsində stasionarların fəaliyyətinin davamlı monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi, o cümlədən beynəlxalq miqyasda xəstələnmə, ölüm halları və cərrahi əməliyyatlar üzrə müqayisəli təhlillərin aparılmasına imkan verir.

Sığortaolunanların müraciətinə əsasən, ixtisaslı həkim tərəfindən qoyulmuş diaqnoz barəsində məlumatın verilməsi, habelə zəruri müayinə və müalicə tədbirlərinin icbari tibbi sığorta təminatına daxil olub-olmaması barəsində məlumatlandırılma işi tibb heyətinə həvalə edilir.

Əhalinin maarifləndirilməsi məsələsinə gəldikdə, icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi, habelə sistemin əhəmiyyəti, üstünlükləri barədə Agentlik tərəfindən 2019-2020-ci illərdə ölkənin bütün şəhər və rayonlarında icra hakimiyyətlərinin və müvafiq təhsil müəssisələrinin dəstəyi ilə ümumilikdə 91 sayda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirlərdə vətəndaşlar icbari tibbi sığorta sisteminin məqsədi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi, tibb müəssisələrinə müraciət etmə qaydaları və digər mövzularda məlumatlandırılıblar.

Koronavirus pandemiyası səbəbindən ötən ildən ölkədə xüsusi karantin rejimi tətbiq edildiyindən maarifləndirmə tədbirlərinin keçirilməsi təxirə salınmışdır.

Lakin kütləvi informasiya vasitələrində davamlı olaraq Agentliyin əməkdaşlarının icbari tibbi sığortanın tətbiqi ilə bağlı müxtəlif mövzularda çıxışları təmin edilir. Eyni zamanda Agentliyin sosial şəbəkələrdəki səhifələrində və kanallarında (Facebook, Instagram, LinkedIn, Twitter, Telegram, YouTube) mütəmadi olaraq icbari tibbi sığortanın tətbiqi, Xidmətlər Zərfi ilə təminata alınan xəstəliklər, icbari tibbi sığorta haqqı və s. mövzularda sual-cavab postları və ya videoçarxlar paylaşılır.

Həmçinin “İcbari tibbi sığorta haqları barədə bunları bilmək vacibdir!”, “Mənim ailə həkimim”, “Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər bunlardır!” və “Təcili və təxirəsalınmaz tibbi yardım xidməti hansı hallarda çağırılmalıdır?” adlı çap materialları hazırlanıb.

– İnsanlar xəstəxanalarda hansı xidmətlərin sığorta paketinə daxil edilməsi ilə bağlı anlaşıqlı posterlərin olmasını vacib hesab edirlər. Xəstəxanaların divarlarına bu cür məlumatların vurulması üçün iş aparılırmı?

– Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmət barədə məlumat elektron şəkildə Agentliyin saytında yerləşdirilib. Hər bir vətəndaş sərbəst şəkildə bu sənədlə tanış ola bilər. Agentliyin nümayəndələri tərəfindən mütəmadi olaraq Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərlə bağlı suallar cavablandırılır. Eyni zamanda Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, dərman təminatı və s. mövzuları əhatə edən maarifləndirici çap materiallarının hazırlanması, post və videoçarxların Agentliyin sosial şəbəkələrdəki səhifələrində paylanılması həyata keçirilir.

Bir daha qeyd edək ki, sığortaolunan səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) müraciət etməlidir. Ailə həkimi də ehtiyac olduğu təqdirdə sığortaolunana müvafiq ixtisaslı tibbi yardım almaq üçün ixtisaslı həkimə göndəriş verir. Sığortaolunan ailə həkimi və ya ixtisaslı həkim vasitəsilə xəstəliyi ilə bağlı ona qoyulan diaqnoz, müalicə, müayinə və digər suallara cavab ala bilər.

1-ci qrup ixtisaslarında BU FƏNN çıxarılacaq – Abituriyentlər hansı seçimi edə biləcəklər?

“İlk növbədə qeyd edim ki, 2022-ci ildə keçiriləcək I qrup qəbul imtahanlarında informatika fənni olmayacaq. Bu dəyişiklik 2023-2024-cü tədris ilindən tətbiq olunacaq. Dəyişikliyə görə, I ixtisas qrupunda İKT ixtisaslarına hazırlaşanlar artıq kimya fənnindən deyil, informatikadan imtahan verməli olacaqlar. Amma abituriyent hər iki alt qrupu seçərsə, həm kimya, həm də informatikadan imtahan verib bütün I qrup ixtisaslarını seçə bilər”.

Təhsil ekpserti Kamran Əsədov bu sözləri Nazirlər Kabinetinin 1-ci qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına etdiyi dəyişikliyə əsasən bildirib.

Onun sözlərinə görə, yeni qərar abituriyentlərdə çətinliklər yarada bilər:

“Qəbul sisteminə dəyişikliklər və bu sahəyə aid islahatlar tədris ili başlayandan sonra edilməli deyil. Çünki artıq oktyabr ayı başa çatıb, abituriyentlər növbəti il üçün hazırlıqlara başlayıblar. Etiraf edək ki, bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri orta məktəb nəticələri deyil. Məlumdur ki, 1-ci ixtisas qrupu üzrə abituriyentlər fənlərin çətinliyinə görə, 7-8-ci siniflərdən kimya üzrə hazırlaşmağa başlayırlar. Həmçinin Dövlət İmtahan Mərkəzinin hələ ki, informatika fənninə aid test bazası yoxdur. Bu qərar əvvəlcədən Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi ixtisaslarına qəbul olunmaq istəyən abituriyentlərin arzularının üstündən xətt çəkə bilər”.

Təhsil eksperti həmçinin Təhsil Nazirliyinin orta məktəblərdə informatika fənninin tədrisi ilə bağlı müəyyən addımlar atmalı olduğunu dilə gətirib:

“Nəzərə almaq lazımdır ki, informatika fənnindən hazırda ölkədə ən ciddi müəllim çatışmazlığı var. İkincisi, informatika fənni qəbul imtahanında istifadə edilə biləcək qədər keyfiyyətli tədris edilmir. Üçüncüsü, bunun yoxlanılması üçün nümunəvi test tapşırıqları yoxdur. Yəni biz birdən-birə nümunə testini hazırlayıb, vəziyyətdən çıxa bilmərik.

Biz bu dəyişikliyə yaxın iki ildə keçməməliyik. İnformatika fənninin hazırda imtahana əlavə edilib tətbiqinə başlanılması yeniliyə uyğun olmayacaq. Bunu düzgün qiymətləndirmirəm”.

Qeyd edək ki, Nazirlər Kabinetinin I ixtisas qrupuna daxil olan ixtisasların riyaziyyat-kimya (RK) və riyaziyyat-informatika (Rİ) altqruplarına bölünməsi qərarı 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.