Press "Enter" to skip to content

Yeni təlim texnologiyalarının mahiyyəti. Ənənə və müasirlik

® Pedaqoji texnologiya – müəllim və şagirdlərin müəyyən dərəcədə planlaşdırılmış elə pedaqoji fəaliyyətidir ki, nəticədə təhsilin dövlət standartlarında nəzərdə tutulan bilik, bacarıq və vərdişlər əldə edilir (M.V.Klarin).

Səadət kamalla yetişir başa

Tədqiqatçı pedaqoqlar (V.P.Bespalko, M.V.Klarin, Q.K.Selevko və b.) və psixoloqlar (C.Keroll, B.Blum və b.) artıq müəyyənləşdirmişlər ki, məktəbdə şərait olduqda təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız pedaqoji texnologiyaların elmi əsasda təkmilləşdirilməsi və işdə yaradıcı şəkildə tətbiqi ilə

mümkündür. Yeni, nəticəyönümlü texnologiyaların yaradıcı tətbiqi
ciddi elmi-metodik layihələrin, konkret sinif otağında aparılan

pedaqoji proseslərin təminatlı uğurunun əldə olunmasını nəzərdə tutur. Pedaqoji texnologiyaların layihələşdirilməsi dedikdə, məqsədəmüvafiq gözlənilən nəticələrə nail olunmasını təmin edən prosedur və əməliyyatların pedaqoji proseslərin iştirakçıları tərəfindən ardıcıl surətdə yerinə yetirilməsi proqramının hazırlanması başa düşülür.

Pedaqoji texnologiyalar pedaqogikanın bir predmeti kimi XX əsrin 30-cu illərindən ABŞ-da təlimin audiovizual proqramının qəbul edilməsi ilə başlayır. İnkişaf indi də davam edir. İnkişafın əsas əlaməti “təhsildə texnologiyalar” (technology in education) termininin “təhsil texnologiyaları” (technology of education) termini ilə əvəz olunması, sonra isə “pedaqoji texnologiyalar” (education technology) termininin yaranması oldu. Bu terminlərin dəyişməsi üç dövrü əhatə edir

Birinci dövr (XX əsrin 50-ci illərin əvvəli) – bu dövr məktəblərdə audiovizual vasitələrdən (səsyazma və yenidən dinləmə, təsvirlərin proyeksiyası aparatları) kütləvi olaraq istifadə edilməsinə başlanması ilə səciyyələnir.

İkinci dövr (50-ci illərin ortaları və 60-eı illər) – təlim prosesində texnoloji yanaşma ilə xarakterizə olunur. Texnoloji yanaşmaların nəzəri əsasını proqramlaşdırılmış təlim ideyası, texnoloji əsasını isə audiovizual vasitələr və məxsusi olaraq müəyyən təlim məqsədlərinin həyata keçirilməsi üçün hazırlanan əks-əlaqə qurğuları, təlimverici elektron maşınları, linqafon kabinetləri, trenajorlar və s. təşkil edirdi. Bu dövrdə artıq “təhsilin texnologiyası” dedikdə, əvvəlcədən planlaşdırılmış nəticələrə gətirib çıxaran pedaqoji prosesin elmi təsviri (təlim vasitələri və təlim metodlarının məcmuu kimi) anlaşılırdı.

Üçüncü dövr (70-ci illər) – pedaqoji texnologiyaların bazasının genişləndirilməsi dövrü kimi səciyyələndirilir. Bu dövrdə pedaqoji texnologiya bazasına informatika, telekommunukasiyalar nəzəriyyəsi, pedaqoji kvalimetriya (monitorinq və qiymətləndirmə), sistemli təhlil və pedaqogika elminin elementləri (təlim texnologiyası, idrak fəalliyətinin idarə olunması nəzəriyyəsi, tədris- təlim prosesinin optimallaşdırılması, pedaqoji əməyin elmi təşkili) əlavə edildi. Bu dövrdə həmçinin, pedaqoji texnologiyaların metodoloji əsaslan yeniləşir və audiovizual təlimə keçid baş verir. Genişlənmə ən yeni audiovizual təlim vasitələrinin: videomaqnitofonlann, kinoproyektorların, elektron lövhələrin, flomasterlə yazılan bloknot-lövhələrin, səs və təsvir sinxrotronların kütləvi istehsalı ilə müşayiət olunur; məktəblərdə kompüter laboratoriyalan, displey sinifləri yaradılır, pedaqoji proqramlaşdırılma vasitələrin keyfiyyəti və miqdarı artırılır, interaktiv videosistemlərdəıı istifadə olunmağa başlayır. Yeni-yeni qəbul edilən vaxtlarda pedaqogikada pedaqoji texnologiyaya təhsilin effektlivliyinin yüksəldilməsi üçün istifadə edilən pedaqoji nəzəriyyə və praktikanın bütün sahələri ilə əlaqələri olan ideyalar, konsepsiyalar, yanaşmalar, təlim üsulları, metodlan və vasitələrinin konqlomeratı kimi baxılırdı.

Pedaqoji texnologiya indiki statusunu alanadək əlli illik təkamül yolu keçmişdir. Bu yolu təlim tipləri kimi ifadə etsək belə bir xətt alınar [118]: “verbal təlimaudioviziual təlim – proqramlaşdırılmış təlim – multimedial təlim – hipermedial təlim”.

İnkişaf etmiş ölkələrdə pedaqoji texnologiyaların məktəblərdə kütləvi tətbiqinə keçən əsrin 60-cı illərindən başlanmışdır. Bu dövrdə ABŞ və Avropanın ümumtəhsil məktəblərində yeni təhsil islahatları keçirilir və təlimə qarantiyalı, nəticəsi əvvəlcədən məlum olan texnoloji-istehsalat prosesi kimi yanaşılmağa cəhdlər edilirdi.

Pedaqogika insanşünaslığın elmi-texnoloji sahəsidir, onun məqsədi insan haqqında olan bütün elmlərin açıqladığıqanunauyğunluqlar əsasında təlim və tərbiyənin optimallaşdırılmasıdır.Kütləvi təhsil sisteminə keçid dövründən başlayaraq və indiki dövrdə də pedaqogikanın əsas vəzifəsi optimal pedaqoji sistemlər və texnologiyalar yaratmaq, predmeti isə insan təbiəti ilə təlim- tərbiyənin effektivliyi arasındakı münasibətləri na dumaqdır.

Bu konteksdə pedaqoji texnologiya, verilmiş şəraitdə pedaqoji məqsədlərə nail olmağın optimal üsullarının məcmusudur.

Daha geniş mənada “pedaqoji texnologiya – bütün təlim prosesi və biliklərin mənimsənilməsi, insan və texniki resurslar, onların qarşılıqlı təsiri nəzərə alınmaqla təhsildə daha effektiv nəticələrə nail olmaq üçün tətbiq edilən sistematik planlaşdırma, fəaliyyət və qiymətləndirmə metodlarıdır” [119].

YlJNESKO-da müəyyənləşdirilmiş bu ümumi tərifdən başqa müasir pedaqoji ədəbiyyatda pedaqoji texnologiyalar bir sıra pedaqoqlar tərəfindən mənaca və məzmunca yaxın olan müxtəlif yəriflər və yanaşmalarla səciyyələndirilir:

* Təhsil texnologiyası (və ya pedaqoji texnologiya) elmi əsasda qurulmuş, müəyyən zaman və məkan daxilində proqramlaşdırılmış

və nəzərdə tutulan nəticələrə nail olunan pedaqoji prosesin bütün komponentlərinin funksiyalarını ifadə edən bir sistemdir (Selevko Q.K.).

• Pedaqoji texnologiya mahiyyət etibarilə təlim-tərbiyə prosesinin lahiyələndirilməsinin sistemli metodu kimi səciyyələndirilir. O, prosessual kateqoriya kimi bilavasitə tədris və tərbiyə prosesi ilə – müəllimin və şagirdin fəaliyyəti, onun strukturu, vasitələri, metodları və s. ilə bağlıdır (Əlizadə Ə.Ə.).

e Pedaqoji texnologiyalar dedikdə hazırda bütün pedaqoji prosesdə mövcud paradiqmalar, vasitələr, müxtəlif təlim-tərbiyə prosesləri, məzmunun formalaşdırılması, öyrətmə modelləri və metodları, idarəetmə, qiymətləndirmə və bütün bu prosesdə korreksiya və təkamül nəzərdə tutulur (Ağayev Ə.Ə.).

• Pedagoji texnologiya – müəllim fəalliyətinin elə təşkilidir ki, bu fəalliyətə daxil olan hərəkətlərin hamısı müəyyən bütövlük və ardıcıllıq təşkil edir, onların yerinə yetirilməsi isə gözlənilən nailiyyətlərlə nəticələnir və prognostik xarakter daşıyır (Ksenzova Q.Y.).

® Pedaqoji texnologiya – fərdilik prinsipi nəzərə alınmaqla həyata keçirilən müəllim və şagirdlərin birgə, qarşılıqlı ‘fəalliyətidir. Bu fəaliyyət nəticəsində şagirdlər təhsilin dövlət standartını mənimsəyirlər (Bespalko V.P.).

® Pedaqoji texnologiya – müəllim və şagirdlərin müəyyən dərəcədə planlaşdırılmış elə pedaqoji fəaliyyətidir ki, nəticədə təhsilin dövlət standartlarında nəzərdə tutulan bilik, bacarıq və vərdişlər əldə edilir (M.V.Klarin).

Fikrimizcə, daha ümumi və dolğun tərif aşağıdakı kimi ola

Pedaqoji texnologiya – qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün optimal metodlar, pıiyomlar və fəaliyyət üsullarından istifadə etməklə əvvəlcədən layihələşdirilmiş pedaqji prosesin planauyğun şəkildə, ardıcıllıqla həyata keçirilməsidir. Pedaqoji prosesin reallaşdırılması zamanı müəllim və şagirdlərin interaktiv fəaliyyəti, fərdi və kollektiv təlim işin məqsədəuyğun şəkildə birləşdirilməsi, şagirdlərin özünü və biri-birinin fəaliyyətini qiymətləndirməsi təmin edilir.

Pedaqoji texnologiya – fərdi yanaşma və kollektiv iş prinsiplərini qarşılıqlı əlaqədə tətbiq etməklə müəllim və şagirdlərin planlaşdırılmış(layihələşdirilmiş) elə birgə fəaliyyətidir ki, nəticədə sinfin bütün şagirdləri təhsilin dövlət standartlarında nəzərdə tutulan ‘ ‘Ki bacarıq və vərdişlərə yiyələnir, tələb olunan səviyyəyə nail Mİtii və onların fərdi qabiliyyətləri inkişaf edir.

Elmi ədəbiyyatda pedaqoji texnologiyaların doqquz prinsipi olduğu göstərilir [70]: i
l. Tərbiyəedici təlim prinsipi.
2. İnkişaletdirici təlim prinsipi.
3. Təlimdə müvəffəqiyyət əldə etmək prinsipi.
4. Bütün şagirdlərlə əks-əlaqə prinsipi.
5. Müntəzəm olaraq təkraretmə prinsipi.
6. Optimal psixi gərginlik prinsipi.
7. Təlim prosesində şagirdlərin maksimum iştirakı prinsipi.
8. Təlimdə yaxın inkişaf zonasına yönəltmə prinsipi.
9. Müəllim və şagirdlərin vahid məqsədlər üçün birləşməsi ( əməkdaşlığı) prinsipi.
Bu prinsiplər əsasən müasir (yeni) təlim texnologiyalarına məxsusdur.

Ənənəvi pedaqoji sistemin də özünəməxsus texnologiyası (tədris-təlim prosesinin təşkili, gedişi) olub. Lakin onların mövcud olduğu dövrdə tədris-təlim prosesi texnoloji anlamda təhlil olunmayıb. XX əsrin 70-80-ci illərindən orta ümumtəhsil məktəblərində tətbiq olunmağa başlayan yeni təlim üsullaı ı (problemli təlim, modul təlimi, bloklarda təlim, işgüzar oyunlarla aparılan təlim, V.F.Şatalovun intensivləşdirilmiş təlimi və b.) pedaqoqlar tərəfindən təlim texnologiyaları kimi açıqlanmağa başlayıb.

Təhsilin məzmunu təhsil texnologiyasının əsas mahiyyət hissəsi olaraq həm də onun prosessual hissəsini müəyyənləşdirir. Bununla yanaşı, təlim metodları və formalarının əsaslı şəkildə dəyişməsi təhsilin məqsəd və məzmununda dəyişikliklər edilməsini tələb edir. Beləliklə, təhsil texnologiyasının prosessual və məzmun hissələrinin biri-birilə qarşılıqlı əlaqədə olduğu məlum olur.

Təhsilin məzmunu və texnologiyanın prosessual hissələrinin (texnoloji proseslərin) birlikdə reallaşdırılmasında məktəb dərslik­ləri mühüm rol oynayır. Dərsliklərdə həm təhsilin məzmunu, həm də məzmunun ümumi şəkildə necə verilməsi texnologiyası açıqlanır. Burada, dərslik müəlliflərinin təqdim etdiyi texnologiya dərsliklərin keyfiyyətini müəyyənləşdirməyə imkan verir.

Texnologiya ilə müəllimin pedaqoji ustalığı (peşəkarlığı) arasında nə kimi əlaqə vardır? Pedaqoji işin texnologiyasının necə həyata keçirilməsi xeyli dərəcədə bu işdə vasitəçilik edoıı pedaqoqun şəxsi keyfiyyətlərindən asılıdır. Pedaqoqun peşəkarlıq qabiliyyətindən, yaratdığı şəraitdən asılı olaraq pedaqoji texnologiya müxtəlif səviyyədə reallaşa bilər. Deməli, tətbiq olunan texnologiyanın necə nəticələnməsi pedaqoqun peşəkarlığından xeyli dərəcədə asılıdır.

Hazırda məktəb praktikasında təlimlə bağlı aşağıdakı yeın (müasir) təhsil texnologiyalarından daha çox istifadə olun maqdadır;

1. Problemli təlim texnologiyası.
2. İnkişafetdirici təlim texnologiyası.
3. Dialoqlu-diskussiyalı təlim texnologiyası.
4. İnteraktiv təlim texnologiyası.
5. Oyunlarla müşayiət olunan təlim texnologiyası.
6. Blok sistemi ilə təşkil olunan modul təlim texnologiyası.
7. İstinad konspekti və siqnallarla aparılan təlim texnolu
8. Qabaqlayıcı təlim texnologiyası.
9. Kollektiv təlim texnologiyası.
10. Diferensial təlim texnologiyası.
Subyekt-subyekt (müəllim-şagird) münasibətlərinə görə
Pedaqoji təlim texnologiyalarını iki böyük qrupa bölmək olar:
1. İzahlı -İIlüstrativ (ənənəvi) təlim texnologiyaları.
2. Şəxsiyyotyönümlü- inkişafetdirici (yeni) təlim
texnologiyaları.
Yeni təlim texnologiyalarının əsas əlamətləri :

1. Təlim prosesində şagird şəxsiyyəti inkişaf etdirilir (ümumpedaqoji, inkişafetdirici və tərbiyəedici məqsədlər layihələşdirilmiş olur). Yəni, yeni təlim texnologiyalarında şəxsiyyətyönümlülük və inkişafetdiricilik qabarıq şəkildə səciyyələnir.

2. Şagirdlərin uğurla müstəqil fəaliyyət göstərməsi üçün tədris materialı optimal şəkildə tərtib olunur. Bu məqsədlə şagirdlər üçün xüsusi təlim materialları (və ya dərsliklər) hazırlanır. Burada, məqsəd və ona nail olmaq üçün: a) təlim sistemi, b) tədris materialının məzmununa daxil olan didaktik modullar və onun öyrənilmə səviyyəsi, c) tədris materialının mənimsənilməsi üçün fəaliyyət üsulları, d) mənimsəmə səviyyəsini ölçmək (müəyyənləşdirmək) üçün qiymətləndirmə meyarları göstərilir. Didaktik materialların ayrı-ayrı texnoloji kartlar şəklində təıtib olunması əlverişli hesab edilir.

3. Şagirdlərin təlim fəaliyyəti istiqamətləndirilir – fəaliyyətin əsas prinsipləri, üsulları, motivasiyası, nəzarət və əldə olunan nəticələrin qiymətləndirilməsi məsələləri izah edilir.

4. Təlim-idrak fəaliyyəti üçün tam şərait yaratmaq imkanı verən dərslər tsiklindən, frontal, kollektiv, qrup və fərdi təlim fəaliyyətlərinin müxtəlif kombinasiyasından istifadə edilir.

5. Bilik və bacarıqların, fəaliyyət üsullarının mənimsənilmə səviyyəsini öyrənmək üçün üç növ qiymətləndirmə – ilkin (diaqnostik) qiymətləndirmə, cari və ya aralıq (formativ) qiymətləndirmə, yekun (summativ) qiymətləndirmə tətbiq olunur.

6. Nəticələrinin qiymətləndirilməsi əsasında şagirdlərin təlim materialını mənimsəmə səviyyəsinin korreksiyası aparılır. Korreksiyanın üç mərhələsi ola bilər [106]:

– şagirdlərin rastlaşdığı çətinliklərin sistemləşdirilməsi (korreksiyanın propodevtikası);
– tipik səhvlərin və onların səbəblərinin aydınlaşdırılması (korreksiyanın profilaktikası);

– şagirdi təhsil standartına gətirmək üçün pedaqoji və metodik tədbirlərin görülməsi (əlavə tapşırıqların verilməsi, təkrar öyrənməyə cəlb edilmə və s.).

7. Ümumi sinfin (qrupun) mənimsəmə səviyyəsinin yoxlanılmasında əsasən testləşdirmə üsulundan istifadə edilir.

8. Təlim prosesinin şəraitə uyğun təkrar olunma imkanı standartlaşdırılır, unifıkasiya edilir.

Şagirdyönümlülük prinsipinə görə şagird pedaqoji prosesin diqqət mərkəzində dayanır. Bütün tədris və təlim işi onun maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişaf etdirilməsinə yönəldilir. Tədris-təlim prosesi şagirdəyönəlik, adaptiv olmalı, onun mövcud təhsil səviyyəsinə qarşı dəstəkləyici, hörmətlə və həssaslıqla yanaşılmalıdır. Şagirdlərin psixoloji xüsusiyyətləri – fərqli templə inkişaf etməsi, yeni fikirləri müxtəlif sürətlə qavramaları nəzərə alınmalıdır.

Şagirdlər düşünməni, araşdırmanı və zövgü stimullaşdıran məqsədyönlü və müvafiq fəaliyyət növləri ilə təmin olunmalıdır. Məsələn, cəlbedici modellərin hazırlanması, maraqlı məsələlərin həlli, yaradıcı fəaliyyət tələb edən müsabiqə və yarışların keçilməsi və i. a. Şagirdlər onlardan hansı təlim nəticələrinin gözlənildiyini, nəyi və nə üçün öyrəndiyini bilməlidirlər.

Şagirdyönümlülük o deməkdir ki, şagirdin bilik və bacanq səviyyəsini ardıcıl olaraq genişləndirilməsi məqsədilə onun təlim fəaliyyəti inkişaf və yetkinlik səviyyəsi ilə uyğunluq təşkil etməlidir. Nəhayət, bütövlükdə qrup (sinif) üzrə şagirdyönümlülük müəllimin dəstəkləyici mühit yaratması ilə də bağlıdır. Dəstəkləyici təlim mühitinin yaradılması effektiv təlimin həyata keçirilməsi mümkün olan intellektual, sosial və fiziki şəraiti təmin edir. Bu o deməkdir ki, şagirdlər özlərində daim öyrənmək həvəsi hiss etməli və təlim zamanı yeni problemləri, məsələləri həll etməkdən çəkinməməli, öyrənmə prosesində buraxılacaq səhvlərin təlimin zəruri, qəbul olunan, bəzən də faydalı cəhəti hesab etməlidirlər.

Məktəbdə və sinifdə əməkdaşlıq atmosferi yaradılmalıdır, bu mühitdə istehza və kinayə olmamalı, stereotip yaradan və şagirdləri, onların səylərini zəiflədən iradlara yer verilməməlidir. Şagirdlərdə olan fərqli cəhətlərə hörmətlə yanaşılmalı, onların cinsi, mədəni, milli və sosial-sinfi müxtəlifliyinə, fərdi qabiliyyətləri və qüsurlarına, ailə mühitindəki fərqlərə həssaslıq göstərilməlidir. Dəstəkləyici təlim mühitinin yaradılması həmçinin, münasib və geniş çeşidli resurslardan, o cümlədən, fiziki sahə və ava­danlıqlardan, çap və digər materiallardan, faydalı texniki vasitələrdən qənaətbəxş, təhlükəsiz və etik istifadə imkanlarının təmin edilməsi deməkdir.

3. Fəal, müstəqil və birgə təlim fəaliyyəti imkanlarının yaradılması prinsipinə görə şagirdlər yalnız o zaman aktiv fəaliyyət göstərə bilərlər ki, onlar reallaşdırılan təlim işinin nəticəsi ilə qarşılaşsınlar, bu işi özləri etsin və ya başqasının etdiyini görsünlər. Məsələn, şagirdlər yazı, fəaliyyət və ya tərtibat proseslərinin modellərini görürsə və “yaxşı yazı”, “yaxşı fəaliyyət”, “yaxşı tərtibat” nümunələri ilə rastlaşırsa onların yaxşı yazmaq, yaxşı fəaliyyət göstərmək və ya tərtib etmək ehtimalları da çox olacaqdır. Eləcə də şagird məktəbdə başqalarının fikrinə hörmət etmək və onları qiymətləndirmək nümunələrinə nə qədər çox rast gəlirsə onların da bu cür davranması ehtimalı yüksək olacaqdır.

Bu prinsip tələb edir ki, şagirdlər təlimi aktiv bir proses kimi qəbul etməyə sövq etdirilməlidir, onlar sadəcə əzbərləməklə yadda saxlamaq və yada gətirmək vərdişlərindən daha çox yeni fikir və ya təcrübələri qavramaq, öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün qarşısına məqsədlər qoymalıdır. Bu o deməkdir ki, təlim işi potensial surətdə mənalı olmalı və şagirdləri fəliyyətə, düşünməyə cəlb etməlidir.

Şagirdləri müstəqil öyrənən şəxslər kimi yetişdirmək üçün onlar müntəzəm olaraq həm fərdi, həm də birgə təlim işinə cəlb edilməli və buna imkan və şərait yaradılmalıdır. Fərdi fəaliyyət vərdişlərinin yaradılması şagirdə prosesləri və bacarıqları fərdi qaydada mənimsəməyə kömək edir. Sinifdə (qrupda) birgə fəaliyyət vərdişlərinin yaranması üçün hər bir şagirdə mütəhərriklik imkanı verilməli və onlar təlim fəaliyyətləri ilə bağlı öz üzərinə məsuliyyət götürməyə sövq etdirilməlidir. Qeyd edilməlidir ki, şagirdlərin öz yoldaşları ilə əməkdaşlıq etməsi; onların başqasının fikirlərini öyrənməsi və qiymətləndirməsi, öz fikirlərini başqalarına izah etməsi təlim materialının daha yaxşı mənimsənilməsi və yaddaşda möhkənilməsini təmin edir, üstəgəl şagirdlərdə ünsiyyət mədəniyyəti inkişaf edir.

Təlimin intcqrativliyi prinsipi. Bu prinsipə əməl etməklə həm müxtəlif təlim sahələri (fənlər) arasında, həm də eyni bir təlim sahəsi (fənn) daxilində biliklərin, bacarıqların, dəyərlərin qarşılıqlı əlaqələrinə diqqət yetirilir. Beləliklə, məktəbdə bilik, bacanq və dəyərlərin bir bütöv halda inkişaf etdirilməsi təmin olunur. Bu məqsədlə fənlərin tədris materialları inteqrativ məzmunda qurulmalı, həmçinin müəllim müstəqil iş üçün tapşırıqlar seçdikdə onların inteqrqtiv mənalı olmasına diqqət verməlidir.

Təlimin məzmunu və nəticələrinin təlimalanların məktəbdənsonrakı həyat fəaliyyəti və cəmiyyətlə əlaqəlilik prin­sipinə görə təlimin məzmunu, məzmun standartları elə müəyyənləşdirilməli və bunlara uyğun bilik, bacanq və qabi­liyyətlər elə formalaşmalıdır ki, təlimalanlarm məktəbdənsonrakı həyat fəaliyyətində onlara lazım olsun, içərisində yaşadığı mövcud cəmiyyətlə, başqa insanlarla münasibətlər qurmaqda onlara kömək etsin və nəhayət, təhsilini davam etdirmək üçün gərəkli olsun.

Yeni pedaqoji texnologiyaların mahiyyət və məzmunu ilə yaxından tanışlıq, məktəb praktikasında müxtəlif təlim

texnologiyalarının tətbiqi nəticələrinin araşdırılması deməyə əsas verir ki, onların ənənəvi təlim texnologiyalarından əsas üstünlükləri aşağıdakılardır:

> nəticəvyönümlülük;
> şəxsiyyətyönümlülük (şagird yönümlülük);
> inkişafetdiricilik.

Ənənəvi təhsildə təlim müəllim-dərslik-sagird paradiqması ilə qurulursa, şəxsiyyətyönümlü təhsildə sagird-dərslik- müəllim paradiqması ilə qurulur. İkinci iş sistemi daha humanistik istiqamət hesab olunur.

Tədris materiallarının öyrənilməsində qarşıya qoyulan məq­sədlərə nail olmaq üçün şagirdlər konkret idrak fəaliyyətinə cəlb olunmalıdır: oxumalı, çalışmalar və məsələlər həll etməli, verilmiş tapşırığı yerinə yetirməli, təhlil və araşdırmalar aparmalı və i.a. işləri icra etməlidir. İdrak fəaliyyətinin səviyyəsini müəyyən­ləşdirmək üçün son illərdə amerikan psixoloqu B.Blumun taksonomiyalarmdan daha çox istifadə olunur. Onlar aşağı­dakılardır:

* Bilik əldə etmə (birinci səviyyə) – şagird öyrəndiyi konkret tədris vahidini (termin, fakt, anlayış, tərif, qayda, əməliyyat, prinsip) yadda saxlayır və sözlə, əməllə ifadə edə bilir.

* Anlama (ikinci səviyyə) – şagird tədris materialına aid biliklərini bir ifadə formasından başqasına keçirə bilir (qısa məzmununu danışır, mahiyyətini izah edir və mənasını açıqlayır, hadisələrin sonrakı inkişafını proqnozlaşdırır).

* Tətbiqetmə (üçüncü səviyyə) – şagird öyrəndiklərini konkret şəraitdə və yeni situasiyalarda tətbiq edə bilir.

* Analiz və sintez etmə (dördüncü səviyyə) – şagird bütövü hissələrə ayıra bilir və onların arasındakı qarşılıqlı əlaqələri aydınlaşdırır, sistemin, hadisələrin və faktların elementlərini kombinə edib bir bütöv yarada bilir.

* Qiymətləndirmə (beşinci səviyyə) – şagird verilmiş konkret tədris matereialının qarşıya qoyulan məqsəd üçün əhəmiyyətini qiymətləndirməyi, öz fəaliyyətinə tənqidi yanaşmağı bacarır.

İnkisafetdirici təlim konsepsiyasının mahiyyəti ondan ibarətdir ki, təlim prosesində şagirdin inkişaf etdirilməsi diqqət mərkəzində olur. Yeni pedaqoji texnologiyanın tətbiqi zamanı təlim işi elə qurulur ki, tədris materialı məzmununun mənimsənilməsi, şagirdlərin tərbiyə və intellektinin inkişafı vahid, bütöv bir proses olur. Burada da bilik və bacarıqların əldə edilməsi inkar olunmur, lakin o əsas məqsədə nail olmaq üçün bir vasitə rolunu oynayır. İnkişafetdirici xarakterli texnologiyalarda hər şeydən öncə biliklərin müstəqil olaraq qazanılması nəzərdə tutulur. Yalnız bu halda şagirdlərin qabiliyyətləri inkişaf edir, humanist meyilləri və motivasiya sferası formalaşa bilir.

Pedaqogika elmində inkişafetdirici təlimə aid dörd əsas konsepsiya mövcuddur (L.V.Zankovun, D.B.Elkonin-V.V.Davıdovun, V.S.Biblerin və Ş.A.Amonaşvilinin konsepsiyaları). Bunlardan daha populyar olam və bütün təhsil mərhələlərində tətbiq ediləni Elkonin-Davıdov konsepsiyasıdır. Bu pedaqoji psixologiyalann bütün təhsil strukturları üçün hazırladığı inki­şafetdirici təlim texnologiyası başqalarından prinsipcə onunla fərqlənir ki burada məktəblilərin nəzəri təfəkkürünün forma- laşdırılmasma daha çox üstünlük verilir. Nəzəri təfəkkür dedikdə, bu və ya başqa bir şeyin, hadisənin, anlayışın yaranması prosesini insanın sözlə ifadə edə bilməsi, onların yaranması şəraitini izləməyi və izah etməyi bacarması, nə üçün məhz bu cür formaya malik olmasını aydınlaşdıra bilməsi, öz fəaliyyəti ilə həmin şeyin, hadisənin yaranması prosesini təkrar edə bilməsi başa düşülür.

Elkonin-Davıdov sistemi XX əsrin 80-ci illərindən tətbiq olunmağa başlanmış, məktəb praktikasında uzun illər ekspe­rimentdən çıxarılmış və hazırda özünə geniş yer almışdır. Sistemin təşkilinin əsas prinsipləri bunlardır [97 ]:

> məzmun ümumliləşdirmələri əsasında deduksiya;
> ətraflı təhliletmə;
> nəzəri ümumiləşdirmə;
> abstraksiya (ümumi nəticələr çıxarma);
> refleksiya (tənqidi yanaşma və fəaliyyətin qiymətləndirilməsi).

Bu sistemlə həyata keçirilən təlim məktəblilərə təkcə bilik və praktik bacarıqlar deyil, həm də elmi anlayışları, bədii obrazları və mənəvi dəyərləri öyrətməklə təhsilin nəzəri səviyyəsini xeyli yüksəldir. Sistem şagirdin şüurlu olaraq özünüdəyişdirməsi, dəyərli fəaliyyətdə olan subyekt kimi öz mövqeyini müəyyənləşdirməsi və gözlənilən nəticələrə nail olmasının bütün mərhələlərini (məqsədin müəyyənləşdirilməsi, planlaşdırma, məqsədin reallaşdırılması, təklifetmə və qiymətləndirmə) əsasən müstəqil həyata keçirməsi ilə xarakterizə olunur.

Müasir məktəb praktikasında daha geniş tətbiq olunan yeni, şəxsiyyətyönümlü-inkişafetdirici təlim texnologiyaları aşağıdakılardır:

1. Əməkdaşlıqla təlim (və ya kollektiv təlim) texnologiyası.
2. Layihələr metodu ilə təlim texnologiyası.
3. Modullarla təlim texnologiyası.
4.1. Əməkdaşlıqla (kollektiv) təlim texnologiyası

Bu, təlim texnologiyasında əsas ideya nəyi isə birlikdə yerinə ‘Urmək yox, birlikdə öyrənməkdir. Əməkdaşlıqla təlim

!i uologiyası XX əsrin 80-ci illərində ABŞ və İsrail pedaqoqlan

A.O.Rivin və onun şagirdləri) tərəfindən işlənmişdir. Əməkdaşlıqla (kollektiv) təlim texnologiyası müxtəlif metodlarla yollarla (böyük, kiçik qruplarla, çütlüklə, fərdi iş) reallaşdırılır.

Bu kollektiv, qarşılıqlı təlim texnoloqiyasınm aşağıdakı üstünlükləri vardır:

• müntəzəm şəkildə təkrar olunan çalışmalar nəticəsində n || dlərdə məntiqi təfəkkür və anlama vərdişləri təkmilləşdirilir;

•şifahi nitq proseslərində və görülmüş işlərin müzakirəsi ” 1111111 Şagirdlərin fikri fəaliyyət vərdişləri inkişaf edir, əvvəllər ı’ uıdığı təcrübə və bilikləri səfərbər olur, aktuallaşır;

• qruplarda işləyən hər bir şagird özünü sərbəst hiss edir, təlim işlərini özünəməxsus tempdə yerinə yetirir;

• şagird həm öz işinin, həm də kollektivin ümumilikdə işinin Mttiiı ı ;ı üçün məsuliyyət daşıyır;

• şagirddə öz şəxsi keyfiyyətlərini, imkan və qabiliyyətlərini, üstünlüyü və çatışmazlıqlarım qiymətləndirmək bacarığı formalaşır;

*bir informasiyanın bir neçə müxtəlif partnyorla (şagird yoldaşları ilə) müzakirəsi assosiativ əlaqələrin miqdarını çoxaldır, bununla da mənimsəmə daha da möhkəmlənir.

Əməkdaşlıqla təlim texnologiyasında tədris materialını şagirdlər əsasən qruplar və cütlər halında öyrənirlər. Şagird qrupları və cütlərinin işi üç cür təşkil oluna bilər:

> Statik cütlər – könüllü olaraq iki şagird birlikdə işləyir, onlardan biri «öyrədən», o biri «öyrənən» rolunu oynayır və növbə ilə öz rollarını dəyişdirirlər. Bu cütlər iki orta qüvvəli, iki qüvvəli, bir zəif və bir qüvvəli şagirdlərdən ibarət ola bilər. Onlar birlikdə işləməyə öz razılığını bildirməlidirlər.

> Dinamik cütlər – dörd şagird eyni bir tapşırığı öyrənir, yerinə yetirirlər. Tapşırıq dörd hissəyə bölünür. Bu hissələri ayrı- ayrı şagirdlər öyrənir, sonra onu üç partnyoru ilə ayrılıqda müzakirə edir və müzakirə zamanı yoldaşının səviyyəsini, fəıdi xüsusiyyətlərini nəzərə alır.

> Variasiyah cütlər – qrupun hər üzvü öz tapşırığını alıı, onu yerinə yetirir və müəllimlə birlikdə təhlil edir, sonra o biri üç yoldaşına öz gördüyü işi danışır, onlara bu barədə ətraflı məluma! verir. Beləliklə, şagirdlərin dördü də ümumi bir məsələnin (problemin) hissələrini bütövlükdə mənimsəyirlər.

Göründüyü kimi qruplarda və cütlərdə şagirdlərin fəaliyyəti onların müstəqilliyinin və kommunaktiv bacarıqlarının inkişal etməsinə imkan yaradır.

Müasir psixologiya elmində yuxan sinif şagirdlərinin yadda saxlama qabiliyyətinin effektivliyi( faizlə) aşağıdakı kriteriyalar 1 ıı belə qiymətləndirilir:

Yeni təlim texnologiyalarının mahiyyəti. Ənənə və müasirlik

Praqmatizm cərəyanının nümayəndələrindən biri olan V.Kilpatrik bilik mənbəyi kimi, eksperimentə üstünlük verir. Eksperimenti həqiqətin meyarı hesab edir. Cərəyanın hər iki təmsilçisi təlimin mühüm vəzifəsini şagirdlərə praktik biliklərin verilməsində görürlər.

Praqmatizm fəlsəfi cərəyanında pedosentrizm prinsipi irəli sürülürdü. Pedosentrizm prinsipinə görə təlim-tərbiyə zamanı şagirdlərin marağı, meyli, tələbləri nəzərə alınmalıdır (7,səh. 51). Təlim zamanı şagirdlər üçün elə bir şərait yaradılmalıdır ki, şagird arzuladığını orada görə, tapa bilsin. Qeyd etmək lazımdır ki, yeni təlim texnologiyalarına əsaslanan dərslər məhz bu prinsip əsasında qurulur. Deməli yeni təlim texnologiyalarının metodoloji əsaslarından biri praqmatizmdir.

Neopozitivizm. Praqmatizm cərəyanı ilə bağlıdır. Ancaq konkret elmi (pozitiv) biliklərə əsaslanan fəlsəfi cərəyandır.

Bu cərəyan XX əsrin əvvələrində məntiq elminin yeni formasının, riyaziyyatın əsaslarının tədqiqinə tətbiq edilən riyazi məntiqin əldə etdiyi nailiyyətlərlə əlaqədar yaranmışdır. (Q.Frege, B.Rassel və b.) (21, səh.429).

Neopozitivistlərin proqramı adi dili ideal dillə əvəz etməkdən və mülahizənin (ideyanın) həqiqiliyi üçün verifikasiya (yoxlama, eksperiment) prinsipini tətbiq etməkdən ibarətdir (15, səh.78).

Bu cərəyanın pedaqoji versiyasını işləyən R.Riters, P.Xeret, L.Leqran şagirdlərə sistematik biliklər verməyə qarşı çıxaraq onları “tədqiqatçı” kimi yetişdirməyi, onlarda yaradıcılıq qabiliyyəti formalaşdırmağı lazım bilirlər. Bildiyimiz kimi yeni təlim texnologiyalarının tətbiqinin əsas məqsədlərindən biri şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.