Press "Enter" to skip to content

Hadisə xəbərləri

Ötən gün həyat yoldaşı Oqtay Əliyevlə birgə qəzaya düşən Əməkdar artist Dilarə Əliyeva xəstəxanadan evə buraxılıb. “Qafqazinfo”nun məlumatına görə, o, qəzada həlak olan rejissor, prodüser həyat yoldaşının vida mərasimində iştirak edəcək. Qəzada yaralanan Xalq artisti Mehriban Zəkinin isə xəstəxanad

Uşaq ensiklopediyası (XXI)

1897-ci il iyunun 22-də Şuşa yaxınlığındakı Xanbağı adlı yerdə bir uşaq doğuldu. Anası Gövhər aylı gecədə dünyaya gəlmiş oğlunu Aydınlıq çağırdı. Atası Məşədi Rza isə onu Murtuza adlandırdı. Murtuza lap kiçik yaşlarından mahnı oxumağa həvəskar idi. O, bəzən saatlarla bülbüllərin cəh-cəhinə qulaq asar və qəribə də olsa, onları çox gözəl yamsılayardı. Səkkiz-doqquz yaşlarından artıq hamı onu Bülbül deyə çağırırdı. Bülbül 1907-ci ildə ilk dəfə dini tamaşada yetim qız rolunda oynamış, sonra bir neçə il müxtəlif şəhərlərdə oxuyaraq çörəkpulu qazanmışdı. Onun teatr səhnəsində ilk çıxışı isə 1916-cı ildə Gəncədə olmuşdur.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, 1920ci ilin axırlarında Bülbül Bakıya opera teatrına dəvət edilmişdi. Sonrakı il Bülbül konservatoriyaya daxil olmuş, təhsilini başa vurduqdan sonra isə dövlət onu ifaçılıq ustalığını artırmaq üçün İtaliyanın Milan şəhərinə, dünyanın ən məşhur opera teatrlarından biri olan “La Skala” teatrına göndərmişdi.
Bülbül orada tanınmış pedaqoqlardan dörd il dərs almışdı. 1931-ci ildə vətənə qayıdan Bülbül 1959-cu ilədək opera teatrında çıxış etmişdir. Güclü, oxuduqca məlahətli, axıcı səsi olan Bülbülün həm də gözəl aktyorluq istedadı var idi. Bülbül opera səhnəsində bir-birindən fərqlənən müxtəlif obrazlar yaratmışdır. Bununla belə, onun səhnə yaradıcılığının zirvəsi Üzeyir Hacıbəyovun “Koroğlu” operasındakı xalq qəhrəmanı Koroğlu obrazıdır. Bülbül Koroğlu rolunu 400 dəfədən çox oynamışdır. O, təkcə Azərbaycan deyil, Qərbi Avropa, rus və sovet bəstəkarlarının operalarında da eyni müvəffəqiyyətlə çıxış edirdi. Onun bütün uğurları yalnız gözəl səsi, aktyorluq bacarığı ilə deyil, həm də son dərəcə əməksevər, özünə qarşı hədsiz tələbkarlığı ilə bağlıidi.

Bülbül həm də yaxşı müəllim, Azərbaycan xalq musiqisinin mahir bilicilərindən və ifaçılarından biri idi. Bülbül və onun tələbələri Azərbaycanın rayonlarını gəzir, xalq mahnılarını, el havalarını toplayırdılar. Bülbül əsl xalq müğənnisi idi. Onu tez-tez neft mədənlərində, fabrik və zavodlarda, kolxoz tarlalarında əmək adamları arasında görmək olurdu. Bülbül uşaları da çox sevir, onların heç bir xahişini yerə salmırdı. Uşaqlar ona mehribanlıqla “Bülbül əmi” deyərdilər. O, həyatın mənasını doğma xalqına, vətəninə xidmət etməkdə görürdü.Musiqi sənətinin inkişafında Bülbülün xidmətləri yüksək qiymətləndirilmişdir. Ona SSRİ xalq artisti adı verilmiş, o, SSRİ Dövlət mükafatına layiq görülmüşdür. İki dəfə Lenin ordeni,üç başqa ordenlə, İtaliyanın Qaribaldi ordeni ilə təltif olunmuşdur. Xalqımız böyük müğənninin xatirəsini əziz tutur. Bakıda Bülbülün adına musiqi məktəbi, küçə var.

Bülbül

Heyrətamiz gözəlliyi olan zərif səsli bu quşun cəh-cəh vurması, oxuması adamı heyran qoyur.Yəqinki, çoxunuz bu quşu görmüsünüz. Hətta evlərinizdə qəfəsdə saxlayanınız da var. Bülbül çox incə, zərif və balaca quşdur. Onun uzunluğu 17 sm, çəkisi 25 qramdır. Ən çox yayılanı Şərq bülbülüdür. Tükləri qonurumtul, quyruğu kürəndir. Köçəri quşdur. İsti ölkələrdə qışlayır. Kolluqlarda, çay vadilərində yaşayır. Yuvasına yaşılımtıl, maviyəçalan, ləkəli-xallı olan 4-6 yumurta qoyur. Əsasən gecələr və ala-toranlıqda oxuyur. Azərbaycanda iki cür bülbül yuvalayır: cənub bülbülü və seyrəbülbül. Respuiblikamızın düzənliklərində və dağ ətəklərində onlara rast gəlmək olar.

Bürclər

İnsanlar hələ qədimdən bəzi ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər. Onlar bu fiqurları bürclər adlandırmışdılar. Bir çox bürclərə əfsanəvi qəhrəmanların adları verilmişdir. Ulduzları asan müşahidə etmək və öyrənmək üçün ulduzlu səma 88 bürcə bölünmüşdür. Bunlardan 47-si qədim yunan əsatiri ilə bağlıdır. Şimal yarımkürəsinin səmasında Kassioeya, Andromeda, Peqas, Persey,Orion, Böyük Ayı bürcləri parlayır. Bürclərdən biri də qədim yunan əsatirinin qəhrəmanı Herkulesin adını daşıyır. Şir vəHidra bürcləri Şirin əfsanəvi igidliyini xatırladır. Peqas (qanadlı at), Əkizlər (Zevsin oğuları Kastorvə Polluks) də əfsanəvi adlardır.

17-ci əsrdə yeni bürc adları meydana gəldi: Tovuz, Tukan, Hindli, Cənnət quşu. Bu adlar avropalılara kəşf etdikləri yeni ölkələrin özünəməxsus xüsusiyyətlərini xatırladırdı.18-ci əsrdə astronomlar bir çox bürclərə də ad verdilər: Saat, Miar, Kompas, Teleskop, Mikroskop, Soba.

Zodiak bürcləri isə xüsusi yer tutur. “Zodiak” yunan sözü olub, “vəhi heyvanlar zolağı” deməkdir. Zodiakda 12 bürc yerləşir: Əkizlər, Tərəzilər, Dolça, Qız, Oğlaq, Şir, Qoç, Xərçəng, Balıqlar, Əqrəb, Oxatan, Buğa. Maraqlıdır ki, Günəç ilboyu məhz onların fonunda yerini dəyişir və hər bürcdə Günəş təqribən bir ay olur.

Möhkəm yadda saxlamaq lazımdır ki, bürclər səmada yalnız görünən parlaq ulduz qruplarıdır. Əslində isə Kainatda eyni bürcün ulduzları bir-birindən çox uzaqda yerləşə bilər. Əsas bürcləri tanımaq dənizçi, səyyah, təyyarəçi, geoloq üçün çox lazımdır.Çünki bürclər gecə vaxtı nabələd yerdə düzgün yol tapmağa kömək edir. Siz “bürc” sözünün memarlıqda işlədiləın mənasına da rast gələ bilərsiniz. Bu bürclər qədim şəhər hasarlarının üzərində tikilən müşahidə və müdafiə qurğularıdır. İri qəsr və qalaların künclərində tikilən dairəvi hündür çıxıntılara da bürc deyilir. Bu bürclər daşdan, ağacdan, kərpicdən tikilirdi.

Vavilov Nikolay İvanoviç

(1887-1943)

1927-ci il idi. İsti Afrika cəngəlliklərindən bir karvan keçirdi. Karvanda cəmi 12 adam var idi. Onlardan 11-i yerli, on ikincisi isə ekspedisiyanınrəhbəri – sovet alimi N.İ.Vavilov idi.

Bu, çox da asan səyahət deyildi. Ekspedisiya iştirakçılarına gah dağları dırmaşmaq, gah da atəş açmaqla timsahları qovmaq, dayaz çayları ayaqla keçmək lazım gəlirdi.Qatırlar da bu çətinliklərə tab gətirmirdi. Hətta bir neçəsi tələf olmuşdu. Adamlar isə yollarına davam edirdilər.

Vavilov öz karvanını təşkil edəndəonaözü ilə qandal götürməsini məsləhət görmüşdülər: birdə yolda efioları cəzalandırmaq lazım gələ bilər. Lakin Vavilov razı olmadı. O, sovet ölkəsinin vətəndaşı idi, sadəadamlara inanırdı. Nikolay İvanoviç yanılmadı. Tana gölü yaxınlığında ağır titrətmə-qızdırmaya tutularkən, yol yoldaşları xəstəni atıb getmədilər, əksinə, onlar öz başçılarına yaxşı qayğı göstərib onu sağaltdılar və ekspedisiya yoluna davam etdi.

Bu ekspedisiya sovet aliminə nə üçün lazım idi? Əfqanıstanda və Çində, İranda və Monqolustanda, Koreyada və Yaponiyada, Afrika, Avropa Şimali və Cənubi Amerika ölkələrində onlar nə axtarırdı?

Vavilov mahir “bitki ovçusu” idi. O, piyada yüz kilometrlərlə yol keçmişdi. Hər yerdə öz herbari torunu və toxumlar üçün saysız-hesabsız torbalarını bitki nümunələri və toxumlarla doldururdu.

Becərilən bitkilər insan məişətində necə və nə vaxt meydana gəlmişdir? Məsələn, buğda və çəltiyin vətəni haradır? Dünyanın hansı yerindən bu bitkilər bütün ölkələrə yayılmışdır. Bu suallar Vavilovu ömrü boyu maraqlandırırdı.

Vavilov belə güman edirdi ki, hər bir bitkinin bizə lazım olan xüsusiyyətlərini məhz həmin bitkinin öz vətənində tapmaq mümkündür. Vavilov bu vətəni “mənşə mərkəzi” adlandırırdı.

Odur ki, alim bütün dünyanı gəzir, mədəni bitkilərin “mənşə mərkəzini” axtarırd. Gəmilərdə də, təyyarələrdə də, karvan yollarında da Vavilov doğma vətəni haqqında, kəndlilər haqqında düşünürdü. 20-ci illərdə gənc Rusiya qüvvə toplayırdı. İlk kəndli kommunaları yaranırdı. Tarlalara ilk maşınlar çıxırdı. Bu vaxt aşkar edildi ki, bitkilər əllə yetişdirilməyə və əllə yığılmağa alışıblar. Onlar maşın üçün həddən artıq zərifdirlər. Sünbüllər taxılbiçən maşınların bıçaqları altında əyilir, dənlər səpələnirdi.

Vavilov hamıdan əvvəl başa düşdü ki, quraqlıqdan, şaxtadan qorxmayan, həm bol məhsul verən, həm də maşın yığımına davamlı olan yeni bitki növləri yetişdirmək lazımdır.

Vavilov hara gedirdisə, oradan Rusiyaya toxum göndərirdi. Toxumları əkir, diqqətlə tədqiq edir, yeni növlər alırdılar. Vavilovun və onun ardıcıllarının topladığı bu “canlı kolleksiya” indi də qalır. Bu kolleksiyadan bir çox yeni əla bitki növləri becərilmişdir.

“Mədəni bitkilərin mənşə mərkəzləri” Vavilovun yeganə kəşfi deyil. Demək olar ki, onun bir ömür ərzində gördüyü iş bir neçə ömrə kifayət edərdi. Heç də təsadüfi deyil ki, dünyanın bir çox elmi cəmiyyətləri akademiyaları bu görkəmli alimi özlərinin üzvü seçmişdilər.

Hadisə xəbərləri

İsmayıllıda intihar hadisəsi baş verib. apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Diyalı kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Ənurə Qasımova özünü asıb. Faktla bağlı araşdırma aparılır

Qəbiristanlıqdan qayıdan şəxsin qarşısını kəsdilər, qəfil öldü

Nefçala rayonunda qəbiristanlıqdan qayıdan şəxs qəfil vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mirzəqurbanlı kəndində baş verib. Kənd sakini Bilal Quliyev bayramla əlaqədar qəbiristanlığa gedərək həyat yoldaşının məzarını ziyarət edib. Geri qayıdarkən həmkəndlisi Ramiz Mustafaye

Tovuzda 20 yaşlı oğlan xəstəxanada ölüb

Tovuzda xəstəxanaya gətirilən 20 yaşlı oğlan orada ölüb. “Report” xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, martın 22-də 2003-cü il təvəllüdlü Tunar Cəfərov Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə “dəqiqləşdirilməmiş koma” diaqnozu ilə daxil olub və orad

Bakıda qardaşı ilə kirayədə yaşayan 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb. APA xəbər verir ki, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 7-ci dairəvi küçə ünvanında kirayə yaşayan, 2007-ci il təvəllüdlü Bayrışova Xatirə Adəm qızı evdən çıxaraq geri qayıtmayıb. Məlumata görə, Xatirə Bayrışova əslən Yardımlı rayonundan olub, Bakıda qardaşı ilə birlikd

Vida mərasimində Dilarə Əliyevanın halı pisləşdi – Fotolar

Avtoqəzada həlak olan tanınmış prodüser Oktay Əliyevlə vida mərasimində həyat yoldaşı Dilarə Əliyevanın halı pisləşib. “Qafqazinfo”nun məlumatına görə, ona dərhal təcili tibbi yardım biriqadası tərəfindən tibbi yardım göstərilib. Dilarə Əliyeva ambulansla yaşadıqları binanın həyətindən çıxarılı

Xəzər rayonunda qumbara aşkar edilib – FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonunda hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib

Xətai rayonunda iki KIA toqquşub – FOTO

Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, “Ukrayna dairəsi” adlanan ərazidə “KIA Rio” və “KIA Optima” markalı maşın bir-biri ilə toqquşub. Baş vermiş qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Hadisə yolayrıcınd

Ötən gün yol-nəqliyyat hadisələrində 4 nəfər ölüb

Ötən gün respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qəzalarda 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Şəkidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. “Unikal” xəbər verir ki, hadisə ötən gecə Şəki şəhəri M.Ə Rəsulzadə prospektində baş verib. Həmin ünvanda yaşayan 1963-cü il təvəllüdlü Əli Hacı oğlu Hacıyev, 1969-cu il təvəllüdlü Firuzə Cəlal qızı Hacıyeva və 2010-cu il təvəllüdlü Şəhriya

Dilarə Əliyeva evə buraxıldı

Ötən gün həyat yoldaşı Oqtay Əliyevlə birgə qəzaya düşən Əməkdar artist Dilarə Əliyeva xəstəxanadan evə buraxılıb. “Qafqazinfo”nun məlumatına görə, o, qəzada həlak olan rejissor, prodüser həyat yoldaşının vida mərasimində iştirak edəcək. Qəzada yaralanan Xalq artisti Mehriban Zəkinin isə xəstəxanad

Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib, sabah Mehdiabadda dəfn ediləcək

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib. “Report”un xəbərinə görə, mərhumun sənət dostları və qohumları onunla vidalaşmaq üçün mənzilinə toplaşıb. Oqtay Əliyev sabah səhər saatlarında Mehdiabad qəbiristanlığınd

Mehriban Zəki ilə Dilarə Əliyevanın vəziyyəti açıqlandı

TƏBİB tanınmış rejissor Oqtay Əliyevin düşdüyü qəza ilə bağlı açıqlama yayıb. Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib. Məlumata görə

“Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib” – Qəza ilə bağlı rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində 1 nəfər vəfat edib, 2 xanım xəsarət alıb

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi – Fotolar

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. “Report”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib. Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobi

Azərbaycanda iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb olundu – YENİLƏNİB + VİDEO

“Həmin şəxslə profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib”. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov -ın sorğusuna cavab olaraq bildirib ki, şəxsin kimliyi müəyyən edilib və həmin şəxs məsuliyyətə cəlb olunub:. “Sosia

Binəqədi rayonunda açıq ərazidə məişət tullantıları yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində açıq ərazidə məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub. Bu barədə FHN-dən bildirilib. Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafiz

Bakıda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB + FOTO

Bakıda M.Hadi küçəsindəki yaşayış binasında baş verən yanğın söndürülüb. “Trend”in məlumatına görə, əraziyə cəlb olunmuş yanğınsöndürmə briqadaları mənzildə başlayan yanğının qarşısını ala biliblər. 14:28. Bakıda yaşayış binası yanır. “Trend”in hadisə yerində olan müxbirinin məlumatın

DGK: 93 ədəd mobil telefon aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında 93 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən xəbərə görə, Şarja-Bakı aviareysi ilə gələ

İdarəetməni itirən sürücü avtomobili divara çırpdı – VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, BMW markalı avtomobilin sürücü idarə etməni itirib, nəticədə minik maşını divara çırpılıb. Avtomobil yarası

Bakıda avtomobil mopedlə toqquşub, Pakistan vətəndaşı xəsarət alıb

Bakıda Pakistan vətəndaşı yol-nəqliyyat hadisəsində xəsarət alıb. APA xəbər verir ki, Xətai rayonu, Lütfizadə və Sarayevo küçələrinin kəsişməsində 200-ci il təvəllüdlü Səfərli İlkin Elmar oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Pakistan Respublikasının vətəndaşı 2002-ci il təvəllüdl

Qubada avtomobil piyadanı vuraraq öldürüb

Quba rayonunda avtomobil piyadanı vuraraq öldürüb. “Report”un şimal bürosu xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Firuz Heydərov idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə yolu keçmək istəyən rayo

240 manata görə döyüldü, təhdid edildi: “Sənin qulağını kəsərəm” – VİDEO

Azərbaycanda şəxs borca görə döyülüb. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, bir nəfər digər şəxsdən 240 manat civarında olan borcunun geri qaytarılmasını tələb edib. Pulu verən şəxs borcu qaytara bilməyəni döyərək təhqir edib. Hətta qulağını kəsəcəyi təhdidin

Bakıda köşk yanıb

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 12 kvadratmetr olan dəmir konstruksiyadan ibarət köşkün taxta üzlüyü və içərisində olan əşyalar yanıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülü

Sabirabadda iki yeniyetməni avtomobil vurdu

Sabirabadda 10 və 11 yaşlı yeniyetmələri avtomobil vurub. APA-nın məlumatına görə, hadisə rayonun Qəzli kəndində baş verib. VAZ-2106 markalı avtomobil yolu keçən Qəzli kənd sakinləri, 2012-ci il təvəllüdlü Xəlilov Özal Hafiz oğlu və 2013-cü il təvəllüdlü Muradov İmran Kamil oğlunu vurub. Yaralılar Sabiraba

Naxçıvanda şagird sinif yoldaşını bıçaqlayıb

Naxçıvanda şagirdlər arasında mübahisə bıçaqlanma ilə nəticələnib. APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün şəhərin Azərbaycan küçəsində baş verib. Naxçıvan şəhər 17 saylı tam orta məktəbin şagirdi, Naxçıvan şəhər sakini 2007-ci il təvəllüdlü Əli Əliyev münaqişə zəminində sinif yoldaşı tərəfində

Cəlilabadda yol qəzası olub, iki qardaş xəsarət alıb

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Muğan bürosunun məlumatına görə, avtoqəza nəticəsində rayon sakinləri, 1997-cü il təvəllüdlü Hüseyn Ağayev və 2002-ci il təvəllüdlü İbrahim Ağayev xəsarət alıb. Yaralılar Cəlilabad Rayo

Oğuzda avtomobil aşdı: Xəsarət alanlar var

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. APA-nın xəbərinə görə, hadisə axşam saatlarında Oğuz şəhərinin girişində baş verib. Hərəkətdə olan VAZ-21099 markalı minik avtomobili idarəetmədən çıxaraq dəmir elektrik dirəyinə çırpılıb, daha sonra avtomobil aşıb. Qəza zamanı avtomobili

Hamilə qadın 3-cü mərtəbədən yıxıldı

Şirvanda hamilə qadın binanın 3-cü mərtəbəsindən yıxılıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Şirvan sakini, 1993-cü il təvəllüdlü Yahyazadə Aytac Rasim qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. 30 yaşlı qadın ağır vəziyyətd

Bərdədə 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bərdə rayonunda 36 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Piriyeva Aygün Zaur qızı xəsarət alıb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır

Cəlilabadda 8 aylıq hamilə qadın ölüb

Cəlilabad rayonunda 8 aylıq hamilə qadın ölüb. “Report”un məlumatına görə, halı pisləşən rayon sakini, K.Qənbərova rayon xəstəxanasına gətirilib. Lakin onun artıq öldüyü məlum olub. Qadının ölüm səbəbi hələlik məlum deyil. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiz

Hadisə xəbərləri, ölkədə və dünyada baş verən müxtəlif hadisələr barədə ən son xəbərlər oxumaq üçün sayta daxil olun. Burada hadise, qəza, qətl, intihar və digər ölüm xəbərləri, eləcə də itkin düşənlər barədə məlumatları oxuya bilərsiniz.
Hadisə bölməsində biz Azərbaycanda və dünya dünya ölkələrində baş verən ən son və isti məlumatları oxuculara çatdırırıq. Bundan başqa yeni faktlar haqda operativ şəkildə müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Sonxəbər.az siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Saytın “qaynar-xətt”i fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları yaranır.

Son xəbərlər

Sonxeber.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri, son xeberler təqdim edən ictimai-sosial saytdır. xeberler bu gun 2022
Email: info [ @ ] sonxeber.az

Comments are closed, but trackbacks and pingbacks are open.